Məhkəmə qərarları › İş №2-2(106)-288/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-288/2025

01.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2-2(106)-288/2025 01.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Qətnamə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının hakimləri Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, Əliyev Kamran Sabir oğlunun katibliyi ilə iddiaçı İddiaçı cavabdehlər Məmmədzadə İbrahim Ağaməmməd oğlu, cavabdeh4 və cavabdeh5 qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi”, birləşdirilmiş iş üzrə iddiaçı cavabdeh5 cavabdeh İddiaçı qarşı “ipoteka müqaviləsinə xitam verilməsi” tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin ## ######## 2025-ci il tarixli e-*-*(***)-***/**** saylı qətnaməsindən iddiaçı və cavabdeh X3, cavabdeh Məmmədzadə İbrahim Ağaməmməd oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı İddiaçı cavabdehlər Məmmədzadə İbrahim Ağaməmməd oğlu, cavabdeh4 və cavabdeh5 qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, ##.##.2023cü il tarixli, RBN/BK-**** saylı baş kredit müqaviləsi əsasında kredit verilməsinə dair ##.##.2023cü il tarixli * nömrəli razılaşma üzrə əsas borca görə 244416,7 manat, faiz borcuna görə 14752 manat, cərimə borcuna görə 2873,1 manat olmaqla, cəmi 262041,8 manat borcun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 102 manat rüsumun, həmçinin iddianın qaldırılması üçün ödənilmiş 756 manat məbləğində dövlət rüsumunun cavabdehlər Məmmədzadə İbrahim Ağaməmməd oğlu və cavabdeh4 tutulması; tələbin cavabdeh5 xüsusi mülkiyyət hüququ üzrə məxsus olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 60,2 kv.m olan mənzilə və cavabdeh1 tam mülkiyyət hüququ üzrə məxsus ünvan 7 ünvanında yerləşən, 147,6 kv.m ümumi sahədən ibarət mənzilə yönəldilməsi; həmin mənzillərin ilkin satış qiymətləri müəyyən edilməklə hərracda satılması və satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh Məmmədzadə İbrahim Ağaməmməd oğlunun cəmi 262041,8 manat borcunun, 102 manat məbləğində rüsumun və iddianın qaldırılması üçün ödənilmiş 756 manat məbləğində dövlət rüsumunun xeyrinə ödənilməsi; mənzillərə tutma yönəldikdən və onlar satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlərin həmçinin ipoteka predmetlərində qeydiyyatda olan və qeydiyyatsız yaşayan şəxslərin ipoteka predmetlərindən çıxarılması və əmlakın boşaldılmış vəziyyətdə təhvil verilməsi; ipoteka predmetlərinin açıq hərracdan satışından əldə edilmiş vəsait ##.##.2023-cü il tarixli, RBN/BK-**** saylı baş kredit müqaviləsi əsasında kredit verilməsinə dair ##.##.2023-cü il tarixli * nömrəli razılaşma üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun cavabdehlər Məmmədzadə İbrahim Ağaməmməd oğlu və cavabdeh4 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Nəsimi filialı ilə cavabdeh Məmmədzadə İbrahim Ağaməmməd oğlu arasında bağlanmış ##.##.2023-cü il tarixli RBN/BK-**** saylı baş kredit müqaviləsinə əsasən, müqavilənin ayrılmaz tərkib hissələri hesab edilən bağlanacaq ayrıca razılaşmalar üzrə verilə biləcək kreditin maksimal məbləği 500000 (beş yüz min) manat, maksimal tələb edilə biləcək faiz dərəcəsi 30%, kreditin maksimal qaytarılma müddəti isə 60 ayadək təşkil edir. ##.##.2023-cü il tarixli, RBN/BK-**** saylı baş kredit müqaviləsi üzrə kredit verilməsinə dair ##.##.2023-cü il tarixli * nömrəli razılaşmaya əsasən Məmmədzadə İbrahim Ağaməmməd oğluna illik faiz dərəcəsi 15% olmaqla, 36 ay müddətinə 300000 manat məbləğində kredit verilmişdir. ##.##.2023-cü il tarixli RBN/BK-**** saylı baş kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən öhdəliklərin icrasının təmini üsulu kimi cavabdeh4 ilə ##.##.2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. ##.##.2023-cü il tarixli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin ##.##.2023-cü il tarixli RBN/BK-**** saylı baş kredit müqaviləsinə, o cümlədən həmin müqavilə əsasında bağlanacaq razılaşmalara, (bundan sonra birlikdə “Kredit Müqaviləsi”) əsasən, borc verən qarşısında kredit öhdəliyi olan borcalan tərəfindən öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Bundan başqa ##.##.2023-cü il tarixli RBN/BK-**** saylı baş kredit müqaviləsinin 2.1ci bəndinə əsasən öhdəliklərin icrasının təmini üsulu kimi cavabdeh5 xüsusi mülkiyyət hüququ üzrə məxsus ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 60,2 kv.m olan mənzil İddiaçı ASC qarşısında ##.##.2023-cü il tarixli RBN/BK-**** nömrəli ipoteka müqaviləsinə əsasən yüklü edilmiş, müqavilə notariat qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Bundan başqa ##.##.2023-cü il tarixli RBN/BK-**** saylı baş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ##.##.2023-cü il tarixli əlavə razılaşmaya əsasən öhdəliklərin icrasının təmini üsulu kimi cavabdeh1 tam mülkiyyət hüququ üzrə məxsus ünvan 7 ünvanında yerləşən, 147,6 kv.m ümumi sahədən ibarət mənzil İddiaçı ASC qarşısında ##.##.2023-cü il tarixli RBN/BK-****(a) nömrəli ipoteka müqaviləsinə əsasən yüklü edilmiş, müqavilə notariat qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsinə əsasən borc alan kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdehlər öhdəliklərinin icrasından qərəzli olaraq yayınmışlar. ##.##.2024-cü il tarixinə olan maliyyə arayışına əsasən cavabdeh Məmmədzadə İbrahim Ağaməmmməd oğlunun ##.##.2023-cü il tarixli, RBN/BK-**** saylı baş kredit müqaviləsi əsasında kredit verilməsinə dair ##.##.2023-cü il tarixli * saylı razılaşmaya əsasən borcun məbləği əsas borca görə 244416,7 manat, faiz borcuna görə 14752 manat, cərimə borcuna görə 2873,1 manat olmaqla, borcun cəmi məbləği 262041,8 manat təşkil edir. Tərəflər arasında bağlanmış müqavilələrə əsasən, borc alan bu müqavilə üzrə ona verilmiş krediti və onun faizini vaxtında ödəmədikdə (lazımınca ödəmək öhdəliyin ən azı bir dəfə pozduqda), habelə bu müqavilə ilə müəyyən edilmiş hər hansı bir öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, keditor müqaviləyə xitam verilib-verilməməsindən asılı olmayaraq kreditin hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl qaytarılmasını borcalandan tələb edə bilər. Sonradan iddiaçı tələbinin həcminin azaldılmasına dair ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək bildirmişdir ki, məhkəmə gedişatı zamanı cavabdeh banka olan kredit borcunun bir qismini, yəni bankla cavabdeh2 MMC arasında bağlanmış RBN/BK-**** saylı ##.##.2023 tarixli razılaşma üzrə olan borcunu ödəmiş, həmçinin digər cavabdeh Məmmədzadə İbrahim Ağaməmməd oğlu ilə bağlanmış ##.##.2023-cü il tarixli RBN/BK-**** saylı baş kredit müqaviləsi üzrə olan borcdan da qismən ödəniş edilmişdir. ##.##.2025-ci il tarixinə olan maliyyə arayışına əsasən cavabdehlərin ##.##.2023-cü il tarixli RBN/BK-**** saylı baş kredit müqaviləsi üzrə 194585,97 manat əsas, 6377,52 manat faiz, 8813,34 manat cərimə olmaqla, cəmi 209776,83 manat borcu vardır. Odur ki, ##.##.2023-cü il tarixli, RBN/BK-**** saylı Baş Kredit müqaviləsi əsasında kreditin verilməsinə dair ##.##.2023-cü il tarixli * nömrəli razılaşma üzrə əsas borca görə 194585,97 manat, faiz borcuna görə 6377,52 manat, cərimə borcuna görə 8813,34 manat olmaqla, cəmi 209776,83 manat borcun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 102 manat rüsumun və 756 manat məbləğində dövlət rüsumunun cavabdehlər Məmmədzadə İbrahim Ağaməmməd oğlu və cavabdeh4 tutulması; tələbin cavabdeh5 xüsusi mülkiyyət hüququ üzrə məxsus olan ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 60,2 kv.m olan mənzilə ilkin satış qiyməti müəyyən edilməklə yönləndilməsi; əmlakın hərracda satılması və satışından əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi; ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun cavabdehlər Məmmədzadə İbrahim Ağaməmməd oğlu və cavabdeh4 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir (1-ci cild iş vərəqi 184-185). Birləşdirilmiş iş üzrə iddiaçı cavabdeh5 cavabdeh İddiaçı ASC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə arasında bağlanmış ##.##.2023-cü il tarixli RBN/BK-**** saylı ipoteka müqaviləsinə xitam verilməsi və ##.##.2023-cü il tarixli RBN/BK-**** saylı ipoteka müqaviləsinin ona aid olan hissəsində etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə onun yaxın tanışının rəhbərlik etdiyi “xxxx” MMC arasında ##.##.2023-cü il tarixli RBN/BK**** saylı kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən bank tərəfindən illik faiz dərəcəsi 5 faiz olmaqla 36 ay müddətinə 200000 manat məbləğində kredit verilmişdir. Həmçinin bu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmiş və bununla əlaqədar ##.##.2023-cü il tarixli RBN/BK-**** saylı ipoteka müqaviləsi bağlanmışdır. Bu yaxınlarda “xxxx” MMC tərəfindən bu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklər tam şəkildə icra olunmuşdur. Yəni, “xxxx” MMC-nin İddiaçı ASC qarşısında hal-hazırda hər hansı bir öhdəliyi yoxdur. O, artıq bu müqavilə üzrə öhdəliklərin tam şəkildə icra olunduğunu bildikdən sonra onun mülkiyyətində olan mənzilin ipotekadan azad edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən ərizənin təmin olunmasından imtina edilmiş və əsas kimi də bankla Məmmədzadə İbrahim Ağaməmməd oğlu arasında bağlanmış ##.##.2023-cü il tarixli RBN/BK-**** saylı baş krediti müqaviləsinə əsasən kreditin maksimum məbləği 500000 manat, maksimal faiz dərəcəsi 30%, kreditin maksimal qaytarılma müddəti isə 60 ayadək təşkil edən öhdəliyin təminatı kimi mülkiyyətində olan bu mənzilin ipoteka ilə yüklü edildiyi bildirilmişdir. Qeyd etmək istəyir ki, onun bu kredit müqaviləsindən xəbəri olmamışdır. Belə ki, həmin kredit müqaviləsini onun adından etibarnamə əsasında başqa şəxs imzalamışdır. O, bundan yalnız 2025-ci ilin aprel ayında xəbər tutmuşdur. Təbii ki, real bazar dəyəri 150000 manata yaxın olan evin 500000 manatlıq kredit müqaviləsi üçün girov qoyulması tamamilə məntiqsiz və absurddur. O, yalnız “xxxx” MMC adına götürülmüş 200000 manat həcmində olan kreditin təminatı kimi evinin girov qoyulmasına razılıq vermişdir. Hal-hazırda da həmin kredit ödənildiyi üçün bu ipoteka müqaviləsinə xitam verilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin ## ######## 2025-ci il tarixli e-*-*(***)-***/**** saylı qətnaməsi ilə iddiaçı cavabdeh5 cavabdeh İddiaçı ASC-nə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmiş, iddiaçı İddiaçı ASC-nin cavabdehlər Məmmədzadə İbrahim Ağaməmməd oğlu, cavabdeh4 və cavabdeh5 qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin olunaraq, ##.##.2023-cü il tarixli, RBN/BK-**** saylı baş kredit müqaviləsi əsasında kredit verilməsinə dair ##.##.2023-cü il tarixli, * nömrəli razılaşma üzrə 194585,97 manat əsas borc, 6377,52 manat faiz borcu, 500 manat cərimə, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 102 manat dövlət rüsumu və iddianın qaldırılması üçün ödənilmiş 756 manat dövlət rüsumu olmaqla, cəmi 202321,49 manat məbləğində pulun cavabdehlər Məmmədzadə İbrahim Ağaməmməd oğlu və cavabdeh4 müştərək qaydada tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməsi, tələbin cavabdeh5 mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 60,2 kv.metr olan mənzilə ilkin satış qiyməti 160000 manat müəyyən edilməklə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışından əldə edilən vəsaitin İddiaçı ASC-yə ödənilməsi, ekspertiza tədqiqatlarının dəyəri olaraq 100 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlər Məmmədzadə İbrahim Ağaməmməd oğlu və cavabdeh4 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə, “xxxx” MMC-yə xidmət haqqı xərcləri kimi ödənilmiş 500 manat məbləğində pul vəsaitinin cavabdehlər Məmmədzadə İbrahim Ağaməmməd oğlu və cavabdeh4 alınaraq İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh Məmmədzadə İbrahim Ağaməmməd oğlu apellyasiya şikayəti verərək dəyişdirilməsini, işin faktiki hallarına uyğun qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edirlmişdir. Belə ki, mülki işin sənədlərindən də görünür ki, İddiaçı ASC ilə cavabdeh2 MMC arasında da ##.##.2023-cü il tarixli kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə görə də 36 ay müddətinə 200000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi cavabdeh1 məxsus olan ünvan 7 girov götürülmüşdür. Hazırkı mülki işin gedişi zamanı cavabdeh2 MMC tərəfindən götürülmüş kreditin ödənməsi məqsədilə girov qoyulmuş həmin mənzil satılmış və kreditin ödənilməsinə yönəlmişdir. Bundan əlavə isə 75000 manat məbləğində pul onun adına götürülmüş kreditin ödənilməsinə yönəldilmişdir. Lakin işin hallarından da görünür ki, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən bu nəzərə alınmamışdır. Belə ki, İddiaçı ASC-nin ilkin olaraq məhkəməyə təqdim etdiyi iddia ərizəsində göstərilən məbləğlə məhkəmə tərəfindən qəbul edilən qətnamədəki məbləğ arasında elə də böyük fərqin olmadığı açıq-aydın görünür. Ona görə də hesab edir ki, iş üzrə daha ədalətli və obyektiv qətnamənin qəbul olunması üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilməli idi və yalnız bundan sonra iddiaya daha ədalətli qiymət verilə bilərdi. Eyni zamanda ipoteka qoyulmuş evin dəyərinin müəyyən edilməsi barədə məktubda göstərilən məbləğ də, həmin evin real bazar qiymətinə uyğun deyildir. Ona görə də hesab edir ki, iş üzrə təkrar məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi də zəruridir. Bütün yuxarıda göstərilənləri nəzərə alaraq, iş üzrə təkrar məhkəmə ekspertizaları təyin edilməklə işin həqiqi hallarına uyğun qətnamə qəbul edilməlidir. Qətnamədən həmçinin iddiaçı və cavabdeh (ipoteka qoyan) cavabdeh5 apellyasiya şikayəti verərək dəyişdirilməsini, onun iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti birləşdirilmiş iş üzrə iddiaçı cavabdeh5 iddia ərizəsində gətirilən əsaslandırma ilə oxşar məzmunda əsaslandırılmışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış tərəflər məhkəmədə üzürlü səbəblər olmadan iştirak emtəmiş, nümayəndələri vasitəsilə təmsil olunmamışlar. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə həmin şəxslərin iştirakları olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdehlərdən borc alan Məmmədzadə İbrahim Ağaməmməd oğlu və ipoteka qoyan cavabdeh5 apellyasiya şikayətlərində qətnaməni borc məbləği, ipoteka predmetinin müəyyən olunan ilkin satış qiyməti və ipotekaya xitam verilməsinin təmin olunmaması hissələrdə mübahisələndirmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətlərinin dəlilləri üzrə mübahisələndirilən hissələrdə yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, borc alan Məmmədzadə İbrahim Ağaməmməd oğlunun apellyasiya şikayəti qismən əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmamış, işin faktiki halları üzrə qismən düzgün olmayan nəticəyə gəlmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehlərin (borc alan və ipoteka qoyan) apellyasiya şikayətlərində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borclaudur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan sənədlərlə aşağıdakılar müəyyən olunur. İddiaçı ASC ilə cavabdeh Məmmədzadə İbrahim Ağaməmməd oğlu arasında bağlanmış ## ######## 2023-cü il tarixli, RBN/BK-**** saylı Baş kredit müqaviləsinin: 1.1.1-ci yarımbəndinə əsasən, 500000 (beş yüz min manat) AZN-dək təşkil edən Kreditin maksimal məbləği bu Müqaviləyə və onun əsasında bağlanan Razılaşmalara əsasən Borc alanın Borc verəndən ala biləcəyi maksimum kredit məbləğindən ibarətdir; 1.1.2-ci yarımbəndinə əsasən, Kreditin qaytarılma müddəti 60 (altmış) ayadək təşkil edir; 1.1.3-cü yarımbəndinə əsasən, 30 (otuz) %-dək təşkil edən Kredit üzrə ödəniləcək illik faiz dərəcəsi Borc verən tərəfindən tələb edilə biləcək ən yüksək faiz dərəcəsini ifadə edir, Borc verənin faiz borcunun tələbi bu Müqavilə və onun əsasında bağlanan Razılaşmalar üzrə razılaşdırılmış tələbdən ibarət olacaqdır; 1.1.4-cü yarımbəndinə əsasən, 1 (bir) %-dək təşkil edən Kreditin qaytarılması gecikdirildiyi halda dəbbə pulu kimi ödəniləcək gündəlik faiz dərəcəsi (dəbbə pulu) Borc verən tərəfindən dəbbə pulu kimi tələb edilə biləcək ən yüksək məbləği ifadə edir, Borc verənin bu Müqavilə üzrə dəbbə pulunun hesablanması tələbi bu Müqavilə və onun əsasında bağlanan Razılaşmalar üzrə razılaşdırılmış tələbdən ibarət olacaqdır və Müqavilə əsasında bağlanan hər bir Razılaşma üzrə verilmiş Kreditin müddəti ərzində hesablana bilər. İddiaçı ASC ilə cavabdeh Məmmədzadə İbrahim Ağaməmməd oğlu arasında bağlanmış ## ######## 2023-cü il tarixli, RBN/BK-**** saylı Baş kredit müqaviləsi üzrə kredit verimlməsinə dair razılaşmanın: 1.1-ci bəndinə əsasən, Borc verən bu Müqavilənin şərtləri daxilində Borc alana Dövriyyə vəsaitin artırılması və bu Müqavilənin 1.3-cü bəndində qeyd edilmiş kredit müqaviləsi üzrə borcun ödənilməsi məqsədi ilə 300000 (üç yüz min) AZN məbləğdə kredit verməyi, Borc alan isə aldığı krediti bu Müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan "Kreditin ödəniş cədvəli”nə (* saylı Əlavə) uyğun olaraq Borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri, cəriməni, habelə digər ödənişləri ödəməyi öhdəsinə götürür; 1.2-ci bəndinə əsasən, X1 verənlə Borc alan arasında bağlanan ##.##.2023-cü il tarixli, RBN/BK-**** saylı Baş Kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və bu Müqavilə üzrə kredit Baş Kredit Müqaviləsi üzrə Borc alana ayrılmış limit əsasında verilir; 2.2-ci bəndinə əsasən, Kredit 36(otuz altı) ay müddətinə verilir; 2.3-cü bəndinə əsasən, Kreditə görə illik 15 (on beş) faiz hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi (FİFD 16% (on altı) təşkil edir. Kreditin verilməsinə dair qəbzin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Məmmədzadə İbrahim Ağaməmməd oğlunun bank hesabına ##.##.2023-cü il tarixdə 226900 manat məbləğində pul (kredit) köçürülmüşdür. İddiaçı ASC ilə cavabdeh cavabdeh4 arasında bağlanmış ##.##.2023-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin borc alanla birgə məsuliyyəti öz üzərinə götürür. İpoteka saxlayan İddiaçı ASC, İpoteka qoyan cavabdeh5 (nümayəndəsi X4 vasitəsi ilə) və Borc alan Məmmədzadə İbrahim Ağaməmməd oğlu arasında bağlanaraq notariat qaydada təsdiqlənmiş ##.##.2023-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 60,2 kv.m olan mənzil İddiaçı QSC ilə cavabdeh Məmmədzadə İbrahim Ağaməmməd oğlu arasında bağlanmış ## ######## 2023-cü il tarixli, RBN/BK-**** nömrəli Baş kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən ipoteka predmetinə tutma yönəldiləcəyi halda ipoteka predmetinin ilkin satış qiyməti aşağıda göstərilən müstəqil qiymətləndiricilərdən birinin rəyi əsasında müəyyən edilir: “xxxx” MMC; “xxxx” MMC; “İnteqris” MMC; “xxxx” MMC; “xxxx”MMC. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 İddiaçı ASC-nin xeyrinə ipoteka hüququ ilə yüklü edilmişdir. İddiaçının cavabdehlərə ünvanladığı ##.##.2024-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ASC ilə cavabdeh Məmmədzadə İbrahim Ağaməmməd oğlu arasında bağlanmış ## ######## 2023-cü il tarixli, RBN/BK-**** nömrəli Baş kredit müqaviləsinə əsasən yaranmış 260456,92 manat məbləğində borcun 3 iş günü ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin Bakı şəhər Ərazi İdarəsinə təqdim edilmiş ##.##.2024 tarixli “Tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” bildirişlə “İpoteka haqqında” qanunun 36.3-cü maddəsinə müvafiq olaraq ## ######## 2023-cü il tarixli, RBN/BK-**** nömrəli Baş kredit müqaviləsi üzrə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən ** saylı evin ** saylı mənzilinə tutmanın yönəldilməsi xahiş edilmişdir. ##.##.2024-cü il tarixli “Maliyyə arayışı”ndan görünür ki, Məmmədzadə İbrahim Ağaməmməd oğlunun ## ######## 2023-cü il tarixli, RBN/BK-**** nömrəli kredit müqaviləsinə əsasən əsas borcu 244416,7 manat, faiz borcu 14752 manat, cərimə 2873,1 manat olmaqla, cəmi borc məbləği 262041,8 manat təşkil edir. İddia tələbinin həcmi azaldılandan sonra verilmiş ##.##.2025-ci il tarixli “Maliyyə arayışı”ndan görünür ki, Məmmədzadə İbrahim Ağaməmməd oğlunun ## ######## 2023-cü il tarixli, RBN/BK-**** nömrəli kredit müqaviləsi üzrə ##.##.2025-ci il tarixinə əsas borcu 194585,97 manat, faiz borcu 6377,52 manat, cərimə 8813,34 manat olmaqla, cəmi borc məbləği 209776,83 manat təşkil edir. Apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizasının ##.##.2026-cı il tarixli */**** saylı rəyindən görünür ki, Məmmədzadə İbrahim Ağaməmməd oğlu tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və ##.##.2023cü il tarixli, RBN/BK-**** nömrəli müqavilənin şərtləri əsas götürülməklə borc alanın ##.##.2024 -cü il tarixinə banka olan borcu 258187,86 manat məbləğində müəyyən olunur, o cümlədən 247464,40 manat əsas borc üzrə, 10723,46 manat faiz borcu üzrə. Borc alan tərəfindən ##.##.2024 tarixindən ##.##.2025-ci il tarixinədək olan dövrdə banka 71304,17 manat məbləğində ödəniş aparılmışdır. Həmin ödəniş nəzərə alınmaqla Məmmədzadə İbrahim Ağaməmməd oğlunun banka olan borcu 186883,69 manat məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 186883,69 manat, faiz borcu 0,0 manat. Aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ipoteka predmetinin qiymətləndirilməsi nəticəsinə dair “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli hesabatından görünür ki, ünvan 2 ünvanında yerləşən 60.2 kv.m ümumi sahədən ibarət mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribəm 192640 manat, likvid dəyəri isə 160000 manat məbləğində müəyyən olunur. Apellyasiya baxışı zamanı təyin edilmiş ipoteka predmetinin qiymətləndirilməsi nəticəsinə dair “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli hesabatından görünür ki, ünvan 2 ünvanında yerləşən 60.2 kv.m ümumi sahədən ibarət mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 202000 manat, likvid dəyəri isə 180000 manat məbləğində müəyyən olunur. Qiymətləndirmə xidməti haqqı kimi iddiaçı İddiaçı ASC tərəfindən “xxxx” MMC-nin hesabına 300 manat xidmət haqqı ödənilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X10 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Mülki Məcəllə Maddə 6.2 - Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 14.1. və 14.2.1. - Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Maddə 385.1 - Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 - Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1 - Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3 - Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442 - Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2.1 - Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1 - Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1 - (Kredit və ipoteka müqavilələri bağlanan zaman, yəni ##.##.2023-cü il tarixində qüvvədə olan redaksiyada, dəyişiklik dərc tarixindən (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı ## #### 2023-cü il, “Azərbaycan” qəzeti # ##### 2023-cü il) 6 ay sonra qüvvəyə minmişdir) Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair ## ### 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Sadalanan qanunvericilik aktı normaları tələbin hüquqi əsasını təşkil etməklə mübahisə predmeti üzrə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsasə verir ki, borc alan kreditorla bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmədiyindən, kreditorun borc alana qarşı irəli sürdüyü öhdəliklərin icrası tələbi qanuni və əsaslı olmuşdur. Bununla belə birinci instansiya məhkəməsi kredit müqaviləsinin bank tərəfindən ##.##.2024-cü il tarixli bildirişlə birtərəfli qaydada ləğvindən sonra edilən ödənişləri, iddiaçının borc məbləği hissədə tələbin həcminin azaldılmasına dair ərizəsini nəzərə alaraq, əsas borc və faiz borcu hissələrdə iddianı əlavə araşdırma aparmadan, müvafiq ekspertiza təyin etmədən olduğu kimi təmin etməklə yanlışlığa yol vermişdir. Belə ki, tələbin həcminin azaldılmasına dair ərizədə iddiaçının tələbi əsas borc hissədə 194585,97 manat, faiz borcu hissədə isə 6377,52 manat təşkil etmiş, birinci instansiya məhkəməsi həmin hissələrdə tələbi olduğu kimi təmin etmişdir. Lakin apellyasiya şikayətinin dəlilləri əsasında aparılan araşdırma çərçivəsində təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılan ##.##.2025-ci il tarixinə əsas borcun qalıq məbləği 186993,69 manat, faiz borcunun məbləği isə 0,0 manat müəyyən olunmuşdur. Odur ki, ekspert rəyi əsas götürülməklə kredit müqaviləsi üzrə əsas borcun qalıq məbləği 186993,69 manat müəyyən edilməlidir. Apellyasiya şikayətinin dəlillərini cərimə məbləğinə aid hissədə araşdıran kollegiya aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı cavabdehlə arasında bağlanmış müqavilənin şərtlərindən irəli gələn, öhdəliklərin vaxtında və lazımınca icra edilməməsinə görə hesablanmış dəbbə pulunun tutulmasını yuxarıda sadalanan qanunvericilik aktı normaları baxımından tələb etməkdə haqlıdır. Bununla belə kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında isə nəzərdə tutulan maliyyə sanksiyasıdır. Buna görə də, cavabdehin həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasına səbəb olan dəbbə məbləğinin tənasübsüz surətdə yüksək olması düzgün deyil. Bu baxımdan kollegiya ödənilməsi tələb olunan 8813,34 manat cərimə məbləğini azaldaraq 500 manat məbləğində müəyyən edən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni və əsaslı sayır. ##.##.2023-cü il tarixli RBN/BK-**** saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi hissədə apellyasiya şikayətinin dəlillərini araşdıran kollegiya aşağıda sadalanan qanunvericilik aktı normalarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi : Maddə 5.3 - Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 560.1 - Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; Maddə 324.1 - Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; Maddə 324.4 - Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; Maddə 324.5 - İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir; Maddə 337.1 - Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Maddə 337.2 - Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; Maddə 359.1 - Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər; Maddə 389.1 və 389.2 - Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir; Maddə 390.1 - Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Maddə 390.2 - Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir; Maddə 404.1 - Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; Maddə 404.2 - Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair # ##### 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz yuxarıda qeyd olunan normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il # ###### və N.Əsədovanın şikayəti üzrə 2021-ci il ## ##### tarixli Qərarlar). Məhkəmə kollegiyası qeyd edir ki, əqdlərin etibarlılıq şərtləri içərisində tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi qədər, onların həqiqiliyi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, əqdin iştirakçılarının qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyinin pozulması əqdin mübahisələndirilməsinə səbəb olacaqdırsa, əqd bağlanarkən bəyan edilən qarşılıqlı iradə ifadələrinin qeyri-həqiqi olması əqdin yalan və ya uydurma xarakterdə olması səbəbindən əhəmiyyətsizliyi ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” ## #### 2022-ci il tarixli qərardadında qeyd olunur ki, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki mübahisə əqdə əsaslanan bir iddia üzərində qurulduğundan, verilən iddianın düzgün hüquqi həlli üçün ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. İddiaçı ASC kredit müqaviləsi üzrə tutmanın ipoteka predmetinə yönəldilməsinə dair tələbinin faktiki əsası kimi ##.##.2023-cü il tarixli RBN/BK-**** saylı Baş Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi cavabdeh5 xüsusi mülkiyyət hüququ üzrə məxsus olan ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 60,2 kv.m olan mənzilin İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilməsinə dair ##.##.2023-cü il tarixli RBN/BK-**** nömrəli İpoteka Müqaviləsinə istinad edir. Adı çəkilən müqavilədən görünür ki, həmin müqavilə İpoteka saxlayan İddiaçı ASC, İpoteka qoyan cavabdeh5 (nümayəndəsi X4 vasitəsi ilə) və Borc alan Məmmədzadə İbrahim Ağaməmməd oğlu arasında bağlanmışdır. Müqavilənin predmetini İddiaçı ASC ilə Məmmədzadə İbrahim Ağaməmməd oğlu arasında bağlanılan ##.##.2023-cü il tarixli RBN/BK-**** saylı Baş Kredit müqaviləsinə, o cümlədən həmin müqavilə əsasında bağlanacaq razılaşmalara əsasən yaranmış öhdəliyin təminatı kimi əmlakın ipoteka qoyulması təşkil etmişdir. Kollegiya hesab edir ki, iddiaçı və cavabdeh X3 apellyasiya şikayətinin dəlilləri, tərəfindən qaldırılan iddia ərizəsindəki əsaslandırma ilə oxşardır və birinci instansiya məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. Belə ki, “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya Sistemindən çıxarışdan görünür ki, cavabdeh5 tərəfindən X4 verilmiş etibarnamə üzrə səlahiyyətlər cavabdeh5 məxsus olan bütün əmlaklara dair hüquqi hərəkətlərin yerinə yetirilməsini, o cümlədən əmlakların ipoteka (girov) qoyumasını ehtiva edir. Həmin etibarnamədə, yalnız “xxxx” MMC-nin adına götürülmüş 200000 manat həcmində olan kreditin təminatı kimi evinin girov qoyulmasına razılıq verilməsinə dair qeyd aşkar edilməmişdir. Apellyasiya şikayətinin dəlillərini ipoteka predmetinin müəyyən olunmuş ilkin satış qiymətinin aşağı olması hissədə araşdıran kollegiya aşağıda sadalanan qanunvericilik aktı normalarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi : 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu : Maddə 10.4 - İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir; Maddə 34.1.1 - Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardant biridir; Maddə 39.3 – (müqavilə bağlanan zaman qüvvədə olmuş redaksiyada) Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini (39.3.3-cü maddə) göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Maddə 1.0.9 - (müqavilə bağlanan zaman qüvvədə olmuş redaksiyada) İlkin satış qiyməti Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Kollegiya birinci instansiya məhkəməsinin qətnaməsində ipoteka predmetinin ilkin satış qiymətinin 160000 manat müəyyən edilməsi ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri həmin hissədə əsaslıdır. Əvvəla ona görə ki, tərəflər arasında bağlanmış ##.##.2023-ci il tarixli ipoteka müqaviləsinin 2.2-ci bəndində ipoteka predmetinə tutma yönəldiləcəyi halda ipoteka predmetinin ilkin satış qiymətinin “xxxx” MMC; “xxxx” MMC; “İnteqris” MMC; “xxxx” MMC; “xxxx” MMC tərəfindən qiymətləndirilməsi razılaşdırılmışdır. İşə baxan birinci instansiya məhkəməsi müqavilənin qeyd olunan bəndini nəzərə almadan ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunmasını “xxxx” MMC-yə həvalə etmişdir. Halbuki “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 9.2.-ci maddəsinə əsasən qanunla müəyyən edilən hallarda qiymətləndirmə məhkəmənin və ya inzibati orqanın qiymətləndirmənin təyin olunması haqqında qərarı və icra məmurunun sifarişi əsasında da aparıla bilər. Qiymətləndirməni təyin (sifariş) edən orqan və ya vəzifəli şəxs qiymətləndiricini bu Qanunun tələblərinə uyğun olaraq qiymətləndirmə obyektinin mülkiyyətçisi ilə razılaşdırmaqla seçir. Belə razılıq əldə olunmazsa, qiymətləndirici Qiymətləndiricilər Palatası tərəfindən müəyyən edilir. Apellyasiya baxışı zamanı qiymətləndirmənin aparılması mülkiyyətçinin müqavilə ilə qiymətləndirmə aparmasına razılıq verdiyi “xxxx” MMC-yə həvalə edilmiş və sonuncunun təqdim etdiyi mütəxəsis rəyiində ipoteka predmetinin bazar dəyəri 202000 manat, likvid dəyəri 180000 manat müəyyən edilmişdir. Odur ki, mülkiyyətçinin müqavilə ilə qiymətləndirmə aparmasına razılıq verdiyi “xxxx” MMC-nin verdiyi rəy əsas götürülməklə ipoteka predmetinin həmin rəylə müəyyən edilmiş 180000 (bir yüz səksən min) manat likvid qiymətlə hərracdan ilkin satışı təşkil edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Bütün yuxarıda sadalananları ümumiləşdirərək kollegiya yekun nəticəyə gəlir ki, ipoteka qoyan cavabdeh5 apellyasiya şikayətinin dəlilləri təsdiqini tapmadığından təmin edilməməli, borc alan Məmmədzadə İbrahim Ağaməmməd oğlunun apellyasiya şikayətinin dəlilləri qismən təsdiqini tapdığından, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən borc məbləği və ipoteka predmetinin müəyyən olunan ilkin satış qiyməti hissələrdə dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 200 manat ekpertiza xərci cavabdehlər Məmmədzadə İbrahim Ağaməmməd oğlu və cavabdeh4 müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməli, həmçinin ipoteka predmetinin qiymətləndirilməsi ilə əlaqədar iddiaçı bank tərəfindən ödənilmiş 300 manat xidmət haqqı cavabdehlər Məmmədzadə İbrahim Ağaməmməd oğlu və cavabdeh4 müştərək qaydada tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı və cavabdeh X3 apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Məmmədzadə İbrahim Ağaməmməd oğlunun apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin ## ######## 2025-ci il tarixli e-*-*(***)-***/**** saylı qətnaməsi 194585,97 manat əsas borc, 6377,52 manat faiz borcu, cəmi tutulacaq məbləğin 202321,49 manat və ipoteka predmetinin ilkin satış qiymətinin 160000 manat müəyyən edilməsi hissələrdə dəyişdirilsin. Cavabdehlər Məmmədzadə İbrahim Ağaməmməd oğlu və cavabdeh4 tutulacaq əsas borcun məbləği 186883,69 manat, faiz borcunun məbləği 0,0 manat, cəmi tutulacaq məbləğ isə 188241,69 (bir yüz səksən səkkiz min iki yüz qırx bir manat 69 qəpik) manat, ipoteka predmetinin ilkin satış qiyməti isə 180000 (bir yüz səksən min) manat müəyyən edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilməsin. Apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 200 manat ekpertiza xərci cavabdehlər Məmmədzadə İbrahim Ağaməmməd oğlu və cavabdeh4 müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 1700326621, X11 KOD 210005, VÖEN 14011555071, Müxbir hesab AZ 41 NABZ01360100000000003944, SWİFT BİK CTREAZ 22, VÖEN 1700326621, AZ3434CTRE00000000000002088501 hesabına köçürülsün. Apellyasiya baxışı zamanı ipoteka predmetinin qiymətləndirilməsi ilə əlaqədar iddiaçı tərəfindən çəkilmiş 300 manat xərc cavabdehlər Məmmədzadə İbrahim Ağaməmməd oğlu və cavabdeh4 müştərək qaydada tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə kassasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar