Məhkəmə qərarları › İş №2-2(106)-272/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-272/2025

23.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-272/2025 23.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X12 ibarət tərkibdə, Əhmədsoy Atilla Əhməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı, İmişli Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb olunmaqla “pul” tələbinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 2 sentyabr 2025-ci il tarixli 2-2(121)-1495/2025 saylı qətnaməsindən (hakim N.Misirzadə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İlki olaraq İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, torpaq almaq üçün ödənilmiş 60000 ABŞ dolları pulun, həmin torpağı sənədləşdirmək üçün ödənilmiş 32000 manat xərcin və 425 manat dövlət rüsumunun cavabdehdən alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 2010-cu ildə cavabdeh icarəsində olan 171 ha dövlət torpağını satdığını bildirmişdir. Həmin torpaq sahəsini almaq istədiyini bildirmiş, torpaq sahəsini 60000 ABŞ dollarına satılması barədə razılaşmışlar. Bundan sonra sözü gedən pul vəsaitini hissə-hissə cavabdehə ödəyib qurtarandan sonra cavabdeh ona notariusda etibarnəmə vermişdir ki, həmin torpaq sahəsinə aid sənədləşmə işini görə bilsin. Cavabdeh etibarnamə verdikdən sonra 32000 manat xərc çəkərək həmin torpaq sahəsinə cavabdehin adına çıxarış almışdır. Aralarındakı razılaşmaya əsasən çıxarışı cavabdehin adına aldıqdan sonra cavabdeh torpaq sahəsini notariat qaydada ona satmalı idi. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Buna görədə məcbur olub cavabdehə verdiyi pulu geri tələb etmək qararına gəlmişdir. Dəfələrlə cavabdehdən ona verilmiş pulu tələb etsə də, cavabdeh hər dəfə bir bəhanə gətirərək pulu qaytarmamışdır. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, vurulmuş 30000 manat maddi zərər və 20000 manat mənəvi zərərin İddiaçı alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı tələb onunla əsaslandırılmışdır ki, ilkin iddia ərizəsinin heç bir hüquqi əsası yoxdur. Əslində isə İmişli rayon inzibati ərazisində yerləşən 159,6 ha və 11,4 ha torpaq sahələri 1997-ci il tarixdən Cavabdeh istifadəsindədir. Sonuncu dəfə İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli 218 saylı sərəncamına əsasən aralarında bağlanmış xx.xx.2023-cü il tarixli 16 saylı icra müqaviləsinə əsasən İmişli rayon inzibati ərazisində yerləşən 159,6 ha torpaq sahəsi və 11.4 ha torpaq sahəsi, ümumilikdə 171 ha torpaq sahəsi uzun müddət Cavabdeh istifadəsinə verilmişdir. O, həmin torpaq sahəsindən qoyunçuluq təsərüfatının inkişafı üçün istifadə etmişdir. Həmin torpaq sahəsi üzərində qoyunların saxlanılması üçün tikili (tövlə) inşa edilmişdir. Belə ki, bir müddət əvvəl X6 İdarəsinin keçmiş rəisi İddiaçı onun təssərrüfat fəaliyyətinə maneəçilik törətmək, eyni zamanda həmin torpaq sahəsini əlindən almaq məqsədilə onun barəsində Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əsassız şikayət ünvanlamışdır. Cavabdeh həmin şikayətin əsassız olduğunu, sözügedən torpaq sahəsinin uzun müddətdir ki, onun istifadəsində olmasını və hazırda da qanunamüvafiq şəkildə ona istifadəyə verildiyini polis əməkdaşlarının diqqətinə çatdırmaq üçün həmin torpaq sahəsinin onun istifadəsində olmasının təsdiq edən sənədlərin və torpaq sahəsi üzərində inşa edilmiş tikililərə aid sənədlərin əsllərini özü ilə götürərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmişdir. Lakin həmin idarəyə getdikdən sonra qanunsuz olaraq 10 saatdan artıq əlləri arxadan bağlı şəkildə idarədə saxlanılmış, Zaur adlı polis əməkdaşı tərəfindən İddiaçı onun istifadəsində olan ümumilikdə 171 ha torpaq sahəsi üzərində müxtəlif hərəkətlərin həyata keçirilməsinə dair etibarnamə verməsi üçün təzyiqlər edilmiş, ailə üzvləri və yaxınları ilə hədə-qorxu gəlinmiş, eyni zamanda həmin torpaq sahəsinə, torpaq sahəsi üzərində inşa edilmiş tikililərə məxsus sənədlərin əslləri qanunsuz olaraq ondan alınmışdır. Həmçinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əlləri bağlı şəkildə 10 saatdan artıq qaldığına görə əlləri şişmiş, sağlamlığına ciddi şəkildə ziyan dəymiş, eyni zamanda ona edilmiş psixoloji və fiziki təzyiqlər nəticəsində səhhətində psixoloji problemlər meydana gəlmişdir. Bunun ardınca Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ona edilmiş qanunsuz təzyiqlərdən sonra məcbur qalaraq sənədlərin əslini vermiş, eyni zamanda müvəqqəti istifadəsində olan 171 ha torpaq sahəsi üzərində müxtəlif hərəkətlərin həyata keçirilməsinə dair İddiaçı etibarnamə vermişdir. xx.xx.2024-cü il tarixdə həmin etibarnamə ləğv edilmişdir. Qeyd olunanlar İddiaçı birbaşa rəhbərliyi ilə Cavabdeh qarşı həyata keçirilmiş qanunsuz hərəkətlərdir. Hansı ki, bunlarla bağlı lazımi orqanlara şikayətlər edilmişdir. İddiaçı Cavabdeh məxsus olan torpaq sahəsini 14 il bundan əvvəl öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək zəbt etmişdir. Həmin müddət ərzində torpaq sahəsini qanunsuz olaraq istifadə etmişdir. Cavabdeh həmin müddətdə həm torpaqdan gəlir götürə bilməmiş, həm də torpaq sahəsinin bəzi hissələri bu dövrdə qəsdən yararsız vəziyyətə gətirilmişdir. Hazırda isə o, öz qanuni torpağına yenidən sahiblik edir və əmlak onun adına rəsmiləşmişdir. Bu dövr ərzində o, güclü əsəb stressləri keçirmiş və bu da ona mənəvi ziyanın vurulmasına səbəb olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində əvvəlki icraat. İmişli Rayon Məhkəməsinin 2(036)-1697/2024 saylı 4 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə ilk iddia təmin olunaraq torpaq sahəsi almaq üçün ödənilmiş 60000 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq) məbləğində pul vəsaiti, həmin torpaq sahəsini sənədləşdirmək üçün çəkilmiş xərc 32.000 manatın və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 425 manat dövlət rüsumunun Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmiş, qarşılıqlı iddiaya ümumiyyətlə münasibət bildirilməmişdir. Apellyasiya instansiyası məhkəməsində əvvəlki icraat. İmişli Rayon Məhkəməsinin 2(036)-1697/2024 saylı 4 oktyabr 2024-cü il tarixli qətnaməsi Cavabdeh tərəfindən apellyasiya qaydasında mübahisələndirilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 fevral 2025-ci il tarixli 2(106)241/2025 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin olunaraq qətnamə ləğv edilmiş, iş mahiyyəti üzrə baxılıb həll edilməsi üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsində sonrakı icraat. Şirvan Kommersiya Məhkəməsinin 9 aprel 2025-ci il tarixli 2-2(121)-1495/2025 saylı prtokol qərardadına əsasən İmişli Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmişlər. 9 aprel 2025-ci il tarixdə Cavabdeh ilk iddiaya qarşı yazılı etiraz təqdim edərək rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İmişli rayon inzibati ərazi dairəsində yerləşən kənd təsərrüfat təyinatlı 159.60 və 11.40 ha torpaq sahəsi uzun müddətdir, 1997-ci il tarixindən onun istifadəsindədir. Sonuncu dəfə İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli 218 saylı sərəncamına əsasən bağlanmış xx.xx.2023-cü il tarixli 16 saylı icra müqaviləsi əsasında ********** və ********** nömrəli çıxarışla İmişli rayon inzibati ərazi dairəsində yerləşən kənd təsərrüfat təyinatlı 159.60 və 11.40 ha torpaq sahəsi 15 il müddətinə ona icarəyə verilmişdir. Bu hal işin mübahisəsiz tərəfidir. Sözügedən torpaq sahəsi onun istifadəsində olan zaman İddiaçı Bəhramtəpə Hidroqovuşağının İstismarı İdarəsinin rəisi vəzifəsində çalışırdı. Eyni zamanda İddiaçı o dövrdə İmişli RİH-nin keçmiş icra başçısı və hazırda həbsdə olan Vilyam Hacıyevlə də çox yaxın bir münasibəti olmuşdur. Belə ki, İddiaçı Adilə verilmiş torpaq sahəsini ona verməyini istəyən zaman Cavabdeh torpaq sahəsini ona verməkdən imtina etmişdir. O isə buna görə öz vəzifəsindən və rayondakı əlaqələrindən istifadə edərək Adilə qarşı təzyiqlər etməyə başlamışdır. Belə ki, İddiaçı işlədiyi vəzifəyə görə gücü və imkanı çatdığından su axımına yön verərək böyük miqdarda suyun Adilə məxsus olan icarə sahəsinə buraxılmasına nail olmuş, bununla da əkilmiş əkin sahələrində Adilə külli miqdarda ziyan dəymiş, əkin sahəsinin yarısından çoxu sıradan çıxmış və torpaq sahəsində inşa edilmiş tikililər dağıntıya məruz qalmışdır. Eyni zamanda icarəyə verilmiş torpaq sahəsindən böyük bir arx çəkdirərək suyu Adilə məxsus torpaq sahəsindən keçirtmişdir. Bununla da Adilə məxsus torpaq sahəsinin bir hissəsi yararsız vəziyyətə düşərək itkiyə getmişdir. Əslində Cavabdeh verilmiş torpaq sahəsi 200 ha-dır. Lakin İddiaçı tərəfindən torpaq sahəsindən çəkdirilmiş arxla torpaq sahəsinin 29 ha itkiyə getmişdir. İddiaçı rayon ərazisində yüksək vəzifədə işlədiyindən, eyni zamanda keçmiş icra başçısı Vilyam Hacıyevlə çox yaxın münasibəti olduğundan onun bu təsirlərinin, təzyiqlərinin, qanunsuzluqlarının qarşısında tab gətirə bilməmiş, məcburi şəkildə, istəməyərək toprağından çıxarılmışdır. O, icarəyə verilmiş torpaq sahəsini İddiaçı verməmişdir. İddiaçı həmin torpaq sahəsini qeyri-qanuni şəkildə ondan almışdır. Bu məsələlərdən bir müddət sonra İddiaçı torpağı geri istəmiş, verməyəcəyi təqdirdə isə şikayət edəcəyini bildirmişdir. O isə bu torpaqların hər birinin nazirin olduğunu, şikayət edilsə də, heç bir faydası olmayacağını, səs etməməyini, nazirin qəzəbinə tuş gələ biləcəyini, səbirli olmasını və ona köməklik göstərəcəyini bildirmişdir. Adil də sadə bir çoban olduğu üçün onun sözlərinə inanmışdır. Müəyyən bir müddət sonra İddiaçı ona torpağın sənədləşdirilməsi işlərində köməklik edəcəyini, bunun üçün müəyyən müraciətlər etmək lazım olduğunu bildirərək, birlikdə İmişli Asan Xidmət Mərkəzinə getmiş, eyni zamanda İmişli RİH-nin başçısına ərizə yazmağa köməklik göstərmişdir. Bundan sonra İddiaçı sənədləşdirmə işləri üçün Adilin bir neçə dəfə iştirakının lazım olacağını, bunun isə həm əlavə maddi xərcə, həm də vaxt itkisinə səbəb olacağını bildirmiş, sonda onun adından iştirak etmək üçün Mirqocaya etibarnamə verməyi bildirmişdir. Adil də ona inanıb, İddiaçı etibarnamə vermişdir. Lakin etibarnamə verdikdən bir neçə gün sonra İddiaçı onu aldatdığından xəbər tutmuş və dərhal ona verilmiş etibarnaməni ləğv etdirmişdir. Torpağın sənədləşdirilməsi ilə bağlı işlər 2023-cü ilin noyabr ayında baş vermişdi. İmişli rayon inzibati ərazisində yerləşən kənd təsərrüfat təyinatlı 159.60 və 11.40 ha torpaq sahəsinin Adilə icarəyə verilməsi ilə bağlı ********** və ********** nömrəli çıxarışlar hazır olduqdan sonra Adil özü gedib qanunvericliklə nəzərdə tutulmuş qaydada dövlət rüsumunu ödəmiş və çıxarışları əldə etmişdir. İddiaçı bundan xəbər tutduqdan sonra Adilə hədə qorxular gəlməyə başlamış, “sən kimsən ki, gedib özbaşına iş görürsən, səni tutduracam” kimi sözlər söyləmiş, onu ailəsinin həyatı ilə hədələmişdir. Daha sonra isə o, Adil barəsində Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə şikayət ünvanlayaraq, guya Adilin İmişli rayon inzibati ərazi dairəsində yerləşən kənd təsərrüfat təyinatlı 159.60 və 11.40 ha torpaq sahəsini ona 500000 manata satdığını, daha sonra həmin torpaq sahəsini başqa şəxslərə satdığını bildirmişdir. Həmin şikayət əsasında xx.xx.2024-cü il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsindən Adillə əlaqə saxlanılmış və idarəyə çağırılmışdır. Adil də heç nədən çəkinməyərək torpaq sahəsinə aid olan bütün sənədlərin əsllərini özü ilə apararaq, xx.xx.2024-cü il tarixdə AR DİN BMCMİ-yə getmişdir. AR DİN BMCMİ-yə getdikdə hazırki məsələ ilə bağlı ona fiziki və psixi təzyiqlər edilmişdir. Belə ki, AR DİN BMCMİ-də əlləri bağlı şəkildə 10 saatdan artıq müddətdə qaldığına görə əlləri şişmiş, sağlamlığına ciddi şəkildə zərər dəymiş, eyni zamanda ona edilmiş fiziki və psixi təzyiqlərə görə həm onun, həm də ailə üzvlərinin səhhətində ciddi psixoloji travmalar yaranmışdır. AR DİN BMCMİ-də özü ilə birlikdə apardığı bütün sənədlərin əslləri ondan alınaraq, İddiaçı verilmiş və ona dərhal etibarnamə verilməsi üçün Adilə ciddi təhdidlər edilmiş, o, İddiaçı etibarnamə verdikdən, həyat yoldaşı isə müvafiq razılıq ərizəsini verdikdən sonra bu barədə onlara məruzə etməsi ona tapşırılmışdır. Həmin sənədlər ondan alınarkən dəfələrlə Zaur adlı polis əməkdaşından buna dair protokolun tərtib edilməsini tələb etsə də, tələbinə məhəl qoyulmamışdır. Məhz həmin təhdidlərə görə AR DİN BMCMİ-dən çıxdıqdan sonra xx.xx.2024-cü il tarixdə İddiaçı etibarnamə vermişdir. Daha sonra etibarnaməni ləğv etdirərək məruz qaldığı bu hüquqazidd hərəkətlərlə bağlı Vəkil2 müraciət etmişdir. O, Adilin müdafiəçisi kimi AR DİN-in BMCMİ-də barəsində edilmiş şikayət üzrə aparılan araşdırılmaya qoşulduqdan sonra, həmin idarə tərəfindən bugünkü günədək idarəyə dəvət olunmamış, ümumiyyətlə ona heç bir zəng gəlməmişdir. Mirqoca Mirişiov öz əlaqələrindən istifadə edərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin vasitəsilə ona heç bir təzyiq edə bilmədiyini gördükdən sonra, Adilə qarşı pul tələbinə dair əsassız iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət etmiş, işləmiş olduğu vəzifəyə görə yaranmış əlaqələrindən istifadə edərək məhkəməyə də təsirlər etmişdir. Nəticədə öz xeyrinə qanunsuz, əsassız və sifarişli bir qətnamə qəbul etdirmişdir. İmişli rayon inzibati ərazi dairəsində yerləşən 159.60 və 11.40 ha torpaq sahəsinin alqısatqısına dair İddiaçıla aralarında hər hansı bir razılıq olmamış, ümumiyyətlə bu barədə danışıq belə olmamışdır. Belə ki, İddiaçı öz iddia ərizəsində guya Adilin 2010-cu il tarixdə torpaq sahəsini ona satdığını, torpaq sahəsinin pulunu hissə-hissə ödədiyini, daha sonra ona verilmiş etibarnamə əsasında çıxarış alsa da, lakin çıxarış aldıqdan sonra alqı-satqını etmədiyini, bununla da öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini bildirmişdir. Birincisi, İddiaçı Adillə bu barədə aralarında hər hansı bir danışıq olmasını, bu barədə üzərinə hər hansı bir öhdəlik götürməyini heç bir mötəbər sübutla əsaslaıdırmamışdır. İkinci isə İddiaçıla hər hansı bir müqavilə bağlanılmamasını təsdiq edən xüsusatlardan biri də onun öz keçmiş vəzifəsi ilə əlaqədar yaranmış əlaqələrindən istifadə edərək Adilə etdiyi təsir və təzyiqlər nəticəsində ona verilmiş etibarnamə əsasında onun qanuni nümayəndəsi kimi İmişli rayon İcra Hakimiyyətinə müraciət edərək, İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli 218 saylı sərancamına əsasən bağlanmış xx.xx.2023-cü il tarixli 16 saylı icra müqaviləsi əsasında İmişli rayon inzibati ərazi dairəsində yerləşən 159.60 və 11.40 ha torpaq sahəsinə ********** və ********** nömrəli çıxarışlar aldığını, cəmi 171 ha torpaq sahəsinin icarə hüquqlarını notarial qaydada İmişli şəhəri, N.ünvan 1 ünvanında yaşayan X4 istədiyini bildirməsi və icarə hüququnun satılmasına razılıq verilməsi xahişinin edilməsidir. Əgər İddiaçı ilə sözügedən torpaq sahəsinin alqı-satqısına dair hər hansı bir razılaşma olmuşdursa, nəyə görə İddiaçı Adilin adından İmişli rayon İcra Hakimiyyətimə müraciət edərək torpaq sahəsinə icarə hüququnu X5 istədiyini bildirmiş və icarə hüququnun satılmasına razılıq verilməsini xahiş etmişdir. Bu müraciət əsasında İmişli rayon İcra Hakimiyyəti tərəfindən X25 Xidmət Mərkəzinin Notariat Ofisinə ünvanlanmış 5- 53-1/2-610/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubla İmişli Rayon İcra Hakimiyyətinin başçısı cənab Elçin Rzayev onun qanuni nümayəndəsi İddiaçı müraciətini nəzərə alaraq onun icarəsində olan ümumilikdə 171 ha kənd təsərrüfat təyinatlı dövlət fondu torpaq sahəsinin icarə hüququnun qanunvericiliklə nəzərdə tutulmuş qaydada İmişli şəhəri, Nəriman ünvan 1 ünvanı yaşayan X1 etiraz edilmədiyi bildirilmişdir. İddiaçı tərəfindən torpaq sahəsinin alınması üçün ona 60000 ABŞ dolları məbləğində pul ödənilməsi və torpaq sahəsinin sənədləşdirilməsi üçün xərclər çəkilməsini barədə İmişli Rayon Məhkəməsində olan icraat zamanı verilmiş şahid ifadələri tamamilə yalandır. Həmin şahid ifadələri sübut kimi qəbul edilə bilməz. Belə ki, iş üzrə şahid qismində dindirilmiş X15 və X14 öz ifadələrində İddiaçı torpaq sahəsinin 60000 ABŞ dollarına Adildən alınmasına, İddiaçı tərəfindən torpaq sahəsinə sənədləşdirilməsinə xərc çəkildiyinin şahidi olduqlarını bildirmişdilər. İddiaçı öz iddia ərizəsində bildirmişdir ki, torpaq sahəsinin pulunu hissə-hissə ödəmişdir. Necə ola bilər ki, həmin şəxslər 60000 ABŞ dolları məbləğində pulun Adilə hissə-hissə ödənilərək torpağın satın alınmasına şahid ola bilərlər. Həmin şəxslərin İddiaçı tərəfindən torpaq sahəsinin sənədləşdirilməsinə hər hansı bir xərc ödəməyinə şahid olmaları da ağlabatan deyildir. Maraqlısı isə ondadır ki, onlar İddiaçı 32000 manat məbləğində dövlət rüsumu ödəyərək çıxarış almasını necə görüblər, harda görüblər? Eyni zamanda, hazırki iş üzrə şahid qismində dindirilmiş şəxslər İddiaçı təsərrüfatında çoban kimi işləmişlər. Şirvan Kommersiya Məhkəməsinin 12 may 2025-ci il tarixli 2-2(121)-1495/2025 saylı prtokol qərardadına əsasən Cavabdeh İddiaçı Mirfudə oğluna qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin 2 sentyabr 2025-ci il tarixli 2-2(121)-1495/2025 saylı qərardadı ilə Cavabdeh İddiaçı Mirfudə oğluna qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanmışdır. Şirvan Kommersiya Məhkəməsinin 2 sentyabr 2025-ci il tarixli e-2-2(121)-1495/2025 saylı qətnaməsi ilə ilk iddia qismən təmin olunaraq, ödəniş gününə qüvvədə olan məzənnə ilə 60000 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı və 392 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddia tələbi qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 apellyasiya şikayəti verərək iddianın təmin edilmiş hissəsində ləğv edilməsini, İddiaçı pul tələbinə dair iddia ərizəsinin tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti ilk iddiaya qarşı təqdim olunan yazılı etirazın yuxarıda şərh olunan məzmunu ilə ocşar məzmunda əsaslandırılmiış, əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı tərəfindən verilmiş iddiaya nəzər yetirdikdə iddianının tamamilə əsassız olduğunu, iddiaçının öz təxəyyülü əsasında uydurulub yazıldığını açıq-aşkar görmək olar. İddiaçı bu barədə iddiasını heç bir mötəbər sübutla əsaslandırmamışdır. İddiaçıla İmişli rayon inzibati ərazi dairəsində yerləşən 159.60 və11.40 ha torpaq sahəsinin alqı-satqısına dair hər hansı bir müqavilə bağlanılmamış və İddiaçı tərəfindən də belə bir müqavilə iddia ərizəsinə əlavə olunaraq məhkəməyə təqdim olunmamışdır. Bu da İddiaçıla hər hansı bir öhdəlik hüquq münasibətlərinin olmadığını göstərir. İddiaçı 60000ABŞ doları məbləğində pulun alması təsdiq edilməmişdir. Hər hansı bir yazışma, danışıq yoxdur. Birinci instansiya məhkəməsi Mirqova Mirişov tərəfindən 60000 ABŞ dolları məbləğində pulun ödənilməsi qətnaətini aşağıdakı sübutlarla əsaslandırmışdır: - Azərbaycan Respublikasının DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubu; - etibarnamələrin verilməsi; - “ASAN Xidmət” mərkəzində notariat ofisində verdiyi razılıq ərizəsi; - Birinci instansiya məhkəməsində şahidlərin verdiyi ifadələr. Azərbaycan Respublikasının DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubda İddiaçı hissə-hissə 60000 ABŞ dolları məbləğində pul verməsinin qeyd edilməsi qətiyyən həqiqəti əks etdirmir. İdarənin ikinci cavab məktubunda İddiaçı torpaq sahəsinin Cavabdeh tərəfindən ələ keçirilməsi ilə bağlı BMCMİ-nə daxil olmuş müraciəti üzrə tərəflər arasında yaranmış mübahisənin mülki xarakterli olması səbəbindən Baş İdarədə hər hansı araşdırma aparılmadığı qeyd edilmişdir. Maraqlı məqam ondan ibarətdir ki, əgər Azərbaycan Respublikasının DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində İddiaçı şikayəti üzrə hər hansı bir araşdırma aparılmamışdırsa, o zaman İddiaçı 60000 ABŞ dolları məbləğində pulu hissəhissə verməsi necə müəyyən edilmişdir? Lakin birinci instansiya məhkəməsibu ziddiyyəti nəzərə almamış, münasibət bildirməmiş, xx.xx.2025-ci il tarixli cavab məktubunu sübut qismində qiymətləndirmiş, öz qətnaməsində isə nəyə görə xx.xx.2025-ci il tarixli cavab məktubunu sübut kimi qiymətləndiriyini əsaslandırmamışdır. İş üzrə maraqlı məqamlardan biri də Azərbaycan Respublikasının DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İddiaçı 200 hektar otlaq sahəsinin icarə hüququnu alıb öz adına rəsmiləşdirmək üçün hissə-hissə olmaqla ümumilikdə 60000ABŞ dolları pul verməsini necə müyyən etməsi (tərəflərin izahatı, hər hansı bir yazışma, danışıq, qəbz və.s) və birinci instansiya məhkəməsinin hansı əsasla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin bu qənaəti ilə razılaşması və sübut kimi qiymətləndirməsidir. Birinci instansiya məhkəməsi yalnız Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin məktubuna əsaslanaraq İddiaçı 60000ABŞ dolları pul verməsi qənaətinə gəlməsi tamamilə absurddur. Birinci instasiya məhkəməsi həqiqətən pulun verilməsini müəyyən etmək üçün məsələnin dərinliyinə enməli, ətraflı araşdırma aparmalı idi. Lakin birinci instansiya məhkəməsi heç bir araşdırma aparmamış, nə İddiaçı torpaq sahəsinin Cavabdeh tərəfindən ələ keçirilməsi ilə bağlı BMCMİ-nə daxil olmuş müraciəti üzrə idarə tərəfindən qəbul edilmiş yekun qərarı, nə tərəflərin izahatını, nə İdarə tərəfindən araşdırma nəticəsində toplanmış sənədləri istəmiş, nə həmin sənədləri hazırki işin materiallarına əlavə etmiş, nədə qiymət vermişdir. Birinci instansiya məhkəməsi yalnız İdarədən iki ədəd cavab məktubu almaqla kifayətlənmiş, həmin cavab məktublarının bir-biri ilə ziddiyət təşkil etməsinə baxmayaraq bu ziddiyyəti aydınlaşdırmamışdır. Birinci instasiya məhkəməsi heç öz qətnaməsində şahidlərin ifadələrini doğru-düzgün, tam şəkildə yazmamış, onların İddiaçı torpaq sahəsinin sənədləşdirilməsi üçün xərc çəkməsi ilə bağlı dediklərini qeyd etməmişdir. Yuxarıda göstərilən bütün xüsusatlardan dolayı birinci instansiya məhkəməsi hazırki iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, işin faktiki hallarını düzgün müəyyən etməmiş, iş üzrə mövcud olan sübutlara, sənədlərə və izahlara lazımi hüquqi qiymət verməmiş, onları lazimi şəkildə araşdırmamış və nəticədə həm maddi, həm də prosessual hüquq normalarına zidd olaraq qanunsuz və əsassız bir qətnamə qəbul etmişdir. Sonradan Cavabdeh apellyasiya şikayətinə əlavə təqdim etmişdir. Apellyasiya şikayətinə əlavədə qeyd olunur ki, İddiaçı Mirfudə oğlunun idarəyə etmiş olduğu müraciət əsasında toplanmış araşdırma materialları apellyasiya instansiyası nıəhkəməsindəki icraat zamanı əldə edildiyi üçün hazırda tərəfimdən Şirvarı Kommersiya Məhkəməsinin 2-2(121)-1495/2025 saylı, 02.09.202-ci il tarixli qətnaməsindən verilmiş apellyasiyn şikayətinə əlavələr edilməsi zərurəti yaranmışdır. Aşağıda qeyd etdidiyim xüsusatlar İddiaçı Mirfudə oğlu tərəfindən verilmiş iddia ərizəsinin, həmin iddia ərizəsi üzrə Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-1495/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnnməsinin qanunsuz və əsassız olmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin maddi va prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini açıqaşkar göstərir. İlk əvvəl qeyd edim ki, İddiaçı Mirfudə oğlunun barəmdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarasinə etmiş oldıığu şikayət üzrə verdiyim izahatdan aydın olur ki, man nə İddiaçı torpaq sahəsi satmış, nə də onunla hər hansı bir məbləğdə puİ almışam. Belə ki, Baş Miütəşakkil Cinayətkarlıqla Mübarizə İdarəsində verdiyim izahatın 2-ci səhifəsində qeyd edilir: “Həmin zaman Nazim mənim yanıma gələrək bildirdi ki, İddiaçı məndən istifadəmdə olan torpaq sahəsindən köçməyimi va həmin yeri ona satmağımı istəyir. Mən bununla razılaşmadım. Çünki mənim təsərrüfatım var idi va qazancımı oradan qazanırdım. Nazim bir neçə dəfə mənə bu məsələ ilə bağlı yaxınlaşdı, lakin mən hər dəfəsində bununla bağlı fikrimin müsbət olmadığını ona bildirdim.” İzahatımın 4-cü səhifəsində qeyd edilir: “Mən torpaq sahəsini İddiaçı satmamışam, həmçinin də hər hansı bir pul almamışam. Nəzərinizə çatdırmaq istəyirəm ki, İddiaçı tərəfindən həm Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində verilmiş izahatda, həm iddia ərizəsində, həmdə məhkəmə instansiyalarında verdiyi ifadələrdə əhəmiyyətli ziddiyətlər vardır. Həmin ziddiyətlər aşağıdakılardan ibarətdir: İddiaçı Mirfüdə oğlu iddia ərizəsində qeyd edir: “Bildirirəm ki, 2010-cıı ildə cavabdeh mənə bildirdi ki, onun icarəsində olan 171 ha dövlət torpağını satır. Mən ona həmin torpaq sahəsini almaq istədiyimi bildirdim, o isə həmin torpaq sahəsini 60000 min ABŞ dollarına mənə satmağa razılaşdı. Bundan sonra mən sözü gedən pul vəsaitini hissə-hissə cavabdehə ödədim. Mən 60000 min dolları pulu cavabdehə ödəyib qurtarandan sonra cavabdeh notariusda etibarnaməni verdi ki, həmin torpaq sahəsinə aid sənədləşmə işini görüm”; Nəzərinizə çatdırmaq istəyirəm ki, Mirqoca Mirirşov iddia ərizəsində mənimlə torpaq sahəsinin alqı-satqısına dair 2010-cu il tarixdə razılaşdığını, pulu hissə-hissə ödədiyini, pulu ödəyib qurtardıqdan sonra isə mənim ona etibarnamə verdiyini bildirir. Tərəfimdən İddiaçı ilk dəfə etibarnamə 06 noyabr 2023-cü il tarixdə verilmişdir. İddia ərizəsindən belə aydın olur ki, İddiaçı 2010-cıı il tarixdən 2023-cü il tarixədək-13 il ərzində torpaq sahəsinin alqı-satqısı üçün pul ödəmişdir. Lakin izahatında isə bildirir ki, pulu hissə-hissə 1 il ərzində ödəmişdir. Qeyd edim ki, iddia ərizəsinə münasibətdə baxdıqda 2010-cu illə 2023-cü il arasında 1 il yox, 13 il vardır. İzahata münasibətdə məsələyə yanaşdıqda isə, yəni İddiaçı torpaq sahəsini almaq üçün pulu mənə hissə-hissə 1 il ərzində ödəməsinə münasibətdə məsələyə baxıdqda belə başa düşülür ki, İddiaçıla 2022-ci il tarixində aramızda torpaq sahəsinin alqı-satqısına dair razılaşma əldə edilmişdir. Lakin yenə də başqa bir ziddiyətli məqam meydana çıxır. Belə ki, İddiaçı izahatında bildirmişdir ki, 2011-ci il tarixdə Cavabdeh mənə yaxınlaşaraq bildirdiki, istifadəsində olan qonşuluqdakı torpaq sahəsini alım. Həmçinin İddiaçı iddia ərizəsində guya ona 2010-cıı il tarixdə torpaq sahəsini satmaq istədiyimi ona bildirdiyimi qeyd etmiş, öz izahatında isə guya 2011- ci il tarixdə ona yaxınlaşaraq istifadəmdə olan torpaq sahəsini məndən almasını ona bildirdiyimi söyləmişdir. İddiaçı torpaq sahəsini satmaq istədiyimi gah 2010-cu il tarixdə, gah da 2011 ci ildə bildirdiyimi qeyd etmişdir; İddiaçııın ifadə etmiş olduğu ziddiyətli məqamlardan biri də odur ki, o öz izahatında bildirir: Bundan sonra mən həmin 200 ha torpaq sahəsini öz istifadəmə rəsmiləşdirmək üçün Cavabdeh ilə 60.000 ABŞ dolları məbləğinə razılaşdıq. Daha sonra isə bildirir: “Mən hamin torpaq sahasini İlham İmanova satmaq istəyirdim. Belə ki, İddiaçı gah torpaq sahəsini öz istifadəsi üçün aldığını bildirir, gah da torpaq sahəsini başqa şəxsə satmaq niyyəti olduğunu bildirir. Bundan başqa İmişli Rayon İcra Hakimiyyəti başçısının İmişli regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə ünvanladığı 5-53-1/2-610/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh qanuni nümayəndəsi İddiaçı müraciətini nəzərə alaraq, Cavabdeh icarəsində olan 171 ha kənd təsərrüfat təyinatlı dövlət fondu torpaq sahəsinin icarə hüququnun qanunvericilikdə nəzərdə tutulmuş qaydada İmişli şəhəri, N.ünvan 2 ünvanında yaşayan X2 etiraz edilmədiyi bildirilmişdir. Nəzərinizə çatdırmaq istəyirəm ki, əgər torpaq sahəsinin alqı- satqısına dair İddiaçıla aramızda hər hansı bir razılaşma olmuşdursa, həmin torpaq sahəsini öz istifadəsi üçün satın almışdırsa və ya həmin torpaq sahəsini İlham İmanova satmaq istəyirdi o zaman nəyə görə İddiaçı mənim ona verdiyim etibarnamə əsasında mənim adımdan müraciət edərək torpaq sahəsinin qardaşı X3 istəmişdir. Buradan da görünür ki, İddiaçı qanunsuz olaraq mənə məxsus torpaq sahəsini əlimdən almaq istəmişdir; İddiaçı öz izahatında qeyd edir ki: “Hamin torpaq sahəsinin qonşuluğunda Cavabdeh 200 hektar (ha) torpaq sahəsi var idi. Həmin torpaq sahəsi da təsərrüfat təyinatlı icarə torpağı idi. Həmin torpaq sahəsi əvvəllər Cavabdeh qohumu olan X17 idi. Famil həmin sahəni Cavabdeh adına rəsmiləşdirmişdi və orada yaşayış evi, heyvanlar üçün tövlələr də tikdirmişdi. Cavabdeh isə orada çoban kimi işləyirdi. Sonradan Cavabdehla Famil İmanov arasında mübahisə oldu və torpaq Cavabdeh qaldı.” Qeyd edim ki, İddiaçı izahatında bildirmiş olduğu bu ifadə tamamilə yalandır. Belə ki, həmin torpaq sahəsi 150 ha 1997-ci il tarixdən mənim istifadəmdə olmuşdur. 2003-cü il tarixdə torpaq sahəsinə şəhadətnamə alarkən torpaq sahəsinin artırılması ilə bağlı tərəfimdən müraciət edilmiş və həmin müraciət əsasında torpaq sahəsi 50 ha artırılmışdır. Famin İmanovun mənim istifadəmə verilmiş torpaq sahəsinin yanında 50 ha torpaq sahəsi olmuşdur. Qeyd edim ki, İddiaçı ərizəsində qeyd etdiyi kimi, izahatında da qeyd edir: "Bundan sonra bir neçə dövlət qurumuna rüsumları ödədim." Lakin İddiaçı ödədiyini qeyd etdiyi rüsumun qəbzini bugünkü günədək təqdim etməmişdir; İddiaçı öz izahatında qeyd edir: "Cavabdeh 2007-ci il tarixdə rəisi olduğum idarədə nəzarətçi vəzifəsində işə başladı.” Qeyd edim ki, bu fikir də tamamilə yalandır. Belə ki, mən həmin idarədə 2014-cü il tarixdən işə başlamışam. Bununla bağlı əmək kitabçasından çıxarışı da hazırki ərizəmə əlavə edirəm. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə Cavabdeh apellyasiya şikayətini və ona vermiş olduğu əlavəni müdafiə edib, yuxarıda şərh olunan məzmunları ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmədə cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 apellyasiya şikayəti və ona əlavənin əsaslı olduğunu bildirib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmədə iddiaçı X13 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehlə torpaq alqı-satqısına dair münasibətlərinə, torpağın alınması üçün cavabdehə pul verməsinə dair sübutu yalnız şəhid ifadələridir. Torpaq sahəsinin alqı-satqısı ilə bağlı aralarında aparılan danışıqlara dair səs yazısı, hər hansı başqa bir formada yazışma mövcud deyildir. Həmçinin pulun ödənilməsinə dair qəbz yoxdur. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işdə iştirak etməyə cəlb edilmiş İmişli Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti nümayəndələri vasitəsilə məhkəmədə təmsil olunmamışlar. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə müvafiq olaraq üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin təmin edilən hissədə ləğvini xahiş etməklə, qətnaməni həmin hissədə mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə iddianın təmin olunan hissəsində yохlanılmasını düzgün hеsab еtmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları mübahisələndirilən hissədə kifayət qədər ətraflı araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş sənədlərdən tarix ardıcıllığı ilə aşağıdakılar müəyyən olunur. Torpaqdan müvvəqəti istifadə hüququna dair” şəhadətnamənin (JN-2551, kod ********) surətindən görünür ki, Cavabdeh İmişli RİHB-nın xx.xx.2002-ci il tarixli 53 saylı sərəncamı və xx.xx.2002-ci il tarixli 12 saylı icarə müqaviləsi ilə İmişli rayonu ADF torpaq sahəsindən qoyunçuluğun inkişafı üçün 200 ha torpaq sahəsi 13 il müddətinə müvəqqəti istifadə üçün verilmişdir. Cavabdeh səlahiyyətli orqanlara xx.xx.2023-cü il tarixdə İmişli regional “ASAN Xidmət” mərkəzində notariat ofisində verdiyi ərizəsinin surətindən görünür ki, İmişli RİHB-nın xx.xx.2002-ci il tarixli sərəncamı ilə Aranlı kəndi ərazisində yerləşən Asudə dövlət fondundan 200 ha (şəhadətnamə JN-2551, kod ********) torpaq sahəsinin ona icarəyə verildiyini, torpaq sahəsindən istifadə etmədiyini bildirib, üzərində istifadə hüququna xitam verib, torpaq sahəsinin yuxarıda qeyd edilmiş şəhadətnamənin ləğvinə kömək göstərilməsini xahiş etmişdir. AR-İİİ 180019 nömrəli xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və ya onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütun hallarda mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq bağışlamaq, hədiyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bağlanan əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, miras paya sərəncam verməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, notariat ofislərində, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bütün bank əməliyyatları aparmağı, hesab açmağı, bağlamağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, bütün kartları, həmçinin pul kartı, pensiya kartı almağı, təhvil verməyi, pensiya işi ilə əlaqədar sənədləşmə işləri aparmağı, pul almağı, qoymağı, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, Ünvanlı Sosial Yardım almağı, DYPİ-də, AR Əmlak Məsələləri Dövlət Komitesi Yanında DƏDRX-nin ərazi idarələrində, onun nümayəndəsi olmağı, qeydiyyata salmağı, qeydiyyatdan çıxarmağı sənədləşmə işləri aparmağı, sənədləri almağı, texniki pasport, Çıxarışı və Forma 1 arayışını almağı, torpaq sahəsinin azalmasına dair ərizə yazmağı, bölgu eskizinə imza etməyi, notariusa müraciət etməyi, notariat qaydasında rəsmiləşdirilən sənədləri imzalamağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı, əmlakı və ya pulu almağı, ərizə yazmağı, imza etməyi, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar digər hərəkətləri etməyi X10 etibar etmişdir. Etibarnamə 1 il müddətinə verilmişdir, xx.xx.2024-cü il tarixinədək qüvvədədir. İmişli rayon İcra Hakimiyyəti başçısının 218 saylı, xx.xx.2023-cü il tarixli Sərəncamının surətindən görünür ki, İmişli rayonunun dövlət fondu torpaq sahəsində yerləşən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin hazırladığı Yerquruluşu Planında rayonun inzibati ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 171 ha torpaq sahəsi heyvandarlığın inkişafı məqsədilə İmişli rayonunun Aranlı kənd sakini Cavabdeh icarəyə verilməsi qərara alınmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 42 saylı qərarına uyğun olaraq icarəsinə verilmiş torpaq sahəsindən təyinatı üzrə istifadə edilməsi Cavabdeh tapşırılmışdır. İmişli rayon İcra Hakimiyyətinin başçısı X24 (icarəyə verən) və Cavabdeh (içarəçi) arasında bağlanmış 16 nömrəli xx.xx.2023-cü il tarixli “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləsinin surətindən görünür ki, “icarəyəverən” icarə əsasında sahəsi 171 ha olan torpaq sahəsini 15 il müddətinə istifadəyə verilmişdir. İmişli rayon İcra Hakimiyyəti başçısı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 6 saylı Beyləqan Ərazi İdarəsinə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, İmişli rayonunun Aranlı kəndi sakini İmanov X21 rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, ona İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 218 saylı sərəncamı və xx.xx.2023-cü il tarixli, 16 saylı icarə müqaviləsi ilə rayonun dövlət fondu torpaq sahəsindən kənd təsərrüfatlı təyinatlı 171 ha torpaq sahəsinin heyvandarlığın inkişafı üçün icarəyə verildiyini bildirmiş və qeyd edilən torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh müraciətini nəzərə alıb icarəsində olan 171 ha torpaq sahəsindən istifadə hüququna dair çıxarış verilməsinə köməklik göstərilməsi xahiş edilir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024 və xx.xx.2024 tarixlərində verilmiş çıxarışların surətlərindən görünür ki, İmişli RİHB-nın xx.xx.2023-cü il tarixli 218 saylı sərəncamı və xx.xx.2023-cü il tarixli 16 saylı icarə müqaviləsinə əsasən İmişli rayon inzibati ərazisində olan 159.6 ha və 11.4 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində Cavabdeh icarə hüququ dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən İddiaçı Mirfudə oğlunun müraciəti əsasında aparılan araşdırma çərçivəsində toplanmış material üzrə Cavabdeh xx.xx.2024 tarixli izahatından görünür ki, sonuncu mübahisəli torpaq sahəsini İddiaçı satmadığını, bunun üçün ondan hər hansı bir məbləğdə pul almadığını bildirmişdir. X11 xx.xx.2024-cü il tarixdə İmişli regional “ASAN Xidmət” mərkəzində notariat ofisində verdiyi ərizələrində birgə nikah dövründə əldə edilmiş, əri Cavabdeh icarə hüquqları ilə məxsus olan (reyestr nömrəsi-**********09, qeydiyyat nömrəsi isə ********** olan çıxarışa əsasən) İmişli rayonu inzibati ərazisində yerləşən ümumi sahəsi 11,4 ha olan torpaq sahəsinin və əri Cavabdeh icarə hüquqları ilə məxsus olan (reyestr nömrəsi-**********06, qeydiyyat nömrəsi isə ********** olan çıxarışa əsasən) İmişli rayonu inzibati ərazisində yerləşən ümumi sahəsi 159,6 ha olan torpaq sahəsinin icarə hüquqları ilə birlikdə satılmasına etiraz etmədiyini bildirmişdir. İmişli rayon İcra Hakimiyyəti başçısı İmişli regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə ünvanladığı 5-53-1/2-610/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubunda bildirmişdir ki, Cavabdeh qanuni nümayəndəsi İddiaçı müraciətini nəzərə alaraq, Cavabdeh icarəsində olan 171 ha kənd təsərrüfat təyinatlı dövlət fondu torpaq sahəsinin icarə hüququnun qanunvericilikdə nəzərdə tutulmuş qaydada İmişli şəhəri, N.ünvan 2 ünvanında yaşayan X2 etiraz edilmir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) aparatının Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası DİN-in Baş mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinə çağırılması, orada təzyiqlərə məruz qalaraq İmişli rayonu ərazisində yerləşən ona məxsus torpaq sahəsinə dair İddiaçı Mirfudə oğluna etibarnamə verməyə məcbur edilməsi, habelə özü ilə apardığı həmin torpaq sahəsinə aid sənədlərin ondan alınması, sahibkarlıq fəaliyyətinə maneçilik törədilməsi haqqında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) ünvanladığı şikayətdə əks etdirilmiş halların yoxlanılması ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət olunmuşdur. Verilmiş cavabda bildirilmişdir ki, İddiaçı Mürfüdə oğlunun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olan müraciətində ona məxsus 200 hektar torpaq sahəsini almaq üçün 500000 manat məbləğində pul verdiyini, lakin sonrakı müddətdə onun tərəfindən həmin torpaq sahəsinin qeyrilərinə satıldığını bildirmişdir. Qeyd edilmişdir ki, müraciətin araşdırılması və şikayət olunan şəxs qismində əməlinə hüquqi qiymət verilməsi məqsədi ilə izahatının alınması üçün Baş Mütəşəkki Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilərək izahatı alınıb sərbəst buraxılmışdır. Cavabda, həmçinin bildirilir ki, müraciətdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmağı ilə bağlı göstərdikləri yoxlama zamanı təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2024-cu il tarixli Cavabdeh ünvanladığı məktubdan görünür ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının qanunsuz hərəkətlərinə məruz qalmasına dair Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatından daxil olmuş müraciətinə Respublika Baş Prokurorluğunda baxılmışdır. Müəyyən edilmişdir ki, İddiaçı Mürfüdə oğlu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olan müraciətində ona məxsus 200 hektar torpaq sahəsini almaq üçün 500000 manat məbləğində pul verdiyini, lakin sonrakı müddətdə onun tərəfindən həmin torpaq sahəsinin qeyrilərinə satıldığını bildirmişdir. Müraciətin araşdırılması və haqqında şikayət oluan şəxsin əməlinə hüquqi qiymət verilməsi məqsədi ilə izahatının alınması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunmuşdur. Bundan əlavə, müraciətində DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmağı ilə bağlı göstərdiyi xüsusat üzrə Baş Prokurorluğun Xidməti araşdırmalar İdarəsi tərəfindən araşdırma aparılaraq toplanmış materialda cinayət tərkibinin olmadığı müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. İmişli Rayon Məhkəməsinin 2(036)-115/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İmişli Rayon Məhkəməsinin 2(036)- 115/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan 2(106)-1956/2024 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək, İmişli Rayon Məhkəməsinin icraatında olan hazırkı 2(036)-115/2025 saylı mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hüquqlarının və X9 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1.-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 567- ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1 - ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2 - ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. 575.1 - ci maddəsinə əsasən əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. 575.2 - ci maddəsinə əsasən satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılarsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bü və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edimlməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). Hazırki tələbdən görünür ki, İddiaçı Cavabdehla aralarında 2010-cu ildə torpaq sahəsi üzərində icarə hüququnun alqı-satqısından irəli gələn münasibətlər çərçivəsində sonuncuya hissə-hissə olmaqla 60000 ABŞ dolları məbləğində pul verdiyini, lakin sonradan cavabdehin torpaq sahəsi üzərində hüquqların alqı-satqısından imtina etdiyini bildirərək, ödədiyi pulun qaytarılması tələbini irəli sürmüşdür. Cavabdeh isə iddianı qəbul etməyərək iddiaçıya torpaq sahəsi üzərində icarə hüquqlarını satmadığını, belə bir sövdələşmələrinin olmadığını, bu məqsədlə ondan hər hansı bir məbləğdə pul almadığını bildirir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdehlə mübahisəli torpaq sahəsi üzərində icarə hüquqlarının alqı-satqısından irəli gələn münasibətlərinin yaranmasına, bu məqsədlə cavabdehə pul verməsinə dair məhkəməyə mötəbər, inandırıcı və həqiqiliyi şübhə doğurmayan sübutlar təqdim edə bilməmişdir. Belə ki, iddiaçı yeganə sübutunun şahid ifadələri olduğunu bildirsə də, 60000 ABŞ dolları məbləğində pulun hansı dövriliklə və hansı hissələrdə olmaqla ödənilməsini, şahidlərinin hansı məbləğlərdə pulların verilməsində bilavasitə iştirak etmələrini bildirməmiş, böyük məbləğdə pul verməsinin qarşılığında cavabdehdən yazılı qəbz almamasının tutarlı izahını verməmişdir. Ümumiyyətlə tərəflər arasında mübahisəli torpaq sahəsi üzərində icarə hüquqlarının alqısatqısından irəli gələn münasibətlərin yaranmasını təsdiq edə biləcək hər hansı tutarlı sübut (akt, qəbz, səs yazısı, vatsap yazışmaları və sair) iş materiallarında yoxdur. İddiaçı torpaq sahəsi üzərində hüquqların alqı-satqısına dair razılaşmanın 2010-cu ildə əldə edildiyini, izahatlarında tələb etdiyi pulu bir il ərzində ödədiyini bildirməsinə rəğmən, cavabdeh tərəfindən torpaqla bağlı adına ilk dəfə etibarnamənin xx.xx.2023-cü ildə verilməsinin səbəbini izah edə bilməmiş, cavabdeh isə etibarnaməni torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasındə yardımçı olmasından ötrü verdiyini bildirmişdir. Kollegiya onu da xüsusilə qeyd etməyi zəruri hesab edir ki, hətta tərəflər arasında mübahisəli torpaq sahəsi üzərində icarə hüquqlarının alqı-satqısına dair şifahi bar razılaşma əldə edilmiş olsa belə, iddiaçının həmin razılaşma üzrə cavabdehə hər hansı bir məbləğdə pul verməsi iş materialları ilə təsdiqini tapmır. Cavabdeh həmçinin iddiaçının hesabına əsassız varlanan şəxs deyildir, iş materiallarından cavabdehin hüquqi əsas olmadan iddiaçının (məhrum olanın) hesabına əmlak əldə etməsi müəyyən olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən isə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslardır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində gətirdiyi dəlillərlə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 60000ABŞ dolları təşkil edir ki, prosessual qanunvericiliyə əsasən qətnamədən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 393 və 402.1 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 2 sentyabr 2025-ci il tarixli e-2-2(121)-1495/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin. İddiaçı Cavabdeh qarşı 60000 ABŞ dalları məbləğində pulun tutulması tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar