Məhkəmə qərarları › İş №2-2(106)-21/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-21/2023

22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-21/2023 22.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Mayılov Samir İlham oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclasının katibi Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçıASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçıASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2-2(121)-2561/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı cavabdehdən iddiaçının xeyrinə xx.xx.2019-ci il tarixli kredit müqaviləsi üzrə banka 143245,44 manat əsas, 53014,06 manat faiz, 10999,8 manat cərimə borcu olmaqla, cəmi 207259,3 manat məbləğində borcun, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə banka 97817,63 manat əsas, 36156,9 manat faiz, 7237,01 manat cərimə borcu olmaqla cəmi 141211,54 manat borcun, 638,47 manat ödənilmiş dövlət rüsumunun (400 manatı mediasiya xərcidir), ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən 192,30 kv.m ümumi sahədən ibarət 3 nömrəli evin 211 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun ünvan 1 ünvanında yerləşən, 192,30 kv.m ümumi sahədən ibarət 3 nömrəli evin 211 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, borcun əvəzi Cavabdeh məxsus xx.xx.2019-ci il tarixli girov müqaviləsi ilə girov qoyulmuş əmlakına yönəldilməsi hesabına borcun ödənilməsi,satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən 192,30 kv.m ümumi sahədən ibarət 3 nömrəli evin 211 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh ünvan 1 ünvanında yerləşən 192,30 kv.m ümumi sahədən ibarət 3 nömrəli evin 211 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli baş kredit müqaviləsinin ləğv edilməsinin xahiş etmişdir. İddiaçı ASC ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-nin “11 saylı” filialından illik faiz dərəcəsi 30 faizdən çox olmamaqla, 120 ay müddətinə 500000 manat məbləğdə kredit limiti ayrılmışdır. 23-BİZ-1-0-2154-19 nömrəli xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-nin “11 saylı” filialından illik 16 faizlə 36 ay müddətinə 150000 manat məbləğdə kredit götürmüşdür. 23-BİZ-1-0-2154-19/2 nömrəli xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-nin “11 saylı” filialından illik 16 faizlə 36 ay müddətinə 100000 manat məbləğdə kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 192.30 kv.m ümumi sahədən ibarət 3 nömrəli evin 211 nömrəli mənzili xx.xx.2020-cu il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notariat qaydada təsdiq edilmiş və dövlət reyestrində qeydə alınmışdır. 23-BİZ-1-0-2154-19 nömrəli xx.xx.2019-cu il tarixli girov müqaviləsinə əsasən Bakı şəhəri ünvan 2 ünvanında yerləşən 300000 manat dəyərində olan dövriyyə vəsaiti (Avtomobil ehtiyat hissələri) girov qoyulmuşdur. xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 4.8-ci bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 0.1 faizlə cərimə hesablayıb borcludan tələb edir. xx.xx.2022-ci il tarixədək Cavabdeh xx.xx.2019-ci il tarixli kredit müqaviləsi üzrə banka 143245,44 manat əsas, 53014,06 manat faiz, 10999,8 manat cərimə borcu olmaqla, ümumilikdə 207259,3 manat borcu vardır. xx.xx.2022-ci ilədək Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə banka 97817,63 manat əsas, 36156,9 manat faiz, 7237,01 manat cərimə borcu olmaqla, ümumilikdə 141211,54 manat borcu vardır. Tərəflər arasında xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyası keçirilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda, reyestr orqanına ərizə göndərilmiş və ərizə qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdeh bildirişə münasibət bildirmir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə girov predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun bir qisminin əvəzinə yönəldilməlidir. İddiaçı 11 noyabr 2022-ci il tarixdə iddia ərizəsinə əlavə ilə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 143245,44 manat əsas borcun, 59885,32 manat faiz borcunun, 18388,86 manat dəbbə olmaqla cəmi 221519,62 manat məbləğində borcun, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə banka 97817,63 manat əsas borcun, 40849,25 manat faiz borcunun, 12097,49 manat dəbbə olmaqla cəmi 150764,37 manat borcun, 638,47 manat ödənilmiş dövlət rüsumunun (400 manatı mediasiya xərcidir), ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın cavabdehə məxsus olan ünvan 1 ünvanında yerləşən 192,30 kv.m ümumi sahədən ibarət 3 nömrəli evin 211 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun qeyd edilən mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, borcun əvəzi cavabdehə məxsus xx.xx.2019-cu il tarixli girov müqaviləsi ilə girov qoyulmuş əmlakına yönəldilməsi hesabına borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, cavabdehə məxsus olan göstərilən mənzilə yönəldikdə və o satıldıqdan 1 ay sonra cavabdehin həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi, cavabdehlə iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli baş kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinə əlavəsini onunla əsaslandırmışdır ki, iş üzrə iddia tələbinin həcminin artırlması zərurəti yaranmışdır. Belə ki, cavabdehdən bankın xeyrinə kredit borcunun tutulması ilə bağlı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Şirvan Kommersiya Məhkəməsinə müraciət edilmişdir. İddiaçı ilə cavabdeh arasında kredit limitinin ayrılmasına dair kredit müqaviləsi xx.xx.2019-cu il tarixdə 120 ay müddətinə bağlanmışdır. Cavabdeh tərəfindən müqavilənin şərtləri vaxtında yerinə yetirilmədiyindən xx.xx.2022-ci ilədək cavabdehin xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 143245,44 manat əsas borc, 59885,32 manat faiz borcu, 18388,86 manat dəbbə olmaqla cəmi 221519,62 manat borc tutulmalıdır. xx.xx.2022-ci ilədək Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə banka 97817,63 manat əsas borc, 40849,25 manat faiz borcu, 12097,49 manat dəbbə olmaqla, ümumilikdə 150764,37 manat məbləğdə borc tutulmalıdır. Şirvan Kommersiya Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2-2(121)-2561/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 23-BİZ-1-0-2154-19 saylı xx.xx.2019-cu il tarixli baş kredit müqaviləsinin ləğv edilməsi, 23-BİZ-1-0-2154-19 saylı xx.xx.2019-cu il tarixli kreditin verilməsinə dair razılaşma üzrə 143245,44 manat əsas borc, 59885,32 manat faiz borcu, 1800 manat cərimə, cəmi 204930,76 manat məbləğində kredit borcunun, 23-BİZ-1-0-2154-19/2 saylı xx.xx.2020-ci il tarixli kreditin verilməsinə dair razılaşma üzrə 97817,63 manat əsas borc, 40849,25 manat faiz borcu, 1200 manat cərimə, cəmi 139866,88 manat məbləğində kredit borcunun, 550 manat dövlət rüsumu (350 manat mediasiya xərci və 200 manat dövlət rüsumu olmaqla), 10 manat məbləğində ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun və 25 manat məbləğində xidmət haqqının Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməsi, tələbin Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 192,30 kv.m ümumi sahədən ibarət 3 nömrəli evin 211 nömrəli mənzilinə yönəldilməsi, ünvan 1 ünvanında yerləşən 192,30 kv.m ümumi sahədən ibarət 3 nömrəli evin 211 nömrəli mənzilinin ilkin satış qiyməti 310000 manat məbləğində olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 23-BİZ-1-0-2154-19 saylı, xx.xx.2019-cu il tarixli kreditin verilməsinə dair razılaşma üzrə 204930,76 manat məbləğində kredit borcunun, 23-BİZ-1-0-2154-19/2 saylı, xx.xx.2020-ci il tarixli kreditin verilməsinə dair razılaşma üzrə 139866,88 manat məbləğində kredit borcunun, 550 manat dövlət rüsumunun (350 manat mediasiya xərci və 200 manat dövlət rüsumu olmaqla), 10 manat məbləğində ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun və 25 manat məbləğində xidmət haqqının İddiaçı ASC-yə ödənilməsi, ünvan 1 ünvanda yerləşən 192,30 kv.m ümumi sahədən ibarət 3 nömrəli evin 211 nömrəli mənzilinə tutma yönəldikdə və satıldıqdan 1 ay sonra mənzil boşaldılmaqla Cavabdeh həmin mənzildən çıxarılması, tələbin Cavabdeh məxsus 23-BİZ-1-0-2154-19 saylı xx.xx.2019-cu il tarixli girov müqaviləsi üzrə girov qoyulmuş əmlaka, yəni ünvan 3 ünvanında yerləşən 300000 manat dəyərində olan dövriyyə vəsaitinə (avtomobil ehtiyyat hissələrinə) yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və əmlakın satılmasından əldə edilən vəsaitdən 23-BİZ- 1-0-2154-19 saylı xx.xx.2019-cu il tarixli kreditin verilməsinə dair razılaşma üzrə 204930,76 manat məbləğində kredit borcunun, 23-BİZ-1-0-2154-19/2 saylı xx.xx.2020-ci il tarixli kreditin verilməsinə dair razılaşma üzrə 139866,88 manat məbləğində kredit borcunun, 550 manat dövlət rüsumunun (350 manat mediasiya xərci və 200 manat dövlət rüsumu olmaqla), 10 manat məbləğində ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun və 25 manat məbləğində xidmət haqqının İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatlarının dəyəri olaraq 100 manat məbləğində pul vəsaitinin 20 manatının İddiaçı ASC-dən, 80 manatının Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi, daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 250 manat məbləğində pul vəsaitinin 200 manatının Cavabdeh, 50 manatının isə İddiaçı ASC-dən alınaraq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh Şirvan Kommersiya Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2-2(121)- 2561/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın evdən çıxma hissəsində və tutmanın avtomobil ehtiyat hissələrinə yönəldilməsi hissəsində rədd edərək, borca və mənzilin dəyərinə münasibətdə ədalətli qətnamə qəbul edilməsi xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ipoteka qoyulmuş yaşayış sahəsi satıldıqda orada yaşayan şəxslər 1 ay müddətində tərk etməlidirlər. Göründüyü kimi, qanunvericik ipoteka predmeti olan yaşayış sahəsindən çıxmağı üçün onun satılmasını şərtləndirmişdir. Satış isə icra mərhələsinə aid məsələ olmaqla hələ baş tutub-tutmayacağı da məlum deyildir. Belə vəziyyətdə həmin evdən çıxarılmağının əvvəlcədən həll edilməsi qanunaziddir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, hansı avtomobil ehtiyat hissələrinin girov qoyulmasını, bunların nədən ibarət olmasını və hər birinin dəyərinin nə qədər olmasını sübut etmə yükü iddiaçının üzərinə düşür, lakin iddiaçı bu barədə sübut təqdim etmədiyi halda iddia təmin edilməklə qanunvericiliyin tələbləri pozulmuşdur. Birinci instansiya məhkəməsi məhkəmə iclasında onun iddiasını təmin etməməklə qanunvericilik normalarının tələblərini pozmuşdur. Hazırkı iş üzrə hansı avtomobil ehtiyat hissələrinin girov qoyulması, onların toplam dəyərinin göstərilən məbləğdə olmasına dair heç bir sübut olmadığı halda, iddia həmin hissədə təmin edilməklə normanın tələbləri pozulmuşdur. Qanunvericiliyin tələblərinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsaydı, yaxud məhkəmə icraatı qəsdən yubandırdğını aşkar etsə idi, işə baxa bilərdi. Lakin iş materialında məhkəmə iclasının vaxtı barədə məlumatlandırıldığına dair heç bir sübut yoxdur. Bu isə hakimin normanın tələblərini pozmasını göstərir. Birinci instansiya məhkəməsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırıldığına baxmayaraq, üzrlü səbəb olmadan məhkəmədə iştirak etməməyini qeyd etmişdir. Halbuki, iş materialında bu barədə heç bir sübut yoxdur. Birinci instansiya məhkəməsi, tələbin həmçinin 300000 manat dəyərində olan avtomobil ehtiyat hissələrinə yünəldilməsini qeyd etmiş, lakin konkret olaraq hansı hissələrin girov olmasının göstərməmişdir. Halbuki, ümumiyyətlə heç bir avtomobil ehtiyat hissəsi girov qoyulmamışdır. Bununla bağlı, qətnamədə istinad olunan müqavilə formal bağlanmış, orada heç bir ehtiyat hissə qeyd edilməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, özləri və ya nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. İddiaçının nümayəndəsi X2 məhkəm iclasında izahat verərək cavabdeh teleqram göndərməklə işin yubandırılmasına çalışdığını, iş üzrə ekspert rəyi ilə tanış olduğunu, rəylə müqavilələr arasında cüzi fərq olduğunu bildirmiş, qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq sağlamlığı ilə bağlı məhkəmədə iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarına əsasən İddiaçı ASC ilə Cavabdeh arasında 23-BİZ-1-0-2154-19 saylı xx.xx.2019-cu il tarixli baş kredit müqaviləsi bağlanmışdır. Göstərilən baş kredit müqaviləsinə əsasən cavabdehə 500000 manat məbləğində illik faiz dərəcəsi 30 faizdən, qaytarılması gecikdirildiyi halda ödəniləcək gündəlik faiz dərəcəsi 0,1 faizdən çox olmamaq şərtilə 120 ay müddətinə kredit limiti ayrılmışdır. İş materiallarına əsasən İddiaçı ASC ilə Cavabdeh arasında 23-BİZ-1-0-2154-19 saylı xx.xx.2019-cu il tarixli kredit verilməsinə dair razılaşma bağlanmışdır. Göstərilən kredit razılaşmasına əsasən cavabdehin dövriyyə sisteminin artırılması və “VTB Bank”dan biznes məqsədilə götürdüyü aktiv xx.xx.2019-cu il tarixdə verilmiş 186000 manat və xx.xx.2019-cu il tarixdə verilmiş 12000 manat kreditlər üzrə qalıq borc məbləğinin bağlanması məqsədilə illik 16 faiz ödəmək şərti ilə 36 ay müddətinə 150000 manat məbləğdə kredit verilmişdir. İş materiallarına əsasən İddiaçı ASC ilə Cavabdeh arasında 23-BİZ-1-0-2154-19/2 saylı xx.xx.2020-ci il tarixli kredit verilməsinə dair razılaşma bağlanmışdır. Göstərilən kredit razılaşmasına əsasən cavabdehin dövriyyə sisteminin artırılması və “VTB Bank”-dan biznes məqsədilə götürdüyü aktiv xx.xx.2019-cu il tarixdə verilmiş 186000 manat və xx.xx.2019-cu il tarixdə verilmiş 12000 manat kreditlər üzrə qalıq borc məbləğinin bağlanması məqsədilə illik 16 faiz ödəmək şərti ilə 36 ay müddətinə 100000 manat məbləğdə kredit verilmişdir. İşdə olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 23-BİZ-1-0-2154-19 saylı xx.xx.2019-cu il tarixli girov müqaviləsinə əsasən cavabdehə mülkiyyət hüququ ilə məxsus olan ünvan 3 ünvanında yerləşən 300000 manat dəyərində olan dövriyyə vəsaitini (avtomobil ehtiyyat hissələri) 23-BİZ-1-0-2154-19 saylı xx.xx.2019-cu il tarixli baş kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi girov saxlayana girova vermişdir. İşdə olan Yelo Bank” ASC ilə Cavabdeh arasında bağlanmış 23-BİZ-1-0-2154-19 saylı xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsinə görə ünvan 1 ünvanında yerləşən 192,30 kv.m ümumi sahədən ibarət 3 nömrəli evin 211 nömrəli mənzili 23-BİZ-1-0-2154-19 saylı, xx.xx.2019-cu il tarixlibaş kreditmüqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 192,30 kv.m ümumi sahədən ibarət 3 nömrəli evin 211 nömrəli mənzil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən Cavabdeh ipoteka predmetinə tutma yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixli bildiriş göndərilmiş və iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 23-BİZ-1- 0-2154-19 saylı xx.xx.2019-cu il tarixli kredit verilməsinə dair razılaşması üzrə 143245,44 manat məbləğində əsas borc, 53014,06 manat məbləğində faiz borcu, 10999,8manat məbləğində cərimə borcu, cəmi 207259,3 manat məbləğdə kredit borcu vardır. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 23-BİZ-1- 0-2154-19 saylı, xx.xx.2020-ci il tarixli kredit verilməsinə dair razılaşması üzrə 97817,63 manat məbləğində əsas borc, 36156,9 manat məbləğində faiz borcu, 7237,01manat məbləğində cərimə borcu, cəmi 141211,54 manat məbləğdə kredit borcu vardır. İşdə olan məhkəmə-mühasibatlıq ekspertizasının 9-3234 saylı xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh23-BİZ-1-0- 2154-19 saylı, xx.xx.2019-cu il tarixlikredit razılaşması üzrə xx.xx.2020-ci il tarixə əsas borcu üzrə 143245,44 manat, faiz borcu üzrə 14968,2 manat, 23-BİZ-1-0-2154-19/2 saylı, xx.xx.2020-ci il tarixlikredit razılaşması üzrə xx.xx.2020-ci il tarixə əsas borcu üzrə 97817,63 manat, faiz borcu üzrə 9990,76 manat borcu olması müəyyən olunur. Rəyə əlavə edilən ekspertiza xərclərinə dair bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində təşkil edir. İş materiallarından görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-613/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə göstərilən daşınmaz əmlak(lar)ın bazar qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş və həmin MMC-nin əmlak(lar)ın dəyərinin müəyyən etmək üçün xx.xx.2021-ci il tarixli qiymətləndirmə hesabat(lar)ı (rəy(lər)i) ilə Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 192,30 kv.m ümumi sahədən ibarət 3 nömrəli evin 211 nömrəli mənzilinlikvid dəyəri 310000 manat məbləğində olması müəyyən olunmuşdur. İş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri 250 manat məbləğində təşkil edir. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 23-BİZ-1- 0-2154-19 saylı xx.xx.2019-cu il tarixli kredit verilməsinə dair razılaşması üzrə xx.xx.2022ci il tarixə 143245,44 manat məbləğində əsas borc, 59885,32 manat məbləğində faiz borcu, 18388,86 manat məbləğində cərimə borcu, cəmi 221519,62 manat məbləğində kredit borcu vardır. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 23-BİZ-1- 0-2154-19/2 saylı xx.xx.2020-ci il tarixli kredit verilməsinə dair razılaşması üzrə xx.xx.2022-ci il tarixə 97817,63 manat məbləğində əsas borc, 40849,25 manat məbləğində faiz borcu, 12097,49 manat məbləğində cərimə borcu, cəmi 150764,37 manat məbləğində kredit borcu vardır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Bu baxımdan, Şirvan Kommersiya Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2-2(121)-2561/2022 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinin dəlillərinə münasibətdə yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki,İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2-2(121)-2561/2022 saylı qətnaməsi xx.xx.2020ci il tarixli kredit razılaşması üzrə cavabdehdən faiz borcunun tutulması hissədə dəyişdirilməli və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sübutlardan–işin apellyasiya icraatı zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 aprel 2023-cü il tarixli 9/2079 saylı ekspert rəyindən görünür ki, Cavabdeh İddiaçı ASC-yə 10 noyabr 2022-ci il tarixə borcu; xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə 143245,44 manat məbləğində əsas borcu və 59888,77 manat məbləğində faiz borcu vardır. Habelə, xx.xx.2020-ci il tarixli kredit razılaşması üzrə 97817,63 manat məbləğində əsas borcu və 40836,91 manat məbləğində faiz borcu vardır. Beləcə, məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, məhkəmə tərəfindən iş üzrə zəruri olan və mühüm əhəmiyyət kəsb edən bütün hallar düzgün qiymətləndirilməmiş və lazımi qaydada ekspertiza keçirilərək müvafiq rəyin mötəbər sübut olaraq əldə edilməsi üçün vacib olan addımlar atılmamışdır. Belə ki, işdən də göründüyü kimi, birinci instansiya məhkəməsi xx.xx.2020-ci il tarixli kredit razılaşması üzrə faiz borcunun tutulması hissədə düzgün hesablama aparmamış, cavabdehdən iddiaçının xeyrinə 40836,91 manat məbləğində deyil, 40849,25 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Habelə, cavabdehin apellyasiya şikayətində göstərilmiş hansı avtomobil ehtiyat hissələrinin girov qoyulması, bunların nədən ibarət olması və hər birinin dəyərinə dair dəlillər barədə qeyd edilməlidir ki, həmin mallar - avtomobil ehtiyyat hissələri dövriyyədə olan mallardır ki, onların miqdarının və ya dəyərinin daimi olaraq sabit qalması mümkünsüzdür və göründüyü kimi həmin mallar dövriyyədə olmaqla, borcun təminatı qismində çıxış edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Eyni zamanda, kollegiya diqqətə çatdırır ki, apellyasiya şikayətinin iddianın evdən çıxma hissəsində hissədə rədd edilməsi barədə dəlil hər hansı mötəbər sübutlarla və ya normalarla əsaslandırılmamışdır. Beləcə, kollegiya mübahisələndirilən qətnamənin həmin hissədə qanuni və əsaslı olması qənaətindədir. Habelə, ipoteka predmeti olan mənzilin dəyərinə münasibətdə ədalətli qərar qəbuyl edilməsi barədə dəlil üzrə nəzərə çatdırılmalıdır ki, birinci instansiyası məhkəməsi bu haqda düzgün nəticəyə gəlmişdir. Belə ki, "xxxx" MMC-nin 25 iyun 2021-ci il tarixli qiymətləndirmə rəyinə görə Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 192,30 kv.m ümumi sahədən ibarət 3 nömrəli evin 211 nömrəli mənzilin likvid dəyəri 310000 manat məbləğdə müəyyən olunmuşdur. İşdən göründüyü kimi, qəbul edilmiş qərardad üzrə evin qiymətləndirilməsi zamanı evin tikildiyi il, yerləşdiyi yer, təmiri və digər hallar nəzərə alınmaqla, müxtəlif metodlardan istifadə edilmişdir. Cavabdeh isə öz şikayətində həmin rəyin mötəbərliyini şübhə altına alan heç bir əsas (kəskin qiymət fərqinin aşkar göründüyü digər mötəbər rəy təqdim edilməmiş və s.) göstərməmişdir. “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. MPM-in 384.0.3-cü maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 aprel 2023-cü il tarixli 9/2079 saylı ekspert rəyinin verilməsi üzrə ekspertiza tədqiqatının dəyəri qismində 50 manat məbləğdə pul vəsaiti Cavabdeh Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 14.2, 76, 89.1, 217.2, 372, 384, 385.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2-2(121)-2561/2022 saylı qətnaməsi Cavabdeh 30 yanvar 2020-ci il tarixli 23-BİZ-1-0-2154-19/2 saylı kredit razılaşması üzrə faiz borcunun tutulması hissədə dəyişdirilərək həmin razılaşma üzrə faiz borcunun məbləği 40836 (qırx min səkkiz yüz otuz altı) manat 91 (doxsan bir) qəpik müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilməsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 aprel 2023-cü il tarixli 9/2079 saylı ekspert rəyinin verilməsi üzrə ekspertiza tədqiqatının dəyəri qismində 50 manat məbləğdə pul vəsaiti Cavabdeh Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar