Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-248/2025 27.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “cavabdehin qeyri-yaşayış binasından çıxarılması, qeyriyaşayış binasının onun qanuni istifadəsinə qaytarılması, torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binasından sərbəst istifadə etməsinə hər hansı maneəçilik etməsinin cavabdehə qadağan edilməsi” tələbinə dair kommersiya işi üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: “Cavabdehin qeyri-yaşayış binasından çıxarılması, torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binasından sərbəst istifadə etməsinə hər hansı maneəçilik edilməsinin cavabdehə qadağan edilməsi” tələbi. Şirvan şəhəri, 27 noyabr 2025-ci il X20 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Nümayəndə1, Cavabdeh, onun nümayəndəsi (vəkili) Vəkil3 və Şirvan Şəhər Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin qeyri-yaşayış binasından çıxarılması, qeyriyaşayış binasının onun qanuni istifadəsinə qaytarılması, torpaq sahəsi və onun üzərində yerləşən qeyriyaşayış binasından sərbəst istifadə etməsinə hər hansı maneəçilik etməsinin cavabdehə qadağan edilməsi” tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin (hakim: Z.Abbasov) 12 avqust 2025-ci il tarixli, 2-2(121)-1588/2025 saylı qətnaməsindən iddiaçı X6 nümayəndəsi (vəkili) Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında 0,0036 ha torpaq sahəsində yerləşən 3/4T nömrəli 1 giriş, 29.12 kv.m ümumi, 29.12 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasından (mağazadan) Cavabdeh çıxarılması, həmin qeyri-yaşayış binasının onun qanuni istifadəsinə qaytarılması, torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binasından sərbəst istifadə etməsinə hər hansı maneəçilik etməsinin cavabdehə qadağan edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh Şirvan şəhəri 28 May küçəsində yerləşən ümumi sahəsi 158.08 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılmasını, həmin qeyri-yaşayış sahəsinin onun qanuni istifadəsinə qaytarılmasını və gələcəkdə həmin torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış sahəsindən sərbəst istifadə etməsinə hər hansı bir maneəçilik yaradılmasının cavabdehə qadağan edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şirvan şəhəri 28 may küçəsindən icarəsində olan 0,0036 ha torpaq sahəsi və onun üzərində yerləşən 3/4T nömrəli 1 girişli, 29,12 kv.m ümumi, 29.12 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (mağaza) tam mülkiyyət hüququ üzrə ona məxsusdur və bu hüquq Azərbaycan Respublikasının DƏDRX HDQHDƏDR-dən ******* nömrəli MH seriyalı çıxarışı ilə qeydiyyata alınmışdır. Həmin qeyriyaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi 0,008 ha olmaqla müvafiq qaydada qeydiyyatdan keçmişdir. İş üzrə cavabdeh X7 həmin qeyri-yaşayış obyektini qanunsuz olaraq zəbt edib, özbaşına istifadə edir. Hal-hazırda iş üzrə cavabdeh X7 onun qanuni istifadəsində olan həmin əmlakdan sərbəst istifadəsinə, onun üzərində sərəncam verməyinə və sair hərkətlərinə maneçilik etməklə, müxtəlif çətinliklər yaradır və ona maddi və mənəvi ziyan vurur. Ona görə də o, aidiyyəti üzrə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda əmlakını qorumaq, mühafizə etmək imkanı artıq tükənib, onun qanunla istifadəsində olan həmin torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binasını qorumaq və mühafizə etmək dövlətin vəzifəsidir. Cavabdehin hərəkətlərini son dərəcə qanunsuzluq və özbaşınalıq hesab edir. Hesab edir ki, onun qanunla istifadəsində olan həmin torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binasından istifasində yaranmış maneə və müdaxilələr məhkəmə qaydasında aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 29.3-cü və Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Hesab edir ki, cavabdeh X4 onun mülkiyyət hüququndan istifadə etməklə onun konstitusion hüququnu pozur. O, öz mülkiyyəti üzərində sərəncam hüququnu həyata keçirə bilmir. Buna görə də hesab etmişdir ki, Şirvan şəhəri Heydər Əliyev prospekti 11 ünvanında yerləşən, xüsusi mülkiyyətində olan qeyri-yaşayış binasından Cavabdeh çıxarılmalı, həmin qeyri-yaşayış binası onun qanuni istifadəsinə qaytarılmalı və gələcəkdə həmin qeyri-yaşayış binasından sərbəst istifadəsinə hər hansı bir meneəçilik etməsi ona və digər şəxslərə qadağan edilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Şirvan Şəhər Məhkəməsindəki icraat. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və izahat verərək bildirmişdir ki, Şirvan şəhəri 28 May küçəsində yerləşən mağazanı X5 işləyən Cavabdeh 2018-ci ildən etibarən aylıq icarə haqqı 300 manat olmaqla icarə müqaviləsi bağlamadan icarəyə vermiş, 5 il müddətində Sülhiyyə icarə haqqını tam şəkildə ödəmişdir. Həmin mağazanın 29.12 kv.m olan sahəsi çıxarışla ona məxsusdur, ümumilikdə 158 kv.m sahə isə Şirvan şəhər Bələdiyyəsi ilə aralarında olan müqaviləyə əsasən onun adına yüklüdür. Lakin 2023-cü ilin noyabr ayında ərazinin rəsmiləşdirilməsi üçün Dövlət Reyestr Xidmətinə müraciətilə bağlı əməkdaşlar obyektə baxış keçirilməsi üçün daxil olmaq istəyərkən Sülhiyyə icazə verməmiş, obyektin yarısının ona məxsus olması ilə bağlı əlində müvafiq sənəd olduğunu bildirmişdir. Lakin cavabdeh Sülhiyyət Hətəmovaya həmin sahə üzrə hər hansı sənəd verilməmiş, dövlət reyestrində qeydiyyata alınmamışdır. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X15 iddianı müdafiə etmiş və izahat verərək bildirmişdir ki, Şirvan Şəhər Bələdiyyəsi ilə iddiaçı arasında bağlanmış 959 nömrəli, 01 sentyabr 2008-ci il tarixli torpaq icarə müqaviləsindən görünür ki, Şirvan şəhər Bələdiyyəsinin 01 sentyabr 2008-ci il tarixli, 67 nömrəli qərarına əsasında ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 36 kv.m olan torpaq sahəsi icarə müqaviləsi əsasında iddiaçının istifadəsinə verilir. Həmçinin Şirvan şəhər Bələdiyyəsi ilə iddiaçı arasında bağlanmış H-054 nömrəli, 17 oktyabr 2011-ci il torpaq icarə müqaviləsindən görünür ki, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 80.0 kv.m olan torpaq sahəsi icarə müqaviləsi əsasında onun istifadəsinə verilir. Həmin ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 158.08 kv m təşkil edir. Cavabdeh xx.xx.1996-cı il tarixinə aid saxta sənəd təqdim edərək guya həmin qeyri-yaşayış sahəsinin ona məxsus olmasını bildirir. Lakin 2023-cü ilin noyabr ayına kimi Cavabdeh tərəfindən iddiaçıya icarə haqqı ödənilmişdir. Burada belə bir ziddiyyət yaranır ki, əgər həmin qeyri-yaşayış sahəsi Cavabdeh məxsus olmuşsa niyə 2023-cü ilin noyabr ayına kimi onun tərəfindən iddiaçıya icarə haqqı ödənilmişdir. Bundan başqa onun tərəfindən təqdim edilmiş saxta sənəddə Cavabdeh Şirvan şəhəri 28 May küçəsində torpaq sahəsinin ayrılması qeyd edilsə də, həmin küçədə harada torpaq sahəsinin ayrılması qeyd edilməmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahat verərək bildirmişdir ki, iddiaçının iddia etdiyi ünvan 1 ünvanında yerləşən 0,0036 ha torpaq sahəsi üzərində yerləşən 3/4T nömrəli 1 giriş, 29,12 kv.m ümumi 29,12 kv.m əsas sahədən ibarət 1 mərtəbəli, qeyri-yaşayış sahəsini 2005-ci il tarixdən icarəyə götürmüşdür. Aylıq icarə haqqı əvvəl 150 manat, sonradan 200 manat olmuşdur. Həmin yerin yanında onun da 67 kv.m torpaq sahəsi olmuş, 2014-cü ildə iddiaçının sahəsi ilə onun sahəsi birləşdirilmiş və belə razılaşmışlar ki, kim çıxmaq istəsə, öz payını digər tərəfə satar. Onun da həmin vaxt maddi imkanı zəif olduğu üçün onunla razılaşmış və iddiaçıya ayda onun hissəsinə görə 400 manat icarə haqqı ödəməyə başlamışdır. 2024-cü ilin yanvar ayında iddiaçı bildirmişdir ki, “yeri satıram, sənə düşən hissənin də pulunu verəcəm”, o etiraz etməmiş və fevral ayının 29-na dək ondan vaxt istəmişdir. İddiaçı onun çıxmağı barədə bildirdikdən bir neçə gün sonra “OBA” marketin işçilərindən də bir neçə nəfər gələrək notariat qaydasında təsdiq edilmiş müqaviləni göstərərək həmin sahəni aldıqlarını bildirmişlər. Həmin vaxtdan indiyənədək keçən müddət ərzində də iddiaçı ona həmin sahəni işlətməyə imkan verməmiş, məhkəmə qaydasında mağaza üzərinə həbs qoyulmuşdur. Çünki iddiaçı onun çıxmasını gözləmək əvəzinə, ondan, ailəsindən müxtəlif inzibati orqanlara, polis şöbəsinə, prokurorluğa şikayətlər etməyə başlamışdır. Keçən müddət ərzində də o ancaq iddiaçının şikayətləri üzrə izahat verməklə məşğul olmuşdur. İddiaçı indiyənədək bir manat da olsun vergi ödənişi də ödəməmişdir, bütün vergilər də onun tərəfindən ödənilmişdir. Hətta iddiaçı vergidən yayınmaq üçün onun rəsmi olaraq icarə müqaviləsi də bağlamamışdır. Faktiki olaraq icarəsində olan və iddiaçıya da icarə müqaviləsi əsasında məxsus olan Şirvan şəhəri 28 May küçəsində olan 0,0036 ha torpaq sahəsinə və seriya MH-0001601 nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 3/4T nömrəli 1 girişli, 29, 12 kvm. ümumi, 29.12 kvm.əsas sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binasına görə də icarə haqqı və vergi onun tərəfindən ödənilmişdir. Çünki həmin obyektə bitişik 67 kvm. torpaq sahəsini o, Şirvan şəhər İcra Hakimiyyətindən alqı-satqı yolu ilə almış və həmin sahədə tikintiyə icazəsi də olmuşdır. Lakin maddi imkanı olmadığı üçün qeyri-yaşayış sahəsini tikə bilməmişdir. 2014cü il tarixdə İddiaçıla şərik qaydada öz icazəsi əsasında ona məxsus olan torpaq sahəsini və Rəfaelə məxsus qeyri-yaşayış sahəsini birləşdirərək şərikli qaydada vahid obyekt tikmişlər. Ümumilikdə qeyri-yaşayış sahəsi 150 kv.m olmuşdur. Hazırda isə iddiaçı həmin qeyri-yaşayış sahəsinin bütövlükdə ona məxsus olmasını bildirərək, onu məhkəməyə vermişdir. İddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh sonradan ərizə verərək iddianı qismən qəbul edərək bildirmişdir ki, iddiaçının özündə iddia ərziəsində qeyd etdiyi kimi və onun da iddiaçının 29 kv.m olan hissəsi ilə razıdır. Çünki məhkəmə gedişatında da vurğuladığı kimi mübahisə olunan ərazidə hər ikisinin obyekti olmuşdur. Öz aralarında olan şifahi razılaşmaya əsasən hər iki obyekt birləşdirilmişdir. Sadəcə ev olaraq o ona məxsus olan hissəni gərək bilmədiyi üçün sənədləşmə qeyd etməmişdir. Mübahisə edilən obyekt ilk vaxtdan onun istifadəsindədir. İddiaçıya aid olan 29 kv/m sənədlə ona məxsusdur. Qalan hissəni isə ekspertiza qərarına əsasən torpaq sahəsi bələdiyyə ərazisidir və heç kimə aid deyildir. Qanunvericiliyə əsasən Bələdiyyə torpaq sahəsini satışa çıxararsa ilk olaraq torpaq sahəsinin kimin istifadəsində olduğu şəxsə təklif etməlidir. Ona görə də, iddiaçının qeyd etdiyi iddia tələbinin və hazırda üzərinə həbs qoyulduğu 29 kv.m hissənin təmin edilməsini iddianın qalan hissəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iddianı qismən qəbul etmiş, izahat verərək bildirmişdir ki, cavabdeh ilkin iddiaya dair vermiş olduğu izahatında da iddianı qismən qəbul etdiyini bildirmişdir. Belə ki, Şirvan şəhəri 28 May küçəsi küçəsində İddiaçı icarəsində olan 0,0036 ha torpaq sahəsində yerləşən 3/4T nömrəli 1 girişli, 29,12 kv.m ümumi 29,12 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası 2005-ci il tarixdən onun icarəsindədir. Lakin iddiaçı ilə cavabdeh arasında yalnız 2005-ci il tarixdə 5 illik icarə müqaviləsi yazılı bağlanmışdır. Sonradan isə iddiaçı ilə aralarında yazılı icarə müqaviləsi olmasa da faktiki olaraq həmin ticarət obyekti onun icarəsində olub və icarəyə görə də hər ay iddiaçıya icarə haqlarını ödənilmişdir. İddiaçı ilə cavabdehin son razılaşmalarına görə isə 2023-cü ilin dekabrınadək, hər ay iddiaçıya 400 manat mağazaya görə icarə haqqı ödəmişdir. Bu barədə obyektdə olan görüntülər, yazışmalar var, aylıq icarə haqqı iddiaçıya və onun oğluna ödənilmişdir. Həmin obyektin yenidən tikilməsində maliyyə xərclərinin 50 faizi cavabdeh tərəfindən qarşılanmış, hətta onun həyat yoldaşı da həmin yerin 0,67 kv.m sahəsi ona məxsus olduğu üçün orada usta olaraq çalışmışdır. Əgər həqiqətən də iddiaçının ünvan 1 ünvanda ümumi sahəsi 80,0 kv/m. torpaq sahəsinə dair 17 oktyabr 2011-ci il tarixli H-054 nömrəli Torpaq icarə müqaviləsi var idisə hansı səbəbdən iddiaçı ilkin olaraq cavabdehin icarəsində olan ticarət obyektindən çıxarılmasını iddia etmişdir və onun indiyənədək də iddiaçının hərrac nəticəsində belə bir müqavilə bağlamasından xəbəri belə olmamışdır. Əgər qanuni hərrac keçirilsə idi o zaman həmin torpaq sahəsi faktiki olaraq onun istifadəsində olduğu üçün onun da həmin hərracın keçirilməsindən xəbəri olardı və yaxud da ki, o da hərracda iştirak edərdi. Hətta iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 01 sentyabr 2008-ci il tarixli 959 nömrəli və 17 oktyabr 2011-ci il tarixli H-054 nömrəli müqavilələrin həqiqiliyi şübhə doğurur. Çünki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hər iki torpaq icarə müqaviləsi tam formada təqdim edilməmişdir. Belə ki, müqavilələrin müddəti göstərilməmiş, 17 oktyabr 2011-ci il tarixli H- 054 nömrəli torpaq icarə müqaviləsinin müddəti göstərilmədiyi halda müqavilənin axırında əl xətti ilə müddəti göstərilməyən torpaq icarə müqaviləsinin müddətinin 15 yanvar 2025-ci il tarixədək uzadılması qeyd edilmiş, müqavilənin müddətinin də hansı tarixdən uzadılması da göstərilməmişdir. 17 oktyabr 2011-ci il tarixli H-054 nömrəli torpaq icarəsi müqaviləsi bağlanarkən müqavilənin predmetinin 1.1-ci bəndində qeyd edildiyi kimi, torpaq icarə müqaviləsi torpaq sahəsinin sərhədləri yerdə və xəritədə müəyyən edildikdən, onun sahəsi ölçüldükdən sonra bağlanır. 2005-ci il tarixdən bu torpaq sahəsi faktiki olaraq onun istifadəsində olduğu halda, kimlər gəlib həmin torpaq sahəsinə baxıb, yerində ölçmə aparmışdır. İddiaçının Şirvan şəhəri 28 May küçəsində 29,12 kv.m ticarət obyektindən və həmin obyektin yerləşdiyi 0,0036 ha torpaq sahəsinə dair 01 sentyabr 2008-ci il tarixli, 959 nömrəli torpaq icarə müqaviləsindən başqa heç bir rəsmi müqaviləsi olmamışdır. Hələ həmin 959 nömrəli torpaq icarə müqaviləsinin də qanuni olub-olmaması da şübhəlidir. Mübahisə edilən obyekt ilk vaxtdan onun istifadəsindədir. İddiaçıya aid olan 29 kv/metr torpaq sahəsi sənədlə ona məxsusdur. Qalan hissələr isə ekspertiza qərarına əsasən bələdiyyə torpaq sahəsi - ərazisidir və heç kimə aid deyildir. İddianın qismən təmin edilməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, e-2(032)-522/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh Şirvan şəhəri 28 May küçəsində yerləşən ümumi sahəsi 158.08 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyriyaşayış sahəsinin İddiaçı sahibliyinə qaytarılması, İddiaçı Şirvan şəhəri 28 May küçəsində yerləşən ümumi sahəsi 158.08 kv.m olan qeyri-yaşayış sahəsindən və onun üzərində yerləşən qeyri-yaşayış binasından sərbəst istifadə etməsinə hər hansı maneəçilik etməsi cavabdehə qadağan edilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilməsi, Cavabdeh 100 (yüz) manat məbləğində ekspertiza xərci alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi və mütəxəsis rəyinin alınması ilə bağlı ödənilmiş olan 95 (doxsan beş) manat məbləğində pulun Cavabdeh tutulub İddiaçı verilməsi qət edilmişdir. b) Şirvan Şəhər Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, e-2(032)-522/2024 saylı qətnaməsindən cavabdeh narazı qalmış və həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti işlə birlikdə xx.xx.2025-ci il tarixdə Apellyasiya instansiyası məhkəməsinə daxil olmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2025-ci il tarixli, 2(106)-496/2025 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan Şəhər Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, e-2(032)- 522/2024 saylı qətnaməsi ləğv edilmiş və mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün iş Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. c) Şirvan Kommersiya Məhkəməsində icraat. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil3 izahatlarında iddia tələbini qəbul etmədiklərini, mübahisəli qeyri-yaşayış sahəsindən qanuni əsaslarla istifadə etdiklərini, həmin qeyri-yaşayış sahəsinin iddiaçıya heç bir aidiyyətinin olmadığını bildirmiş və iddianın rədd edilməsini xahiş etmişlər. Şirvan Kommersiya Məhkəməsinin 12 avqust 2025-ci il tarixli, 2-2(121)-1588/2025 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: ç)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı X6 nümayəndəsi (vəkili) Nümayəndə1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan qeyriyaşayış sahəsinə (mağaza) dair İddiaçı ilə Şirvan Bələdiyyəsi arasında icarə müqaviləsi bağlanılmış, həmin icarə müqaviləsinin müddəti hüquq subyekti tərəfindən uzadılmışdır. Lakin Cavabdeh həmin qeyri-yaşayış sahəsinə dair hər hansı hüquq müəyyənedici sənədi müəyyən edilməmişdir. Qeyd etmişdir ki, hazırkı iş üzrə ilkin olaraq Şirvan Şəhər Məhkəməsində araşdırma aparılmış və Şirvan Şəhər Məhkəməsi tərəfindən iş üzrə aylarla araşdırma aparılmış, mütəxəssis və ekspert rəyi alınmış və iddia təmin edilmişdir. Lakin hazırkı iş üzrə həmin məhkəmə prosesi zamanı araşdırılmış hallara istinad edilməmişdir. Məhkəmə iş üzrə əhəmiyyətli olan hallara qiymət verməmiş, araşdırılmış hallara istinad edilməmişdir. Məhkəmə iş üzrə əhəmiyyətli halları nəzərə almamış, Cavabdeh adına olan sənədin saxta olmasına diqqət etməmiş, Şirvan Şəhər Prokurorluğunun qərarına, şahid ifadələrinə, müxtəlif dövlət orqanlarından alınmış cavablara qiymət verməmiş, ümumilikdə qanunsuz və əsassız bir qətnamə qəbul etmişdir. Şirvan Şəhər Məhkəməsində işin bütün halları tam, hərtərəfli, obyektiv araşdırılmış və düzgün qərar qəbul edilmişdir. Əlavə olaraq göstərilmişdir ki, işin hallarından açıq-aşkar görünür ki, məhkəmə işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, əsasız bir qətnamə qəbul etmişdir. e) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ə) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən iddiaçı X13 verdiyi apellyasiya şikayətini müdafiə etmiş, onun məzmununa uyğun izahat vermiş, şikayətlərinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, qeyd edilən ərazidə 29.12 kv/m-lik mağazanı 2008-ci ildə almış, elə həmin vaxtdan da mağaza onun mülkiyyətində olmuşdur. Sonradan Şirvan şəhər bələdiyyəsindən həmin mağazanın yanında əlavə 80 kv/m torpaq sahəsini də icarəyə götürmüş, köhnə mağazanı sökərək tikintialtı sahəsi 158 kv/m olan yeni mağaza inşa etdirmişdir. Yeni mağazanı 2011-ci ildə tikib başa çatdırmış və oranı 2019-cu ilədək Ağdamlı iki nəfərə icarəyə vermişdir. Aralarında icarə müqaviləsi olmamış, onlar icarə haqqını sadəcə ümumi qaydada ona ödəmişlər. 2019-cu ildə Ağdamlı uşaqlar mağazadan çıxmışdır. Bu zaman cavabdeh həmin mağazanı ona icarəyə verilməsini xahiş etmişdir. O da həmin mağazanı icarə əsasında işlətmək üçün ayı 400 manata cavabdehə vermişdir. Cavabdeh hər ay ona icarə haqqı ödəmişdir. Cavabdehlə şərikli mağaza inşa etməmişdir. Mağazanı öz vəsaiti hesabına tikdirmişdir. Cavabdehin güya mağazanı onunla şərikinə tikdirməsi ilə bağlı səsləndirdiyi fikirlər boş xülyadır. Sonradan mağazanı “Oba Marketə” icarəyə verməklə icarə müqaviləsi bağlamışlar. Lakin cavabdeh bu günədək ona həmin mağazadan istifadə etməyə maneçilik yaradır. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 verdiyi apellyasiya şikayətini müdafiə etmiş, onun dəlillərinə uyğun izahat vermiş, şikayətlərinin təmin edilməsini xahiş etmişdir. Göstərmişdir ki, hazırkı iş üzrə ilkin olaraq Şirvan Şəhər Məhkəməsində aylarla araşdırma aparılmış, mütəxəssis və ekspert rəyi alınmış və iddia təmin edilmişdir. Lakin hazırkı iş üzrə həmin məhkəmə prosesi zamanı araşdırılmış hallara istinad edilməmiş, iş üzrə əhəmiyyətli olan halları nəzərə almamış, qanunsuz və əsassız bir qətnamə qəbul etmişdir. Şirvan Şəhər Məhkəməsində işin bütün halları tam, hərtərəfli, obyektiv araşdırılmış və düzgün qərar qəbul edilmişdir. Apellyasiya baxışında iştirak edən Cavabdeh bildirmişdir ki, apellyasiya şikayətini əsassız hesab etmiş və onun təmin edilməməsini xahiş etmişdir. Qeyd etmişdir ki, iddiaçıya məxsus 29.12 kv/m-lik mağaza öncədən mövcud olmuş və həmin mağazanı icarəyə götürərək işlətmişdir. Rəfail sonradan həmin mağazanın yanında 80 kv.m yeri də icarəyə götürmüş və toplam (36kv.m+80kv.m=116) 116 kv.m-lik yerdə mağaza tikib ona vermişdir. Rəfaelin mağazasının yanında onun 67.7 kv.m-lik torpaq sahəsi olmuş və 2013-cü ildə 116 kv.m-lik mağazanı da söküb, ümumi razılıqla şərikinə onun da 67.7 kv.m-lik torpaq sahəsini əhatə edən mağaza inşa etdirmişlər. Belə razılaşmışlar ki, mağazadan kim öncə çıxarsa mağazanı ona satacaq. Lakin sonradan öyrənmişdir ki, iddiaçı mağazanı “Oba Marketə” icarəyə verməklə icarə müqaviləsi bağlamışdır. Bu səbəbdən də onunla razılaşmamışdır. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil3 apellyasiya şikayətini əsassız hesab etmiş, onun təmin edilməməsini, Şirvan Kommersiya Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Qeyd etmişdir ki, iddiaçının 29.12 kv/m-lik mağazasının olmasını qəbul edirlər. Lakin hazırda nə iddiaçının nə də onların tikiliyə sübyektiv hüququ yoxdur. Belə ki, 29.12 kv/m-lik mağaza sökülərək məhv edildiyindən, icarəyə götürmüş 80 kv.m torpaq sahəsi bələdiyyə mülkiyyətində olduğundan və icarə müqaviləsinin müddəti bitdiyindən, həmçinin yerdə qalan 42 kv.m torpaq sahəsi də bələdiyyə torpaqları olduğundan hazırda həmin tikiliyə heç kəsin subyektiv hüququ yoxdur. Kollegiyanın iclası zamanı Şirvan Şəhər Bələdiyyəsi iş üzrə müstəqil tələb irəli sürməyən İİİ şəxs qismində işə cəlb edilmişdir. Apellyasiya baxışında iştirak edən Şirvan Şəhər Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, tərəflər arasında olan mübahisədən məlumatlıdırlar. Qeyd edilən ərazidə iddiaçıya aid olan mağaza tikilisinin olmasını bilir. Həmin ərazidə Bələdiyyə mülkiyyətində olan 80 kv.m torpaq sahəsi ilə bağlı bələdiyyə ilə iddiaçı arasında icarə müqaviləsi mövcud olub. Bildiyinə görə həmin icarə müqaviləsinin müddəti başa çatıb. Yenidən icarə müqaviləsi bağlanmasından məlumatlı deyil. Torpaqla bağlı vergi rüsumlarını Rəfael ödəyib. Həmin ərazidə olan mağaza tikilisinin altında yerləşən bələdiyyə torpaqları ilə bağlı onlar tərəfindən məhkəməyə müraciət olunmayıb, ümumiyyətlə həmin torpaqlarla bağlı mübahisələri yoxdur. Bələdiyyə tərəfindən Sülhiyyəyə 67.7 kv.m torpaq sahəsi ayrılmayıb və bələdiyyədə onun belə bir hüququ qeydiyyata alınmayıb. Həmçinin qeyd etmişdir ki, həmin ərazidə cavabdehə 67.7 kv.m torpaq sahəsinin ayrılması ilə bağlı onlarda hər hansı məlumat da yoxdur. Müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı X6 nümayəndəsi (vəkili) Nümayəndə1 apellyasiya şikayəti verərək şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 700-cü maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. “İcarə haqqında” Qanunun 15-ci maddəsinə görə icarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin edilir. O, icarəyə götürülmüş əmlakın hər hansı qanunsuz sahiblikdən qaytarılmasını, ondan istifadə edilməsində maneələrin aradan qaldırılmasını, bütün şəxslərin, o cümlədən icarəyəverənin əmlaka vurduğu zərərin ödənilməsini tələb edə bilər. İcarəyəverənin borcları üzrə tələbin icarəyə verilmiş əmlaka yönəldilməsinə yol verilmir. İcarəçinin əmlakı ondan yalnız məhkəmənin qərarı ilə geri alına bilər. Mülki Məcəllənin 169.1-ci maddəsinin tələblərinə əsasən yalnız Mülki Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Avropa Məhkəməsi «ÖnərYıldız Türkiyəyə qarşı» qərarında xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsində «mülkiyyət anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın «hüquq» kimi tanınmaması, istərsə də, bu qanunlar tərəfindən həmin marağın «mülkiyyət hüququ» hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda «mülkiyyət» hesab edilməsinin qarşısını almır. Həmin qərarda Avropa Məhkəməsi həmçinin vurğulamışdır ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmamasına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibidir və evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur və ərizəçinin tikdiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyət»ə bərabərdir. Ə.Ə.Axverdiyevin şikayəti üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 29 yanvar 2015-ci il tarixli qərarının 73-cü paraqrafında qeyd edilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından mülkiyyət hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. X18 Məhkəməsinin bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, X19rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) qeyd olunmuşdur ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Avropa Məhkəməsi presedentlərində də göstərildiyi kimi qeyri-yaşayış binası «mühüm iqtisadi maraq» kəsb edir və həmin bina üzərində onun ən azından istifadə, həmçinin “gözlənilən” hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, Şirvan Kommersiya Məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilməli və iddia qismən təmin edilməlidir. Məhkəmə aidiyyəti əsası ilə ləğv edilrək baxılması üçün iş Şirvan Kommersiya Məhkəməsinə göndərilmiş Şirvan Şəhər Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, e- 2(032)-522/2024 saylı qətnaməsi üzrə olan araşdırma materiallıarından aşağıdakılar müəyyən olunmuşdur; Belə ki, Şirvan Şəhər Məhkəməsinin iclasında şahid qismində ifadə vermiş X2 bildirmişdir ki, Şirvan şəhər Bələdiyyəsinin torpaq şöbəsinin müdiri vəzifəsində işləyir. Şirvan şəhəri 28 May küçəsində 29,12 kv.m ticarət obyektindən və həmin obyektin yerləşdiyi 0,0036 ha torpaq sahəsinə dair 01 sentyabr 2008-ci il tarixli torpaq icarə müqaviləsi xx.xx.2023-cü il tarixə qədər müddətə bağlanılmışdır. 2023-cü ildən sonra müqavilənin vaxtı uzadılmayıb. Belə ki, torpaq sahəsinin üzərində tikili varsa müqavilə uzadılır, hərrac keçirilmir. ünvan 1 ünvanında yerləşən obyektin ölçüsü bir obyekt üçün hesablanıb. Orada yerləşən obyekt üçün Rəafel Əhmədovla 2011-ci il 17 oktyabr tarixli müqavilə 5 il müddətinə imzalanmış, həmin müqaviləyə 2025-ci ilədək uzadılmışdır və qüvvədədir. 2011-ci ildə qeyri-yaşayış obyektinin hərraca çıxarılması ilə bağlı mülkiyyət qəzetində məlumat əks olunmuşdur. Hər bir hərrac protokolla rəsmişlədirilmiş, həmin hərracın keçirilməsi 2011-ci il tarixli 42 nömrəli protokolla rəsmiləşdirilmişdir. Şirvan Şəhər Məhkəməsinin iclasında şahid qismində ifadə vermiş X3 bildirmişdir ki, ustadır, İddiaçı mağazalarında usta kimi işlədiyindən həmin vaxtdan onu tanıyır. O, usta kimi işlədiyi müddətdə mağazaların sahibi kimi İddiaçı və onun atasını tanımış, Cavabdeh isə mağazada satıcı kimi tanımışdır. Mağazalarda gördüyü işlərə görə pulu İddiaçı almışdır. İşdə olan AN-İ № ******* saylı xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin (qeyri-yaşayış binası (mağaza) alqı-satqısı) surətindən görünür ki, satıcı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Əli-Bayramlı şəhər Ərazi İdarəsi tərəfindən 14 iyun 2008-ci il tarixdə verilmiş 1284 saylı arayışa əsasən, hüquq müəyyənedici sənəd üzrə torpaq sahəsi 0,0036 ha, faktiki torpaq sahəsi 0,0036 ha, əsas sahəsi 29,12 kv.m, ümumi 29,12 kv.m sahəsini ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binası (mağaza) 4200 manata alıcı İddiaçı satmış, alıcı isə həmin qiymətə almışdır. İşdə olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri 28 May küçəsində icarəsində olan 0,0036 ha torpaq sahəsində yerləşən 3/4T nömrəli girişli, 29,12 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binası (mağaza) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2008-ci ildə 1 nömrəli reyestr kitabının 96 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2008-ci il tarixli 959 nömrəli torpaq icarəsi müqaviləsinin surətindən görünür ki,icrarəyəverən Şirvan şəhəri Bələdiyyəsi icraçı İddiaçı ünvan 3 küçəsində yerləşən ümumi sahəsi 36.0 kv.m olan torpaq sahəsini müvəqqəti istifadə üçün icarəyə verir. İcarəçi isə onu qəbul edir. İcarəyə verilmiş torpaq sahəsinin təyinatı mağaza (tikintialtı sahə) sahəsi 36.0 kv.m olan, müqavilə üzrə illik icarə haqqı 43 manat 20 qəpikdir. İcarə müqaviləsi xx.xx.2008-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər müddətə bağlanır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan Ərazi İdarəsinin torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ünvan 1 ünvanında yerləşən təyinatı yaşayış məntəqlərinin torpaqları , məqsədli istifadə növü sahibkarlıq olan, mülkiyyət növü bələdiyyə olan, sənəd üzrə və faktiki sahəsi 0,008 ha olan torpaq sahəsinin hüquq subyekti Şirvan şəhəri Şirvan Bələdiyyəsidir. Torpaq sahəsinin planı və ölçüsü xx.xx.2011ci ildə tərtib edilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında olan 0,008 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Şirvan şəhəri Şirvan Bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci ildə 4 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2011-ci il tarixli H-054 nömrəli torpaq icarəsi müqaviləsinin surətindən görünür ki, icrarəyəverən Şirvan şəhəri Bələdiyyəsi icraçı İddiaçı ilə ünvan 3 küçəsində yerləşən ümumi sahəsi 80.0 kv.m olan torpaq sahəsini müvəqqəti istifadə üçün icarəyə verir. İcarəçi isə onu qəbul edir. İcarəyə verilmiş torpaq sahəsinin təyinatı mağaza (tikintialtı sahə) sahəsi 80.0 kv.m olan, müqavilə üzrə illik icarə haqqı 145 manatdır. İcarə müqaviləsi xx.xx.2011-ci il tarixdən xx.xx.2016-cı il tarixə qədər müddətə bağlanır. Həmin müqavilənin arxa vərəqində olan qeydə əsasən xx.xx.2011-ci il tarixli H-054 saylı icarə müqaviləsinin vaxtı 15 yanvar 2025-ci il tarixə qədər uzadılmışdır. İşdə olan xx.xx.1996-cı il tarixli 81 nömrəli Əli-Bayramlı şəhər İcra Hakimiyyəti başçısının sərəncamından çıxarışın surətindən görünür ki, şəhər sakini Cavabdeh mağaza tikintisinə icazə verilməsi, obyektin tikintisi üçün şəhərin 28 May küçəsində 67 kv.m torpaq sahəsi ayrılması qərara alınmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şirvan şəhər sakini İddiaçı Şirvan şəhər prokurorluğuna müraciəti əsasında araşdırma aparılmış, araşdırma sənədlərdən görünür ki, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 13 saylı ərazi idarəsinə müraciət edən zaman təqdim etdiyi Əli-Bayramlı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli 81 nömrəli sərəncamının sürəti heç bir hüquqi əsası olmayan sənəddir. Həmin sənədlə vətəndaşın sərəncamverici hüququ təsdiq edilsə də qeyrimüəyyən cümlələrdən istifadə edilmişdir. Sərəncamda qeyd edilən ünvanın faktiki olaraq ərizəçi İddiaçı sahibi olduğu qeyri-yaşayış sahəsi olub-olmaması müəmmalıdır. Başlıca sübut isə Cavabdeh təqdim etdiyi sənədin Dövlət Arxivində kötüyü olmamısıdır. Həmçinin eyni tarixli və eyni nömrəli bir sənədin mövcud olması bir daha Cavabdeh təqdim etdiyi sənədin heç bir hüquq müəyyənedici sənəd olmadığını sübut edir. Sənədə diqqətlə nəzər yetirdikdə adından sərəncam verilmiş Sədaqət Qəhrəmənovanın imzasının sənəddə olmadığı, şəxsiyyəti araşdırmaya məlum olmayan şəxs tərəfindən “əsli ilə düzdür” sözləri qeyd edilərək qarşısında imza icra edildiyi müəyyən olunur. Sənəd üzərindəki möhürün daxilindəki yazıların məzmununu, doğruluğunu və faktiki olaraq Şirvan şəhər İcra Hakimiyyətinə (keçmiş Əli-Bayramlı) aid olub-olmadığını dəqiqləşdirmək nümkün deyil. Bu hal üzrə həmin sənədin hansı vaxtda, haradan əldə edilməsi araşdırmaya məlum deyildir. Bu səbəbdən Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 320-ci maddəsi ilə cinayət işinin başlanması istisna edilməlidir. Araşdırma nəticəsində Cavabdeh əməlində cinayət tərkibi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X12 xx.xx.2024-cü il tarixli, 3-48-DA-14F/2-207/2024 saylı məktubundan görünür ki, X17 filialında mühafizə olaraq Əli-Bayramlı (indiki Şirvan) şəhər İcra Hakimiyyətinin 1996-cı il tarixli sərəncamlar kitabında vətəndaş Cavabdeh adına sərəncam aşkarlanmamışdır. Qeyd olunan 1996-cı il tarixli sərəncamlar kitabında 81 nömrəli sərəncamın (həmin dövr müvafiq orqanın qəbul etdiyi aktlar sərəncam idi) tarixi kitabda xx.xx.1996-cı ildir və başqa mövzudadır. İşdə olan Milli Arxiv İdarəsi Dövlət X12 xx.xx.2024-cü il tarixli 3-48-DA14F/2- 207/2024 saylı məktuba əlavə edilmiş xx.xx.1996-cı il tarixli Azərbaycan Respublikası Əli- Bayramlı şəhər İcra Hakimiyyətinin sərəncamının surətindən görünür ki,1.Şəhər icra hakimiyyətinin mənzil-məişət komissiyası xx.xx.1996-cı il protokolunda qeyd edilən qərar təsdiq edilsin.2.Təsdiq edilmiş qərara uyğun vətəndaşları lazım olan sənədlərlə təmin etmək mənzil-məişət komissiyasına tapşırılmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, “ünvan 3 nömrəli qeyri-yaşayış bınasının (mağazanın) Cavabdeh tərəfindən özbaşına tutulması və Cavabdeh sizə məxsus torpaq sahəsindən və qeyri-yaşayış sahəsindən çıxarılması” barədə müraciətinizə “Daşınmaz Əmlakın Dövlət Kadastn və Reyestr” publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. Müraciətinizlə bağlı bildiririk ki, daşınmaz əmlakın dövlət reyestrində ünvan 6 ünvanda yerləşən, bir mərtəbəli, 1 girişli, tikintalı sahəsi 36.0 kv.m, ümumi sahəsi 29.12 kv.m olan qeyri-yaşayış binasının (mağazanın) sizə məxsus olması barədə məlumatlar mövcuddur. Həmin mağazaya dair Ərazi İdarəsi tərəfindən sizin adınıza xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış və 911-2/12111 inventar nömrəli texniki pasport sənədi verilmişdir. Həmçinin bildirir ki, Şirvan Şəhər Polis Şöbəsinə eyni məzmunlu müraciətiniz əsasında xx.xx.2024-cü il tarixdə 13 saylı Şirvan Ərazi İdarəsinin və Polis Şöbəsinə əməkdaşlarının birgə iştirakı ilə sözügedən obyektə yerində baxış keçirilmiş, araşdırma aparılmışdır. Araşdırma zamanı xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəli dövləl reyestrindən çıxarışa əsasən mülkiyyətinizdə olan qeyri-yaşayış binasının (mağazanın) hal-hazırda mövcud olmadığı, həmin tikilinin yerində və ona bitişik ərazidə isə tikintiniti sahəsi 158.0 kv.m, ümumi sahəsi 137.7 kv m olan birmərtəbəli qeyriyaşayış binasının inşa edildiyi müəyyən olunmuşdur. Həmin tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Ərazi İdarəsinin arxivi və elektron kadastr məlumatlarına əsasən müəyyən edilmişdir ki, yeni inşa edilmiş qeyri-yaşayış binasının yerləşdiyi 158.0 kv.m torpaq sahəsi bütövlükdə bələdiyyə mülkiyyətindədir. Həmin torpaq sahəsinin 36.0 kv.m hissəsi sizin icarənizdə, 80.0 kv.m hissəsi isə xx.xx.2011-ci il tarixli, ********** qeydiyyət nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şirvan bələdiyyəsinin adına qeydiyyata alınmışdır. Qalan 42.0 kv.m torpaq sahəsi isə elektron kadastr baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Bildiririk ki, Ərazi İdarəsi tərəfindən Şirvan şəhər sakini Cavabdeh adına yuxarıda göstərilən obyektə dair hər hansı sənəd verilməmiş və daşınmaz əmlakın dövlət reyestrində hüquq qeydiyyata alınmamışdır. Müraciətinizdə idarə rəhbərliyinin adına yazdığınız fikirlər tam əsasızdır və böhtan xarakteri daşıyır. İş üzrə məhkəmənin təşəbbüsü əsasında məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki;
1. DƏDRX HDQHDƏDR-nin ******* nömrəli MH seriyalı çıxarışı əsasında Şirvan şəhəri 28 May küçəsində İddiaçı icarəsindən olan 0.0036 ha torpaq sahəsində yerləşən və tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus ümumi sahəsi 29.12 kv.m qeyri yaşayış-binası hal-hazırda mövcud olmadığından qeyri-yaşayış binasının (mağazanın) sərhədləri, kontur və koordinatları müəyyən edilməsi mümkün olmamışdır;
2. İddiaçı icarəsinə verilmiş Şirvan şəhəri 26 May Küçəsi 3/4T ünvanda yerləşən tikintialtı sahəsi 36 kv.m olan torpaq sahəsinin sərhədləri, kontur və döngə nöqtələrinin koordinatları rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir.
3. Hal-hazırda hüquqmüəyyənedici (**********94 reyestr nömrəli) sənəd üzrə ünvan 10 ünvanda yerləşən ümumi sahəsi 80.0 kv.m olan torpaq sahəsinin sərhədləri, kontur və döngə nöqtələrinin koordinatları rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir;
4. Əli-Bayramlı (indiki Şirvan) şəhər İcra Hakimiyyətinin 27 may 1996-cı il tarixli Sərəncamı əsasında Cavabdeh tikintinin aparılması məqsədilə ayrılmış torpaq sahəsinin eskiz lahiyəsində qeyd edilən 67 kv.m torpaq sahəsinin sərhədləri, kontur və döngə nöqtələrinin koordinatları rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir;
5. Qeyd edilən sənədlər əsasında ayrılmış-torpaq sahələrinin sərhədləri, kontur və koordinatları üst-üstə düşür. Üst-üstə düşən hissələr rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir;
6. Cavabdeh tərəfindən boşaldılması tələb edilən 158 kv.m torpaq sahəsi baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Sözügedən 158 kv.m torpaq sahəsinin bir hissəsində İddiaçı məxsus tikintialtı sahəsi 36.0 kv.m, ümumi sahəsi isə 29.12 kv.m olan bir mərtəbəli qeyri-yaşayış binasına (mağaza) tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış və 911-2/12111 inventar nömrəli texniki pasport sənədi verilmişdir. Lakin həmin tikilinin hal-hazırda mövcud olmadığı, tikilinin yerində və ona bitişik ərazidə isə tikintialtı sahəsi 158.0 kv.m, ümumi sahəsi 137.7 kv.m olan birmərtəbəli qeyri-yaşayış binasının inşa edildiyi müəyyən olunmuşdur. Həmin tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. 158 kv.m torpaq sahəsi qeyri-rəsmi (hüquqmüəyyənedici sənədləri olmadan) olaraq cavabdehin istifadəsindədir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/5340 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin 10.09.24-cü il tarixli 3-21-3- 38/2-3062/2024 nömrəli mütəxəssis rəyində göstərilənlərə əsasən aşağıdakılar müəyyən edilmişdir : - DƏDRX HDQHDƏDR-nin ******* nömrəli MH seriyalı çıxarışı əsasında Şirvan şəhəri, 28 May küçəsində İddiaçı icarəsində olan 0.0036 ha torpaq sahəsində yerləşən tam mülkiyyət hüququ üzrə İddiaçı özünə məxsus, ümumi sahəsi 29.12 kv.m qeyri-yaşayış binası hal hazırda mövcud olmadığından qeyri-yaşayış binasının (mağazanın) sərhədlərinin, kontur və koordinatlarının müəyyən edilməsi mümkün olmamışdır. - İddiaçı icarəsinə verilmiş ünvan 9 ünvanında yerləşən tikintialtı sahəsi 36.0 kv.m olan torpaq sahəsinin sərhədləri, kontur döngə nöqtələrinin koordinatları mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planını, göstərilmişdir. - Hal-hazırda hüquqmüəyyənedici (**********94 reyestr nömrəli) sənəd üzrə ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 80.0 kv.metr olan torpaq sahəsinin sərhədləri, kontur və döngə nöqtələrinin koordinatları mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. - Əli-Bayramlı (indiki Şirvan) şəhər İcra Hakimiyyətinin 27 may 1996-cı il tarixi Sərəncamı əsasında tikilinin aparılması məqsədilə Cavabdeh QiZına ayrılmış torpaq sahəsinin eskiz layihəsində qeyd edilən 67.0 kv.metr torpaq sahəsinin sərhədləri, kontur və döngə nöqtələrinin koordinatları mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. - Qeyd edilən sənədlər əsasında ayrılmış torpaq sahələrinin sərhədləri, kontur və koordinatları üst-üstə düşür. Üst-üstə düşən hissələr mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında götərilmişdir. - Cavabdeh tərəfindən boşaldılması tələb edilən 158.0 kv.metr torpaq sahəsi baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. - Sözügedən 158.0 kv.metr torpaq sahəsinin bir hissəsində İddiaçı məxsus tikintialtı sahəsi 36.0 kv.metr, ümumi sahəsi 29.12 kv. metr olan birmərtəbəli qeyri-yaşayış binasına (mağaza) tam mülkiyyət hüquq üzrə İddiaçı adına xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış və 911-2/12111 inventar nömrəli texniki pasport sənədi verilmişdir. Lakin, həmin tikilinin hal-hazırda mövcud olmadığı, tikilinin yerində və ona bitişik ərazidə isə tikintialtı sahəsi 158.0 kv.metr, ümumi sahəsi 137.7 kv.metr olan bir mərtəbəli qeyri-yaşayış binasının inşa edildiyi müəyyən olunmuşdur. Həmin tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. 158.0 kv.metr torpaq sahəsi qeyrirəsmi (hüquqmüəyyənedici sənədlər olmadan) olaraq cavabdehin istifadəsindədir. - Şirvan şəhəri Şirvan Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 03/185 saylı arayışının surətindən görünür ki, ünvan 1 ünvanda ona məxsus ümumi sahəsi 158.08. kv.m olan qeyri-yaşayış obyektinin torpaq hərrac və müsabiqə komisiyasının xx.xx.2011-ci il tarix ********* nömrəli şəhadətnaməsinə və 2 saylı Dövlət Notariat Kontorunun xx.xx.2008-ci tarixli 4-ə-131 reyestr nömrəli ,AN-№ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə Şirvan Bələdiyyəsi sədrini xx.xx.2008-ci il tarixli 67 saylı sərəncamına əsasən Bələdiyyə mülkiyyətindən icarəyə götürdüyü 80 kv.m və 36 kv.m torpaq sahələri üzrə icarə haqqı ödəyicisi və yuxarıda sözügedən ünvandakı qeyri-yaşayış obyektinin ümumilikdə 158.08 kv.m sahəsi üzrə isə əmlak vergisi ödəyicisi kimi X1 sistemində (BAMS) qeydiyyatdadır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin Şirvan Regional Vəkil Bürosuna ünvanlanmış xx.xx.2024-cü il tarixli 1080 saylı məktubunun surətindən görünür ki, sənədlərin təsdiq olunmuş surətinin verilməsi və əmlakın qeydiyyata alınıb-alınmaması barədə məktuba "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri " PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. Məktuba cavab olaraq bildirilmişdir ki, Şirvan şəhəri F.Cavadov küçəsi ev 32-də qeydiyyatda olan İddiaçı ilə Şirvan Bələdiyyəsi arasında bağlanmış 01 sentyabr 2008-ci il tarixli 959 nömrəli Torpaq icarəsi müqaviləsi arxiv materiallarında aşkar edilmişdir. Belə ki, vətəndaş İddiaçı sözü gedən 959 nömrəli Torpaq İcarəsi müqaviləsi ilə yanaşı hüquqların dövlət qeydiyyatı üçün zəruri olan digər sənədləri (qeyri yaşayış binası (mağaza) alqısatqısı mqaviləsi) təqdim etdiyi üçün xx.xx.2008-ci il tarixil ********** qeydiyyat nömrəli, **********88-06301 reyestr nömrəli Dövlət reyestrindən çıxarışla 28 May küçəsində icarəsində olan 0.0036 ha torpaq sahəsində yerləşən 3/47 nömrəli qeyri-yaşayış binasına hüquqları qeydiyyata alınmışdır. Əlavə olaraq bildiririk ki, sorğuda göstərilən 17 oktyabr 2011-ci il tarixli H-054 nömrəli Torpaq İcarəsi müqaviləsi barədə 13 saylı Şirvan Ərazi İdarəsində məlumat aşkar edilməmişdir. Göründüyü kimi iddia təmin edilməmiş, qətnamədən iddiaçı narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri;
1. Mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin yerləşdiyi (mağazaya) torpaq sahəsinə dair İddiaçı ilə Şirvan Bələdiyyəsi arasında icarə müqaviləsinin bağlanması və həmin icarə müqaviləsinin müddətinin uzadılmasının mövcud olması, lakin Cavabdeh həmin qeyri-yaşayış sahəsinə dair hər hansı hüquq müəyyənedici sənədi müəyyən edilməməsindən,
2. Hazırkı iş üzrə ilkin olaraq Şirvan Şəhər Məhkəməsində aylarla araşdırmanın aparılması, mütəxəssis və ekspert rəyinin alınması və iddianın təmin edilməsi, Kommersiya məhkəməsi tərəfindən iş üzrə əhəmiyyətli olan hallara hüquqi qiymət verilməməsi, Cavabdeh adına olan sənədin saxta olmasının nəzərə alınmaması, Şirvan Şəhər Prokurorluğunun qərarına, şahid ifadələrinə, müxtəlif dövlət orqanlarından alınmış cavablara qiymət verməməsindən, ümumilikdə qanunsuz və əsassız bir qətnamə qəbul edilməsindən ibarətdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mülkiyyət hüququna istinad edərək tələb irəli sürdüyü daşınmaz əmlak tamamilə sökülərək məhv olduğuna görə, iddiaçı həmin əmlak üzərində mülkiyyət hüququnu itirmişdir. Bununla yanaşı, iddiaçı sonradan inşa edilmiş mübahisəli qeyri-yaşayış sahəsinin hər hansı bir hüquqla ona məxsus olmasını təsdiq edən sənədi və ya digər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, işdə olan aidiyyəti dövlət orqanlarının arayış və sənədlərinə, həmçinin ekspert rəyinə əsasən mübahisəli qeyri-yaşayış sahəsi barədə reyestrdə məlumatın aşkarlanmadığı, həmin qeyri-yaşayış sahəsi üzərində qeydiyyatdan keçmiş hüququn mövcud olmadığı, qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin isə bələdiyyə mülkiyyətində olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı hazırki tələblə çıxış etməsi üçün müvafiq subyektiv hüquqa malik olmamışdır. Belə ki, daşınmaz əmlaka dair vindikasiya iddiasının qaldırılması üçün ilk və başlıca şərt həmin daşınmaz əmlakın mülkiyyət və ya digər əşya hüququna əsasən iddiaçıya məxsus olmasına dair təkzibedilməz sübutların mövcud olmasıdır. Lakin qeyd edildiyi kimi, iddiaçı tərəfindən belə sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır və Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Birincisi, iş materialları ilə müəyyən olunur ki, Şirvan şəhəri 28 May küçəsində yerləşən ümumi sahəsi 158 kv.m olan qeyri-yaşayış sahəsinə dair iddiaçı (icarədar) İddiaçı ilə Şirvan Bələdiyyəsi (icarəyəverən) arasında xx.xx.2008-ci il tarixli 959 nömrəli və xx.xx.2011-ci il tarixli H-054 nömrəli torpaq icarəsi müqavilələri bağlanılmış, xx.xx.2008-ci il tarixli 959 nömrəli icarə müqaviləsi xx.xx.2011-ci il tarixdən xx.xx.2016-cı il tarixə qədər müddətə bağlanılmış, xx.xx.2011-ci il tarixli H-054 nömrəli həmin müqavilənin arxa vərəqində olan qeydə əsasən xx.xx.2011-ci il tarixli H-054 saylı icarə müqaviləsinin vaxtı 15 yanvar 2025-ci il tarixə qədər uzadılmışdır. Həmçinin müəyyən edilmişdir ki, xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəli dövləl reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətinizdə olan qeyri-yaşayış binasının (mağazanın) hal-hazırda mövcud olmadığı, həmin tikilinin yerində və ona bitişik ərazidə isə tikintialtı sahəsi 158.0 kv.m, ümumi sahəsi 137.7 kv m olan birmərtəbəli qeyri-yaşayış binasının inşa edilmişdir. Həmin tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Ərazi İdarəsinin arxivi və elektron kadastr məlumatlarına əsasən müəyyən edilmişdir ki, yeni inşa edilmiş qeyri-yaşayış binasının yerləşdiyi 158.0 kv.m torpaq sahəsi bütövlükdə bələdiyyə mülkiyyətindədir. Həmin torpaq sahəsinin 36.0 kv.m hissəsi iddiaçının icarəsində, 80.0 kv.m hissəsi isə xx.xx.2011-ci il tarixli, ********** qeydiyyət nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şirvan bələdiyyəsinin adına qeydiyyata alınmışdır. Qalan 42.0 kv.m torpaq sahəsi isə elektron kadastr baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İkincisi, cavabdeh həm birinci həm də apellyasiya instansiyası məhkəməsində bildirmişdir ki, iddiaçının 29.12 kv/m-lik mağazasının olmasını qəbul edirlər. Cavabdeh apellyasiya baxışında qeyd etmişdir ki, iddiaçıya məxsus 29.12 kv/m-lik mağaza öncədən mövcud olmuş və həmin mağazanı icarəyə götürərək işlətmişdir. Rəfail sonradan həmin mağazanın yanında 80 kv.m yeri də icarəyə götürmüş və toplam (36kv.m+80kv.m=116) 116 kv.m-lik yerdə mağaza tikib ona vermişdir. Rəfaelin mağazasının yanında onun 67.7 kv.m-lik torpaq sahəsi olmuş və 2013-cü ildə 116 kv.m-lik mağazanı da söküb, ümumi razılıqla şərikinə onun da 67.7 kv.m-lik torpaq sahəsini əhatə edən mağaza inşa etdirmişlər. Belə razılaşmışlar ki, mağazadan kim öncə çıxarsa mağazanı ona satacaq. Lakin sonradan öyrənmişdir ki, iddiaçı mağazanı “Oba Marketə” icarəyə verməklə icarə müqaviləsi bağlamışdır. Bu səbəbdən də onunla razılaşmamışdır. Göründüyü kimi cavabdeh iddiaçının həmin ərazidə mağazasının olmasını, sonradan mağazanın yanında 80 kv.m yeri də icarəyə götürərək cəmi (36kv.m+80kv.m=116) 116 kv.m-lik ərazidə mağaza tikib ona icarəyə verməsini qeyd etməklə 116 kv.m-lik mağazanın iddiaçı tərəfindən inşa edilməsini qəbul edir. Həmçinin qeyd etmişdir ki, Rəfaelin mağazasının yanında onun 67.7 kv.m-lik torpaq sahəsi olmuş və 2013-cü ildə 116 kv.m-lik mağazanı da söküb, ümumi razılıqla şərikinə onun da 67.7 kv.m-lik torpaq sahəsini əhatə edən yeni mağaza inşa etdiklərini bildirir. Lakin iddiaçı mağazanı özünün tikdirdiyini, cavabdehlə şərikli mağaza inşa etməsini inkar etmiş, onunla şərikinə mağaza tikdirmədiyini qeyd etmişdir. Göründüyü kimi ilk öncə iddiaçının 36 kv.m-lik torpaq sahəsində 29.12 kv.m-lik mağazası olmuş və iddiaçının həmin mağazaya dair çıxarışı da mövcud olmuşdur. Həmçinin müəyyən olunur ki, iddiaçı sonradan 80 kv.m torpaq sahəsini də Bələdiyyədən müqavilə ilə icarəyə götürərək cəmi (36kv.m+80kv.m=116) 116 kv.m-lik ərazidə mağaza tikdirmişdir. Keçirilmiş ekspertiza ilə müəyyən olunmuşdur mübahisəli mağazanın tikintialtı sahəsi 158 kv.m-dir. Həmin 158 kv.m torpaq sahəsinin 36.0 kv.m hissəsi icarədə, 80.0 kv.m hissəsi xx.xx.2011-ci il tarixli, ********** qeydiyyət nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şirvan bələdiyyəsinin mülkiyyətində, qalan 42.0 kv.m torpaq sahəsi isə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Həmin torpaq sahələrinin hər üçünü topladıqda (36 kv.m+80 kv.m+42 kv.m=158 kv.m) 158 kv.metr edir. Lakin cavabdeh Sülhiyyə məhkəmə iclasında qeyd etdiyi- “Rəfaelin mağazasının yanında onun 67.7 kv.m-lik torpaq sahəsi olmuş və 2013-cü ildə 116 kv.m-lik mağazanı da söküb, ümumi razılıqla şərikinə onun da 67.7 kv.m-lik torpaq sahəsini əhatə edən yeni mağaza inşa etmişlər” fikri öz təsdiqini tapmır. Belə olduqda (36 kv.m + 80 kv.m + 67.7 kv.m = 183.7 kv.m) mağazanın sahəsi 183.7 kv.m olur ki, bu da həqiqətə uyğun deyildir. Çünki, ekspertiza nəticəsində müəyyən edilmişdir ki, mağazanın tikintialtı sahəsi 158 kv.metrdir. Üçüncüsü, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X12 xx.xx.2024-cü il tarixli, 3-48-DA-14F/2-207/2024 saylı məktubunda qeyd edilmişdir ki, X17 filialında mühafizə olaraq Əli-Bayramlı (indiki Şirvan) şəhər İcra Hakimiyyətinin 1996-cı il tarixli sərəncamlar kitabında vətəndaş Cavabdeh adına sərəncam aşkarlanmamışdır. Qeyd olunan 1996-cı il tarixli sərəncamlar kitabında 81 nömrəli sərəncamın (həmin dövr müvafiq orqanın qəbul etdiyi aktlar sərəncam idi) kitabda tarixi - xx.xx.1996-cı ildir və başqa mövzudadır. Həmçinin müəyyən olunur ki, Şirvan şəhəri 28 May küçəsində yerləşən ümumi sahəsi 158 kv.m olan qeyri-yaşayış sahəsinə dair iddiaçı (icarədar) İddiaçı ilə Şirvan Bələdiyyəsi (icarəyəverən) arasında bağlanılmış xx.xx.2011-ci il tarixli H-054 saylı icarə müqaviləsinin müddəti işə baxılan zaman bitməmiş olmuşdur. Digər tərəfdən Cavabdeh Şirvan şəhəri 28 May küçəsində yerləşən qeyri-yaşayış obyektinə dair hər hansı hüquqmüyyənedici sənədi müəyyən edilməmişdir. Apellyasiya baxışında iştirak edən Şirvan Şəhər Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, tərəflər arasında olan mübahisədən məlumatlıdırlar. Qeyd edilən ərazidə iddiaçıya aid olan mağaza tikilisinin olmasını bilir. Həmin ərazidə Bələdiyyə mülkiyyətində olan 80 kv.m torpaq sahəsi ilə bağlı bələdiyyə ilə iddiaçı arasında icarə müqaviləsi mövcud olub. Bildiyinə görə həmin icarə müqaviləsinin müddəti başa çatıb. Yenidən icarə müqaviləsi bağlanmasından məlumatlı deyil. Torpaqla bağlı vergi rüsumlarını iddiaçı Rəfael ödəyib. Həmin ərazidə olan mağaza tikilisinin altında yerləşən bələdiyyə torpaqları ilə bağlı onlar tərəfindən məhkəməyə müraciət olunmayıb, ümumiyyətlə həmin torpaqlarla bağlı mübahisələri yoxdur. Bələdiyyə tərəfindən Sülhiyyəyə 67.7 kv.m torpaq sahəsi ayrılmayıb və bələdiyyədə onun belə bir hüququ qeydiyyata alınmayıb. Həmçinin qeyd etmişdir ki, həmin ərazidə cavabdehə 67.7 kv.m torpaq sahəsinin ayrılması ilə bağlı onlarda hər hansı məlumat da yoxdur. Dördüncüsü, İddiaçı şikayəti əsasında Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılmış və onun nəticəsində xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul olunmuşdur. Həmin qərarla müəyyən edilmişdir ki, “Cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı ərazi idarəsinə müraciət edən zaman təqdim etdiyi Əli-Bayramlı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli 81 nömrəli sərəncamının surəti heç bir hüquqi əsası olmayan sənəddir. Cavabdeh təqdim etdiyi sənədin Dövlət Arxivində kötüyü yoxdur. Həmçinin eyni tarixli və eyni nömrəli bir sənədin mövcud olması bir daha Cavabdeh təqdim etdiyi sənədin heç bir hüquqmüəyyənedici sənəd olmadığını sübut edir. Sənədə diqqətlə nəzər yetirdikdə adından sərəncam verilmiş Sədaqət Qəhrəmənovanın imzasının sənəddə olmadığı, şəxsiyyəti araşdırmaya məlum olmayan şəxs tərəfindən “əsli ilə düzdür” sözləri qeyd edilərək qarşısında imza icra edildiyi müəyyən olunur. Sənəd üzərindəki möhürün daxilindəki yazıların məzmununu, doğruluğunu və faktiki olaraq Şirvan şəhər İcra Hakimiyyətinə (keçmiş Əli-Bayramlı) aid olub-olmadığını dəqiqləşdirmək nümkün deyil. Bu hal üzrə həmin sənədin hansı vaxtda, haradan əldə edilməsi araşdırmaya məlum deyildir.” Göründüyü kimi, Cavabdeh tərəfindən təqdim edilmiş Əli- Bayramlı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli 81 nömrəli sərəncamının hüquqi qüvvəsi yoxdur. Beşincisi, müəyyən edilir ki, İddiaçı ünvan 1 ünvanda ona məxsus ümumi sahəsi 158.08. kv.m olan qeyri-yaşayış obyektinin torpaq hərrac və müsabiqə komisiyasının xx.xx.2011-ci il tarix ********* nömrəli şəhadətnaməsinə və 2 saylı Dövlət Notariat Kontorunun xx.xx.2008-ci tarixli 4-ə-131 reyestr nömrəli, AN-№ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə Şirvan Bələdiyyəsi sədrini xx.xx.2008-ci il tarixli 67 saylı sərəncamına əsasən Bələdiyyə mülkiyyətindən icarəyə götürdüyü 80 kv.m və 36 kv.m torpaq sahələri üzrə icarə haqqı ödəyicisi və yuxarıda sözügedən ünvandakı qeyri-yaşayış obyektinin ümumilikdə 158.08 kv.m sahəsi üzrə isə əmlak vergisi ödəyicisi kimi X1 sistemində (BAMS) qeydiyyatdadır. Göründüyü kimi İddiaçı bəhsi keçən mübahisəli ünvandakı Bələdiyyə mülkiyyətində olan 158.08 kv.m qeyri-yaşayış obyektinin vergi ödəyicisidir. Altıncısı, göründüyü kimi mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin (mağaza) yerləşdiyi torpaq sahəsinin 36 kv.metrinə dair çıxarışı olmuş, həmçinin iddiaçı ilə Şirvan Bələdiyyəsi arasında 80 kv.metr torpaq sahəsinə dair icarə müqaviləsi bağlanılmış, həmin icarə müqaviləsinin müddəti hüquq subyekti tərəfindən sonradan uzadılmışdır. Mağazanın tikintialtı sahəsi 158.0 kv.m, ümumi sahəsi 137.7 kv.m-dir. 42 kv.m torpaq sahəsi isə bələdiyyə torpaqlarına aid torpaq sahəsidir. Şirvan Bələdiyyəsi bildirmişdir ki, həmin torpaqlarla bağlı heç bir mübahisələri yoxdur. Müəyyən edilir ki, iddiaçının qeyd edilən mağaza binasına “gözlənilən hüququ” vardır. Lakin Cavabdeh həmin qeyri-yaşayış sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədi müəyyən edilməmişdir. Kollegiya həmçinin qeyd edir ki, iddia tələbində mübahisəli mağazanın 158.08 kv.m olması göstərilsə də məhkəmədə müəyyən edilmişdir ki, mağazanın tikintialtı sahəsi 158.0 kv.m, ümumi sahəsi 137.7 kv.m-dir. Buna görə də kollegiya hesab edir ki, mübahisəli mağazanın tikintialtı sahəsi 158 kv.m, ümumi sahəsi 137.7 kv.m qəbul edilməlidir. Beləliklə, Kollegiya iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab etmişdir ki, İddiaçı onun tərəfindən Şirvan şəhəri 28 May küçəsində yerləşən və onun tərəfindən inşa edilən tikintialtı sahəsi 158.0 kv.m., ümumi sahəsi 137.7 kv.m olan birmərtəbəli qeyri-yaşayış sahəsinə (mağaza) sahib olmaq, ondan istifadə etməkdə sərbəst olduğundan, habelə həmin əmlakın başqa şəxslərin sahibliyinə yol verməmək, özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb etmək hüququna malik olduğundan, sahibliyin müdafiəsi baxımından pozulmuş hüququnu bərpa etməklə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh edilənlərə əsasən iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin 12 avqust 2025-ci il tarixli, 2-2(121)-1588/2025 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilərək cavabdeh Şirvan şəhəri 28 May küçəsində yerləşən tikintialtı sahəsi 158.0 kv.m., ümumi sahəsi 137.7 kv.m olan birmərtəbəli qeyri-yaşayış sahəsindən çıxarılmalı, həmin qeyriyaşayış sahəsi iddiaçının sahibliyinə qaytarılmalı və qeyd edilən qeyri-yaşayış binasından iddiaçının sərbəst istifadə etməsinə hər hansı maneəçilik törədilməsi Cavabdeh qadağan edilməlidir. İddiaçı tərəfindən birinci instansiya məhkəməsi zamanı ödənilmiş 100 manat, apellyasiya instansiyası zamanı ödənilmiş 50 manat, cəmi 150 (yüz əlli) manat dövlət rüsumu əvəzində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilməli, cavabdehdən 100 (yüz) manat məbləğində ekspertiza xərci alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına köçürülməli, Mütəxəsis rəyinin alınması ilə bağlı ödənilmiş olan 95 (doxsan beş) manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməli, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı X6 apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 12 avqust 2025-ci il tarixli, 2-2(121)-1588/2025 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh Şirvan şəhəri 28 May küçəsində yerləşən tikintialtı sahəsi 158.0 kv.m., ümumi sahəsi 137.7 kv.m olan birmərtəbəli qeyri-yaşayış sahəsindən çıxarılsın, həmin qeyri-yaşayış sahəsi İddiaçı sahibliyinə qaytarılsın və qeyd edilən qeyri-yaşayış binasından (mağazadan) İddiaçı sərbəst istifadə etməsinə hər hansı maneəçilik törətməsi Cavabdeh qadağan edilsin. Birinci instansiya məhkəməsi zamanı ödənilmiş 100 manat və apellyasiya instansiyası zamanı ödənilmiş 50 manat, cəmi 150 (yüz əlli) manat dövlət rüsumu əvəzində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilsin. Cavabdeh 100 (yüz) manat məbləğində ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına köçürülsün. Mütəxəsis rəyinin alınması ilə bağlı ödənilmiş olan 95 (doxsan beş) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.