Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-34/2024 01.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: pul tələbi Şirvan şəhəri, 01 fevral 2024-cü il Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri X3, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Şirvan Kommersiya Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, e-2-2(121)-1501/2023 saylı qətnaməsindən (hakim Zaur Abbasov) İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 3175,63 manat və ödənilmiş mediasiya rüsumuna görə 60 manat olmaqla, cəmi 3235,63 manat pulun alınaraq İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış şifahi əqdə əsasən, cavabdeh 2022-ci il mövsümündə xam-pambıq əkilməsi məqsədilə iddiaçı tərəfindən ona avans olaraq müxtəlif aqrotexniki xidmətlər göstərilməsini, pul, malmaterial verilməsini xahiş etmiş, bunun müqabilində isə tədarük mövsümü vaxtı xampambıq verməklə təhvil götürdüyü avansın dəyərini əvəzləşdirməyi öhdəsinə götürmüşdür. Cavabdehin iddiaçının “MKT-Ağcabədi” filialına ünvanladığı ərizəsi ilə də onun könüllü iradə ifadəsi və niyyəti təsdiq edilmişdir. Cavabdeh iddiaçıdan avans olaraq ümumi dəyəri 3175,63 manat təşkil edən aqrotexniki xidmətləri, pul vəsaitini və s. təhvil almışdır. Lakin cavabdeh tərəfindən xam-pambıq təhvil verilməmiş və son nəticədə iddiaçıya təhvil götürdüyü avans xidmətlərin dəyərinə görə 3175,63 manat borcu yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etmədiyindən, onun mövqeyi bəlli olmamışdır. Şirvan Kommersiya Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, e-2-2(121)-1501/2023 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh 617,18 manat məbləğində əsas borcun, 60 manat ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş məbləğ olmaqla, ümumilikdə 677,18 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 30 manat məbləğində dövlət rüsumunun cavabdehə aid edilməsi və Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmşdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi Cavabdeh ərizəsi əsasında aralarında olan şifahi əqdə görə əvvəlcə 5,2 hektar, sonra isə azaldılaraq 3.2 hektar torpaq sahəsində xx.xx.2021-ci il tarixindən başlayaraq birinci və ikinci şum aparılması, tandem disk çəkilməsi, sahədaxili suvarma kanallarının çəkilməsi, mala çəkilməsi və çiyid səpini aparmasına baxmayaraq cavabdeh şifahi əqd əsasında üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, həmin əqdə görə öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla öhdəliyin icrasını müəyyənləşdirilmiş müddətdə icra etməməsinə baxmayaraq məhkəmə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, vermiş olduqları apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməməsi hissəsində ləğv edilərək, həmin hissədə iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi izahatında qeyd etmişdir ki, iddia ərizəsinə əlavə edilmiş hesabdan çıxarışdanda görünür ki, iddiaçı cavabdehə məxsus "xxxx" ASC-də olan hesabına 2000 manat məbləğində pul köçürmüş, cavabdeh həmin pul vəsaitlərini çıxarmışdır. Lakin cavabdeh şifahi müqavilə üzrə öhdəliklərini yerinə-yetirməmiş və becərilən pambıq məhsulunu onlara təhvil verməmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmədə iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən kommersiya işinə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddianın tam təmin edilməsini xahiş etməklə, qətnaməni qismən-iddianın təmin edilməyən hissəsində mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə qismən yохlanılmasını düzgün hеsab еdir. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi 2000 manat pul məbləğinin təmin edilməməsi hissədində ləğv edilməli və həmin hissədə iddia təmin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan Cavabdeh İddiaçı “MKT-Ağcabədi” filialına ünvanladığı ərizədən görünür ki, o, 3.20 hektar sahədə pambıq əkib becərməyi və hər hektara görə İddiaçı MMC-nin “MKT-Ağcabədi” filialına 25 sentnerdən az olmayaraq mövcud standartlara cavab verən xam-pambıq təhvil verməyi öhdəsinə götürür, bunun müqabilində ardıcıllıq prinsipinə uyğun olaraq, avans olaraq toxumluq çiyid, gübrə, zəhərli həşəratların, alaq otlarının məhv edilməsi üçün zəhərlər və lazım olan digər avans vəsaitlərin verilməsini, habelə zəruri aqrotexniki xidmətlərin (şum, mala və digər xidmətlər) görülməsini xahiş edir, götürdüyü avans vəsaitlərin və Cəmiyyət tərəfindən görülmüş xidmətlərin dəyərinin ödənilməsini öhdəsinə götürür. İş materiallarında olan görülən işlər, xidmətlər və ödənilən vəsaitlər haqqında məlumatı özündə əks etdirən cədvəldən görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə Cavabdeh aid sahəyə iddiaçı tərəfindən müxtəlif aqrotexniki xidmətlər göstərilmiş, toxum, dərman və s. verilmiş, həmçinin Cavabdeh hesabına pul vəsaiti köçürülmüşdür. Həmin cədvələ əsasən ümumilikdə iddiaçı tərəfindən cavabdehə göstərilən xidmətin, görülən işlərin və köçürülən pul vəsaitinin ümumi dəyəri 3175,63 manat olmuş, cavabdeh tərəfindən iddiaçıya isə heç bir ödəniş edilməmiş, xammal verilməmişdir. İş materiallarında olan “Hesabdan çıxarış”dan görünür ki, İddiaçı tərəfindən Cavabdeh bank hesabına ümumilikdə 2000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 30003094 nömrəli, 30003086 nömrəli və 30003093 nömrəli; xx.xx.2022-ci il tarixli, 30004911 nömrəli və 30004912 nömrəli; xx.xx.2022-ci il tarixli, 30003862 nömrəli; xx.xx.2021-ci il tarixli, 30001442 nömrəli, 30001440 nömrəli və 30001441 nömrəli; xx.xx.2022-ci il tarixli, 30003052 nömrəli; xx.xx.2022-ci il tarixli, 30004854 nömrəli iş aktlarının surətlərindən görünür ki, həmin aktlara əsasən üzrə İddiaçı “MKT Ağcabədi” filialı ilə Cavabdeh arasında şifahi razılaşmanın şərtlərinə əsasən İddiaçı tərəfindən Cavabdeh sahəsinə ümumi dəyəri 793,13 manat olan müvafiq xidmətlər göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 7 100 871 nömrəli qaimənin surətindən görünür ki, İddiaçı MMC-nin “MKT Ağcabədi” filialı tərəfindən Cavabdeh ümumi dəyəri 382,50 manat olan toxumluq çiyid verilmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, "MKT İstehsalat Kommersiya” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış şifahi müqaviləyə əsasən yaranmış borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun "MKT İstehsalat Kommersiya” MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan "İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, iddiaçı "MKT İstehsalat Kommersiya” MMC-nin ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən mediasiya sessiyasında cavabdeh iştirak etməmişdir. İş materiallarında olan "elektron qaimə”nin surətindən görünür ki, iddiaçı "MKT İstehsalat Kommersiya” MMC ilkin mediasiya sessiyasının keçirilməsi üçün Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının hesabına 60 manat vəsait ödəmişdir. Hazırda işin hallarından da, görünür ki, iddiaçı tərəf cavabdehdən aralarında olan şifahi razılaşma üzrə borcunu tələb etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən əsaslı hesab etmişdir. İddiaçı tərəf apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh tərəf müqavilə üzrə öhdəliklərini yerinə-yetirməmiş, buna baxmayaraq birinci instansiya məhkəməsi iddianı tam təmin etməli olduğu halda tam təmin etməmişdir. Belə ki, iddiaçı cavabdehə "xxxx" ASC-nin kartını təqdim etmiş və onun həmin bank hesabına 2000 manat pul avans olaraq köçürmüşdür. İşə əlavə edilmiş “Hesabdan çıxarış”dan da görünür ki, İddiaçı tərəfindən Cavabdeh bank hesabına ümumilikdə 2000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Məhkəmə Kollegiyası iddiaçının şikayətini qisməndə olsa əsaslı hesab edir. Belə ki, iş materiallarında olan “Hesabdan çıxarış”dan görünür ki, İddiaçı tərəfindən Cavabdeh bank hesabına ümumilikdə 2000 manat məbləğində pul vəsaiti köçürülmüşdür, cavabdeh tərəfindən həmin vəsaitdən 1989,80 manat məbləğində pul kartdan çıxarılmışdır. Dövrün sonuna kartda 10,20 manat pul qalmışdır. Birinci instansiya məhkəməsi borc məbləğini hesablayarkən, 2000 manat məbləğindən 1989,80 manatı çıxmış və 10,20 manatı cavabdehdən iddiaçının xeyrinə tutumuşdur. Lakin cavabdehin 1989.80 manat pulu iddiaçıya qaytarması iş materialları ilə sübut olunmur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi 1989,80 manat məbləğində pulun cavabdehdən tutulmasına dair hissədə iddianı rədd edərkən, doğru qənaətə gəlməmiş, iş materiallarında cavabdehin bank hesabına pul köçürülməsi və cavabdeh tərəfindən həmin pul məbləğinin hesabdan çıxarılması müəyyən edilsə də, hesabdan pulun çıxarılmasını cavabdehin borcunu ödəməsi kimi qiymətləndirmiş, hesabda qalan 10,20 manat vəsaiti isə qalıq borc kimi müəyyən etmişdir. Lakin iş materialları ilə müəyyən olunur ki, iddiaçı 2000 manat pulu cavabdehin hesabına köçürmuş, cavabdeh xx.xx.2022-ci il tarixində 5 dəfə, xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixində 1 dəfə qeyd edilən məbləği hesabdan çıxarmışdır. Həmçinin cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, qeyd edilən məbləğin banka geri qaytarılmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmiş, həmçinin iddiaya hər hansı etiraz etməmişdir. Odur ki, İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, e-2-2(121)-1501/2023 saylı qətnaməsi-Cavabdeh İddiaçı MMC-nin xeyrinə 1989,8 (min doqquz yüz səksən doqquz manat səksən qəpik) manat məbləğində pul vəsaitinin tutulması tələbinin rədd edilməsinə dair hissədə ləğv edilməli və həmin hissədə iddia təmin edilərək Cavabdeh 1989,8 (min doqquz yüz səksən doqquz manat səksən qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı MKT İstehsalat Kommersiya” MMC-nin xeyrinə ödənilməli, qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Mülki Prosessual Məcəllənin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadıqda məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 10000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, e-2-2(121)-1501/2023 saylı qətnaməsi-Cavabdeh İddiaçı MMC-nin xeyrinə 1989,8 (min doqquz yüz səksən doqquz manat səksən qəpik) manat məbləğində pul vəsaitinin tutulması tələbinin rədd edilməsinə dair hissədə ləğv edilsin və həmin hissədə iddia təmin edilsin. Cavabdeh 1989,8 (min doqquz yüz səksən doqquz manat səksən qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı MKT İstehsalat Kommersiya” MMC-nin xeyrinə ödənilsin. Qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi 25,90 (iyirmi beş manat doxsan qəpik) Cavabdeh tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(106)-34/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-34/2024
01.02.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver