Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-205/2025 01.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 11 iyul 2025-ci il tarixli e-2-2(121)-1526/2025 saylı qətnaməsindən (hakim R.Nəbiyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, əsas borcu üzrə 10000 ABŞ dolları məbləğində pulun və ödənilmiş 141 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh xeyli müddətdir ki, tanıyır. 2024-cü ilin fevral ayında Cavabdeh Qazaxstan Respublikasından ona zəng edərək Ağcabədi şəhərində işlətdiyi tikinti-malları obyekti üçün ondan 10000 ABŞ dolları məbləğində borc olaraq pul istəmişdir. Həmin pulu 10 gün müddətinə qaytaracağına söz vermişdir. O da, 10000 ABŞ dollar məbləğində pulu Cavabdeh məxsus obyektdə İlkin adlı şəxsə vermişdir. Cavabdeh Qazaxstan Respublikasından gəldikdən sonra borcunu dəfələrlə istəmiş, lakin müxtəlif bəhanələrlə borcu qaytarmaqdan yayınmışdır. Bundan sonra Ağcabədi rayon Polis Şöbəsinə müraciət etmiş, 31 may 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və mülki xarakterli mübahisə olduğu üçün aidiyyətı üzrə məhkəməyə müraciət edilməsi izah olunmuşdur. Elşənin borcunun olması həmin qərarda olan Elşənin öz izahatı, İlkin adlı şəxsin izahatı və işə əlavə edilmiş video görüntüdə öz əksini tapır. Cavabdeh vəkili, eyni zamanda nümayəndəsi Vəkil1 iddiaya qarşı qarşı yazılı etiraz təqdim edərək, iddianın rədd olunmasını xahiş etmişdir. Etiraz belə əsaslandırılır ki, iddianı əsassız hesab edir. Belə ki, İddiaçı ilə Cavabdeh arasında heç bir borc münasibəti mövcud olmamışdır. Tərəflər və həmçinin şərikləri X3 birlikdə alver edib pul qazanmaq üçün şifahi razılığa gəlmiş, onlar Qazaxstan Respublikasından mal-qara alaraq Azərbaycan Respublikasına gətirərək burada satıb əldə etdikləri gəliri üç yerə bölməyi planlamışlar. Bu məqsədlə Şükür Əliyev və Cavabdeh xərc çəkərək Qazaxstan Respublikasına getmişlər. Orada qeyd olunan işi qurmaq üçün hazırılıq işini görüb tamamlamışlar. Bu məqsədlə ilkin olaraq üçünə aid olan puldan ümumilikdə əlli min ABŞ dollarına yaxın pul xərcləmişlər. Ancaq İddiaçı işin birinci mərhələsi hazır olduqdan sonra söz verdiyi maliyyə dəstəyini göstərməkdən imtina etdiyi üçün hazır olan mal-qaranı alıb gətirə bilməmişlər. Nəticədə onların xərclədikləri pullar boşa çıxmışdır. Dəfələrlə Sadiqdən xahiş etsələr də, heç bir nəticəsi olmamışdır. Sadiqlə əvvəlcədən razılaşmışlar ki, gəlirlə bərabər xərclərdə ortaq olacaqdır. Xərclənən puldan 17000 (on yeddi min) ABŞ dolları cavadehin şəxsi vəsaiti olmuşdur. İddiaçı alver üçün verdiyi pulların, cavadehin və digər şərik Şükür Əliyevin işin təşkilinə xərclədiyi pulların Qazaxstan Respublikasına göndərilməsi barədə bank sənədləri və qəbzlər vardır. Həmin sənədlərin surətini etiraz ərizəsinə əlavə edir. Bundan əlavə İddiaçı cavabdehin barəsində Ağcabədi RPŞ-nə verdiyi ərizə əsasında qəbul edilmiş qərarda da iddiaçı ilə cavabdehin və Şükür Əliyevin şərkili alver etmək üçün Qazaxstan Respublikasında iş qurmaqları və həmin işin təşkili üçün pul xərclədikləri öz təsdiqini tapmışdır. Buda bir daha onu təsdiq edir ki, qeyd olunan pul cavabdeh tərəfindən borc olaraq iddiaçıdan alınmamışdır. Ancaq sonradan iddiaçı işin ikinci və sonuncu mərhələsi üçün söz verdiyi pulu şəriklərinə göndərmədiyi üçün Azərbaycan Respublikasına mal-qara alıb gətirə bilməmişlər və nəticədə əlli min ABŞ dolları ziyanlıq etmişlər. İddiaçının qeyd etdiyi pullar cavabdehin sərəncamında qalmamış və həmçinin cavabdehin iddiaçı qarşısında heç bir borc öhdəliyi olmamışdır. Borc münasibətinin mövcud olması ilə bağlı qanunvericilikdə nəzərdə tutulan iradə ifadəsini təsdiq edən halların heç biri işdə mövcud deyildir. Həmçinin tərəflər birgə həyata keçirəcəkləri sahibkarlıq fəaliyyəti nəticəsində əldə etdikləri gəlirləri böldüyü kimi, bu işin (fəaliyyətin) qurulması üçün çəkdikləri xərcləri də ortaq olaraq bölməlidirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, suallara cavabında məhkəməyə təqdim etdiyi görüntülərdə olan şəxsin Cavabdeh deyil, cavabdehin tanışı İlkin adlı şəxs olduğunu, İlkinin pulu Cavabdeh göndərmək üçün ondan aldığını bildirmişdir. Cavabdeh dediyinə görə pulu İlkinə vermiş, pulu verdiyi anda da Cavabdeh ilə telefonla danışaraq pulu verdiyini demişdir. Ağcabədi rayon Polis Şöbəsində olarkən Cavabdeh ondan 10000 ABŞ dolları aldığını etiraf etmişdir. Cavabdeh vəkili, eyni zamanda nümayəndəsi Vəkil1 iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib, iddiaya qarşı təqdim etdiyi yazılı etirazın yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat vermişdir. Şirvan Kommersiya Məhkəməsinin 11 iyul 2025-ci il tarixli e-2-2(121)-1526/2025 saylı qətnaməsi ilə iddia təmin olunaraq, Cavabdeh 10000 (on min) ABŞ dolları məbləğində pul vəsaitinin qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə və ödənilmiş 142 (bir yüz qırx iki) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 14.2.1, 324.1, 324.2, 329.1, 329.2, 329.3, 331.1, 386.1, 442, 739.1, 739.2, 739.3, 1091.1, 1091.2, 1092.1-ci, Mülki Posessual Məcəllənin 14.2, 77.1, 217.4, 17.2-ci maddələrinə istinadla gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, cavabdeh tərəf iddiaçının pulları cavabdehə borc olaraq deyil, şərik iş görmə məqsədilə verdiyini, əldə ediləcək gəlirlə bərabər xərclərə də ortaq olmaları barədə razılaşdıqlarını bildirsə də, bunu təsdiq edə biləcək mötəbər dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının cavabdehə 10000 ABŞ dolları məbləğində pul verməsi sübut olunur. Tərəflər arasında bağlanmış əqdin etibarlı olub olmaması məsələsinə gəldikdə isə, məhkəmə qeyd edir ki, tərəflər 10000 ABŞ dolları məbləğində pulun borc verilməsi barədə əqdi şifahi formada bağlamaqla, əqdin formasına dair Mülki Məcəllədə müəyyənləşdirilmiş məcburi şərti pozmuşlar. Belə ki, iş materiallarından göründüyü kimi müqavilə iştirakçılarının hər ikisi fərdi sahibkar statusu olan fiziki şəxs olsa da, aralarındakı borc müqaviləsinin predmeti olmuş pul vəsaitinin məbləği 3000 manatdan çox olduğundan, onlar bu müqaviləni yazılı formada bağlamalı olduqları halda, şifahi formada bağlamışlar. Ona görə də, məhkəmə hesab edir ki, tərəflər arasında forma şərti pozulmaqla bağlanmış əqd etibarsız olduğundan, hazırki mübahisə Mülki Məcəllənin 52-ci fəslində nəzərdə tutulan əsassız varlanmaya dair müddəalar nəzərə alınmaqla həll edilməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslandırma hissədə Azərbaycan Respublikası Mülki Məcəllisin 1091-ci maddəsində nəzərdə tutulan qanunvericiliyin tələbləri sadəcə kağız üzərində qalmışdır, bununla da cavabdehin hüquqlarını kobudcasına pozmuşdur. Əsassız varlanma ilə bağlı tələbin təmin edilməsindən ötrü borclunun əmlak əldə edilməsi, həmin əmlakı kreditorun əmlakı hesabına əldə etməsi və bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Bu üç hal olduqda tələb təmin edilə və əsassız varlanmış bocludan əmlakın dəyəri alınaraq kreditora verilməlidir. Hazırkı işdə məhkəmə qətnaməsində qeyd olunmuşdur ki, cavabdeh işlərinin yaxşı getməsi üçün, konkret olaraq Cavabdeh 10000 ABŞ dolları məbləğində pulu iddiaçıdan alması, daha sonra qaytarmaqdan imtina etməsi və əsassız varlanması faktı təsdiq olunur. Ancaq həmin pulun cavabdehin sərəncamında qalması və nəticədə onun əsassız varlanmağını təsdiq edən heç bir sübut işdə olmamışdır. Belə olan halda da, həmin pul məbləğinin alınaraq iddiaçıya verilməsi barədə tələb əsaslı və yol verilən hesab edilməməlidir. Cavabdeh Ağcabədi RPŞ-nə verdiyi izahatında iddiaçı ilə ümumbirgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün hər-birinin pul qoyduqlarını bildirmiş və Ağcabədi rayon Polis Şöbəsinin 31 may 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarında da araşdırma zamanı iddiaçıya borcun olması xüsusatı öz əksini tapmamışdır. Lakin birinci instansiya məhkəməsi yalnız iddiaçının verdiyi izahatı, mənşəyi və mənbəyi məlum olmayan video-görüntünü sübut kimi qəbul edərək, heç bir dəlil, sübut olmadan 10000 dollar borcunun olması barədə qətnamə çıxarmışdır. Xüsusi ilə, birinci instansiya hansısa maraqları naminə iddia tələbinin sərhədlərindən kənara çıxmışdır. Belə ki, iddiaçı sadəcə olaraq borc tələbi ilə bağlı iddia qaldırmasına baxmyaraq, birinci instansiya məhkəməsi iddia tələbini heç bir ərizə, dəqiqləşdirmə olmadan “əsassız varlanmaya dair” iddia ərizəsi “tərtib etmiş” və bütün qətnaməni özü düşündüyü formada qəbul etmişdir. Birinci instansiya məhkəməsi yalnız iddiaçının verdiyi izahatı, mənşəyi və mənbəyi məlum olmayan video-görüntünü sübut kimi qəbul edərək, heç bir dəlil, sübut olmadan 10000 dollar borcunun olması barədə qətnamə çıxarmışdır. Beləliklə birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməmişdir, maddi hüquq normasını düzgün tətbiq etmədiyindən qətnamə ləğv edilməlidir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən bir tərəfli mövqe göstərmişdir. Məhkəmə iclasları zamanı cavabdehin və digər şərik Şükür Əliyevin izahatına qiymət verilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qəbul etmilmiş qətnamə həm mülki hüquqlarını, həmdə prosessual hüquqlarını kobudcasına pozmaqla ədalətsiz və qanunlara söykənməyən qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən gəldiyi nəticədə qeyd edir ki, iddiaçının cavabdehə 10000 ABŞ dolları məbləğində pul verməsi sübut olunduğundan, cavabdeh tərəf öz etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin cavabdeh tərəf iddiaçının həmin pulu məhz şərikli iş görmək məqsədilə verildiyini, tərəflərin əldə ediləcək gəlirlə bərabər xərclərə də ortaq olması barədə razılaşdıqlarını bildirsə də, bunu təsdiq edə biləcək mötəbər dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Ancaq cavabdehin və şahid qismində dindirilmiş digər şərik Şükür Əliyevin izahatlarında bildirdiyi mövqe məhkəmənin gəldiyi nəticənin əsassız olmasını təsdiq edir. Cavabdehin etirazında bildirdiyi xüsusatları şahid olaraq Şükür Əliyev də təsdiq etmişdir. Yalnız məhkəmə birtərəfli mövqe göstərərək, bu barədə sübutlara qiymət verməmişdir. Məhkəmə gəldiyi nəticədə tərəflərin birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları barədə aralarında şifahi razılaşmanın olmasını qeyd etmiş, ancaq sahibkarlıq fəaliyyəti zamanı yaranmış risklərə görə tərəflərin birgə öhdəlik daşımasına qiymət verməyərək, edilmiş ziyanlığın tərəflər arasında bölünməli olmasına münasibət bildirməyərək səhvə yol vermişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçı apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh və onun vəkili, eyni zamanda nümayəndəsi üzürlü səbəblər olmadan məhkəmədə iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən kommerisya işi üzrə həmin şəxslərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini, iddanın rədd olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətlərinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еtmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Bununla belə tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətlərində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Elşənlə şərik olmuş, Sadiqi Elşənin sayəsində tanımışdır. Qazaxıstan Respublikasından mal-qara alaraq Azərbaycan Respublikasına gətirərək burada satıb gəlir əldə etmək barədə razılaşmışdılar. Razılaşmalarına əsasən Sadiq 50 min manat məbləğində vəsait qoymalı, qazanc 50/50 bölünməli idi. Sadiqin Elşənə 10000 ABŞ dolları göndərdikdən sonra Elşən ona Sadiqin şərik işdən imtina etdiyini, Sadiqin verdiyi pulun xərclərə sərf olunduğunu, Qazaxıstana o, Elşən və Azərin getdiyini, 6 ay müddətində qaldıqlarını, lakin sənədləşmə işini başa çatdıra bilmədiklləri üçün onların mal-qara gətirməsinin mümkün olmadığını və çəkilən xərcin 50000 ABŞ dolları məbləğində olduğunu bildirmişdir. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə İddiaçı barəsində məlumatlardan görünür ki, o, Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən vergi ödəyicisi kimi uçota alınmış və VÖEN: ********** verilmişdir. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Cavabdeh barəsində məlumatlardan görünür ki, onun Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən vergi ödəyicisi kimi uçota alınmış və ona xx.xx.2009-cu il tarixdə VÖEN: ********** verilmişdir. Ağcabədi rayon polis şöbəsinin 31 may 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarın surətindən aşağıdakılar görünür: 20 may 2024-cü il tarixdə Zərdab rayon, Qoruqbağı kənd sakini İddiaçı ərizə ilə polis şöbəsinə müraciət edərək göstərmişdir ki, Ağcabədi rayon sakini Cavabdeh borclu olduğu pulu istədikdə, onu ölümlə hədələmişdir; Araşdırma aparılan zaman İddiaçı izahatında göstərmişdir ki, Ağcabədi şəhəri Qarabağ küçəsində yaşayan Cavabdeh uzun illərdir tanıyır, aralarına qohumluq əlaqəsi, ədavət və düşmənçilik yoxdur. Təxminən üç ay əvvəl Cavabdeh Qazaxstan Respublikasından zəng edib bildirmişdir ki, onun obyektinə pul lazımdır, 10000 ABŞ dolları versin, on gün ərzində qaytaracaqdır. O da, həmin pulu Elşənin obyektində işləyən İlkin adlı oğlana aparıb vermiş və Elşənin özü ilə Vhtasap vasitəsi ilə danışmış, özü üçün videoçəkiliş aparmışdır. X4 Respublikasından gəldikdən sonra müxtəlif bəhanələr gətirib onun pulun verməkdən boyun qaçırmışdır. Elşən may ayında pulu verəcəyinə söz vermiş, buna görə də may ayının 5-də Elşənin yanına gəlib pulu istəmiş, lakin Elşən pulu verməyəcəyin soyləmişdir. Hazırda tələbi budur ki, Elşən ondan aldığı 10000 ABŞ dolların özünə qaytarsın, Araşdırma aparılan zaman Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı tanıyır, aralarında yaxşı münasibət vardır. 2024-cu ilin fevral ayında İddiaçı onun dostları Azər və Rəfail adlı şəxslərlə kafedə yemək yeyən zaman onunlaa danışıb razılaşmışlar ki, birlikdə respublikaya iri buynuzlu mal-qara gətirsinlər, pulun da şərikli qoysunlar. 09 fevral 2024-cu il tarixdə o, Azər və dostu ƏliyevŞükür Tofiq oğlu Qazağıstan Respublikasına getmiş, orada sənədlərin hazırlanmasına təxminən 20 gun vaxt sərf olunmuş, sənədləri hazırlasa da, həmin ərəfədə ölkədən iri buynuzlu mal-qaranın çıxarılması, müvəqqəti dayandırılmışdır. Sadiq həmin ərəfədə ona pul göndərməli idi ki, mal-qara alsınlar, Lakın, Sadiq pulu ləngitmişdir. Təxminən fevral ayının 14-15 olardı Sadiqlə telefonda danışarkən ona 10000 ABŞ dolları göndərə biləcəyini demiş, o da pulu bankla deyil, ona məxsus obyektə verməsini oradan pulu ona göndərəcəklərini bildirmişdir. Sadıq həmin pulu İlkin adlı oğlana vermiş, bundan sonra pul ona göndərilmişdir. Bundan sonra özündən də 17000 ABŞ dolları özündən də sənədlərin hazırlanmasına, heyvanların alınmasına və başqa heyvanların alınmasına görə beh də vermişdir. Həmçinin digər şəriklər X1 areoportda saxlamışlarvə buna gorə də dörd ay olar ki, Tofiq və ailəsinin bütün xərclənn özu qarşılayır. Sadiq də həmin xərclərə kömək etmək istəməmişdir O. Sadiqi hədələmədiyini bildirmişdir. “CD disk”də olan görüntülərdən İddiaçı İlkin adlı şəxsə ABŞ dolları şəklində pul verdiyi görünür. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki,Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır; 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır; 739.3-cü maddəsinə əsasən, borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir; 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İddiaçı tərəfindən cavabdehə 10000 ABŞ dolları məbləğində pulun verilməsi işin mübahisəsiz halıdır. İddiaçı həmin pulu borc olaraq verdiyini, cavabdeh isə borc deyil, həmin pulun şərikli biznes üçün iddiaçı tərəfindən edilən yatırım olduğunu, biznes planlarının baş tutmadığını və zərərə hesablandığını bildirir. Qeyd edilməlidir ki, cavabdeh tərəfindən iddiaçı ilə həqiqətən şərikli biznes planlarının olmasına, olduğu halda bunun hansı real səbəblərdən baş tutmamasına dair mötəbər, inandırıcı sübutlar birinci instansiya məhkəməsinə təqdim olunmamışdır. Tərəflər arasındakı borc müqaviləsinin predmeti olmuş pul vəsaitinin məbləği 3000 manatdan çox olduğundan, müqavilə yazılı formada bağlanmalı olduğu halda, şifahi formada bağlanmışdır. Forma şərti pozulmaqla bağlanmış əqd etibarsız olduğundan, mübahisəni Mülki Məcəllənin 52-ci fəslində nəzərdə tutulan əsassız varlanmaya dair müddəalar çərçivəsində həll edən birinci instansiya məhkəməsinin mövqeyi ilə kollegiya razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Maddi və prosessual hüquq normalaranın pozulması və düzgün tətbiq edilməməsi, habelə qətnamədə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların aydınlaşdırılmamasından ibarət apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiqini tapmır. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 11 iyul 2025-ci il tarixli e-2-2(121)-1526/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə, qətnamə qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-205/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-205/2025
01.10.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver