Məhkəmə qərarları › İş №2-2(106)-300/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-300/2025

15.12.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-300/2025 15.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 14 noyabr 2025-ci il tarixli e-2-2(121)-1888/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə, məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər tərəfindən ona vurulan 16870 manat maddi ziyan və dəymiş ziyan nəticəsində əldən çıxmış 15000 manat gəlirin cəmi 31780 manat ziyanın cavabdehlərdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 5 sentyabr 2025-ci il tarixli, e-2-2(121)-1888/2025 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İş materiallarına əsasən qətnamə 23 sentyabr 2025-ci ildə saat 17:20-də iddiaçının vəkili, eyni zamanda nümayəndəsi Vəkil elektron kabinetinə yerləşdirilmişdir. 21 oktyabr 2025-ci il tarixdə qətnamədən iddiaçının vəkili, eyni zamanda nümayəndəsi Vəkil tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Kommersiya Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli, e-2-2(121)-1888/2025 saylı qərardadı ilə apellyasiya şikayəti qanunla müəyyən olunan qaydada və məbləğdə dövlət rüsumunun ödənilməməsi əsası ilə geri qaytarılmışdır. 5 noyabr 2025-ci il tarixdə İddiaçı vəkili, eyni zamanda nümayəndəsi Vəkil qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barəsində ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmiş, eyni zamanda apellyasiya şikayəti təqdim etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı vurulan ziyanın ödənilməsi barədə iddiası Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1888/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. xx.xx.2025-ci il tarixdə elektron kabinetdə yerləşdirilmiş həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddət ötürülmədən, qanunla müəyyən edilmiş bir ay müddətində, yəni xx.xx.2025-ci il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə apellyasiya şikayəti verilmişdir. Məhkəmə iş üzrə qəbul etdiyi qətnamədə hesab etmişdir ki, hazırki mübahisəyə Mülki Məcəllənin mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəlikləri nəzərdə tutuan “Doqquzuncu bölməsi”nin “Malın, işin və ya xidmətin qüsurları nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi”ni 61-ci fəslin müvafiq maddələri tətbiq edilməlidir. İddiaçı tərəf verilmiş hüquqi qiymətə əsaslanmaqla istehlakçı kimi hüquqlarının pozulduğunu hesab edərək «Dövlət rüsumu haqqında» qanunun 9.1.5-ci maddəsində istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçıların dövlət rüsumu ödəməkdən azad olunmasına dair tələbinə əsasən apellyasiya şikayəti verilməsi üçün dövlət rüsumunu ödəməmişdir. Hazırkı apellyasiya şikayətində yol verilmiş nöqsan aradan qalıdırlmış və hökumət ödəniş portalı vasitəsi ilə məhkəmələr kateqoriyasına **********2 №-li qəbzlə 93 manat 40 qəpik rüsum ödənilmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-1888/2025 nömrəli qərardadı ilə qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, qətnamədən daha öncə apellyasiya şikayətinin verilməsi və şikayətin qanuni əsaslarla geri qaytarılması, apellyasiya şikayətinin vermə müddətinin ötürülməsinin üzrlü hesab edilməsi üçün əsas ola bilməz. Belə ki, qanunla müəyyən edilmiş prosesual müddət, işdə iştirak edən şəxsin ərizəsi əsasında hər bir halda deyil, yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. İddiaçının vəkili, eyni zamanda nümayəndəsi Vəkil xx.xx.2025-ci il tarixdə qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şikayət buraxılmış prosessual müddətin bərpasına dair ərizənin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, ilkin şikayəti vaxtında vermiş, yalnız dövlət rüsumu ilə bağlı məsələyə müxtəlif məhkəmə yanaşması səbəbindən dövlət rüsumu ödənilməmişdir. Həmçinin birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadının çıxarılmasına səbəb olan nöqsanını tam aradan qaldırmasına baxmayaraq qanunsuz olaraq xx.xx.2025-ci il tarixdə apellyasyia şikayətinin geri qaytarılması barədə qərar qəbul olunmuşdur. Məhkəmənin qərardadında tərəfin hansı prosessual hərəkəti etməli olduğu göstərilməmiş, eyni zamanda tərəfin yenidən məhkəməyə müraciət hüququ izah edilməmiş, şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət edə biləcəyi ağlabatan müddət müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsinin şərh edilməsinə dair 27 fevral 2024-cü il tarixli qərarında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsində şikayət verən şəxsin şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən müraciət edə bilməsi üçün müvafiq müddətin müəyyən olunmaması Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinin tələblərinə cavab verməyən, şəxslərin hüquq və azadlıqlarını və məhkəmə əlçatanlığını məhdudlaşdıran hal kimi qiymətləndirilərək, şəxsin kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət edə biləcəyi ağlabatan müddət hakim tərəfindən müəyyən edilməsi, ərizəçi şikayətin verilmə müddətinin ötürülməsi halında bu müddətin bərpası barədə müvafiq ərizə əlavə olunmaqla yenidən şikayətlə məhkəməyə müraciət etməkdə haqlı olduğu qeyd edilmişdir. Məhkəmənin qəbul etdiyi qərarda göstərilmişdir ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-1888/2025 saylı qətnaməsindən daha öncə apellyasiya şikayətin verilməsi və şikayətin qanuni əsaslarla geri qaytarılması, apellyasiya şikayətinin vermə müddətinin ötürülməsinin üzrlü hesab edilməsi üçün əsas ola bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmənin gəldiyi nəticədən belə görünür ki, qətnamədən qanunla müəyyən olunmuş müddətdə şikayət verilmişsə, şikayət geri qaytarılan vaxtdan sonra 1 ay müddət keçdiyi halda, yenidən şikayət verilməsi müddətin ötürülməsi hesab olunur. Məhkəmə nəzərə almamışdır ki, verilmiş şikayət geri qaytarılmışsa, MM-nin 363.4cü maddəsinə görə, bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Həmin 363.1.2-ci maddəsində apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasını nəzərdə tutur. Yenidən dövlət rüsumunu ödəməklə iddaçı MMnin 363.4-cü maddəsinə uyğun olaraq həmin məcəllənin 363.1.2-ci maddəsində göstərilmiş hallar aradan qalxmışdır. Bununla da iddiaçının ümumi qayadada apellyasiya şikayəti ilə müraciət etmək hüququ yaranmışdır. Bundan əlavə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarının göstərişlərinə uyğun olaraq hakim tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardadda yenidən apellyasiya şikayəti verilməsi üçün konkret müddət müəyyən edilməmişdir. Belə olan halda apellyasiya şikayəti üçün verilmiş müddətin iddiaçı tərəfindən ötürülməsi əsaslı və qanuni hesab edilə bilməz. Bütün göstərilənlərə əsasən apellyasiya şikayətini yenidən təqdim edərkən prosessual müddətin buraxılması üzürlü hesab edilməlidir. Məhkəmə əsassız olaraq formal əsaslara əsaslanaraq şəxsi məhkəməyə müraciət etmək hüququndan məhrum etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 17 noyabr 2025-ci il tarixli e-2-2(121)-1888/2025 saylı qərardadı ilə şikayət təmin edilməyərək, iş materialları ilə birlikdə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə şikayətin dəlillərinə qiymət verərək qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi Şirvan Kommersiya Məhkəməsinin 05 sentyabr 2025-ci il tarixli, e-2-2(121)- 1888/2025 saylı qətnaməsi 23 sentyabr 2025-ci il tarixdə İddiaçı nümayəndəsi Vəkil elektron kabinetinə yerləşdirilmişdir. İddiaçının nümayəndəsi ilk dəfə xx.xx.2025- ci il tarixdə apellyasiya şikayəti vermiş, lkin məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə verilmiş apellyasiya şikayəti dövlət rüsumu ödənilmədiyi üçün geri qaytarılmışdır. Eyni zamanda, həmin qərardadda Şirvan Kommersiya Məhkəməsinin 05 sentyabr 2025-ci il tarixli, e-2-2(121)-1888/2025 saylı qətnaməsinin xx.xx.2025-ci il tarixdə iddiaçının nümayəndəsinin kabinetinə yerləşdirilməsi və şikayət vermə müddətinin 1 ay olması xüsusi vurğulanmış, buna baxmayaraq, iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müddətin bərpası barədə ərizə ilə birlikdə xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Halbuki, iddiaçının nümayəndəsi vəkil, peşəkar hüquqşunas kimi məhkəmə qətnaməsindən apellyasiya şikayətini həmin qətnamənin rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bildiyini bilirdi və bilməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri üzrə nəzərdən keçirib hesab edir ki, şikayət əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.3-cü maddəsinə əssən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz; 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; 135.8-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 128.2-ci maddəsinə əsasən prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir; 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır; 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur; 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur; 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; 130.3-cü maddəsinə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MlÜMK-ın xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Yuxarıda sadalanan prosessual normaların məzmunundan göründüyü kimi qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin axımı, qətnamənin rəsmi qaydada tərəfə verildiyi andan başlayır və yalnız qətnamənin rəsmi qaydada verildiyi andan keçən bir ay müddətində apellyasiya şikayəti verilmədiyi halda, prosessual müddət buraxılmış hesab olunur ki, bu halda qanunvericilik tərəfin üzərinə buraxılmış prosessual müddətin bərpasına dair vəsatət vermək vəzifəsi qoyur. Hazırki halda İddiaçı münasibətdə qətnamə 23 sebtyabr 2025-ci il tarixində onun nümayəndəsi Vəkil elektron kabinetinə yerləşdirildiyi andan rəsmi qaydada verilmiş hesab edildiyindən, şikayət vermə müddətinin axımı da həmin gündən hesablanır. İddiaçı ilk dəfə apellyasiya şikayətini prosessual müddətlər çərçivəsində vermiş olsa da, şikayət üzrə qanunla müəyyən olunan qaydada və məbləğdə dövlət rüsumu ödəmədiyindən, apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı həmin qərardadla razılaşmış, onu mübahisələndirməmiş, qərardadda qeyd olunan çatışmamazlığı aradan qaldıraraq yenidən apellyasiya şikayəti, eyni zamanda buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir. İlk dəfə və sonradan apellyasiya şikayəti iddiaçının vəkili, eyni zamanda nümayəndəsi tərəfindən verilmişdir. Peşəkar hüquqşunas kimi vəkil qətnamədən apellyasiya şikayətinin rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bildiyini, bu zaman qanunla müəyyən olunan məbləğdə və qaydada dövlət rüsumunun ödənilməli olduğunu bilirdi və bilməli idi. Kollegiya buraxılmış prosessual müddətin bərpası üçün üzürlü səbəblərin olmamasına dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirmədən saxlayaraq şikayəti təmin etməmək səlahiyyəti vardır. İddiaçı tərəfindən qətnamədən apellyasiya şikayətini vaxtında verilmədiyi üçün gətirilən arqumentlər üzürlü səbəb kimi qəbul oluna və qərardadın ləğv edilməsinin əsasını təşkil edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 397.2, 398.0.1, 400, 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 14 noyabr 2025-ci il tarixli e-2-2(121)-1888/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar