Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-269/2025 24.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Abdullayev Vəli Əsgər oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X1 ibarət məhkəmə tərkibində, Şirvan Kommersiya Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli 2-2(121)-1648/2025 saylı qərardadından verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxıb MÜƏYYƏN ETDİ : Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(121)-1648/2025 nömrəli qətnaməsi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (İddiaçı QSC) Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulmasına dair iddiası təmin edilərək Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-cü il tarixli 008R********** nömrəli kredit razılaşması üzrə 9181,95 manat məbləğində əsas borc, 473,53 manat məbləğində faiz borcu, 96,39 manat məbləğində cərimə borcu, xx.xx.2023-cü il tarixli 008A********** nömrəli kredit razılaşması üzrə 8759,61 manat məbləğində əsas borc, 291,58 manat məbləğində faiz borcu, 38,02 manat məbləğində cərimə borcu və ödənilmiş 146,53 manat dövlət rüsumu olmaqla, cəmi 18987,61 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı QSC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət mülki prosessual qanunvericilikdə nəzərdə tutulan apellyasiya şikayətinin forma və məzmununa uyğun tərtib edilməməsi əsası ilə geri qaytarılmışdır. Cavabdeh2 qərardaddan şikayət vermişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə tərkibi iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilməlidir ki, MPM-in 361-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı. Apellyasiya şikayətinin forması MPM-ə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” 9 iyul 2021 -ci il tarixli Ns 363-VİQD saylı Qanunu ilə əlavə edilmiş “Əlavə 2”də göstərilmişdir. Məhkəmə tərkibi qeyd edir ki, Cavabdeh2 apellyasiya şikayətini elektron kabinet vasitəsi ilə versə də, onu MPM-in 2 nömrəli əlavəsində göstərilən formaya uyğun tərtib etməmişdir. Beləliklə, tərkib birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 397, 398, 400, 402-ci maddələrini rəhbər tutub QƏRAR VERDİ : Cavabdeh2 şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli 2-2(121)-1648/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(106)-269/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-269/2025
24.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver