Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-21/2025 21.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Komersiya Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X5 və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil1 və cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli 2-2(121)-1149/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Həsənov X2 Kənan Rza oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 70000 manat pul və ödənilmiş 300 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Bu barədə vergi uçotuna dayanmış və müvafiq VÖEN-ə malikdir. İddiaçı sahibkar kimi mebel istehsalı və satışı ilə məşğul olur. Cavabdehlə aralarında müəyyən ticarət münasibətləri olmuşdur. İddiaçı istehsal etdiyi mebelləri Sabirabad rayonunda satmağı Cavabdeh həvalə etmişdir. Cavabdehlə aralarında bu barədə şifahi razılaşma olmuşdur. Bu məqsədlə Cavabdeh 17 may 2021-ci ildə Sabirabad rayonunda rəsmi icarə müqaviləsi ilə mağaza icarəyə götürərək iddiaçının göndərdiyi mebellərin satışını həyata keçirmişdir. İddiaçının sahibkar kimi həmin mağazaya göndərdiyi bütün malları satmaq və müştərilərdən pulları yığmaq işi ilə cavabdeh məşğul olmuşdur. Bir müddət sonra iddiaçıya məlum olmuşdur ki, Cavabdeh 2022-ci ilin sentyabr-oktyabr aylarında müştərilərə nağd qaydada satdığı malların pulunu öz şəxsi istifadəsi üçün xərcləmişdir. Ümumilikdə cavabdeh bu hərəkətləri ilə iddiaçıya 70000 manat dəyərində ziyan vurmuşdur. İddiaçı cavabdehdən pulunu istəmiş, lakin cavabdeh iddiaçıya olan pul borcunu qaytarmamışdır. Göstərilən səbəbdən də, iddiaçı ağır maddi vəziyyətə düşmüş, ona maddi zərər dəymiş və onun hüquqları pozulmuşdur. Cavabdehin iddiaçıya olan borcunu təsdiq edəcək izahatı da mövcuddur və həmin izahat iddia ərizəsinə əlavə edilir. Həmçinin Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadında cavabdeh iddiaçıya olan borcunu etiraf etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli 2-2(121)-1149/2024 saylı qətnaməsi ilə (hakim Zaur Abbasov) Cavabdeh 55656 manat məbləğində borc və ödənilmiş 300 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 55956 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 138 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, işin real faktiki halları ondan ibarətdir ki, cavabdeh 2020-ci ildə mebel məhsullarının istehsalı və satışı sahəsində fəaliyyət göstərən "xxxx" MMC-nin Sabirabad rayon filialına işçi kimi təyin olunmuş, mağazanın anbardarı kimi fəaliyyət göstərmişdir. Buna baxmayaraq, onunla əmək müqaviləsi bağlanmamışdır. Müəssisə ilə onun arasında faktiki əmək münasibətləri mövcud olsa da, rəsmiləşdirilmə aparılmamışdır. İddiaçı ərizəsində qeyd etmişdir ki, o, fiziki şəxs kimi mebel düzəldib satmaqla ailəsini dolandırır. Halbuki, o, Bakı şəhəri, Cəlilabad, Lənkəran, Salyan, Sabirabad rayonlarında filialları olan böyük bir mebel mağazasının – "xxxx" MMC-nin qeyri-rəsmi şərikidir. Mağazanın rəsmi sahibi isə Əhəd adlı şəxsdir. İddianın fiziki şəxs kimi İddiaçı adından verilməsinin səbəbi təşkilatla Cavabdeh arasında əmək müqaviləsinin olmaması, qeyri-rəsmi işçi kimi onu çalışdırmalarıdır. İddianı qaldırmaq üçün subyektiv hüququ olan şəxs müəssisənin özü olsa da, adından qaldırılmış iddia qanuni əsas və sübutlarının olmamasına görə onun üçün mahiyyət etibarilə perspektivsiz iddia olacaqdı. Onun cavabdehin etirafı kimi məhkəməyə təqdim etdiyi əl yazısı ilə yazılmış “izahat” adlı sənəddə də Cavabdeh xx.xx.2020-ci il tarixdən məhz "xxxx" fabrikinin Sabirabad rayon filialına rəhbər təyin edildiyi qeyd edilmişdir. Cavabdeh həmin etirafın onun iradə ifadəsini əks etdirmədiyini bildirsə də, həmin izahatdan Cavabdeh hazırkı mübahisə üzrə müqabil tərəfinin fiziki şəxs Əlizada Həsənov yox, "xxxx" mebel fabrikinin olduğu görünür. Həmin mağazada Cavabdeh başqa bir kassir və bir satıcı da olmuşdur ki, onlar əmək müqaviləsi ilə işləmişlər. Bu onu göstərir ki, tərəflər arasında olan mübahisə əmək münasibətləri sferasında yaranmış, lakin mağazanın anbardarı əmək müqaviləsi olmadan işə cəlb edilmişdir. İddiaçı özü iddia ərizəsində əsassız varlanma ilə əlaqədar hüquq normalarını qeyd etmiş, münasibətin real mənzərəsini pərdələməyə çalışmışdır. Məhkəmə isə iş üçün əhəmiyyət kəsb edən halları lazımi qaydada araşdırmadan, işin hallarını iddiaçının qeyd etdiklərinə uyğun müəyyən olunmuş hesab edərək tələbin qanuni əsasının tapşırıq müqaviləsi olduğunu qeyd etmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında faktiki əmək münasibətləri mövcud olmuşdur. Digər işçilərlə əmək müqaviləsi olsa da, həmin müəssisə arasında rəsmi əmək müqaviləsi olmuş, lakin Cavabdeh ilə görünür qeyri-qanuni mənafelərə görə əmək müqaviləsi bağlanmamışdır. Deməli, bu münasibətin mahiyyəti tapşırıq müqaviləsindən irəli gələn münasibətlər yox, əmək müqaviləsi olmadan işçini qeyri-qanuni əməyə cəlb etmədir. Burada hər hansı mülkihüquqi müqavilədən söhbət gedə bilməz. Belə olan halda, iddiaçının tələbinin qanuni əsası yoxdur və işin faktiki halları hər hansı maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşmır. Deməli, iddia əsassızdır və təmin edilməməlidir. Bununla əlaqədar qeyd edilməlidir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda digər məsələlərin müzakirəsinə ehtiyac qalmır. Buna baxmayaraq onu da qeyd etmək istərdik ki, məhkəmə tərəfindən mövcud borcun etirafı haqqında mücərrəd müqavilə kimi göstərilən sözügedən yazılı sənəd müqavilə deyildir. Məlum olduğu kimi, müqavilələr iki və daha artıq tərəf arasında bağlanan əqdlərdir. Bu sənəd isə bir tərəfin bəyanını özündə əks etdirməklə, bir tərəfli iradə ifadəsidir, eyni zamanda əmək münasibətləri sferasında meydana çıxdığından tabeçilik münasibətləri şəraitində yazılmışdır, ona görə də mülki-hüquqi müqavilələri, o cümlədən mövcud borcun etirafı haqqında mücərrəd müqaviləni tənzimləyən normalar həmin sənədə şamil oluna bilməz. Hakim iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş etiraf məzmunlu “izahat” adlı sənədi və satış qaimələrini iddia tələbinin əsası olan halların sübutu kimi qiymətləndirmişdir. Lakin nəzərə almamışdır ki, həmin sənədlərdə tapşırıq müqaviləsinə işarə edən heç nə yoxdur. Əksinə həmin sənədlərə nəzər yetirdikdə aydın olur ki, tərəflər arasında olan münasibətin xarakteri nə iddiaçının təsvir etdiyi kimi, nə də məhkəmənin müəyyən etdiyi kimidir. Həmin sənədlərdə malların istehsal və satışını həyata keçirən subyektin hazırkı fiziki şəxslər yox, "xxxx" MMC olduğu görünür. Həmin sübutlardan açıq-aydın görünən bu fakt necə görünməyə bilər. Məhkəmə nə işin məhkəmədə baxılmağa hazırlanması zamanı, nə də məhkəmə baxışı gedişində iddiaçının tələb hüququnun olub-olmamasını yoxlamamışdır. Halbuki, bunun araşdırılması üçün iş materiallarında və tərəflərin izahatlarında buna işarə edən bir çox məqamlar olmuşdur. Məhkəmə iş üçün əhəmiyyəti olan faktiki halları lazımi qaydada araşdırmamış, buna görə də, işin həlli üçün mühüm əhəmiyyət kəsb edən faktiki hallar təhrif edilmişdir. Nəticədə məhkəmə tərəflərin qarşılıqlı münasibəti üzrə səhv nəticəyə gəldiyindən buna uyğun olaraq tələbin maddi-hüquqi əsası düzgün müəyyən edilməmiş və son nəticədə əsassız qətnamə qəbul edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən həm etiraf məzmunlu “İzahat” adlı sənəddə Cavabdeh xx.xx.2020-ci il tarixdən məhz "xxxx" fabrikinin Sabirabad rayon filialına rəhbər təyin edildiyi qeyd edilmişdir. Cavabdeh həmin sənəddə ifadə olunan etirafın onun iradə ifadəsini əks etdirmədiyini bildirsə də, həmin izahat bu baxımdan əhəmiyyətlidir ki, oradan Cavabdeh hazırkı mübahisə üzrə müqabil tərəfinin Əlizada Həsənov yox, "xxxx" MMC olduğu görünür. Təhvil təslim aktlarında da "xxxx" MMC-nin adı göstərilmişdir. O, anbardar kimi ancaq anbara baxmış, gələn malları təhvil almış, yerbəyer edilməsini təmin etmişdir. Satış əməliyyatlarını digər işçilər, satıcı və kassir icra etmişdir. Cavabdehin nümayəndəsi Vəkil2 məhkəmə iclasında bildirmişdir ki, malları "xxxx" MMC yox "xxxx" mebel satmışdır. İşdə "xxxx" MMC adında sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin olması barədə məlumat yoxdur. Qeyd edir ki, iddiaçı "xxxx" MMC-də çalışmır, lakin onun VÖEN hesabı var. Təhvil-təslim aktlarında satışı həyata keçirən başqa şəxslər olmuşdur. Belə ki, hüquqlarını təmsil etdiyi şəxsdən başqa, 2 nəfər də olmuşdur. Əlavə edir ki, həmin mağazada 70000 manat məbləğində mal satılmasını iddiaçı sübut etməlidir. Qaiməni cavabdeh imzalasa da, izahat mühasib tərəfindən yazılmışdır. İddiaçı şəxsi əlaqələrindən istifadə edərək Cavabdeh mağazanı idarə etməsi üçün rəhbər təyin etmişdir. Cavabdeh isə malları təhvil verərək, iş yerindən çıxmışdır. Lakin həmin ilin noyabr ayına məxsus olan təhvil-təslim aktları iddiaçıda saxlanılır. Həmin mağazada 70000 manat məbləğində mal satılmasını təsdiq edən heç bir sübut yoxdur. O, apellyasiya şikiayətinin təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, izahatın yazılması ilə bağlı qeyd edir ki, həmin mağazada olmuş digər şəxslər izahat yazmamış, lakin Cavabdeh pulların onda olması ilə bağlı izahat yazmışdır. Birinci instansiya məhkəməsində də cavabdeh qeyd etmişdir ki, imza və izahat ona məxsus deyil. Bundan sonra ekspertiza təyin edilmiş və məlum olmuşdur ki, həmin imza cavabdehə məxsusdur və izahatlar cavabdeh tərəfindən yazılmışdır. Qeyd edir ki, VÖEN hesabı İddiaçı məxsusdur. O, "xxxx" mebeldə hüquqi şəxs yaratmadan fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Hesab edir ki, apellyasiya şikayəti formal xarakter daşıyır və təmin edilməməlidir. O, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı sahibkarlıq subyekti kimi xx.xx.2012-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, ünvan 1i ünvanında qeydiyyatdadır. Cavabdeh sahibkarlıq subyekti kimi xx.xx.2020-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, ünvan 2 ünvanında qeydiyyatdadır. Cavabdeh tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli (02 ədəd), xx.xx.2021-ci il tarixli, xx.xx.2021- ci il tarixli (02 ədəd), xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli satış qaimələrinə əsasən, Cavabdeh ümumi dəyəri 55656 manat olan müxtəlif çeşiddə mebel təhvil verilmişdir. X1 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 01 nömrəli icarə müqaviləsindən görünür ki, Sabirabad şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 845,5 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsi xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 3 il müddətinə Cavabdeh tərəfindən icarəyə götürülmüşdür. xx.xx.2022-ci il tarixli izahatın məzmunundan görünür ki, Cavabdeh həmin izahatla satılması üçün ona verilmiş 65-70 min dəyərində olan mebelləri nağd şəkildə satdığını və kassaya mədaxil etmədən öz şəxsi istifadəsi üçün götürdüyünü bildirmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e2-2(121)-1149/2024 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 4/965 nömrəli xx.xx.2024-cü il tarixli rəyinə əsasən ekspertizaya təqdim edilmiş, işin 34-35-ci vərəqlərində olan 17 may 2021-ci İl tarixli 1 nömrəli icarə müqaviləsində sağ tərəfdəki “İcarəyə verən” qrafasında “Cavabdeh” əlyazmalarından aşağıda yerləşən “İmza” qrafasındakı imza; 37-ci vərəqində Cavabdeh adından olan xx.xx.2022-ci il tarixli İzahatdakı əlyazmalar və “İmza: Rza” əlyazmaları qarşısındakı imza; işin 49-67-ci, 69-72ci, 74-75-ci,77-79-cu vərəqlərində olan: 03 dekabr 2021-ci il tarixli, 06 dekabr 2021-ci il tarixli, 27 dekabr 2021- ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, 08 iyun 2022-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli (02 ədəd), xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli (02 ədəd), xx.xx.2021-ci il tarixli, 05 yanvar 2022-ci il tarixli, 24 yanvar 2022-ci il tarixli, 09 mart 2022ci il tarixli, 01 aprel 2022-ci il tarixli, 23 mart 2022-ci il tarixli, 07 may 2022-ci il tarixli, 12 may 2022-ci il tarixli, 27 may 2022-ci il tarixli, 07 iyul 2022-ci il tarixli, 23 avqust 2022-ci il tarixli, 30 avqust 2022-ci il tarixli, 02 sentyabr 2022-ci il tarixli, 28 sentyabr 2022-ci il tarixli təhvil-təslim aktlarında “Təhvil aldı:” qrafalarındakı imzalar - Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, işin 68-ci vərəqində olan 23 aprel 2022-ci il tarixli, 73-cü vərəqlərində olan 31 may 2022-ci il tarixli, 76-cı vərəqində olan 26 avqust 2022-ci il tarixli təhvil-təslim aktlarında “Təhvil aldı:” qrafalarındakı imzalar - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 138 manat təşkil edir. Məhkəmə kollegiyası nümayəndələrin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli 2-2(121)-1149/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 389-cu və 399-cu maddələrinin tələblərinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 777.1-777.2-ci maddələrinə görə tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. MM-in 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Habelə MM-in 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, müqavilə tərəflər arasında öhdəliyin əmələ gəlməsi əsaslarındandır. Bağlanmış müqavilə üzrə tərəflər öz əmlak mənafeləri ilə yanaşı, həmçinin hüquq və vəzifələrini də müəyyən etməlidir. Müqavilə şərtləri həmişə mövcud qanunvericilikdə şərtləndirilmiş imperativ normalara uyğun olmalıdır. Belə ki, müqavilə anlayışı üç vacib elementdən ibarətdir ki, bunlara müqavilənin subyekt tərkibi, məzmunu və forması aiddir. Subyekt tərkibi müəyyən müqavilənin bağlanmasında və ya onun həyata keçirilməsində iştirak edən şəxsləri ehtiva edir. Müqavilədən yaranan qarşılıqlı hüquq və vəzifələrin daşıyıcıları olan şəxslər, yəni kreditor və borclu müqavilənin subyekt tərkibinə aiddir. Müqavilənin məzmunu dedikdə, müqavilə tərəflərinin hüquq və vəzifələri, onların barəsində razılıq əldə etdikləri şərtlərin məcmusu başa düşülür. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır. Beləcə, qanunla müəyyən edilmiş məcburi formaya riayət edilməklə bağlanmış müqavilə üzrə kreditor müqavilənin digər tərəfindən, yəni həmin hərəkətləri etməyə borclu olan şəxsdən öhdəliyin icrasını tələb etmək hüququna malikdir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı, uzlaşmırsa əsassız hesab edilir. İş materiallarına əsasən həqiqətən də iddiaçı özünə məxsus mebelləri satışının həyata keçirilməsi məqsədi ilə cavabdehə təhvil vermək, cavabdeh isə şərtləşdirilmiş muzd müqabilində təhvil aldığı mebellərin satışını təşkil etməklə satışdan əldə edilmiş pul vəsaitini iddiaçıya ödəmək barədə şifahi qaydada razılığa gəlmişlər. Bu mülki işin mübahisəsiz halıdır. Göründüyü kimi, iddiaçı satılması üçün təhvil verdiyi malların satışından əldə edilmiş vəsaitin bir hissəsinin cavabdeh tərəfindən şəxsi ehtiyacları üçün xərcləndiyini, bununla da cavabdehin təhvil aldığı malların dəyərini ödəmək öhdəliyini lazımınca yerinə yetirmədiyini iddia edir. Cavabdeh iddianı qəbul etməyərək ona təhvil verilmiş mebellərin dəyərini iddiaçıya tam şəkildə ödədiyini iddia etsə də, işdə olan sübutlarla iddia qismən əsaslıdır. Belə ki, cavabdehə mebellərin verilməsi qismən təsdiqini tapsa da, pulların geri qaytarılması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə kollegiya yekun dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakterlidir və məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlillərin tam əsassız olduğu qənaətinə gəlir. Belə ki, cavabdeh öz apellyasiya şikayətində işdə olan qaimələrdə malların mebellərin istehsal və satışını həyata keçirən subyektin hazırkı fiziki şəxslər yox, "xxxx" MMC olduğu göründüyünü, habelə onun "xxxx" MMC-nin Sabirabad rayon filialına işçi kimi təyin olunaraq mağazanın anbardarı kimi fəaliyyət göstərməsini qeyd etmişdir. Ancaq iş materiallarına görə mebellərin təhvil verilməsi "xxxx" MMC deyil, "xxxx" tərəfindən həyata keçirilmiş, "xxxx"in anbardarı olan cavabdeh isə onları təhvil almışdır. Burada hər hansı MMC-nin tələb hüququndan söhbət gedə bilməz. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, hazırkı iddianın təmin edilməsi üzrə iddiaçı tərəfindən məhkəməyə kifayət qədər mötəbər sübut təqdim edilmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmışdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə hesab edir. Qeyd edilməlidir ki, cavabdehin apellyasiya şikayətində sadalanan dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmədən, Şirvan Kommersiya Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli 2-2(121)-1149/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Kollegiya məhkəmə xərclərinə dair hesab edir ki, hazırkı iş üzrə qətnamədən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 77, 135, 217, 217, 372, 376, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli 2-2(121)-1149/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-21/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-21/2025
21.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver