Məhkəmə qərarları › İş №2-2(106)-20/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-20/2025

21.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-20/2025 21.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və X3 ibarət məhkəmə tərkibində, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Bahadır oğluna qarşı qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi tələbinə dair mülki iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 25 sentyabr 2024cü il tarixli 2-2(121)-201/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh Bahadır oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Lənkəran X4 İdarəsinin Lənkəran rayonu üzrə xidmət sahəsinin istismarında olan Lənkəran rayonu Şilavar kəndində yerləşən fiziki şəxs kimi qeydiyyatda olan (VÖEN **********) Cavabdeh Bahadır oğluna məxsus “Buta Dekor” ticarət obyektinin qarşısından keçən orta təzyiqli, yerüstü D-57 mm-lik küçə qaz kəmərinin mühafizə zonasında Cavabdeh Bahadır oğlu tərəfindən inşa edilmiş beton örtüyünün öz vəsaiti hesabına əvəzi ödənilmədən sökülərək mühafizə zonasından çıxarılması və ödənilmiş 80 (səksən) manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı və mediasiya xərci 20 (iyirmi) manat, cəmi 100,40 manatın cavabdehdən tutularaq Lənkəran RQİİ-nin "xxxx" ASC-nin Lənkəran filialı kod:200383 VÖEN **********, MH AZ37NABZ******************** SWİFT AİBAZ2X, İddiaçı İB VÖEN ********** İBAN AZ90AİİB******************** hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Lənkəran X4 İdarəsinin Lənkəran Xidmət Sahəsinin mütəxəssisləri tərəfindən küçə qaz kəmərlərinə baxış keçirilərkən Lənkəran rayonu, Şilavar kəndində yerləşən, fiziki şəxs kimi qeydiyyatda olan (VÖEN **********) Cavabdeh Bahadır oğluna məxsus “Buta Dekor” ticarət obyektinin qarşısından keçən orta təzyiqli, yerüstü D-57 mm-lik küçə qaz kəmərinin mühafizə zonasında Cavabdeh Bahadır oğlu tərəfindən həmin qaz kəmərinin L=13,0 p/m hissəsinin üzərinin qanunsuz olaraq betonlanaraq metlax örtüyünün altına salınması aşkarlanmışdır ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999- cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərinə ziddir. Belə ki, həmin Qaydaların 2.13-cü yarımbəndinə əsasən “Boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərinə əsasən orta təzyiqli, yerüstü qaz kəmərinin mühafizə zonası kəmərin orta oxundan hər tərəfə 2 (iki) metr müəyyən edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli 2-2(121)-201/2024 saylı qətnaməsi ilə (hakim Elşən Abdullayev) İddiaçı Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa edilmiş beton örtüyünün sökülməsi tələbinə dair iddianın rədd edilməsi, ödənilmiş 80 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə görə 150 (yüz əlli) manatın İddiaçındən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddiasının təmin edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İşdə olan: xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.2022-ci il tarixində Lənkəran rayonu, Şilavar ərazisində (Bakı-Astara şosse yolunun sağında) yerləşən Cavabdeh Bahadır oğluna məxsus “Buda Dekor” ticarət obyektinin (Ulduzun təkər təmiri seci ilə üz-üzə) qarşısından keçən orta təzyiqli D57 mm-lik qaz kəmərinə baxış keçirilmişdir. Baxış zamanı mlum olmuşdur ki, vətəndaş qaz xəttinin L=13, 0 p/m hissəsinin üzərini qanunsuz olaraq betonlayaraq metlax örtüyünün altına salmışdır. Bununla o, qaz xəttinin mühafizə zonasını kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/2379 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Nazirlət Kabinetinin 1999-cu il 21 iyun 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nda qaz xəttinin yeraltı keçən hissəsinin üzərinin beton örtük (beton məhlulu) ilə örtülməməsi ilə bağlı hər hansı tələb mövcud olmadığından, Cavabdeh Bahadır oğluna məxsus “Buta Dekor” ticarət obyektinin qarşısından keçən orta təzyiqli, yerüstü D-57 mm-lik küçə qaz kəmərinin L=13,0 p/m yeraltı hissəsinin üzərinin beton məhlulu (beton örtüyü) örtülməsinin həmin qaydaları ilə tənzimləndiyi müəyyən edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühavizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərini pozaraq İddiaçı Lənkəran X4 İdarəsinin balansında və istismarında olan Lənkəran rayonu Sütəmurdov qəsəbəsi ərazisindən keçən d-57 mm diametri olan orta təzyiqli yerüstü qaz kəmərinin 13 p/m hissəsində qaz xəttinin mühavizə zonası pozaraq tikili inşa edilməsi mülki işin mübahisəsiz halıdır. Cavabdeh tərəfindən inşa olunmuş tikili qaz kəmərinin mühavizə zonasında yerləşdiyindən kəmərin zədələnməsi, qaz sızmasının baş verməsi partlayışa, yanğına və insan tələfatı ilə nəticələnə bilən digər bədbəxt hadisələrə səbəb ola bilər. Həmçinin qaz kəmərinin istismarının mütəmadi olaraq nəzarətdə saxlanmasına, profilaktik işlərin və zərurət yarandıqda təmir-bərpa işlərinin aparılmasına maneçilik törədir. Cavabdeh tərəfindən inşa olunmuş tikililər qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir. Qaz xəttinin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər ağır nəticəli bədbəxt hadisələrə səbəb ola bilər. Hazırkı vəziyyətdə qaz kəmərinin mühafizə zonasında tikili inşa edilmişdir və bu fakt mövcud sənədlərlə təsdiq edilir. Yerüstü qaz kəmərlərindən binalara və tikililərə qədər olan məsafəyə aid 5 nömrəli əlavədə aşağı təzyiqli qaz kəmərlərinin bina və qurğuların özüllərinə qədər məsafəsi 2 metr müəyyən edilmişdir. Həmin Qaydaların 2.13-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. Hazırkı vəziyyətdə aşağı təyziqli qaz kəmərinin tikili ilə arasında olan məsafə 0 m təşkil edir ki, bu da mühafizə zonasının pozulması deməkdir. Göstərilən ərazidə cavabdehin hüquqları özbaşına tutduğu (zəbt etdiyi) və faktiki istifadəsində olan torpaq sahəsinə qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada tanına bilməz. Həmin tikintiyə icazə verilərkən qaz təchizatı müəssisəsinin razılığının olması qeyrimüəyyəndir. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr alınmayan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti əsasında sökülə bilər. Qaz kəmərlərinin mühafizə zonası dairəsində tikinti işlərinin aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Elektirik, rabitə, neft-qaz və nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. Boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. Təqdim edilmiş sənədlərdən, fotoşəkillərdən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə EkspertizasıMərkəzinin xx.xx.2024-cü il tarixli 3- 16-16/2-10/2379 sübut qismində düzgün istifadə edilməmişdir. Qaz kəmərinin cavabdehə məxsus tikilinin (mühafizə zonası pozulmaqla) 0 m-liyindən keçməklə nə qədər təhlükə yaratdığını nəzərə alsaydı, birinci instansiya məhkəməsi iddianın əsaslı olduğunu müəyyən edəcəkdi. Lakin məhkəmə sübutlara düzgün qiymət verməmiş, iddianın təmin edilməsi üçün kifayət qədər əsaslar olduğu halda iddianın təmin edilməməsi barədə qərar vermiş, həqiqətə nail olmaq üçün araşdırma aparmamışdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Şirvan Kommersiya Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli 2-2(121)- 201/2024 saylı qətnaməsi ləğv olunmalı və iddia tələbi təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Birinci instansiya məhkəməsi araşdırma zamanı müəyyən etmişdir ki, Lənkəran rayonu Şilavar ərazisində (Bakı-Astara şose yolunun sağında) yerləşən Cavabdeh Bahadır oğluna məxsus “Buda Dekor” ticarət obyektinin qarşısından keçən orta təzyiqli D57 mm-lik qaz xəttinin L=13, 0 p/m hissəsinin üzəri betonlanaraq metlax örtüyünün altına salmışdır. Qeyd olunan hal İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş akt və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2379 saylı ekspert rəyi ilə təsdiq edilməklə işin mübahisəsiz halıdır. İşin mübahisəli halı isə qaz xəttinin üzərinin betonlanaraq metlax örtüyünün altına salınmasında cavabdehin məsuliyyətinin olubolmamasıdır. Qeyd olunan mübahisəli halın araşdırılması məqsədilə məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 10/2379 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Nazirlət Kabinetinin 1999-cu il 21 iyun 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizaında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nda qaz xəttinin yeraltı keçən hissəsinin üzərinin beton örtük (beton məhlulu) ilə örtülməməsi ilə bağlı hər hansı tələb mövcud olmadığından, Cavabdeh Bahadır oğluna məxsus “Buta Dekor” ticarət obyektinin qarşısından keçən orta təzyiqli, yerüstü D-57 mm-lik küçə qaz kəmərinin L=13,0 p/m yeraltı hissəsinin üzərinin beton məhlulu (beton örtüyü) örtülməsinin həmin qaydaları ilə tənzimləndiyi müəyyən edilmişdir. Məhkəmə iş üzrə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh Bahadır oğluna qarşı iddiası əsassız olduğundan rədd edilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. MM-in 180.2-ci maddəsinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. MM-in 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.13-cü yarımbəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. Qərarın tələblərinə əsasən orta təzyiqli, yerüstü qaz kəmərinin mühafizə zonası kəmərin orta oxundan hər tərəfə 2 (iki) metr müəyyən edilmişdir. Habelə “Qaz təchizatı haqqında” Qanunun 19-cu maddəsinin 2-ci bəndinə əsasən mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Göründüyü kimi, cavabdeh mübahisəli hissədə qaz xəttinin üzərini beton məhlulu ilə örtmüş və qaz xəttinin üzərinə metlax vurdurmaqla qanunsuz tikinti işləri görmüşdür. Beləcə, kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və bu xarakterli mübahisələrin həllində mühüm rol oynayır. MPM-in 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı İB-nin apellyasiya şikayəti təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli e-2-2(121)- 201/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilərək İddiaçı Lənkəran X4 İdarəsinin Lənkəran rayonu üzrə xidmət sahəsinin istismarında olan Lənkəran rayonu Şilavar kəndində yerləşən fiziki şəxs kimi qeydiyyatda olan Cavabdeh Bahadır oğluna məxsus “Buta Dekor” ticarət obyektinin qarşısından keçən orta təzyiqli yerüstü D-57 mm-lik küçə qaz kəmərinin mühafizə zonasında Cavabdeh Bahadır oğlu tərəfindən inşa edilmiş beton örtüyü öz vəsaiti hesabına əvəzi ödənilmədən sökülərək mühafizə zonasından çıxarılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası məhkəmə xərcləri üzrə qeyd edir ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş 80 (səksən) manat dövlət rüsumu və 0,40 (sıfır qırx) manat xidmət haqqı və mediasiya xərci 20 (iyirmi) manat, cəmi 100 (yüz) manat 40 (qırx) qəpik, eyni zamanda apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh Bahadır oğlundan tutularaq Lənkəran RQİİ-nin "xxxx" ASC-nin Lənkəran filialının hesabına ödənilməlidir. Habelə 08 iyul 2024-cü il tarixli 3-16-16/2-10/2379 saylı ekspert rəyinə görə 150 manat məbləğində pul vəsaiti Cavabdeh Bahadır oğlundan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli 2-2(121)-201/2024 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. İddiaçı Lənkəran X4 İdarəsinin Lənkəran rayonu üzrə xidmət sahəsinin istismarında olan Lənkəran rayonu Şilavar kəndində yerləşən Cavabdeh Bahadır oğluna məxsus “Buta Dekor” ticarət obyektinin qarşısından keçən orta təzyiqli yerüstü D-57 mm-lik küçə qaz kəmərinin mühafizə zonasında Cavabdeh Bahadır oğlu tərəfindən inşa edilmiş beton örtüyü öz vəsaiti hesabına əvəzi ödənilmədən sökülərək mühafizə zonasından çıxarılsın. İddia ərizəsinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş 80 (səksən) manat dövlət rüsumu və 0,40 (sıfır qırx) manat xidmət haqqı və mediasiya xərci 20 (iyirmi) manat, cəmi 100 (yüz) manat 40 (qırx) qəpik, eyni zamanda apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh Bahadır oğlundan tutularaq Lənkəran RQİİ-nin "xxxx" ASC-nin Lənkəran filialının hesabına ödənilsin. 08 iyul 2024-cü il tarixli 3-16-16/2-10/2379 saylı ekspert rəyinə görə 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh Bahadır oğlundan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar