Məhkəmə qərarları › İş №2-2(106)-307/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-307/2025

10.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2-2(106)-307/2025 10.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əsədov Ilham Qoşunəli oğlundan ibarət tərkibdə, Əhmədsoy Atilla Əhməd oğlunun katibliyi, cavabdehin vəkili, eyni zamanda nümayəndəsi X1 iştirakı ilə, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Hüquqi varis qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin ## ######## 2025-ci il tarixli e-*-*(***)-**/**** saylı qətnaməsindən (hakim Zaur Abbasov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. Işin halları: Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Cavabdeh qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, ## ##### 2013-cü il tarixli, SHF-**** saylı kredit müqaviləsi üzrə əsas kreditə görə 18645,9 manat, faiz borcuna görə 3241,38 manat, cərimə borcuna görə 670 manat, cəmi 22557,28 manat borcun və Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində DƏDKR Publik Hüquqi şəxsin ** saylı Şirvan Ərazi Idarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumun və ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 200 manat pulun cavabdehdən xeyrinə tutulması, tələbin mülkiyyət hüququ ilə cavabdehə məxsus ünvan 1 ünvanında 0.0373 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 6 otaqlı, 422 kv.metr ümumi sahə, 163.3 kv.metr yaşayış, 258,7 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ilkin satış qiyməti müəyyənləşdirilməklə əmlakların hərracda satılması və satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh Cavabdeh borcunun ödənilməsi, ipoteka predmetinə tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdeh Cavabdeh həmin fərdi yaşayış evindən çıxarılması və əmlakın boşaldılması, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan ## ##### 2013-cü il tarixli, SHF-**** saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdeh Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı borcun məbləği hissədə tələbinin həcmini artıraraq cavabdeh Cavabdeh əlavə olaraq əsas borca illik 5% ilə hesablanmış 8022,92 manat məbləğində əldən çıxmış faydanın tutulmasını da xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ASC-nin “Baş ofis” ilə cavabdeh Cavabdeh arasında bağlanmış ## ##### 2013-cü il tarixli, SHF-**** saylı kredit müqaviləsinə əsasən illik 22% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 20000 manat məbləğində cavabdehə kredit verilmişdir. ## ##### 2013-cü il tarixli, SHF-**** saylı kredit müqaviləsinin şərtlərinə görə cavabdeh Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. ## ##### 2013-cü il tarixli, SHF-**** saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi cavabdeh Cavabdeh mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında olan 0,0373 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 6 otaqlı, 422 kv.m ümumi sahə, 163.3 kv.m yaşayış, 258,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi İddiaçı ASC qarşısında ƏbF2917/05.04.** saylı 05 Aprel 2012-ci il tarixli Ipoteka müqaviləsinə ** saylı ## ##### 2013-cü il tarixli əlavəyə əsasən yüklü edilmişdir. Ipoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış ## ##### 2013-cü il tarixli, SHF-**** saylı kredit müqaviləsinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girov saxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin Müqaviləyə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. Iş üzrə cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixdə vəfat etdiyindən, Şirvan Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-2- *(***)-**/**** nömrəli qərardadı ilə Hüquqi varis onun prosessual hüquq varisi kimi tanınmışdır. Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin ## ######## 2025-ci il tarixli e-*-*(***)-**/**** saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdeh Hüquqi varis ##.##.2013-cü il tarixli, SHF- **** saylı kredit müqaviləsi üzrə 18645,90 manat əsas borc, 3241,38 manat faiz borcu, əsas borca illik 5% ilə hesablanmış 7906,38 manat məbləğində əldən çıxmış fayda, 30 manat cərimə borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumu və ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 200 manat mediasiya xərci olmaqla, cəmi 30068,66 manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməsi, tələbin Cavabdeh Əliqulu oğlunun mülkiyyətində olan ünvan 2 ünvanında olan 0.0373 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 6 otaqlı, 422 kv.metr ümumi sahə, 163.3 kv.metr yaşayış, 258.7 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evinə ilkin satış qiyməti 63000 manat müəyyən edilməklə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və satışından əldə edilən vəsaitdən borcun ödənilməsi, ipoteka predmetinə tutma yönəldikdən və satıldıqdan sonra 1 ay ərzində cavabdeh Hüquqi varis çıxarılması, iddianın qalan hissələrdə təmin olunmaması, ekspertiza tədqiqatlarının dəyəri olaraq 126 manat məbləğində pul vəsaitinin cavabdeh Hüquqi varis alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş “xxxx” MMCnin xidmət haqqı xərcləri olan 500 manat məbləğində pul vəsaitinin cavabdeh Hüquqi varis alınaraq iddiaçı İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh Hüquqi varis nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı qətnamədə istinad edilən ## ##### 2013-cü il tarixli, SHF-**** saylı kredit müqaviləsini imzalamamış, ümumiyyətlə həmin tarixdə heç bir məbləğdə kredit əldə etməmişdir. Mərhum həyat yoldaşının iddiaçı bank qarşısında heç bir öhdəliyi yox idi. Əlavə olaraq bildirmişdir ki, qətnamədə mərhumun birinci dərəcəli vərəsəsi kimi yalnız o göstərilmiş və iddiaya cavab verməli şəxs kimi o tanınmışdır. Lakin mərhumun ondan da başqa birinci dərəcəli vərəsələri vardır və onlar digər vərəsələrlə 6 aylıq müddəti gözləyirdirlər. Lakin məhkəmə bu müddəti gözləmədən əsassız qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi ipoteka predmeti olan əmlakın dəyərləndirilməsi üçün qiymətləndiriciyə göndərmişdir. Fərdi yaşayış evi 63000 manat məbləğində qiymətləndirilmişdir. Lakin ev Sabirabad şəhərinin mərkəzində yerləşir və tam təmirlidir. Evin hazırki dəyəri 180000 manatdan artıq olduğu halda, çox təəssüf ki, fərdi yaşayış evi qətnamədə 63000 manat qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməyərək düzgün olmayan nəticəyə gəmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdehin vəkili, eyni zamanda nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edib, izahatında göstərdi ki, apellyasiya şikayətində qətnamənin bütövlükdə ləğvini və iddianın rəddini xahiş etsələr də, əslində qətnaməni ipoteka predmetinin müəyyən olunan ilkin saktış qiyməti hissədə mübahisələndirmişlər. Belə ki, ipoteka ilə yüklü edilən fərdi yaşayış evi şəhərin mərkəzində yerləşir, tam təmirlidir və birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunan ilkin satış qiyməti reallığı əks etdirmir. Hazırki qiymətləndirmə rəyi ilə razıdırlar, onu real hesab edirlər. Iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Cavabdeh şikayətində qətnamənin ləğvini, iddianın rəddini xahiş etsə də, məhkəmə baxışında cavabdehin vəkili, eyni zamanda nümayəndəsi qətnaməni ipoteka predmetinin müəyyən olunan ilkin satış qiyməti hissədə mübahisələndirdiklərini bildirmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətlərinin dəlilləri üzrə mübahisələndirilən ipoteka predmetinin müəyyən olunmuş ilkin satış qiyməti hissədə yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, mübahisələndirilən hissədə cavabdehin apellyasiya şikayəti qismən əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmamış, işin faktiki halları üzrə mübahisələndirilən hissədə qismən düzgün olmayan nəticəyə gəlmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borclaudur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Iş materiallarında olan sənədlərlə aşağıdakılar müəyyən olunur. İddiaçı ASC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ## ##### 2013-cü il tarixli, SHF- **** saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilənin: 1.7-ci bəndinə əsasən, Bank öz tələbinə Müştərinin hansı əmlak hesabına ödəməyi seçməkdə müstəqildir. Bu müqavilədə kredit dedikdə əvəzində kredit faizi alınmaqla bank tərəfindən müştəriyə müəyyən müddətə məqsədli və ümumi məbləği 20000 (iyirmi min manat) manat olan pul vəsaiti başa düşülür; 2.3-cü bəndinə əsasən, Kredit 24 ay müddətinə verilir; 2.4-cü bəndinə əsasən, Kreditə görə illik 22 faiz haqq hesablanır. İddiaçı ASC tərəfindən Cavabdeh bank hesabına ##.##.2013-cü il tarixdə 20000 manat məbləğində pul (kredit) köçürülmüşdür. Ipoteka saxlayan İddiaçı ASC ilə Ipoteka qoyan Cavabdeh Əliqulu oğlu arasında bağlanmış ##.##.2012-ci il tarixli ipoteka müqaviləsinə ##.##.2013-cü il tarixli ** saylı əlavədən görünür ki, ünvan 1 ünvanında olan 0.0373 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 6 otaqlı, 422 kv.metr ümumi sahə, 163.3 kv.metr yaşayış, 258,7 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evi İddiaçı ASC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ## ##### 2013-cü il tarixli, SHF-**** nömrəli Baş kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında olan 0.0373 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 6 otaqlı, 422 kv.metr ümumi sahə, 163.3 kv.metr yaşayış, 258,7 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka hüququ ilə yüklü edilmişdir. Iş materiallarında olan ödəniş tapşırığının surətindən görünür ki, Sabirabad 1 Saylı mediasiya təşkilatının hesabına İddiaçı ASC tərəfindən 200 manat vəsait köçürülmüşdür. Iş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı ##.##.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ASC ilə cavabdeh Cavabdeh Əliqulu oğlu arasında bağlanmış ## ##### 2013-cü il tarixli, SHF-**** nömrəli kredit müqaviləsinə əsasən yaranmış 22557,28 manat məbləğində borcun 3 iş günü ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq edilmişdir. Iş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-2 *(***)- ****/**** nömrəli qərardadı ilə təyin edilmiş ipoteka predmetinin qiymətləndirilməsinə dair “xxxx” MMC-nin təqdim etdiyi hesabatdan görünür ki, ünvan 1 ünvanında olan 0.0373 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 6 otaqlı, 422 kv.metr ümumi sahə, 163.3 kv.metr yaşayış, 258,7 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 75000 manat, likvid dəyəri isə 63000 manat məbləğində müəyyən olunur. Apellyasiya baxışı zamanı məhkəmənin qərardadı əsasında təyin edilmiş ipoteka predmetinin qiymətləndirilməsinə dair “xxxx” Qiymətləndirmə Mərkəzi MMC-nin təqdim etdiyi ##.##.2026-cı il tarixli qiymətləndirmə hesabatından görünür ki, ünvan 1 ünvanında 0.0373 ha (3,73 sot) torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 422 kv.metr olan 2 mərtəbəli fərdi yaşayış evinin bazar dəyəri 124000 (yüz iyirmi dörd min) manat, likvid dəyəri 103000 (yüz üç min) manat müəyyən edilir. Işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki,Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Insan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 269.1 - Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; Maddə 319.1 - Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Ipoteka haqqında” Azərbaycan Respublikası Qanunu : Maddə 10.4 - Ipoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir; Maddə 34.1.1 - Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardant biridir; Maddə 39.3 – (müqavilə bağlanan zaman qüvvədə olmuş redaksiyada) Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini (39.3.3-cü maddə) göstərməlidir. Ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Maddə 1.0.9 - (müqavilə bağlanan zaman qüvvədə olmuş redaksiyada) Ilkin satış qiyməti Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ** saylı, ##.##.2020-ci il tarixli qərardadı ilə qərara alınmışdır ki, “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin qətnaməsində ipoteka predmetinin ilkin satış qiymətinin 63000 manat müəyyən edilməsi ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri həmin hissədə qismən əsaslıdır. Əvvəla ona görə ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 9.2.-ci maddəsinə əsasən qanunla müəyyən edilən hallarda qiymətləndirmə məhkəmənin və ya inzibati orqanın qiymətləndirmənin təyin olunması haqqında qərarı və icra məmurunun sifarişi əsasında da aparıla bilər. Qiymətləndirməni təyin (sifariş) edən orqan və ya vəzifəli şəxs qiymətləndiricini bu Qanunun tələblərinə uyğun olaraq qiymətləndirmə obyektinin mülkiyyətçisi ilə razılaşdırmaqla seçir. Belə razılıq əldə olunmazsa, qiymətləndirici Qiymətləndiricilər Palatası tərəfindən müəyyən edilir. Apellyasiya baxışı zamanı qiymətləndirmənin aparılması Azərbaycan Qiymətləndiricilər Palatasına həvalə edilmiş və sonuncunun müraciəti əsasında “xxxx” Qiymətləndirmə Mərkəzi MMC-nin təqdim etdiyi mütəxəsis rəyiində ipoteka predmetinin bazar dəyəri yuvarlaqlaşdırılmış şəkildə 124000 manat, likvid dəyəri isə yuvarlaqlaşdırılmış şəkildə 103000 manat müəyyən edilmişdir. Odur ki, Azərbaycan Qiymətləndiricilər Palatasının müraciəti əsasında “xxxx” Qiymətləndirmə Mərkəzi MMC-nin verdiyi rəy əsas götürülməklə ipoteka predmetinin həmin rəylə müəyyən edilmiş 103000 (bir yüz üç min) manat likvid qiymətlə hərracdan ilkin satışı təşkil edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Bütün yuxarıda sadalananları ümumiləşdirərək kollegiya yekun nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qismən təsdiqini tapdığından, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən ipoteka predmetinin müəyyən olunan ilkin satış qiyməti hissədə dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin ## ######## 2025-ci il tarixli e-*-*(***)-**/**** saylı qətnaməsi ipoteka predmetinin müəyyən olunan ilkin satış qiyməti hissəsində dəyişdirilsin. Ipoteka predmeti olaraq ünvan 1 ünvanında olan 0.0373 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 6 otaqlı, 422 kv.metr ümumi sahə, 163.3 kv.metr yaşayış, 258.7 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evinin ilkin (likvid) satış qiyməti 103000 (bir yüz üç min) manat müəyyən edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə kassasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Ilham Əsədov Tale Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar