Məhkəmə qərarları › İş №2-2(106)-204/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-204/2024

12.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-204/2024 12.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi tələbinə dair kommersiya işi üzrə Açar sözlər: beton örtüyün sökülməsi, mühafizə zonası. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri İmanov Cahid Fehruz oğlu sədrliyi ilə, X3 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibində, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı (İB-nin) Cavabdeh qarşı qaz kəmərinin beton örtüyün sökülməsi- mühafizə zonasının bərpa edilməsi tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli, e-2-2(121)-200/2024 saylı qətnaməsindən (hakim E.Abdullayev) İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Lənkəran X4 İdarəsinin Lənkəran rayonu üzrə Xidmət Sahəsinin istismarında olan, Lənkəran rayonu Gərmətuk qəsəbəsində yerləşən, fiziki şəxs kimi qeydiyyatda olan (VÖEN **********) Cavabdeh məxsus “Favorit” ticarət obyektinin qarşısından keçən orta təzyiqli, yerüstü D-57 mm-lik küçə qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilmiş beton örtüyünün öz vəsaiti hesabına əvəzi ödənilmədən sökülərək mühafizə zonasından çıxarılması və ödənilmiş 80 (səksən) manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı və mediasiya xərci 20 (iyirmi) manat, cəmi 100,40 manatın cavabdehdən tutularaq Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı kod:200383 VÖEN **********, MH AZ37NABZ******************** SWİFT AİBAZ2X, İddiaçı İB VÖEN ********** İBAN AZ90AİİB******************** hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Lənkəran X4 İdarəsinin Lənkəran Xidmət Sahəsinin mütəxəssisləri tərəfindən küçə qaz kəmərlərinə baxış keçirilərkən Lənkəran rayonu, Gərmətuk qəsəbəsində yerləşən, fiziki şəxs kimi qeydiyyatda olan (VÖEN **********) Cavabdeh məxsus “Favorit” marketin (ticarət obyekti) qarşısından keçən orta təzyiqli, yerüstü D-57 mm-lik küçə qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən həmin qaz kəmərinin L=16,0 p/m hissəsinin üzərinin qanunsuz olaraq beton örtüyünün altına salınması aşkarlanmışdır ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının tələblərinə ziddir. Belə ki, həmin Qaydaların 2.13-cü yarımbəndinə əsasən “Boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərinə əsasən orta təzyiqli, yerüstü qaz kəmərinin mühafizə zonası kəmərin orta oxundan hər tərəfə 2 (iki) metr müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iştirak edən Cavabdeh verdiyi izahatında ona məxsus "Favorit” marketin (ticarət obyekti) qarşısından keçən orta təzyiqli, yerüstü D-57 mm-lik qaz kəmərinin üzərinin beton örtüyünün altına salınması yalnız İddiaçı nümayəndələrinin razılığı ilə həyata keçirildiyini, bununla bağlı onun heç bir məsuliyyətinin olmadığını bildirərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli, e-2-2(121)- 200/2024 saylı qətnməsi ilə İddiaçı Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa edilmiş beton örtüyünün sökülməsi tələbinə dair iddiası rədd edilmiş, ödənilmiş 80 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, iş üzrə təyin edilmiş məhkəmə tikintitexniki ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manatın İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı İB apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prossesual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr alınmadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətlə pozmaqla tikilmiş yaşayış evi, digər tikili qurğu və başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Hazırkı vəziyyətdə qaz kəmərinin mühafizə zonasında tikili inşa edilmişdir və bu fakt mövcud sənədlərlə təsdiq edilir. Yerüstü qaz kəmərlərindən binalara və tikililərə qədər olan məsafəyə aid 5 nömrəli əlavədə aşağı təzyiqli qaz kəmərlərinin bina və qurğuların özüllərinə qədər məsafəsi 2 metr müəyyən edilmişdir. Həmin “Qaydaları”nın 2.13-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. Hazırkı vəziyyətdə aşağı təyziqli qaz kəmərinin tikili ilə arasında olan məsafə 0 m təşkil edir ki, bu da mühafizə zonasının pozulması deməkdir. Göstərilən ərazidə cavabdehin hüquqları özbaşına tutduğu (zəbt etdiyi) və faktiki istifadəsində olan torpaq sahəsinə qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada tanına bilməz. Həmin tikintiyə icazə verilərkən qaz təchizatı müəssisəsinin razılığının olması qeyri-müəyyəndir. Təqdim edilmiş sənədlərdən, fotoşəkillərdən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3- 16-16/2-10/2378 rəyi sübut qismində düzgün istifadə edilməmişdir. Qaz kəmərinin cavabdehə məxsus tikilinin (mühafizə zonası pozulmaqla) 0 m-liyindən keçməklə nə qədər təhlükə yaratdığını nəzərə alsaydı birinci instansiya məhkəməsi iddianın əsaslı olduğunu müəyyən edəcəkdi. Lakin məhkəmə sübutlara düzgün qiymət verməmiş, iddianın təmin edilməsi üçün kifayət qədər əsaslar olduğu halda iddianın təmin edilməməsi barədə qərar vermiş, həqiqətə nail olmaq üçün araşdırma aparmamışdır. ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi və cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. İddaçı və cavabdeh tərəfə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdeh apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının 2.13-cü yarımbəndinə əsasən “Boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. Həmin Qərarın “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərinə əsasən orta təzyiqli, yerüstü qaz kəmərinin mühafizə zonası kəmərin orta oxundan hər tərəfə 2 (iki) metr müəyyən edilmişdir. Həmçinin, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 2-ci bəndinə əsasən mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsaslıdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Belə ki, iş materiallarında olan: - xx.xx.2022-ci il tarixli aktdan görünür ki, həqiqətən xx.xx.2022-ci il tarixində Lənkəran rayonu, Gərmətürk qəsəbəsi ərazisində (Bakı-Astara şosse yolunun sağında) yerləşən Cavabdeh məxsus "Favorit” marketin (ticarət obyekti) qarşısından keçən orta təzyiqli D57 mm-lik qaz kəmərinə baxış keçirilmişdir. Baxış zamanı mlum olmuşdur ki, vətəndaş qaz xəttinin L=16, 0 p/m hissəsinin üzərini qanunsuz olaraq beton örtüyünün altına salmışdır. Bununla o, qaz xəttinin mühafizə zonasını kobud şəkildə pozmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2378 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Nazirlət Kabinetinin 1999-vu il 21 iyun 103 saylı qərarı ilə təsdiq edilmiş "Qaz təchizaında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nda qaz xəttinin yeraltı keçən hissəsinin üzərinin beton örtük (beton məhlulu) ilə örtülməməsi ilə bağlı hər hansı tələb mövcud olmadığından, Cavabdeh məxsus "favorit” ticarət obyektinin qarşısından keçən orta təzyiqli, yerüstü D-57 mm-lik küçə qaz kəmərinin L=16,0 p/m yeraltı hissəsinin üzərinin beton məhlulu (beton örtüyü) örtülməsinin həmin qaydaları ilə tənzimləndiyi müəyyən edilmişdir. - İddiaçı tərəfindən Cavabdeh qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi haqqında pretenziya məktubu göndərilmişdir. Mübahisəli halın araşdırılması məqsədilə məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2378 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Nazirlət Kabinetinin 1999-cu il 21 iyun 103 saylı qərarı ilə təsdiq edilmiş "Qaz təchizaında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nda qaz xəttinin yeraltı keçən hissəsinin üzərinin beton örtük (beton məhlulu) ilə örtülməməsi ilə bağlı hər hansı tələb mövcud olmadığından, Cavabdeh məxsus "Favorit” ticarət obyektinin qarşısından keçən orta təzyiqli, yerüstü D-57 mm-lik küçə qaz kəmərinin L=16,0 p/m yeraltı hissəsinin üzərinin beton məhlulu (beton örtüyü) örtülməsinin həmin qaydaları ilə tənzimlənmədiyi müəyyən edilmişdir. Müəyyən edilir ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Lənkəran X4 İdarəsinin Lənkəran rayonu üzrə Xidmət Sahəsinin istismarında olan, Lənkəran rayonu Gərmətuk qəsəbəsində yerləşən, fiziki şəxs kimi qeydiyyatda olan (VÖEN **********) Cavabdeh məxsus “Favorit” ticarət obyektinin qarşısından keçən orta təzyiqli, yerüstü D-57 mm-lik küçə qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilmiş beton örtüyünün öz vəsaiti hesabına əvəzi ödənilmədən sökülərək mühafizə zonasından çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Qətnamədən iddiaçı narazı qalmış və apellyasiya şikayəti vermişdir. İddiaçının apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, mübahisəli ərazidə cavabdehin hüquqları özbaşına tutduğu (zəbt etdiyi) və faktiki istifadəsində olan torpaq sahəsinə qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada tanına bilməz. Həmin tikintiyə icazə verilərkən qaz təchizatı müəssisəsinin razılığının olması qeyri-müəyyəndir. Təqdim edilmiş sənədlərdən, fotoşəkillərdən, müvafiq Ekspertiza rəyi sübut qismində düzgün qiymətləndirilməmişdir. Qaz kəmərinin cavabdehə məxsus tikilinin (mühafizə zonası pozulmaqla) 0 m-liyindən keçməklə nə qədər təhlükə yaratdığını nəzərə alsaydı birinci instansiya məhkəməsi iddianın əsaslı olduğunu müəyyən edəcəkdi. Lakin məhkəmə sübutlara düzgün qiymət verməmiş, iddianın təmin edilməsi üçün kifayət qədər əsaslar olduğu halda iddianın təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2378 saylı ekspert rəyinin məznunundan görünür ki, (65-ci səhifənin arxa hissəsinin (rəyin- Tədqiqat prosesinin təsviri hissəsində) Qaz xətti köhnə Ələt-Astara avtomobil yolunun sağ tərəfində, Lənkəran rayonu Gərmətuk qəsəbəsində yerləşən, iddiaçıya məxsus qeyri-yaşayış binasının önündən keçən qaz xəttidir. Həmin xətti yolun kənarında mövcud olan hasarın kənarı yerə basdırılmış dəmir boruların üzəri ilə çəkilmişdir. İddia olunan hissədə isə qaz xəttinin üzəri örtülərək beton məhlulu ilə düzəldilmiş və üzərinə metlax vurulmuşdur. Həmçinin cavabdeh birinci instansiya məhkəməsinin iclasında iştirak edərək ona məxsus “Favorit” marketin (ticarət obyekti) qarşısından keçən orta təzyiqli, yerüstü D-57 mm-lik qaz kəmərinin üzərinin beton örtüyünün altına salınmasını İddiaçı nümayəndələrinin razılığı ilə həyata keçirildiyini, bununla bağlı onun heç bir məsuliyyətinin olmadığını bildirmişdir. Bundan başqa cavabdeh mübahisəli ərazidə yerüstü D-57 mm-lik qaz kəmərinin üzərinin beton örtüyünün altına salınmasını İddiaçı nümayəndələrinin razılığı ilə həyata keçirildiyini bildirmişdir. Həmçinin ekspertiza nəticəsində də mübahisəli qaz xəttinin üzəri örtülərək beton məhlulu ilə düzəldilməsi və üzərinə metlax vurulması müəyyən edilmişdir. İddiaçı isə mübahisəli hissədə qaz xəttinin üzəri örtülərək beton məhlulu ilə düzəldilməsi və üzərinə metlax vurulmasının onların razılığı ilə örtülmədiyini və bu işin qeyr-müəyyən olmasını bildirmişdir. Göründüyü kimi cavabdeh mübahisəli hissədə qaz xəttinin üzərini beton məhlulu ilə örtmüş və qaz xəttinin üzərinə metlax vurdurmaqla qanunsuz tikinti işləri görmüşdür. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və bu xarakterli mübahisələrin həllində mühüm rol oynayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1. və 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, işə yenidən baxan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı İB-nin apellyasiya şikayəti təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin 25 sentyabr 2024cü il tarixli, e-2-2(121)-200/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilərək İddiaçı Lənkəran X4 İdarəsinin Lənkəran rayonu üzrə Xidmət Sahəsinin istismarında olan, Lənkəran rayonu Gərmətuk qəsəbəsində yerləşən, fiziki şəxs kimi qeydiyyatda olan (VÖEN **********) Cavabdeh məxsus “Favorit” ticarət obyektinin qarşısından keçən orta təzyiqli, yerüstü D-57 mm-lik küçə qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilmiş beton örtük həmin şəxsin öz vəsaiti hesabına əvəzi ödənilmədən sökülərək mühafizə zonasından çıxarılmalıdır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsində deyilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir. Məhkəmə kоllegiyаsı bu qərаrа gəlir ki, ödənilmiş 80 (səksən) manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı və mediasiya xərci 20 (iyirmi) manat, cəmi 100,40 manat, eyni zamanda apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı kod:200383 VÖEN **********, MH AZ37NABZ******************** SWİFT AİBAZ2X, İddiaçı İB VÖEN ********** İBAN AZ90AİİB******************** hesabına ödənilməlidir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı İB-nin apellyasiya şikayəti təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli, e-2-2(121)- 200/2024 saylı qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. İddiaçı Lənkəran X4 İdarəsinin Lənkəran rayonu üzrə Xidmət Sahəsinin istismarında olan, Lənkəran rayonu Gərmətuk qəsəbəsində yerləşən, fiziki şəxs kimi qeydiyyatda olan (VÖEN **********) Cavabdeh məxsus “Favorit” ticarət obyektinin qarşısından keçən orta təzyiqli, yerüstü D-57 mm-lik küçə qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilmiş beton örtük həmin şəxsin öz vəsaiti hesabına əvəzi ödənilmədən sökülərək mühafizə zonasından çıxarılsın. Ödənilmiş 80 (səksən) manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı və mediasiya xərci 20 (iyirmi) manat, cəmi 100,40 manat, eyni zamanda apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı kod:200383 VÖEN **********, MH AZ37NABZ******************** SWİFT AİBAZ2X, İddiaçı İB VÖEN ********** İBAN AZ90AİİB******************** hesabına ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar