Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-262/2025 04.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair kommersiya işi üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbi. Şirvan şəhəri, 04 dekabr 2025-ci il Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri X5 (sədrlik edən, məruzəçi), X6 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əliyev Kamran Sabir oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 04 avqust 2025-ci il tarixli, e-2-2(121)-329/2025 saylı qətnaməsindən (hakim. Z.Abbasov) İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı məhkəməyə müraciət edərək kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 1 Avqust 2023- cü il tarixli, RB/SHF-7190 saylı kredit müqaviləsi üzrə əsas borca görə 225 636,1 manat, faiz borcuna görə 10 047,57 manat, cərimə borcuna görə 2130,96 manat olmaqla cəmi 237 814,63 manat və Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində DƏDKR Publik Hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 321 manat rüsumun və 528 manat məbləğində ödənilmiş dövlət rüsumu pulun İddiaçı ASC-nin xeyrinə tutulması; tələbin Cavabdeh3 mülkiyyət hüququ ilə məxsus olan Şirvan şəhəri, X4 küçəsi, 12, Yeni qaydalarla:AZ1800, ünvan 1 ünvanında 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən 250.9 kv.m ümumi hissədən ibarət qeyri-yaşayış binasına, Cavabdeh4 mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 ünvanında istifadədə olan 0,0448 ha torpaq sahəsindən, 151,9 kv.m ümumi sahədən ibarət bağ evinə və Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan Şirvan şəhəri, Mübariz İbrahimov küçəsi, ev 42, Yeni qaydalarla: AZ1803, Şirvan şəhəri, M.İbrahimov küçəsi,ev 187 ünvanında istifadədə olan 0,06 ha torpaq sahəsindən, 213,80 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ilkin satış qiyməti müəyyənləşdirilməklə bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 1 Avqust 2023-cü il tarixli, RB/SHF-7190 saylı kredit müqaviləsi üzrə cəmi 237814,63 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 849 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi; ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan 1 Avqust 2023-cü il tarixli, RB/SHF- 7190 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 01 avqust 2023-cü il tarixli, RB/SHF7190 saylı kredit müqaviləsinə əsasən illik 15 faiz dərəcəsi olmaqla, 36 ay müddətinə 300 000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 6 Dekabr 2022-ci il tarixdə İddiaçı ASC ilə digər Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 1 Avqust 2023-cü il tarixli, RB/SHF-7190saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyırlar. 1 Avqust 2023-cü il tarixli, RB/SHF-7190 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1kredit üzrə hesab‐ lanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh1 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh1 1 Avqust 2023-cü il tarixli, RB/SHF-7190 saylı kredit müqaviləsi üzrə borcunun məbləğiəsas borca görə 225 636,1 manat, faiz borcuna görə 10 047,57 manat,cərimə borcuna görə 2130,96 manat olmaqla cəmi 237 814,63 manat təşkiledir. 1 Avqust 2023-cü il tarixli, RB/SHF-7190 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimiCavabdeh3 mülkiyyət hüququ ilə məxsus olan Şirvan şəhəri, X4 küçəsi, 12, Yeni qaydalarla: AZ1800, ünvan 1 ünvanında 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən 250.9 kv.m ümumi hissədən ibarət qeyriyaşayış binası İddiaçı ASC qarşısında xx.xx.2023-cü il tarixli,İpoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. 1 Avqust 2023-cü il tarixli, RB/SHF-7190 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh4 mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 ünvanında istifadədə olan 0,0448 ha torpaq sahəsindən, 151,9 kv.m ümumi sahədən ibarət bağ evi İddiaçı ASC qarşısında xx.xx.2023-cü il tarixli, Sonrakıİpoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. 1 Avqust 2023-cü il tarixli, RB/SHF-7190 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan Şirvan şəhəri, Mübariz İbrahimov küçəsi, ev 42, Yeni qaydalarla:AZ1803, ünvan 4 ünvanında istifadədə olan 0,06 ha torpaq sahəsindən, 213,80 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi İddiaçı ASC qarşısında xx.xx.2023-cü il tarixli, Sonrakıİpoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış 1 Avqust 2023-cü il tarixli, RB/SHF-7190 saylı kredit müqaviləsinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin Müqaviləyə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməletməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. İddiaçı Açıq Səhmdar Cəmiyyəti xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 1 Avqust 2023-cü il tarixli, RB/SHF-7190 saylı kredit müqaviləsi üzrə əsas borca görə 106 776,61 manat, faiz borcu 26 316,68 manat, dəbbə borcu 10 752,63 manat, cəmi 143 845,92 manat və Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində DƏDKR Publik Hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 321 manat rüsumun və 528 manat məbləğində ödənilmiş dövlət rüsumu pulun İddiaçı ASC-nin xeyrinə tutulması; tələbin Cavabdeh4 mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 ünvanında istifadədə olan 0,0448 ha torpaq sahəsindən, 151,9 kv.m ümumi sahədən ibarət bağ evinə və Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan Şirvan şəhəri, Mübariz İbrahimov küçəsi, ev 42, Yeni qaydalarla: AZİ803, ünvan 4 ünvanında istifadədə olan 0,06 ha torpaq sahəsindən, 213,80 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ilkin satış qiyməti müəyyənləşdirilməklə bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 1 Avqust 2023-cü il tarixli, RB/SHF-7190 saylı kredit müqaviləsi üzrə cəmi 143 845,92 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 849 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi; ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan 1 Avqust 2023-cü il tarixli, RB/SHF-7190 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslanıdırlmışdır ki, məhkəmə gedişatı zamanı cavabdehin müraciəti ilə ipoteka predmetlərindən biri (Şirvan şəhəri, X4 küçəsi, 12, Yeni qaydalarla: AZ 1800, ünvan 1 ünvanında 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən 250.9 kv.m ümumi hissədən ibarət qeyri-yaşayış binası) girovda qalmaqla satılmış və əldə olunan vəsait kredit üzrə əsas borcdan ödənişə (118 859,49 AZN) yönəldildikdən sonra (xx.xx.2025) sözügedən ipoteka predmeti girovdan azad edilmişdir. Cavabdehin 1 Avqust 2023-cü il tarixli, RB/SHF-7190 saylı kredit müqaviləsi üzrə əsas borcu 106 776,61 manat, faiz borcu 26 316,68 manat, dəbbə borcu 10 752,63 manat, cəmi 143 845,92 manat təşkil edir. X1 MMC tərəfindən qiymətləndirmə xərcinin ödənilməsi üçün göndərilmiş xx.xx.2025-ci il tarixli hesab faktura əsasında İddiaçı ASC tərəfindən Premium Qiymətləndirmə MMC-nin hesabına 1500 manat məbləğində pul ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 iddia tələbi üzrə əsas və faiz borcunu qəbul etdiklərini, cərimə borcunun azaldılmasını məhkəmədən xahiş etmişdirlər. Şirvan Kommersiya Məhkəməsinin 04 avqust 2025-ci il tarixli, e-2-2(121)-329/2025 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 01 avqust 2023-cü il tarixli, RB/SHF-7190 nömrəli kredit müqaviləsi üzrə 75436,1 manat əsas borc, 3421,55 manat faiz borcu, 100 manat cərimə borcu, bildirişlərin qeydə alınması üçün ödənilmiş 321 manat və ödənilmiş 327,84 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 79606,49 manat məbləğində pul tutularaq İddiaçı ASC-nə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən artıq ödənilmiş 200,16 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılması, tələbin ünvan 2 ünvanında istifadədə olan 0,0448 ha torpaq sahəsindən, 151,9 kv.m ümumi sahədən ibarət bağ evinə, Şirvan şəhəri, Mübariz İbrahimov küçəsi, ev 42, Yeni qaydalarla: AZ1803, ünvan 4 ünvanında istifadədə olan 0,06 ha torpaq sahəsindən, 213,80 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ünvan 2 ünvanında istifadədə olan 0,0448 ha torpaq sahəsindən, 151,9 kv.m ümumi sahədən ibarət bağ evinin ilkin satış qiyməti 82000 manat, Şirvan şəhəri, Mübariz İbrahimov küçəsi, ev 42, Yeni qaydalarla: AZ1803, ünvan 4 ünvanında istifadədə olan 0,06 ha torpaq sahəsindən, 213,80 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 86589 manat məbləğində müəyyən edilməsi, həmin əmlakların açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı ASC-nə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh3 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı ASC apellyasiya şikayəti verərək, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e2-2(121)-329/2025 saylı qətnaməsinin təmin edilən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 01 avqust 2023-cü iltarixli, RB/SHF-7190 nömrəli kredit müqaviləsi üzrə tutulan 75436,1 manat əsas borc, 3421,55 manat faiz borcu hissəsində dəyişdirilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 01 avqust 2023-cü il tarixli, RB/SHF-7190 nömrəli kredit müqaviləsi üzrə 106 776,61 manat əsas borcun, 26 316,68 manat faiz borcunun tutularaq İddiaçıASC-yə ödənilməsinə və qətnamənin təmin edilməyən hissəsində qismən ləğv edilməsini, İddiaçı ASC tərəfindən Premium Qiymətləndirmə MMC-nin hesabına ödənilmiş 1500 manat məbləğində pulun cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə tutulması hissəsində tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə mülki iş üzrə sübutları tam və obyektiv araşdırmamışdır. Məhkəmə qətnaməsində heç bir əsaslandırma olmadan cavabdehlərdən tutulacaq əsas borc 31 340,51 manat miqdarında azaldılaraq 75 436,1 manat qət edilmişdir. İş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsi ekspertizası xərcinin məhkəmə gedişatında İddiaçı ASC tərəfindən Premium Qiymətləndirmə MMC-nin hesabına ödənildiyini nəzərə almadan, 1500 manat məbləğində pulun cavabdehlərdən cavabdehlərdən tutulması barədə tələblərində qətnamənin əsaslandırıcı və nəticə hissəsində münasibət bildirilməmişdir. İş üzrə qətnamə qəbul edilərkən ekspert rəyində cavabdehin əsas borcunun 8984,25 manat artırılaraq, faiz borcunun 6626,02 manat azaldılması nəzərə alınmadan cavabdehlərdən tutulacaq faiz borcu ekspert rəyindəki faiz borcuna (3421,55 manat) əsasən qət edilmişdir. Məhkəmə qətnaməsində heç bir əsaslandırma olmadan cavabdehlərdən tutulacaq əsas borc 31 340,51 manat miqdarında azaldılaraq 75 436,1 manat qət edilmişdir. Baxmayaraq ki, ekspert öz rəyində cavabdehin əsas borcunu 8984,25 manat artırmışdır. Məhkəmə qətnaməsində cavabdehlərdən tutulacaq əsas borcun hansı səbəbdən 31 340,51 manat miqdarında azaldılaraq 75 436,1 manat qət edildiyi məlum deyildir. Məhkəmə tərəfindən həmin bu hal sübut edilməmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini əsassız hesab etmiş, ona etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, birinci instansiya məhkəməsi zamanı ipoteka predmeti olan Cavabdeh3 məxsus olan Şirvan şəhəri, X4 küçəsi, 12, Yeni qaydalarla: AZ1800, ünvan 1 ünvanında 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən 250.9 kv.m ümumi hissədən ibarət qeyri-yaşayış binasını sataraq banka cəmi 150200 manat ödəniş etmişlər. Bununla bağlı bank məhkəməyə hesabdan çıxarış təqdim etmiş və ipoteka predmeti olan Yeni qaydalarla: AZ 1800, ünvan 1 ünvanında 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən 250.9 kv.m ümumi hissədən ibarət qeyri-yaşayış sahəsi girovdan azad edilmişdir. Həmçinin qeyd etmişdir ki, əmlakların qiymətləndirilməsi ilə bağlı onlar tərəfindən də ödəniş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir. Lakin iddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən iddiaçının tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə İddiaçı ASC apellyasiya şikayətində Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e2-2(121)-329/2025 saylı qətnaməsinin təmin edilən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 01 avqust 2023-cü iltarixli, RB/SHF-7190 nömrəli kredit müqaviləsi üzrə tutulan 75436,1 manat əsas borc, 3421,55 manat faiz borcu hissəsində dəyişdirilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 01 avqust 2023-cü il tarixli, RB/SHF-7190 nömrəli kredit müqaviləsi üzrə 106776,61 manat əsas və 26316,68 manat faiz borcunun tutularaq İddiaçıASC-yə ödənilməsinə və qətnamənin təmin edilməyən hissəsində qismən ləğv edilməsini, İddiaçı ASC tərəfindən Premium Qiymətləndirmə MMC-nin hesabına ödənilmiş 1500 manat məbləğində pulun cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə tutulması hissəsində tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayəti İddiaçı ASC-yə münasibətdə qətnamənin əsaslılığını qismən yoxlayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin əşyanın ipoteka ilə yüklü edilməsinə dair münasibətləri tənzimləyən normalarının tələblərinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur (269.1), girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın (269.7.), ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır (307.6), ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir (307.7.), daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır (309.1), borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (317.1), satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsində nəzərdə tutulmuşdur ki, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi (34.1.1), ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi (34.1.3) ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 41.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Mülki Məcəllənin 319.4-cü maddəsinə əsasən, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə qərara alınmışdır ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Şirvan Kommersiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 01 avqust 2023-cü il tarixli, RB/SHF-7190 saylı kredit müqaviləsinin surətindən görünür ki, həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, borc verən bu Müqavilənin şərtləri daxilində Borc alana dövriyyə vəsaitinin artımı məqsədilə 300000 manat məbləğdə kredit verməyi, Borc alan isə aldığı krediti bu Müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan “Kreditin ödəniş cədvəli”nə (1 saylı Əlavə) uyğun olaraq Borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür. 2.2-ci bəndinə əsasən, kredit 36 ay müddətinə verilir. Borc alana kredit bir dəfə və ya hissə-hissə verilir. Kreditin ilk dəfə verilən məbləği 300000 manatdan çox olmamalıdır. Kredit Borc alan tərəfindən bir dəfəyə və ya hissə-hissə istifadə oluna bilər. 2.3-cü bəndinə əsasən, Kreditə görə illik 15 faiz hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 16 faiz təşkil edir. 2.14.2-ci yarımbəndinə əsasən, müqavilənin müddəti ərzində “Kreditin ödəniş cədvəli” üzrə ödənişlərin gecikməsi zamanı vaxtında ödənilməmiş məbləğin 1 faizi (gecikmənin birinci günündən başlayaraq gündəlik olaraq) cərimə tətbiq olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli RB/SHF-7190 nömrəli zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən, zamin Cavabdeh3 (bundan sonra mətndə ismin müvafiq halında Borc alan adlanacaq) ilə Kreditor (Bank) arasında bağlanmış 01 avqust 2023-cü il tarixli, RB/SHF-7190 saylı Kredit müqaviləsinə əsasən kredit almış Borc alanın Kreditor qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan “Ödəniş cədvəli”nın surətindən görünür ki, 01 avqust 2023-cü il tarixli, RB/SHF-7190 nömrəli krеdit sazişi üzrə son ödəniş tarixi xx.xx.2026-cı il kimi qeyd olunmuşdur. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli RB/SHF-7190 saylı ipoteka müqaviləsindən görünür ki, Şirvan şəhəri, X4 küçəsi, 12, Yeni qaydalarla: AZ1800, ünvan 1 ünvanında 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən 250.9 kv.m ümumi hissədən ibarət qeyriyaşayış binası İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 01 avqust 2023-cü il tarixli, RB/SHF-7190 nömrəli kredit xətti müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli RB/SHF-7190A saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, Şirvan şəhəri, Mübariz İbrahimov küçəsi, ev 42, Yeni qaydalarla:AZ1803, ünvan 4 ünvanında istifadədə olan 0,06 ha torpaq sahəsindən, 213,80 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 01 avqust 2023-cü il tarixli, RB/SHF-7190 nömrəli kredit xətti müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli RB/SHF-7190B saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, ünvan 2 ünvanında istifadədə olan 0,0448 ha torpaq sahəsindən, 151,9 kv.m ümumi sahədən ibarət bağ evi İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 01 avqust 2023-cü il tarixli, RB/SHF-7190 nömrəli kredit xətti müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüququi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, X4 küçəsi, 12, Yeni qaydalarla: AZ1800, ünvan 1 ünvanında 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən 250.9 kv.m ümumi hissədən ibarət qeyri-yaşayış binası İddiaçı ASC-nin xeyrinə ipoteka hüququ ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüququi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, Mübariz İbrahimov küçəsi, ev 42, Yeni qaydalarla:AZ1803, ünvan 4 ünvanında istifadədə olan 0,06 ha torpaq sahəsindən, 213,80 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka hüququ ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüququi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında istifadədə olan 0,0448 ha torpaq sahəsindən, 151,9 kv.m ümumi sahədən ibarət bağ evi İddiaçı ASC-nin xeyrinə ipoteka hüququ ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh3 “ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə bildiriş göndərmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh1 01 avqust 2023-cü il tarixli, RB/SHF-7190 nömrəli kredit müqaviləsinə əsasən əsas borcu 225636,1 manat, faiz borcu 10047,57 manat, cərimə borcu 2130,96 manat olmaqla, cəmi borc məbləği 237814,63 manat təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 01 avqust 2023-cü il tarixli, RB/SHF-7190 nömrəli kredit müqaviləsinə əsasən yaranmış 240465,70 manat məbləğində borcun 3 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2- 2(121)-3399/2024 nömrəli qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/573 saylı, xx.xx.2025-ci il tarixli rəyində İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 01 avqust 2023-cü il tarixli, RB/SHF7190 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 xx.xx.2024-cü il tarixə əsas borc üzrə 234620,35 manat, faiz borcu üzrə 3421,55 manat, xx.xx.2024-cü il tarixə əsas borc üzrə 48989,93 manat, faiz borcu üzrə 1545,90 manat borcunun olması qeyd olunmuşdur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin əmlakın dəyərinin müəyyən edilməsinə dair xx.xx.2024-cü il tarixli qiymətləndirmə hesabatına əsasən, Şirvan şəhəri, X4 küçəsi, 12, Yeni qaydalarla: AZ1800, ünvan 1 ünvanında 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən 250.9 kv.m ümumi hissədən ibarət qeyri-yaşayış binasının xx.xx.2024- cü il tarixə bazar dəyərinin 225810 manat, likvid dəyərinin 191939 manat, Şirvan şəhəri, Mübariz İbrahimov küçəsi, ev 42, Yeni qaydalarla:AZ1803, ünvan 4 ünvanında istifadədə olan 0,06 ha torpaq sahəsindən, 213,80 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin xx.xx.2024cü il tarixə bazar dəyərinin 96210 manat, likvid dəyərinin 86589 manat, ünvan 2 ünvanında istifadədə olan 0,0448 ha torpaq sahəsindən, 151,9 kv.m ümumi sahədən ibarət bağ evinin xx.xx.2024-cü il tarixə bazar dəyərinin 91140 manat, likvid dəyərinin 82000 manat məbləğində olması müəyyən olunmuşdur. Göründüyü kimi iddia qismən təmin edilmiş, qətnamədən iddiaçı narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri məhkəmə qətnaməsi üzrə tutulan 75436,1 manat əsas, 3421,55 manat faiz borcu hissəsində dəyişdirilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 01 avqust 2023-cü il tarixli, RB/SHF-7190 nömrəli kredit müqaviləsi üzrə 106 776,61 manat əsas, 26 316,68 manat faiz borcunun tutularaq İddiaçıASC-yə ödənilməsinə və qətnamənin təmin edilməyən iddiaçı təfindən Premium Qiymətləndirmə MMC-nin hesabına ödənilmiş 1500 manat məbləğində pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulmasından ibarətdir. Qeyd edilmişdir ki, məhkəmə qətnaməsində heç bir əsaslandırma olmadan cavabdehlərdən tutulacaq əsas borcun 31340,51 manat miqdarında azaldılaraq 75 436,1 manat məbləğində tutulması qət edilmiş, həmçinin əmlakın qiymətləndirilməsi xərcinin iddiaçı tərəfindən ödənilməsini nəzərə almadan, 1500 manat məbləğində pulun cavabdehlərdən tutulmasına münasibət bildirilməmişdir. Qətnamədə cavabdehlərdən tutulacaq əsas borcun hansı səbəbdən 31 340,51 manat miqdarında azaldılaraq 75 436,1 manat qət edildiyi məlum deyildir. Məhkəmə tərəfindən həmin bu hal sübut edilməmişdir. Birinci instansiya məhkəməsi bu qənaətə gəlmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında etibarlı şəkildə bağlanılmış kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə İddiaçı ASC Cavabdeh1 borc (kredit) verməyi, Cavabdeh1 isə aldığı borcu (krediti) faizi ilə birgə hissə-hissə olmaqla iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. Müəyyən edilmişdir ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh1 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə uyğun olaraq iddiaçının Cavabdeh1 kredit verməsi və sonuncunun həmin krediti alması işin mübahisəsiz hallarını təşkil edir. Lakin işdə olan “Maliyyə arayışı”nda və hesabdan çıxarışda əksini tapan məlumatlardan müəyyən olunur ki, Cavabdeh1 əsas və faiz borcundən ibarət ödənilməmiş kredit borcu qalmışdır. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, hesabdan çıxarışı, maliyyə arayışını və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab etmişdir ki, iddia edildiyi kimi Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin vaxtında və lazımınca icra edilmədiyi aşkar olunur. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.
1. Belə ki, iddiaçı qətnaməni əsas borc, faiz borcu və məhkəmə xərci hissəsində mübahisələndirir və qeyd edir ki, birinci instansiya məhkəməsi tələb edilən 106 776,61 manat əsas borcu azaldaraq 75 436,1 manat məbləğində, 26 316,68 manat faiz borcunu isə 3421,55 manat məbləğində qət etmişdir. Lakin məhkəmənin qeyd edilən nəticəyə gələrkən əsaslandırması aydın deyil. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinə nəzər saldıqda həqiqətən də əsas borcun 106 776,61 manat deyil, 75 436,1 manat, faiz borcunun isə 26 316,68 manat deyil, 3421,55 manat müəyyən edilməsinin əsaslandırılması görünmür. Lakin apellyasiya baxışında işin təhlili zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi əsas borcun 75 436,1 manat, faiz borcunun isə 3421,55 manat müəyyən etməkdə doğrü qənaətə gəlmişdir. Belə ki, işdən görünür ki, İddiaçı ASC xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslanıdırlmışdır ki, məhkəmə gedişatı zamanı cavabdehin müraciəti ilə ipoteka predmetlərindən biri (Şirvan şəhəri, X4 küçəsi, 12, Yeni qaydalarla: AZ 1800, ünvan 1 ünvanında 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən 250.9 kv.m ümumi hissədən ibarət qeyri-yaşayış binası) girovda qalmaqla satılmış və əldə olunan vəsait kredit üzrə əsas borcdan ödənişə (118 859,49 AZN) yönəldildikdən sonra (xx.xx.2025) sözügedən ipoteka predmeti girovdan azad edilmişdir. Buna görə də cavabdehin 1 Avqust 2023-cü il tarixli, RB/SHF-7190 saylı kredit müqaviləsi üzrə əsas borcunun 106 776,61 manat, faiz borcu 26 316,68 manat, dəbbə borcu 10 752,63 manat, cəmi 143 845,92 manat təşkil etməsini qeyd etmişdir. Birinci instansiya məhkəməsinin iclasları zamanı Cavabdeh1 isə ipoteka predmetlərindən biri olan qeyri-yaşayış binasını sataraq iddiaçı Banka 150000 manat ödəniş etdiklərini bildirmişdir. Apellyasiya baxışı zamanı da Cavabdeh1 ipoteka predmetlərindən biri olan qeyri-yaşayış binasını sataraq banka cəmi 150 200 manat ödəniş etdiyini göstərmişdir. Göründüyü kimi iddiaçı ipoteka predmetlərindən biri olan qeyri-yaşayış binasını sataraq cavabdeh tərəfindən banka 118 859,49 manat, cavabdeh isə öz növbəsində Banka 150 200 manat ödəniş etdiyini bildirir. İş materiallarında olan və iddiaçı tərəfindən məhkəməyə təqdim edilən (səh. 195-196) xx.xx.2025-ci il tarixli “Hesabdan Çıxarış”-dan görünür ki, cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə Banka 150 200 manat ödəniş edilmişdir. İddia tələbindən görünür ki, iddiaçı əsas borca görə cavabdehlərdən 225 636.1 manat pul tələb etmişdir. Cavabdeh tərəfindən məhkəmə prosesi zamanı 150200 manat da ödəniş edildiyindən tələb edilən 225 636.1 manat əsas borcdan 150200 manatı çıxdıqda (225 636.1-150 200 =75 436.1) 75 436.1 manat qalır ki, birinci instansiya məhkəməsi də məhz bu məbləğin tutulmasını qət etmişdir. Göründüyü kimi iddiaçı cavabdeh tərəfindən ona ipoteka predmetlərindən biri olan qeyri-yaşayış binasını sataraq 118 859,49 manat ödənilməsini qeyd etsədə xx.xx.2025-ci il tarixli “Hesabdan Çıxarış”-la müəyyən olunur ki, cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə Banka 150 200 manat ödəniş edilmişdir. Belə olduğu halda məhkəmə əsas borcu 75 436.1 manat məbləğində qət etməkdə haqlı olmuşdur.
2. Faiz borcunun 26 316,68 manat deyil, 3421,55 manat müəyyən edilməsi ilə bağlı iddiaçının şikayətinin dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, göründüyü kimi iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/573 saylı, xx.xx.2025-ci il tarixli rəyində İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 01 avqust 2023-cü il tarixli, RB/SHF7190 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 xx.xx.2024-cü il tarixə (xəbərdarlıq məktubu tarixinə) əsas borc üzrə 234620,35 manat, faiz borcu üzrə isə 3421,55 manat müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi də məhz məhkəməmühasibatlıq ekspertizasının bəhs edilən rəyinə əsaslanaraq faiz borcunu 3421,55 manat müəyyən etmişdir.
3. Şikayətin üçüncü dəlili olan Premium Qiymətləndirmə MMC-nin hesabına ödənilmiş 1500 manat məbləğində pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulmasıdır. Kollegiya qeyd edir ki, iddiaçı iddia edir ki, 1500 manat məhkəmə xərci onun tərəfindən ödənilib. X3 MMC tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda (i/ səh-120-121) göstərilmişdir ki, Premium Qiymətləndirmə MMC-nin qiymətləndirmə xərcləri iddiaçı və cavabdeh tərəfindən tam şəkildə ödənilmişdir. Bu da onu deməyə əsas verir ki, qiymətləndirmə xərci tək iddiaçı tərəfindən ödənilməmişdir. Buna görə də birinci instansiyası məhkəməsi həmin məhkəmə xərclərinə hər hansı münasibət bildirməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayəti verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Premium Qiymətləndirmə MMC-yə iddiaçı və cavabdeh tərəfindən tam şəkildə ödənilmiş qiymətləndirmə xərci iddiaçı və cavabdehlərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırda mübahisələndirilən qətnamədə mübahisələndirilən hissədə iddianın qiyməti 10000 manatdan çox olduğundan hazırkı qətnamədən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 04 avqust 2025-ci il tarixli, e-2-2(121)-329/2025 saylı qətnaməsi İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Premium Qiymətləndirmə MMC-yə iddiaçı və cavabdeh tərəfindən tam şəkildə ödənilmiş qiymətləndirmə xərci iddiaçı və cavabdehlərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.