Məhkəmə qərarları › İş №2-2(106)-26/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-26/2025

18.09.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-26/2025 18.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: maddi ziyan - pul tələbi Şirvan şəhəri, 18 sentyabr 2025-ci il X6 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, e-2-2(121)-1687/2024 saylı qətnaməsindən (hakim Zaur Abbasov) Cavabdeh nümayəndəsi (vəkili) X5 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21261 (iyirmi bir min iki yüz altmış bir) manat məbləğində pulun və ödənilmiş 155 (yüz əlli beş) manat məbləğində dövlət rüsumunun tutulub iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2022-ci il tarixdə Quba rayonu, Qəçreş kəndində yerləşən əvvəlki adı “Su Səsi” olan istirahət mərkəzində 3000 kv.m ərazidə asfalt çəkilməli idi. Bununla əlaqədar olaraq bir neçə şirkətlərlə danışıqlar olmuş və ən sonda Cavabdeh məxsus olan şirkətlə danışıqlar baş tutmuş və hər kvadrata 10 manat olmaqla, cəmi 30.000 manata razılaşılmışdır. Cavabdeh sonrakı gün öz işçilərini istirahət mərkəzinə gətirmiş və işə başlamışlar. Cavabdeh avans isdəmiş və buna görə də, ilkin olaraq cavabdehin kartına 1000 manat, sonra isə 9500 manat pul ödənilmişdir. Həmin vaxt istirahət mərkəzinin həyətyanı sahəsinin bir hissəsinə asfalt örtüyü vurulmuşdur. Lakin, Quba rayonunda havalar şaxtalı olmasını nəzərə alınmadığı və asfalt örtüyü standartlara uyğun olmadığı üçün asfalt örtüyü növbəti gün ovulub tökülmüşdür. Bununla əlaqədar olaraq, iddiaçı tərəfindən Cavabdeh xəbərdarlıq edilmiş, işini düzgün və standartlara uyğun görməsi tələb edilmişdir. 21 noyabr 2022-ci il tarixdə Cavabdeh iddiaçının yanına gələrək vəziyyətinin pis olduğunu, işçilərin zəhmət haqqını verə bilmədiyini və zavoddan asfalt örtüyünü götürə bilmədiyini bildirmiş və buna görə də iddiaçıdan əlavə olaraq 10.000 manat da pul istəmişdir. İddiaçı işinin tam görülmədiyi üçün ondan yazılı formada pulun alması ilə bağlı iltizam almışdır. Cavabdeh pulu borc qismində iddiaçıdan götürmüş və 30 noyabr 2022-ci il tarixdə qaytaracağını qeyd etmişdir. Bundan əlavə olaraq istirahət mərkəzində aparılan təmir işlərinə nəzarət edən (prorab) şəxsdən 561 manat və əlavə olaraq yanacaq üçün 200 manat pul almışdır. Arada olan razılaşmaya əsasən 2023-cü ilin fevral ayının əvvəllərində istirahət mərkəzinin həyətyanı sahəsində 3000 kv.m asfalt örtüyü tam şəkildə təhvil verilməli və həmin ilin mart ayının ilk həftəsində istirahət mərkəzinin açılışı olmalı idi. Lakin, Cavabdeh nə asfalt örtüyünü tam icra etməmiş, nə də aldığı pulları geri qaytarmamışdır. Dəfərlərlə Cavabdeh ya asfalt örtüyünü tam şəkildə təhvil verməsi, ya da ona verilmiş ödənişləri geri qaytarması tələb edilsə də, bu günə kimi heç bir nəticəsi olmamışdır. Buna görə də məcburiyyət qarşısında qalıb hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Cavabdeh iddiaçıdan xx.xx.2022-ci il tarixdə 10000 manat məbləğində nağd pul almış, xx.xx.2022-ci il tarixdə isə cavabdehin bank kartına iddiaçının qayınatası X2 istifadəsində olan plastik kartdan 5000 manat, iddiaçının qaynı X1 istifadəsində olan plastik kartdan isə 4500 manat olmaqla, cəmi 9500 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, buna görə onun mövqeyini öyrənmək mümkün olmamışdır. Şirvan Kommersiya Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, e-2-2(121)-1687/2024 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh 19500 manat məbləğində borc və ödənilmiş 155 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 19655 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi və İddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh vəkili X5 tərəfindən apellyasiya şikayəti verilərək, Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-1687/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh məhkəmə prosesi barədə xəbərdar edilməmiş bu səbəbdən də lazımi sübutları və şahidlərini məhkəməyə təqdim edə bilməmişdir. Bu isə prosessual qanunvericiliyin pozulması deməkdir. Hazırki iş üzrə məhkəmə iclasında cavabdehin də iştirakı təmin edilməli idi. 2022-ci il tarixdə Quba rayonu, Qəçreş kəndində yerləşən əvvəlki adı “Su Səsi” olan istirahət mərkəzində 3000 kv.m ərazidə asfalt çəkilməli idi. Bununla əlaqədar olaraq bir neçə şirkətlərlə danışıqlar olmuş və ən sonda ona məxsus olan şirkətlə danışıqlar baş tutmuş və hər kvadrata 10 manat olmaqla, cəmi 30.000 manata razılaşılmışdır. İşə başladıqdan sonra bəlli olmuşdur ki, asfaltın altında da əsaslı təmir-tikinti işlərinə də zərurət vardır. Bu səbəblə iddiaçı və cavabdeh arasında danışıqlar aparılmış və əlavə işlərə görə 10000 manat qiymət müəyyən edilmişdir. İşin gedişində Bakıdan Qubaya 15 özüböşaldan pirsep qoşqulu Mercedess maşınla hər biri 35 ton olmaqla torpaq və daş qarışığı material aparılıb. 1 maşın 500 manata olmaqla 7500 manat pul xərclənib. İşçilərə və asfaltboşaldan maşına və quraşdırılmasına 2500 manat pul sərf olunub. 350 ton asfalt vurulub daşıma xərcləri daxil 1 tonun qiyməti 50 manatdır. 17500 manat asfalt üçün ödənilib. 15 günə iş görülüb. 5000 manat işçilərə ödənilib günü 100 manat da katok üçün icarə pulu ödənilmişdir. İddiaçı cavabdehi qanunsuz olaraq tutdurmaqla hədələdiyindən 5000 manat məbləğində pul onun Yusif adlı işçisinə qaytarılmışdır. Bu səbəbədən də çıxarılmış qətnaməni tamamilə qanunsuz və əsassız hesab edirlər. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı və cavabdeh məhkəmədə iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Lakin cavabdehin nümayəndəsi məhkəmənin elektron kabinetinə ərizə göndərərək ölkə xaricində olduğundan hazırkı iş üzrə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Mülki iş 1 ilə yaxın bir zamanda məhkəmənin icraatında olduğundan, həmçinin iş üzrə araşdırma aparılaraq ekspert rəyi əldə edildiyindən, həmçinin prosessual qənaət prinsipi rəhbər götürülməklə kollegiya məhkəmə iclasının təxirə salınmasına zərurət görməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə o qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir . Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəni dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlili qismən əsaslı olduğundan apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehdən tutulmalı olan məbləğ dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan fiziki şəxs sahibkarlıq subyekti haqqında məlumatdan görünür ki, İddiaçı sahibkarlıq subyekti kimi xx.xx.2014-cü il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, hal-hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan fiziki şəxs sahibkarlıq subyekti haqqında məlumatdan görünür ki, Cavabdeh sahibkarlıq subyekti kimi xx.xx.2020-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, hal-hazırda ünvan 2i ünvanı üzrə qeydiyyatdadır. İş materiallarında olan borc alınması haqqında qəbzdən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixdə borc aldığı 10000 manat məbləğində pulu xx.xx.2022-ci il tarixdə qaytaracağını vəd etmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, 21261 manat məbləğində pulun 3 gün ərzində ödənilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir və İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün Sabirabad 1 saylı Mediasiya Təşkilatının hesabına 200 manat vəsait ödəmişdir. İş materiallarında olan məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan və məktuba əlavə edilmiş anket məlumatdan görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh istifadəsində olan plastik karta X2 istifadəsində olan plastik kartdan 5000 manat, X1 istifadəsində olan plastik kartdan 4500 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İşə baxan birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və Cavabdeh 19500 manat məbləğində borc və ödənilmiş 155 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 19655 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsini qət edilmişdir. Göründüyü kimi iddia qismən təmin edilmiş, iddiaçı qətnamə ilə razılaşmış və apellyasiya şikayəti verməmişdir. Lakin cavabdeh qətnamədən narazı qalmış və apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin əsas dəlili asfalt örtüyünün cəmi 30.000 manata razılaşılması, işə başladıqdan sonra isə bəlli olmuşdur ki, asfaltın altında da əsaslı təmirtikinti işlərinə də zərurət vardır. Bu səbəblə iddiaçı və cavabdeh arasında danışıqlar aparılmış və əlavə işlərə görə 10 000 manat qiymət müəyyən edilmişdir. İşin gedişində Bakıdan Qubaya 15 özüböşaldan pirsep qoşqulu Mercedess maşınla hər biri 35 ton olmaqla torpaq və daş qarışığı material aparılıb. 1 maşın 500 manata olmaqla 7500 manat pul xərclənib. İşçilərə və asfaltboşaldan maşına və quraşdırılmasına 2500 manat pul sərf olunub. 350 ton asfalt vurulub daşıma xərcləri daxil 1 tonun qiyməti 50 manatdır. 17500 manat asfalt üçün ödənilib. 15 günə iş görülüb. 5000 manat işçilərə ödənilib günü 100 manat da katok üçün icarə pulu ödənilmişdir. İddiaçı cavabdehi qanunsuz olaraq tutdurmaqla hədələdiyindən 5000 manat məbləğində pul onun Yusif adlı işçisinə qaytarılmışdır. Bu səbəbədən də çıxarılmış qətnaməni tamamilə qanunsuz və əsassız hesab etmişlər. Apellyasiya şikayətinin dəlilləri üzrə mübahisəli əraziyə asfalt örtüyünün vurulubvurulmaması, vurulmuş asfalt örtüyünün tikinti norma qaydalarına uyğun vurulubvurulmaması və sairə üzrə iş üzrə tikinti-texniki ekspertiza təyin edilmişdir. Ekspert rəyi əldə edilərək işə əlavə edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli "xxxx" MMC-dən daxil olmuş ekspert rəyinə əsasən Quba rayon Qəçreş kəndi (əvvəlki adı “Su Səsi”) istirahət mərkəzinin asfalt örtüyü üzrə S M E TA a ş a ğ ı d a k ı k i m i q i y m ə t l ə n d i r i l m i ş d i r. Ölçü Miqdar Vahidi Məblə S/s İşlərin adı vahid ı n ğ i qiyməti (AZN) Qərardadın 1-ci sualı (AZN) Bəli, 3000 m2 sahəyə asfalt örtüyü vurulmuşdur. Əyani baxış və təqdim 1 olunmuş video/foto materiallara əsasən, asfalt örtüyü əsasən tikinti norma və qaydalara uyğun vurulmuşdur. Lakin bəzi hissələrdə sonradan deformasiyalar müşahidə olunmuşdur. Qərardadın 2-ci sualı 2 Bu məbləğə asfalt materialı, bərkitmə, m2 3000 10.00 30000.00 işçilik və s. daxildir. Qərardadın 3-cü sualı Bəli, əyani baxış zamanı 83 m2 sahədə 3 sonradan təmir işləri (fərqli ölçüdə 7 hissə) m2 83 5.00 415.00 aparıldığı müəyyən olunmuşdur. Qərardadın 4-cü sualı 160 m 2 sahədə asfalt örtüyü qismən 4 m2 160 5.00 800.00 yararsız (üzəri ovulmuş, çatlamış) vəziyyətdədir. Qərardadın 5-ci sualı Qismən yararsız vəziyyətə düşmüş asfalt 5 sahəsinin bərpa olunması və sonradan m2 243 5.00 1215.0 0 təmir olunmuş asfalt sahəsi ilə birlikdə tələb olunan ümumi xərc. Cəmi birbaşa xərclər: 30000.00 Təmir olunmuş hissəyə çəkilmiş xərc: 415.00 Qismən yararsız vəziyyətə düşmüş 800.00 asfalt sahəsinin bərpası üçün tələb olunan xərc. Beləliklə, qiymətləndirmə nəticəsində müəyyən olunmuşdur ki, ümumilikdə 3000 m2 sahədə asfalt örtüyü çəkilmiş, əlavə olaraq 83 m2 hissədə sonradan təmir işləri aparılmış və 160 m2 hissə qismən yararsız vəzyyətdədir. Bərpa işləri üçün 243 m2 sahə üzrə əlavə xərc tələb olunur. Göründüyü kimi iddiaçı bildirmişdir ki, 2022-ci ildə Quba rayonu, Qəçreş kəndində ona məxsus İstirahət mərkəzində 3000 kv.m ərazidə asfalt çəkilməli idi. Bununla əlaqədar olaraq Cavabdeh məxsus olan şirkətlə danışıqlar baş tutmuş və hər kvadrata 10 manat olmaqla, cəmi 30.000 manata razılaşılmışdır. Cavabdeh sonrakı gün öz işçilərini istirahət mərkəzinə gətirmiş və işə başlamışlar. Həmin vaxt istirahət mərkəzinin həyətyanı sahəsinin bir hissəsinə asfalt örtüyü vurulmuşdur. Lakin, Quba rayonunda havalar şaxtalı olmasını nəzərə alınmadığı və asfalt örtüyü standartlara uyğun olmadığı üçün asfalt örtüyü növbəti gün ovulub tökülmüşdür. Bununla əlaqədar olaraq, iddiaçı tərəfindən Cavabdeh xəbərdarlıq edilmiş, işini düzgün və standartlara uyğun görməsi tələb edilmişdir. Aralarında olan razılaşmaya əsasən 2023-cü ilin fevral ayının əvvəllərində istirahət mərkəzinin həyətyanı sahəsində 3000 kv.m asfalt örtüyü tam şəkildə təhvil verilməli və həmin ilin mart ayının ilk həftəsində istirahət mərkəzinin açılışı olmalı idi. Lakin, Cavabdeh nə asfalt örtüyünü tam icra etməmiş, nə də aldığı pulları geri qaytarmamışdır. Dəfərlərlə Cavabdeh ya asfalt örtüyünü tam şəkildə təhvil verməsi, ya da ona verilmiş ödənişləri geri qaytarması tələb edilsə də, bu günə kimi heç bir nəticəsi olmamışdır. Buna görə də məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir. Cavabdeh isə işlərinin tam gördüyünü, həmçinin “... İşə başladıqdan sonra bəlli olmuşdur ki, asfaltın altında da əsaslı təmir-tikinti işlərinə də zərurət vardır. Bu səbəblə iddiaçı və cavabdeh arasında danışıqlar aparılmış və əlavə işlərə görə 10000 manat qiymət müəyyən edilmişdir.” Təyin edilmiş qiymətləndirmə rəyi ilə də müəyyən olunmuşdur ki, ərazidə 3000 kv/m sahəyə asfalt örtüyü vurulmuşdur. Əyani baxış və təqdim olunmuş video/foto materiallara əsasən, asfalt örtüyü əsasən tikinti norma və qaydalara uyğun vurulmuşdur. Lakin bəzi hissələrdə sonradan deformasiyalar müşahidə olunmuşdur. Qiymətləndirmə nəticəsində müəyyən olunmuşdur ki, ümumilikdə 3000 kv/m sahədə asfalt örtüyü çəkilmiş, əlavə olaraq 83 kv/m hissədə sonradan təmir işləri aparılmış və 160 kv/m hissə qismən yararsız vəzyyətdədir. Bərpa işləri üçün 243 kv/m sahə üzrə əlavə xərc tələb olunur. Həmin məbləğin 1215.0 manat təşkil etməsi göstərilmişdir. Göründüyü kimi iddiaçı ona məxsus İstirahət mərkəzinə asfalt örtüyünün döşənməsini qəbul edir, lakin həmin işlərin qismən icra edildiyini bildirir. Ekspert rəyi ilə isə müəyyən olunur ki, 3000 kv/m hissəyə asfalt örtüyü döşənmişdir. Ancaq iddiaçı cavabdeh tərəfindən işlərin qismən icra edilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Həmçinin iddia ərizəsində də iddiaçı, icra edilməmiş işi sonradan onun özü və ya başqa bir təşkilat tərəfindən icra edilməsi ilə bağlı hər hansı fikir ifadə etməmişdir. Buna görə də Kollegiya hesab edir ki, bərpa işləri üçün 243 kv/m sahə üzrə əlavə xərc olan cəmi 1215 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apelyasiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, e-2-2(121)-1687/2024 saylı qətnaməsi Cavabdeh 19500 manat məbləğində borc və ödənilmiş 155 manat məbləğində dövlət rüsumunun tutulması hissəsində dəyişdirilməli və Cavabdeh 1215 (min iki yüz on beş) manat borc pul və 50 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, ödənilmiş dövlət rüsumunun 105 manatı iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi iddianın qiyməti mübahisələndirilən hissədə 10000 manatdan çoxdur. Buna görə də qətnamədən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, e-2-2(121)- 1687/2024 saylı qətnaməsi Cavabdeh 19500 manat məbləğində borc və ödənilmiş 155 manat məbləğində dövlət rüsumunun tutulması hissəsində dəyişdirilsin və Cavabdeh 1215 (min iki yüz on beş) manat borc pul və 50 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 105 manatı iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar