Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2-2(3-8)-65/2026 01.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh1 və cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qarşı “xxxx” barədə qarşılıqlı iddia tələblərinə dair kommersiya işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Kommersiya kollegiyası Sədrlik edən və məruzəçi hakim Xəlilov Ramin Adilxan oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Zahid Tahir oğludan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi ilə, İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh cavabdeh1 qarşı “xxxx” barədə ilk, iddiaçı cavabdeh1 cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qarşı “xxxx” barədə qarşılıqlı iddia tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI
1. İş materiallarında olan “NIO-Survey Experts” tərəfindən tərtib edilmiş ******/*-**/** nömrəli müayinə hesabatına əsasən **DT***/**ZA*** dövlət qeydiyyat nişanlı konteyner/yük maşınında göndərilmiş təzə nektarinlər (şaftalı) birinci sinif (İ kateqoriya) tələblərinə tam uyğun gəlmir və məhsulun keyfiyyət göstəricilərində qüsurlar mövcuddur. Hesabatın nəticə hissəsində qeyd edilir ki, məhsulda toxuma zədələnmələri, soyuma (chilling), solma və digər fizioloji dəyişikliklər müşahidə olunmuş, bu halların məhsulun saxlanma və daşınma zamanı aşağı temperatur rejiminin təsiri nəticəsində yaranmış ola biləcəyi göstərilmişdir.
2. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin adından X1 və cavabdeh1 tərəfindən imzalanmış ## ###### 2025-ci il tarixli aktda göstərilir ki, Azərbaycan Respublikasında fəaliyyət göstərən CJSC “xxxx” şirkəti tərəfindən JSC “xxxx” (Rusiya Federasiyası) şirkətinə ** nömrəli hesabfaktura və ****** nömrəli CMR əsasında **DT***/**ZA*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə ixrac edilmiş yükün xarab olması və ekspertiza rəyləri nəzərə alınaraq JSC “xxxx” şirkəti tərəfindən CJSC “xxxx” şirkətinə ödəniş həyata keçirilməyəcəkdir.
3. İşdə olan malların spesifikasiya sənədinə əsasən təchizatçı AO “xxxx”, alıcı AO “xxxx”, göndərilən məhsul təzə nektarin (şaftalı) olub, məhsulun mənşə ölkəsi Azərbaycan Respublikası kimi qeyd edilmişdir. Məhsul 658 qutu olmaqla ümumilikdə 4606 kq, ümumi brutto çəkisi isə 4935 kq təşkil etmişdir. Məhsulun qiyməti 1 kq üçün 4,08 AZN, çatdırılma şərti isə DAP Moscow (Incoterms) kimi göstərilmişdir.
4. ## ###### 2025-ci il tarixli ** nömrəli hesab-fakturaya əsasən göndərilən mallar 658 qutu təzə şaftalı, ümumi netto çəkisi 4606 kq, brutto çəkisi 4935 kq; 2334 qutu təzə nektarin, ümumi netto çəkisi 14004 kq, brutto çəkisi 15171 kq. Sənəddə məhsulun 1 kq üçün qiymətinin 4,08 AZN olduğu, malların ümumi netto çəkisinin 18610 kq, ümumi brutto çəkisinin isə 20106 kq təşkil etdiyi göstərilmişdir. Malların ümumi dəyəri 75928,80 AZN olmuşdur. çatdırılma şərti kimi DAP Moskva, nəqliyyat vasitəsi kimi **DT***/**ZA*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi qeyd olunmuşdur.
5. ****** nömrəli beynəlxalaq əmtəə-nəqliyyat qaiməsindən (CMR) görünür ki, göndərən tərəf ZAO “xxxx”, alıcı isə AO “xxxx” (Rusiya Federasiyası) və daşıyıcı cavabdeh1 olmuşdur. CMR sənədinə əsasən məhsullar ##.##.2025-ci il tarixində Azərbaycan Respublikasından Rusiya Federasiyasına göndərilmişdir, yük **DT***/**ZA*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə daşınmışdır. Daşınan məhsullar təzə şaftalı və nektarin olmuşdur. CMR sənədinə əsasən daşınan məhsulların miqdarı: 658 qutu şaftalı – netto 4606 kq, brutto 4935 kq; 2334 qutu nektarin – netto 14004 kq, brutto 15171 kq olmuşdur. Daşınan məhsulların ümumi netto çəkisi 18610 kq, ümumi brutto çəkisi isə 21002 kq təşkil etmişdir. Sənəddə daşınma zamanı temperatur rejiminin +2°C-dən +4°C-yə qədər müəyyən edildiyi göstərilmişdir. ****** nömrəli beynəlxalaq əmtəə-nəqliyyat qaiməsinə (CMR) əsasən göndərən ZAO “xxxx”, alıcı AO “xxxx” (Rusiya Federasiyası), daşıyıcı cavabdeh1 olmaqla, məhsullar ##.##.2025-ci il tarixində Azərbaycan Respublikasından Rusiya Federasiyasına göndərilmişdir. Yük **EZ***/**ZB*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə daşınmışdır. Daşınan məhsullar yastı şaftalı olmaqla ümumi netto çəkisi 18704 kq, ümumi brutto çəkisi isə 21046,4 kq təşkil etmişdir.
6. ****** nömrəli beynəlxalaq əmtəə-nəqliyyat qaiməsinə (CMR) əsasən göndərən ZAO “xxxx”, alıcı isə AO “Arvian (X3)”, daşıyıcı cavabdeh1 olmaqla, məhsullar ##.##.2025-ci il tarixində Azərbaycan Respublikasından Rusiya Federasiyasına göndərilmişdir. Daşınan məhsullar nektarin (Extreme sortu) olmuşdur. Yük **DV***/**ZA*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə daşınmışdır. Daşınan məhsulların ümumi netto çəkisi 18702 kq, ümumi brutto çəkisi isə 20844,8 kq təşkil etmişdir.
7. ****** nömrəli beynəlxalaq əmtəə-nəqliyyat qaiməsinə (CMR) əsasən göndərən ZAO “xxxx”, alıcı isə AO “Arvian (X3)”, daşıyıcı cavabdeh1 olmaqla, məhsullar ##.##.2025-ci il tarixində Azərbaycan Respublikasından Rusiya Federasiyasına göndərilmişdir. Yük **ET***/**ZB*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə daşınmışdır. Daşınan məhsullar şaftalı (Extreme sortu) olmaqla müxtəlif qablaşdırmada göndərilmişdir: 429 qutu – netto 3003 kq, brutto 3260,4 kq, 1000 qutu – netto 6000 kq, brutto 6400 kq, 1617 qutu – netto 9702 kq, brutto 10348,8 kq. Daşınan məhsulların ümumi netto çəkisi 18705 kq, ümumi brutto çəkisi isə 20905,2 kq təşkil etmişdir.
8. ## ######## 2025-ci il tarixli, № ********-* nömrəli debet-nota sənədi ilə müəyyən olunur ki, “xxxx” Qapalı Səhmdar Cəmiyyəti (tədarükçü) ilə “xxxx” Səhmdar Cəmiyyəti (alıcı) arasında ## #### 2023-cü il tarixli ***-**-AB nömrəli müqavilə əsasında meyvə-tərəvəz məhsullarının tədarükü həyata keçirilmişdir. ##.##.2025-ci il tarixli, ** nömrəli hesab-faktura üzrə tədarükçü tərəfindən qeyd olunan məhsullar (o cümlədən 658 plastik yeşik şaftalı və 2334 plastik qutuda nektarin) **DT***/**ZA*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə alıcıya göndərilmişdir. Alıcı tərəfindən aparılmış qəbul yoxlaması nəticəsində göstərilən məhsulların yararsız olduğu müəyyən edilmiş, mal partiyası rədd edilmiş və sonradan utilizasiya olunmuşdur. Utilizasiya və əlaqəli xərclər (əmək haqqı, nəqliyyat və digər texniki xərclər) nəzərə alınmaqla, alıcıya ümumilikdə 475 (dörd yüz yetmiş beş) ABŞ dolları məbləğində zərər dəydiyi qeyd edilmişdir.
9. İş materiallarında olan fitosanitar sertifikatla müəyyən olunur ki, “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac edilən meyvə məhsulları (şaftalı və nektarin) müvafiq fitosanitar tələblərə uyğun olaraq rəsmiləşdirilmişdir. Sənədə əsasən məhsullar avtomobil nəqliyyatı vasitəsilə (50DT-***/**-ZA- *** qeydiyyat nömrəli nəqliyyat vasitəsi ilə) daşınmışdır. Yükün tərkibinə 658 plastik yeşik şaftalı (8 palet) və 2334 plastik yeşik nektarin (24 palet) daxildir. Sertifikatda məhsulun mənşə yerinin Azərbaycan Respublikası, Göygöl rayonu olduğu, həmçinin məhsulların Avrasiya İqtisadi Birliyinin vahid karantin fitosanitar tələblərinə uyğunluğu qeyd edilmişdir. Bundan əlavə, sənəddə məhsulların termiki işlənmədən keçirildiyi (temperatur 0–5°C), dezinfeksiya tədbirlərinin aparıldığı və məhsulun təhlükəsizlik tələblərinə cavab verdiyi göstərilmişdir. Sertifikat Azərbaycan Respublikasının X5 tərəfindən verilmiş və müvafiq qaydada təsdiq edilmişdir. AA ****** nömrəli, Forma ST-1 üzrə malın mənşə sertifikatı ilə müəyyən olunur ki, “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ixrac edilən məhsullar Azərbaycan Respublikasında istehsal olunmuşdur. Sənədə əsasən yükgöndərən “xxxx” QSC, yükalan isə Rusiya Federasiyasında yerləşən “xxxx” SC-dir. Məhsullar avtomobil nəqliyyatı ilə daşınmaq üçün rəsmiləşdirilmişdir. İxrac olunan mallar: 658 plastik qutuda təzə şaftalı (netto 4606 kq, brutto 4935 kq); 2334 plastik qutuda təzə nektarindir (netto 14004 kq, brutto 15171 kq). Bu məhsullar ## #### 2023-cü il tarixli, ***-**-AB nömrəli müqavilə əsasında ixrac olunmuş və Rusiya Federasiyasına təqdim edilməsi üçün nəzərdə tutulmuşdur.
10. ## ###### 2025-ci il tarixli, № *************** nömrəli dövlət karantin fitosanitar nəzarəti aktı ilə müəyyən olunur ki, Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) tərəfindən Azərbaycan Respublikasından idxal edilən məhsullara münasibətdə fitosanitar nəzarət tədbirləri həyata keçirilmişdir. Sənədə əsasən, Azərbaycan Respublikasından ixrac olunan və “xxxx” QSC tərəfindən göndərilən, “xxxx” SC tərəfindən idxal edilən məhsullar (şaftalı və nektarin) **-DT-***/**-ZA-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi ilə daşınmışdır. Aktda göstərilir ki, nəqliyyat vasitəsinə və məhsullara baxış keçirilmiş, aparılmış yoxlama nəticəsində heç bir qayda pozuntusu aşkar edilməmişdir.
11. ## ###### 2025-ci il tarixli tranzit bəyannaməsindən müəyyən olunur ki, “xxxx” Qapalı Səhmdar Cəmiyyəti alıcı “xxxx” Səhmdar Cəmiyyətinə 75928,80 (yetmiş beş min doqquz yüz iyirmi səkkiz manat səksən qəpik) manat dəyərində şaftalının göndərilməsini gömrük orqanına bəyan etmişdir.
12. İş materiallarında olan tədarükçü “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə alıcı “xxxx” Səhmdar Cəmiyyəti arasında bağlanmış ## #### 2023-cü il tarixli, № ***-**-AB nömrəli müqaviləyə əsasən tədarükçü müqavilədə və spesifikasiyada nəzərdə tutulmuş malları müəyyən edilmiş qaydada və müddətdə Alıcıya təhvil verməyi, Alıcı isə həmin malları qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən, malın adı, çeşidi, miqdarı, qiyməti və digər xüsusiyyətləri tərəflər arasında razılaşdırılmış spesifikasiya sənədləri ilə müəyyən edilir və bu sənədlər müqavilənin ayrılmaz hissəsi hesab olunur. Malın çatdırılma müddəti və şərtləri spesifikasiya ilə müəyyən edilir. Malın zədələnməsi və ya itməsi riski, həmçinin mülkiyyət hüququ mal Alıcıya (və ya onun daşıyıcısına) təhvil verildiyi andan Alıcıya keçir. Daşınma temperatur rejiminə uyğun nəqliyyat vasitələri ilə həyata keçirilməlidir. Malın miqdar üzrə qəbulu çatdırılma zamanı; keyfiyyət üzrə qəbulu mal anbara daxil olduqdan sonra 24 saat ərzində həyata keçirilir. Zərurət olduqda müstəqil ekspertiza keçirilə bilər. Alıcı malın keyfiyyəti və miqdarı ilə bağlı iddia irəli sürmək hüququna malikdir.
13. İş materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli, № **-**/** nömrəli mütəxəssis rəyində göstərilir ki, “xxxx” MMC-yə məxsus 4606 kq şaftalı və 14004 kq nektarin məhsulu “xxxx” ASC-yə daşınarkən nəqliyyat vasitəsi ilə daşınma zamanı temperatur rejiminə riayət edilməmiş, nəticədə məhsullar öz istehlak və realizasiya xüsusiyyətlərini itirmişdir. Təqdim olunmuş materialların, o cümlədən fotoşəkillərin və temperatur qeydedici cihazın (data logger) məlumatlarının təhlili nəticəsində müəyyən edilmişdir ki, daşınma prosesi zamanı nəqliyyat vasitəsinin yük bölməsində temperatur rejiminə riayət olunmamışdır. Temperatur göstəriciləri daşıma müddəti ərzində +21.0°Cdən -5.8°C-dək dəyişmiş, bu isə tez xarab olan təzə meyvələr üçün müəyyən edilmiş normativ temperatur diapazonundan kənara çıxamaqla kəskin və qeyri-sabit dalğalanmaların baş verdiyini göstərir. Nəticədə məhsula dəymiş ümumi zərər 88621,68 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsindəki icraat
14. İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “xxxx” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada 75928,8 (yetmiş beş min doqquz yüz iyirmi səkkiz manat səksən qəpik) manat məbləğində pul vəsaitinin və 320 (üç yüz iyirmi) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
15. İddia tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh cavabdeh1 ilə razılaşmaya əsasən cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan ** DT ***/** ZA *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə 2025-ci il məhsulu olan 4606 kq təzə şaftalını Rusiya Federasiyası, Moskva oblastı, Çernoqolovka şəhəri, Lesnaya küçəsi, ev 9, porneş 9 ünvanında təhvil aldığı qaydada alıcıya çatdırmalı idi. ## ###### 2025-ci il tarixli gömrük bəyannaməsinə əsasən göndərilən şaftalının gömrük dəyəri 75928,80 manat təşkil edirdi. Məhsul ## ###### 2025-ci il tarixdə təyinat nöqtəsinə çatdırılmış, təhvil prosesində məhsulun yararsız vəziyyətə düşməsi müəyyən edilmişdir. Alıcı şirkət məhsulun alınmasından imtina etmiş, nəticədə iddiaçıya 75928,80 manat məbləğində ziyan dəymişdir. Bu günədək cavabdeh tərəfindən hər hansı ödəniş edilməmişdir. Ona görə də, pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəmə müdafiəsi hüququndan istifadə etmək məcburiyyətində qalmışlar.
16. Cavabdeh cavabdeh1 ## ####### 2025-ci il tarixdə iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qarşı “xxxx” barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdedən 720000 (yeddi yüz iyirmi min) rubl məbləğində (14653,44 manat ekvivalenti) pul vəsaitinin, borcun gecikdirildiyi müddətə görə faizlərin, iş üzrə çəkilmiş məhkəmə xərclərinin və dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
17. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2025-ci ilin avqust ayında onunla İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında şifahi razılaşmaya əsasən daşıma xidməti göstərilmişdir. Razılaşmaya uyğun olaraq ona məxsus **-DT-***/**-ZA-*** dövlət qeydiyyat nişanlı yük avtomobili və digər 3 nəqliyyat vasitəsi ilə birlikdə ümumilikdə 4 avtomobil Rusiya Federasiyasına təzə şaftalı məhsullarını daşımaq üçün ayrılmışdır. Daşıma prosesi beynəlxalq yükdaşımalar sahəsində tətbiq olunan qaydalara tam uyğun şəkildə həyata keçirilmişdir. Bu barədə CMR qaimələri (möhürlü və imzalı), “raspiçatkalar” iş materiallarında mövcuddur. Sözügedən sənədlər təsdiq edir ki, məhsul gömrük orqanları tərəfindən yararlı vəziyyətdə qəbul edilmiş, “rastamoşka” edilərək sərbəst dövriyyəyə buraxılmışdır. Əgər məhsulda hər hansı ciddi keyfiyyət qüsuru olsaydı, gömrük orqanları malları idxala buraxmazdı. Məhsullar təyinat məntəqəsi olan Moskva vilayəti, Çernoloqovka şəhəri, Lesnaya küçəsi, ev 9, porneş 9 ünvanında alıcıya təhvil verilmişdir. Bu barədə CMR sənədlərində alıcı tərəfindən qəbul faktı təsdiqlənmiş, qəbul zamanı hər hansı qüsur barədə qeyd aparılmamışdır. Lakin məhsullar alıcı tərəfindən qəbul edildikdən bir gün sonra sürücüyə şifahi formada “məhsullar xarabdır” məlumatı verilmişdir. Bu isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 451-ci maddəsinin tələblərinə ziddir. Həmin maddəyə əsasən alıcı malı qəbul edərkən aşkar qüsur aşkar etdiyi halda bu barədə dərhal bildirməlidir. Əks halda, sonrakı etiraz hüquqi qüvvəyə malik deyil. Bundan əlavə, daşınma zamanı soyuducu qurğuların temperatur rejimində heç bir nasazlıq qeydə alınmamışdır. Bu barədə təqdim olunmuş “raspiçatka” çıxışları sübut edir ki, daşınma prosesində texniki rejimlər tam normal qaydada təmin edilmişdir. Bütün bunlar göstərir ki, daşıma xidməti müqaviləyə və qanuna uyğun yerinə yetirilmiş, məhsul sağlam şəkildə təyinat məntəqəsinə çatdırılmışdır. Buna baxmayaraq, cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyəti göstərilmiş xidmətin haqqını - 720000 rubl (14653,44 manat) məbləğini indiyədək ödəməkdən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1ci maddəsinə əsasən öhdəliklərin əmələ gəlməsi üçün əsasən müqavilə bağlanmalıdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti öz iddia ərizəsində guya onunla razılaşma əsasında yükdaşıma xidməti göstərildiyini iddia edir. Lakin iddiaçı ilə cavabdeh arasında yazılı və ya notarial qaydada bağlanmış heç bir daşıma müqaviləsi mövcud olmamışdır. Əksinə, beynəlxalq daşımalarda CMR qaiməsi birbaşa müqavilə qüvvəsinə malikdir. Bu beynəlxalq praktikanın ayrılmaz hissəsidir və Azərbaycan Respublikası da CMR Konvensiyasının (1956-cı il tarixli “Beynəlxalq avtomobil daşımaları haqqında Konvensiya”) iştirakçısıdır. CMR qaiməsi daşıma müqaviləsini təsdiq edən əsas sənəd kimi tanınır. Beləliklə, daşıma münasibətləri məhz CMR qaiməsinə əsasən yaranmışdır və onun öhdəlikləri yalnız həmin sənədlərlə müəyyənləşdirilə bilər. Əgər tərəflər arasında birbaşa müqavilə yoxdursa, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin ona qarşı birbaşa iddia tələbi irəli sürməyinin hüquqi əsası yoxdur. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1ci maddəsinə görə müqavilə yalnız tərəflərin azad iradəsi ilə bağlanır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə onun arasında yazılı müqavilə bağlanmamışdır. Həmin Məcəlləsinin 386.1-ci maddəsinə görə müqavilə olmadığı halda öhdəlik yalnız zərər vurma və əsassız varlanma hallarından doğa bilər. Bu işdə isə belə hallar yoxdur. Əksinə, o, daşıma xidmətini tam yerinə yetirmişdir və ödəniş tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 439 və 440-cı maddələrinə görə daşıma müqaviləsi üzrə öhdəlik daşıyanın (bu işdə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin) daşıma haqqını ödəməsindən ibarətdir. Daşıyan müqavilə bağlamayıbsa, daşıyıcıya qarşı tələb irəli sürə bilməz. Həmin Məcəllənin 451-ci maddəsinə görə, malın qüsurları yalnız qəbul zamanı aşkar edildikdə və dərhal bildiriş verildikdə hüquqi nəticə doğurur. Bu işdə mallar alıcıya təhvil verilmiş, CMRdə qəbul təsdiqlənmiş, heç bir qüsur barədə qeyd edilməmişdir. Sonradan deyilən “məhsul xarab idi” iddiası hüquqi nəticə doğurmur. Bu baxımdan, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin 75928,80 manat məbləğində ziyanın tələb edilməsi iddiası əsassızdır və qanunla tənzimlənən öhdəlik münasibətlərinə uyğun gəlmir.
18. ## ###### 2026-cı il tarixdə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Ağakişiyev Sadir Rəfail oğlu elektron kabinet vasitəsilə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqim edərək cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada 89821,68 (səksən doqquz min səkkiz yüz iyirmi bir manat altmış səkkiz qəpik) manat məbləğində pul və 140 (yüz qırx) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 89961,68 (səksən doqquz min doqquz yüz altmış bir manat altmış səkkiz qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, işə baxılma zamanı və sonradan əldə edilmiş yeni sübutlar, eləcə də yaranmış əlavə zərər və borc məbləğləri nəzərə alınaraq ilkin iddia məbləğinin faktiki zərəri tam əhatə etmədiyi müəyyən edilmişdir. Bu səbəbdən iddiaçinin iddia həcminin artırılması zərurəti yaranmışdır.
19. Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh1 qarşı “xxxx” barədə ilkin iddiası qismən təmin edilmiş, cavabdeh cavabdeh1 75928,80 (yetmiş beş min doqquz yüz iyirmi səkkiz manat səksən qəpik) manat məbləğində pul və 317,79 (üç yüz on yeddi manat yetmiş doqquz qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 76246,59 (yetmiş altı min iki yüz qırx altı manat əlli doqquz qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, cavabdeh cavabdeh1 iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qarşı “xxxx” barədə qarşılıqlı iddiasının qismən təmin edilməsi, iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən 14653,44 (on dörd min altı yüz əlli üç manat qırx dörd qəpik) manat məbləğində daşıma haqqı və 133,96 (yüz otuz üç manat doxsan altı qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 14787,4 (on dörd min yeddi yüz səksən yeddi manat qırx qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı cavabdeh cavabdeh1 ödənilməsi və qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
20. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 329.2, 329.3, 385.1, 425.1, 442.1, 850.1, 851.1, 859.1, 859.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
21. İlk iddia üzrə cavabdeh cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilərək ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə tam həcmdə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
22. İlk iddia üzrə iddiaçı “xxxx” ASC-nin nümayəndəsi nümayəndə1 Fəfail oğlu və ilk iddia üzrə cavabdeh cavabdeh1 vəkili-nümayəndəsi İbrahimov Nizami Hafiz oğlu “Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə məhkəmə kollegiyasına ərizə ünvanlayaraq tərəflər arasında barışıq sazişi imzalandığını bildirmiş, barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdirlər.
23. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
24. Maddə 370. İddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur.
Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. (...)
Maddə 261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: (...) 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə; (...)
Maddə 262. İcraata xitam verilmə qaydası və nəticələri 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. (...)
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...) 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir (...)
Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardadının qanuni qüvvəsi Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: (...) 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə;
Apellyasiya baxışının hədləri
25. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ## ### 2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. İşə apellyasiya qaydasında baxılarkən tərəflər barışıq sazişinin təsdiq edilməsi barədə ərizəni və barışıq sazişini məhkəməyə təqdim edərək, aralarında bağlanmış barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər.
27. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında barışıq əldə edildiyindən, ərizələr təmin edilməli, barışıq sazişi təsdiq edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və barışıq sazişi təsdiq edilməklə iş üzrə icraata xitam verilməlidir.
28. Azərbaycan Respublikası MPM-in 370.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır.
29. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən, ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur.
30. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsəsən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, barışıq sazişi tərəflərin iradə ifadəsi ilə verildiyindən təsdiq edilməlidir.
32. Kollegiya həmçinin qeyd edir ki, MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.
33. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-269, 384, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
İddiaçı Qapalı Səhmdar Cəmiyyəti və cavabdeh1 tərəfindən verilmiş ərizələr qəbul edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. Tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış ## #### 2026-cı il tarixli barışıq sazişi təsdiq edilsin:
1. Sazişin predmeti 1.1. Tərəflər Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsi ilə həll edilmiş mübahisəni qarşılıqlı güzəştlər əsasında tam və qəti şəkildə nizama salırlar. 1.2. Bu saziş tərəflər arasında həmin iş üzrə irəli sürülmüş ilkin və qarşılıqlı iddia tələblərinin tam həll edilməsinə yönəlmişdir.
2. cavabdeh1 öhdəlikləri 2.1 cavabdeh1 İddiaçı QSC-yə kompensasiya qismində 20.000 (iyirmi min) ABŞ dolları məbləğində pul vəsaiti ödəməyi öhdəsinə götürür. 2.2. Göstərilən məbləğ bu barışıq sazişi imzalandıqdan sonra cavabdeh1 tərəfindən İddiaçı QSC-nin təqdim etdiyi bank hesabına və yaxud nağd qaydada köçürülməlidir. 2.3 Pul vəsaitinin İddiaçı QSC-nin bank hesabına daxil olduğu və yaxud nağd qaydada ödənildikdən sonra öhdəliyin icra edildiyi tarix hesab olunur. 2.4. cavabdeh1 Sumqayıt Kommersiya Məhkəməsində qaldırdığı qarşılıqlı iddia üzrə bütün tələblərindən, o cümlədən daşıma haqqı, faizlər, məhkəmə xərcləri və həmin hüquq münasibətindən irəli gələn digər bütün tələblərindən tam və qəti olaraq imtina edir.
3. İddiaçı QSC-nin öhdəlikləri 3.1. cavabdeh1 tərəfindən bu sazişin 2-ci bəndində nəzərdə tutulmuş ödəniş tam həyata keçirildikdən sonra "xxxx” QSC cavabdeh1 qarşı irəli sürdüyü 75.928,80 manat məbləğində xxxxndən, habelə həmin mübahisədən irəli gələn digər bütün tələblərindən tam və qəti olaraq imtina edir. 3.2. İddiaçı QSC cavabdeh1 qarşı həmin hüquq münasibətindən irəli gələn əlavə tələb irəli sürməyəcəyini təsdiq edir.
4. Qarşılıqlı bəyanatlar 4.1 Tərəflər bu saziş üzrə öhdəliklər tam icra edildikdən sonra bir-birlərinə qarşı hər hansı əmlak, pul, faiz, zərər, əldən çıxmış fayda və ya digərxarakterli tələblərinin qalmadığını təsdiq edirlər. 4.2. Bu saziş tərəflərin sərbəst iradəsi ilə, heç bir təzyiq və ya təsir olmadan bağlanmışdır. 4.3 Tərəflər bu sazişin hüquqi nəticələrinin onlara izah edildiyini və həmin nəticələrin onlar üçün aydın olduğunu bildirirlər.
6.1. Bu saziş Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir.
İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh cavabdeh1 qarşı “xxxx” barədə ilk, iddiaçı cavabdeh1 cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qarşı “xxxx” barədə qarşılıqlı iddia tələbinə *-*(*-*)-**/**** nömrəli kommersiya iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə)verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.