Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-2/2023 17.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X14 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Həsənov Müşfiq Kamil oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı "Bank of Baku” ASC-nin nümayəndəsi X6 (bundan əvvəl məhkəmə iclasında iştirak etmiş cavabdeh "Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatının (yeni adı Salyan AQRO sənaye-istehsal kompleksi) nümayəndəsi İsgəndərov Vəkil Yasin oğlunun və vəkili X5) iştirakı ilə, İddiaçı "Bank of Baku” ASC-nin cavabdeh "Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatına və qeyrilərinə qarşı - kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması, tələbin girov qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, e-2-2(121)-44/2021 saylı qətnaməsindən cavabdeh "Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatı (Salyan AQRO sənaye-istehsal kompleksi) tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "Bank of Baku” ASC cavabdehlər "Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatı (Salyan AQRO sənaye-istehsal kompleksi), Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı - kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması, tələbin girov qoyulmuş əmlaka yönəldilməsi barədə AK130/2012 saylı müqavilə üzrə 541511,02 manat məbləğində əsas borc, 106740,51 manat məbləğində faiz borcu, 64576,77 manat məbləğində cərimə, cəmi 712 828,30 manat məbləğində kredit borcunun, AK369/2012 saylı müqavilə üzrə 99 964,35 manat məbləğində əsas borc, 7280,74 manat məbləğində faiz borcu, 247776,66 manat məbləğində cərimə, cəmi 355 021,75 manat məbləğində kredit borcunun, ümumilikdə 1067850,05 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdeh "Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatından tutularaq, iddiaçıya ödənilməsi, qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədi ilə tələbin AK130/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev (Məmməd Araz) küçəsi, 58b saylı fərdi yaşayış evinə; Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev (Məmməd Araz) küçəsi, 58b saylı 2 mərtəbəli fərdi yaşayış evinə; "Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatının mülkiyyətində olan 1 200 000 manat dəyərində dövriyyə mallarına - 600 baş inək (cins iribuynuzlu heyvanlara); AK369/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 11 saylı evin, 11 saylı mənzilinə; Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-5 küçəsində yerləşən 0,18 ha torpaq sahəsinə; "Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatının mülkiyyətində olan 400 000 manat dəyərində dövriyyə mallarına - 200 baş inək (cins iribuynuzlu heyvanlara) yönəldilməsi, həmin daşınmaz əmlakların və dövriyyə mallarının açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabdeh "Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatının banka olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda borcun qalıq hissəsinin cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Bank of Baku” ASC ilə cavabdeh "Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatı arasında bağlanmış AK130/2012 saylı, xx.xx.2012ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə, illik 6 faiz ödəmək şərtilə 3 000 000 manat məbləğində, AK369/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 84 ay müddətinə, illik 6 faiz ödəmək şərtilə 600 000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləs(lər)inin təminatı olaraq, AK130/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev (Məmməd Araz) küçəsi, 58b saylı fərdi yaşayış evi; Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev (Məmməd Araz) küçəsi, 58b saylı 2 mərtəbəli fərdi yaşayış evi; "Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatının mülkiyyətində olan 1 200 000 manat dəyərində dövriyyə malları - 600 baş inək (cins iribuynuzlu heyvanlar); AK369/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 11 saylı evin, 11 saylı mənzili; Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-5 küçəsində yerləşən 0,18 ha torpaq sahəsi; "Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatının mülkiyyətində olan 400 000 manat dəyərində dövriyyə malları - 200 baş inək (cins iribuynuzlu heyvanlar) "Bank of Baku” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Dəfələrlə xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır. İddiaçı sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, AK130/2012 saylı müqavilə üzrə 1 791 511,02 manat məbləğində əsas borc, 120 774,01 manat məbləğində faiz borcu, 64 576,77 manat məbləğində cərimə, cəmi 1 976 861,80 manat məbləğində kredit borcunun, AK369/2012 saylı müqavilə üzrə 99 964,35 manat məbləğində əsas borc, 8063,79 manat məbləğində faiz borcu, 247776,66 manat məbləğində cərimə, cəmi 355 804,8 manat məbləğində kredit borcunun, ümumilikdə 2 332 666,6 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdeh "Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatından tutularaq iddiaçıya ödənilməsi, qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədi ilə tələbin AK130/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev (Məmməd Araz) küçəsi, 58b saylı fərdi yaşayış evinə; Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev (Məmməd Araz) küçəsi, 58b saylı 2 mərtəbəli fərdi yaşayış evinə; "Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatının mülkiyyətində olan 1 200 0O0 manat dəyərində dövriyyə mallarına - 600 baş inək (cins iribuynuzlu heyvanlara); AK369/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 11 saylı evin, 11 saylı mənzilinə; Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-5 küçəsində yerləşən 0,18 ha torpaq sahəsinə; "Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatının mülkiyyətində olan 400 000 manat dəyərində dövriyyə mallarına - 200 baş inək (cins iribuynuzlu heyvanlara) yönəldilməsi, həmin daşınmaz əmlakların və dövriyyə mallarının açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabdeh "Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatının banka olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda borcun qalıq hissəsinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, AK130/2012 saylı müqavilə üzrə 1 791 511,02 manat məbləğində əsas borc, 120 774,01 manat məbləğində faiz borcu, 64576,77 manat məbləğində cərimə, cəmi 1 976 861,80 manat məbləğində kredit borcunun, AK369/2012 saylı müqavilə üzrə 99964,35 manat məbləğində əsas borc, 8063,79 manat məbləğində faiz borcu, 247776,66 manat məbləğində cərimə, cəmi 355 804,8 manat məbləğində kredit borcunun, ümumilikdə 2 332 666,6 manat məbləğində pul vəsaitinin, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ekspertiza xərcinin müqabilində 2000 manat vəsaitin cavabdeh "Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatından tutularaq iddiaçıya ödənilməsi, qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədi ilə tələbin AK130/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev (Məmməd Araz) küçəsi, 58b saylı fərdi yaşayış evi; Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev (Məmməd Araz) küçəsi, 58b saylı 2 mərtəbəli fərdi yaşayış evi; "Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatının mülkiyyətində olan 1 200 000 manat dəyərində dövriyyə mallarına - 600 baş inək (cins iribuynuzlu heyvanlara); AK369/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 11 saylı evin, 11 saylı mənzili; Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-5 küçəsində yerləşən 0,18 ha torpaq sahəsi; "Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatının mülkiyyətində olan 400 000 manat dəyərində dövriyyə mallarına - 200 baş inək (cins iribuynuzlu heyvanlara) yönəldilməsi, həmin daşınmaz əmlakların və dövriyyə mallarının açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabdeh "Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatının banka olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda borcun qalıq hissəsinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı "Bank of Baku” ASC-nin nümayəndəsi X7 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh "Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatı ərizə ilə məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, e-2-2(121)-44/2021 saylı qətnaməsi ilə (sədrlik N.Misirzadə) AK130/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 1 791 511,02 manat məbləğində əsas borc, 120 774,01 manat məbləğində faiz borcu, 6400 manat məbləğində cərimə, cəmi 1 918 685,03 manat məbləğində kredit borcu "Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatından alınaraq "Bank of Baku” ASC-yə ödənilməsi, AK130/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə tələb Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi, 58b saylı fərdi yaşayış evi; Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi, 58 saylı 2 mərtəbəli fərdi yaşayış evi; "Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatının mülkiyyətində olan 1 200 000 manat dəyərində dövriyyə mallarına - 600 baş inək (cins iribuynuzlu heyvanlara) yönəldilməsi, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi, 58b saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 850 000 manat məbləğində olmaqla; Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi, 58 saylı 2 mərtəbəli fərdi yaşayış evinin ilkin satış qiyməti 1 020 000 manat məbləğində olmaqla açıq hərracdan satılması,"Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatının mülkiyyətində olan 1 200 000 manat dəyərində dövriyyə malları - 600 baş inək (cins iribuynuzlu heyvanlar) açıq hərracdan satılması, həmin daşınmaz əmlakların və dövriyyə mallarının satılmasından əldə edilən vəsaitdən 1 918 685,03 manat məbləğində kredit borcu "Bank of Baku” ASCyə ödənilməsi, AK369/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 99 964,35 manat məbləğində əsas borc, 3593,94 manat məbləğində faiz borcu, 24000 manat məbləğində cərimə, cəmi 127 558,29 manat məbləğində kredit borcu "Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatından alınaraq "Bank of Baku” ASC-yə ödənilməsi, AK369/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə tələb Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 11 saylı evin, 11 saylı mənzili; Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-5 küçəsində yerləşən 0,18 ha torpaq sahəsi; "Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatının mülkiyyətində olan 400 000 manat dəyərində dövriyyə mallarına - 200 baş inək (cins iribuynuzlu heyvanlara) yönəldilməsi, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 11 saylı evin, 11 saylı mənzilinin ilkin satış qiyməti 170 000 manat məbləğində olmaqla; Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-5 küçəsində yerləşən 0,18 ha torpaq sahəsinin ilkin satış qiyməti 500 000 manat məbləğində olmaqla açıq hərracdan satılması, "Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatının mülkiyyətində olan 400 000 manat dəyərində dövriyyə malları - 200 baş inək (cins iribuynuzlu heyvanlar) açıq hərracdan satılması, həmin daşınmaz əmlakların və dövriyyə mallarının satılmasından əldə edilən vəsaitdən 127 558,29 manat məbləğində kredit borcu "Bank of Baku” ASC-yə ödənilməsi, iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 1500 manat məbləğində pul vəsaiti və ödənilmiş 25 manat məbləğində dövlət rüsumu "Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatından alınaraq "Bank of Baku” ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi və ekspertiza tədqiqatının dəyəri olaraq 350 manat məbləğində pul vəsaitinin 50 manatı "Bank of Baku” ASC-dən, 300 manatı isə "Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatından alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh "Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində Şirvan Kommersiya Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, e- 2-2(121)-44/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinə əsas və faiz hissədə ilk iddia ərizəsinin məzmununda göstərilən həddə təmin edilməsini və iddia tələbinin cəriməyə aid hissədə ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Belə ki, işə baxan məhkəmə iddia tələbinin artırılmasının hüquqi əsaslarını araşdırmadan və bu araşdırmada nümayəndələrinin iştirakını təmin etmədən tələm-tələsik qətnamə qəbul etmişdir. Hesab etmişlər ki, iddia tələbinin dəyişdirilməsi əsassız və qanunsuz olmuş və iddia tələbi ilk iddia ərizəsi həddində təmin edilməlidir. Digər tərəfdən qeyd etməyi zəruri hesab etmişlər ki, məhkəmə ipoteka predmetlərinin dəyərlərini də müəyyən edərkən səhvə yol vermiş və bu hissədə də iddia tələbi üzrə ipoteka predmetlərinin ilkin satış dəyərini müəyyən edərkən qanunvericiliyin tələblərini nəzərə almamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. d) Apellyasiya instansiyası məhkəməsində birinci icraat: Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 01 iyun 2021-ci il tarixli, 2-2(106)-116/2021 saylı qətnaməsi ilə cavabdeh "Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatının direktoru Abbas Camalov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, e-2-2(121)- 23/2021 saylı qətnaməsi cavabdeh "Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatının direktoru Abbas Camalov tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. e) Kassasiya instansiyası məhkəməsində icraat: Şirvan Apellyasiya Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2-2(106)-116/2021 tarixli qətnaməsindən cavabdeh tərəf kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 01 iyun 2021-ci il tarixli, 2-2(106)-116/2021 qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. f) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının bundan əvvəlki iclasında iştirak edən cavabdeh "Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatının nümayəndəsi İsgəndərov Vəkil Yasin oğlu və vəkili X8 izahat verərək göstərmişdir ki, qiymətləndiricilərin rəyi ilə razı deyillər. Belə ki, qiymətləndirici yalnız əmlakların bazar dəyərini müəyyən edir. Lakin həmin evlərin üzərinə çəkilmiş bahalı daşdan olan aqlayı qiymətləndirmir. Büna görə də əmlakın qiymətləndirilməsi ilə bağlı ekspertiza keçirilməsini xahiş etmişdirlər. Həmçinin cavabdeh "Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatının direktoru Teymur Kərimov 25 iyun 2023-cü il tarixində məhkəməyə məktub göndərərək ekspertiza rəyi ilə razı olmadıqlarını bildirmiş iş üzrə əmtəəşünaslıq ekspertizasının küçirilməsini xahiş etmişdir. İddiaçı "Bank of Baku” ASC-nin nümayəndəsi X1 iclasında apellyasiya şikayətini əsassız hesab etmiş və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinə əsas və faiz hissədə ilk iddia ərizəsinin məzmununda göstərilən həddə təmin edilməsini və iddia tələbinin cəriməyə aid hissədə ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, eyni zamanda ipoteka predmetlərinin dəyərlərini də müəyyən edərkən məhkəminin səhvə yol verdiyini bildirməklə, qətnaməni həmin hissələrdə mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissələrdə yохlanılmasını düzgün hеsab еdir. Kommersiya işinə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 295-ci maddəsinə müvafiq olaraq, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1-ci maddəsinə görə, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. 307.6-cı maddəsinə uyğun olaraq, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 39.3. və 39.3.3cü maddələrinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə cavabdeh “Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatı arasında AK130/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə illik 6 faiz ödəmək şərti ilə 120 ay müddətinə 3 000 000 manat məbləğində kredit verilmişdir. İşin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ASC ilə “Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatı arasında bağlanmış AK132/2012 saylı, xx.xx.2012ci il tarixli dövriyyədəki malların girovu müqaviləsinə əsasən, AK130/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə “Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatının mülkiyyətində olan 1 200 000 manat dəyərində dövriyyə malları - 600 baş inək (cins iribuynuzlu heyvanlar) kreditin təminatı olaraq girov ilə yüklü edilmişdir. İşdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış AK222/2007 saylı, xx.xx.2007-ci il tarixli ipoteka müqaviləsinə və həmin müqaviləyə xx.xx.2012-ci il tarixli razılaşmaya əsasən, AK130/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi, 58 saylı 2 mərtəbəli fərdi yaşayış evi kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İşin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş MH seriyalı, ******* saylı və xx.xx.2012-ci il tarixdə verilmiş MA seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış(lar)dan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi, 58 saylı 2 mərtəbəli fərdi yaşayış evi Cavabdeh4 mülkiyyətindədir və kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İşdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış AK177/2009 saylı, xx.xx.2009-cu il tarixli ipoteka müqaviləsinə və həmin müqaviləyə xx.xx.2012-ci il tarixli razılaşmaya əsasən, AK130/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi, 58b saylı fərdi yaşayış evi kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İşin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş MH seriyalı, ******* saylı və xx.xx.2012-ci il tarixdə verilmiş MA seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış(lar)dan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi, 58b saylı fərdi yaşayış evi Cavabdeh3 mülkiyyətindədir və kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC ilə cavabdeh “Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatı arasında AK369/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə illik 6 faiz ödəmək şərti ilə 84 ay müddətinə 600 000 manat məbləğində kredit verilmişdir. İşin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ASC ilə “Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatı arasında bağlanmış AK371/2012 saylı, xx.xx.2012ci il tarixli dövriyyədəki malların girovu müqaviləsinə əsasən, AK369/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə “Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatının mülkiyyətində olan 400 000 manat dəyərində dövriyyə malları - 200 baş inək (cins iribuynuzlu heyvanlar) kreditin təminatı olaraq girov ilə yüklü edilmişdir. İşdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış AK370/2012 saylı, xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən, AK369/2012 saylı, xx.xx.2012-ci kredit müqaviləsi üzrə Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 11 saylı evin, 11 saylı mənzili kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İşin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş MH seriyalı, ******* saylı və xx.xx.2012-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış(lar)dan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 11 saylı evin, 11 saylı mənzili Cavabdeh3 mülkiyyətindədir və kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İşdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış M1-H077KK13 saylı, xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən, AK369/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-5 küçəsində yerləşən 0,18 ha torpaq sahəsi kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İşin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı və xx.xx.2013-cü il tarixdə verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış(lar)dan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-5 küçəsində yerləşən 0,18 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətindədir və kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İşdən görünür ki, iddiaçı cavabdeh “Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatına borcun ödənilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli bildiriş-pretenziya göndərmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdeh(lər)ə “ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə xx.xx.2020-ci il tarixli bildiriş(lər) göndərmişdir. İşdən görünür ki, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair xx.xx.2020-ci il tarixli ərizə(lər) ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. İşin materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, cavabdehin AK130/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 1 791 511,02 manat məbləğində əsas borc, 120 774,01 manat məbləğində faiz borcu, 64576,77 manat məbləğində cərimə, cəmi 1 976 861,80 manat məbləğində kredit borcu, AK369/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 99964,35 manat məbləğində əsas borc, 8063,79 manat məbləğində faiz borcu, 247776,66 manat məbləğində cərimə, cəmi 355 804,8 manat məbləğində kredit borcu, ümumilikdə 2 332 666,6 manat məbləğində borcu vardır. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/4449 saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, İddiaçı ASC ilə cavabdeh “Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatı arasında bağlanmış AK130/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixə əsas borcu üzrə 1 791 511,02 manat, faiz borcu üzrə 179 959,2 manat; AK369/2012 saylı, xx.xx.2012ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 99964,35 manat məbləğində əsas borc, 3593,94 manat məbləğində faiz borcu; AK369/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə 99964,35 manat məbləğində əsas borc, 8125,66 manat məbləğində faiz borcunun olması müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 350 manat məbləğində təşkil edir. İş materiallarından görünür ki, məhkəmənin qərardadı ilə göstərilən daşınmaz əmlak(lar)ın bazar qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş və həmin MMC-nin əmlak(lar)ın dəyərinin müəyyən etmək üçün 266/BOB/20 saylı, 267/BOB/20 saylı, 268/BOB/20 saylı, 269/BOB/20 saylı, xx.xx.2020-ci il tarixli qiymətləndirmə hesabatları (rəyləri) ilə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-5 küçəsində yerləşən 0,18 ha torpaq sahəsinin likvid dəyəri 500 000 manat məbləğində; Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 11 saylı evin, 11 saylı mənzilinin likvid dəyəri 170 000 manat məbləğində; Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi, 58b saylı fərdi yaşayış evinin likvid dəyəri 850 000 manat məbləğində; Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi, 58 saylı 2 mərtəbəli fərdi yaşayış evinin likvid dəyəri 1 020 000 manat məbləğində olması müəyyən olunmuşdur. İş materiallarına əlavə edilən xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına 2000 manat məbləğində pul vəsaiti ödənilmişdir. İş üzrə apellyasiya baxışında qiymətləndiricinin rəyləri alınmışdır: “X9” MMC-nin 026/22 nömrəli rəyinə görə Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 11 saylı evin, 11 saylı mənzilin orta bazar dəyəri 285.000 manat, likvid qiyməti 270.000 manat təşkil edir. “X9” MMC-nin 025/22 nömrəli rəyinə görə Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev (Məmməd Araz) küçəsi, 58b saylı fərdi yaşayış evinin orta bazar dəyəri 1.300.000 manat, likvid qiyməti 1.200.000 manat, Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev (Məmməd Araz) küçəsi, 58b saylı 2 mərtəbəli fərdi yaşayış evinin orta bazar dəyəri 1.800.000 manat, likvid qiyməti 1.700.000 manat təşkil edir. “X9” MMC-nin 027/22 nömrəli rəyinə görə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-5 küçəsində yerləşən 0,18 ha torpaq sahəsinin orta bazar dəyəri 1.550.000 manat, likvid qiyməti 1.450.000 manat təşkil edir. "xxxx" MMC-nin 2565/SQ nömrəli rəyinə görə Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev (Məmməd Araz) küçəsi, 58b saylı fərdi yaşayış evinin bazar dəyəri 700.000 manat, likvid dəyəri 600.000 manat təşkil edir. "xxxx" MMC-nin 2564/SQ nömrəli rəyinə görə Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev (Məmməd Araz) küçəsi, 58b saylı 2 mərtəbəli fərdi yaşayış evinin bazar dəyəri 1.000.000 manat, likvid dəyəri 850.000 manat təşkil edir. "xxxx" MMC-nin 2567/SQ nömrəli rəyinə görə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-5 küçəsində yerləşən 0,18 ha torpaq sahəsinin bazar dəyəri 540.000 manat, likvid dəyəri 459.000 manat təşkil edir. "xxxx" MMC-nin 2566/SQ nömrəli rəyinə görə Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 11 saylı evin, 11 saylı mənzilinin bazar dəyəri 130.000 manat, likvid dəyəri 110.000 manat təşkil edir. "xxxx" MMC-nin ƏEM/M 46-293/23 nömrəli rəyinə görə Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev (Məmməd Araz) küçəsi, 58b saylı fərdi yaşayış evinin bazar dəyəri 1.100.000 manat, likvid dəyəri 940.000 manat, Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev (Məmməd Araz) küçəsi, 58b saylı 2 mərtəbəli fərdi yaşayış evinin bazar dəyəri 1.500.000 manat, likvid dəyəri 1.250.000 manat, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 11 saylı evin, 11 saylı mənzilin bazar dəyəri 150.000 manat, likvid dəyəri 140.000 manat, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-5 küçəsində yerləşən 0,18 ha torpaq sahəsi üzrə- torpaq bazar dəyəri 540.000 manat, likvid dəyəri 460.000 manat, tikili- bazar dəyəri 150.000 manat, likvid 110.000 manat təşkil edir. "xxxx" MMC-də keçirilən ekspertiza xərci 1000 manat təşkil etmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh kredit müqaviləs(lər)i əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşlar. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit üzrə əsas borcu və faizləri ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdehdən əsas borcun və ona hesablanmış faizlərin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Ona görə ki, iş materiallarında olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının 9/4447 saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, AK130/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixə əsas borcu üzrə 1 791 511,02 manat, faiz borcu üzrə 179 959,2 manat; AK369/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 99964,35 manat məbləğində əsas borc, 3593,94 manat məbləğində faiz borcu; AK369/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə 99964,35 manat məbləğində əsas borc, 8125,66 manat məbləğində faiz borcunun olması müəyyən olunur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə kollegiya əsasən məhkəmə mühasibatlıq ekspertizasının verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Buna görə də kollegiyası hesab edir ki, qeyd edilən hissələrdə qismən təmin edilərək, cavabdehdən AK130/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 1791511,02 manat məbləğində əsas borc, 120774,01 manat məbləğində faiz borcu; AK369/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 99964,35 manat məbləğində əsas borc, 3593,94 manat məbləğində (müqavilə müddətinə) faiz borcu tutulmasını qanuni və əsaslı hesab edir. Belə ki, iddia ərizəsinin məzmunundan və işə əlavə edilmiş sənədlərdən aşkar surətdə göründüyü kimi tərəflər arasında bağlanmış AK369/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixinə kimi müəyyənləşdirilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırdığı üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə yaranan münasibətlər müddətli münasibətlər olduğundan kreditin qaytarılma müddəti xx.xx.2019-cu il tarixədək müəyyənləşdirilmişdir. Göründüyü kimi, borclu tərəfindən öhdəliklərin icra edilməməsinə görə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam etsə də, müqavilənin qüvvədə olma müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı müqavilənin qüvvədə olma müddəti ərzində yəni, xx.xx.2019-cu il tarixinə kimi faizləri tələb etmək hüququna malik olsa da, müqavilənin qüvvədə olma müddəti bitəndən sonra bu hüququ itirmişdir. Lakin, iddiaçı borclu tərəfindən öhdəliklərin icra edilməməsinə görə zərərin ödənilməsini tələb edə bilər. Odur ki, iddiaçının borcludan müqavilə müddəti bitdikdən sonra hesablanmış faizləri tələb etməsi əsassızdır. Buna görə də kollegiya iddianı həmin hissədə qismən təmin edilməsi, xx.xx.2019-cu il tarixinə kimi əsas borca hesablanmış 3593,94 manat məbləğində faiz borcu cavabdehdən tutlması hissəsilə razılaşır. İşin hallarını nəzərə alaraq, məhkəmə kollegiyası iddia ərizəsində göstərilən AK130/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə cərimənin 64576,77 manat məbləğində deyil, 6400 manat məbləğində, AK369/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə cərimənin 247776,66 məbləğində deyil, 24000 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq və ədalətli sayır. Çünki dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehlərin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə kollegiyası tələbin girov qoyulmuş dövriyyədəki mallara yönəldilməsinə dair hissəsini də araşdıraraq aşaııdakıları qeyd edir. Azərbaycan Respublikası MM-nin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi girovla təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin girovla yüklü edilmiş göstərilən əşyalara yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi girovla yüklü edilmiş göstərilən mallara yönəldilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 306.1-ci maddəsinə əsasən, dövriyyədəki malların girovu zamanı girov qoyulan mallar girov qoyanda saxlanılır və girov qoyana girov qoyulmuş əmlakın (əmtəə ehtiyatları, xammal, materiallar, yarımfabrikatlar, hazır məhsul və i.a.) tərkibini və natural formasını dəyişdirmək hüququ verilir. Məhkəmə eyni zamanda tələbin girovla yüklü edilmiş mallara yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin girov qoyulmuş göstərilən mallara yönəldilməsi girovla yüklü edilmiş göstərilən malların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası MM-nin 297-ci maddəsinə əsasən, girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Məhkəmə həmçinin tələbin ipoteka qoyulmuş daşınmaz əmlak(lar)a yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlak(lar)a yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmet(lər)inin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmet(lər)inin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmet(lər)inin ilkin satış qiyməti qiymətləndiricinin hesabat(lar)ı əsasında məhkəmə tərəfindən edilməklə, qeyd edilən daşınmaz əmlak(lar) açıq hərracdan satılmalı və həmin əmlak(lar)ın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01 saylı, xx.xx.2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İpoteka predmetinin ilkin satış qiymətinin mübahisələndirilməsi ilə bağlı kollegiya qeyd edir ki, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ilkin satış qiyməti 2 qaydada müəyyənləşdirilə bilər: 1) razılaşma əsasında; 2) qiymətləndiricinin rəyi əsasında. İpoteka müqaviləsi mahiyyətinə görə ipoteka qoyanla ipoteka saxlayanın razılaşması olsa da, 39.3.3-cü maddədə “razılaşma” deyiləndə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulub. İpoteka müqaviləsi bağlanarkən hələ ipoteka predmetinə tutma yönəldilib-yönəldilməyəcəyi bəlli olmadığından tərəflər onun ilkin satış qiymətini müəyyənləşdirməyiblər, onlar ipoteka predmetinin qiymətini müəyyənləşdiriblər. “Qiymət” anlayışı ilə “ilkin satış qiyməti” anlayışı eyniləşdirilməli deyil, ilkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. O cümlədən nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddətdə ipoteka predmetinin dəyərinin dəyişməsi mümkündür. Bu səbəbdən ipoteka müqaviləsində göstərilən qiymət bir müddətdən sonra real olmaya bilər. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət razılaşdırılmış ilkin satış qiyməti hesab edilə bilməz. Buna görə də birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsindən ötrü müstəqil qiymətləndiricinin rəyi alınmış və göstərilən daşınmaz əmlak(lar)ın bazar qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMCyə həvalə olunmuş və həmin MMC-nin əmlak(lar)ın dəyərinin müəyyən etmək üçün 266/BOB/20 saylı, 267/BOB/20 saylı, 268/BOB/20 saylı, 269/BOB/20 saylı, xx.xx.2020-ci il tarixli qiymətləndirmə hesabatları (rəyləri) ilə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-5 küçəsində yerləşən 0,18 ha torpaq sahəsinin likvid dəyəri 500 000 manat məbləğində; Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 11 saylı evin, 11 saylı mənzilinin likvid dəyəri 170 000 manat məbləğində; Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi, 58b saylı fərdi yaşayış evinin likvid dəyəri 850 000 manat məbləğində; Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi, 58 saylı 2 mərtəbəli fərdi yaşayış evinin likvid dəyəri 1 020 000 manat məbləğində olması müəyyən olunmuşdur. Cavabdeh tərəf apellyasiya instansiyası mərhələsində ipoteka predmeti olan əmlakların dəyərini mübahisələndirdiyindən əmtəəşünaslıq ekspertizası təyin edilmiş və müvafiq rəylər alınmışdır. Belə ki, işdə olan "X10” MMC-nin əmlak(lar)ın dəyərinin müəyyən etmək üçün 025/22 saylı, 026/22 saylı, 027/22 saylı, xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabatları (rəyləri) ilə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-5 küçəsində yerləşən 0,18 ha torpaq sahəsinin likvid dəyəri 1 450 000 manat məbləğində; Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 11 saylı evin, 11 saylı mənzilinin likvid dəyəri 270 000 manat məbləğində; Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi, 58b saylı fərdi yaşayış evinin likvid dəyəri 1 200 000 manat məbləğində; Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi, 58 saylı 2 mərtəbəli fərdi yaşayış evinin likvid dəyəri 1 700 000 manat məbləğində olması müəyyən olunmuşdur. Qiymətləndirici təşkilatlar tərəfindən təqdim edilmiş rəylər arasında kəskin fərqlər olduğundan iddiaçının vəsatəti əsasında məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə ipoteka predmətlərinin likvid qiyməti müəyyənləşdirilməsi üçün iş üzrə əmtəşünaslıq ekspertizası təyin edilmiş və qiymətləndirmənin keçirilməsi üçün iş "FM Consulting” MMC-nə göndərilmişdir. "FM Consulting” MMC-nin əmlak(lar)ın dəyərinin müəyyən etmək üçün 2564/SQ saylı, 2565/SQ saylı, 2566/SQ saylı, 2567/SQ saylı, xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabatları (rəyləri) ilə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-5 küçəsində yerləşən 0,18 ha torpaq sahəsinin likvid dəyəri 459 000 manat məbləğində; Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 11 saylı evin, 11 saylı mənzilinin likvid dəyəri 110 000 manat məbləğində; Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi, 58b saylı fərdi yaşayış evinin likvid dəyəri 600 000 manat məbləğində; Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi, 58 saylı 2 mərtəbəli fərdi yaşayış evinin likvid dəyəri 850 000 manat məbləğində olması müəyyən olunmuşdur. Lakin apellyasiya instansiyası mərhələsində işə baxılan zaman "X10” MMC tərəfindən təqdim edilən rəylə "FM Consulting” MMC tərəfindən təqdim edilən qiymətləndirmə rəyləri arasında kəskin fərq olduğundan məhkəmə kollegiyası tərəfindən qeyd edilən ipoteka predmetlərinin qiymətləndirilməsi üçün yeni bir qiymətləndirici təşkilata -X4 göndərilməsi qərara alınmışdır. "xxxx" MMC-nin ƏEM/M 46-293/23 nömrəli rəyinə görə Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev (Məmməd Araz) küçəsi, 58b saylı fərdi yaşayış evinin bazar dəyəri 1.100.000 manat, likvid dəyəri 940.000 manat, Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev (Məmməd Araz) küçəsi, 58b saylı 2 mərtəbəli fərdi yaşayış evinin bazar dəyəri 1.500.000 manat, likvid dəyəri 1.250.000 manat, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 11 saylı evin, 11 saylı mənzilin bazar dəyəri 150.000 manat, likvid dəyəri 140.000 manat, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-5 küçəsində yerləşən 0,18 ha torpaq sahəsi üzrə- torpaq bazar dəyəri 540.000 manat, likvid dəyəri 460.000 manat, tikili- bazar dəyəri 150.000 manat, likvid 110.000 manat təşkil edir. Məhkəmə kollegiyası hər dörd qiymətlənddirici təşkilatın ("xxxx" MMC-nin, "X10” MMCnin, "FM Consulting” MMC-nin və "xxxx" MMC-nin) RƏYlərini müqayisəli tədqiq edərək hesab etmişdir ki, bunlar arasında reallığı əks etdirən "xxxx" MMC-nin rəyidir. Lakin "xxxx" MMC-nin rəyinin tədqiqi zamanı müəyyən edilmişdir ki, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 11 saylı evin, 11 saylı mənzilin bazar dəyəri 150.000 manat, likvid dəyəri 140.000 manat, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-5 küçəsində yerləşən 0,18 ha torpaq sahəsi üzrə- torpaq bazar dəyəri 540.000 manat, likvid dəyəri 460.000 manat, tikili- bazar dəyəri 150.000 manat, likvid 110.000 manat təşkil etməsi göstərilmişdir. Lakin həmin əmlaklar "xxxx" MMC-nin rəyi üzrə uyğun olaraq 170 000 və 500 000 manat qiymətləndirilmiş və bu qiymətləndirmə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Buna görə də kollegiya Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 11 saylı evin, 11 saylı mənzilin bazar dəyəri likvid dəyəri 170.000 manat, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli- 5 küçəsində yerləşən 0,18 ha torpaq sahəsi üzrə- torpaq bazar dəyəri likvid dəyəri 500.000 manat qiymətləndirilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Lakin məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev (Məmməd Araz) küçəsi, 58b saylı fərdi yaşayış evinin likvid dəyəri dəyişdirilərək 940.000 manat, Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev (Məmməd Araz) küçəsi, 58b saylı 2 mərtəbəli fərdi yaşayış evinin likvid dəyəri isə dəyişdirilərək 1.250.000 manat məbləğində müəyyən edilməlidir. İpoteka 1-ci “X9” MMC "xxxx" MMC "xxxx" MMC predmetləri istansiya "xxxx" Cavabdeh3 Bazar Orta bazar Bazar dəyəri Bazar dəyəri mülkiyyətində olan dəyəri dəyəri 700.000 manat, 1.100.000 manat, Bakı şəhəri, 900.000 1.300.000 likvid dəyəri likvid dəyəri Nərimanov manat, manat, 600.000 manat 940.000 manat rayonu, Teymur likvid dəyəri likvid Əliyev (Məmməd 850.000 qiyməti Araz) küçəsi, 58b manat 1.200.000 saylı fərdi yaşayış manat evi Cavabdeh4 Bazar Orta bazar Bazar dəyəri Bazar dəyəri mülkiyyətində olan dəyəri dəyəri 1.000.000 1.500.000 manat, Bakı şəhəri, 1.101.000 1.800.000 manat, likvid likvid dəyəri Nərimanov manat, manat, dəyəri 850.000 1.250.000 manat rayonu, Teymur likvid dəyəri likvid manat Əliyev (Məmməd 1.020.000 qiyməti Araz) küçəsi, 58b manat 1.700.000 saylı 2 mərtəbəli manat fərdi yaşayış evi Cavabdeh3 Bazar Orta bazar Bazar dəyəri Bazar dəyəri mülkiyyətində olan dəyəri dəyəri 130.000 manat, 150.000 manat, Bakı şəhəri, 180.000 285.000 likvid dəyəri likvid dəyəri Nəsimi rayonu, 28 manat, manat, 110.000 manat 140.000 manat May küçəsi, 11 likvid dəyəri likvid saylı evin, 11 saylı 170000 qiyməti mənzili manat 270.000 manat Cavabdeh1 Bazar dəyəri Orta bazar Bazar dəyəri Torpaq-bazar dəyəri mülkiyyətində olan 540.000 dəyəri 540.000 manat, 540.000 manat, likvid Bakı şəhəri, Xətai manat, likvid 1.550.000 likvid dəyəri dəyəri 460.000 rayonu, Əhmədli dəyəri manat, likvid 459.000 manat manat, qəsəbəsi, Əhmədli-5 500.000 qiyməti Tikili- bazar dəyəri küçəsində yerləşən manat 1.450.000 150.000 manat, likvid 0,18 ha torpaq manat 110.000 manat sahəsi Cavabdeh “Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatının əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatət vermiş və eyni zamanda "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə barədə rəyləri məhkəməyə təqdim edərək nəzərə alınmasını xahiş etmişdir. Kollegiya bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə əsasən əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Mülki prosessual qanunvericiliyinə əsasən apellyasiya instansiya məhkəmələrinin bir qayda olaraq əsas vəzifəsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı və qanuniliyini yoxlamaqdan ibarətdir. Yuxarıda qeyd olunan prosessual normaların mahiyyətindən də aydın olur ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır və faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilsin. İş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh nümayəndəsi vasitəsi ilə birinci instansiya məhkəmə baxışı iclasından məlumatlı olmuş və X2 Kommersiya Məhkəməsinə xx.xx.2021-ci il tarixdə elektron qaydada müraciət ünvanlamış, müraciətində iddiaçının onlara qarşı tələb olunan borc məbləğinin əsas borc, faiz borcu və cərimə borcu hissəsində məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmasını xahiş etmiş, lakin ipoteka ilə yüklü edilmiş əmlakların qiymətləndirici tərəfindən verdiyi rəyi mübahisələndirməmişdir. Göründüyü kimi cavabdehin birinci instansiya məhkəməsində sübutlar təqdim etmək üçün kifayət qədər prosessual baxımdan imkanı olmuş və o, bu imkanından istifadə etməmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində digər dəlil kimi göstərdiyi iddia tələbinin artırılmasının barədə ərizənin hüquqi əsaslarını araşdırmadan qəbul edilməsinin qanunsuz olmasını və tələbin verilmiş ilkin iddia həcmində təmin edilməsi ilə bağlı tələbi ilə əlaqədar kollegiya qeyd edir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Azərbaycan Respubliası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Şərh olunanlara əsasən Cavabdeh "Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatının apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, e-2-2(121)-44/2021 saylı qətnaməsi ipoteka predmeti - Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi, 58b saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 850 000 manat, Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi, 58 saylı 2 mərtəbəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 1 020 000 manat məbləğində müəyyən olunması hissədə dəyişdirilməli, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi, 58b saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 940 000 manat, Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi, 58 saylı 2 mərtəbəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 1 250 000 manat məbləğində müəyyən olunmalı, Qətnamə cavabdeh "Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatının apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. 700 manat ekspertiza xərci "Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatından (yeni adı Salyan AQRO sənaye-istehsal kompleksi) alınaraq "X10” MMC-nin, 1000 manat isə "xxxx" MMC-nin bank hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apelyasiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh "Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatının apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, e-2-2(121)-44/2021 saylı qətnaməsi ipoteka predmeti - Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi, 58b saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 850 000 manat, Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi, 58 saylı 2 mərtəbəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 1 020 000 manat məbləğində müəyyən olunması hissədə dəyişdirilsin. Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi, 58b saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 940 000 (doqquz yüz qırx min) manat, Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi, 58 saylı 2 mərtəbəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 1 250 000 (bir milyon iki yüz əlli min) manat məbləğində müəyyən olunsun. Qətnamə cavabdeh "Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatının apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissələrdə dəyişdirilməsin. 700 manat ekspertiza xərci "Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatından (yeni adı Salyan AQRO sənaye-istehsal kompleksi) alınaraq "X10” MMC-nin, 1000 manat isə "xxxx" MMC-nin bank hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə elektron qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına ekassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə rəsmi qaydada təqdim edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-2/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-2/2023
17.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver