Məhkəmə qərarları › İş №2-2(106)-287/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-287/2025

08.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-287/2025 08.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Abdullayev Vəli Əsgər oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X1 ibarət məhkəmə tərkibində, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, Şirvan Kommersiya Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli 2-2(121)-315/2025 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə baxıb MÜƏYYƏNETDİ: Şirvan Kommersiya Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh2 MMC-dən, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh5 kredit borcunun tutulması və digər tələblərə dair iddiası qismən təmin edilmişdir. İddiaçı ASC apellyasiya şikayəti verərək iddianın təmin edilməyən hissəsində qətnamənin ləğv edilməsi və onun tam təmin edilməsini xahiş etmişdir. İşin apellyasiya baxışı zamanı Şirvan Kommersiya Məhkəməsi tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş məktuba əsasən Şirvan Kommersiya Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh8 nümayəndəsi vəkil X2 apellyasiya şikayəti vermiş və onun Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması zərurəti yarandığından işin həmin məhkəməyə göndərilməsi xahiş edilmişdir. Göründüyü kimi, Cavabdeh8 nümayəndəsi vəkil X2 tərəfindən verilmiş apelyasiya şikayətinin MPM-in 361ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması zərurəti yarandığından kommersiya işinin geri qaytarılması zərurəti yaranmışdır. Buna görə də, tərkib hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının iş üzrə xx.xx.2025-ci il tarixli 2-2(106)-287/2025 saylı apellyasiyanın mümkün hesab edilməsi barədə qərardadı ləğv edilməklə iş materialları apellyasiya baxışından çıxarılmaqla Şirvan Kommersiya Məhkəməsinə qaytarılmalıdır. MPM-in 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 263, 264, 384, 400 və 402-ci maddələrini rəhbər tutub QƏRARVERDİ: Apellyasiyanın mümkün hesab edilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 04 noyabr 2025-ci il tarixli 2-2(106)-287/2025 saylı qərardadı ləğv edilsin və kommersiya işi apellyasiya baxışından çıxarılsın. Şirvan Kommersiya Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli 2-2(121)-315/2025 saylı qətnaməsindən Cavabdeh8 nümayəndəsi vəkil X2 tərəfindən verilmiş apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş materialları Şirvan Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədikdə, qərardad 10 (on) gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar