Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5764/2025 22.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızı, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 MMC-yə, Cavabdeh3 MMC-yə, Cavabdeh4 MMC-yə və Cavabdeh5 ASC-yə qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7000 manat nəqliyyat vasitəsinin alınması ödənişlərin, 9950 manat yas mərasiminin xərclərini, 20000 manat bankdan götürülmüş kreditin, ümumilikdə 46950 (qırx altımin doqquz yüz) manat maddiziyanın müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X5 18 yaşına çatanadək hər birinə ayrı-ayrılıqda 256 manat zərər əvəzi hesablanaraq birdəfəlik iddiaçıya ödənilməsi ödəliyinin cavabdehlərin üzərinə qoyulması, 50000 manat mənəvizərərin cavabdehlərdən tutularaq iddiaçıya ödənilmsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 30 sentyabr 20024-cü il tarixdə, “Ford Fusion” markalı, 10- GS-207 dövlət qeyddiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti ilə hərəkətdə olan zaman Cavabdeh3 MMC-nin mülkiyyətində olan “Chevrolet Cobalt” markalı, **-YK-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuşdur. Hadisə nəticəsində “Chevrolet Cobalt” markalı, **-YK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1977-ci il təvəllüdlü X11 aldığı bədən xəsarətindən hadisə yerində ölmüşdür. Xətai Rayon Məhkəməsinin 1(011)-148/2025 saylı, xx.xx.2025-ci il tarixli Hökmünə əsasən mülki iddiaçıCavabdeh3 MMC mülki cavabdeh X4 qarşı iddia ilə müraciət edərək ziyan vurulması ilə nəticələnən cinayət törətdildiyini bildirmiş və hesab etmişdir ki, Cavabdeh3 MMC-nin mülkiyyətində olan 2024-cü il buraxılışlı, “Chevrolet Cobalt” markal,ı**-YK-*** dövlət qeydiyyat nişanlı qəhvəyi metallik rəngliavtomobil istifadəyə yararsız vəziyyətə düşmüşdür. Cavabdeh4 MMC Servistərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobil tam yararsız hesab edilmiş və avtomobilin real bazar dəyərinin 25000 manat olduğu müəyyən edilmişdir. İbtidai istintaq aparılarkən Xətai Rayon Polis İdarəsinə müraciət olunaraq Cavabdeh3 MMC-nin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində cəlb olunması xahiş edilsə də şirkətişə cəlb edilməmişdir. Odur ki, mülki cavabdeh X1 25.000 manat məbləğində maddi zərərin və ödənilmiş 165 manat dövlət rüsumunun tutularaq mülki iddiaçı Cavabdeh3 MMC-yə ödənilməsi barədə qərar qəbuledilməsini xahiş etmişdir. Hökm əsasən qət edilmişdir - Mülki iddia baxılmamış saxlanılsın, mülki iddiaçı"xxxx" MMC-yə mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X12 20 oktyabr 2024-cü il tarixli, 100 saylı rəyindən görünür ki, X2 ölümünə səbəb almış olduğu xəsarətlər nəticəsində baş-beyin əzilməsi olmuşdur, X2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində narkotik maddələr və etilspirtiaşkar edilməmişdir. Cinayət işinin materillarından müəyyən olunur ki, Cavabdeh3 MMC ilə daxili lizinq müqaviləsi əsasında alınan “Chevrolet Cobalt” markalı, **- YK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi“sürücü və ön sərnişin üçün ön hava yastıqları” ilə təchiz edilməsinə baxmayaraq hadisə vaxtı zərbə nəticəsində açılmamışdır. Bu isə birbaşa distributer və ya istehsalçının səhlənkarlığnın nəticəsidir. Avtomobilaşağısürətdə toqquşduğu an sistem dərhalaktivləşməsi hava yastıqlarının iş prinsipidir. Qəza zamanıən böyük zərbə başa və ya bədənin ön hissəsinə dəyir. Məhz bunu nəzərə alan avtomobilşirkətləri hava yastıqlarını da əsasən ön hissələrdə quraşdırır ki, bu da ölüm və ya xəsarət alma riskiniən azı 50% azaldır. Hesab edirəm Cavabdeh3 MMC tərəfindən satılan “Chevrolet Cobalt” markalı, **-YK-*** dövlət qeydiyyat nişanlıavtomobildə sürücü üçün ön təhlükəsizlik yastığı işə düşmüş olsa idi qəza zamanı ölüm hadisəsinin qarşının alınmasında mühüm əhəmiyyəti olardı. İddiya əlavə edilən hadisə yerinin görüntülərindən və hökmdə olan şahid ifadələrindən tam təsdiq olunur ki, hadisə zamanı təhlükəsizlik kəmərindən istifadə olunmuş, sürücü təhlükəsizlik kəməri kəsilərək nəqliyyat vasitəsindən çıxarılmışdır. Cinayət işinin materialalrından həmçinin təsdiq olunur ki, nəqliyyat vasitəsi həm ön tərəfdən, həm arx tərəfdə zədələnmişdir ki, istənilən halda hava yastıqları işə düşməli idi. Bundn başqa internet resurslarından araşdırma zamanı yol nəqliyyat hadisəsizamanı “Chevrolet Cobalt” model nəqliyyatlrın hava yastıqlarının açılmamsından şikayətlər mövcuddur. Baş verən hadisədə istifadədə olan nəqliyyat vasitəsinin təhlükəsizlik yastığının işə düşməməsinin nəticələrinin 5 gün müddətində kompensasiya edilməsi barədə cavabdehlərə müraciət edilsə də bu günədək nəticə olmamışdır. AR MM 581.1-ci bəndinə əsasən, satıcıalıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2-ci bəndinə əsasən,alğısatqımüqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcıalıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcıəşyanıəldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 581.3-cü bəndinə əsasən,əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcıalıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. 581.4-cü bəndinə əsasən, Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcıalıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər. 587.2-ci bəndinə əsasən,əşyanın keyfiyyətinə aid tələblərəhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, özseçimi ilə: 587.2.1. alğı-satqımüqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.5. Əgər alıcıəşyanın qüsurları ilə əlaqədar alğı-satqımüqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəzedilməsini tələb edərsə, o, qüsurlu əşyanısatıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. AR MM 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.6. İstər vicdanlısahib, istərsə də vicdansızsahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərfetdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqlarımülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddələrin məzmunundan da göründüyü kimi caabdehləriddiaçıya keyfiyyətli, məcburi tələblərə uyğun gələn əşya verməyə borcları olmuşdur. Qüsurlu nəqliyyat vasitəsi ilə qəza baş verərəkən hadisə nəticəsində alıcının aldığı xəsarətdən ölməsi faktı əsas verir ki, müqavilə üzrə cavabdehin əldə etdiklərini geri qaytarılmasını tələb etsin. Beləliklə baş verən cinyət hadisəsi nəticəsində qəbul edilmiş məhkəmə hökmü ilə tam təsdiq olunur ki, 30 sentyabr 20024-cü il tarixdə, “Ford Fusion” markalı, 10- GS-207 dövlət qeyddiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti ilə hərəkətdə olan zaman Cavabdeh3 MMC-nin mülkiyyətində olan“Chevrolet Cobalt” markalı, **-YK-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşma nəticəsində “Chevrolet Cobalt” markalı, **-YK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1977-ci il təvəllüdlü X11 aldığı bədən xəsarətindən hadisə yerində ölmüşdür. Hadisə zamanı “Chevrolet Cobalt” markalı, **-YK-*** dövlətqeydiyyat nişanlı avtomobilin hava yastığı işə düşməmişdir. AR MM 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə)birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1121.1. Zərərçəkənin (ailə başçısının) öldüyü halda aşağıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır: ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq; 1121.3. Zərərin əvəziaşağıdakılara ödənilir: yetkinlik yaşına çatmayanlara - on səkkiz yaşına çatanadək. 1128.1. Malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. AZL-2142 saylı X7 əsasən AZƏRMAŞ LİZİNQ MMC-yə 2024-cü ilin nsentyabr ayı daxil olmaqla 7000 manat lizinq ödənişi edilmişdir. Hazırda nəqliyyat vasitəsi AZƏRMAŞ LİZİNQ MMC-nin özündədir. Yas mərasiminin 3-cü gününə 4500 manat, 7-ci gününə 1000 manat, 5 cümə axşamına 450 manatdan 2250 manat, 40-cı günə 1000 manat, qəbirin düzəldilməsinə 1200 manat olmaqla,cəmi 9950 manat xərc çəkilmişdir. Ailənin birgə təsərrüfatı üçün Bank Respublikadan İddiaçı adına 20000 manat kredit vəsaiti götürülmüşdür ki, hadisədən sonra həmin kreditin ödənilməsi öhdəliyi İddiaçı üzərində qalmışdır. Uşaqların 18 yaşına çatana kimi hər bir uşağa görə aylıq 256 manat olmaqla zərərin əvəzinin ödəniməsi zərurəti vardır. Baş vermiş hadisə nəticəsində cavabdehlər vurulmuş ziyanları ödəmək əvəzinə nəqliyyat vasitəsinə sahiblənmiş, nəqliyyat vasitəsinin alınması üçün ilkin və aylıq ödənişləri qaytarmamış, qüsurlu nəqliyyat vasitəsi istehsal edib satdıqlarına görə üzrxahlıq əvəzinə təqsirləndirilən şəxsdən nəqliyyat vasitəsinə vurulan ziyanı tələb etmək üçün maraqlı şəxs kimi məhkəməyə müraciət etmişlər. Qüsurlu nəqliyyat vasitəsi satıb sürücüləri təhlükə zamanı qorunması cavabdehlər üçün əhəiyyəti yoxdur, əsas odur ki onlara dəyən zərəri kimsə ödəsin. Sosial şəbəkələrdən aldə edilən məluatlardan da görünür ki, hadisə nəticəsində hava yastıqlarının açılmaması birinci hadisə deyildir. Bu səbəbdən iddiaya cavabdeh şəxslər tərəfindən maddi ziyan ödəməli, həm də mənəviziyana görə 50000 manat ödənilməlidir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Hazırkı iş üzrə iddiaçıya məxsus VÖEN mövcud olmuş olsa da, lakin mübahisə predmeti baxımından hazırkı mübahisə kommersiya mübahisələrinə aid edilə bilməz. Belə ki, işin hallarından da göründüyü kimi iddiaçı ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsini cavabdehlərdən tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli, 10 saylı qərarının 11-ci bəndində qeyd olunmuşdur ki, ... MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin qərarın 13-cü bəndində qeyd olunur ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. Hazırki işdə mübahisənin predmeti və xarakteri nəzərə alınmaqla, məhkəmə hesab edir ki, işə kommersiya məhkəməsində baxılması istisna olunur. Belə ki, göründüyü kimi iddiaçı ilə cavabdeh arasında yaranmış mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmamışdır. İş materiallarına əlavə edilmiş Daxili maliyyə lizinqi müqaviləsinə gəldikdə isə görünür ki, müqavilə məhrum X11 (iddiaçının ailə üzvü) ilə bağlanmış, lakin həmin şəxsin VÖEN-in olması və nəqliyyat vasitəsinin bilavasitə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə lizinqə götürülməsi müqavilədən və iş materiallarından müəyyən edilmir. Beləliklə, iddia tələbinin “xahiş edirəm” hissəsində göstərilən tələblərdən heç birinə kommersiya məhkəməsində baxılması əsası mövcüd deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1 və 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. - 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra müvafiq rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 MMC-yə, Cavabdeh3 MMC-yə, Cavabdeh4 MMC-yə və Cavabdeh5 ASC-yə qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddia ərizəsi ilə müvafiq rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Namazova
Məhkəmə qərarları › İş №e-2-2(113)-5764/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5764/2025
22.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Malın, işin və xidmətlərin qüsurları nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver