Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-203/2024 23.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər – X3 (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-183/2024 nömrəli qərardadından (hakim Zaur Abbasov) Cavabdeh tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, kollegiya MÜƏYYƏN ETDİ: Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-183/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 43.500 manat əsas borc, mediasiya xərci olaraq ödənilmiş 205 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 16 manat olmaqla, ümumilikdə 43.721 (qırx üç min yeddi yüz iyirmi bir) manat məbləğində pulun tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. Cavabdeh qeyd edilən qətnamədən vermiş olduğu apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə Şirvan Kommersiya Məhkəməsinə daxil olmuşdur. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-183/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2021-ci il 1 oktyabr tarixindən qüvvəyə minmiş redaksiyası ilə müəyyən edilmiş 2 saylı Əlavəyə uyğun verilmədiyindən şikayət Azərbaycan Respublikası MPM-nin 363.1.1-1-ci maddəsinə əsasən geri qaytarılmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-183/2024 nömrəli qətnaməsindən elektron qaydada apellyasiya şikayəti vermiş və eyni zamanda qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-183/2024 nömrəli qərardadı ilə, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(121)-183/2024 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair Cavabdeh ərizəsi təmin edilməmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-183/2024 nömrəli qərardadı xx.xx.2024-cü il tarixdə Cavabdeh məxsus elektron kabinetə yerləşdirilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə yenidən Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-183/2024 nömrəli qətnaməsindən elektron qaydada apellyasiya şikayəti vermiş və eyni zamanda qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-183/2024 nömrəli qərardadı ilə ərizənin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilmişdir. Qərardad belə əsaslandırılmışdır ki, Cavabdeh Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-183/2024 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinə artıq baxılmış və ərizənin təmin edilməməsi barədə qərar qəbul edilmişdir. Buna görə də həmin məsələyə yenidən məhkəmə qaydasında baxılması yolverilməzdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə elektron qaydada şikayət verərək Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)- 183/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(121)-183/2024 saylı qətnaməsindən narazı qaldığı üçün apellyasiya şikayəti vermişdir. Lakin, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(121 )-183/2024 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Səbəb kimi apellyasiya şikayətinin MPM-nin tələblərinə uyğun olmadığı göstərilmişdir. O, xx.xx.2024-cü il tarixdə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(121)-183/2024 nömrəli qətnaməsindən elektron qaydada apellyasiya şikayəti vermiş və eyni zamanda qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Lakin, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-183/2024 nömrəli qərardadı ilə, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(121)- 183/2024 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair Cavabdeh ərizəsi təmin edilməmişdir. O, xx.xx.2024cü il tarixdə yenidən Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)- 183/2024 nömrəli qətnaməsindən elektron qaydada apellyasiya şikayəti vermiş və eyni zamanda qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianın yolverilməzliyinə görə ərizəni 22 oktyabr 2024-cü il tarixli qərardadla geri qaytarılmışdır. Hesab edir ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-183/2024 nömrəli qərardadı ona münasibətdə ədalətli olmamış və məhkəmə qərardadında düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, o, aığr böyrək və ağ cigər xəstəliyindən əziyyət çəkir və davamlı olaraq müayinə və müalicələrdə olur. Ona gorə də. ona göndərilmiş məhkəmə bildirişlərini ala bilməmişdir, daha doğrusu yataq xəstəsi olduğu üçün şəxsi kabinetinə giriş edə biməmişdir və buna görə də, məhkəmədə iştirak edə bilmədiyi üçün üzrlü səbəblərdən müddətin bərpa edilməsini şərtləndirən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Hesab edir ki, bundan sonra müddətin bərpasına dair ərizəsinə baxılacağı təqdirdə həmin sübutları məhkəməyə təqdim etməyə hazırdır. Şikayətə baxılmış, Şirvan Kommersiya Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, e-2-2(121)-183/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmış və şikayətlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, şikayətin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)- 183/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ərizə iddia yolverilməzliyinə görə geri qaytarılmalıdır. Belə ki, Cavabdeh Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(121)-183/2024 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinə artıq baxılmış və ərizənin təmin edilməməsi barədə qərar qəbul edilmişdir. Buna görə də həmin məsələyə yenidən məhkəmə qaydasında baxılması yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cu və 153.4-cü maddələrinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Məhkəmə Kollegiyası, birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır, şikayətin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibət bildirərək, qeyd edir ki, cavabdeh şikayətində qərardadın hansı əsasa görə qanunsuz olduğunu konkret qeyd etməmişdir. Qeyd edilənlərə əsasən, Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir etməklə qəbul edildiyindən qəradad qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Qanunvericiliyin məzmunundan görünür ki, qanunvericilikdə hazırkı qərardadlardan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-265-ci, 397.2-ci, 398.0.1-ci, 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-183/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(106)-203/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-203/2024
23.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver