Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-23/2025 12.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Əsədov İlham Qoşunəli oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəlalzadə Məleykə Nüsrət qızının katibliyi, İddiaçı, cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin etibarsız hesab edilməsi” tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli e-2-2(121)-1479/2024 saylı qətnaməsindən (hakim Z.Abbasov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, MŞS/MT023/2023-00396 saylı barışıq sazişinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 10 mart 2023-cü il tarixdə mediatorun iştirakı ilə "xxxx" şirkəti ilə İddiaçı arasında “mediasiya sessiyası zamanı birinci tərəf Saatlı şəhəri, Azərbaycan xiyabanı 163-də yerləşən "xxxx" Şirkətinin nümayəndəsi Vəkil, Saatlı Rayon Məhkəməsinin 22 sentyabr 2016-cı il tarixli 1(055)-46/2016 saylı hökmü ilə təqsirli bilinən ünvan 1 ünvanında qeydiyyatda olan ikinci tərəf İddiaçı "xxxx" Şirkətinə yanğın nəticəsində dəymiş ziyanı, yəni 525000 manat ödənilməsini tələb etməsi, ikinci tərəf X5, birinci tərəf “Araz Şöhrət" Şirkətinə 525000 manat məbləğində yanğın nəticəsində ziyan vurduğunu bildirməsi və bu tələbi tam olaraq qəbul etməsi, ikinci tərəf İddiaçı, birinci tərəf “Araz-Şöhrət" Şirkətinə dəymiş ziyanı hissə-hissə olmaqla 30 il müddətinə ödəməyi, birinci tərəf "Araz-Şöhrət” Şirkətinin nümayəndəsi Vəkil təklif etməsi, birinci tərəf "xxxx" Şirkətinin nümayəndəsi Vəkil, ikinci tərəf İddiaçı təklifini qəbul etməsi və onunla razılaşması, ikinci tərəf İddiaçı 2023-cü ilin aprel ayının 1-dən başlamaqla öhdəliyini yerinə yetirmədiyi təqdirdə, birinci tərəf "xxxx" Şirkətinin məhkəməyə müraciət elmək huququnun yaranması, ikinci tərəf İddiaçı buna etirazının olmaması, tərəflərin bir-birlərinə qarşı başqa təklifləri və tələblərinin olmaması və onların barışıq sazişini imzalamaları" barədə MŞS/MT023/2023- 00396 saylı barışıq sazişi bağlanılmışdır. Qeyd edir ki, məhkəmə qərardadı ilə təsdiq edilmiş MŞS/MT023/2023-00396 saylı barışıq sazişi təhdid altında, onun iradəsinə zidd şəkildə bağlanılmışdır. Belə ki, İddiaçı 2005-ci ildən Saatlı şəhəri Heydər Əliyev prospektində yerləşən "xxxx" şirkətinə məxsus ticarət mərkəzində 29 nömrəli piştaxtada qızıl-zinət əşyaların satışı ilə (sahibkarlıq fəaliyyəti ilə) məşğul olmuşdur və hazırda da orada fəaliyyətini davam etdirir. 18 oktyabr 2016-cı il tarixdə saat 05 radələrində ticarət mərkəzi yanmışdır. Yanğına səbəb "xxxx" şirkətinin elektrik montyoru X6 tərəfindən elektrik xəttinin yolverilməz üsulla çəkilməsi və şirkətin rəhbərliyinin bu cür pozuntuya nəzarət etməməsi olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2-2(121)-334/2023 nömrəli iş üzrə 04 avqust 2023-cü il tarixli, 10/4974 nömrəli ekspert rəyindən müəyyən olunur ki, “elektrik montyoru X6 tərəfindən İddiaçı istifadəsində olan ticarət obyektinə (piştaxtaya) elektrik xəttinin ticarət mərkəzinin rəhbərliyinin icazəsi ilə çəkildiyini və bu barədə rəhbərliyin xəbərinin olmasını nəzərə aldıqda, "xxxx" şirkətinə məxsus ticarət mərkəzində yerləşən ticarət obyektinə (piştaxtaya) elektrik xəttinin yolverilməz üsulla çəkilməsinə nəzarət aparıİmadığına görə, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”ının 1.2, 1.9 bəndlərinin tələbləri "xxxx" Şirkətinin vəzifəli şəxsləri tərəfindən pozulmuşdur.” Sadə sözlə deyilsə, barışıq sazişində göstərilən 525000 manat məbləğində ziyan iddiaçı tərəfindən deyil, elektrik montyoru və "xxxx" Şirkətinin vəzifəli şəxsləri tərəfindən müəssisəyə vurulmuşdur. Lakin bu halları nə mediator, nədəki "xxxx" Şirkəti nəzərə almamışdır. Bundan başqa iddiaçının "xxxx" Şirkətinin ticarət mərkəzində sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı, gələcəkdə ticarət mərkəzindən çıxarılma riski və s. hallar onu MŞS/MT023/2023-00396 saylı barışıq sazişini təhdid altında və iradəsinə zidd şəkildə bağlamağa məcbur etmişdir. Cavabdeh "xxxx" Şirkətinin vəkili, eyni zamanda nümayəndəsi Vəkil brinci instansiya məhkəməsinə təqdim etdiyi yazılı etirazında iddianı qəbul etmədiklərini bildirərək rədd olunmasını xahiş etmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, iddia əsassızdır və heç bir mötəbər sübuta söykənmir. İddiada göstərilənlər isə iddiaçının formal mülahizələridir. Belə ki, 18 oktyabr 2015-ci il tarixdə Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx" şirkətinə məxsus ticarət mərkəzində baş vermiş yanğın hadisəsi ilə bağlı Rzayev X8 Rayon Məhkəməsinin 22 sentyabr 2016-cı il tarixli 1(055)-46/2016 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 il müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında texniki təhlükəsizliyə məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət əməli nəticəsində "xxxx" şirkətinə məxsus ticarət mərkəzinə 525000 manat maddi ziyan dəymiş və "xxxx" şirkəti cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Dəymiş ziyanın ödənilməsi ilə bağlı "xxxx" şirkəti tərəfindən mediasıya təşkilatına müraciət edilmiş və mediasiya prosesi zamanı "xxxx" şirkəti ilə İddiaçı arasında 10 mart 2023-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Lakin İddiaçı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişini könüllü qaydada icra etməmişdir. Bu səbəbdən "xxxx" şirkətinin direktoru tərəfindən İddiaçı barışıq sazişinin könüllü icra olunması üçün məktub göndərilmiş, lakin bunun heç bir müsbət nəticəsi olmamışdır. Bundan sonra "xxxx" şirkəti mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. Saatlı Rayon Məhkəməsinin 2 oktyabr 2023-cü il tarixli 2(055)-1190/2023 saylı qətnaməsi ilə "xxxx" şirkətinin ərizəsi təmin olunaraq barışıq sazişi təsdiq edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, lakin şikayəti təmin edilməmişdir. Hazırda İddiaçı qanuni qüvvəyə minmiş Saatlı Rayon Məhkəməsinin 22 sentyabr 2016-cı il tarixli 1(055)-46/2016 saylı hökmünə əsasən zərərçəkmiş şəxs "xxxx" şirkətinə 525000 manat maddi ziyan vurmuş təqsirli şəxsdir. Lakin buna baxmayaraq İddiaçı "xxxx" şirkətinə vurduğu 525000 manat maddi ziyanı müxtəlif bəhanələr gətirərək ödəməkdən yayınır. İddiaçı barışıq sazişinin etibarsız sayılması barədə iddia ərizəsində qeyd edir ki, barışıq sazişini təhdid altında və iradəsinə zidd şəkildə bağlamışdır. İddiaçı məhkəmə iclası zamanı qeyd etmişdir ki, barışıq sazişini sığorta şirkətinin pul tələbini ona qarşı yönəltməməsi üçün Vüqar Məmmədovun sözünə inanaraq bağlamışdır. İddiaçı iddia ərizəsində bu halları qeyd etsə də, nədənsə məhkəməyə bu barədə heç bir mötəbər sübut təqdim etməmişdir. Ona qarşı edilmiş təhdidin məhz nədən ibarət olmasını və hansı halın iradəsinə zidd olduğunu açıqlaya bilməmişdir. İddiaçı qeyd etdiklərinin əksinə olaraq həm Saatlı Rayon Məhkəməsində verdiyi izahatında, həmçinin də apellyasiya şikayətində mediasiya prosesinə könüllü olaraq gedib barışıq sazişini bağladığını qeyd etmişdir. İddiaçı barışıq sazişinin etibarsız sayılması barədə iddia ərizəsinə nəzər yetirdikdə müəyyən etmək olur ki, İddiaçı barışıq sazişinin etibarsızlığını yox, "xxxx" şirkətinə məxsus ticarət mərkəzində baş vermiş yanğın hadisəsi ilə bağlı cinayət işi üzrə təqsirliliyini mübahisələndirir. Nadirin qeyd etdiyi bu hallar isə hazırkı iş üzrə araşdırılası hallar deyildir, onu görə ki, təqsirliliklə bağlı artıq qanuni qüvvəyə minmiş məhkəmə hökmü mövcuddur. Bundan başqa maraqlısı budur ki, İddiaçı 8 ilə yaxın bir müddətdə cinayət işi üzrə təqsirliliyini bir dəfə də olsun mübahisələndirməmişdir. Yalnız söğorta təşkilatı subroqasiya qaydasında "xxxx" şirkətinə iddia qaldırdıqdan sonra Nadir bu fikirə gəlmişdir. Qanunvericiliyin tələbinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsə və faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 18 oktyabr 2015-ci il tarixdə "xxxx" şirkətinə məxsus ticarət mərkəzində baş vermiş yanğın hadisəsi ilə bağlı cinayət işi üzrə isə zərərvuran şəxs yalnız İddiaçı müəyyən edilmişdir. Bu da onu göstərir ki, sığorta təşkilatı qarşısında yeganə maddi məsuliyyət daşıyan şəxs İddiaçıdur. Bütün bunlar onu göstərir ki, İddiaçı barışıq sazişinin etibarsız sayılması barədə iddia ərizəsində və hazırkı iş üzrə məhkəmə iclaslarında qeyd etdikləri əsassızdır və heç bir mötəbər sübutla təsdiq olunmur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı iddia ərizəsinin yuxarıda şərh olunan məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmiş, əlavə olaraq izahatında göstərmişdir ki, işlədiyi bazarda baş vermiş yanğın hadisəsi ilə bağlı "xxxx" ASC Saatlı rayon Mediasiya Təşkilatına müraciət edərək zərərçəkənlərə verilmiş sığorta ödənişini ondan və "xxxx" şirkətindən geri istəmişdir. Bundan sonra "xxxx" şirkətinin rəhbərliyi ona belə bir təklif etmişdir ki, aralarında formal olaraq barışıq sazişi imzalasınlar və həmin sazişdən görünsün ki, Şirkət ondan dəymiş zərərin ödənilməsini tələb edir. Bununla da "xxxx" şirkəti və o, "xxxx" ASC-nin iddiasından yayına biləcəklər. O, Şirkətin rəhbərliyinə inanıb barışıq sazişini imzalamışdır. Həmin vaxt şirkətin direktor müavini Vüqar Məmmədov onu inandırmışdır ki, bu saziş formal olaraq bağlanılır və barışıq sazişində göstərilən borc məbləği ondan tələb edilməyəcəkdir. Şirkətlə belə bir razılığa gəlməyinin səbəbi onlarla uzun müddət bir yerdə işləmələri, bir-birlərini tanımaları olmuşdur. Sonradan "xxxx" ASC ona və şirkətə qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmişdir. Həmin prosesin gedişində "xxxx" ASC-nin nümayəndəsi bazarda baş vermiş yanğın hadisəsi ilə bağlı iş üzrə ekspertizanın keçirilməsini xahiş etmiş, o da, ekspertizanın təyin edilməsinə etiraz etməmişdir. Buna görə Şirkətin rəhbəri onu yanına çağıraraq ekspertizanın təyin olunmasına etiraz etmədiyinə, "xxxx" ASC ilə eyni mövqedən çıxış etdiyinə görə barışıq sazişində göstərilən məbləğdə borcun tutulması tələbi ilə ona qarşı məhkəmədə iddia qaldıracaqlarını bildirmişdir. Bir daha bildirir ki, cavabdehlə aralarında imzalanmış barışıq sazişi yalnız "xxxx" ASC-nin zərərçəkmişlərə ödənilmiş sığorta ödənişlərinin ondan və şirkətdən tələb etməsinin qarşısını almaq məqsədi ilə bağlanmışdır. Şirkətin baş vermiş yanğın hadisəsində təqsirinin müəyyən edilməsi ilə nəticələnmiş ekspertizanın təyin edilməsinə razılığını bildirdiyi üçün, cavabdeh aralarında olan razılığı pozaraq formal olaraq bağlanmış barışıq sazişi üzrə ondan vurulmuş ziyana görə pul ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsində cavabdeh "xxxx" şirkətinin vəkili, eyni zamanda nümayəndəsi Vəkil iddiaya qarşı təqdim olunan yazılı etirazın yuxarıda şərh olunan məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, barışıq sazişi iddiaçıya hər hansı bir təzyiq və ya aldatma tətbiq edilmədən, iddiaçının sərbəst iradəsi ilə bağlanmışdır. İddiaçının bazarda baş vermiş yanğında yeganə təqsirli şəxs olması və buna görə də məhkum olunması qüvvədə olan məhkəmə hökmü ilə təsbit olunmuşdur. Qüvvədə olan məhkəmə hökmü ilə müəyyən edilmiş hallar isə yenidən müzakirə oluna bilməz. Buna görə də, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Birinci instansiya məhkəməsində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş "xxxx" ASC-nin nümayəndəsi X9 izahatında tərəflərindən "xxxx" şirkətinə və İddiaçı qarşı subroqasiya qaydasında tələb irəli sürdüklərini, qəbul edilmiş məhkəmə qərarlarına əsasən 18 oktyabr 2015-ci il tarixdə “Araz- Şöhrət” şirkətinə məxsus ticarət mərkəzində baş vermiş yanğın hadisəsində “Araz- Şöhrət” şirkətinin rəhbərliyinin təqsirinin olmasının da müəyyən edildiyini, çıxarılmış məhkəmə qərarları ilə iddia tələblərinin təmin olunduğunu bildirmişdir. Şirvan Kommersiya Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli e-2-2(121)-1479/2024 saylı qətnaməsi ilə iddia təmin olunaraq, İddiaçı ilə "xxxx" Şirkəti arasında 10 mart 2023-cü il tarixdə Sabirabad 1 X4 bağlanmış MŞS/MT 023/2023-00396 nömrəli “Barışıq Sazişi” etibarsız hesab edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmşdır ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını nəzərə alaraq bu qənaətə gəlmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi formal olaraq və cavabdehin təkidi ilə "xxxx" ASC-də yalnış təsəvvür yaratmaq məqsədi ilə bağlanılmışdır. Birinci instansiya məhkəməsi bu qənaətə gələrkən aşağıda qeyd edilən əsas tutmuşdur. 1-ci qənaət. Cinayət işi üzrə hökmün 22 sentyabr 2016-cı ildə qəbul olunmasına baxmayaraq "xxxx" şirkəti tərəfindən İddiaçı qarşı dəymiş zərərlə bağlı iddianın 7 ildən sonra qaldırılması. Məhkəmənin bu qənaəti ilə bağlı qeyd edir ki, həmin hökm 22 sentyabr 2016-cı il tarixdə qəbul edilsə də, sonradan həmin hökmdən iş üzrə zərərçəkənlər apellyasiya və kassasiya şikayətləri vermiş və təqsirləndirilən şəxsə təyin olunmuş cəza artırılmışdır. Bundan sonra təqsirləndirlən şəxs hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını 2022-ci ildə çəkib qurtarmışdır. Bundan da təxminən bir il sonra "xxxx" şirkəti tərəfindən İddiaçı qarşı dəymiş zərərlə bağlı iddia qaldırılmışdır. Həmçinin, dəymiş ziyanla bağlı iddia qaldırmaq "xxxx" şirkətinin subyektiv hüququdur və hazırda da şirkət həmin hüququnu itirməmişdir. Bundan əlavə məhkəmənin gəldiyi qənaətlə fikirləşilsə belə başa düşmək olar ki, "xxxx" ASC tərəfindən qaldırılmış iddialar da formaldır. Belə ki, "xxxx" ASC tərəfindən 2016-cı ildə sığorta ödənişləri həyata keçirilsə də, həmin ödənişlərlə bağlı subroqasiya qaydasında iddia təxminən 7 ildən sonra qaldırılmışdır. 2-ci qənaət. Saatlı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(055)-46/2016 nömrəli hökmündən görünür ki, həmin iş üzrə məhkəmə istintaqı zamanı zərər çəkmiş hüquqi şəxs "xxxx" Şirkətinin nümayəndəsi (direktor müavini) X7 verdiyi ifadəsində təqsirləndirilən şəxs İddiaçı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Baxılan iş üzrə məhkəmə iclasında isə cavabdehin nümayəndəsi cinayət işinə baxılarkən İddiaçı qarşı heç bir tələb və şikayətinin olmadığını bildirdikləri, keçən müddət ərzində ona qarşı dəymiş ziyanın ödənilməsi ilə bağlı heç bir tələb irəli sürmədikləri halda, sonradan 7 ilə yaxın müddət keçdikdən sonra hansı səbəbdən ona qarşı tələblə çıxış etmələrinə açıqlıq gətirə bilməmişdir. Məhkəmənin bu qənaəti ilə bağlı bildirir ki, əvvəla, İddiaçı qanuni qüvvəsini almış hökmlə təqsirli şəxsdir və bu səbəbdən də ona qarşı dəymiş ziyanla bağlı iddia qaldırılmışdır. 7 il keçsə də təqsirlilik aradan qalxmamışdır. Bundan başqa, məhkəmə istintaqı zamanı zərər çəkmiş hüquqi şəxs "xxxx" şirkətinin nümayəndəsi (direktor müavini) X7 cinayət işi üzrə məhkəmə istintaqı zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxs İddiaçı heç bir şikayət və tələbinin olmadığını bildirməklə "xxxx" şirkətinə cinayət nəticəsində dəymiş 525000 manat ziyandan imtina etməmişdir. Nümayəndənin həmin izahatında dəymiş ziyanla bağlı heç bir kəlmə yoxdur. Nümayəndə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın yüngül olması məqsədi ilə bu məzmunda izahat vermişdir. Nümayəndənin bu məzmunda izahat verməsini hazırkı iş üzrə məhkəmə iclası zamanı hakimin ona verdiyi suala cavab olaraq da bildirmişdir. Lakin bildirdiyi fikirlər hakimi qane etmədiyi üçün qətnaməsində qeyd etmişdir ki, güya bu hala açıqlıq gətirə bilməmişdir. 3-cü qənaət. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(106)-25/2024 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, 08 oktyabr 2015-ci il tarixində Saatlı şəhəri Heydər Əliyev prospekti ünvanında yerləşən "xxxx" şirkətinə məxsus ticarət mərkəzində baş vermiş yanğın hadisəsində İddiaçı ilə yanaşı bilavasitə "xxxx" şirkəti də məsuliyyət daşıyır. Mə.hkəmənin bu qənaəti ilə bağlı qeyd edir ki, bu hal barışıq sazişinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Əvvəla ona görə ki, barışıq sazişi bağlanarkən qeyd edilən qərar mövcud olmamışdır. Bundan başqa məhkəmə qətnaməsində bu halın hansı formada barışıq sazişinin etbibarsızlığına səbəb olması əsaslandırılmamışdır. Belə ki, məhkəmə qətnamədə özü qeyd etmişdir ki, barışıq sazişi ikitərəfli əqd olması etibarı ilə mülki hüquqi mənada müqavilə hesab edildiyinə görə, mülki qanunvericiliyin müqavilələrin forma və məzmunlarına dair, müqavilələrin təfsirinə dair tənzimləyici normaları barışıq sazişinə də şamil edilir. Mülki qanunvericilikdə isə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 4-cü qənaət. İddiaçının barışıq sazişini hər hansı bir təhdid altında və iradəsinə zidd şəkildə bağlaması, iddiaçının həmin sazişi bağlamasına dair iradəsinin formalaşmasına əsas olan hal və motivlər, eləcə də sazişi bağlamaqda güddüyü (cavabdehlə birgə) əsl niyyəti sazişin formal xarakter daşımasına, tərəflərin hər ikisinin sazişi bağlamaqda məqsədlərinin üçüncü şəxsdə yalnış təsəvvürün yaradılması. Məhkəmənin bu qənaəti ilə bağlı qeyd edir ki, məhkəmə özü təsdiq edir ki, iddiaçı barışıq sazişini mediasiya təşkilatına gedərək və öz iradəsini bəyan edərək imzalamışdır. (Qətnamənin səh 8, 4-cü abzası). Bundan başqa İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, "xxxx" Şirkətinin ticarət mərkəzində sahibkarlıq fəaliyyəti ilə məşğul olması, gələcəkdə ticarət mərkəzindən çıxarılma riskinin və s. hallar onu barışıq sazişini təhdid altında və iradəsinə zidd şəkildə bağlamağa məcbur etmişdir. Göründüyü kimi İddiaçı öz mənfəətini düşünərək könüllü olaraq bağladığı barışıq sazişini, təhdid altında və iradəsinə zidd şəkildə bağlamağa məcbur etmə kimi qiymətləndirmişdir. Məhkəmənin də heç bir sübut olmadan yalnız iddiaçının şifahi sözlərinə əsaslanaraq bu qənaətə gəlməsi qanuni deyildir. Bundan başqa İddiaçı iddia ərizəsində barışıq sazişi bağlandıqdan təxminən 5 ay sonra tamamilə başqa bir məhkəmə icraatı zamanı alınmış ekspert rəyinə əsaslanaraq ekspertin gəldiyi nəticəni mediatora irad tutması onun açıq yalan danışdığının bariz nümunəsidir. Bundan əlavə İddiaçı məhkəmə iclasları zamanı da qeyd etmişdir ki, mediasiya prosesi zamanı şirkətin direktor müavini Vüqar Məmmədov tərəfindən ona qarşı təhdidlər olunmuş və meiator da bu halları görmüşdür. İddiaçı bu halları qeyd etsə də məhkəməyə bu barədə heç bir sübut təqdim edə bilməmişdir. Buna baxmayaraq məhkəmə iddiaçının qeyd etdiklərinin həqiqət olub-olmamasını aydınlaşdırmaq üçün nə şirkətin direktor müavini Vüqar Məmmədovu, nədə mediasiya prosesini həyata keçirmiş mediator Mahir Babayevi məhkəmə iclaslarına dəvət etməmişdir. Yeri gəlmişkən iddia ərizəsində Mediasiya şurası üçüncü şəxs qismində göstərilsə də, məhkəmə iclasları zamanı üçüncü şəxsin nəyə görə iclaslara gəlməməsi ümumiyyətlə araşdırılmamışdır. Bütün bunlardan əlavə İddiaçı məhkəmə iclasları zamanı bildirimişdir ki, barışıq sazişi sığorta təşkilatının "xxxx" şirkətinə qarşı iddia qaldırmamasına görə bağlanılmışdır. Güya sığorta təşkilatı barışıq sazişi bağlandıqdan sonra şirkətə qarşı iddiasını geri götürəcək. Amma yenə də Nadirin bu qeyd etdiklərinin əksinə olaraq, sığorta təşkilatı nəinki iddiasını geri götürmüş, hətta sonrakı iddia tələblərində İddiaçı yox, yalnız "xxxx" şirkətini və onun rəhbərliyini cavabdeh kimi göstərmişdir. Bundan başqa maraqlısı budur ki, hazırkı işdə İddiaçı hökm üzrə təqsirliliyini mübahisələndirsə də, nədənsə sığorta təşkilatının ona qarşı tələbi üzrə özünü cavabdeh kimi görmüş və sığorta təşkilatının qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Bütün bunlar onu göstərir ki, İddiaçı uydurduğu yalanlarla məhkəməni inandıra bilmiş və nəticə də əsassız iddiasının təmin olunmasına nail olmuşdur. Hörmətli Məhkəmə Kollegiyası bütün yuxarıda göstərilənlərdən əlavə, İddiaçı ilə "xxxx" şirkəti arasında barışıq sazişi 10 mart 2023-cü il tarixdə bağlanmışdır və barışıq sazişinə görə İddiaçı 1 aprel 2023-cü il tarixdən başlayaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirməli, yəni barışıq sazişini icra etməli idi. İddiaçı isə 30 aprel 2024-cü il tarixdə iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək "xxxx" Şirkəti ilə arasında 10 mart 2023-cü il tarixdə Sabirabad 1 X4 bağlanmış MŞS/MT 023/2023-00396 nömrəli “Barışıq Sazişi”nin etibarsız hesab edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinin tələbinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Göründüyü kimi İddiaçı hazırkı iddianı qaldırmaqla mülki qanunvericilkdə əqdlərin etibarsızlığı üçün nəzərdə tutulmuş bir illik kəsici müddəti ötürmüşdür. Məhkəmə isə bu hala ümumiyyətlə diqqət yetirməmişdir. Bundan əlavə, məhkəmə ilk üç iclasda iddiaçının heç bir sübutu olmadığını, qeyd etdiklərini yalnız şifahi sözlərlə əsaslandırdığını, məntiqə söykənərək izahat verməsini bildirsə də, nədənsə sonuncu iclasda iddiaçının dediklərinin hamısının doğru olduğu qənaətinə gələrək, iddianı təmin etmişdir. Bütün bunlar onu göstərir ki, məhkəmə qətnamədə qət etdiyi nəticə ilə əsassız olaraq iddiaçının hüquqlarını qorumuş, cavabdehin hüquqlarını isə kobud surətdə pozmuşdur. Mülki Məcəllənin 337.1-ci maddəsi düzgün tətbiq edilməmişdir. Belə ki, bu normanın tələbinə görə bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə iddianı təmin edərkən bu normaya əsaslansa da, Mülki Məcəllədə müəyyənləşdirilmiş hansı şərtin pozulduğunu açıq şəkildə göstərə bilməmişdir. Məhkəmə iddiaçının əsassız şifahi sözlərinə və öz mülahizələrinə əsaslanaraq bu normanı tətbiq etmişdir. Əgər məhkəmənin məntiqi ilə düşünülsə belə başa düşmək olar ki, hər bir əqdi münbahisələndirən şəxsin iddiası təmin olunmalıdır. Mülki qanunvericiliyə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Qətnamədə məhkəmə özü təsdiq edir ki, iddiaçı barışıq sazişini mediasiya təşkilatına gedərək və öz iradəsini bəyan edərək imzalamışdır. Mülki Məcəllənin 340.1-ci maddəsi düzgün tətbiq edilməmişdir. Belə ki, bu normanın tələbinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Məhkəmə bu normaya əsaslanıb barışıq sazişini əhəmiyyətsiz əqd hesab edərək iddiaçının iddiasını təmin etsə də, nəzərindən qaçırmışdır ki, İddiaçı "xxxx" şirkətinə məxsus ticarət mərkəzində baş vermiş yanğın hadisəsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək Saatlı Rayon Məhkəməsinin 22 sentyabr 2016-cı il tarixli 1(055)-46/2016 saylı hökmünə əsasən müvafiq cəzaya məhkum edilmişdir. Belə olduğu halda bağlanılmış sazişin nəyi uydurmadır? Mülki Məcəllənin 340.2-ci maddəsi düzgün tətbiq edilməmişdir. Belə ki, bu normanın tələbinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Məhkəmə iddianı təmin edərkən yenə də iddiaçının yalan və əsassız sözlərinə aldanaraq bu qənaətə gəlmişdir. İddiaçı qeyd etmişdir ki, bağlanılmış barışıq sazişi sığorta təşkilatının şirkətə qarşı iddiasına görə bağlanmışdır. Güya barışıq sazişi bağlanıldığını görən sığorta təşkilatı şirkətə qarşı olan iddiasını geri götürəcək. Əslində isə sığorta təşkilatı nəinki şirkətə qarşı iddiasını geri götürmüş, əksinə digər tələblərində cavabdeh kimi şirkəti və şirkətin rəhbərliyini cavabdeh qoymuş, İddiaçı isə digər tələblərində cavabdeh qoymamışdır. Belə olduğu halda məhkəmənin fikrinə görə hansı əqd pərdələnmişdir? MPM-nin 14.2-ci maddənin tələbi pozulmuşdur. Belə ki, məhkəmə heç bir sübuta əsaslanmadan, lazimi şəxsləri dəvət edib dindirmədən iddiaçının yalan sözlərinə inanaraq iddianı təmin etməklə əsassız nəticəyə gəlmişdir. MPM-nin 88-ci maddənin tələbi pozulmuşdur. Belə ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Məhkəmə iddiaçının yalan və əsassız sözlərini qabaqcadan müəyyən edilmiş qüvvəsi olan sübut kimi qəbul edərək iddianı təmin etmişdir. MPM-nin 217.1-ci maddəsinin tələbi pozularaq tamamilə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Belə ki, məhkəmə tərəfindən qətnamə əsaslandırılarkən yalnız iddiaçının yalan və əsassız şifahi sözləri və heç bir sübutla təsdiq olunmayan öz mülahizələri nəzərə alınmamışdır. MPM-nin 217.3-cü maddəsinin tələbi pozulmuşdur. Belə ki, məhkəmə tərəfindən qətnamə əsaslandırılarkən iş üzrə müəyyən edilmiş hallara uyğun əsaslandırılmamışdır. Ona görə ki, məhkəmə ilk üç iclasda iddiaçının heç bir sübutu olmadığını, qeyd etdiklərini yalnız şifahi sözlərlə əsaslandırdığını, məntiqə söykənərək izahat verməsini bildirsə də, nədənsə sonuncu iclasda iddiaçının dediklərinin hamısının doğru olduğu qənaətinə gələrək iddianı təmin etmişdir. MPM-nin 218.1-ci maddəsnin tələbi pozularaq qətnamə çıxarılan zaman hakim iş üçün əhəmiyyətli olan Saatlı Rayon Məhkəməsinin 22 sentyabr 2016-cı il tarixli 1(055)-46/2016 saylı hökmündən iddiaçının şikayət etmədiyini, keçən 7 il müddətində bir dəfə də olsun təqsirliliyini mübahisələndirməməsini, barışıq sazişini şirkətə məxsus bazarda işlədiyi, sazişi bağlamasa bazardan çıxarılacağı riskini nəzərə alaraq güya bağladığını (əslində isə iddiaçı hazırda yenə də həmin bazarda işləyir və yenə də güya həmin risk var idisə, hazırda da heç bir şey dəyişməmişdir), barışıq sazişi bağlanıldıqdan dərhal sonra onun etibarsızlığı barədə iddia qaldırmadığını, təhdid olunduğu halda heç bir hüquq mühafizə orqanlarına nəyə görə şikayət etmədiyini və sazişi bağlayarkən iradəsinə zidd əsaslı halın nədən ibarət olduğunu müəyyən etməmişdir. Buna görə də məhkəmə qətnamə çıxararkən iş üçün əhəmiyyəti olan lazımi halları müəyyən etməmişdir. “İnsan Hüquq və X1” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələbi pozulmuşdur. Belə ki, mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, sübutlar düzgün araşdırılmamış və işim ədalətli aparılmamışdır. Məhkəmə işin qeyd etdiyi faktiki hallarını aydınlaşdırsaydı, müəyyən edə bilərdi ki, iddiaçının barışıq sazişinin etibarsızlığı barədə göstərdiyi hallar yalandır və beləliklə də məhkəmə hazırda gəldiyi nəticəyə gəlməzdi. Belə ki, iddiaçı təqsirliliyini indi mübahisələndirsə də, Saatlı Rayon Məhkəməsinin 22 sentyabr 2016-cı il tarixli 1(055)-46/2016 saylı hökmündən heç vaxt apellyasiya şikayəti verməmişdir, keçən 7 il müddətində bir dəfə də olsun təqsirliliyini mübahisələndirməmişdir, barışıq sazişini şirkətə məxsus bazarda işlədiyi üçün bağladığını, əks təqdirdə güya bazardan çıxarılacağı riski olduğunu qeyd etsə də, əslində iddiaçı hazırda yenə də həmin bazarda işləyir və onun məntiqi ilə götürsək yenə də qorxduğu həmin risk ola bilər, saziş bağlandığı dövrlə hazırkı dövrün arasında heç nə dəyişməmişdir, barışıq sazişini etibarsız hesab etsə də, sazişi bağladıqdan və sazişi könüllü icra etmədiyi üçün şirkət direktorunun sazişin icrası ilə bağlı ona ünvanladığı məktubdan dərhal sonra barışıq sazişinin etibarsızlığı barədə iddia qaldırmamışdır, təhdid olunduğunu qeyd etsə də heç bir hüquq mühafizə orqanlarına şikayət etməmişdir və sazişi bağlayarkən iradəsinə zidd əsaslı hal göstərə bilməmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məmzunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmədə İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib, iddia ərizəsinin və birinci instansiya məhkəməsində verdiyi izahatın yuxarıda şərh olunan məzmunları ilə oxşar məzmunda izahat verərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmədə mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsassız olduğunu bildirib, təmin olunmamasını xahiş etdi. İzahatında göstərdi ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərindən araşdırma aparılmış, məlum olmuşdur ki, həqiqətən vətəndaşdan başqa hüquqi şəxsin və onun işçilərinin də müəyyən mülki məsuliyyətləri var, yəni elektrotexniki qəza baş verməsində onların da pozuntuları vardır. Onlar müstəqil ekspert rəyi aldıqdan sonra birinci instansiya məhkəməsinə vəsatət verərək, yanğın-texniki ekspertizasının keçirilməsini tələb etmişlər. Yanğın-texniki ekpsert rəyi də sübuta yetirmişdir ki, yanğında həm bazar rəhbərliyinin, həm də elektrik montyorunun, yəni o xəttləri çəkənin günahı var. Buna baxmayaraq birinci instansiya məhkəməsi iddianı təmin etməmiş, lakin apellyasiya məhkəməsində iddia təmin olunmuş, həmin qətnamə isə kassasiya mərhələsində qüvvədə saxlanılmışdır. Hazırda subroqasiya qaydasında 23000 manat məbləğində dəymiş ziyanın tutulması barədə başqa bir iddiaları da təmin olunmuşdur. "xxxx" Şirkətinə məxsus bazarda olan vətəndaşlara ödənilmiş pulların tələbi üzrə keçirilən bütün məhkəmələrdə onların nümayəndəsi İddiaçılə aralarında bağlanılmış barışıq sazişinin surətini məhkəmələrə təqdim edərərək, burada onlara qarşı iddia qaldırılmalı olmadığını, digər cavabdehin təqsiri boynuna götürdüyünü və bununla bağlı aralarında barışıq sazişinin də olduğunu bildirirdilər. Hazırki iş üzrə də Şirvan Kommerisya Məhkəməsində barışıq sazişini təqdim etməklə sübuta yetirmək istəyirdilər ki, burada artıq fakt müəyyən olunmuş, günahkar var, barışıq sazişi ilə də bütün ziyanı öz üzərinə götürüb və ona görə də burada yeni təqsirkar şəxsi araşdırmaq lazım deyil. Bir sözlə müdafiə taktikasını onlar barışıq sazişi ilə qurmuşdular ki, yəni təqsirkar artıq müəyyən olunmuşdur, hökmdən sonra təqsirkar artıq bütün ziyanı da öz üzərinə götürüb, Siz niyə ziyanı "xxxx" Şirkətindən istəyirsiniz. Birinci instansiya məhkəməsində eksert rəyi alınsa da, iddia təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsində iddiaları təmin olunmuş, iş Azərbaycan Respublikasının Ali Məhkəməsində olan zaman isə onlar yenidən iddia qaldırmışlar. Lakin həmin qətnamə Azərbaycan Respublikasının Ali Məhkəməsində qüvvədə saxlanılmışdır. Hazırda qənamə icraya yönəldilmişdir. İcra şöbəsində cavabdeh "xxxx" Şirkətinə qarşı hissədə icra hərəkətləri davam edir. Digər cavabdeh İddiaçı aid hissətə isə qətnamənin icrasının dayadırılması barədə ərizə ilə icra şöbəsinə müraciət etmişlər və ona aid hissədə icra dayandırlmışdır. Cavabdeh öz müdafiə taktikasını qurmaqdan ötrü vətəndaşa qarşı iddia qaldırmışdılar. 7 ildən sonra iddia qaldırmalarına gəldikdə isə bildirmişdir ki, iddia müddəti 10 ildir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin blütenində də subroqasiya ilə bağlı müəyyən qeydlər verilmişdir. Bəlli məsəllədir ki, əvvəllər "xxxx" ASC-nin maliyyə kapitalı 24000000 manat idisə, sonradan vəziyyətlə bağlı həmin məbləğ azalaraq ******* manat olmuşdur. Baxdılar ki, haradan, nə mənfəət qazanmaq olar və onlar da subroqasiya məslələrini işə saldılar. Orada heç bir qanunazidd və ya qəbahət bir iş yoxdur. Hətta Bakı Kommersiya Məhkəməsində də bir formal iddia qaldırmışlar, orada da "xxxx" Şirkətinin nümayənədsi məhkəməyə gələrək məhkəmə iclasında bildirmişdir ki, barışıq sazişi var, fakt təsdiq olunub, burada onlarlıq bir iş yoxdur, həm cinayət təqibində təqsirkar, həm də mülki məsuliyyət üzrə təqsirkar şəxs İddiaçıdir. Ona görə də onların cavabdeh qismində işdən uzaqlaşdırılmasını xahiş etdilər. Hesab edirlər ki, bu saziş formal xarakter daşımışdır, onların iddialarının müdafiəsi naminə bağlanılmış bir sazişdir. Ona görə də İddiaçı iddiasını müdafiə edirlər. Tərəflərindən yoxlama aparılmış və məlum olmmuşdur ki, həqiqətən də İddiaçı ödəməyə imkanı yoxdur. Onlar qanuni qüvvəyə minmiş hökmü mübahsələndirə bilməsələr də, amma yanğın texniki ekspertləri ilə tədqiq edən zaman məlum oldu ki, həqiqətən də şəxsin hadisədən xəbəri olmamışdır. Naqilləri bazar rəhbərliyi çəkdirmiş, həmin naqillərdən digər şəxslərə elektrik enerjisinin verilməsini bazar rəhbərliyi təmin etmişdir. Bazarda hansısa icarəçinin oradakı mağazalara işıq çəkmə kimi bir səlahiyyəti yoxdur. Hazırki iş üzrə çıxarılmış Şirvan Kommerisya Məhkəməsinin qətnaməsi onları qane edir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Mediasiya Şürası məhkəmədə nümayəndəsi vasitəsi ilə təmsil olunmamışdır və bunun üzürlü səbəbləri barədə qabaqcadan hər hansı bir formada məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə həmin üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmamasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin, üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən olunur. İddiaçı xx.xx.2004-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə (VÖEN) vergi ödəyicisi kimi qeydiyyata alınmışdır və hazırda ünvan 3 ünvanı üzrə qeydiyyatda olmaqla yaşayır. İş materiallarından görünür ki, "xxxx" Şirkəti xx.xx.2004-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə (VÖEN) kommersiya hüquqi şəxslərinin reyestrində qeydiyyata alınmışdır və şirkətin qanuni nümayəndəsi X2r. Saatlı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(055)-46/2016 nömrəli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, həmin maddə ilə o, 2 (iki) il müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında texniki təhlükəsizliyə məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. "xxxx" Şirkəti ilə İddiaçı arasında mediator X3 iştirakı ilə bağlanmış xx.xx.2023-cü il tarixli, MŞS/MT023/2023-00396 nömrəli barışıq sazişindən görünür ki, həmin Sazişlə tərəflər, mediasıya sessiyası zamanı birinci tərəf Saatlı şəhəri, Azərbaycan xiyabanı 163də yerləşən "xxxx" şirkətinin nümayəndəsi Vəkil, Saatlı Rayon Məhkəməsinin 22 sentyabr 2016-cı il tarixli 1(055)-46/2016 saylı hökmü ilə təqsirli bilinən ünvan 1 ünvanında qeydiyyatda olan ikinci tərəf İddiaçı "xxxx" Şirkətinə yanğın nəticəsində dəymiş ziyanı, yəni 525000 manat ödənilməsini tələb etməsi, ikinci tərəf İddiaçı, birinci tərəf "xxxx" Şirkətinə 525000 manat məbləğində yanğın nəticəsində ziyan vurduğunu bildirməsi və bu tələbi tam olaraq qəbul etməsi, ikinci tərəf İddiaçı, birinci tərəf "xxxx" Şirkətinə dəymiş ziyanı hissəhissə olmaqla 30 il müddətinə ödəməyi, birinci tərəf "xxxx" Şirkətinin nümayəndəsi Vəkil təklif etməsi, birinci tərəf "xxxx" Şirkətinin nümayəndəsi Vəkil, ikinci tərəf İddiaçı təklifini qəbul etməsi və onunla razılaşması, ikinci tərəf İddiaçı 2023-cü ilin aprel ayının 1-dən başlamaqla öhdəliyini yerinə yetirmədiyi təqdirdə, birinci tərəf "Araz-Şöhrət” Şirkətinin məhkəməyə müraciət etmək hüququnun yaranması, ikinci tərəf İddiaçı buna etirazının olmaması, tərəflərin bir-birlərinə qarşı başqa təklifləri və tələblərinin olmaması barədə razılığa gəlmişlər. Saatlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(055)-1290/2023 nömrəli qətnaməsi ilə, ərizəçi "xxxx" Şirkətinin, “Araz-Şöhrət» şirkəti ilə İddiaçı arasında 10 mart 2023-cü il tarixdə bağlanmış MŞS/MT023/2023-00396 saylı barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi təmin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(106)- 354/2024 nömrəli qətnaməsi ilə, ərizəçi "xxxx" Şirkətinin (maraqlı şəxs İddiaçı) barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli 2(055)-1190/2023 saylı qətnaməsindən maraqlı şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Saatlı Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli 2(055)-1190/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(121)-334/2023 nömrəli qətnaməsi ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" Şirkətinə və İddiaçı qarşı subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi və s. tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh İddiaçı subroqasiya qaydasında vurulmuş zərərin əvəzi olaraq 41196 manat məbləğində pul, 200 manat mediasiya xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 13,59 manat olmaqla, ümumilikdə 41409,59 (qırx bir min dörd yüz doqquz manat, əlli doqquz qəpik) manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(106)-25/2024 nömrəli qətnaməsi ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" Şirkətinə və İddiaçı qarşı subroqasiya qaydasında pulun ödənilməsi tələbinə dair mülki iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli e-2-2(121)-334/2023 saylı qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şirvan Kommersiya Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli e-2-2(121)- 334/2023 saylı qətnaməsi mübahisələndirilən – iddianın cavabdeh "xxxx" Şirkətinə qarşı təmin edilməyən hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməsi, cavabdehlər "xxxx" şirkətindən və İddiaçı subroqasiya qaydasında ödənilmiş pul vəsaitinin əvəzi olaraq 41196 manat, mediasiya xərcinin əvəzi olaraq 200 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 13,59 manat, ümumilikdə 41409 (qırx bir min dörd yüz doqquz) manat 59 (əlli doqquz) qəpik məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(102)-402/2024 nömrəli qərarından çıxarışa əsasən, iddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" şirkətinə və İddiaçı qarşı “pul” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(106)-25/2024 nömrəli qətnaməsindən cavabdeh "xxxx" şirkəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(106)-25/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli Qərarı). Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli, F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarları). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir; 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir; 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.3. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 324.4. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir; 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; 389.1-ci və 389.2-ci maddələrinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 390.2-ci maddəsinə əsasən, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər; 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 374.1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İddiaçı cavabdeh "xxxx" Şirkəti ilə aralarında bağlanmış barışız sazişinin formal xarakter daşıdığını, belə ki, həmin sazişi bağlamaqda əsil məqsədlərinin onlara qarşı subroqasiya qaydasında iddia irəli sürmüş "xxxx" ASC-ni tələbindən yayındırmaq məqsədi güddüyünü, "xxxx" Şirkətinin rəhbərliyi tərəfindən dəfələrlə ona qarşı hər hansı bir tələblərinin olmadığının bildirildiyini və faktiki olaraq da uzun müddət ərzində ona qarşı belə bir tələbin irəli sürülmədiyini, lakin "xxxx" ASC-nin onlara qarşı subroqasiya tələbi üzrə başlanmış məhkəmə prosesində "xxxx" Şirkətinin və Şirkətin əməkdaşının yanğın hadisəsində təqsirli olub-olmamasının müəyyən edilməsi barədə ekspertiza təyin olunmasına etiraz etmədiyinə görə Şirkətin aralarında olan razılaşmanı pozaraq ona qarşı barışıq sazişi üzrə tələb irəli sürdüyünü, 525000 manat məbləğində zərərin tamamilə ödənilməsini öz üzərinə götürməsi üçün heç bir səbəb olmadığını, bu məbləğdə zərərin ödənilməsinin onun imkanları xaricində olduğunu, bunun yalnız "xxxx" ASC-də yalnış təsəvvür yaradılması məqsədi daşıdığını, buna görə də barışıq sazişinin etibarsız hesab edilməli olduğunu iddia edir. Cavabdeh "xxxx" Şirkəti isə tərəflər arasında bağlanmış barışıq sazişinin hər hansı bir başqa məqsəd güdmədiyini, məhkəmə hökmü ilə müəyyən edilmiş halı, yəni iddiaçının baş vermiş yanğın hadisəsində və bunun nəticəsində vurulmuş ziyanda yeganə təqsirli şəxs olmasını nəzərə alaraq, Şirkətə vurulmuş ziyanın ödənilməsi məqsədi ilə sazişin bağlandığını bildirir. Göründüyü kimi işin əsas mübahisəli məqamı tərəflər arasında bağlanmış barışıq sazişinin etibarlılığı ilə bağlı tərəflərin iddia və etirazları təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “'Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 23 fevral 2024-cü il tarixli qərardadının 39, 44 və 47-ci bəndlərində göstərilənlərə əsasən, mediasıya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məhkəmə tərəfindən xüsusi icraatda təsdiqlənməsi yalnız razılaşmanın məcburi icrasını təmin etmək məqsədi daşıyır. Hakimin barışıq sazişini təsdiqləmək üçün qanunda nəzərdə tutulmuş prosessual tələblərə riayət etmək vəzifəsi barışıq razılaşmasının etibarlı olub-olmamasına qiymət verilməsi hesab edilmir. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinə məhkəmənin məhz xüsusi icraatda və on gün müddətində baxması (MPM, fəsil 40-7) proseduru da onu göstərir ki, belə təsdiqləmə (yaxud imtina) prosessual mahiyyət daşımaqla, mübahisəli maddi hüquqi məsələlərin araşdırılmasını ehtiva etmir. Göründüyü kimi məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsız sayılması barədə iddiaya əqdin etibarsızlığına dair qanunda nəzərdə tutulan ümumi əsaslarla baxılması mümkündür və həmin mübahisələr mülki qanunvericiliyin əqdlərin etibarlılığına dair məsələləri tənzimləyən müvafiq normalarının tələbləri tətbiq edilməklə baxılaraq həll edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz yuxarıda qeyd olunan normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Məhkəmə kollegiyası qeyd edir ki, əqdlərin etibarlılıq şərtləri içərisində tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi qədər, onların həqiqiliyi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, əqdin iştirakçılarının qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyini pozulması əqdin mübahisələndirilməsinə səbəb olacaqdırsa, əqd bağlanarkən bəyan edilən qarşılıqlı iradə ifadələrinin qeyri-həqiqi olması əqdin yalan və ya uydurma xarakterdə olması səbəbindən əhəmiyyətsizliyi ilə nəticələnəcəkdir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Mülki Məcəllənin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir. İşin müəyyən olunan mübahisəsiz hallarına əsasən cavabdeh "xxxx" Şirkətinə məxsus olan ticarət mərkəzində yanğın hadisəsi 18 oktyabr 2015-ci il tarixdə baş verməsinə və həmin yanğın hadisəsində İddiaçı təqsirli hesab edilməsinə dair hökmün 22 sentyabr 2016-cı il tarixdə çıxarılmasına baxmayaraq, "xxxx" Şirkəti tərəfindən İddiaçı qarşı dəymiş ziyanın ödənilməsi tələbi ilə bağlı mediasıya təşkilatına müraciət xx.xx.2023cü tarixə, "xxxx" ASC-nin cavabdehlər "xxxx" Şirkətinə və İddiaçı qarşı subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciətindən sonrakı tarixə, 2023-cü ilin mart ayına təsadüf edir. Göstərilən müddət ərzində İddiaçı qarşı dəymiş ziyanın ödənilməsi ilə bağlı hər hansı bir tələb irəli sürülməsinə dair sübut cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməmişdir. Bundan başqa, işdə olan İddiaçı məhkum edilməsi haqqında Saatlı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(055)-46/2016 nömrəli hökmündən görünür ki, həmin iş üzrə məhkəmə istintaqı zamanı zərər çəkmiş hüquqi şəxs "xxxx" Şirkətinin nümayəndəsi (direktor müavini) X7 verdiyi ifadəsində təqsirləndirilən şəxs İddiaçı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Üç ulduz statusunda olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023 tarixli 2(102)-3351/2023 saylı qərarında formalaşan hüquqi mövqeyə görə, cinayət prosesində zərərçəkən şəxsin təqsirləndirilən şəxslə barışması və ona qarşı hər hansı şikayət və tələbinin olmaması barədə məhkəməyə təqdim etdiyi və qanuni qüvvəyə minmiş hökmdə cəza təyin edilərkən nəzərə alınan ərizəsi, bu şəxslər arasında həmin vaxta qədər mövcud olmuş tələblərin qarşılıqlı güzəştlər əsasında həll olunması kimi qiymətləndirilməlidir. Bu halda, zərərçəkmiş həmin vaxtdan sonra yaranmış zərərlə bağlı tələb irəli sürmək hüququna malikdir. Hazırki iş üzrə iddiaçının barışıq sazişinə görə ödəməyi öhdəsində götürdüyü 525000 manat maddi zərər, sonradan yaranan zərər deyil, məhz yanğın hadisəsi nəticəsində "xxxx" Şirkətinə yetirilmiş zərərdir və qanuni qüvvəyə minmiş hökmə əsasən şirkətin direktor müavini X7 məhkəmədə verdiyi ifadəsində təqsirləndirilən şəxs İddiaçı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Bunlardan savayı ərizəçi "xxxx" Şirkətinin barışıq sazişinin təsdiq edilməsi tələbinə dair iş üzrə Saatlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(055)-1190/2023 nömrəli qətnaməsindən görünür ki, həmin iş üzrə keçirimiş məhkəmə iclasında ərizəçinin nümayəndəsi Vəkil barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəni İddiaçı sığorta təşkilatı ilə eyni mövqedən çıxış etdiyinə görə verdiklərini etiraf etmişdir. Ərizəçi "xxxx" Şirkətinin nümayəndəsi Vəkil həmin iş üzrə verdiyi izahatında bildirmişdir ki, "xxxx" ASC "xxxx" Şirkətinə məxsus ticarət mərkəzində yanmış mağaza sahiblərinə sığorta ödənişi etdikdən sonra mediasıya təşkilatına müraciət edərək cavabdeh şəxsdən, İddiaçı sığorta ödənişini tələb etmişdir. Lakin sığorta təşkilatı tərəfindən "xxxx" şirkəti də cavabdeh şəxs kimi işə cəlb edilmişdir. "xxxx" şirkəti bununla razılaşmamış və mediasiya prosesində razılaşma əldə olunmamışdır. Daha sonra kommersiya məhkəməsinə müraciət olunmuşdur və hazırda "xxxx" şirkəti də həmin işdə cavabdehdir. Hətta sığorta təşkilatı "xxxx" şirkətinin direktorunu, montyor işləyən şəxsi və daha bir neçə nəfər şəxsi də cavabdeh kimi işə cəlb etmək üçün vəsatət qaldırmış, lakin vəsatət təmin edilməmişdir. Hazırda həmin iş üzrə yekun qərar çıxarılmamışdır. Bundan sonra "xxxx" şirkəti İddiaçı da sığorta təşkilatı kimi hərəkət etdiyini, sığorta ödənişinin "xxxx" şirkəti tərəfindən ödənilməsini tələb etdiyini görərək ondan dəymiş ziyanı tələb etmişlər və bunun üçün mediasiya təşkilatına müraciət etmişlər. Bundan sonra şirkətlə İddiaçı arasında 10 mart 2023-cü il tarixdə barışıq sazişi bağlanmışdır.” Yuxarıda sadalanan işin faktiki halları, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş hallar İddiaçı baş vermiş yanğın hadisəsi nəticəsində vurulmuş ziyanı tamamilə öz üzərinə götürməsi barədə "xxxx" Şirkəti ilə bağladığı barışıq sazişinin formal xarakter daşıması barədə iddiasının əsaslı olduğunu şərtləndirir. Kollegiya işin faktiki hallarını yuxarıda sadalanan maddi hüquq normaları, vahid məhkəmə təcrübəsini formalaşdıran Konstitusiya Məhkəməsi Plenumunun Qərarları, Ali Məhkəmənin qarışıq tərkibinin qərardadları, üç ulduz statusunda olan qərarı baxımından tətbiq edərək hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən barışıq sazişinin bağlanması üçün əsas olmuş münasibətləri yaradan halların tərəflərin həqiqi iradələrinə uyğun olmaması, sazişin qanunla müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanması və nəticədə formal və uydurma xarakter daşıdığına görə özlüyündə əhəmiyyətsiz əqd olması nəticəsinə haqlı olaraq gəlmişdir. Kollegiya apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən mübahisə üzrə Mülki Məcəlləsinin 354.1-ci maddəsində nəzərdə tutulmuş bir illik kəsici müddətin tətbiq edilməməsinə dair dəlilini də, əsaslı hesab etmir. Belə ki, kəsici müddətlərlə bağlı qanunverciliyin tətbiqi təcrübəsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 iyun 2024-cü il tarixli icmal məktubunda aşağıdakılar qeyd olunur. Əqdin keçərsiz olmasına təsir edən səbəblər müxtəlif mahiyyət və xüsusiyyətə malik olduğu üçün etibarsızlığın aşağıdakı növləri fərqləndirilir; əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız saylan əqdlər. Əhəmiyyətsiz əqdlər - forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər-hansı əlavə qayda və ya şərtdən (müddətin keçməsindən, mübahisələndirmədən, məhkəmə qərarından) asılı olmayaraq bağlandığı andan özüözlüyündə etibarsızdır (Mülki Məcəllə, maddə 337.3). "Belə əqdlərin etibarsızlığı (əhəmiyyətsizliyi) bir qayda olaraq qanunda birbaşa nəzərdə tutulur (Mülki Məcəllə, maddə 329.1, 340.1, 340.2 və s.). Mübahisə edilən əqdlərdə isə əqdin tərəfinin iradəsi zədələnmiş olur. İradənin zədələnməsinə səbəb olan əsaslar Mülki Məcəllənin 339.1-339.4-cü və 347-ci maddələrində nəzərdə tutulmuşdur (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s). Bəzi əqdlər vardır ki, onlar bağlanarkən müvafiq razılığın alınmamasına görə etibarsız sayılır, lakin əhəmiyyətsiz əqdlərdən fərqli olaraq sonradan səlahiyyətli şəxsi bəyənməsi nəticəsində əqd etibarlı hala gətirilmiş olur (Mülki Məcəllə, maddə 344, 345, 29.1,30.1). Yuxarıda qeyd edilən etibarsızlıq halları iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrə görə meydana gəlir. Bu hallarda etibarsızlıq nəticəsini məhkəmənin aktı yaratmır. Mübahisə halında məhkəmə həmin halların baş veribvermədiyini təsbit edərək, nəticəsinə görə iddianı həll edir. Bununla belə, bəzi əqdlər yalnız məhkəmənin qərarə ilə etibarsız sayıla bilər. Başqa sözlə, əqdin etibarsızlığına dair hüquqi nəticəni məhkəmənin qanuni qüvvəyə minmiş aktı əmələ gətirir (Mülki Məcəllə, maddə 416, 1078-27.1.3, 1225.3). Belə əqdlər qanunvericiliyə zidd olmalarına baxmayaraq, məhkəmə tərəfindən etibarsız sayılanadək hüquq və öhdəliklər yaradan etibarlı əqd kimi qəbul olunur. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 354-cü maddəsindəki müddətlər yuxarıda sadalanan növlərdən hər hansı biri üzrə əqdin etibarsız hesab edilməsinə (bu faktın təsbit olunmasına) dair iddia qaldırmaq üçün nəzərdə tutulan müddətlər deyil. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən 1 il ərzində irəli sürülə bilər. Nəticələrin tətbiqi dedikdə, etibarsız əqd üzrə tərəflərin aldıqlarının hamısını eynilə qaytarması, bu mümkün olmadıqda isə dəyərini pulla ödəməsi başa düşülür (Mülki Məcəllə, maddə 337.5). Etibarsız əqd arzu olunan hüquqi nəticəni yaratmadığına, habelə həmin əqd üzrə alınan maddi nemətlərdən bəziləri (məsələn, özlərinə xas fərdi-müəyyən əlamətlərinə görə fərqlənən əvəzedilməz əşyalar, avtomobil, torpaq sahəsi, mənzil və s) əldə edənin əmlakına qarışmadığına görə onun mülkiyyətinə keçmiş sayılmır. Bu səbəbdən əmlakı verən tərəfin mülkiyyət hüququq aradan qalxmır və əldə edən tərəf varlanmış olmur. Belə olan halda həqiqi hüquqi vəziyyətə görə mülkiyyətçi olan şəxs mülkiyyət hüququna dayanaraq etibarsız əqd əsasında verilən daşınar əşyanın sahibliyinə qaytarılması (Mülki Məcəllə, maddə 157.2), yaxud daşınmaz əşyaya dair dövlət reyestrində düzəlişin aparılması (Mülki Məcəllə, maddə 141) barədə, iddia qaldırdıqda, belə tələblərə Mülki Məcəllənin 354.1-ci maddəslndəkl müddətin tətbiq edilməsi yolveriləzdir. Çünki, mülkiyyətçinin hüquqlarına münasibətdə (əşya hüquqlarının) pozuntuların aradan qaldırılması haqqında tələblərə iddia müddəti tətbiq edilmir (Mülki Məcəllə, 384.0.4). Bəzi maddi nemətlər isə (dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əvəzedilən əşyalar: pul, taxıl, düyü və s.) əldə edənin əmlak aktivinə qarışdığı andan onu verən tərəfin mülkiyyət hüququ aradan qalxır. Bu səbəbdən əşyanı əldə edən şəxs mülkiyyəti qazanmaqla varlanmış olur. Lakin bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmadığına, yəni əşyanın əldə edilməsinə əsas olan əqd etibarsız sayıldığına görə əsassız varlanma əmələ gəlir (Mülki Məcəllə, maddə 1091). Əsassız varlanmaya söykənən iddia isə qanundan irəli gələn, tələb hüququ olduğu üçün ona iddia müddəti tətbiq edilir. Odur ki, Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulan bir illik müddət məhz ikinci halda, yəni etibarsız əqd üzrə icra edilmişlərin əsassız varlanma əmələ gətirdiyi təqdirdə ondan məhrum olan tərəfin irəli sürdüyü iddiaya tətbiq olunan iddia müddətidir. Bununla yanaşı məhkəmələrə izah edilir ki, Mülki Məcəllənin 1095-ci maddəsində əsassız varanma obyektini qaytarmaq üçün iki illik iddia müddəti nəzərdə tutulsa da, əqdin əhəmiyyətsiz olmasından irəli gələn əsassız varlanma tələblərinə xüsusi norma kimi həmin Məcəllənin 354.1-ci maddəsindəki bir illik iddia müddəti tətbiq edilir. Müddətin əvvəli isə müqavilənin bağlandığı tarixdən deyil, əqdin icrasına başlanıldığı gündən hesablanır. İcmal məktubundan göründüyü kimi, Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulan müddət kisici müddət deyil, iddia müddətidir ki, həmin müddətin axımı də axımı müqavilənin bağlandığı tarixdən deyil, əqdin icrasına başlanıldığı gündən hesablanır. Belə olan halda isə iddianın qanunla müəyyən olunan müddət ötürülməklə verilməsindən söhbət gedə bilməz. Beləliklə məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh "xxxx" Şirkətinin apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli e-2-2(121)-1479/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qasım Əliyev Hakimlər: İlham Əsədov Mahir Əsədli
Məhkəmə qərarları › İş №2-2(106)-23/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-23/2025
12.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver