Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-242/2025 19.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı – əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi barədə iddiasına dair iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: ipoteka predmeti olan əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi. Şirvan şəhəri, 19 fevral 2026-cı il Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri X4 (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Əhmədli Murad İlham oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi (vəkili) Vəkil, iddiaçı "xxxx" ASC-nin sədri, eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı – əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi barədə iddiasına dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 06 avqust 2025-ci il tarixli, e-2-2(121)-27/2025 saylı qətnaməsindən (hakim N.Misirzadə) mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "xxxx" ASC Cavabdeh MMC-yə qarşı - cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 0408/23 saylı əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(81)-32/2015 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, "xxxx" MMM-dən və Maraqlı şəxs müştərək qaydada xx.xx.2009-cu il tarixli AK/M038/2009 saylı müqaviləyə əsasən əsas borc üzrə 401.999,51 manat, faiz borcu üzrə 47.526,59 manat, xx.xx.2010-cu il tarixli AK/M/020/2010 saylı müqaviləyə əsasən əsas borc üzrə 982.572,02 manat, faiz borcu üzrə 100.498,78 manat, "xxxx" Şirkətindən və Maraqlı şəxs müştərək qaydada xx.xx.2011-ci il tarixli AK141/2011 saylı müqaviləyə əsasən əsas borc üzrə 500.000 manat, faiz borcu üzrə 104.417,60 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi, "xxxx" MMM ilə bağlanmış xx.xx.2009cu il tarixli AK/M/038/2009 saylı və xx.xx.2010-cu il tarixli AK/M/020/2010 saylı, "xxxx" şirkəti ilə bağlanmış xx.xx.2011-ci il tarixli AK141/2011 saylı kredit müqavilələrinin ləğv edilməsi, borc məbləğlərinin "xxxx" ASC-yə məxsus olan ünvan 1 ünvanda yerləşən əmlak kompleksinə yönəldilməsi, əmlakın açıq hərracda satılması və əldə olunan vəsait hesabına cavabdehlər "xxxx" MMM və "xxxx" şirkətinin iddiaçıya olan borcunun ödənilməsi, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda borcun cavabdehlərin başqa əmlaklarına yönəldilməklə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Bakı Apellysiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(103)-10/2023 saylı qətnaməsi ilə cavabdehlər "xxxx" MMC, “Azər Aqro LTD” şirkəti və Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)-32/2015 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2015-ci il tarixli qətnaməsi xx.xx.2009-cu il tarixli, AK/M/038/2009 saylı kredit müqaviləsi üzrə faiz borcunun tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilməklə, cavabdehlər "xxxx" MMM-dən və Maraqlı şəxs müştərək qaydada xx.xx.2009-cu il tarixli AK/M038/2009 saylı müqaviləyə əsasən faiz borcu üzrə 25.388,73 manat tutulması, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qeyd edilən qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(103)-388/2023 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmış və hazırda icraya yönəldilmişdir. Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli, 12784-253682/2023-5-1 sifariş məktubu əsasında "xxxx" ASC-yə məxsus ünvan 2 ünvanında yerləşən əmlak kompleksinin dəyərinin müəyyən edilməsi məqsədi ilə Cavabdeh MMC qiymətləndirmə işi həyata keçirilmiş və buna dair xx.xx.2023-cü il tarixli, 0408/23 saylı Mütəxəssis rəyi və Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat tərtib edilmişdir. Heabata əsasən əmlakın likvid dəyəri - 5.238.400 manat, bazar dəyəri isə 6.123.084 manat təşkil etmişdir. xx.xx.1998-ci il № 510- İQ saylı “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə görə qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. AK/M/039/2009 saylı xx.xx.2009-cu il tarixli ipoteka müqaviləsinin 3.5-ci bəndinə hələ 2009-cu il tarixdə ünvan 2 ünvanında yerləşən əmlak kompleksinin dəyəri 2.000.000 manat, AK 141/2011 saylı kredit müqaviləsinin isə X2 ilə 2.4 milyon manat məbləğində dəyərləndirilmişdir. Alınmış qiymətləndirmə hesabatları təsdiq edir ki, mübahisələndirilən hesabatdakı qiymət düzgün müəyyən edilməyib, qiymtlər arsında əhəmiyyətli fərq mövcuddur. Ona görə də həmin hesabat ləğv edilməlidir. İddiaçı tərəfindən 2024-cü il tarixdə əlavə qiymətləndirmə keçirilmiş, otuz milyondan çox məbləğdə dəyəri müəyyən edilmiş, beləliklə hesabatlar arasında kəskin qiymət fərqi müəyyən edilmişdir. Bununla əlaqədar icra şöbəsinə etiraz edilsə də, icra şöbəsi təkrar qiymətləndimə keçirmədən əmlakı tələm-tələsik hərrac təşkilatına göndərmişdir. Təqdim edilən rəyin nəticəsi əsaslandırmamış, tətbiq edilən metodologiya alınan yekun qiymət real bazar qiymətini müəyyən etməməklə qərəzli tərtib edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı "xxxx" ASC-nin, həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASCnin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh MMC məhkəmə baxış iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Buna görə də onun mövqeyini müəyyən etmək mümkün olmamışdır. Şirvan Kommersiya Məhkəməsinin 06 avqust 2025-cü il tarixli e-2-2(121)-27/2025 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 0408/23 saylı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” hesabat ləğv edilməsi, Daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri olaraq 1.500 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən alınaraq "xxxx" MMC-yə ödənilməsi və Daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri olaraq 1.500 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən alınaraq “X1” MMC-yə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək Cavabdeh MMC-nin hesabatını ləğv etmiş və öz qətnaməsinin əsaslandırıcı hissəsində sonrakı icra prosesində icra məmurunun ipotekanın likvid qiyməti kimi 28 530 000 manat məbləği əsas götürməli olduğunu göstərmişdir. Həmin məbləğ isə məhkəmənin son qərardadı əsasında rəy vermiş “X1” MMC-nin rəyinə əsasən meydana çıxmışdır. Şirvan Kommersiya Məhkəməsi işdə olan bir rəyi əsas götürmüş, həmin rəylə eyni statusda olan digər rəyləri isə nəzərə almamışdır. Məhkəmə nəyə görə “X1” MMC-nin rəyini əsas tutduğunu, digər çoxsaylı rəyləri isə nəzərə almadığını əsaslandırmamışdır. “X1” MMC-nin rəyi qüsurlu olub mötəbər sübut kimi qiymətləndirilə bilməz. Rəydə ipoteka predmeti ilə müqayisə edilən əmlakların mənbəyi göstərilmir. İnternetdən götürüldüyü deyilən məlumatların bir-iki istisna ilə məhz hansı portala aid olması məlum deyil. Bu isə həmin müqayisəli məlumatları mötəbərlik xüsusiyyətindən məhrum edir. Çıxarışda olmayan əlavə özbaşına tikililər də qiymətə daxil edilmişdir. İpoteka predmetinin daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış üzrə rəsmi sahəsi 6152,5 kv.m olsa da qiymətləndirici sənədsiz özbaşına tikililəri də hesaba daxil edərək cəmi 6382,67 kv.m sahənin qiymətini çıxarmışdır. Özü də sənədli və sənədsiz tikililərə eyni qiyməti vermişdir. Həmin şirkətin mütəxəssisi İlham Xudiyev məhkəməyə verdiyi şifahi izahatında da özbaşına tikililərə qiymət qoyduğunu etiraf etmişdir. İşdə birbirinə zidd çox sayda rəylər vardır və sonuncu rəyin digərlərindən hər hansı üstünlüyü yoxdur, məhkəmənin yerində baxışına zərurət vardır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti müdafiə etmiş, onun məzmununa uyğun izahat vermiş və təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, "xxxx" Əmlak Kompleksi buna qədər 2 dəfə hərraca çıxarılıb, 4 500 000 manata satışa çıxarılsa da alıcısı olmamışdır. Əmlak Kompleksinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsidir. İşdə 4 qiymətləndiricinin rəyi var, sonuncu qiymətləndiricinin rəyi isə tamamilə qüsurludur. Rəylər arasında ziddiyyət var. Hesab etmişdir ki, ipoteka predmeti təxminən 5 000 000 manat dəyərində götürülməlidir. Bu rəqəm Cavabdeh MMC-nin 0408/23 saylı xx.xx.2023-cü il tarixli qiymətləndirilməsinə də uyğundur. İş üzrə yenidən qiymətləndirmə aparılmasını xahiş etmişdir. Kollegiyanın sonuncu iclasında isə "xxxx" MMC-nin 08 yanvar 2026-cı il tarixli, 0053/25 saylı rəyini əsassız hesab etmiş, şikayətlərinin təmin edərək birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddianın rədd edilməsini xahiş etmişdir. Kollegiyanın iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini əsassız hesab etmiş, şikayətin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, "xxxx" ASC-nin iş üzrə icraata xitam verilməsi barədə vəsatəti təmin edilməməlidir. Çünki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(81)-32/2015 nömrəli qətnaməsi qəbul edilərkən ipoteka predmeti olan "xxxx" ASC-yə məxsus olan ünvan 1 ünvanda yerləşən əmlak kompleksinin ilkin satış qiyməti müəyyən edilməmişdir. Qeyd etmişdir ki, Plenum qərarı Qətnamədə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edildiyi halda icra məmurunun qərardadından verilən şikayət kimi baxılmasını nəzərdə tutmuşdur. Hazırkı halda ipoteka predmetinin ilkin satış qiyməti qətnamə ilə müəyyən edilmədiyindən işə iddia icraatı qaydasında baxılması yolveriləndir. Həmçinin göstərmişdir ki, "xxxx" ASC-yə məxsus olan ünvan 1 ünvanda yerləşən əmlak kompleksi 2009-cu ildə ipoteka qoyulduqdan sonra həmin əmlak kompleksində əsaslı yaxşılaşdırma aparılmışdır. Bundan başqa göstərmişdir ki, Cavabdeh MMC-nin 0408/23 saylı xx.xx.2023-cü il tarixli “daşınmaz əmlakın qiymətləndirilməsinə dair” mütəxəssis rəyinin verilməsindən sonra da həmin əmlak kompleksində yaxşılaşdırılmalar aparılmışdır. İddiaçı "xxxx" ASC-nin sədri, eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs da apellyasiya şikayətini əsassız hesab etmiş, onun təmin edilməməsini xahiş etmiş, həmçinin "xxxx" ASC-nin nümayəndəsi (vəkili) Vəkil izahatına oxşar, eyni məzmunlu izahat vermişdir. Əlavə olaraq göstərmişdir ki, "xxxx" ASC-yə məxsus qeyd edilən mübahisəli Əmlak Kompleksi tərəflər arasında olan 24 dekabr 2009-cu il tarixli “İpoteka Müqaviləsi”nə əsasən 2 000000 (iki milyon) manat, 14 may 2010-cu il tarixli “Razılaşma”ya əsasən 2 200000 (iki milyon iki yüz min) manat və 14 iyun 2011-ci il tarixli “X2”nə əsasən tərəflər arasında 2 400000 (iki milyon dörd yüz min) manat qiymətləndirilmişdir. Buna görə də hesab etmişdir ki, hazırda ipoteka predmetinin dəyəri 5 000000 - 6 000000 manat təşkil edə bilməz. Çünki keçən 15 il ərzində əmlakın dəyərinin 2 dəfə atrması ağlabatan deyil. Elə "xxxx" ASC-yə məxsus mübahisəli Əmlak Kompleksində edilən yaxşılaşdırmalar da nəzərə alınmaqla keçən bu 15 il ərzində həmin Əmlak Kompleksinin dəyəri 30 000 000 manata yaxın olar. Həmçinin göstərmişdir ki, Kompleksin nəzdində topdan və pərakəndə satış mağazaları, kafelər, Mehmanxana, balıq bazarı, kənd təsərrüfatı yarmakası və restoran daxildir. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişlər. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-ə münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Mülki Məcəllənin 414.1-414.3-cü maddələrinə əsasən, əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 415.1 və 415.2-ci maddələrinə əsasən, auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Qeyd edilən Məcəllənin 416.1 və 416.2-ci maddələrinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 41.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Həmin Qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Elektron hərracın keçirilməsi qaydaları “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Qeyd edilən Qanunun tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan (yəni, xx.xx.2025-ci il tarixədək qüvvədə olmuş) 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Sifariş notariusun icra qeydi əsasında tərtib olunduqda müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər ipoteka saxlayan tərəfindən ödənilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan (yəni, xx.xx.2025-ci il tarixədək qüvvədə olmuş) 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun hazırda qüvvədə olan 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin bazar qiyməti – tərəflərin razılaşması əsasında və ya məhkəmə tərəfindən cəlb edilən qiymətləndiricilər və ya qiymətləndirici təşkilat tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01 saylı, xx.xx.2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 51.1-ci maddəsinə əsasən, borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı ilə qiymətləndirildiyi, yaxud əmlakın qiymətinin məhkəmə qərarı ilə müəyyən edildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Həmin Qanunun 53.1-ci maddəsinə əsasən, Qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak, yaxud icra sənədində satılmalı əmlakın müəyyən edildiyi hal istisna olmaqla, üzərinə həbs qoyulmuş əmlak və ya ipoteka predmeti həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, qiymətləndiricinin hesabatında göstərilən bazar dəyəri ilə tələbkara təklif olunur. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə əmlakı özgəninkiləşdirildikdə, icbari sığorta növləri üzrə sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalanmış dövlət və bələdiyyə əmlakına dəyən zərər müəyyən edildikdə, dövlət mülkiyyətində olan əsas fondlar yenidən qiymətləndirildikdə, habelə qanunda və ya məhkəmə qərarı ilə nəzərdə tutulmuş digər hallarda qiymətləndirmə obyektinin məcburi qiymətləndirilməsi həyata keçirilir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən, məcburi qiymətləndirmə 3 (üç) ildən az olmayan müddətdə Qiymətləndiricilər Palatasının üzvü olan və ya Qiymətləndiricilər Palatasında akkreditasiyadan keçən qiymətləndirici tərəfindən aparıla bilər. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 10.4cü maddəsinə əsasən, qiymətləndirmənin nəticələri haqqında hesabatda qiymətləndirilən obyektin dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Hesabatda qiymətləndirmə obyektinin dəyərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 02/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərardadı. Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 02/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadında formalaşdırılmış hüquqi mövqeyə görə, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməlidir. İcra icraatı çərçivəsində borclunun ipoteka predmetinə və girov predmeti olan qiymətli kağızlarına aid olmayan əmlaklarına tutmanın yönəldilməsi zamanı əmlakın hərraca çıxarılan ilkin (başlanğıc) satış qiyməti onun bazar dəyəri ilə müəyyən olunur. Borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. MPM-in 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. MPM-nin 82.1-ci maddəsinə əsasən, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 63.1-ci maddəsinə əsasən, xüsusi biliyə malik olan, bu Məcəllədə nəzərdə tutulmuş hallarda rəy verməsi zəruri hesab edilən, məhkəmə tərəfindən təyin edilən və ya işdə iştirak edən şəxslərlə ekspertizanın aparılması barədə müqavilə bağlamış şəxs məhkəmədə ekspert qismində çıxış edə bilər. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. Həmin Məcəllənin 206.2-ci maddəsinə əsasən, əlavə və təkrar ekspertiza bu Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan hallarda təyin edilir. İş üzrə mövcud olan sübutlar: İş materiallarına əlavə edilən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın, həmçinin Müəssisə və Obyektin Daşınmaz Əmlakının 000887 nömrəli, xx.xx.2008-ci il tarixli texniki pasportun surətindən surətindən görünür ki, ünvan 3 ünvanda istifadədə olan 0.51614 ha torpaq sahəsində yerləşən 6152 .5 kv.m ümumi, 5136.8 kv.m əsas, 1015.7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi tam mülkiyyət hüququ üzrə "xxxx" ASC-nin adına qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(81)-32/2015 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, "xxxx" MMM-dən və Maraqlı şəxs müştərək qaydada xx.xx.2009-cu il tarixli, AK/M/038/2009 saylı müqaviləyə əsasən əsas borc üzrə 401.999,51 manat, faiz borcu üzrə 47.526,59 manat, xx.xx.2010-cu il tarixli, AK/M/020/2010 saylı müqaviləyə əsasən əsas borc üzrə 982.572,02 manat, faiz borcu üzrə 100.498,78 manat, "xxxx" Şirkətindən və Maraqlı şəxs müştərək qaydada xx.xx.2011-ci il tarixli, AK141/2011 saylı müqaviləyə əsasən əsas borc üzrə 500.000 manat, faiz borcu üzrə 104.417,60 manat, və ödənilmiş 30 manat dövlət rüsumunun tutaraq "xxxx" ASC-yə ödənilməsi, "xxxx" MMM ilə bağlanmış, xx.xx.2009-cu il tarixli AK/M/038/2009 saylı və xx.xx.2010- cu il tarixli, AK/M/020/2010 saylı, "xxxx" Şirkəti ilə bağlanmış xx.xx.2011-ci il tarixli, AK141/2011 saylı kredit müqavilələrinin ləğv edilməsi, borc məbləğlərinin "xxxx" ASC-yə məxsus ünvan 4 ünvanda yerləşən əmlak kompleksinə yönəldilməsi, əmlakın açıq hərracda satılması və əldə olunan vəsait hesabına cavabdehlər "xxxx" MMM və "xxxx" Şirkətinin iddiaçıya olan borcunun ödənilməsi, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda borc cavabdehlərin başqa əmlaklarına yönəldilməklə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 2(103)-10/2023 saylı qətnaməsi ilə cavabdehlər "xxxx" MMC, “Azər Aqro LTD” şirkəti və Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)-32/2015 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2015-ci il tarixli qətnaməsi xx.xx.2009-cu il tarixli, ΑΚ/Μ/038/2009 saylı kredit müqaviləsi üzrə faiz borcunun tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər "xxxx" MMM-dən və Maraqlı şəxs müştərək qaydada xx.xx.2009-cu il tarixli AK/M038/2009 saylı müqaviləyə əsasən faiz borcu üzrə 25.388,73 manat tutulması, qətnaməni qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, ekspertiza xərclərinin cavabdehlərə aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 388/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdeh "Azər-Aqro LTD” şirkəti tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(103)-10/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Cavabdeh MMC-nin 0408/23 saylı xx.xx.2023-cü il tarixli “daşınmaz əmlakın qiymətləndirilməsinə dair” mütəxəssis rəyinin surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(103)-10/2023 nömrəli icra vərəqəsi, xx.xx.2023-cü il tarixli qiymətləndiricinin dəvət olunması haqqında qərarı və xx.xx.2023-cü il tarixli 12784-253682/2023-5-1 nömrəli sifariş məktubu əsasında, "xxxx" ASC-yə məxsus ünvan 5 ünvanında yerləşən əmlak kompleksinin likvid dəyəri 5.238.400 manat, bazar dəyəri 6.123.084 manat məbləğində olması müəyyən olunmuşdur. İşə əlavə edilən "xxxx" MMC-nin 006/24 saylı, xx.xx.2024-cü il tarixli hərrac bildirişinin surətindən görünür ki, xx.xx.2024-cü il tarixda daxil olan Nəsimi rayon icra şöbəsinin 187-253682/23-5-33 saylı, xx.xx.2024-cü il tarixli sifariş məktubuna əsasən, borclu "xxxx" ASC-yə məxsus olan ünvan 2 ünvanında yerləşən əmlak "xxxx" MMC tərəfindən açıq hərraca çıxarılmışdır. İşdə olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli hərrac bildirişinin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə daxil olan Nəsimi rayon icra şöbəsinin 187- 253682/23-5-33 saylı, xx.xx.2024-cü il tarixli sifariş məktubuna əsasən, borclu "xxxx" ASC-yə məxsus olan ünvan 2 ünvanında yerləşən əmlak "xxxx" MMC tərəfindən təkrar hərraca çıxarılmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)- 55/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(103)-10/2023 saylı icra sənədi üzrə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) borclular "xxxx" Şirkəti, "xxxx" ASC, "xxxx" MMC və Maraqlı şəxs tərəfindən verilmiş şikayət ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, "xxxx" ASC-in ipoteka müqaviləsi əsasında Maraqlı şəxs rəhbəri olduğu "xxxx" ASC-yə məxsus yüklü edilmiş əmlak kompleksinin "xxxx" MMC adından qanunsuz və səlahiyyəti olmayan şəxs tərəfindən qiymətləndirilməsi ilə bağlı verilmiş rəyin həmin Cəmiyyət tərəfindən məhkəməyə təqdim edilməklə əmlakın hərrac yolu ilə satılmasına maneə yaratmasına dair müraciət Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməklə istintaq olunan ********* nömrəli cinayət işinə əlavə edilmişdir. İşə əlavə edilən Azərbaycan Respublikası Prokurorluğu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "xxxx" ASC-yə ünvanladığı xx.xx.2018-ci il tarixli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində “X9-Baltiya”, “Azəri- Kuban Azərbaycan Rusiya”, "xxxx" MMC-nin "xxxx" ASC və digər banklardan götürdüyü kreditlərin qaytarmaması faktı əsasında Azərbaycan Respublikası CM-nin 179.3.2, 213.2.2, 308.1 və 313-cü maddələri ilə ********* saylı cinayət işi istintaq olunur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017- ci il tarixli 2-2(103)-08/2017 saylı xüsusi qərardadı xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsilə ilə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinə göndərilmiş, xüsusi qərardad cinayət işinin materiallarına əlavə edilməklə istintaqı aparılır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" ASC-nin 02 saylı, xx.xx.2024-cü il tarixli məktubuna əsasən, "xxxx" MMC-nin 03 saylı, xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi ilə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, (Reyestr nömrəsi **********46-12301, Qeydiyyat nömrəsi-**********, Seriya MH-0139826) çıxarışa əsasən, "xxxx" ASC-yə məxsus ünvan 8 ünvanında istifadədə olan 0,51614 ha torpaq sahəsində yerləşən mülkiyyətində olan 6152,5 kv.metr ümumi, 5136,8 kv.metr əsas, 1015.7 kv.metr köməkçi sahədən ibarət əmlak kompleksinin bazar dəyəri 30.000.000 manat təşkil etdiyi müəyyən edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə xəbərdarlıq məktubu (bildiriş) göndərmişdir. İş materiallarından görünür ki, məhkəmənin qərardadı ilə göstərilən daşınmaz əmlak(lar)ın bazar qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş və həmin MMC-nin əmlakın dəyərinin müəyyən etmək üçün xx.xx.2024-cü il tarixli qiymətləndirmə hesabatı (ekspert rəyi) ilə "xxxx" ASC-yə məxsus ünvan 5 ünvanında yerləşən əmlak kompleksinin bazar dəyəri 6.317.000 manat, likvid dəyəri 5.130.000 manat məbləğində olması müəyyən olunmuşdur. Hesabata (rəyə) əlavə edilən məktubdan görünür ki, iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri olaraq 1.500 manat məbləğində təşkil edir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin sifarişi əsasında verilmiş "xxxx" Qiymətləndirmə Şirkətinin 187/ƏK/24 saylı, xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi ilə, "xxxx" ASC-yə məxsus ünvan 5 ünvanında, Çıxarışa əsasən ümumi sahəsi 6.152,5 kv.m olan əmlak kompleksinin bazar dəyəri 6.000.000 manat, likvid dəyəri 5.000.000 manat məbləğində olması müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli məlumatlara əsasən, məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. İş materiallarından görünür ki, məhkəmənin qərardadı ilə göstərilən daşınmaz əmlakın bazar qiymətinə uyğun təkrar qiymətləndirilməsi “X1” MMC-yə həvalə olunmuş və həmin MMC-nin əmlakın dəyərinin müəyyən etmək üçün xx.xx.2025-cü il tarixli, ETM- 026/TQ/25 saylı qiymətləndirmə hesabatı (mütəxəssis rəyi) ilə "xxxx" ASC-yə məxsus ünvan 5 ünvanında yerləşən əmlak kompleksinin bazar dəyəri 31.700.000 manat, likvid dəyəri 28.530.000 manat məbləğində olması müəyyən olunmuşdur. Hesabata (rəyə) əlavə edilən müşayiət məktubundan görünür ki, iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri olaraq 1.500 manat məbləğində təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatları və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Göründüyü kimi, iddia təmin edilmiş, qətnamədən müstəqil tələb irəli sürməyən 3cü şəxs apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək Cavabdeh MMC-nin hesabatını ləğv etmiş və öz qətnaməsinin əsaslandırıcı hissəsində sonrakı icra prosesində icra məmurunun ipotekanın likvid qiyməti kimi 28 530 000 manat məbləği əsas götürməli olduğunu göstərmişdir. Həmin məbləğ isə məhkəmənin son qərardadı əsasında rəy vermiş “X1” MMC-nin rəyinə əsasən meydana çıxmışdır. Şirvan Kommersiya Məhkəməsi işdə olan bir rəyi əsas götürmüş, həmin rəylə eyni statusda olan digər rəyləri isə nəzərə almamışdır. Məhkəmə nəyə görə “X1” MMC-nin rəyini əsas tutduğunu, digər çoxsaylı rəyləri isə nəzərə almadığını əsaslandırmamışdır. “X1” MMC-nin rəyi qüsurlu olub mötəbər sübut kimi qiymətləndirilə bilməz. Rəydə ipoteka predmeti ilə müqayisə edilən əmlakların mənbəyi göstərilmir. İnternetdən götürüldüyü deyilən məlumatların bir-iki istisna ilə məhz hansı portala aid olması məlum deyil. Bu isə həmin müqayisəli məlumatları mötəbərlik xüsusiyyətindən məhrum edir. Çıxarışda olmayan əlavə özbaşına tikililər də qiymətə daxil edilmişdir. İpoteka predmetinin daşınmaz əmlakın dövlət reeystrindən verilmiş çıxarış üzrə rəsmi sahəsi 6152,5 kv.m olsa da qiymətləndirici sənədsiz özbaşına tikililəri də hesaba daxil edərək cəmi 6382,67 kv.m sahənin qiymətini çıxarmışdır. O özü də sənədli və sənədsiz tikililərə eyni qiyməti vermişdir. Həmin şirkətin mütəxəssisi İlham Xudiyev məhkəməyə verdiyi şifahi izahatında da özbaşına tikililərə qiymət qoyduğunu etiraf etmişdir. İşdə bir-birinə zidd çox sayda rəylər vardır və sonuncu rəyin digərlərindən hər hansı üstünlüyü yoxdur, məhkəmənin yerində baxışına zərurət vardır. Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd edir. İddiaçının tələbi cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 0408/23 saylı əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi barədədir. Belə ki, Cavabdeh MMC tərəfindən qiymətləndirmə işi həyata keçirilmiş və buna dair xx.xx.2023-cü il tarixli, 0408/23 saylı Mütəxəssis rəyi və Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat tərtib edilmişdir. Hesabata əsasən əmlakın likvid dəyəri - 5.238.400 manat, bazar dəyəri isə 6.123.084 manat müəyyən edilmişdir. İşə əlavə edilmiş "xxxx" MMC-nin vermiş olduğu hesabatdan görünür ki, "xxxx" ASC-yə məxsus ünvan 5 ünvanında istifadədə olan 0,51614 ha torpaq sahəsində yerləşən mülkiyyətində olan 6152,5 kv.metr ümumi, 5136,8 kv.metr əsas, 1015.7 kv.metr köməkçi sahədən ibarət əmlak kompleksinin bazar dəyərinin 30.000.000 manat, "xxxx" MMC əmlak kompleksinin bazar dəyərini 6.317.000 manat, likvid dəyərinin 5.130.000 manat, "xxxx" Qiymətləndirmə Şirkəti kompleksin bazar dəyərini 6.000.000 manat, likvid dəyərinin 5.000.000 manat, “X1” MMC isə bazar dəyəri 31.700.000 manat, likvid dəyəri 28.530.000 manat məbləğində olmasıni müəyyən etmişdir. Həmçinin iş materialları ilə müəyyən olunur ki, "xxxx" ASC-yə məxsus mübahisəli Əmlak Kompleksi ipoteka müqaviləsində tərəflər arasında 2009-cu il tarixdə 2 000 000 (iki milyon) manat, 2010-cu il tarixdə 2 200 000 (iki milyon iki yüz min) manat, 2011-ci il tarixdə 2 400 000 (iki milyon dörd yüz min) manat qiymətləndirilmişdir. Kollegiya tərəflərin izahatlarını dinləyib, apellyatorun yenidən qiymətləndirmə təyin edilməsi ilə bağlı vəsatətini nəzərdən keçirib, mübahisənin tam hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə iş üzrə Əmlak Kompleksində sonradan edilmiş yaxşılaşdırmaları da nəzərə almaqla apellyasiya şikayətinin dəlili üzrə qiymətləndirmə təyin etmiş və rəy əldə edilərək işə əlavə edilmişdir. Həmin əmlakın qiymətləndirilməsi Evalex MMC-yə həvalə olunmuş qiymətləndirmə hesabatı əldə edilərək işə əlavə edilmişdir. Evalex MMC-nin 08 yanvar 2026-cı il tarixli, 0053/25 saylı rəyində aşağıdakılar qeyd edilmişdir: Seriyası MH olan, N0139826 saylı çıxarışla ünvan 9 ünvanında "xxxx" ASC-nin istifadəsində olan 0.51614 ha torpaq sahəsində yerləşən 6152.5 kv.m ümumi, 5136.8 kv.m əsas, 1015,7 kv.m köməkçi sahədən ibarət “Çamaşırxana Kombinatı" ASC-yə məxsus olan Əmlak Kompleksinin real bazar dəyəri 30,300,000 (otuz milyon üç yüz min) manat, likvid dəyəri isə 27,270,000 (iyirmi yeddi milyon iki yüz yetmiş min) manat təşkil edir. Müəyyən edilir ki, mübahisəli “Çamaşırxana Kombinatı" ASC-yə məxsus olan Əmlak Kompleksi"xxxx" MMC-nin vermiş olduğu hesabatla (bazar dəyəri) 30.000.000 manat, “X1” MMC-nin hesabatı ilə bazar dəyəri 31.700.000 manat, likvid dəyəri 28.530.000 manat, Evalex MMC-nin qiymətləndirmə hesabatı ilə bazar dəyəri 30,300,000 manat, likvid dəyəri isə 27,270,000 manat təşkil etməsi müəyyən edilmişdir. Göründüyü kimi 3 müstəqil qiymətləndirici ünvan 9 ünvanında "xxxx" ASC-nin istifadəsində olan 0.51614 ha torpaq sahəsində yerləşən 6152.5 kv.m ümumi, 5136.8 kv.m əsas, 1015,7 kv.m köməkçi sahədən ibarət “Çamaşırxana Kombinatı" ASC-yə məxsus olan Əmlak Kompleksinin dəyərinin orta hesabla 30 000 000 manat civarında olması qənaətinə gəlmişdir. Həmçinin iş materialları ilə müəyyən olunur ki, "xxxx" ASC-yə məxsus mübahisəli Əmlak Kompleksi ipoteka müqaviləsində tərəflər arasında 2009-cu il tarixdə 2 000 000 (iki milyon) manat, 2010-cu il tarixdə 2 200 000 (iki milyon iki yüz min) manat, 2011-ci il tarixdə 2 400 000 (iki milyon dörd yüz min) manat qiymətləndirilmişdir. Göründüyü kimi mübahisəli kompleksin qiymətləndirilməsindən təxminən 16 illik bir müddət keçmiş və keçən bu müddət ərzində Bakı şəhərində daşınmaz əmlakların dəyərində əhəmiyyətli artımlar olmuşdur. Buna görə Kollegiya "xxxx" ASC-yə məxsus mübahisəli Əmlak Kompleksi yuxarıda sadalanan 3 rəylərdən (30.000.000 manat, 28.530.000 manat və 27.270.000 manat) orta dəyəri özündə ehtiva edən “X1” MMC-nin hesabatını (bazar dəyəri 31.700.000 manat, likvid dəyəri 28.530.000 manat) daha real, ağlabatan və məqsədəmüvafiq hesab edir. Belə ki, “X1” MMC-nin hesabatını tərtib etmiş mütəxəssislər X3 və X5 birinci instansiya məhkəməsinin 04 iyul 2025-ci il tarixli iclasında (İİ cild. səh 305-306) iştirak etmiş və göstərmişlər ki, mübahisəli Əmlak Kompleksinə yerində baxış keçirərək bütün tikililərin sahəsini ölçmüşlər. Həmin sahələrə uyğun tədqiqat aparılmış və rəy vermişlər. Müqaisəli təhlil yanaşmasını daha uyğun hesab edərək rəyi də bu üsuldan istifadə etməklə vermişlər. “X1” MMC-nin həmin mütəxəssis rəyində “müqayisə yanaşması” ona əsaslanmışdır ki, analoji sövdələşmələr haqqındakı məlumatlardan istifadə edərək satıcı və alıcı daşınmaz əmlak bazarında alqı-satqı sövdələşmələrini həyata keçirirlər və bundan irəli gələrək ehtiyatlı alıcı keyfiyyəti və faydalılığı eyni olan analoji obyektlə müqayisədə satışa qoyulan obyektə böyük məbləğdə pul ödəməyəcək. Müqayisə yanaşması çox riskli yanaşmadır. Çünki, bu yanaşmanın istifadəsi zamanı operativ bazar məlumatları toplanır və bu məlumatlar əsasında nəticələr çıxarılır. Bazar isə daim dəyişikliklərə məruz qaldığı üçün daimi qiymət dəyişikliklərinə gətirir. Bunlara baxmayaraq müqayisə yanaşması ilə müəyyən edilmiş bazar dəyəri obyektin alqı-satqısı, girovu və digər məqsədləri üçün daha çox istifadə olunan yanaşmadır. Bu yanaşma açıq rəqabətli bazarda əmlakın satıla biləcəyi daha ehtimallı qiyməti göstərir. Mütəxəssis rəyində “gəlir yanaşması”ndan görünür ki, obyektin gələcəkdə gətirə biləcəyi gəlirə əsaslanan qiymətləndirmə metodları məcmusudur. Bu yanaşma gəlirin kapitallaşdırılmasına əsaslanır və onu nəzərə alır ki, alıcı gələcəkdə gəlir əldə etmək məqsədi ilə əmlakı alır. Bu şəraitdə obyektin dəyəri gələcəkdə obyekt üzərində sahiblik hüquqları əldə etdikdən sonra gözlənilən xalis renta gəlirləri və obyektin satışından gələn gəlirin cari dəyəri ilə müəyyən olunur. Gəlir yanaşması ilə əmlakın bazar dəyərinin müəyyən olunması gözləmə prinsipinə əsaslanır və əsasən də qiymətləndirilən əmlakın gələcəkdə gətirəcəyi gəlir əsasında müəyyən edilir. Bu zaman qiymətləndirilən əmlakın alternativ istifadə imkanları nəzərdən keçirilir. Daha yaxşı və daha səmərəli istifadə imkanı təhlil edilərək əmlakın gəlir gətirmə qabiliyyəti əsasında gələcək gəlirləri kapitallaşdırılır. Gəlir yanaşması ilə əmlakın bazar dəyərinin müəyyən olunmasında əsasən 2 metoddan istifadə edilir: statistik metod və dinamik metod. Statistik metoda (birbaşa kapitallaşma) əsasən, əmlakın dəyəri onun kommersiya təyinatı ilə illik istismarından əldə edilən məbləğə, bazarda mövcud olan əmlakların dəyərləri və gəlirlərin arasındakı asılılıq əmsallarının (kapitallaşma əmsalı) tətbiqi ilə hesablanır. Bu əmsallar kapitallaşma göstəriciləri vasitəsiilə müəyyən olunur. Birbaşa kapitallaşdırma metodu ilə əmlakın dəyəri aşağıdakı formula ilə hesablanır: D=G/K (G - mümkün xalis əməliyyat gəliri, K kapitallaşma əmsalı) Dinamik metoda (gələcək gəlirlərin diskontlaşdırılması) əsasən, gələcəkdə müəyyən bir müddət ərzində əmlakın kommersiya təyinatı ilə İstismarından əldə edilə biləcək mümkün gəlirlərin həcmi və müəyyən edilmiş müddətin sonunda əmlakın ehtimal olunan satış qiyməti proqnozlaşdırılır. Bu zaman qiymətləndirilən əmlak, fəaliyyətinin əsas məqsədi gəlir gətirmək olan obyekt kimi qəbul edilir. Gəlir yanaşması ilə əmlakın bazar dəyərinin müəyyən olunması zamanı əmlakın kirayəsi barədə bazar məlumatları, pulun faizləri və s. kimi məlumatlar əsas götürülür. Gəlirli biznes növlərinin tətbiqi imkanları araşdırılır. Bu yanaşma daha yetkin və stabil inkişaf edən iqtisadi şəraitlər üçün daha münasibdir. Gəlir yanaşmasının əsasında duran qiymətləndirmə prinsiplərindən görünür ki, proqnoz prinsipi gəlir yanaşmasının əsasında duran prinsipdir. Gəlir yanaşmasında dəyər anlayışı sahibinin icarə və ya satış, yaxud da özgəninkiləşdirmə nəticəsində əmlakdan gələcəkdə gəlir-mənfəət aldə etmək hüququnu təmsil edir. Gəlir yanaşmasında sahibin gələcəkdə əldə edə biləcəyi mənfəətlər proqnoz edilir və qiymətləndirmə tarixinə cari dəyəri hesablanır. Tələb və təklif prinsipinə əsasən gəlir gətirən əmlak növləri açıq bazarda yüksək rəqabət qabiliyyətinə malikdir, buna görə də tələb və təklif prinsipi əmlak sahibinin tələb edəcəyi icarə haqlarına, həmçinin bazar iştirakçılarının sıxlığına təsir edir. Əvəzetmə prinsipində nəzərdə tutulur ki, bilikli icarəçi konkret əmlak üçün onunla eyni xidmətləri və keyfiyyəti verən oxşar əmlakın icarəsindən daha artıq vəsait ödəməyəcək. Eyni şəkildə gəlir gətirən əmlak və maliyyə bazarları bir qayda olaraq investorlar üçün bir-biri ilə rəqabət aparır və digər şərtlər bərabərdirsə, yüksək icarə haqları yüksək tələbi göstərir. Kənar amillər prinsipində nəzərdə tutulur ki, mənfi və ya müsbət kənar amiller konkret əmlakın gəlir gətirmək qabiliyyətinə təsir edir və onun bazar dəyərini dəyişir. Potensial alıcı qərar qəbul edərkən əmlakın gəlir gətirmək qabiliyyətinə fikir verirsə, gəlir yanaşması bu zaman ən münasib və etibarlı metod sayılır. Qeyd edilən mütəxəssis rəyində “xərc yanaşması”ndan görünür ki, daşınmaz əmlakın xərc yanaşması ilə dəyərin müəyyən edilməsi anoloji yeni uyğun obyektin hazırkı vəziyyətə gətirilməsi üçün ümumiləşdirilmiş göstəricilər əsasında (aşınma nəzərə alınmaqla) cari qiymətlərlə hesablanmış çəkilə biləcək bütün xərclərin hesablanma prosesini göstərir və nəticədə alınmış qiymətin üstünə torpağın dəyəri əlavə edilir. Bu yanaşma dəyərin və uyğun olaraq aşınmanın dəqiq nəzərə alındığı hallarda daha yaxşı nəticələrə gətirib çıxarır. Xərc yanaşması hər hansı anoloji obyektin yaradılması (tikintisi) zamanı çəkilən xərclərin dəqiq hesablanması üçün daha münasibdir. Əmlakın sığortası, vergiyə cəlbolunması, dəqiq ilkin və cari balans nəticələrin alınmasına gətirib çıxarır. Xərc yanaşması ilə obyektin dəyəri, onun yerləşdiyi yerin tikinti üçün hazır vəziyyətə gətirilməsi (torpaq sahəsinin alınması və tikintiyə başlamaq üçün icazə sənədlərinin alınması və s.), tikintinin həcmi və təmir xərcləri ilə müəyyən olunur. Obyektin bərpa dəyəri anoloji obyektin qiyməti əsasında müəyyən olunur. Anoloji obyekt kimi funksional təyinatlı, həcm-planlı və konstruktiv quruluşuna görə qiymətləndirilən obyektə uyğun olan eyni tipli tikili nəzərdən keçirilir. Ümumi hallarda qiymətləndirmə aşağıdakı ardıcıllıqla aparılır: 1. normativ göstərici bazasından obyekt-analoqun seçilməsi; 2. obyekt-analoqun qiymətləndirilən obyektdən fərqli olan göstəriciləri nəzərə alınması və korrektə edilməsi; 3. normativ baza qiymətindən istifadə edildikdən sonra qiymətləndirilən obyektin dəyərinin müəyyən edilməsi. Qiymətləndirmə zamanı qiymətlərə keçid prosesi regional kəsikdə bina və qurğuların konstriktiv sisteminin xarakterinə uyğun tikinti-montaj işlərinə qiymət indeksi tətbiq edilməklə həyata keçirilir. Xərclərə görə yanaşma binanın və avadanlıqların tam bərpa dəyəri tikinti-montaj işləri, material və konstruksiyalar, qiymət artımları, nəqliyyat tarifləri nəzərə alınmaqla həmin obyektin ilkin vəziyyətə (köhnə layihə üzrə) gətirilməsi ilə vəsaitlərin dəyərinin müəyyən edilməsi əsasında qurulmuşdur. Daha sonra diqqətlə aparılan vizual baxış zamanı binanın və avadanlıqların öz xüsusi çəkisi olan ayrı-ayrı konstruktiv elementlər üzrə (bünövrə, divarlar, örtük, dam və s.) birbaşa fiziki aşınması müəyyən olunur və orta fiziki aşınma əmsalı tapılır. Bu metod əsasən original maşın, avadanlıqlara, həyət evlərinə, istehsal sahələrinə, yaşayış məntəqələrindən aralı olan obyektlərə tətbiq olunur və çox zaman onların analoqu tapılmır. Xərc metodu, bir neçə aşınmanın tapılmasını tələb edir: - fiziki aşınma, - funsional aşınma, - xarici təsiredici amillərdən gələn, yaxud iqtisadi aşınma. Xərc yanaşması zamanı obyektin dəyəri, onun bərpa dəyərindən (təzə obyektin dəyəri) umumi aşınmanı çıxmaqla tapılır. Qiymətləndirilən obyektin bərpa dəyəri, qiymətləndirmə tarixinə analoji obyektin yaradılması dəyəri ilə müəyyən olunur. Xərc yanaşması zamanı obyektin bazar dəyərinin (C) hesablanması aşağıdakı düsturla aparılır: C=Db*(1-AF)*(1-AM)*(1-Aİ),(1) (Db - obyektin bərpa dəyəri; AF -qiymətləndirmə tarixinə obyektin fiziki aşınması; AM- qiymətləndirmə tarixinə obyektin mənəvi (funksional) aşınması;Al - qiymətləndirmə tarixinə obyektin xarici (iqtisadi) aşınması.) Obyektlərin bazar dəyərinin hesablanması üçün mülkiyyətçi tərəfindən təqdim edilmiş arayışda göstərilmiş texniki göstəricilər, tikinti şirkətlərindən mütəmadi toplanmış tikinti qiymətləri, tikintinin maya dəyəri haqqında ilkin məlumatlar, texniki baxışın nəticələri əsas götürülmüşdür. Daşınmaz əmlakın xərc metodu ilə dəyərin müəyyən edilməsi anoloji yeni uyğun obyektin hazırkı vəziyyətə gətirilməsi üçün ümumiləşdirilmiş göstəricilər əsasında (aşınma nəzərə alınmaqla) cari qiymətlərlə hesablanmış çəkilə biləcək bütün xərcləri hesablanma prosesini göstərir və nəticədə alınmış qiymətin üstünə torpağın dəyəri əlavə edilir. Bu metod dəyərin və uyğun olaraq aşınmanın dəqiq nəzərə alındığı hallarda daha yaxşı nəticələrə gətirib çıxarır. Göstərilən mütəxəssis rəyində olan “müqayisə yanaşmasından istifadə etməklə, qiymətləndirmə obyektinin bazar dəyərinin müəyyən edilməsi” bölməsindən görünür ki, bu obyektin qiymətləndirilməsi zamanı gəlir və xərc yanaşmasından imtina edilmişdir. Hər iki yanaşmadan ona göra imtina edilmişdir ki, əmlak bazarında qiymətdirilən əmlakların kifayət qədər analoqları mövcuddur. Qiymətləndirici hesab etmişdir ki, qiymətləndirməyə təqdim edilmiş obyektin qiymətləndirilməsi üçün mövcud üç yanaşmadan yalnız müqayisə yanaşmasının tətbiq olunması daha məqsədəuyğundur. Belə ki, bu yanaşmanın məlumat təminatının inkişaf etdirilmiş sistemi daha obyektiv nəticələr əldə etməyə imkan yaradır. Müqayisə yanaşmasının tətbiq olunmasının əsaslandırılması o faktla bağlıdır ki, qiymətləndirilən obyektin dəyəri birbaşa olaraq analoji obyektlərin satış və ya satışa çıxardılmış obyekt (analoq) qiymətləndirmə obyekti ilə müqayisə edilir. Qeyd etmək lazımdır ki, istənilən yanaşmadan səmərəli istifadə etmək üçün obyektiv bazar informasiyaları olmalıdır. Müqayisə yanaşmasından istifadə etmək üçün isə, indiki halda bazardan kifayət qədər obyektiv informasiyalar əldə etmək mümkündür. Müqayisə yanaşması ilə hesabat aparmaq üçün qiymətləndirilən obyektin yerləşdiyi ərazinin əmlak bazarında uyğun obyektlərin satışları ilə bağlı məlumatlar toplanmış, məlumatlar araşdırılmış və alınmış nəticələr əsasında müxtəlif variantlar nəzərdən keçirilmişdir. Bunun üçün qiymətləndirilmə anında qiymətləndirici tərəfindən qiymətləndirmə obyektinin yerləşdiyi yerə yaxın ərazilərdə yerləşən oxşar yaşayış sahələrinin qiyməti araşdırılmış və müqayisələr aparılmış, monitoring bazasında toplanan, əməkdaşlıq edilən rieltor qurumlarından, alqı-satqı sahəsində fəaliyyət göstərən internet resurslarından və digər etimad doğuran açıq mənbələrdən alınan məlumatlara istinad olunmuşdur. Qiymətləndirmə işi Əmlakın Qiymətləndirilməsi Standartları üzrə Beynəlxalq Komitənin və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən uyğun qiymətləndirmə metodlarından istifadə edilməklə əmlakın faktiki vəziyyətinə və bazar konyukturasına uyğun olaraq aparılmışdır. Qiymətləndirmənin məqsədi əmlakın bazar dəyərinin müəyyən edilməsidir. Bazar dəyərinin təyini isə Əmlakın Qiymətləndirilməsi Standartları üzrə Beynəlxalq Komitənin müvafiq standartında olan mətn üzrə götürülmüşdür. Qeyd olunan xüsusatlara müvafiq müqayisə metodu ilə aparılmış tədqiqat nəticəsində, internet saytı məlumatlarına əsasən, "xxxx" ASCyə məxsus ünvan 10 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin hazırkı tarixə mövcud olan orta bazar qiyməti təqribən aşağıdakı kimi müəyyən edilmişdir: 60 kv.metr – 300.000 manat (1 kv.metr - 5000,0 manat); 83 kv.metr -450.000 manat (1 kv.metr - 5422,0 manat); 55 kv.metr - 230.000 manat (1 kv.metr - 4.182 manat); 550 kv.metr - 2.200.000 manat (1 kv.metr - 4000,0 manat); 60 kv.metr - 310.000 manat (1 kv.metr - 5167 manat); 65 kv.metr - 265.000 manat; (1 kv.metr - 4.077 manat); 70 kv.metr - 379.000 manat (1 kv.metr - 5414,0 manat); 60 kv.metr - 265.000 manat (1 kv.metr - 4417 manat); 28 kv.metr - 190.000 manat (1 kv.metr - 6.786 manat); 1.200 kv.metr - 5.000.000 manat (1 kv.metr - 4167 manat); 550 kv.metr - 2.500.000 manat (1 kv.metr - 4.545 manat); 700 kv.metr - 4.500.000 manat (1 kv.metr - 6429 manat) Cəmi: (5000+5422+4182+4000+5167+4077+5414+4417+6786+4167+4545+6429) : 12 = 4.967 manat. MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-nin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan Kommersiya Məhkəməsinin 06 avqust 2025-ci il tarixli, e-2-2(121)-27/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, “Seriyası MH olan, N0139826 saylı çıxarışla ünvan 11 ünvanında “Çamaşırxana Kombinatı" ASC-nin istifadəsində olan 0.51614 ha torpaq sahəsində yerləşən 6152.5 kv.m ümumi, 5136 8 kv.m əsas, 1015,7 kv.m köməkçi sahədən ibarət “Çamaşırxana Kombinatı" ASC-yə məxsus olan Əmlak Kompleksinin ilkin satış qiyməti 28 530 000 (iyirmi səkkiz milyon beş yüz otuz min) manat müəyyən edilməlidir. Qiymətləndirmə xərci olan 4000 (dörd min) AZN mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-dən alınaraq "xxxx" MMC-nin - VÖEN: **********, Hesab/nömrəsi: AZ40AİİB400600K**********118 Kapitalbank ASC Ganclik filialı Kod:200189 VÖEN: **********, M/H: AZ37NABZ******************** hesabına ödənilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qət etdi: Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 06 avqust 2025-ci il tarixli, e-2-2(121)-27/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. “Seriyası MH olan, N0139826 saylı çıxarışla ünvan 11 ünvanında “Çamaşırxana Kombinatı" ASC-nin istifadəsində olan 0.51614 ha torpaq sahəsində yerləşən 6152.5 kv.m ümumi, 5136 8 kv.m əsas, 1015,7 kv.m köməkçi sahədən ibarət “Çamaşırxana Kombinatı" ASC-yə məxsus olan Əmlak Kompleksinin ilkin satış qiyməti 28 530 000 (iyirmi səkkiz milyon beş yüz otuz min) manat müəyyən edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qiymətləndirmə xərci olan 4000 (dörd min) AZN mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-dən alınaraq "xxxx" MMC-nin - VÖEN: **********, Hesab/nömrəsi: AZ40AİİB400600K**********118 Kapitalbank ASC Ganclik filialı Kod:200189 VÖEN: **********, M/H: AZ37NABZ******************** hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-242/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-242/2025
19.02.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver