Məhkəmə qərarları › İş №2-2(106)-202/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-202/2025

16.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-202/2025 16.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair kommersiya işi üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, əmlaklardan çıxarılma və boşaldılma tələbi. Şirvan şəhəri, 16 oktyabr 2025-ci il X5 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh4 və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 03 mart 2025-ci il tarixli, e-2-2(121)-12/2025 saylı qətnaməsindən (hakim Zaur Abbasov) Cavabdeh4 Ələkbər oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 ilə İddiaçı QSC arasında bağlanmış kredit razılaşmalarının və sazişlərin ləğv edilməsi, cavabdеhlər Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 022R********** saylı krеdit razılaşması üzrə 189 826.91 manat krеdit bоrcu, 12 985.62 manat faiz bоrcu və 47 187.50 manat cərimə olmaqla ümumilikdə, cəmi 250000 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 140 manat dövlət rüsumunun, mediasiya xərci olaraq ödənilmiş 400 manat, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 30 manat rüsum və 150 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh4 məxsus Hacıqabul şəhəri M.S.Ordubadi küçəsində 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 199.8 m ümumi sahədən ibarət 12 nömrəli fərdi yaşayış evinə və ünvan 1 ünvanında 0.30679 ha torpaq sahəsi və üzərində yerləşən 414.6 m ümumi sahədən ibarət qeyri yaşayış binasına yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən ümumilikdə cəmi 250000 manat manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 140 manat dövlət rüsumunun, mediasiya xərci olaraq ödənilmiş 400 manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 30 manat rüsumun və 150 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, Hacıqabul şəhəri M.S.Ordubadi küçəsində yerləşən 12 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh4, Cavabdeh3, Hüseynova (İsayeva) Fidan Aqil qızı, Cavabdeh1 və Cavabdeh6 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması, ünvan 1 ünvanında 0.30679 ha torpaq sahəsi və üzərində yerləşən 414.6 m ümumi sahədən ibarət qeyri yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində həmin qeyriyaşayış binasının boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh4 "xxxx" QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 055L**********65 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 500 000 ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 "xxxx" QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli 022R********** saylı krеdit razılaşması əsasında 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 250000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020ci il tarixli 022R**********S saylı, xx.xx.2020-ci il tarixli 022R**********SA saylı, xx.xx.2021-ci il tarixli 022R**********SB saylı, xx.xx.2021-ci il tarixli 022R**********SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh4 krеdit razılaşmasının 1.2ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh4 götürdüyü krеdit bоrcundan 60 173.09 manat ödəmiş, onun 189 826.91 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh4 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə hesablanmış faiz borcu 12985.62 manat təşkiledir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə hеsablanmış cərimə 47187.50 manat təşkiledir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh5 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh4 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh4 İddiaçı QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 3M-189 reyestr nömrəli ipoteka müqaviləsi əsasında Hacıqabul şəhər M.S.Ordubadi küçəsində 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 199.8 kv/m ümumi sahədən ibarət 12 nömrəl fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 13 №-li reyestr kitabının 30 №-li vərəqində qeydiyyata alınmış çıxarışa əsasən Hacıqabul şəhəri M.S.Ordubadi küçəsində 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 199.8 kv/m ümumi sahədən ibarət 12 nömrəl fərdi yaşayış evinin Cavabdeh4 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan "xxxx" QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh4 “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2023-cü il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2023-cü il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı "xxxx" QSC ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödəmişdir. Əmlak İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilərkən həmin evdə qeydiyyatda olan yetkinlik yaşına çatmış Cavabdeh2, Cavabdeh1 və Cavabdeh6 notariat kontoruna ərizə təqdim edərək əmlakların bank qarısında ipoteka ilə yüklü edilməsinə razılığını bildirmişlər. Bundan başqa uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh4 İddiaçı QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 055M**********01 ipoteka müqaviləsi əsasında ünvan 1 ünvanında 0.30679 ha torpaq sahəsi və üzərində yerləşən 414.6 kv/m ümumi sahədən ibarət qeyri-yaşayış binasını İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 1 №-li reyestr kitabının 151 №-li vərəqində qeydiyyata alınmış xx.xx.2018-ci il tarixli çıxarışa əsasən ünvan 1 ünvanında 0.30679 ha torpaq sahəsi və üzərində yerləşən 414.6 kv/m ümumi sahədən ibarət qeyri yaşayış binasının Cavabdeh4 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSCnin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan "xxxx" QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh4 “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2023-cü il tarixdə bildiriş göndərilmiş, ipoteka predmetinə tutmanın yönədilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2023-cü il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı "xxxx" QSC ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqı ödəmişdir. Qeyri yaşayış sahəsi İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilərkən ipoteka qoyanın həyat yoldaşı Cavabdeh1 notariat kontoruna ərizə təqdim edərək əmlakların bank qarısında ipoteka ilə yüklü edilməsinə razılığını bildirmişdir. Tərəflər arasındakı mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyası keçirilmiş, mediasiya sessiyasında tərəflərin nümayəndələri iştirak etmiş, lakin razılıq əldə edilməmişdir. Bu barədə xx.xx.2023-cü il tarixli arayış verilmişdir. Mediasiya xərcləri olaraq bank tərəfindən 400 manat haqq ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı QSC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil1 izahatında kredit müqaviləsi üzrə əsas və faiz borcunu ekspert rəyində göstərilən məbləğdə qəbul etdiklərini, cərimə borcunu qəbul etmədiklərini, ipoteka predmeti olan əmlakların son qiymətləndirmə rəylərində qeyd olunan məbləğdə qiymətləndirilmələri ilə razı olduqlarını bildirmişdir. Digər cavabdehlər məhkəmə iclasına gəlmədikləri üçün onların mövqeyini müəyyən etmək mümkün olmamışdır. Şirvan Kommersiya Məhkəməsinin 03 mart 2025-ci il tarixli, e-2-2(121)-12/2025 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada xx.xx.2020-ci il tarixli 022R********** nömrəli kredit razılaşması üzrə 189 826,91 manat məbləğində əsas borc, 12 589,04 manat məbləğində faiz borcu, 15 000 manat məbləğində cərimə borcu, mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu, 150 manat xidmət haqqı və ödənilmiş 140 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 218 135,95 manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilməsi, tələb -ipoteka predmeti olan Cavabdeh4 məxsus Hacıqabul şəhəri M.S.Ordubadi küçəsində 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 199.8 kv/m ümumi sahədən ibarət 12 nömrəli fərdi yaşayış evinə və ünvan 2 ünvanında 0.30679 ha torpaq sahəsi və üzərində yerləşən 414.6 kv/m ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, Hacıqabul şəhəri, M.S.Ordubadi küçəsində 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 199.8 kv/m ümumi sahədən ibarət 12 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 60 660 manat və ünvan 2 ünvanında 0.30679 ha torpaq sahəsi və üzərində yerləşən 414.6 kv/m ümumi sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiyməti 300 000 manat məbləğində müəyyən edilmiş, həmin əmlakların açıq hərracdan satılması və satışdan əldə edilən 218 135,95 manat məbləğində pulun İddiaçı QSC-nə ödənilməsi, həmin fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh3, Hüseynova (İsayeva) Fidan Aqil qızı, Cavabdeh1 və Cavabdeh6 fərdi yaşayış evindən çıxarılmaları, iddia qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 367,42 manat məbləğində dövlət rüsumu qalığı cavabdehlər Cavabdeh4 və Cavabdeh5 aid edilməsi və onlardan müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi və Ekspertiza tədqiqatlarının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlər Cavabdeh4 və Cavabdeh5 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********0000003944 SWİFT BİK CTREAZ 22 Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı QSC apellyasiya şikayəti verərək Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(121)-12/2025 saylı qətnaməsinin qismən ipoteka predmeti olan Hacıqabul şəhəri M.S.Ordubadi küçəsində 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 12 nömrəli fərdi yaşayış evinə və ünvan 1 ünvanında 0.30679 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binasına tutma yönəldildikdən və onlar satıldıqdan 1 ay sonra əmlakların boşaldılmasının təmin edilməməsi, həmçinin cərimə borcunun azaldılması hissələrində ləğv edilməsi və həmin hissələrdə də iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmeti olan əmlaklara tutma yönəldildikdən və o satıldıqdan sonra həmin əmlakların boşaldılmasının təmin edilməməsi hissəsində əsassızdır. Belə ki, borclunun kreditor qarşısında yaranan əsas öhdəliklərinin icrasını təmin edən ipoteka aksessor xarakter daşıyır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, ipoteka icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Cavabdeh mülkiyyətində olan əmlakları kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı üçün Bank qarşısında yüklü edərkən həmin əmlaka tutma yönəldildiyi təqdirdə onu qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşlər. Hesab etmişlər ki, göstərilən müddəaların tələbləri baxımından cavabdehlərin ipoteka müqaviləsi bağlandığı andan əmlakları tərk etmək vəzifəsi yaranmışdır. Hazırki işdə də iddiaçı ipoteka qoyulan əmlaklara tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin əmlakların boşaldılmasını tələb edir. İddiaçının bu tələbləri əmlakın satılmasından sonra yaranan hüquqi nəticələrə uyğundur və təmin olunmasını istisna edən hal yoxdur. Lakin birinci instansiya məhkəməsi iddia tələbinin bu hissəsi ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Ona görə də ipoteka predmeti olan Hacıqabul şəhəri M.S.Ordubadi küçəsində 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 199.8 kv/m ümumi sahədən ibarət 12 nömrəli fərdi yaşayış evinə və ünvan 1 ünvanında 0.30679 ha torpaq sahəsi və üzərində yerləşən 414.6 kv/m ümumi sahədən ibarət qeyri yaşayış binasına tutma yönəldildikdən və onlar satıldıqdan sonra 1 ay ərzində boşaldılmasına dair hissədə də iddia tələbləri təmin olunmalıdır. Bundan başqa birinci instansiya məhkəməsi qətnamədə cərimə borcunu 15000 manat müəyyənləşdirərkən və ümumilikdə tələb olunan 47 187.50 manat məbləğində cərimə borcunu azaldarkən kreditorun əmlak və digər əsaslı mənafeləri nəzərə almamış, yalnız borcluların mənafeyindən çıxış etmişdir. Hesab edirik ki, cərimə borcu azaldılarkən tənasüb düzgün müəyyən edilməmiş, kreditor olaraq iddiaçı Bankın mənafeləri nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsində gəldiyi nəticə işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Belə ki, əmlaklara tutma yönəldildikdən və satıldıqdan sonra 1 ay ərzində əmlakın boşaldılması ilə bağlı hissədə iddia tələbində qeyd edilmiş hallara və qanunvericiliyin tələblərinə məhkəmə düzgün hüquqi qiymət verməmiş, bununla da iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun olmamışdır. Həmçinin cərimə borcu azaldılarkən iddiaçı bankın mənafeləri nəzərə alınmamışdır. Qətnamədən Cavabdeh4 Ələkbər oğlu da apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin “15000 manat məbləğində cərimə borcunun tutulması” hisəsində dəyişdirilməsi və həmin məbləğin minimal həddə azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən dəbbə pulu ilə bağlı hissədə düzgün araşdırma aparılmamış, sübutlara düzgün və obyektiv hüquqi qiymət verilməmiş, qətnamə prosessual qanunvericiliyin tələblərinə uyğun olmayan qaydada əsaslandırılmışdır. Bütün bu halları isə prosessual hüquqnormalarının pozuntuları kimi qiymətləndirir. Mübahisəli məsələyə baxmış birinci instansiya məhkəməsi qanunvericiliyin göstərilən tələblərinə riayət etməmiş, mübahisənin maddi hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbuledilmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etmiş, onun dəlillərinə uyğun izahat vermiş şikayətlərinin təmin edilməsini, həmçinin cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, qətnamənin qət etdi hissəsində evin və ya qeyriyaşayış sahəsinin boşaldılması qət edilmədikdə icra məmuru tərəfindən evdə qeydiyyatda olan şəxslər çıxarılsa da evdən və ya qeyri-yaşayış sahəsinin boşaldılması həyata keçirilmir. Yəni, icra məmuru evin və qeyri-yaşayış sahəsində olan əmlakların çıxarılmasını icra etmir. Belə olan halda da onlar ipoteka predmeti olmuş evlərdən tam mülkiyyətçi kimi istifadə etmək hüquqları məhdudlaşdırılmış olur. Həmçinin göstərmişdir ki, qətnamədə tələb olunan 47 187.50 manat məbləğində cərimə borcu azaldılaraq 15000 manat saxlanılarkən kreditorun əmlak və digər əsaslı mənafeləri nəzərə almamış, yalnız borcluların mənafeyi əsas götürülmüşdür. Cavabdeh4 və onun nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətlərini müdafiə etmiş onun təmin edilməsini xahiş etmişlər. Həmçinin iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin əsassız hesab edərək onun təmin edilməməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 şifahi vəsatət verərək iş üzrə əsas və faiz borcunun yenidən hesablanması ilə bağlı mühasibatlıq ekspertizasüının keçirilməsini xahiş etmişdir. Bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında 4 dəfə Razılaşmaya və ödəniş planına dəyişiklik edilmiş və hesab edir ki, razılaşmalar arası intervallarda hesabat düzgün aparılmamışdır. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, etməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən kommersiya işi üzrə digər cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda İddiaçı QSC birinci instansiya məhkəməsinin qətnaməsinin - “ipoteka predmeti olan Hacıqabul şəhəri M.S.Ordubadi küçəsində 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 12 nömrəli fərdi yaşayış evinə və ünvan 1 ünvanında 0.30679 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binasına tutma yönəldildikdən və onlar satıldıqdan 1 ay sonra əmlakların boşaldılmasının təmin edilməməsi və cərimə borcunun azaldılması hissələrində ləğv edilməsi və həmin hissələrdə də iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etməklə”; həmçinin Cavabdeh4 Ələkbər oğlu birinci instansiya məhkəməsinin qətnaməsini “15000 manat məbləğində cərimə borcunun tutulması” hisəsində dəyişdirərək həmin məbləğin minimal həddə azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişlər. Buna görə də kollegiya Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında formalaşan hüquqi mövqe baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını İddiaçı QSC və Cavabdeh4 Ələkbər oğluna münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə qismən yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsində nəzərdə tutulmuşdur ki, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi (34.1.1), ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi (34.1.3) ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinin 2018-ci il 28 dekabr tarixinədək mövcud olmuş redaksiyasında bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulurdu. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). İş üzrə mövcud olan sübutlar: İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 055L**********65 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən, Cavabdeh4 120 ay müddətinə 500000 ABŞ dolları məbləğində krеdit хətti açılmışdır. İş materiallarında olan uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə İddiaçı QSC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən, zamin uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh4 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 022R********** saylı nömrəli kredit razılaşmasının 1.1- ci bəndinə əsasən, Bank məbləği 250000 manat olan krediti aylıq faiz dərəcəsi 1.3333% olmaqla 30 ay müddətinə Kredit Alana verir. İş materiallarında olan kreditin verilməsinə (köçürmə) dair qəbzin surətindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh4 bank hesabına xx.xx.2020-ci il tarixdə 250000 manat məbləğində pul (kredit) köçürülmüşdür. İş materiallarında olan “Ödəniş planı”nın surətindən görünür ki, xx.xx.2020-ci il tarixli 022R********** nömrəli krеdit razılaşması üzrə son ödəniş tarixi xx.xx.2022-ci il kimi qeyd olunmuşdur. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 022R********** saylı nömrəli kredit razılaşması üzrə bağlanmış xx.xx.2020-ci il tarixli 022R**********S nömrəli krеdit sazişi ilə kredit müqaviləsinə və ödəniş planına dəyişikliklər edilmişdir. İş materiallarında olan “Ödəniş planı”nın surətindən görünür ki, xx.xx.2020-ci il tarixli 022R**********S nömrəli krеdit sazişi üzrə son ödəniş tarixi xx.xx.2023-cü il kimi qeyd olunmuşdur. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 022R********** saylı nömrəli kredit razılaşması üzrə bağlanmış xx.xx.2020-ci il tarixli 022R**********SA nömrəli krеdit sazişi ilə kredit müqaviləsinə və ödəniş planına dəyişikliklər edilmişdir. İş materiallarında olan “Ödəniş planı”nın surətindən görünür ki, xx.xx.2020-ci il tarixli 022R**********SA nömrəli krеdit sazişi üzrə son ödəniş tarixi xx.xx.2023-cü il kimi qeyd olunmuşdur. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 022R********** saylı nömrəli kredit razılaşması üzrə bağlanmış xx.xx.2021-ci il tarixli 022R**********SB nömrəli krеdit sazişi ilə kredit müqaviləsinə və ödəniş planına dəyişikliklər edilmişdir. İş materiallarında olan “Ödəniş planı”nın surətindən görünür ki, xx.xx.2020-ci il tarixli 022R**********SB nömrəli krеdit sazişi üzrə son ödəniş tarixi xx.xx.2023-cü il kimi qeyd olunmuşdur. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 022R********** saylı nömrəli kredit razılaşması üzrə bağlanmış xx.xx.2021-ci il tarixli 022R**********SC nömrəli krеdit sazişi ilə kredit müqaviləsinə və ödəniş planına dəyişikliklər edilmişdir. İş materiallarında olan “Ödəniş planı”nın surətindən görünür ki, xx.xx.2021-ci il tarixli 022R**********SC nömrəli krеdit sazişi üzrə son ödəniş tarixi xx.xx.2024-cü il kimi qeyd olunmuşdur. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Hacıqabul şəhəri, M.S.ünvan 3 ünvanında xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 199.8 m olan fərdi yaşayış evi İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 055L**********65 nömrəli kredit xətti müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilə ilə ipoteka predmeti tərəflərin razılığı ilə 52500 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, ünvan 2 ünvanında yerləşən, xüsusi mülkiyyətdə olan 0.30679 ha torpaq sahəsi və üzərində yerləşən 414.6 kv.m ümumisahədən ibarət qeyri yaşayış binası İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 055L**********65 nömrəli kredit xətti müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilə ilə ipoteka predmeti tərəflərin razılığı ilə 84000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Hacıqabul şəhəri, M.S.ünvan 3 ünvanında xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 199.8 m olan fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka hüququ ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən, xüsusi mülkiyyətdə olan 0.30679 ha torpaq sahəsi və üzərində yerləşən 414.6 kv.m ümumisahədən ibarət qeyri yaşayış binası İddiaçı QSC-nin xeyrinə ipoteka hüququ ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, İddiaçı QSC Cavabdeh4 “ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə bildiriş göndərmişdir. İş materiallarında olan “Maliyyə arayışı”nın surətindən görünür ki, xx.xx.2020-ci il tarixli 022R********** nömrəli kredit razılaşmasına əsasən xx.xx.2023-cü il tarixə əsas borc 189826,91 manat, faiz borcu 12985,62 manat, cərimə borcu 47187,50 manat məbləğində olmaqla, cəmi borc məbləği 250000 manat təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı xx.xx.2023-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 022R********** nömrəli kredit razılaşmasına əsasən yaranmış 189826,91 manat əsas, 12985,62 manat faiz, 47187,50 manat cərimə) borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə kredit müqavilələrinə vaxtından əvvəl xitam veriləcəyi, müqavilələr üzrə əmələ gəlmiş borcun İddiaçı QSC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilinməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı QSC-nin ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən mediasiya sessiyasında tərəflər mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. İş materiallarında olan “ödəniş qəbzi”nin surətindən görünür ki, İddiaçı QSC mediasiya sessiyasının keçirilməsi üçün Sabirabad 1 saylı Mediasiya Təşkilatının hesabına 400 manat vəsait ödəmişdir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e2- 2(121)-1458/2023 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/6191 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 022R********** nömrəli kredit razılaşmasına əsasən Cavabdeh4 xx.xx.2023-cü il tarixə əsas borc üzrə 189826,91 manat, faiz borcu üzrə 12589,04 manat borcunun olması müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin əmlakın dəyərinin müəyyən edilməsinə dair xx.xx.2023-cü il tarixli qiymətləndirmə hesabatına əsasən, ünvan 2 ünvanında yerləşən, xüsusi mülkiyyətdə olan 0.30679 ha torpaq sahəsi və üzərində yerləşən 414.6 kv.m ümumi sahədən ibarət qeyri yaşayış binasının xx.xx.2023-cü il tarixə bazar dəyərinin 116088 manat, likvid dəyərinin 110284 manat məbləğində olması müəyyən olunmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin əmlakın dəyərinin müəyyən edilməsinə dair xx.xx.2023-cü il tarixli qiymətləndirmə hesabatına əsasən, Hacıqabul şəhəri, M.S.ünvan 3 ünvanında xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 199.8 m olan fərdi yaşayış evinin xx.xx.2023-cü il tarixə bazar dəyərinin 65934 manat, likvid dəyərinin 60660 manat məbləğində olması müəyyən olunmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin əmlakın dəyərinin müəyyən edilməsinə dair xx.xx.2025-ci il tarixli qiymətləndirmə rəyinə əsasən, ünvan 2 ünvanında yerləşən, xüsusi mülkiyyətdə olan 0.30679 ha torpaq sahəsi və üzərində yerləşən 414.6 kv.m ümumi sahədən ibarət qeyri yaşayış binasının xx.xx.2025-ci il tarixə bazar dəyərinin 418000 manat, likvid dəyərinin 300000 manat məbləğində olması müəyyən olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəni dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən əsaslı olduğundan apellyasiya şikayəti qismən təmin olunaraq qətnamə “ipoteka predmeti olan Hacıqabul şəhəri M.S.Ordubadi küçəsində 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 12 nömrəli fərdi yaşayış evinə və ünvan 1 ünvanında 0.30679 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binasına tutma yönəldildikdən və onlar satıldıqdan 1 ay sonra həmin əmlakların boşaldılmasının təmin edilməməsi” hissəsində ləğv edilməli, ipoteka predmeti olan qeyd edilən əmlaklara tutma yönəldildikdən və onlar satıldıqdan 1 ay sonra həmin əmlaklar boşaldılmalı, həmçinin Cavabdeh4 Ələkbər oğlu tərəfindən verilmiş apellyasiya şikayəti də qismən təmin edilərək qətnaməsi ilə müəyyən edilən “15000 manat cərimə borcunun məbləği” dəyişdirilərək cərimə borcu 5000 (beş min) manat məbləğində müəyyən edilməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddiaçının iddiası qismən təmin edilmişdir. Həmin qətnamədən iddiaçı narazı qalmış və apellyasiya şikayəti vermişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri qətnamənin - ipoteka predmeti olan Hacıqabul şəhəri M.S.Ordubadi küçəsində 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 12 nömrəli fərdi yaşayış evinə və ünvan 1 ünvanında 0.30679 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binasına tutma yönəldildikdən və onlar satıldıqdan 1 ay sonra əmlakların boşaldılmasının təmin edilməməsi və cərimə borcunun azaldılması hissəsindəndir. İddiaçı cərimə məbləğinin tam təmin edilməsini xahiş edir. Qətnamədən Cavabdeh4 Ələkbər oğlu da narazı qalmış və apellyasiya şikayəti vermişdir. Cavabdehin apellyasiya şikayətinin dəlili birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilən cərimə məbləğinin azaldılaraq həmin məbləğin minimal həddə saxlanılmasından ibarətdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları bildirir. İddiaçı qeyd etmişdir ki, qətnamənin “qət etdi” hissəsində evin və ya qeyri-yaşayış sahəsinin boşaldılması qət edilmədikdə icra məmuru tərəfindən evdə qeydiyyatda olan şəxslər çıxarılsa da icra zamanı evdən və ya qeyri-yaşayış sahəsinin boşaldılması həyata keçirilmir. Yəni, icra məmuru evin və qeyri-yaşayış sahəsində olan əmlakların çıxarılmasını icra etmir. Belə olan halda da onlar ipoteka predmeti olmuş əmlaklardan tam mülkiyyətçi kimi istifadə etmək hüquqları məhdudlaşdırılmış olur. Həmçinin göstərmişdir ki, qətnamədə tələb olunan 47 187.50 manat məbləğində cərimə borcu azaldılaraq 15000 manat saxlanılarkən kreditorun əmlak və digər əsaslı mənafeləri nəzərə almamış, yalnız borcluların mənafeyi əsas götürülmüşdür. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbini Hacıqabul şəhəri M.S.Ordubadi küçəsində yerləşən 12 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh4, Cavabdeh3, Hüseynova (İsayeva) Fidan Aqil qızı, Cavabdeh1 və Cavabdeh6 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması, ünvan 1 ünvanında 0.30679 ha torpaq sahəsi və üzərində yerləşən 414.6 m ümumi sahədən ibarət qeyri yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində həmin qeyri yaşayış binasının boşaldılması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyanın, onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olmaları “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinin tələblərindən irəli gəlir. Buna görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi qeyd edilən hissədə qismən, cavabdehlər Cavabdeh4, Cavabdeh3, Hüseynova (İsayeva) Fidan Aqil qızı, Cavabdeh1 və Cavabdeh6 ipoteka predmeti olan fərdi yaşayış evindən çıxarılmaları hissəsində təmin edilməlidir. Lakin birinci instansiya məhkəməsi iddianın evin və qeyri-yaşayış sahəsinin boşaldılmasının təmin edilməməsi qənaətinə gələrkən hər hansı əsaslandırma aparmamışdır. Kollegiya qeyd edir ki, iddia tələbindən də göründüyü kimi iddiaçı məhkəmədən həm fərdi yaşayış evinin həm də qeyri-yaşayış evinin boşaldılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi heç bir əsaslandırma aparmadan iddianı həmin hissədə təmin etməmişdir. Kollegiya hesab edir ki, iddia bəhs edilən hissədə də təmin edilməlidir. Belə ki, borclunun kreditor qarşısında yaranan əsas öhdəliklərinin icrasını təmin edən ipoteka aksessor xarakter daşıyır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, ipoteka icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Cavabdeh mülkiyyətində olan əmlakları kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı üçün Bank qarşısında yüklü edərkən həmin əmlaka tutma yönəldildiyi təqdirdə onu qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşlər. Qanunvericiliyin müddəalarının tələbləri baxımından cavabdehlərin ipoteka müqaviləsi bağlandığı andan əmlakları tərk etmək vəzifəsi yaranmışdır. Hazırki işdə də iddiaçı ipoteka qoyulan əmlaklara tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin əmlakların boşaldılmasını tələb edir. İddiaçının bu tələbləri əmlakın satılmasından sonra yaranan hüquqi nəticələrə uyğundur və iddianın həmin hissədə də təmin olunmasını istisna edən hal yoxdur. Buna görə də kollegiya qeyd edir ki, ipoteka predmeti olan Hacıqabul şəhəri M.S.Ordubadi küçəsində 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 199.8 kv/m ümumi sahədən ibarət 12 nömrəli fərdi yaşayış evinə və ünvan 1 ünvanında 0.30679 ha torpaq sahəsi və üzərində yerləşən 414.6 kv/m ümumi sahədən ibarət qeyri yaşayış binasına tutma yönəldildikdən və onlar satıldıqdan sonra 1 ay ərzində boşaldılmasına dair hissədə də iddia tələbi təmin olunmalıdır. Belə ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmçinin birinci instansiya məhkəməsi iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd etmişdir ki, tərəflər arasında bağlanmış kredit razılaşmasının şərtlərinə görə, ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda cərimə ödəmək öhdəliyini Cavabdeh4 öz üzərinə götürmüşdür. İşin halları ilə cavabdehlərin kreditin və ona hesablanmış faizin ödənilməsini gecikdirdikləri müəyyən olunduğuna görə, onların iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır. Məhkəmə cərimənin məbləğinin əsas və faiz borcuna nisbətini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi cavabdehlərdən 47187,50 manat məbləğində cərimənin tutulması hissəsində əsaslı və mütənasib deyildir. Buna görə də məhkəmə cavabdehlərdən tutulacaq cərimə məbləğinin azaldılaraq 15000 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi doğru olaraq 47187,50 manat məbləğində cərimənin tutulması hissəsində əsaslı və mütənasib hesab edilməməsi qənaətinə gəlsə də cavabdehlərdən tutulacaq cərimə məbləğini azaldılaraq 15 000 manat məbləğində saxlanılmasını müəyyən etmişdir. Kollegiya hesab edir ki, qətnamə ilə cavabdehlərdən 15000 manat cərimə məbləğinin tutulmasının müəyyən edilməsi də 47187,50 manat cərimə məbləğinə münasibətdə əsaslı və mütənasib olmamaqla ədalətli hesab edilə bilməz. Belə ki, Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Buna görə də kollegiya hesab edir ki, cavabdehlərdən tutulmalı olan cərimə məbləği azaldılaraq daha aşağı həddə saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı QSC-nin apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin 03 mart 2025-ci il tarixli, e-2-2(121)-12/2025 saylı qətnaməsi “ipoteka predmeti olan Hacıqabul şəhəri M.S.Ordubadi küçəsində 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 12 nömrəli fərdi yaşayış evinə və ünvan 1 ünvanında 0.30679 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binasına tutma yönəldildikdən və onlar satıldıqdan 1 ay sonra həmin əmlakların boşaldılmasının təmin edilməməsi” hissəsində ləğv edilərək həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməli, İpoteka predmeti olan Hacıqabul şəhəri M.S.Ordubadi küçəsində 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 12 nömrəli fərdi yaşayış evinə və ünvan 1 ünvanında 0.30679 ha torpaq sahəsi və üzərində yerləşən qeyriyaşayış binasına tutma yönəldildikdən və onlar satıldıqdan 1 ay sonra həmin əmlaklar boşaldılmalı, həmçinin Cavabdeh4 Ələkbər oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Şirvan Kommersiya Məhkəməsinin 03 mart 2025-ci il tarixli, e-2- 2(121)-12/2025 saylı qətnaməsi ilə müəyyən edilən “15000 manat cərimə borcunun məbləği” dəyişdirilərək cərimə borcu 5000 (beş min) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apelyasiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının, həmçinin Cavabdeh4 Ələkbər oğlu tərəfindən ödənilmiş dövlət rüsumu onun (cavahdehin) özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi:

1. İddiaçı QSC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 03 mart 2025-ci il tarixli, e-2-2(121)-12/2025 saylı qətnaməsi “ipoteka predmeti olan Hacıqabul şəhəri M.S.Ordubadi küçəsində 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 12 nömrəli fərdi yaşayış evinə və ünvan 1 ünvanında 0.30679 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binasına tutma yönəldildikdən və onlar satıldıqdan 1 ay sonra həmin əmlakların boşaldılmasının təmin edilməməsi” hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia təmin edilsin. İpoteka predmeti olan Hacıqabul şəhəri M.S.Ordubadi küçəsində 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 12 nömrəli fərdi yaşayış evinə və ünvan 1 ünvanında 0.30679 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binasına tutma yönəldildikdən və onlar satıldıqdan 1 ay sonra həmin əmlaklar (mübahisəli fərdi yaşayış evi və qeyri-yaşayış sahəsi) boşaldılsın. Apellyasiya şikayəti verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.

2. Cavabdeh4 Ələkbər oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 03 mart 2025-ci il tarixli, e-2-2(121)-12/2025 saylı qətnaməsi ilə müəyyən edilən “15000 manat cərimə borcunun məbləği” dəyişdirilərək cərimə borcu 5000 (beş min) manat məbləğində müəyyən edilsin. Apellyasiya şikayəti verilməsi üçün Cavabdeh4 Ələkbər oğlu tərəfindən ödənilmiş dövlət rüsumu cavahdehin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar