Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-31/2025 15.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin X1 Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, Heydərov Tofiq Xudayar oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət məhkəmə tərkibində, Rüstəmov Cavid Emin oğlunun katibliyi, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı QSC-nin Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli 2-2(121)-1779/2024 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: İddiaçı QSC Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 008R********** saylı krеdit razılaşması üzrə 24199.57 manat krеdit bоrcu, 5465.42 manat faiz bоrcu və 2500.31 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 32165,30 manat məbləğində bоrcun, dövlət rüsumu olaraq ödənilmiş 186.50 manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 36 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh2 məxsus Masallı şəhəri Qarabağ küçəsi 30 saylı evin 24 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən ümumilikdə cəmi 32165,30 manat məbləğində bоrcun, dövlət rüsumu olaraq ödənilmiş 186.50 manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 36 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulması, Masallı şəhəri Qarabağ küçəsi 30 saylı evin 24 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh2 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 008L**********16 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 800000 manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 008R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 29000 manat məbləğində krеdit götürmüşdür. Cavabdeh2 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 4800.43 manat ödəmiş, onun 24199.57 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınad hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 467 gün üçün hesablanmış faiz borcu 5465.42 manat təşkiledir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 467 gün üçün hеsablanmış cərimə 2500.31 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 008M**********01 saylı ipoteka müqaviləsi əsasında Masallı şəhəri Qarabağ küçəsi 30 saylı evin 24 saylı mənzilini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)-1779/2024 saylı qətnaməsi (hakim Zaur Abbasov) ilə iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2022-ci il tarixli 008R********** nömrəli kredit razılaşması üzrə 24199,57 manat məbləğində əsas borc, 5465,42 manat məbləğində faiz borcu, 200 manat məbləğində cərimə borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu, 36 manat xidmət haqqı və ödənilmiş 186,50 manat dövlət rüsumu olmaqla, cəmi 30102,49 manat məbləğində pulun tutularaq İddiaçı QSC-yə ödənilməsi, tələb ipoteka predmeti olan Masallı şəhəri Qarabağ küçəsi 30 saylı evin 24 saylı mənzilinə yönəldilməsi, Masallı şəhəri Qarabağ küçəsi 30 saylı evin 24 saylı mənzilin ilkin satış qiymətinin 37000 manat məbləğində müəyyən edilməklə, həmin əmlak açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitdən 30102,49 manat məbləğində pulun İddiaçı QSC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatlarının dəyəri olaraq 50 manat məbləğində pul vəsaitinin müştərək qaydada Cavabdeh2 və Cavabdeh1 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 008L**********16 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən, Cavabdeh2 120 ay müddətinə 800000 manat məbləğində krеdit хətti açılmışdır; Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən, zamin uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir; İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 008R********** nömrəli kredit razılaşmasının 1.1-ci bəndinə əsasən, Bank məbləği 29000 manat olan krediti aylıq faiz dərəcəsi 1,8333% olmaqla 36 ay müddətinə Kredit Alana vermişdir; Kreditin verilməsinə (köçürmə) dair qəbzin surətindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh2 bank hesabına xx.xx.2022-ci il tarixdə 145 manat komissiya haqqı çıxılmaqla, 29000 manat məbləğində pul (kredit) köçürülmüşdür; “Ödəniş planı”nın surətindən görünür ki, xx.xx.2022-ci il tarixli 008R********** nömrəli krеdit razılaşması üzrə son ödəniş tarixi xx.xx.2025-ci il kimi qeyd olunmuşdur; İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, Masallı şəhəri Qarabağ küçəsi 0,06 ha torpaq sahəsində yerləşən 30 nömrəli, 4 mərtəbəli binanın 3-cü girişində, 2-ci mərtəbəsində yerləşən 74,54 kv.m ümumi, 37,17 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 24 nömrəli mənzilin İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 008L**********16 nömrəli kredit xətti müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilə ilə ipoteka predmeti tərəflərin razılığı ilə 34000 manat məbləğində qiymətləndirilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Masallı şəhəri Qarabağ küçəsi, bina 30, mənzil 24 İddiaçı QSC-nin xeyrinə ipoteka hüququ ilə yüklü edilmişdir; xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, İddiaçı QSC Cavabdeh2 “ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə bildiriş göndərmişdir; “Maliyyə arayışı”nın surətindən görünür ki, xx.xx.2022-ci il tarixli 008R********** nömrəli kredit razılaşmasına əsasən xx.xx.2024-cü il tarixə əsas borc 24199,57 manat, faiz borcu 5465,42 manat, cərimə borcu 2500,31 manat məbləğində olmaqla, cəmi borc məbləği 32165,3 manat təşkil etmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 008R********** nömrəli kredit razılaşmasına əsasən yaranmış 32165,30 manat məbləğində (24199,57 manat əsas, 5465,42 manat faiz, 2500,31 manat cərimə) borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə kredit müqavilələrinə vaxtından əvvəl xitam veriləcəyi, müqavilələr üzrə əmələ gəlmiş borcun İddiaçı QSC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)-1779/2024 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/5948 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 008R********** nömrəli kredit razılaşmasına əsasən Cavabdeh2 xx.xx.2024-cü il tarixə əsas borc üzrə 24976,63 manat, faiz borcu üzrə 6134,45 manat borcunun olması müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı özü qeyd etmişdir ki, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 008M**********01 saylı ipoteka müqaviləsi əsasında Masallı şəhəri Qarabağ küçəsi 30 saylı evin 24 saylı mənzilini İddiaçı QSCnin xeyrinə ipoteka ilə yüklü etmişdir. Lakin iddia ərizəsində göstərilir ki, Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 008L**********16 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 800000 manat məbləğində krеdit хətti açılmışdır. Yəni ipoteka ilə yüklü edilmə barədə müqavilə əsas müqavilədən əvvəl olmuşdur. Hansı ki, o müqavilə ilə verilmiş məbləğ ondan öncə bağlanmış müqavilə əsasında əmlaka yönəldilir. Digər tərəfdən xx.xx.2022-ci il tarixli 008R********** nömrəli krеdit razılaşması üzrə son ödəniş tarixi xx.xx.2025-ci il kimi qeyd olunmuşdur. Yəni krediti ödəmək üçün hələ də vaxtı vardır, sağlığında olan ciddi problemə görə krediti ödəyə bilməmişdir. Amma bu o demək deyil ki, ödəmək fikri yoxdur. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmədə izahat verərək apellyasiya şikayətini müdafiə etdiklərini bildirdilər. Habelə onlar borc hissədə tələbi qəbul etdiklərini göstərdilər. Məhkəmə tərkibi Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən dəyişdirilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-nin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmçinin MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Habelə MM-in 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Eyni zamanda, MM-in 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. MM-in 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. MM-in 467-ci maddəsinə görə məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yü1`ksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bundan başqa, MM-in 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. MM-in 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. MM-in 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. MM-in 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Qanunun 34.1.1-ci və 34.1.3-cü maddələrinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun tələblərinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ilkin satış qiymətini göstərməli və ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndircinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Qanunun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli 01 saylı qərardadında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiyası məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından tərəflər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. O, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödənişlər etməli olduğu halda, ödənişi tam etməmiş, nəticədə iddiaçı cavabdehlərin borcu yarandığını və həmin tutmanın girov əmlakına yönəldilməsini iddia etmiş və məhkəməyə iddia ilə müraciət etmək hüququndan istifadə etmişdir. Məhkəmə tərkibi yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin məbləği hissəsində qətnamənin dəyişdirilməsi üçün əsasların olması qənaətinə gəlir. Belə ki, məhkəmə tərkibi işin hallarını, qanunvericiliyin qeyd edilən imperativ tələblərini, o cümlədən cavabdehin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq birinci instansiya məhkəməsi tərəfindən əmlakların məbləğinin 37000 manat müəyyən edilməsini qanuni və əsaslı hesab etmir. İşdə olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli rəyindən müəyyən edilir ki, mübahisəli – Masallı şəhəri Qarabağ küçəsi 30 saylı evin 24 saylı mənzilin bazar dəyəri 41000 manat, likvid dəyəri 37000 manatdır. Məhkəmə tərkibi dispozitivlik prinsipini əsas tutaraq diqqətə çatdırır ki, birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlillərini üzrə çəkişmə prinsipinin tələblərini gözlənilməklə mübahisələndirilən hissədə yoxlayarkən qətnamənin ləğvi üçün əsaslar müəyyən etmir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq ipoteka predmetinin ilkin satış qiymətinin yenidən müəyyən edilməsi üçün qiymətləndirmə təyin etmiş və bu barədə daha mötəbər rəy əldə etmişdir. Belə ki, "xxxx" MMC-nin 19 may 2025-ci il tarixli rəyinə görə ipoteka predmeti olan Masallı şəhəri Qarabağ küçəsi 30 saylı evin 24 saylı mənzilin bazar dəyəri 61000 manat, likvid dəyəri 52000 manatdır. Beləcə, məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd edilən ipoteka predmetinin ilkin satış qiyməti 52000 manat müəyyən edilməlidir. Bu zaman o da diqqətdən qaçmamalıdır ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə görə Masallı şəhəri Qarabağ küçəsi 0,06 ha torpaq sahəsində yerləşən 30 nömrəli, 4 mərtəbəli binanın 3-cü girişində, 2-ci mərtəbəsində yerləşən 74,54 kv.m ümumi, 37,17 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 24 nömrəli mənzilin xx.xx.2019-cu il tarixli 008L**********16 nömrəli kredit xətti müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş və həmin müqavilə ilə ipoteka predmeti tərəflərin razılığı ilə 34000 manat məbləğində qiymətləndirilmişdir. Göründüyü kimi, tərəflərin razılığı ilə xx.xx.2019-cu il tarixdə 34000 manat məbləğində qiymətləndirilmiş adıçəkilən ipoteka predmetinin hazırkı dövr üçün ilkin satış qiymətinin 37000 manat məbləğində müəyyən edilməsi ötən müddət ərzində real qiymət artımlarını nəzərə aldıqda ağlabatan sayıla bilməz. Tərkib apellyasiya şikayətinin digər dəlillərinin qətnamənin qalan hissədə dəyişdirilməsi yaxud ləğv edilməsi üçün əsas olmadığı qənaətindədir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə tərkibi iş materiallarında olan sənədlərin (sübutların) təhlilinə əsasən belə qənaətə gəlir ki, qətnamə qismən - ipoteka predmeti olan Masallı şəhəri, Qarabağ küçəsi, 30 saylı evin 24 saylı mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissədə dəyişdirilməli, Masallı şəhəri Qarabağ küçəsi 30 saylı evin 24 saylı mənzilin ilkin satış qiyməti 52000 (əlli iki min) manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilməməlidir. Belə ki, cavabdehlər izahatlarında, habelə apellyasiya şikayətlərində qətnaməni kredit borcu hissədə mübahisələndirməmişlər. MPM-in 384.0.3-cü maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi məhkəmə xərcləri üzrə qeyd edir ki, "xxxx" MMC-nin 19 may 2025-ci il tarixli rəyinin verilməsi ilə əlaqədar 300 manat məbləğində pul vəsaiti İddiaçı QSC-dən "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 392-393 və 405-ci maddələrini rəhbər tutub QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)-1779/2024 saylı qətnaməsi qismən - ipoteka predmeti olan Masallı şəhəri Qarabağ küçəsi 30 saylı evin 24 saylı mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissədə dəyişdirilsin. Masallı şəhəri Qarabağ küçəsi 30 saylı evin 24 saylı mənzilin ilkin satış qiyməti 52000 (əlli iki min) manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilməsin. "xxxx" MMC-nin 19 may 2025-ci il tarixli rəyinin verilməsi ilə əlaqədar 300 (üz yüz) manat məbləğində pul vəsaiti İddiaçı QSC-dən "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə, qətnamə qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-31/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-31/2025
15.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver