Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-240/2025 13.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-nə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya işi üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: kredit müqaviləsindən əmələ gələn öhədliklər. Şirvan şəhəri, 13 noyabr 2025-ci il X2 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-nə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 31 iyul 2025-ci il tarixli, e-2- 2(121)-125/2025 saylı qətnaməsindən (hakim Z.Abbasov) cavabdeh HTM Holdinq MMCnin nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-nə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və HTM Holdinq MMCdən cəmi 602.759,01 manat borc olmaqla – bundan 269.326,67 manat əsas, 292.509,65 manat faiz borcu və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirmiş vaxt üçün 40922,69 manat faiz borcunun, iş üzrə ödənilmiş 893 manat məbləğində dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 04 oktyabr 2019-cu il tarixli 002/2019 saylı Kredit müqaviləsinə əsasən borcalana 04 aprel 2020-ci il tarixinədək illik 18 (on səkkiz) faiz dərəcəsi ilə 250.627 (iki üz əlli min altı yüz iyirmi yeddi) AZN məbləğində bərpa olunan kredit xətti açılmışdır. xx.xx.2020-ci il tarixli Əlavəyə əsasən qalıq borcun istifadə müddəti xx.xx.2020-ci il tarixinə artırılmışdır. xx.xx.2020-ci il tarixli Əlavəyə əsasən qalıq borcun istifadə müddəti xx.xx.2021-ci il tarixinə artırılmışdır. Cavabdeh "xxxx" MMC-nin 002/2019 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə Bank arasında 04 oktyabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə tam məsuliyyət daşıyır. Kredit xətti müqaviləsinin 6.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən borcverən müəyyən edilən hallarda borcalandan kreditin dərhal qaytarılmasını, eləcədə çatacaq faizlərin ödənilməsini tələb etmək barədə Bankın hüququ vardır. Kredit xətti müqaviləsinin 8.1.5-ci bəndinə əsasən borcalan qanunvericiliyə uyğun olaraq kredit xəttinin məqsədi üzrə istifadə edilməsi və kreditin vaxtında qaytarılması üçün məsuliyyət daşıyır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********249 saylı xx.xx.2024-cü il tarixli bildiriş göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmişlər və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixinə "xxxx" MMC-nin kredit üzrə cəmi borcu 602.759,01 (altı yüz iki min yeddi yüz əlli doqquz manat sıfır bir qəpik) manat təşkil edir. Bundan 269.326,67 (iki yüz altmış doqquz min üç yüz iyirmi altı manat altmış yeddi qəpik) manat əsas, 292.509,65 (iki yüz doxsan iki min beş yüz doqquz manat altmış beş qəpik) manat faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 40.922,69 (qırx min doqquz yüz iyirmi iki manat altmış doqquz qəpik) manat borc təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə aktının elanı üçün təyin edilmiş iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər iclasda iştirak etməmişlər. Şirvan Kommersiya Məhkəməsinin 31 iyul 2025-ci il tarixli, e-2-2(121)-125/2025 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh "xxxx" MMC-dən 04 oktyabr 2019-cu il tarixli 002/2019 nömrəli kredit müqaviləsi üzrə 250627 manat məbləğində əsas borc, 48569,60 manat məbləğində faiz borcu, 38081,38 manat məbləğində kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış gecikdirmə faizi, ödənilmiş 893 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 338170,98 manat pul tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, İddia qalan hissədə və Cavabdeh1 münasibətdə rədd edilməsi və Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" MMC-dən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh "xxxx" Holdinq MMC-nin nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin faiz borcu və kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış gecikdirmə faizi hissəsində ləğv edilməsi, bu iddia tələbinin bu hissədə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsi işə baxarkən yalnız iddiaçı tərəfin mənafeyini nəzərə almış, cavabdeh "xxxx" MMC-nin mənafeyini nəzərə almamışdır. Belə ki, məhkəmə öz qətnaməsini əsaslandırarkən Mülki Məcəllənin qüvvədə olan normalarını sadəcə sadalamaqla kifayətlənmişdir. Lakin bununla bağlı gəldiyi nəticəni əsaslandırmamışdır. Belə ki, iş üzrə tərəflərindən ödənilən qəbzlər məhkəməyə təqdim edilmiş, lakin Şirvan Kommersiya Məhkəməsi həmin qəbzlərə diqqət yetirməmişdir. Halbuki, həmin ödəniş qəbzlərinə diqqət yetirilsəydi, faiz borcunu və kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış gecikdirmə faizini həmin məbləğdə təsdiq edə bilməzdi. Apellyasiya məhkəməsi baxışı zamanı yuxarıda göstərdiklərini təsdiq edən əlavə vəsatətləri də olacaq. Məlumat üçün bildirim ki, iddiaçı öz iddiasını təsdiq edən sübutları məhkəməyə təqdim edərkən nəyə əsasən faizləri hesabladığını dəqiq göstərə bilməmişdir. Nəzərə alsaq ki, ekspertin rəyinin məhkəmə üçün əvvəlcədən hüquqi qüvvəsi olmadığıdan məhkəmə təkcə ekspert rəyinə istinad edərək məhkəmə araşdırmasını tamamlaya bilməzdi. Şirvan Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamış, verilmiş vəsatətlər təmin edilməmiş, qüvvədə olan prosessual normalar düzgün tətbiq edilməmişdir. Bu hissədə Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinin tələbini pozan məhkəmə iddiaçının hüququnu qoruyaraq ədalətsiz qətnamə qəbul etmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı iddiaçı "xxxx" ASC yazılı etiraz təqdim edərək göstərmişdir ki, cavabdeh "xxxx" MMC qətnamədən apellyasiya şikayəti vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “Şirvan Kommersiya Məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilərkən faiz borcu, müqavilə bitdikdən sonrakı tarixə hesablanmış gecikmə borcu hissəsində yanlışlığa yol verilmişdir. Belə ki, iş üzrə tərəflərindən ödənilən qəbzlər məhkəməyə təqdim edilmiş, lakin Şirvan Kommersiya Məhkəməsi həmin qəbzlərə diqqət yetirməmişdir. Halbuki, həmin ödəniş qəbzlərinə diqqət yetirilsəydi, faiz borcunu və kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış gecikdirmə faizini həmin məbləğdə təsdiq edə bilməzdi. Məlumat üçün bildirmişlər ki, iddiaçı öz iddiasını təsdiq edən sübutları məhkəməyə təqdim edərkən nəyə əsasən faizləri hesabladığını dəqiq göstərə bilməmişdir. Ekspertin rəyinin məhkəmə üçün əvvəlcədən hüquqi qüvvəsi olmadığından məhkəmə təkcə ekspert rəyinə istinad edərək məhkəmə araşdırmasını tamamlaya bilməzdi. Göründüyü kimi, məhkəmə iş üzrə qətnamə qebul edərkən yalnız iddiaçı tərəfin mənafeyini əsas tutmaqla iş üzrə sübutları düzgün tədqiq etməmişdir. Bu səbəbdən düzgün nəticəyə gələ bilməmişdir. Hesab edirlər ki, qətnamə faiz borcu, gecikdirmə faizi hissəsində ləğv edilməlidir.” Hesab etmişlər ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, qətnamənin ləğv edilməsi üçün yetərli deyil, bu səbəbdən də apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə mühasibatlıq ekspertizasının nəticəsinə dair xx.xx.2025-ci il tarixli, 9/567 nömrəli rəydən görünür ki, "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, 002/2019 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə olan borcu, əsas borc üzrə 250627 manat, faiz borcu 58569,60 manat, xx.xx.2024-cü il tarixə olan borcu, əsas borc üzrə 250627 manat, faiz borcu 48569,38 manat, illik 5% ilə hesablanmaqla faiz borcu 38081,38 manat təşkil edir. Belə ki, hazırki iş üzrə "xxxx" MMC-nin nümayəndəsi tərəfindən ekspert rəyi mübahisələndirilməmiş və bunun üçün hər hansı zərurət meydana gəlməmişdir. Belə bir zərurətin mövcudluğuna dair cavabdehdə fikir olduğu təqdirdə belə, cavabdeh birinci instansiya məhkəməsindəki icraat zamanı, daha dəqiq isə, işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində bu barədə vəsatətlə məhkəməyə müraciət etməli və yenidən mühasibatlıq ekspertizası keçirilməsini tələb etməli idi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir və işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən müəyyən olunur ki, apellyasiya şikayətinin sadalanan dəlilləri əsassızdır, bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən apellyator apellyasiya şikayətini müdafiə etmiş, onun dəlillərinə uyğun izahat vermiş və onun təmin edilməsini xahiş etmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmişdir. Lakin iddiaçı məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən kommersiya işi üzrə onların (üçüncü şəxslərin) iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh "xxxx" MMC-nin nümayəndəsi (vəkili) Vəkil birinci instansiya məhkəməsinin qətnaməsinin faiz borcu və kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış gecikdirmə faizi hissəsində ləğv edilməsi, bu iddia tələbinin bu hissədə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Buna görə də kollegiya Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında formalaşan hüquqi mövqe baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını cavabdeh HTM Holdinq MMC-ə münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə qismən yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 43-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəni dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 002/2019 nömrəli kredit xətti müqaviləsinə əsasən, "xxxx" MMC-nə illik 18% ödənilmək şərtilə 250627 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 002/2019 nömrəli kredit xətti müqaviləsinə xx.xx.2020-ci il tarixli Əlavəyə əsasən, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 002/2019 nömrəli kredit xətti müqaviləsi üzrə 247192,05 manat qalıq borcunun istifadə müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 002/2019 nömrəli kredit xətti müqaviləsinə xx.xx.2020-ci il tarixli Əlavəyə əsasən, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 002/2019 nömrəli kredit xətti müqaviləsi üzrə 247192,05 manat qalıq borcunun istifadə müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 002/2019 saylı zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu müqavilənin məzmunu “Zamin” Cavabdeh1, “Borc verən” İddiaçı ASC Neftçilər filialı ilə “Borc alan” "xxxx" MMC Bakı şəhərində bağlanmış xx.xx.2019-cu il tarixli, 002/2019 nömrəli kredit xətti müqaviləsinə əsasən 6 ay müddətinə, illik 18% hesablanmaqla verilmiş 250627 manat məbləğində olan vəsaitə görə daşıdığı məsuliyyət təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 002/2019 saylı zaminlik müqaviləsinə xx.xx.2020-ci il tarixli Əlavənin 1.1-ci bəndinə əsasən, bu müqavilənin məzmunu “Zamin” Cavabdeh1, “Borc verən” İddiaçı ASC Neftçilər filialı ilə “Borc alan” "xxxx" MMC Bakı şəhərində bağlanmış xx.xx.2019-cu il tarixli, 002/2019 nömrəli kredit xətti müqaviləsinə əsasən 6 ay müddətinə, illik 18% hesablanmaqla verilmiş 250627 manat məbləğinin xx.xx.2020-ci il tarixinə olan qalıq 247192,05 manat məbləğinə olan vəsaitə görə daşıdığı məsuliyyət təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 002/2019 saylı zaminlik müqaviləsinə xx.xx.2020-ci il tarixli Əlavənin 1.1-ci bəndinə əsasən, bu müqavilənin məzmunu “Zamin” Cavabdeh1, “Borc verən” İddiaçı ASC Neftçilər filialı ilə “Borc alan” "xxxx" MMC Bakı şəhərində bağlanmış xx.xx.2019-cu il tarixli, 002/2019 nömrəli kredit xətti müqaviləsinə əsasən 6 ay müddətinə, illik 18% hesablanmaqla verilmiş 250627 manat məbləğinin xx.xx.2020-ci il tarixinə olan qalıq 247192,05 manat məbləğinə olan vəsaitə görə daşıdığı məsuliyyət təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, 002/2019 nömrəli kredit müqaviləsinə üzrə borcu ümumilikdə 602759,01 manat təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 002/2019 nömrəli kredit müqaviləsinə əsasən yaranmış borcun 3 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlər "xxxx" MMC və Cavabdeh1 xəbərdarlıq edilmişdir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(121)-2651/2024 nömrəli qərardadı əsasında təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının nəticəsinə dair xx.xx.2025-ci il tarixli, 9/567 nömrəli rəydən görünür ki, "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, 002/2019 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə olan borcu, əsas borc üzrə 250627 manat, faiz borcu 58569,60 manat, xx.xx.2024-cü il tarixə olan borcu, əsas borc üzrə 250627 manat, faiz borcu 48569,38 manat, illik 5% ilə hesablanmaqla faiz borcu 38081,38 manat təşkil edir. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Göründüyü kimi iddia qismən təmin edilmiş, iddiaçı qətnamə ilə razılaşaraq apellyasiya şikayəti verməmişdir. Lakin qətnamədən cavabdeh "xxxx" MMC narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin əsas dəlili birinci instansiya məhkəməsinin qətnaməsinin faiz borcu və kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış gecikdirmə faizi hissəsində təmin edilməsinin əsaslandırılmaması ilə bağlıdır. Buna görə də qətnamənin faiz borcu və kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış gecikdirmə faizi hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissələrdə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, Məhkəmə işə baxarkən yalnız iddiaçı tərəfin mənafeyini nəzərə almış, cavabdeh "xxxx" MMC-nin mənafeyini nəzərə almamışdır. Belə ki, məhkəmə öz qətnaməsini əsaslandırarkən Mülki Məcəllənin qüvvədə olan normalarını sadəcə sadalamaqla kifayətlənmiş, lakin bununla bağlı gəldiyi nəticəni əsaslandırmamışdır. Belə ki, iş üzrə tərəflərindən ödənilən qəbzlər məhkəməyə təqdim edilmiş, lakin Şirvan Kommersiya Məhkəməsi həmin qəbzlərə diqqət yetirməmişdir. Halbuki, həmin ödəniş qəbzlərinə diqqət yetirilsəydi, faiz borcunu və kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış gecikdirmə faizini həmin məbləğdə təsdiq edə bilməzdi. Kollegiya apellyasiya şikayətinin qeyd edilən dəlilləri ilə bağlı aşağıdakıları diqqətə çatdırır. Belə ki, müəyyən edilir ki, İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında etibarlı şəkildə bağlanılmış müqavilələrin şərtlərinə görə İddiaçı ASC cavabdeh "xxxx" MMC-yə borc (kredit) verməyi, cavabdeh "xxxx" MMC isə aldığı borcu (krediti) faizi ilə birgə hissəhissə olmaqla iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh "xxxx" MMC həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə uyğun olaraq iddiaçının "xxxx" MMC-yə kredit verməsi və sonuncunun həmin krediti alması işin mübahisəsiz hallarını təşkil edir. Lakin işdə olan “Maliyyə arayışında”da və hesabdan çıxarışda əksini tapan məlumatlardan müəyyən olunur ki, "xxxx" MMC-nin əsas və faiz borcundan ibarət ödənilməmiş kredit borcu qalmışdır. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, hesabdan çıxarışı, maliyyə arayışını və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi cavabdeh "xxxx" MMC tərəfindən kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin vaxtında və lazımınca icra edilmədiyi aşkar olunur. Göründüyü kimi apellyasiya şikayətinin əsas dəlili birinci instansiya məhkəməsinin qətnaməsinin faiz borcu və kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış gecikdirmə faizi hissəsində təmin edilməsinin əsaslandırılmaması ilə bağlıdır. Kollegiya qeyd edir ki, iş üzrə təyin edilmiş mühasibatlıq ekspertizasının gəldiyi nəticəyə əsasən əsas borcun 250627 manat, faizin 48569,60 manat məbləğində olduğu müəyyən edilmişdir. İddiaçı ekspertizanın rəyini mübahisələndirməmiş, bununla da gəlinən nəticə ilə razılaşdığını nümayiş etdirmişdir. Buna görə də birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə tutulacaq əsas və faiz məbləğlərini ekpert rəyində qeyd edilən məbləğlərdə müəyyən edilməsi qənaətinə gəlmişdir. Həmçinin məhkəmə, iddia tələbinin kredit müqaviləsinin müddəti bitəndən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış gecikdirmə faizinin tutulması hissəsini də qismən əsaslı hesab edərək qeyd etmişdir ki, 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan MM-nin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Birinci instansiya məhkəməsi iddia tələbinin kredit müqaviləsinin müddəti bitəndən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış gecikdirmə faizinin tutulmasını qət edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 43-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarına istinad etmişdir. Mühasibatlıq ekspertizasının rəyinə əsasən isə kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış gecikdirmə faiz 38081,38 manat məbləğində müəyyən edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri əsaslı deyil və formal mülahizələrdən ibarətdir. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, şikayət təmin edilmədiyindən apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi iddianın mübahisələndirilən hissəsi 10000 manatdan çoxdur, buna görə qanunvericiliklə qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 31 iyul 2025-ci il tarixli, e-2-2(121)-125/2025 saylı qətnaməsi cavabdeh "xxxx" MMC-nin nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu cavahdehin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-240/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-240/2025
13.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver