Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-23/2024 22.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya işi üzrə Açar sözlər: tapşırıq üzrə pul tələbi X12 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə (MMC-yə) qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, e-2-2(121)-1516/2023 saylı qətnaməsindən (hakim Zaur Abbasov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "X9” MMC-dən 400,000 Avro məbləğində pul vəsaitinin (ödəniş günü Azərbaycan manatının məzənnəsinə uyğun) alınıb İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "X9” MMC və EAGO şirkəti arasında 23 aprel 2018-ci il tarixdə sonuncunun rəsmi nümayəndəsi ilə birlikdə "Məsləhət Xidmətləri göstərməsi üzrə” müqavilə bağlanmış və həmin müqavilə ilə əlaqədar İddiaçı EAGO şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi və Layihə Koordinatoru kimi EAGO şirkəti ilə "Layihənin Koordinasiyası üzrə müqavilə” bağlamış və hər iki müqavilə üzrə "X9” MMC ödəməyə borclu olduğu 400.000 avronu ödəməyə rəsmi məktublarda söz versə də, müxtəlif bəhanələrlə ödənişdən yayınmışdır. Belə ki, 23 aprel 2018-ci il tarixdə "Avesta Konserni”nin ofisində çoxsaylı şəxslərin iştirakı ilə "X9” MMC adından X10 və EAGO şirkəti (36 rue Colette, Angers, France) adından şirkətin prezidenti Sami AbiKhalil arasında Biləsuvar rayonunda Logistika Mərkəzinin ümumi Məsləhət xidmətləri ilə bağlı ******* avro dəyərində rəsmi müqavilə imzalanmışdır. "X9” MMC-nin təsisçisi X4 razılığı, şahidliyi və rəsmi iştirakı ilə 23 aprel 2018-ci il tarixində eyni saatda və eyni məkanda EAGO şirkəti və İddiaçı arasında "Layihənin Koordinasiyası üzrə müqavilə” bağlanmışdır. Müqavilədə qeyd olunmuşdur ki, Şirkət (EAGO) Azərbaycanın Biləsuvar rayonunda "AZ Logistics Center” adlı X1 biznesindədir, buna əsasən tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər: Şirkət (EAGO) Biləsuvar rayonunda "AZ Logistics Center” adlı logistika mərkəzi üçün xidmətlər siyahısında göstərilən xidmətləri təmin etmək və yerinə yetirmək üçün Layihə Koordinatorunu Məsləhətçi kimi işə cəlb edir və Layihə Koordinatoru bununla bağlı tapşırığı qəbul edir. Müqavilə 18 ay müddətinə bağlanıb və qüvvəyə mindiyi tarixdən başlayır və xidmətlər başa çatana və ya Müqavilə ləğv edilənə qədər qüvvədə qalır. Sami AbiKhalilin adından göstəriləcək Xidmətlərə görə yerli Layihə Koordinatoruna 400000 avro məbləğində xidmət haqqı on səkkiz aya bölünərək Layihə Koordinatorundan çıxılacaq vergilər daxil olmaqla aylıq hesab-fakturalar əsasında "X9” MMC tərəfindən birbaşa ödənməlidir. "X9 " MMC bu məbləği Sami AbiKhalilin məbləğindən tutmalı və birbaşa İddiaçı bank hesabına ödəməlidir. Layihə Koordinatoru Məsləhətçi adından Bakı və Biləsuvarda xidmətlər göstərdiyi üçün onun bank hesabına Bakıda ödəmək birbaşa Sifarişçinin ("X9” MMC) üzərinə düşür. Layihə Koordinatoru üçün ödəniş tikinti şirkəti tərəfindən sahədə tikinti işlərinin gedişindən asılı olmamalı və yalnız müddətə əsaslanan koordinasiya, sənədləşmə işləri və əlaqələndirmə xidmətlərindən asılı olmalıdır. Layihə Koordinatoruna ödəniş yalnız hesab-fakturalar vasitəsilə həyata keçirilir. Bütün belə hesab-fakturalar Məsləhətçi EAGO tərəfindən hesab-fakturalar alındıqdan sonra 5 təqvim günü ərzində ödənməlidir. Məsləhətçi (Sami AbiKhalil) və Layihə Koordinatoru birgə hesab-fakturalar da təqdim edə bilərlər. "X9” MMC-nin adından İsrail Əhmədov və EAGO adından Sami AbiKhalil arasında imzalanmış müqavilədə və Məsləhətçinin Layihə Koordinatoru İddiaçıla bağladığı müqavilədə də, eyni zamanda Məsləhətçinin Sifarişçiyə təqdim etdiyi çoxsaylı rəsmi məktublarda da təsdiq edilir ki, Layihə Koordinatoruna ödəniş yalnız "X9” MMC tərəfindən aparılmalıdır. 23 aprel 2018-ci il tarixdən başlayaraq qeyd edilən müqavilə üzrə Layihə Koordinatoru kimi "X9” MMC-nin ofis və sahədəki işçiləri ilə qarşılıqlı əlaqədə əvvəl ünvan 1 ünvanında yerləşən ofisdə, sonra isə 2019-cu ildə ünvan 2 ünvanında yerləşən ofisdə Biləsuvardakı logistika mərkəzinə aid layihə ilə əlaqədar işləməyə başlamışlar. 2018-ci ilin may ayından başlayaraq EAGO adından Sami AbiKhalil tərəfindən məsləhət xidmətlərinin ödənişi ilə bağlı göndərilmiş rəsmi hesab-fakturaları elektron qaydada "X9” MMC-yə təqdim edilsə də, cavabdeh maliyyənin açılmasından sonra ödəniş aparılacağına yazılı söz vermişdir. "X9” MMC üçün Aid Consulting məsləhətçi şirkətinin bir qanunsuz və saxta sənədində isə 2018 ildə X3 artıq milyonlarla pul xərcləndiyi göstərmişdir. Sual olunur ki, vəsait olduğu halda niyə EAGO və iddiaçı üçün hesab- fakturaların pulu indiyədək ödənmir? "X9” MMC-nin xahişi ilə Məsləhətçi Sami AbiKhalil logistika mərkəzi üçün Avropada mütəxəssislərin köməyi ilə əhəmiyyətli sənədlər hazırlamış, iddiaçı isə Dubay və Fransa ilə Sifarişçi arasında gedən bütün danışıqları idarə edərək təşkilatçılıq həyata keçirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdeh "X9” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2023-cü il tarixdə elektron ərizə ilə ərizə ilə məhkəməyə müraciət edərək ərizəsində bildirmişdir ki, İddiaçı cavabdeh "X9” MMC-nə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 400.000 Avro pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk öncə hesab edir ki, İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququnun olub-olmamasına məhkəmə xüsusi diqqət yetirməlidir. Çünki, iddia tələbi ilə bağlı müəyyən edilməli olan hallar aşağıdakılardır: 1. iddiaçının hazırkı iddianı qaldırmaqda müvafiq subyektiv hüquqlara malik olub-olmaması, yəni əqd üzrə pul tələbi hüququnun mövcudluğu; 2. əgər yuxarıda qeyd edilən hallar mövcuddursa, cavabdeh tərəfin etirazları nəzərə alınmaqla iddianın əsaslı olub-olmaması. Belə ki, məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi qanunla ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan mülki məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə hüququnu istisna edir. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Oxşar hüquqi mövqe "L.İ.Binnətovanın şikayıti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarında da ortaya qoyulmuşdur. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaq vəzifəsi məhkəmənin araşdırmalı olduğu məsələdir. İddia tələbindən və iş materiallarına əlavə edilmiş müqavilələrdən göründüyü kimi "EAGO” şirkəti ilə cavabdeh "X9” MMC arasında 23 aprel 2018-ci il tarixdə 18 ay müddətinə məsləhətçi xidməti müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 8-ci maddəsinə əsasən müqavilənin tam məbləği 2.000.000 Avro təşkil edir. Azərbaycandakı nümayəndənin müqavilə məbləği olan 400.000 Avro sifarişçi tərəfindən bir başa nümayəndənin bank hesabına ödənilməlidir. Həmin müqavilənin 10-cu maddəsinə əsasən tərəflərdən hər hansı biri bu Müqavilənin öhdəliklərini pozduqda və digər tərəfin bu pozuntu barədə qeydiyyatlı məktubu alınmasını təsdiq etdiyindən 30 gün sonra pozuntu düzəldiyi halda, şikayətçi tərəf bu müqavilənin şərtlərinə və xüsusi şərtlərə birtərəfli qaydada xitam verə bilər. İş materiallarına əlavə edilmiş "EAGO” şirkəti ilə Kamal Abbasov arasında layihə koordinasiyası üzrə müqavilənin 3-cü bəndinə əsasən Layihə koordinatorunun haqqı X16 adından göstəriləcək xidmətlərə görə yerli layihə koordinatoruna 400.000 Avro məbləğində xidmət haqqı 18 aya bölünərək aylıq əsaslı hesab faktura əsasında "X9” MMC tərəfindən ödənilməlidir. "X9” MMC bu məbləği cənab X16 məbləğindən tutmalı və birbaşa cənab Kamal Abbasovun bank hesabına ödəməlidir. Hər iki müqaviləyə nəzər salsaq görərik ki, "X9” MMC iddiaçı K.Abbasov arasında müqavilə öhdəlikləri yaranmamış, iddiaçının iddia etdiyi xidmətlər onun "EAGO” şirkəti ilə arasında olan öhdəlik münasibətləri əsasında aparılmışdır. Belə olan halda, hazırkı iddia tələbi ilə çıxış edə biləcək şəxs "EAGO” şirkəti olmalı və ya cavabdeh "X9” MMC deyil "EAGO” şirkəti olmalıdır. Digər tərəfdən, iş materiallarına əlavə edilmiş, "EAGO” şirkətinin direktoru tərəfindən imzalanmış 18 iyul 2022-ci il tarixli məktubunda qeyd edilir ki, onun məsləhətçi fəaliyyəti 2018-ci ilin dekabr ayının sonundan etibarən İsrail Əhmədovun verdiyi vədlərə əməl etmədiyi üçün onun tərəfindən dayandırılmışdır (yəni birtərəfli qaydada xitam verilmişdir)... Qeyd edilənləri nəzərə alaraq, hesab edirəm, hazırda 23 aprel 2018-ci il tarixli müqaviləyə əsaslanan istənilən tələb üzrə iddia müddəti ötürüldüyündən, iş üzrə iddia müddəti tətbiq edilərək iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 377.1 -ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və qeyri-mümkün olan sübutlara istinad etməsinin aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. "Stanyo Belçikaya qarşı” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 7 iyul 2009-cu il tarixli Qərarındakı hüquqi mövqeyinə görə qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı işüzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Göründüyü kimi qanunverici müqavilə tələbləri üzrə 3 illik iddia müddət müəyyən etmiş, iddiaçı tərəfindən həmin müddət ötürülmüşdür. Belə ki, 2018-ci ilin dekabr ayından xitam verilmiş müqavilə üzrə iddia müddəti 2021 -ci ilin dekabr ayı, hətta həmin müqaviləyə xitam verilməsə belə 2022-ci ilin oktyabr ayında iddia müddəti bitmiş hesab olunmalı və həmin müqavilə üzrə bu müddətlərdən sonra olunan bütün müraciətlər 3 illik müddəti ötürməklə verilmiş hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, yuxarıda qeyd edilən maddi hüquq normalarını əsas tutaraq İddiaçı cavabdeh "X9” MMC-nə qarşı pul tələbinə dair kommersiya iş üzrə iddia müddəti tətbiq edilərək iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Şirvan Kommersiya Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, e-2-2(121)- 1516/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, müddət ötürülməmişdir. O əvvəlcə iddianı İsrail Əhmədovun qeydiyyatda olduğu yer üzrə, Ağdam Rayon Məhkəməsinə vermişdir. Buna görə də, müddət ötürülmüş hesab edilə bilməzdi. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən cavabdeh üçün göstərdiyi xidmətlərin nədən ibarət olmasını araşdırmamışdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə oxşarlıq təşkil edir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, Cavabdeh MMC dələduz bir təşkilatdır. Bu təşkilat EAQO şirkətini və onun rəhbəri X17 dəfələrlə aldadıbdır. Buna görə də EAQO şirkəti müqavilədə göstərilən 2 000 000 avro pulu Cavabdeh MMC-nin hesabına köçürməmişdir. Qeyd etmişdir ki, cavabdehə 18 ədəd hesab-faktura göndərmişdir. Cavabdeh müqavilə üzrə indiyədək ona hər hansı vəsait ödəməmişdir. Bütün bu müddət ərzində öz vəsaiti hesabına işləmişdir. Hesab edir ki, o iddia müddətini ötürməmişdir. Belə ki, o birinci dəfə Yasamal Rayon məhkəməsinə, sonra Ağdam Rayon Məhkəməsinə, daha sonra Bakı Kommersiya Məhkəməsinə və sonda Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmçinin cavabdeh xx.xx.2018-ci ildə EAQO şirkətinə yazmış olduğu məktubunda ona pul ödəniş etməsinə məsuliyyət daşımağını qeyd etməklə borcunu etiraf etmişdir. Buna görə də hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddiası təmin edilməlidir. Cavabdehin vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Yenə həmin Məcəllənin 387.3-cü maddəsinə qeyd olunur ki, öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 358.1-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 403.1-ci maddəsinə əsasən, üçüncü şəxsin xeyrinə müqavilə elə müqavilədir ki, onun tərəfləri borclunun icranı müqavilədə göstərilmiş və ya göstərilməmiş, öhdəliyin öz xeyrinə icrasını borcludan tələb etmək hüququ olan üçüncü şəxsə həyata keçirməli olduğunu müəyyənləşdirirlər. Həmin Məcəllənin 403.2-ci maddəsinə əsasən, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yaxud öhdəliyin mahiyyətindən hər hansı ayrı hal irəli gəlmirsə, üçüncü şəxsin xeyrinə bağlanmış müqavilənin icrasını həm kreditor, həm də üçüncü şəxs tələb edə bilər. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. MM-nin 777.2-ci maddəsinə görə tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. MM-nin 778.1-ci maddəsinə əsasən Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. MM-nin 778.2-ci maddəssinə əsasən Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. MM-nin 778.3-cü maddəsinə əsasən Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. [ Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 76.1 -ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə, işdə iştirak edən iddiaçı və nümayəndələrin məhkəmə iclaslarında verdikləri izahatlarına və digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AA seriyalı, 128505 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Aslanov X5 rayonundan məcburi köçkündür. İş materiallarında olan "Fiziki şəxsin sahibkarlıq uçotu haqqında Şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı O5.02.2007-ci il tarixdə ********** qeydiyyat nömrəsi (VÖEN) ilə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İş materiallarında olan EAGO şirkəti ("Məsləhətçi”) və "X9” MMC ("Sifarişçi”) arasında bağlanmış, azərbaycan dilinə tərcüməsinin notarial qaydada təsdiqləndiyi xx.xx.2018-ci il tarixli müqavilənin: 1-ci bəndinə əsasən, bu müqavilə ilə Sifarişçi bu müqavilənin əlavə hissəsi kimi ayrıca imzalanacaq xüsusi/ayrıca şərtlər müqavilə hissəsində təfərrüatlı xidmətlərin icrasını qəbul edən məsləhətçiyə səlahiyyət verir. Məsləhətçi xidmətləri özü tərəfindən və ya bunun üçün yaxşı mütəxəssisi (mütəxəssisləri) seçməklə həyata keçirməyi öhdəsinə götürür; 2-ci bəndinin 2-ci cümləsinə əsasən, missiya Sifarişçinin ofisində yerinə yetirildikdə, məsləhətçinin nümayəndəsi adekvat iş şəraiti ilə təmin edilməlidir və nümayəndənin Məsləhətçi ilə müqaviləsinin tam məbləğindən asılı olarq sifarişçi aylıq hesab-fakturalar əsasında birbaşa sifarişçi tərəfindən ödəniş alacaq. Bu paraqrafdakı bəyanat hər hansı gələcək düzəlişin mövzusu oa bilməz. 3-cü bəndinə əsasən, bu müqavilə 22 aprel 2018-ci il tarixindən qüvvəyə minir və 18 ay müddətində davam edəcək. Sifarişçi bütün dizayn işlərini məsləhətçinin yoxlama baxışı üçün yekunlaşdırmağı öhdəsinə götürür. Bu müqavilənin uzadılması və ümumi müqavilə məbləğinə hər hansı düzəliş yazılı şəkildə təqdim olunacaq və hər iki tərəfindən qəbul ediləcək. 8-ci bəndinə əsasən, xidmət təminatçısı tərəfindən bu müqavilə müddətində göstərilən xidmətlərin haqqı bu Müqavilənin tam məbləği olan 2.000.000 avro məbləği əsasında hesab-fakturalara bölünəcək və bu müqaviləyə digər missiyalar əlavə edildikdə bu məbləğ artırılacaq. Azərbaycandakı Nümayəndənin müqavilə məbləği olan 400.000 avro sifarişçi tərəfindən birbaşa Nümayəndənin bank hesabına ödənilməlidir. Məsləhətçi və Nümayəndənin hər ikisinə ödəniş hesab-fakturanın qəbul edildiyi tarixdə ayrıca yerinə yetirilməlidir.Bu tariflərə Məsləhətçinin və onun təyin etdiyi nümayəndələrin çəkdiyi bütün xərclər, o cümlədən səyahət xərcləri, məsləhətçinin qərara aldığı beynəlxalq sərgi və tədbirlərdə iştirak daxildir. Hər ayın sonunda xidmət təminatçısının/məsləhətçinin fəaliyyət hesabatı Sifarişçiyə təqdim olunacaq. Sifarişçi lazım olduqda düzəliş etdikdən sonra bu sənədi provayderə/məsləhətçiyə qaytarmağa razılaşır. Fəaliyyət hesabatının qəbulu xidmət təminatçısı/məsləhətçi tərəfindən göstərilən xidmətin tanınmasını nəzərdə tutur və hesab-faktura üçün əsas yaradır. İş materiallarında olan EAGO şirkəti və EAGO-nun Azərbaycan Nümayəndəsi cənab İddiaçı arasında bağlanmış, azərbaycan dilinə tərcüməsinin notarial qaydada təsdiqləndiyi xx.xx.2018-ci il tarixli "Layihənin koordinasiyası üzrə” müqavilənin preambulasından görünür ki, bu müqavilə bir tərəfdən cənab X19 (bundan sonra Şirkətin Məsləhətçisi adlanacaq), digər tərəfdən cənab İddiaçı (bundan sonra Layihə Koordinatoru, EAQO-nun Azərbaycan nümayəndəsi) arasında bağlanarkən, EAQO şirkəti ilə "X9” MMC arasında 22 aprel 2018-ci il tarixdə imzalanmış müqavilənin imzalandığı nəzərə alınmışdır. "Layihənin koordinasiyası üzrə” müqavilənin: 1-ci bəndinə əsasən, Şirkət Biləsuvar rayonunda "AZ Logistics Center” adlı Logistika mərkəzi üçün xidmətlər siyahısında göstərilən xidmətləri təmin etmək və yerinə yetirmək üçün layihə Koordinatorunu Məsləhətçi kimi işə cəlb edir və Layihə Koordinatoru bununla bağlı tapşırığı qəbul edir; 2-ci bəndinə əsasən, bu müqavilə 18 ay müddətinə bağlanıb və qüvvəyə mindiyi tarixdən başlayır və xidmətlər başa çatana və ya bu müqavilə ləğv edilənə qədər qüvvədə qalacaq; 3-cü bəndinə əsasən, X16 adından göstəriləcək xidmətlərə görə yerli Layihə Koordinatoruna 400.000 avro məbləğində xidmət haqqı 18 aya bölünərək Layihə Koordinatorundan çıxılacaq bütün vergilər də daxil olmaqla, aylıq əsaslı hesab-fakturalar əsasında "X9” MMC tərəfindən ödənməlidir. "X9” MMC bu məbləği cənab X16 məbləğindən tutmalı və birbaşa cənab İddiaçı bank hesabına ödəməlidir. Layihə koordinatoru Məsləhətçi adından Bakı və Biləsuvarda xidmətlər göstərdiyi üçün onun bank hesabını bırbaşa Bakıda ödəmək Sifarişçinin ("X9” MMC-nin) üzərinə düşür. Layihə Koordinatoru üçün ödəniş tikinti şirkəti tərəfindən sahədə tikinti işlərinin gedişindən asılı olmamalı və yalnız müddətə əsaslanan koordinasiya, sənədləşdirmə işləri və əlaqələndirmə xidmətlərindən asılı olmalıdır. Layihə Koordinatoru xidmətlərin yerinə yetirilməsi zamanı uyğun şəkildə çəkilmiş bütün xərclərin əvəzini almaq hüququna da malikdir. Layihə Koordinatoruna ödəniş yalnız hesab-fakturalar vasitəsilə həyata keçirilir. Bütün belə hesab-fakturalar Məsləhətçidən (X19) hesab-fakturalar alındıqdan sonra 5 təqvim günü ərzində ödənməlidir. Məsləhətçi (X19) və Layihənin Koordinatoru birgə hesab-fakturalar da təqdim edə bilərlər. İş materiallarında olan ingilis dilindən tərcümə edilmiş EAGO şirkətinin "X9” MMCnə ünvanladığı xx.xx.2018-ci il tarixli məktubda, verilmiş suallara cavab verildiyinə görə təşəkkür edildiyi, tikintisi planlaşdırılan logistik mərkəzin maliyyələşdirilməsi ilə bağlı bəzi sualların aydınlaşdırılmasının xahiş edildiyi; xx.xx.2018-ci il tarixli məktubda, göndərilmiş layihə çizgidəki planlara görə təşəkkür edildiyi, lakin layihədə bəzi adların tərcümə edilə bilinməməsi nəzərə alınaraq onların ingilis dilinə tərcümə edilməsinin xahiş edildiyi, layihə haqqında daha ətraflı cavabların gözlənildiyi; xx.xx.2018-ci il tarixli məktubda, göndərilmiş hesab-fakturalara uyğun olaraq məsləhətçi haqları ilə bağlı külli miqdarda pulun ödənilməsinə borclu olunduğu, 22 aprel 2018-ci ildə imzalanmış müqavilədə nəzərdə tutulmuş və 0251 nömrəli rəsmi məktubla təsdiq edilmiş öhdəliyə əməl edilməsinin xahiş olunduğu, layihə ilə bağlı son gedişatlar barədə məlumat verilməsinin xahiş edildiyi, ən son xəbərlərin çatdırılmasının, razılaşdırıldığı kimi Abu- Dabidə görüşün təşkil edilməsinin, xx.xx.2018-ci il tarixli, 0251 nömrəli məktubda təsdiqlənmiş ödəmə öhdəliyinə uyğun olaraq ödəniş etmək üçün dəqiq tarixli bilet göndərilməsinin xahiş edildiyi qeyd olunmuşdur. İş materiallarında olan "X9” MMC tərəfindən "X6 Outlooks”-a (EAQO) ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubda, xx.xx.2018 və xx.xx.2018-ci il tarixli məktublarda təqdim edilən tövsiyyə və suallarla bağlı cavablar verilmişdir; xx.xx.2018-ci il tarixli məktubda, X19 və onun yerli layihə kordinatorunun xidmət haqqının X7 üzrə maliyyənin ilk ödənişində dərhal ödənilməsi öhdəliyi qeyd olunmuşdur; xx.xx.2018-ci il tarixli məktubda, şirkətin icazə sənədlərinin əldə edilməsi bir neçə ay vaxt apardığı üçün tam işə başlaya bilmədiklərini, bunları nəzərə alaraq, müqavilə vaxtının 2 ay artırılması xahiş edilmiş; xx.xx.2018-ci il tarixli məktubda, hesab-fakturalar üzrə köməkçi sənədlərin alındığı, ödənişin maliyyənin açılmasından sonra aparılacağı, hazırda layihələrlə əlaqədar sənədlərin tamamlandığını, işlərin dayandırılmaması xahiş edilmiş; xx.xx.2018-ci il tarixli məktubda, "X9” MMC-nin EAGO-a və Layihə Koordinatoruna (cənab İddiaçı) ödəniş üçün məsuliyyət daşıdığı bildirilmişdir. İş materiallarında olan EAGO şirkətinin prezidenti X16, İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli məktubda, X14 Abi Xalili aldatdığı, xeyli vaxtını aldığı, işlərin haqqının ödənmədiyi, bu hərəkətlərin qeyri- qanuni olduğu, nə baş verməsindən asılı olmayaraq X11 Aslanova ödəniş etməli olduğu qeyd olunmuşdur. İş materiallarında olan EAQO şirkətinin prezidenti X16 məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda, şirkətin (EAGO) qanuni Nümayəndəsi, Layihə Koordinatoru-Məsləhətçi cənab İddiaçı müqavilələrin son müddətinə qədər, 18 aydan çox "X9” MMC üçün işlədiyi və hətta yerli yazışmaları idarə edib, sifarişçiyə əlavə köməkçi iş kimi müxtəlif investorlarla danışıqlar prosesində bütün vacib köməkliyi təmin etdiyi, cavabdehin indiyədək hər hansı etiraz məktubu və ya müqavilələrin vaxtından əvvəl rəsmi ləğvi barədə heç bir dəlil-sübut təqdim etmədiyi, cavabdehin xx.xx.2018-ci il tarixli, 0279 saylı məktubu ilə hər iki tərəfin müqavilə haqqı üçün məsuliyyət daşıdığını bildirdiyi, xx.xx.2019-cu il tarixli məktubla cavabdehə xatırlatma yazıldığını, lakin rəsmi cavab verilmədiyini bildirmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-2543\2021 nömrəli qərardadından görünür ki, həmin qərardadla İddiaçı cavabdeh X8 qarşı "cavabdehdən 200000 (iki yüz min) avro məbləğində pulun ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsinin ona əlavə olunan sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. İş materiallarında olan Ağdam Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(013)- 1016/2021 nömrəli qərardadından görünür ki, həmin qərardadla İddiaçı cavabdeh X8 qarşı "cavabdehdən 200000 (iki yüz min) avro məbləğində pulun ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsinin ona əlavə olunan sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. İş materiallarında olan "İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı ərizəsinə əsasən 04.1l.2022-ci il tarixinə təyin edilən ilkin mediasiya sessiyasında cavabdeh "X9” MMC-nin nümayəndəsi iştirak etməmişdir. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 2(113)-7121/2022 nömrəli qərardadından görünür ki, həmin qərardadla İddiaçı Cavabdeh MMC-nə qarşı cavabdehdən 8000 manat ziyanın tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi baxılması üçün ərazi aiddiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2-2(121)-1235/2023 nömrəli qərardadından görünür ki, həmin qərardadla İddiaçı cavabdeh "X9” MMC-nə qarşı pul tələbinə dair iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, EAGO şirkəti və "X9” MMC arasında bağlanmış xx.xx.2018 müqavilə əsasında EAGO şirkəti və EAGO-nun Azərbaycan Nümayəndəsi cənab İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli "layihənin kordinasiyası üzrə” müqaviləsi üzrə yaranmış borcun 10 gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə "X9” MMC-yə xəbərdarlıq edilmişdir. İşin faktiki halları belədir ki, İddiaçı, cavabdeh "X9” MMC ilə Fransa Respublikasında yaşayan X18 məxsus olan "X6 Outlooks” (EAQO) şirkəti arasında xx.xx.2018-ci il tarixdə bağlanmış "Biləsuvar rayonunda AZ Logistics Center layihəsi üçün layihələndirmə prosesi üzrə ümumi məsləhət xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsasən, onunla "EAQO” şirkəti arasında xx.xx.2018-ci il tarixində bağlanmış "Layihənin koordinasiyası üzrə” müqaviləyə istinad edərək, həmin müqavilə üzrə öhdəliklərini icra edib cavabdehə müxtəlif növ xidmətlər göstərdiyini, lakin qeyd olunan müqavilələrdə onun xidmət haqqının cavabdeh tərəfindən ödənilməsinin nəzərdə tutulmasına baxmayaraq xidmət haqqının ödənilmədiyini, nəticədə cavabdehin ona ödənilməyən 400 000 avro məbləğində borcunun olduğunu iddia edir, Cavabdeh MMC isə iddia tələbini qəbul etməyərək, iddiaçı ilə onun arasında müqavilə bağlanmadığını, iddiaçının tələb etdiyi məbləğdə xidmət göstərməsini təsdiq edən sübutların olmadığını, iddiaçının hər hansı bir tələbi olarsa bunu onlara qarşı deyil, "EAQO” şirkətinə qarşı irəli sürə biləcəyini, bununla yanaşı onlara qarşı həmin tələbin irəli sürülməsi üçün iddiaçının qanunla nəzərdə tutulmuş müddəti ötürdüyünü bildirir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, baxılan iş üzrə mübahisənin predmetini iddiaçı tərəfindən hansı xidmətlərin həyata keçirilməsinin və həmin xidmətlərin dəyərini təşkil edən haqqın (muzdun) məbləğinin müəyyən edilməsi təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, mübahisə tərəflərinin dəlilləri sübutetmə ilə əlaqədardır və baxılan iş üzrə mübahisə sübutların mümkünlüyü, yetərliliyi və mötəbərliliyi əsasında sübutetmə vəzifəsinin, yükünün tərəflər arasında bölüşdürülməsi prinsipinə uyğun həll edilməlidir. Belə ki, qeyd olunan məbləğdə xidmət göstərilməsinin həyata keçirildiyini iddiaçı iddia edir. İşin hallarından görünür ki, iddiaçı tələbinin faktiki əsası kimi yuxarıda şərh olunan müqavilələrə, cavabdehə ünvanladığı hesab-fakturalara və cavabdehin məktublarında xidmət haqqının ödənilməsi ilə bağlı etirafedici qeydlərə istinad edərək hesab etmişdir ki, bu arqumentlərə əsasən cavabdehin ona 400000 avro məbləğində muzd ödəmək öhdəliyi vardır. Cavabdehə tələb olunan məbləğdə xidmət göstərilməsini sübut etmə yükü iddiaçının üzərinə düşür. Birinci instansiya məhkəməsi iddiaçının istinad etdiyi dəlilləri araşdırıb, onlara hüquqi qiymət verərək bu nəticəyə gəlmişdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə qeyd etmişdir ki, ilk olaraq iddiaçının istinad etdiyi müqavilələrin, xüsusilə həmin müqavilələrdə cavabdeh tərəfindən iddiaçıya müvafiq muzd ödəmək vəzifəsinin nəzərdə tutulduğu şərtlərin mötəbərliliyi mübahisəlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, iddiaçının cavabdehdən muzd ödənilməsi tələbinin faktiki əsasını təşkil edən "EAQO” şirkəti ilə cavabdeh "X9” MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli "Biləsuvar rayonunda AZ Logistics Center layihəsi üçün layihələndirmə prosesi üzrə ümumi məsləhət xidmətlərinin göstərilməsi haqqında” müqavilənin, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən tərcüməçinin etdiyi imzanın həqiqiliyinin təsdiq edildiyi Azərbaycan dilinə tərcümə edilmiş nüsxəsindən görünür ki, həmin müqavilənin "Maliyyə şərtləri” adlanan 8-ci maddəsinin birinci abzasında qeyd olunmuşdur ki, "Xidmət təminatçısı tərəfindən bu müqavilə müddətində göstərilən xidmətlərin haqqı bu Müqavilənin tam məbləği olan 2.000.000 avro məbləği əsasında hesab-fakturalara bölünəcək və bu müqaviləyə digər missiyalar əlavə edildikdə bu məbləğ artırılacaq. Azərbaycandakı Nümayəndənin müqavilə məbləği olan 400.000 avro sifarişçi tərəfindən birbaşa Nümayəndənin bank hesabına ödənilməlidir. Məsləhətçi və Nümayəndənin hər ikisinə ödəniş hesab-fakturanın qəbul edildiyi tarixdə ayrıca yerinə yetirilməlidir. Bu tariflərə Məsləhətçinin və onun təyin etdiyi nümayəndələrin çəkdiyi bütün xərclər, o cümlədən səyahət xərcləri, məsləhətçinin qərara aldığı beynəlxalq sərgi və tədbirlərdə iştirak daxildir. Müstəsna olaraq, Fransa və Paris regionu xaricində sifarişçi tərəfindən xüsusi olaraq tələb olunan səyahət xərcləri təsdiqedici köməkçi sənədlər təqdim edildikdən sonra xidmət təminatçılarına -məsləhətçiyə qaytarılacaqdır. Çəkilmiş bütün xərclər tələb olunan zaman sifarişçiyə təqdim edilməlidir.” Məhkəmə müəyyən etmişdir ki, vizual baxış zamanı həmin müqavilənin ingilis dilində olan əslinin 8-ci maddəsində, müqavilənin yuxarıda qeyd olunan tərcümə nüsxəsinin 8-ci maddəsinin birinci abzasının 2-ci və 3-cü cümlələrinin, yəni "Azərbaycandakı Nümayəndənin müqavilə məbləği olan 400.000 avro sifarişçi tərəfindən birbaşa Nümayəndənin bank hesabına ödənilməlidir. Məsləhətçi və Nümayəndənin hər ikisinə ödəniş hesab-fakturanın qəbul edildiyi tarixdə ayrıca yerinə yetirilməlidir.” cümlələrinin yer almadığı müşahidə olunur. Həmçinin, qeyd olunan uyğunsuzluqlar müqavilənin 2-ci maddəsinin ikinci abzasında da mövcuddur. Məhkəmə, iddiaçı tərəfindən təqdim edilmiş adı çəkilən müqavilənin xx.xx.2018-ci il tarixdə Bakı şəhərində bağlandığı qeyd olunan nüsxəsini mötəbər sübut kimi qəbul etməmiş və gəldiyi bu nəticəni onunla əsaslandırmışdır ki, əvvəla həmin nüsxənin əsli məhkəməyə təqdim edilməmiş, surəti isə lazımi qaydada təsdiq edilməmişdir. Digər tərəfdən isə həmin nüsxə ilə, əsli və notarial qaydada təsdiq edilmiş tərcüməsi təqdim olunmuş digər nüsxənin məhz 2-ci və 8-ci maddələrinin mətnləri arasında olan uyğunsuzluqların səbəbini iddiaçı məhkəmə prosesində izah edə bilməmişdir. Məhkəmə hesab etmişdir ki, "EAQO” şirkəti ilə cavabdeh "X9” MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli "Biləsuvar rayonunda AZ Logistics Center layihəsi üçün layihələndirmə prosesi üzrə ümumi məsləhət xidmətlərinin göstərilməsi haqqında” müqavilənin əsli ilə, həmin müqavilənin xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən tərcüməçinin etdiyi imzanın həqiqiliyinin təsdiq edildiyi Azərbaycan dilinə tərcümə edilmiş nüsxəsində aşkar edilən uyğunsuzluq iddiaçının hazırki tələblə çıxış etməsi üçün subyektiv hüququnun formal deyil, həqiqətən mövcud olmasının müəyyən edilməsində xüsusi əhəmiyyət kəsb edir. Belə ki, şərh olunduğu kimi, iddiaçı məhz həmin müqavilə şərtinə və həmin müqavilə şərtinin əsas götürüldüyü "EAQO” şirkəti ilə onun arasında bağlanmış müqaviləyə istinad edərək cavabdehə qarşı tələb irəli sürür. Belə olan halda, iddiaçının əslində mövcud olmayan müqavilə şərtinə istinad edərək cavabdehin ona muzd ödəmək öhdəliyinin daşıyıcısı olmasını iddia etməsi əsassız hesab edilməlidir. Məhkəmə, iddiaçının öz tələbinin faktiki əsası kimi istinad etdiyi digər dəlilə, cavabdehə ünvanladığı hesab-fakturalara qiymət verərək qeyd etmişdir ki, iddiaçı həmin fakturaların hansı tarixlərdə cavabdehə göndərildiyini, onların cavabdehə çatdırılmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iddiaçı həmin fakturaları özünün elektron poçtu vasitəsi ilə cavabdehin elektron poçtuna göndərməsini qeyd etsə də, bu barədə sübutun olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi bu qənaətə gəlmişdir ki, xx.xx.2018-ci il tarixli "Layihənin koordinasiyası üzrə” müqavilənin 3-cü bəndinə əsasən, X16 adından göstəriləcək xidmətlərə görə yerli Layihə Koordinatoruna (iddiaçıya) 400000 avro məbləğində xidmət haqqının 18 aya bölünərək Layihə Koordinatorundan çıxılacaq bütün vergilər də daxil olmaqla, aylıq əsaslı hesab-fakturalar əsasında Cavabdeh MMC tərəfindən ödənilməsinin nəzərdə tutulmasına baxmayaraq, iddiaçı göstərdiyi xidmətlərə dair hesab-fakturaları cavabdehə göndərməsinə dair sübutu məhkəməyə təqdim edə bilmədiyinə görə, onun həmin hesab-fakturalara əsasən öz tələbini sübut etməsi öz təsdiqini tapmır. Məhkəmə, cavabdehin məktublarında xidmət haqqının ödənilməsi ilə bağlı etirafedici qeydlərə dair iddiaçının tələbinin əsası kimi istinad etdiyi dəlilinə münasibətdə qeyd edir ki, həmin məktublarda görülən xidmətlərə görə razılıq ifadə olunduğu, xx.xx.2018-ci il tarixli məktubda isə "X9” MMC-nin EAGO-a və Layihə Koordinatoruna (cənab İddiaçı) ödəniş üçün məsuliyyət daşıdığının qeyd olunduğu müəyyən edilsə də, həmin məktublarda görülən xidmətlərin dəyəri, ödəniləcək məbləğlərlə bağlı hər hansı bir qeyd aşkar edilməmişdir. Buna görə də, istinad olunan məktubların məzmunundan cavabdehin ödəməyi öhdəsinə götürdüyü xidmət haqqının məbləğini, görülən xidmətlərin dəyərini müəyyən etmək mümkün deyildir. Məhkəmə hesab edir ki, sözügedən məktublar, həmin məktubların məzmunları nəzərə alınmaqla, cavabdehin iddiaçı qarşısında borc öhdəliyinin etirafı kimi qəbul edilə bilməz. Cavabdehin nümayəndəsi də məhkəmə iclasında verdiyi izahatında iddiaçıya borclu olduqlarını qəbul etməmiş, iddianı bütövlükdə rədd etdiklərini bildirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda gəlmiş olduğu nəticə ilə razılaşır. Məhkəmə, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə hüquqi qiymət verərək qeyd etmişdir ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 375.1, 375.2-ci, 377.1, 377.2, 377.3-cü və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Hazırkİ işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hazırki tələblə çıxış etməsi üçün əsaslandığı hər iki müqavilə xx.xx.2018-ci il tarixdə bağlanmış, hər iki müqavilənin qüvvədə olduğu müddət bağlandığı tarixdən etibarən 18 ay müddətində müəyyən edilmişdir. Məhkəmə, bu qaydada hesablama aparıldığı zaman iddiaçının tələbinin əsası kimi istinad etdiyi müqavilələr üzrə iddia müddətini ötürdüyü qənaətinə gəlir. Belə ki, müqavilələrin qüvvədə olma müddəti xx.xx.2019-cu il tarixində bitmişdir. Müqavilə şərtləri ilə ayrı qayda nəzərdə tutulmadığına görə, həmn müqavilələr üzrə iddia müddətinin axımının başlanğıcı müqavilələrin qüvvədə olduğu son tarix olan xx.xx.2019- cu il tarixdən hesablanmalıdır. Bununla da müəyyən olunur ki, iddiaçının, cavabdehə qarşı müqavilə üzrə öhdəliyi icra etmək tələbini irəli sürmək hüququ son olaraq xx.xx.2019-cu il tarixdən etibarən əmələ gəlmiş və həmin hüquq üzrə iddia müddəti Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixdə bitmişdir. İşdən görünür ki, iddiaçının hazırki iddiası ilə bağlı ilkin mediasiya sessiyası xx.xx.2022- ci il tarixdə keçirilmişdir, borcun ödənilməsinə dair xəbərdarlıq məktubu (pretenziya) iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə göndərmişdir. İddia ərizəsi isə məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Bununla da müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə bitmiş iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Məhkəmə, iddiaçının iddia ərizəsi ilə 2021-ci ilin mart ayında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə, sonradan 2021-ci ilin aprel ayında Ağdam Rayon Məhkəməsinə 2022-ci ilin sonunda Bakı Kommersiya Məhkəməsinə sonradan müraciət etdiyinə görə, iddia müddətinin axımının kəsilməsi ilə bağlı iddiasını əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Qeyd olunan maddi hüquq normasının məzmunundan görünür ki, məhkəməyə iddia ərizəsinin verilməsi iddia müddətinin axımının kəsilməsi üçün kifayət deyildir. Qanun, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldüyü halda müddətin axımının kəsildiyini nəzərdə tutmuşdur. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməməsinin hallarından biri də, iddianın məhkəmə tərəfindən baxılmamış saxlanılması halıdır. Bu halda, Mülki Məcəllənin 381.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Göründüyü kimi İddiaçı xx.xx.2018-ci il tarixli müqavilənin bitdiyi xx.xx.2022-ci il tarixinədək məhkəmənin icraatına qəbul edilmiş iddia ərizəsi mövcud olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı tələb üzrə qanunvericiliklə müəyyən edilmiş məbləğdən çox olduğundan qətnamədən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, e-2-2(121)- 1516/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-23/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-23/2024
22.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver