Məhkəmə qərarları › İş №2-2(106)-28/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-28/2025

23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-28/2025 23.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasının hakimləri X5 (sədrlik edən, məruzəçi), Əliyev Qasım Vəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər "xxxx" MMC və Cavabdeh2 MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2-2(121)-1903/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulmalı olan 157.090,22 ABŞ dolları məbləğində borcun "xxxx" MMC və "xxxx" MMC-dən birgə qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2-2(121)-1903/2024 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən 157090,22 ABŞ dolları məbləğində pul (ödəniş gününə Azərbaycan manatının məzənnəsinə uyğun olaraq) tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və iddianın cavabdeh "xxxx" MMC-nə münasibətdə təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək Şirvan Kommersiya Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2-2(121)-1903/2024 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-2(106)-220/2024 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilərək, kommersiya işi icraata qəbul edilmiş və iş baxılması üçün xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Qeyd olunan kommersiya işi Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan zaman birinci instansiya məhkəməsi tərəfindən işin geri qaytarılması barədə məktub daxil olmuşdur. Həmin məktubda cavabdeh "xxxx" MMC-nin vəkili X1 tərəfindən Şirvan Kommersiya Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2-2(121)-1903/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə verildiyi qeyd edilmiş və hazırki kommersiya işinin Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X4 işin baxışdan çıxarılaraq Şirvan Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etdi. Bildirdi ki, cavabdeh apellyasiya şikayətini vaxt qazanmaq məqsədilə vermişdir. Məhkəmə kollegiyası digər tərəflərin iştirakı olmadan prosesin keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası sənədləri əlaqəli şəkildə araşdıraraq belə hesab edir ki, cavabdeh "xxxx" MMC-nin vəkili X1 tərəfindən verilmiş ərizəyə baxılması üçün kommersiya işi apellyasiya baxışından çıxarılaraq Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(106)-220/2024 saylı qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilməli, Şirvan Kommersiya Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2-2(121)-1903/2024 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılmalı, cavabdeh "xxxx" MMC-nin vəkili X1 tərəfindən Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-1903/2024 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəyə baxılması üçün kommersiya işi Şirvan Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 408.1.4, 408.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərаrааldı: Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(106)-220/2024 saylı qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilsin. Şirvan Kommersiya Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2-2(121)-1903/2024 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın, cavabdeh "xxxx" MMC-nin vəkili X1 tərəfindən Şirvan Kommersiya Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2-2(121)-1903/2024 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəyə baxılması üçün kommersiya işi Şirvan Kommersiya Məhkəməsinə qaytarılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar