Məhkəmə qərarları › İş №2-2(106)-304/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-304/2025

11.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-304/2025 11.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-469/2025 nömrəli qərardadından (hakim: Z.Abbasov) Cavabdeh4 tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, kollegiya müəyyənetdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 4 avqust 2025-ci il tarixli e-2-2(121)-469/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. 3 oktyabr 2025-ci il tarixində cavabdehlərdən Cavabdeh4 bəhs olunan qətnamədən apellyasiya şikayəti verilmişdir. Şirvan Kommersiya Məhkəməsi tərəfindən 7 oktyabr 2025-ci il tarixli müşaiətedici məktubu üzrə apellyasiya şikayəti iş materialları ilə birlikdə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-2(106)-265/2025 nömrəli qərardadı ilə Şirvan Kommersiya Məhkəməsinin 4 avqust 2025-ci il tarixli e-2-2(121)-469/2025 saylı qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 360, 363.1.3-cü maddələrinə müvafiq olaraq qaytarılması üçün iş materialları ilə birlikdə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Kommersiya Məhkəməsi xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayətini nəzərdən keçirərək hesab etmişdir ki, apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyi üçün geri qaytarmışdır. Cavabdeh4 həmin qərardaddan şikayət verərək, qərardadının ləğv olunması, əks təqdirdə şikayətin 7 gün müddətində işlə birlikdə apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o məhkəmənin həmin qətnaməsini rəsmi qaydada 04 sentyabr 2025-ci tarixində poçt bildirişinin çatdırılması barədə xəbərnaməyə imza etməklə almışdır və qətnamədən narazı qaldığı üçün qanunla nəzərdə tutlmuş müddətdə, yəni 03 oktyabr 2025-ci il tarixində şikayət vermişdir. Göründüyü kimi, Şirvan Kommersiya Məhkəməsinin 04 avqust 2025-ci il tarixli qətnaməsindən qanunla nəzərdə tutulmuş 1 aylıq müddət daxilində apellyasiya şikayəti vermişdir. Lakin, Şirvan Kommersiya Məhkəməsinin 24 oktyabr 2025-ci il tarixli, e2-e-2-2(121)-469/2025 saylı qərardadı ilə onun şikayəti geri qaytarılmışdır. Hesab edir ki, Şirvan Kommersiya Məhkəməsinin həmin qərardadı ona münasibətdə ədalətli olmamış və məhkəmə qərardadında düzgün hüquqi nəticəyə gəlməmişdir. Hesab edir ki, məhkəmənin həmin qərardadi ləğv edilməlidir. Hazırda Cavabdeh4 tərəfindən verilmiş şikayət, işlə birlikdə baxılması üçün baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinin icraatındadır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, şikayətin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin qərardadını dəyişdirilmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Belə ki, iş materiallarında olan xəbərnamələrdən görünür ki, Şirvan Kommersiya Məhkəməsinin 4 avqust 2025-ci il tarixli e-2-2(121)-469/2025 saylı qətnaməsi cavabdehlərdən Cavabdeh4 1 sentyabr 2025-ci il tarixdə təqdim edilmişdir. Cavabdeh4 isə apellyasiya şikayətini 3 oktyabr 2025-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Göründüyü kimi Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-2(106)-265/2025 nömrəli qərardadı ilə Şirvan Kommersiya Məhkəməsinin 4 avqust 2025-ci il tarixli e-2-2(121)-469/2025 saylı qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilmiş və verilmiş apellyasiya şikayətinin MPM-nin 360, 363.1.3-cü maddələrinə müvafiq olaraq qaytarılması üçün iş materialları ilə birlikdə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmış, Şirvan Kommersiya Məhkəməsi də öz növbəsində xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayətini qanunvericiliklə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyi üçün geri qaytarmışdır. Göründüyü kimi məhkəmələr tərəfindən apellyatora apellyasiya şikayətinin qanunvericiliyin müddəalarına uyğun olaraq verilmədiyi izah olunsada o bunları nəzərə almamış, qüsurları aradan qaldırmaqla apellyasiya şikayəti verməli olduğu halda bunları etməmiş və birinci instansiya məhkəməsinin geri qaytarma barədə qərardadını mübahisələndirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə müvafiq olaraq apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddəti ötürmüşdür, eyni zamanda prosessual müddətin bərpa olunması barədə vəsatət (ərizə) də verməmişdir. Buna görə də apellyasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinin tələbinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsinin tələbinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Belə olan halda, şikayətdə qeyd edilən dəlillər əsaslı hesab edilmir. Mübahisələndirilən qərardad qanuni və əsaslıdır, məhkəmə qərardadının ləğv edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayətə düzgün hüquqi qiymət vermiş və buna görə də, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a al d ı : Cavabdeh4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-469/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar