Məhkəmə qərarları › İş №2-2(106)-22/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-22/2023

30.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-22/2023 30.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X3 ibarət tərkibdə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və s. tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2-2(121)-2591/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı – Cavabdeh1 iddiaçının xeyrinə xx.xx.2014-cü il tarixli, 638 saylı kredit müqaviləsi üzrə 42826,30 manat əsas, 79678,39 manat hesablanmış faiz, 180532,33 manat hesablanmış dəbbə pulu olmaqla, cəmi 303037,02 manat kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, kredit müqaviləsi üzrə tələbin xx.xx.2011-ci il tarixli əlavə dəyişiklik müqaviləsinə əsasən Cavabdeh3 mülkiyyətində olan Ağcabədi şəhəri, N.Nərimanov küçəsində 0.12 ha torpaq sahəsində yerləşən, 65.6 kv.m yaşayış, 43.8 kv.m yardımçı sahə olmaqla 109.4 kv.m ümumi sahədən ibarət 47 saylı fərdi yaşayış evi ilə köməkçi sahələrinə və xx.xx.2022-ci il tarixli, 683 saylı ipoteka müqaviləsinə edilən xx.xx.2014-cü il tarixli 01 saylı əlavə və dəyişiklik müqaviləsinə əsasən Cavabdeh1 məxsus olan Ağcabədi şəhəri, N.Nərimanov küçəsində mülkiyyətdə olan 0.0152 ha torpaq sahəsində yerləşən 133.3 kv.m sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsinə yönəldilməsini, qeyri yaşayış sahəsinin dəyərinin 60.000, fərdi yaşayının evinin dəyərinin isə 30.000 manat qiymətlə hərrac çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməsini, fərdi yaşayış evində yaşayanların evdən çıxarılması, mənzilin məcburi boşaldılmasına dair qətnamə çıxarılması tələbinə dair iddia ərizəsi ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-25/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh1 ilə bağlanmış xx.xx.2014-cü il tarixli, 638 nömrəli kredi müqaviləsi üzrə yaranmış 42789,69 manat məbləğində əsas, 5666,07 manat məbləğində hesablanmış faiz, 1000 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 49455,76 manat, həmçinin 5 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı BOKT ASCyə ödənilməsi, tutma Ağcabədi şəhəri N.Nərimanov küçəsi ev 47-də 0,12 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 109,4 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti 37000 manat, Ağcabədi şəhər N.Nərimanov küçəsində mülkiyyətdə olan 0,0152 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 133,3 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 75000 manat müəyyən edilməklə, həmin əmlaklara yönəldilməsi, həmin ipoteka müqaviləsi ilə yüklü edilmiş əmlaklar açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan puldan cavabeh Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 638 nömrəli kredit müqaviləsi üzrə 42789,69 manat məbləğində əsas, 5666,07 manat məbləğində hesablanmış faiz, 1000 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 49455,76 manat, həmçinin 5 manat dövlət rüsumunun əvəzi İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmetlərinin satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi müvafiq olaraq ipoteka qoyanlar – Cavabdeh1 və Cavabdeh3 verilməsi, ipoteka qoyulmuş mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə (boşaldılaraq təhvil vermədikdə) Cavabdeh3 mənzildən çıxarılması və mənzil boşaldılaraq alıcıya təhvil verilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi, Cavabdeh1 200 manat ekspertiza xərci alınaraq X1, kodu 21005, VÖEN 140155501, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CYREAZ 22, MEM, VÖEN **********, Hesab AZ34CTRE******************** nömrəli hesaba köçürülməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1642/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli, qərardadı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Ağcabədi Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2(017)-25/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi, xərclərin əvəzinin alınması, ilkin satış qiyməti müəyyən edilərək əmlakların açıq hərracdan satılması, fərdi yaşayış evində çıxarılma və evin məcburi boşaldılması tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Kommersiya Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2-2(121)-2591/2022 saylı qərardadı ilə (sədrlik edən E.Abdullayev) İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və s. tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmış, iuddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlı olması göstərilmiş, təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın 100 (bir yüz) manatı Cavabdeh1, 100 (bir yüz) manatı isə İddiaçı BOKT ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülmüşdür. Şirvan Kommersiya Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2-2(121)-2591/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət Şirvan Kommersiya Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, e-2-2(121)-2621/2022 saylı qərardadı ilə təmin edilməmiş, şikayət baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. İş üzrə iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilərkən birinci instansiya məhkəməsi hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 24 dekabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiklərindən, habelə işə tərəflərin iştirakı olmadan baxılması mümkün olmadığından iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materillarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Şirvan Kommersiya Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2-2(121)- 2591/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Apellyasiya şikayətinin dəlillərində göstərilir ki, məhkəmə bildirişi İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nə elektron kabinet vasitəsilə göndərilmiş, lalkin sistemdə yaranmış problem səbəbindən məhkəmə bildirişindən xəbərləri olmamışdır. Həmçinin məhkəmə bildirişi onlara poçt vasitəsilə də göndərilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir etməklə qəbul edildiyindən qəradad qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-265-ci, 157-159-cu, 397.2-ci, 398.0.1-ci, 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2-2(121)-2591/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar