Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-24/2025 25.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X3 ibarət məhkəmə tərkibində, Hüseynova Gülnarə Süleyman qızının katibliyi ilə, Azərbaycan Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi Vəkil, İddiaçı Azərbaycan Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasının pozulmasının qarşısının alınması tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 16 aprel 2024-cü il tarixli 2-2(121)-680/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Astara magistral Qaz kəmərləri sahəsinin istismarında olan 1020/1220 mm diametrli "xxxx" yüksək təzyiqli magistral qaz kəmərinin orta oxundan 18 metr məsafədə yerləşən Lənkəran rayonu Separadi kəndi ərazisində Cavabdeh tərəfindən inşa edilmiş ferma tikilisinin bir hissəsi və "xxxx" yüksək təzyiqli magistral qaz kəmərinin orta oxundan 19 metr məsafədə yerləşən Lənkəran rayonu Separadi kəndi ərazisində Cavabdeh tərəfindən inşa edilmiş yaşayış evi cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülməklə mühafizə zonasının əvvəlki vəziyyətinə gətirilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya qaytarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Lənkəran rayonunun Separadi kənd sakini Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və Təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərini pozaraq Astara magistral qaz kəmərlərinin balans və istismarında olan magistral qaz kəmərinin 57-ci km-liyində (Lənkəran rayonunun Separadi kəndi ərazisində) kəmərin mühafizə zonasında, kəmərdən 6 metr aralıda (uzunluğu 8,6 metr, eni 7,6 metr, hündürlüyü 0,7 metr) və 16 metr aralıda (uzunluğu 50 metr, eni 12 metr, hündürlüyü 2,9 metr) qanunsuz tikililər inşa etməklə magistral qaz kəmərinin mühafizə zonasını pozmuşdur. Magistral qaz kəmərlərinin mühafizə zonalarında inşa edilmiş tikililərlə əlaqədar Lənkəran Rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinə və Lənkəran rayon polis şöbəsinə məlumat verilmiş, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Bundan əlavə, cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdeh tərəfindən buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa etdiyi qanunsuz tikili, eyni zamanda fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Bu səbəbdən də, həmin tikili sökülməlidir. Bundan başqa, Nazirlər Kabinetinin 103 saylı qərarının 2.23-cü bəndinin tələblərinə əsasən magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərini istismar edən orqanla razılaşdırılmalıdır. Belə bir razılaşma isə mövcud deyildir. Cavabdehin mühafizə zonasında inşa etdiyi tikili həm özünün, həm də ətrafdakılar üçün ona məlum olan səbəblərdən (özünün kobud ehtiyyatsızlığı nəticəsində) yüksək təhlükə mənbəyi hesab olunmaqla, həm özü tərəfindən, həm də digərləri tərəfindən ala bilinən zərərlərə görə məsuliyyət Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 1108 və 1116-cı maddələrinə əsasən təqsirli şəxs kimi özünün üzərinə düşür. Sonradan “iddiaçı tələbin həcminin artırılması barədə” ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi Astara magistral Qaz kəmərləri sahəsinin istismarında olan 1020/1220 mm diametrli "xxxx" yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən Lənkəran rayonu Separadi kəndi ərazisində magistral qaz kəmərindən 6 metr aralıda (uzunluğu 8.6 metr, eni 7.6 metr, hündürlüyü 0.7 metr) məsafədə inşa olunmuş qanunsuz tikililərin cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülməsi, mühafizə zonasının əvvəlki vəziyyətinə gətirilməsi, ödənilmiş dövlət rüsumunun və Azərbaycan Respublikasının İqtiadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 95 manat pulun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 2(049)-87/2023 saylı qərardadına əsasən işin aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Kommersiya Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 2-2(121)-2767/2023 saylı qərardadına əsasən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 2-2(106)-43/2024 saylı qərardadına əsasən iddiaçının şikayəti qismən təmin edilmiş, qərardadın ləğv edilməsi və iddia ərizəsinin icraata götürülməsi məsələsinə yenidən baxılması üçün kommersiya işinin Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)-680/2024 saylı qətnaməsi ilə (hakim Elşən Abdullayev) iddianın təmin edilməsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi Astara magistral Qaz kəmərləri sahəsinin istismarında olan 1020/1220 mm diametrli "xxxx" yüksək təzyiqli magistral qaz kəmərinin orta oxundan 18 metr məsafədə yerləşən Lənkəran rayonu Separadi kəndi ərazisində Cavabdeh tərəfindən inşa edilmiş ferma tikilisinin bir hissəsi və "xxxx" yüksək təzyiqli magistral qaz kəmərinin orta oxundan 19 metr məsafədə yerləşən Lənkəran rayonu Separadi kəndi ərazisində Cavabdeh tərəfindən inşa edilmiş yaşayış evinin cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülməklə mühafizə zonasının əvvəlki vəziyyətinə gətirilməsi, dövlət rüsumunun əvəzi olaraq 20,40 manat və mütəxəssis rəyinin təqdim edilməsi üçün ödənilmiş 95 manat olmaqla, ümumilikdə 115,40 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İŞİNHALLARİ: Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 X6 Agentliyinin SOCAR-ın “Qaz İxrac” İdarəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, araşdırma zamanı tikinti işlərin Cavabdeh tərəfindən xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində aparıldığı məlum olmuşdur. Cavabdeh kənd təsərrüfatı təyinatlı torpaq sahəsində aparılan tikinti işlərinə görə İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunmuş və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək cərimə edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-43/2- 2390/2023 nömrəli mütəxəssis rəyindən görünür ki, araşdırma zamanı Lənkəran rayonu Separadi kəndində yerləşən Cavabdeh tərəfindən inşa edilmiş tikililərdən birinin (ferma tikilisinin) "xxxx" yüksək təzyiqli magistral qaz kəmərinin orta oxundan 18 m məsafədə, digər tikilinin (yaşayış evinin) isə “Astara-Qazıməımməd” yüksək təzyiqli magistral qaz kəmərinin orta oxundan 19 metr məsafədə yerləşməsi müəyyən olunmuşdur ("xxxx" yüksək təzyiqli magistral yeraltı qaz kəmərinin orta oxu Dövlət Neft Şirkəti “Qaz İxrac İdarəsi”nin nümayəndəsi tərəfindən xüsusi cihaz vasitəsilə müəyyən edilmişdir). Mövcud baza məlumatlarına əsasən araşdırma zamanı Cavabdeh tərəfindən Lənkəran rayonu Separadi kəndində inşa edilən tikililərin onun xüsusi mülkiyyətində olan torpaq sahəsində olması və sözügedən ferma tikilisinin bir hissəsinin və yaşayış evinin isə bütövlüklə Astara Qazıməmməd yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yerləşməsi müəyyən olunmuşdur. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16- 16/2-10/6844 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3- 21-3-43/2-2390/2023 nömrəli mütəxəssis rəyinə əsasən Lənkəran rayonu, Separadi kəndində yerləşən Cavabdeh tərəfindən inşa edilmiş tikililərdən birinin (ferma tikilisinin) "xxxx" yüksək təzyiqli magistral qaz kəmərinin orta oxundan 18 m məsafədə, digər tikilinin (yaşayış evinin) isə “Astara-Qazıməımməd” yüksək təzyiqli magistral qaz kəmərinin orta oxundan 19 metr məsafədə yerləşməsi müəyyən olunmuşdur. ("xxxx" yüksək təzyiqli magistral yeraltı qaz kəmərinin orta oxu Dövlət Neft Şirkəti “Qaz İxrac İdarəsi”nin nümayəndəsi tərəfindən xüsusi cihaz vasitəsilə müəyyən edilmişdir). Cavabdeh tərəfindən Lənkəran rayonu, Separadi kəndində inşa edilən tikililərin onun xüsusi mülkiyyətində olan torpaq sahəsində olması və sözügedən ferma tikilisinin bir hissəsinin və yaşayış evinin isə bütövlüklə "xxxx" yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yerləşməsi müəyyən olunmuş və ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğ təşkil etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2017-ci il tarixli ********** nömrəli RX seriyalı ******* saylı çıxarışından görünür ki, Lənkəran rayonu Separadi kəndində yerləşən 0.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2018-ci il tarixli ********** nömrəli RX seriyalı ******* saylı çıxarışından görünür ki, Lənkəran rayonu Separadi kəndində yerləşən 0.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2017-ci il tarixli ********** nömrəli RX seriyalı ******* saylı çıxarışından görünür ki, Lənkəran rayonu Separadi kəndində yerləşən 0.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2018-ci il tarixli ********** nömrəli RX seriyalı ******* saylı çıxarışından görünür ki, Lənkəran rayonu Separadi kəndində yerləşən 0.1387 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən mütəxəssis rəyinin verilməsi üçün 95 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 20,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktublarından görünür ki, iddiaçı tərəfindən magistral qaz kəmərinin mühafizə zonasından inşa edilmiş tikililərin sökülərək magistral qaz kəmərinin mühafizə zonasından uzaqlaşdırması və kəmərin mühafizə zonasını əvvəlki vəziyyətinə gətirməsin təmin edilməsi, əks təqdirdə müvafiq qanunvericiliyə uyğun olaraq, hüquq mühafizə orqanlarına müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixli ********** nömrəli RX seriyalı ******* saylı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Lənkəran rayonu Separadi kəndində yerləşən 0.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. xx.xx.2018-ci il tarixli ********** nömrəli RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Lənkəran rayonu Separadi kəndində yerləşən 0.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. xx.xx.2017-ci il tarixli ********** nömrəli RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Lənkəran rayonu Separadi kəndində yerləşən 0.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. xx.xx.2018-ci il tarixli ********** nömrəli RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Lənkəran rayonu Separadi kəndində yerləşən 0.1387 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. Belə olan halda aydındır ki, cavabdeh əmlak üzərində qanuni münlkiyyət hüququna yiyələnmiş, əmlaklar barədə sərəncam vermə hüququndan istifadə edərək ondan istifadə etmişdir. Bu zaman həm torpaq sahəsindən, həm də onun tərkib hissəsi hesab olunan yaşayış və qeyri-yaşayış və ferma tikilisi üzərində mövcud olan hüququndan istifadə etmişdir. Habelə ona müvafiq çıxarışları əldə edərkən bu barədə məlumat verilməmişdir. Cavabdeh mülkiyyət hüququna yiyələndiyi əmlak barədə mülahizələr aparmış, bu barədə məlumatlı olmamışdır. Cavabdehin mülkiyyətində olan daşınmaz əmlaklar həmin Fərmanın təsir dairəsində deyidir. Belə ki, Fərman “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş daşınmaz əmlaklara şamil olunur. Halbuki, iş üzrə materiallardan aydın olur ki, hal-hazırda mülkiyyətində olan Lənkəran rayonu Separadi kəndində yerləşən 0.38 ha, 0.12, 0.63 ha, 0.1387 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzrə mülkiyyət hüquqları sözügedən qanun qüvvəyə mindikdən sonra cavabdehə keçmişdir. Beləliklə, Fərmanın tələbləri adıçəkilən qanun qüvvəyə minənədək əldə edilmiş daşınmaz əmlaklar üçün qüvvədədir və hüquqi əhəmiyyət daşıyır. Cavabdehin nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirmişdir ki, qarşı tərəfə barışıq üçün müraciət ediblər. Lakin qarşı tərəf həmin şərtlərlə razı olmamışdır. Əgər həmin qaz xətti sürüşdürülərək cavabdehin torpaq sahəsindən kənərlaşdırılarsa, həmin sürüşdürülmə üçün lazım olan bütün xərci onlar ödəməyə hazırdırlar. O, apellyasiya şikayətini müdafiə etmiş və şikayətinin təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında bildirmişdir ki, Lənkəran rayonunun Separadi kənd sakini Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və Təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərini pozaraq Qaz İxrac İdarəsinin Astara magistral qaz kəmərlərinin balans və istismarında olan magistral qaz kəmərinin 57ci km-liyində (Lənkəran rayonunun Separadi ondi ərazisində) kəmərin mühafizə zonasında, kəmərdən 6 metr aralıda (uzunluğu 8,6 metr, eni 7,6 metr, hündürlüyü 0,7 metr) və 16 metr aralıda (uzunluğu 50 metr, eni 12 metr, hündürlüyü 2,9 metr) qanunsuz tikililər inşa etməklə magistral qaz kəmərinin mühafizə zonasını pozmuşdur. Magistral qaz kəmərlərinin mühafizə zonalarında inşa edilmiş tikililərlə əlaqədar Lənkəran Rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinə və Lənkəran rayon polis şöbəsinə məlumat verilmiş, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Bundan əlavə, cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Həmin xəbərdalıqlar da iş materiallarına əlavə edilmişdir. Sözügedən qaz xətti 1960-1979-cu illərdə çəkilmişdir. Cavabdeh tərəf dəfələrlə barışıq üçün “Qaz İxrac” İdarəsinə müraciət edib, lakin İdarə razı olmamış və mübahisənin məhkəmə qaydasında həllini tapmasını istəyir. Sözügedən iş üzrə birinci instansiya məhkəməsində ekspertiza təyin olunmuşdur. Məhkəmə çəkişməsi başlamamışdan əvvəl xəbərdarlıq olunan vaxt həmin tikili üç-dörd mişar daşı hörülmüş vəziyyətdə idi. Sözügedən mübahisə üzrə 2020-ci ilin yanvar ayından məhkəmə çəkişmələri gedir. Cavabdehə xəbərdarlıq olunmasına baxmayaraq, tikinti işləri davam etmiş hazırda da, həmin tiklinin tikinti işləri başa çatmış və ferma kimi istifadə olunur. Həttda həmin ərazidə gözətçi üçün ev də tikilmişdir. Həmin qaz kəmərinin sürüşdürülməsindən söhbət belə gedə bilməz. Əgər həmin xətt sürüşdürülərsə, ora yaxın yaşayış sahəsinə evlərinə təhlükə yarada bilər. Sözügedən qaz kəməri on iki rayonu qazla təmin edir, eyni zamanda İran İR vasitəsi ilə Naxçıvan MR-ə qaz ixrac olunur. Həmin qaz kəməri Türkmənistan və Azərbaycan İran üzərindən iki ölkə arasında qaz mübadiləsini nəql edir. Məhkəmə tərkibi tərflərin izahatlarını dinləyib apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə tərkibi cavabdehin apellyasiya şikayətinin dəlilləri həddində dispozitivlik prinsipinin tələbləri nəzərə alınmaqla qətnamənin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının mübahisələndirdiyi tikililər (ferma və yaşayış evi) cavabdehin mülkiyyətində olan torpaq sahəsində inşa edilmişdir. İddiaçı tərəfindən magistral qaz kəmərinin mühafizə zonasından inşa edilmiş tikililərin sökülərək magistral qaz kəmərinin mühafizə zonasından uzaqlaşdırması və kəmərin mühafizə zonasını əvvəlki vəziyyətinə gətirməsinin təmin edilməsi, əks təqdirdə müvafiq qanunvericiliyə uyğun olaraq, hüquq mühafizə orqanlarına müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Bundan sonra magistral qaz kəmərlərinin mühafizə zonalarında inşa edilmiş tikililərlə əlaqədar Lənkəran rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinə və Lənkəran rayon polis şöbəsinə məlumat verilmiş, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Lakin cavabdeh qeyd edilən məsələ ilə bağlı heç bir addım atmamışdır. Bundan sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Araşdırma zamanı məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmiş, mütəxəssis və ekspert rəyləri ilə Lənkəran rayonu Separadi kəndində yerləşən Cavabdeh tərəfindən inşa edilmiş tikililərdən birinin (ferma tikilisinin) "xxxx" yüksək təzyiqli magistral qaz kəmərinin orta oxundan 18 m məsafədə, digər tikilinin (yaşayış evinin) isə "xxxx" yüksək təzyiqli magistral qaz kəmərinin orta oxundan 19 metr məsafədə yerləşməsi və Cavabdeh tərəfindən Lənkəran rayonu, Separadi kəndində inşa edilən tikililərin onun xüsusi mülkiyyətində olan torpaq sahəsində olması və sözügedən ferma tikilisinin bir hissəsinin və yaşayış evinin isə bütövlüklə Astara- Qazıməmməd yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yerləşməsi müəyyən olunmuşdur. Eyni zamanda mübahisələndirilən tikililərin cavabdehin mülkiyyətində olan torpaq sahələrində olması işin mübahisəsiz halı olsa da, torpaq sahəsinin mülkiyyətdə olması özlüyündə onun üzərində lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarına və qaydalarına riayət edilmədən hər hansı tikili inşa etməyə hüquq vermir. Hazırki halda tikililər qaz boru kəmərinin təhlükəsizlik və mühafizə zonasında yerləşdiyindən, tikintinin aparılmasına əsas ola biləcək zəruri razılıqlar alınmadığından aşağıda qeyd olunan normativ hüquqi aktlara əsasən özbaşına tikili hesab olunmalı və ona MM-in 180-ci maddəsinin tələbləri tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. MM-in 180-ci maddəsinin tələblərinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 2ci hissəsinə əsasən qaz kəmərinin mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 metr keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Həmin Qaydaların 2.23-cü bəndinə görə magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Qaydaların 2.24-cü bəndinə əsasən kəmərləri istismar edən hüquqi şəxslərə, Dövlət Neft Şirkətinə, onun yerli orqanlarına və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, öz səlahiyyətləri çərçivəsində, bu Qaydaları pozanlar tərəfindən kəmərlərin mühafizə zonalarında və kəmərlərin (onun obyektlərinin) oxundan şəhərlərə və digər yaşayış məntəqələrinə qədər, minimal məsafəyə bərabər olan sahədə Azərbaycan Respublikası Dövləttikintikomun təsdiq etdiyi magistral kəmərlərin layihələndirilməsi qaydaları və normaları ilə müəyyən edilmiş məsafələr daxilində aparılan işləri dayandırmağa səlahiyyət verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 2015-ci il tarixli Fərmanının 2-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Beləliklə, iddiaçının apellyasiya şikayətində göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Nəzərə alınmalıdır ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Həmçinin MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Məhkəmə tərkibi diqqətə çatdırır ki, hazırkı iş üzrə tələbin təmin edilməyən hissəsinə baxılaraq müvafiq dəyərləndirmənin aparılması və həmin hissədə hər hansı qərar qəbul edilməsi yolverilməzdir. Qeyd edilməlidir ki, belə bir yanaşma MPM-in 372-ci maddəsinin tələbləri və Dispozitivlik prinsipinin şərtlərinə ziddir. Beləliklə, məhkəmə tərkibi iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, şikayətin təmin edilməsi və qətnamənin ləğv edilməsi üçün konkret əsaslar müəyyən edilmir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 386, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə tərkibi QƏTETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 16 aprel 2024-cü il tarixli 2-2(121)-680/2024 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-24/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-24/2025
25.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver