Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-36/2025 11.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X4 ibarət məhkəmə tərkibində, Hüseynova Gülnarə Süleyman qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin ödənilməsi barədə iddiasına dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli 2- 2(121)-2416/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı 240000 ABŞ dolları məbləində pulun, ödənilmiş 700 manat dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 520 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2011-ci ildən Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən “Binə Ticarət Mərkəzi”ndə qadın paltarlarının satışı ilə məşğul olur. Mağazada satılan paltarların hamısı Türkiyə istehsalı olduğundan iddiaçı Türkiyə Respublikasının İzmir və İstanbul şəhərlərinə gedib paltarları bəyənib seçməklə sifariş verir. Cavabdehi təxminən 2012-ci ildən işlədiyi “Binə Ticarət Mərkəzi”ndən tanıyır. Cavabdeh “Binə Тicarət Мərkəzi”də qaynı Rəşadla birlikdə iş fəaliyyəti ilə məşğul olub bazarda olan ticarətlə məşğul olan şəxslərin pulunu Türkiyə Respublikasına göndərmiş və həmin pulun üzərinə öz faizini qoyaraq xeyrini götürmüşdür. 2018-ci ildən başlayaraq pulu “Binə Тicarət Мərkəzi”də cavabdehin vasitəsilə göndərmişdir. Türkiyə Respublikasında iddiaçının sifariş verdiyi paltarların karqo ilə Azərbaycana göndərilməsindən əvvəl оnа məlumat daxil olmuş və о, paltarların qiymətini öyrənib “Binə Ticarət Мərkəzi”ndən cavabdehin vasitəsilə deyilən məbləği göndərmişdir. Elə olmuşdur ki, о, aparıb pulu ticarət mərkəzində cavabdehin ofisində özünə vermiş, elə olmuşdur ki, cavabdeh özü gəlib mağazada оndan pulu götürmüş, elə vaxt olmuşdur ki, cavabdehin Zabil adlı baldızı oğlu gəlib pulu оndan götürmüşdür. Bu kimi alış-veriş zamanı cavabdeh özünü оnа ən yaxın və etibarlı adam kimi göstərməyə başlamışdır. Elə vaxt olmuşdur ki, telefonda оndan sifariş verilmiş malın ümumi dəyərini soruşub öz şəxsi hesabından pulunu göndərib sonradan gəlib оndan pulunu götürmüş və bəzi hallarda pulun göndərilmə faizini оndan almаmışdır. Bəzi hallarda onun əvəzindən 40000 və 50000 ABŞ dolları göndərib həftə ərzində pulu оndan istəməmiş, sonra alıb bu cür etibarını qazanmışdır. 2018-ci ilin təxminən iyun ayının ortalarında cavabdeh ona zəng edərək dövriyyə üçün ona 60000 ABŞ dolları məbləğində pul lazım olduğunu, həmin pulu dövriyəyə buraxıb üzərində gəlir əldə edəcəyini, həmçinin оnun mal üçün göndərdiyi pullardan faiz almayacağını və nə vaxt istəsə həmin pulu geri ala biləcəyini bildirmişdir. О dа, cavabdehə inandığı üçün bu barədə anası Süsənə məlumat vermişdir. Həmin gün cavabdeh anasının yaşadığı Bakı şəhəri Yasamal rayonu H.B.ünvan 1 ünvanına gəlmiş və оnlar bir qədər söhbət etdikdən sonra cavabdehə inandığı üçün 60000 ABŞ dollar pulu cavabdehə verməyə razılaşmışdır. Bundan sonra о, özünə məxsus 60000 ABŞ dolları məbləğində pulu kağıza bükdükdən sonra cavabdehlə birlikdə mənzildən çıxaraq binanın alt hissəsində yerləşən qaraja düşmüşlər. Оnlar qaraja düşən zaman cavabdehin qaynı Rəşadın da orada olmasını görmüşdür. Bundan sonra о, Rəşadın iştirakı ilə onun yanında 60000 ABŞ dolları pulu cavabdehə vermişdir. Cavabdeh də pulu оndan qəbul edərək narahat olmamağı, həmin pulu dövriyyəyə buraxaraq gəlir əldə edəcəklərini bildirmiş, о dа cavabdehə inandığı üçün heç bir söz deməyib razılaşmışdır. Bundan bir neçə ay sonra - 2018-ci ilin noyabr ayında cavabdeh yenidən оnunla əlaqə saxlayaraq dövriyyəyə buraxmaq üçün əlavə 40000 ABŞ dolları məbləğində pul lazım olduğunu, həmin pulu da dövriyyəyə buraxıb gəlir əldə edəcəklərini aldığı pulları nə zaman istəsə qaytara biləcəyini bildirmişdir. О dа, aralarında olan yoldaşlıq münasibətinə görə cavabdehə inandığı üçün yenə də, ona pul verə biləcəyini demişdir. Buna görə də, həmin gün cavabdeh anasının yaşadığı Bakı şəhəri Yasamal rayonu H.B.ünvan 1 ünvanına gəlməmişdir. Onlar hər axşam anasının evində toplaşıb görüşmüş və anasının səhhəti ilə maraqlanmışlar. Bundan başqa, onun və anasının yaşadıqları ev eyni binada olmaqla arasında bir-iki mərtəbə fərqi vardır. Buna qədər cavabdeh dəfələrlə onların evində olmuş, qarşılıqlı olaraq xeyir-şərlərində iştirak etmişlər, anasına ana deyib onların bütün ailə sirləri ilə yaxından tanış olmuşdur. Cavabdehin pul almağa gəldiyini anası da bilmiş, hətta anasının yanında danışmışlar ki, onları guya kimsə izləyir, əslində, maşında çoxlu pulu olanda onu aparıb pulu ala bilərlər. Ona görə də işini ehtiyatlı tutur, bir yerə gedəndə azyaşlı övladı, hətta arvadını da özü ilə aparmalı olur. Pulları anasının evində saxladığından puldan hansısa məbləğ götürdükdə anasından istəməli olurlаr. Ona görə də о, anasından 40000 ABŞ dolları gətirməsini istəmiş və anası gətirib pulu ona vermişdir. Hətta cavabdeh pulun əlindən alına biləcəyini danışanda anası bir büküm qoz-fındıq bağlaması da vermişdir ki, pulları onun içinə qoyub aparsın və görən olmasın. О, cavabdehi ötürmək üçün yaşadığı binanın alt hissəsində olan qaraja düşmüşdür. Fariqin idarə etdiyi qara rəngli “Hyundai Santafe” markalı avtomobilə yaxınlaşdıqda avtomobildə çarşabda dindar olduğunu bildiyi arvadının da maşında olduğunu görmüşdür. Bundan sonra о, 40000 ABŞ dolları pulu sayaraq cavabdehin idarə etdiyi avtomobilin salonunda ona vermişdir. Cavabdeh də pulu ondan qəbul edib narahat olmamağı, həmin pulu da dövriyyəyə buraxıb gəlir əldə edəcəklərini bildirmişdir. О dа inandığı üçün razılaşmış və cavabdehin idarə etdiyi avtomobildən düşərək çıxıb getmişdir. Bundan təxminən 10 gün sonra cavabdeh onun istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsinin “Whatsapp” proqramına zəng vuraraq yenidən əlavə 25000 ABŞ dolları dövriyyə buraxmaq üçün pul istəmişdir. Həmçinin cavabdeh telefonda ona narahat olmamağı, istənilən vaxt verdiyi pulları dövriyyədən geri çəkə biləcəyini söyləyib onu inandırmışdır. Bu dəfə də о, cavabdehə inandığı üçün razılaşmış və istədiyi 25000 ABŞ dolları məbləğində pulu ona verəcəyini bildirmişdir. Buna görə də, 2018-ci ilin noyabr ayının sonlarında cavabdeh anasının yaşadığı Bakı şəhəri Yasamal rayonu H.B.Zərdabi küçəsi ev 92a mənzil 247a saylı mənzilə gəlmişdir. Həmin vaxt о, orada dövriyyəyə buraxıb gəlir əldə etmək üçün anası Süsən Qasımovanın iştirakı ilə 25000 ABŞ dolları pulu cavabdehə vermişdir. Cavabdeh pulu ondan qəbul edib bir daha narahat olmamağı, hər bir işin yaxşı olacağını, aldığı pulları dövriyyəyə buraxıb yaxşı gəlir əldə edəcəklərini, istənilən vaxt pulu dövriyyədən geri çəkərək qaytara biləcəyini bildirmişdir. О da, cavabdehə inandığı üçün razılaşmış və cavabdeh pulu götürdükdən sonra çıxıb getmişdir. Həmin vaxta kimi cavabdeh ondan 3 dəfəyə 125000 ABŞ dolları məbləğində pulu anasının yaşadığı mənzildə almışdır. Bundan başqa, 2019-cu ilin sentyabr ayında о, mal gətirmək üçün Türkiyə Respublikasına getmişdir. Türkiyədə olarkən cavabdeh istifadə etdiyi 055 *** ** ** saylı mobil nömrəsinin “Whatsapp” proqramına zəng edərək təcili 30000 ABŞ dolları pul lazım olduğunu, kiməsə nisyə pul göndərdiyini, həmin adamın ona hələ pul vermədiyini bildirmişdir. О, yenə də cavabdehə inandığı üçün ona istədiyi 30000 ABŞ dolları pulu verə biləcəyini bildirmişdir. Bundan sonra həmin gün anası Süsənlə birlikdə Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən “Oskar” şadlıq evinin qarşısında cavabdehlə görüşüb orada 30000 ABŞ dolları pulu ona vermişlər. Bundan başqa, 2019-cu ilin aprel ayında bacısı X5 məxsus Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayonda yerləşən mənzilini 85000 manata satmışlar və bacısına yaşadıqları binada ev almaq istəmişlər. Cavabdeh də onların evinə gəlib getdiyindən bu barədə yaxşı məlumatı оlmuşdur. Həmin vaxt əllərində 85000 ABŞ dolları məbləğində pul olduğunu və bacısına ev axtardıqlarını bildiyindən 2019-cu ilin oktyabr ayında cavabdeh ona həmin pulu da ona verməsini və dövriyyə etməsini, yaxşı gəlir əldə edəcəklərini demişdir. О, artıq bu məbləğdə pulu ona verdiyi halda ümumilikdə 240000 ABŞ dolları pul almış olduğunu və bu pulların qaytarılması lazım olacağını dedikdə heç bir problemin olmadığını, qaynatası Ərgürşadın da pul dəyişmədə işlədiyini, qaynı Rəşadın dövriyyəsində ******* ABŞ dolları, özünün 450000 ABŞ dolları məbləğində dövriyyədə pullarının olduğunu, qaynı Rəşada 60000 ABŞ dollarına saat aldıqlarını, Rəşada 255000 ABŞ dollarına “Galenwagen” markalı avtomobil aldığını, onun aldığı 240000 ABŞ dolları məbləğini qaytarmaq probleminin olmadığını bildirmişdir. О, Fariqin sözlərinə inandığı üçün anasına saxlaması üçün verdiyi, bacısının evinin satılmasından əldə etdikləri 85000 ABŞ dolları məbləğində pulu Fariqə verməyə razılıq vermişdir. Buna görə də, xx.xx.2019cu il tarixdə Bakı şəhəri Xətai rayonu ərazisində “Ağ şəhər” deyilən yerdə cavabdehlə görüşmüş və orada 85000 manat pulu sayaraq cavabdehə vermişdir. Cavabdeh ona həmin pulu da dövriyyəyə buraxıb gəlir əldə edəcəklərini bildirmişdir. Həmçinin Fariq оnu inandırmaq üçün Xətai rayonu “Ağ şəhər” yaşayış kompleksində olan binalardan birini ona göstərib həmin binada özünün və qaynı Rəşadın hər birinin 5 otaqlı mənzili olduğunu bildirmişdir. О, cavabdehə inandığı üçün razılaşaraq heç bir söz deməmişdir. 2020-ci ilin yanvar ayında onlar artıq bacısı Nəzakətə ev almaq istədikləri üçün Fariqlə əlaqə saxlayıb ona verdiyi 240000 ABŞ dolları pulu hissə-hissə qaytarmasını istəməyə başlamışlar. Onlar həmin vaxt həcc ziyarətinə getməli olduqları üçün cavabdeh ona həcc ziyatərindən gəldikdən sonra oturub birlikdə haqq hesab edərək pulunu verəcəyini bildirmişdir. О dа, cavabdehə inandığı üçün razılaşmışdır. 2020-ci ilin yanvar ayında həcc ziyarətinə getmiş və ziyarətdən qayıtdıqdan sonra bütün dost-tanışları, qohumları onlarlа görüşə gəlsə də, etibar edərək yoldaşlıq etdiyi cavabdeh onlarа gəlməmişdir. Buna görə də, cavabdehə zəng vuraraq ziyarətdən qayıtdıqlarını bildirib nə üçün anası ilə görüşməyə gəlmədiyini bildirmişdir. Həmin vaxt cavabdeh ona həmin gün saat 15 radələrində anası ilə görüşməyə gələcəyini bildirsə də, gəlməmişdir. Həmin gün cavabdehin oğlu Rüfət onunlа əlaqə saxlayaraq atası Fariqin mobil nömrəsinə zəng çatmadığını, atasının sonuncu dəfə onunlа əlaqə saxladığını bildirmişdir. Bundan bir qədər sonra Fariq onunlа əlaqə saxlayaraq söhbət etmək üçün Bakı şəhəri Günəşli qəsəbəsində yeni açdığı “Səfa” adlı restorana dəvət etmişdir. О, həmin restorana gedən zaman Fariqin, qaynı Rəşadın, qayınatası Ərgüşadın və bəzi adlarını bilmədiyi qohumlarının orada olduğunu görməmişdir. Qeyd etmişdir ki, Ərgüşad da “Binə Ticarət Мərkəzi”ndə Türkiyə və Çin respublikasına qeyri qanuni yolla pul köçürmə işləri ilə məşğuldur. Söhbət zamanı ona məlum olmuşdur ki, guya cavabdeh Amur adlı şəxsə 35000 ABŞ dolları pul köçürmüş, lakin Amur pulu ona qaytarmamışdır. Buna görə də, cavabdeh Quba rayonuna gedərək guya orada intihar etməyə cəhd edib və onu tapıb gətirmişlər. Həmin vaxt söhbət zamanı Ərgürşad və Fariq ona narahat olmamağı, 1 ha torpaq sahəsi, Ağ şəhərdə yerləşən binalarda mənzilləri olduğunu, həmin torpaq və mənzilləri sataraq pulunu qaytaracaqlarını, 2021-ci ilin mart ayına kimi onlara müddət verməsini bildirmişlər. О dа inandığı üçün razılaşmış və 2021-ci ilin mart ayına kimi gözləsə də, heç bir nəticə olmamışdır. Bundan sonra о, Fariqə zəng vuraraq pullarını tələb etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirib iş qurmaq adı ilə ondan aldığı 240000 ABŞ dolları pulunu qaytarmamışdır. Sonradan isə cavabdeh telefon zənglərinə cavab verməyib mobil nömrəsini dəyişmişdir. О, artıq cavabdeh оnu aldadaraq dövriyyəyə buraxıb gəlir əldə etmək adı ilə оnu aldadaraq 240000 ABŞ dolları pulunu ələ keçirməsini başa düşmüşdür. Buna görə də, baş vermiş hadisə ilə bağlı Xətai rayon prokurorluğuna ərizə ilə müraciət etmişdir. Baş vermiş dələduzluq hadisəsi nəticəsində ona 240000 ABŞ dolları maddi ziyan dəymişdir. Daha sonra bununla bağlı Bakı şəhəri Nizami RPİ-nin İsintaq şöbəsində cinayət işi açılmışdır. Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin baş müstəntiqi polis mayoru Cəmşid Sadıqovun cinayət işinin icraatına xitam verilməsi barədə qərarına əsasən cavabdeh ilə iddiaçı аrasında birgə kommersiya fəaliyyəti nəticəsində yaranmış narazılığın mülki xarekterli olduğu və dələduzluq kimi qiymətləndirilə bilməyəcəyi səbəbindən cinayət işinin icraatına xitam verilmişdir. Qeyd etmək lazımdır ki, cavabdeh Bakı şəhəri Nizami RPİ-nin İsintaq Şöbəsində dindirildiyi zaman iddiaçıdan qanunsuz olaraq pul mənimsədiyini etiraf etmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət edilmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəmə kimi Şirvan Kommersiya Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli 2-2(121)-2416/2024 saylı qətnaməsi ilə (hakim Namidar Misirzadə) İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin ödənilməsi barədə iddiası rədd edilməsini qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Bakı şəhəri Nizami RPİnin İsintaq Şöbəsində dindirildiyi zaman İddiaçı qanunsuz olaraq pul mənimsədiyini etiraf etmişdir. Məhz bu səbəbdən, İddiaçı maddi zərər dəymişdir. Hazırkı mübahisə əssasız varlanma kimi yox, maddi zərərin tələbi kimi qəbul edilməlidir. Çünki, iş materiallarından da məlum olduğu kimi iddiaçı öz əmlakından (240000 ABŞ dolları) məhrum olmuşdur. Belə mübahisələr isə, əgər tərəflər arasında hər hansı müqavilə yoxdursa, ümumi iddia müddətinə şamil olunmalıdır. Belə ki, iddiaçı hüquqlarının bərpa edilməsi üçün hərəkətsizlik nümayiş etdirməmişdir. Hüquqlarının pozulduğunu bildiyi andan polisə müraciət etmiş bu zaman müddətin axımı dayanmış, polisin qərarından sonra isə məhkəməyə müraciət etmişdir. Bununlada iddiaçının qanunu bilməməsi yəni, yanaşma tərzinə dövlət orqanlarının dövlət hüquq münasibətlərini bilmədən hüquq müdafiə sitstemini qura bilməz. Hüquq müdafiə sistemlərindən biri də hüquq-mühafizə orqanlarına müraciət etməklə hüquqların müdafiə olunması mexanizmi də öz effektivliyini nümayiş etdirmədiyi üçün və istiqaməti məhkəməyə yönəldiyi üçün bundan sonra hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir ki, bu baxımdan müddət tətbiq edilə bilməz. İş materiallarına nəzər saldıqda ən mötəbər sübut olan Nizami RPİnin İŞ-nin baş müstəntiqi polis mayoru Cəmşid Sadıqovun cinayət işinin icraatına xitam verilməsi barədə 10 iyun 2023-cü il tarixli qərarına heç bir əhəmiyyət verilməmiş, qərarla təsdiq edilmiş işin faktiki hallarına nəzər yetirilmədən qətnamə qəbul edilmişdir. İddiaçın iddia ərizəsi verməklə subyektiv hüququnun mövcud olduğunu və cavabdeh tərəfindən pozulduğunu iddia etməsi, cavabdehin isə iddia müddətinin tətbiqi barədə ərizə verməklə iddiaçının hüququnun mövcud olduğunu və həmin hüququ pozduğunu etiraf etməsi halları ümumiyyətlə qiymətləndirilməmişdir. Həmçinin iddiaçı tərəfindən iddia tələbinin maddi zərərin ödənilməsi (pul tələbi) olmasına baxmayaraq, məhkəmə məsələyə əsassız varlanma kimi yanaşmaqla 2 illik iddia müddəti tətbiq etməkdə haqlı olmamışdır. İddiaçı və onun nümayəndəsi vəkili Vəkil1 məhkəmədə iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişlər. İddiaçı nümayəndəsi Vəkil1 əlavə olaraq bildirmişdir ki, cavabdehin iddia tələbinin rədd edilməsi barədə ərizəsi olsa da, orada hazırkı tələbə əsassız varlanma qaydasında deyil, müqavilə tələbləri üzrə iddia müddətinin tətbiqi xahiş edilmişdir. Həmçinin iddiaçı məhkəməyədək müxtəlif dövlət orqanlarına müraciət etmişdir ki, bu müddət də iddia müddətinin tətbiqi halında nəzərə alınmamışdır. Cavabdeh məhkəməyə elektron kabinet vasitəsi ilə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və buna görə də, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376-cı maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə əsasən kommersiya işinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının və onun nümayəndəsinin izahatlarənı dinləyib iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Şirvan Kommersiya Məhkəməsinin iş üzrə 21 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan: İddiaçı ərizəsinə əsasən Nizami RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin icraatına xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Qərardan görünür ki, iş üzrə zərərçəkmiş şəxs İddiaçı xx.xx.2022-ci il tarixdə verdiyi əlavə ifadəsində əvvəl verdiyi ifadələrini qismən təsdiq edərək bildirmişdir ki, qardaşı Elxanla birlikdə vergi orqanlarında qeydiyyatda olmaqla, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar. Uzun müddət Türkiyə Respublikasında biznes partnyorları ilə ticarət fəaliyyəti ilə əlaqədar müəyyən mallar alıb, Azərbaycanda satışı aparmışlar. Bu səbəbdən mal materiallarının daşınması üçün Türkiyəyə pul köçürmə zərurəti yaranmışdır. Bina Ticarət Mərkəzində, 6-cı sırada olan ofis sahiblərindən biri pul köçürməsi fəaliyyəti ilə məşğul olan Cavabdehlə 2014-cü ildə tanış olub, delfarlara ona Bakıdan pul verib, Türkiyədə deyilən ünvanlara çatdırılmasını təmin etmişdir. Heç bir problem yaşanmamışdır. 2016-cı ildə, Fariq onlara qaynı Rəşadla birlikdə “Bina Ticarət Mərkəzi”ndə 5-ci sırada yeni ofis açdığını, fəaliyyətini orada davam etdirəcəyini bildirmişdir. Onlarla Fariq arasında o qədər etibarlı münasibətlər yaranmışdır ki, hətta Fariq onun anasına “ana” deyə müraciət etmiş, ailə üzvlərindən birinə çevrilmişdir. Fariqlə bütün pul köçürmələrində hər hansı bir maniyə, problem yaranmamış, aralarında tam etibarlı, dost münasibətləri yaranmışdır. Fariqlə o, iman əhli olduqlarından birgə dini ibadətlər icra etmələri onları daha da yaxınlaşdırmışdır. Təxminən 2018-ci ilin iyun ayının əvvəllərində Fariq ona vatsap nömrəsinə zəng edərək bildirmişdir ki, “Sən həmişə Türkiyəyə pul köçürməsi edirsən. Bəzən sən məndən pul köçürməsini xahiş edərkən, Türkiyədə hazır pulum olmur, ona görə sən qabaqcadan 60 min ABŞ dolları verə bilərsən, sənə lazım olduqda İstanbuldan dediyim ünvandan gedib götürərsən” və bu sözlər onu arxayın etmiş, çünki dəfələrlə əvvəllər bu qaydada Fariqə pulları Bakıda verib, İstanbul şəhərində Fariqin dediyi ünvanlardan almışlar. Həmin günün axşamı Fariq qaynı Rəşadla birlikdə Yasamal rayonu, Zərdabi küçəsinə onların yaşadıqları ünvanın qarajına gəlmişdir. Qardaşı Elxan pulu anasından götürüb binanın qarajında Fariqlə maşında olan şəriki Rəşada vermişdir. Pulların 30 min ABŞ dollarını Fariq, 30 min ABŞ dollarını Rəşad sayıb götürmüşlər. Bundan sonra 2018-ci ilin noyabr ayının əvvəlində Fariq həyat yoldaşı ilə birlikdə həmin ünvana onların evinə gəlib bu dəfə də eyni məqsədlə 40000 ABŞ dolları istəmiş, onları bir daha inandırmışdır ki, pulunuz Türkiyəyə gedəcək, sizə lazım olan kimi dərhal Türkiyədə dediyi ünvandan ala bilərsiniz. Onlar da Fariqə inanıb anasının və qardaşı Elxanın yanında 40000 ABŞ dolları pulu Fariqə vermişlər. Həmin vaxt Fariqin həyat yoldaşı maşınında oturmuşdur. Bundan əlavə 2018-ci ilin noyabr ayının axırı Fariq yenə anası Qasımova Süsənin yaşadığı Yasamal rayonu Zərdabi küçəsi ev 92a mənzil 647a-ya gəlib bu dəfə eyni məqsədlə 25000 ABŞ dolları pul istəmiş, həmin məbləği də qardaşı Elxanın və anasının iştirakı ilə Fariqə vermişlər. Fariq onlarla bir ailəli kimi olduğundan bacısı X1 evin 85000 ABŞ dolları pulunun onların sərəncamında olduğunu bilmiş, həmin məbləği də ələ keçirmək üçün 2019-cu ilin sentyabr ayının əvvəlində Fariq yenə onları inandırmışdır ki, “Onsuz da o pulu da Türkiyəyə göndərəcəksiniz. Verin mənə, göndərim Türkiyəyə, sizə lazım olanda orada götürərsiniz”. Həmin pulu da Fariq Əhmədli qəsəbəsində Məhəmməd Hadi küçəsində yerləşən mağazalarına gəlib orada qardaşı Elxanın iştirakı ilə onlardan almışdır. Beləliklə, Cavabdeh onlardan 2018-ci ilin iyun ayından 2019-cu ilin sentyabr ayına kimi olan dövrdə cəmi 210000 ABŞ dolları məbləğində pul alaraq etibardan sui-istifadə etməklə ələ kecirmişdir. O, Fariqə pullarını borca verməmiş, sadəcə mütəmadi olaraq Türkiyəyə göndərəcəyi pulları ona vermişdir ki, ona lazım olan anda dərhal pulunu Türkiyədə dediyi ünvanda ala bilsinlər. xx.xx.2021-ci il tarixli Nizami Rayon Məhkəməsinin təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsinə dair qərarından görünür ki, təqsirləndirilən şəxsin vəkili məhkəməyə təqdim etdiyi vəsatətində göstərmişdir ki, guya həmin məbləğdə pulları Cavabdeh faizlə borca vermişdir. Həmin məhkəmə prosesinə o, dəvət olunmamış, məhkəmədə onun fikrini soruşmamışlar. Məhkəmənin qərarında göstərilən fikir yanlışdır, həqiqətə uyğun deyil, bunu özünə təhqir hesab edir. O, heç bir vaxt Fariqə borc pul verməmişdir. Fariqin buna ehtiyacı da olmamış, ona dövriyyəsinin 450 min ABŞ dolları, qaynı Rəşadın da 1 milyon 500 min ABŞ dolları dövriyyəsi olduğunu bildirmişdir. Dinimizin hökmüne görə “Sələm verib almaq kəbə evində insanın öz yaxını ilə zina etməyə bərabər günahdır”. O, bunu bilmiş və heç kimə heç vaxt faizə pul verməmiş, nə də almamışdır. Həmin pulun Fariqin hər hansı bir şəxsi maraqları üçün istifadə etməsinə heç bir vaxt razılıq verməmişdir. Biznes işindən başı çıxan adam kimi bilmişdir ki, dövriyyədə olan pulu dövriyyədən çıxarıb kiməsə ev, maşın almağa borc verməzlər. 2019-cu ilin sentyabr ayının sonunda o, Türkiyədə olarkən malın pulunu ödəməyə təcili 30000 ABŞ dolları lazım olmuş, o, Fariqə vatsapla zəng edib, həmin məbləğdə pulu haradan, hansı ünvandan ala biləcəyini soruşmuş, Fariq isə hazırda pulu çatdıra bilməyəcəyini bildirmiş, müxtəlif bəhanələr gətirmiş, onda olan 210 min dollarının Çində olduğunu bildirmişdir. Həmin pulu dövriyyəyə buraxdığını demişdir. O, hiddətlənmiş, onun pulunu ondan xəbərsiz, hansı səbəbdən öz məqsədilə istifadə etdiyini soruşmuşdur. Fariq yalvarmağa başlamış, “Ölüm ayağının altında, sən Allah mənim problemimi anana və Elxana demə, 30 min ABŞ dollarını başqa yerdən təşkil elə, bilməsinlər mənim problemim olduğunu” demişdir. O da, məcbur olub dostu Samirə zəng etmiş, Samirdən 30000 ABŞ dolları borc istəmiş, Samir həmin məbləği ona verəcəyini bildirmiş, Muqbilov Samir (**********) yaşadığı ünvana gəlib qardaşı Elxana 30 min ABŞ dolları gətirmişdir. Elxan da anası ilə birlikdə Nizami rayonunda yerləşən “Oskar” şadlıq sarayının yanına gedərək həmin məbləği aparıb Fariqə vermiş və təcili Türkiyəyə göndərməsini demişlər. Lakin Fariq həmin 30000 ABŞ dollarını da Türkiyəyə köçürməmiş, təkrarən ələ keçirmişdir. O, məcbur olub malı nisyə almış, bu barədə qaiməni təqdim edə bilər. Bakıya qayıdandan sonra əmin olmuşdur ki, Fariq onu aldatmış və pulu tələb etmək fikrinə düşmüşdür. Buna görə də gələn kimi Fariqlə görüşüb bir neçə dəfə pulunu ona təcili olaraq qaytarılmasını tələb etməyə başlamışdır. Fariq sıxıntıları olduğunu, noyabr ayına kimi səbr etməsini demişdir. Lakin Fariq pulunu qaytarmamış, yenə də zəng etdikdə Fariz restoran açdığını, təmir işləri apardığını, bir az gözləməsini demiş, restoranın açılışına xx.xx.2019-cu ildə onu da qardaşı ilə birlikdə çağırmışdır. O və qardaşı Elxan Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Səfa” restoranına getmişlər. Həmin restoranın “İnstaqram” sosial şəbəkəsindən götürülmüş şəklini təqdim etmişdir. Orada Fariq pul köçürmə biznesindən uzaqlaşdığını, yeni restoran şəbəkəsi açdığını və onları da bu işə şərik etmək istədiyini demişdir. Restoranın təmirini görəndə şoka düşmüşdür. Çünki cox bahalı tərmir aparılmış, avadanlıqlar alınmışdır. Fariq özü yalnız avadanlığa 70-80 min ABŞ dollan pul xərclədiyini demişdir. Aşağıda dayanmış son model yeni Qalenvaqen avtomobilini göstərib, qaynı Rəşad üçün alındığını bildirmişdir. O, bunları görəndə Fariqdən onların pullarının harada olduğunu, nə zaman qaytaracağını soruşmuşdur. Fariq isə bundan başqa digər böyük işləri olduğunu, narahat olmamağı, pullarını yanvarın əvvəli qaytaracağını söyləmiş, “Həcc ziyarətinə gedin, qayıdın, qaytaracam” demişdir. Lakin onlar Fariqlə heç bir şərikli iş qurmaq niyyətində olmadıqlarını və pullarını tam şəkildə 2020-ci ilin yanvar ayının əvvəlinə kimi qaytarmağını tələb etmişlər. Yanvar ayında həcc ziyarətindən qayıtdıqdan sonra bir daha zəng etmiş və pulun göndərilməməsinin səbəbini Fariqdən soruşmuşdur. Fariq onların evinə gələcəyini demişdir. O, Fariqi gözləyərkən Fariqin oğlu zəng etmiş, atasının axırıncı dəfə onunla danışıb və yoxa çıxdığını demişdir. Qayıdandan sonra bilmişdir ki, Fariq Qubaya getmiş, güya orada intihar etmək istəmiş, yəni şou düzəltmişdir ki, onlar qorxub Fariqdən halal pullarını tələb etməsinlər. Fariq pulunu Türkiyəyə göndərməməsinə görə Türkiyədə sahibkarlara onun 150 min ABŞ dolları borcu yaranmışdır. Əlavə 30 min dollar da Samirə borcu olmuşdur. Fariqin üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmayaraq, bu yaranmış etibardan sui-istifadə edərək, onun əmlakını əvəzsiz olaraq ələ keçirməsi, uzun müddət ərzində onlara yalanlar söyləyərək, müxtəlif bəhanələr və yalan vədlər verərək, onların pullardan istifadə edərək özünün digər məqsədlərinə xərcləyəcəyi onların ağlına belə gəlməmişdr. Belə ki, Fariq “Ag şəhərdə” həyat yoldaşının adına özünə yeni tikilidə ev almış, yoldaşına KİA markalı avtomaşın almış, qaynı Rəşada Mersedes-Qalinvagen markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobili 255 min ABŞ dollarına almış, Yeni Günəşli qəsəbəsində "Səfa" adlı restoranı icarəyə götürüb təmir edib pul qazanmışdır. 2018-cı ildən bu günə qədər, Fariq və Rəşad 240 min dollar pul vəsaitini, dələduzluq yolu ilə əldə etmişlər. Onlar bu müddət ərzində həmin əmlakın geri qaytarılmasını ehtimal edərək, dəfələrlə Fariqlə görüşüb Fariq və Rəşada müraciətlər etmələrinə baxmayaraq, onlara dəymiş zərəri geri qaytarmaq niyyətində olmadıqları, öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmədiklərini görüb hüquq mühafizə orqanlarına müracət etmişlər. Onu da qeyd etmişdir ki, Fariqin onları mütəmadi aldatdığını bilib, məcbur olub səs yazısını yazmışdır. Həmin səs yazılarını təqdim etmişdir. Belə ki, xx.xx.2020-ci ildə Fariq anasının yaşadığı evə gəlmiş, onların anasının evi ilə bir mərtəbə fərqi var, eyni blokda yaşayırlar. Fariq ondan aldığı pulları etiraf etmiş, maliyyə vəziyyətinin ağır olduğunu bildirib, 1 ay möhlət istəmiş, bacısının pulunu martın əvvəli, digərini isə, qayınatası Ərgürşadın Buzovnada yerləşən 1 hektar torpağını, özünün isə Ağ Şəhərdə, yoldaşının adına aldığı 5 otaqlı evi satıb verəcəyini demişdir. Bunları da etməmişdir. Aldatmışdır. Bundan sonra o, qardaşı ilə Fariqin restoranına getmiş, orada Ərgüşadla oturub söhbət etmişlər. Fariq yenə yalan vədlər vermiş, torpaq satacağını bildirmişdir. Lakin Ərgüşad “O, torpaqda gözün olmasın, onun başqa borcları da var, sənə cəmi 10-15 min verəcəyəm” demişdir. O, tam əmin olmuşdur ki, pulu qaytaran deyillər. Telefonlarına cavab verməmiş, onları bloka atmışdır. O da, məcbur olub, 2021-ci ilin iyul ayında Xətai rayon prokurorluğuna müraciət etmişdir. Ərizəni yazmaqda ona kömək edilməsini xahiş etmiş, vəkili olmamışdır. Fariq cəzadan canını qurtarmaq üçün, onun güya faizə pul verdiyini bildirmişdir. O isə üzləşmə zamanı Fariqi ifşa etmişdir. Qeyd etmişdir ki, istintaq orqanı uzun müddətdir ki, işi tamamlamamış, bir orqandan digərinə qöndərmiş, süründürmüşdür. Fariqin həbsdən azad olmasını isə 3 ay 6 gün sonra bilmişdir. Yəni işin gedişatı barəsində ona heç bir məlumat verilməmişdir. Bu hallar isə onun hüquqlarını pozmuş, cəzasızlıq mühiti yaratmışdır. Əlavə suallara cavab olaraq, ilkin olaraq Xətai rayon prokurorluğunda ərizə və izahat verərkən, sonradan Xətai RPİ-də və Nizami RPİ-də cinayət işinin istintaqı zamanı verdiyi ifadələrlə hazırki verdiyi ifadə arasında olan ziddiyyətləri izah edərək bildirmişdir ki, həmin vaxt müdafiəçisi olmamış, ona görə Xətai rayon prokurorluğunda adını unutduğu prokuror koməkçisindən ona ərizə və izahat yazmağa kömək etməsini xahiş etmişdir. Həmin vaxt dedikləri düzgün qeyd edilməmişdir. Hazırda verdiyi ifadə tam həqiqətə uyğundur. Cavabdeh ondan 2018-ci ilin iyun ayından 2019-cu ilin sentyabr ayına kimi olan dövrdə aldığı cəmi 210000 ABŞ dolları məbləğində puldan 2018-ci ilin iyun ayından 2019-cu ilin sentyabr ayına kimi pul ehtiyacı olmadığı üçün gedib Türkiyə Respublikasından pul götürməmişdir. 2019-cu ilin sentyabr ayında Fariqdən pulu haradan götürəcəyini soruşduqda Fariq ona pulların Çin Respublikasında olduğunu demişdir. Qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək dindirilmiş Cavabdeh ona CM-in 178.3.2-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, 2014-cü ildən 2017-ci ilə kimi qayınatasının qardaşı Həmzənin yanında paltar mağazasında satıcı kimi işləmişdir. İddiaçı təxminən 2012-ci ilden tanıyır. 2017-ci ilin əvvəllərindən Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən “Binə Ticarət Mərkəzi”nin 1-ci sırasında icarəyə ofis götürüb ticarətlə məşğul olan bazar işçilərinin pul köçürmələrini həyata keçirmişdir. Bazar işçiləri Türkiyə və Çindən mal gətirmək üçün pul köçürmək məqsədilə ona müraciət edərək malın qiymətinə uyğun pul vermiş və pulun köçürülməsi üçün puldan 1 faiz tutaraq gəlir əldə etmişdir. Bundan sonra xaricdə olan tanışları ilə əlaqə saxlayıb köçürülmüş pulu lazımı şəxslərə təhvil vermişdir. 2017-ci ildən başlayaraq ticarət mərkəzində paltar dükanları olan Elxan və İmran qardaşları da Türkiyə Respublikasındakı mal sahibinə pul göndərmək üçün ona müraciət etmişdir. Həmin vaxtdan aralarında yaxın münasibətlər yaranmışdır. 2017-ci ildən başlayaraq o, İmran və Elxanın yaşadıqları Bakı şəhəri Yasamal rayonu H.B.Zərdabi küçəsindəki evlərinə gedib-gəlmiş, anası Süsənlə tanış olmuşdur. Onların dindar, Allaha yaxın, mömin ailə olduqlarını bilmişdir. Özü də söhbət zamanı 6 dəfə Kərbəla ziyarətində olduğunu onlara danışmış, anasına ana demiş və yaxın münasibətləri yaranmışdır. Bu kimi münasibətləri olduğundan o, İmranın Türkiyəyə göndərmək istədiyi pulları bəzi hallarda telefonda məbləğini deyib pulu öz hesabından göndərmiş və sonra onlardan pulu almışdır. Həmin vaxt əlində xeyli miqdarda pullar olmuşdur. Belə ki, o, yaşadığı ünvan 6 ünvanında olan evini satmış, əlində maya kimi istifadə etmişdir. O, pul köçürmələrdə hər 100000 ABŞ dollarından 3500 ABŞ dolları qazanc əldə etmişdir. Hərdən də bazarda olan sahibkarlara faizə pullar verib qazanc əldə etmişdir. Özü də vergi ödəyicisi olmuşdur. İmran pul göndərəndə ondan alınan köçürmə haqqından qazanc olduğunu, onun fərasətli olduğunu görüb ona təklif etmişdir ki, ona 100000 ABŞ dolları məbləğində pul versin və o, ayda İmrana 3000 ABŞ dolları versin. İmran bildirmişdir ki, pulu evdə hərəkətsiz qalıb, verim işlət, mənə də qazanc ver. O isə, ayda 2500 ABŞ dolları verə biləcəyini demişdir. Çünki 500 ABŞ dolları da ona qalmalı idi. Sonra İmran onunla razılaşmışdır. Buna görə də, 2017-ci ilin təxminən iyun ayının ortalarında İmranın yaşadığı Bakı şəhəri Yasamal rayonu H.B.Zerdabi kopasi ev 92A-epvanının alt hissəsində yerləşən avtomobil qarajında İmrandan qardaşı Elxanın yanında 100000 ABŞ dolları məbləğində pul almış və həmin pulun qarşılığında razılaşdıqları kimi İmrana aylıq olaraq 2500 ABŞ dolları pul verməyə başlamışdır. Her ayın 30-31-i o, İmranın ona verdiyi pulun müqabilində əldə etdiyi qazancı İmrana vermişdir. Ele olmuşdur ki, 30-31-i o, İmranın pulunun faizini verməyəndə ayın 1-i ona zəng edib pulu soruşmuşdur. O, pulun faizini çox vaxt Binə bazarında olan mağazasında İmranın özünə və anasının yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsi ev 92a mənzil 247a saylı mənzildə anası Süsən mamaya vermişdir. O, İmranın anasına mama demişdir. Bu minvalla 4-5 ay İmranın ona verdiyi 100000 ABŞ dolları pulun müqabilində hər ay 2500 ABŞ dolları olmaqla təxminən 12500 ABŞ dollar faizini tam olaraq ödəmişdir. Lakin pulun əsas mayası, yəni 100000 ABŞ dolları onda qalmışdır. Bundan sonra ona 25000 ABŞ dolları pul lazım olduğu üçün 2017-ci ilin noyabr ayının sonlarında İmrana müraciət edərək əlavə pul verməsini istəmişdir. İmran da ona pul verə biləcəyini bildirdiyi üçün həmin gün İmranın anası Süsənin yaşadığı Bakı şəhəri Yasamal rayonu H.B.Zərdabi küçəsi ev 92A mənzil 247a saylı mənzilə getmiş, orada İmran 25000 ABŞ dolları pulu anası Süsənin və qardaşı Elxanın yanında ona vermişdir və onun ümumilikdə İmrana 125000 ABŞ dollan pul verəcəyi olmuşdur. Razılaşdıqlan kimi İmranın verdiyi 125000 ABŞ dollar pula görə aylıq olaraq 3500 ABŞ dolları pul ödəməli olmuşdur. Bu şərti İmran qoymuşdur. O, iki ay 3500 ABŞ dolları olmaqla 2017-ci ilin dekabr və 2018-ci ilin yanvar ayında İmrana 210000 ABŞ dolları pul verəcəyi olmuşdur. Həmin pulun müqabilində İmran ondan 6000 ABŞ dolları pul alacağını demişdir. O isə, İmrana 6000 ABŞ dolları çox olduğunu, ona 5500 ABŞ dolları verəcəyini bildirmişdir. Onlar razılaşmışlar. Razılaşdıqları kimi İmranın ona verdiyi 210.000 ABŞ dollar pula görə aylıq olaraq 5500 ABŞ dolları pul ödəməyə başlamışdır. 2019-cu ilin iyul ayına qədər hər ay 5500 ABŞ dolları olmaqla, 17 ay, ümumlikdə İmrana 93500 ABŞ dolları pul ödəmişdir. Bir müddət sonra təxminən 2019-cu ilin iyul ayında ona yenidən pul lazım olduğu üçün İmranla əlaqə saxlayıb əlavə olaraq 30.000 ABŞ dolları pul verməsini və həmin pula görə də ona aylıq olaraq pul verəcəyini bildirmişdir. İmran ona Türkiyə Respublikasında olduğunu bildirib pulu qardaşı Elxanın gətirəcəyini demişdir. Həmin gün Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən “Oskar” şadlıq evinin qarşısında Elxanla görüşüb 30000 ABŞ dolları pulu almışdır. Həmin vaxt Elxan anası Süsənlə birlikdə gəlmişdir. Artıq onun İmrana 240000 ABŞ dolları pul verəcəyi yaranmış və həmin pula görə İmrana aylıq olaraq 6.500 ABŞ dolları pul verməli olmuşdur. Həmin pulu da hər ay İmrana verməyə başlamışdır. Təxminən 2020-ci ilin yanvar ayı da daxil olmaqla hər ay 6500 ABŞ dolları olmaqla 7 ay, ümumilikdə İmrana 45500 ABŞ dolları faiz ödəmişdir. Hər ay İmrana pulu özü görüşüb vermişdir. Təxminən 2 ya 3 dəfə isə özü şəxsi işləri ilə əlaqədar rayonda olan zaman və ya bazarda olmadığı üçün baldızı oğlu Zabil də İmrana olan faiz borclarını aparıb vermişdir. O, pulları adətən İmranın anası Süsənə vermişdir. Bir neçə dəfə isə pul İmranın işlətdiyi Bakı şəhəri Nizami rayonu 8-ci km qəsəbəsində yerləşən “Lotos ticarət mərkəzi”nin yaxınlığında olan mağazasında İmranın özünə vermişdir. Bundan əlavə bir neçə dəfə isə İmranın qardaşı Elxanın “Əhmədli” metrostansiyasnın yaxınlığında işlətdiyi mağazada şəxsən Elxanın özünə vermişdir. O, ümumilikdə onlara 155000 ABŞ dolları pul faiz olaraq ödəmişdir. Əlavə suallara cavab olaraq bildirmişdir ki, bazarda ofis açmış, həmin ofisdə köçürmə ilə məşğul olmuşdur. Əvvəllər ticarətlə məşğul olan zaman Türkiyədə tanış olduğu Şahin adlı Türk vətəndaşına zəng edib xahiş etmiş, Şahin onun dediyi adama Türkiyədə dediyi məbləği vermiş, o da, burada pulu Şahinin dediyi adamlara vermişdir. Şahin də orada pul qazanmışdır. Təxminən 4-5 aydan sonra o, ofisi bağlamış, pul köçürmələri azalmış və səyyari faizə işləməyə başlamışdır. Hərdən da köçürmə etmişdir. Sonradan bu iş zəiflədiyi üçün əlaqələri kəsilmişdir. İmrandan pul almağı barədə və ona pul qaytarmağı barədə özünə məxsus kompyuterdə qeydlər aparmış, lakin həmin kompüteri satdığı üçün həmin qeydlər silinmişdir. İmran pulları ona verən zaman yanlarında yalnız İmranın anası Süsən və qardaşı Elxan olmuşdur, başqa heç kim olmamışdır. İlkin və sonrakı ifadələrində heç vaxt Bakı şəhəri Xətai rayonu “Ağ şəhər” adlanan ərazidə İmrandan pul aldığını deməmişdir. Həmin ifadələr yazılmış, o isə, imza etmişdir. Pulun harada alınıb verilməsinin əhəmiyyətli olmasını düşünüb fikir verməmişdir. Hazırda o, tam olaraq həqiqəti deyir. Onun Xətai rayonu ərazisində pul aldığı yalandan quraşdırılmışdır. İddiaçı aldığı 240000 ABŞ dolları pulu “Binə” və “Sədərək” bazarlarında işləyən sahibkarlara faizə vermişdir. Son dövrlərdə, yəni pandemiya başlayandan, 2020-ci ilin yanvar və fevral ayından faizə verdiyim pulları yığa bilməmiş, "Sədərək" bazarlarında işləyən Nəriman adlı elektrik avadanlıqları satan şəxsə 160000 ABŞ dolları, “Binə” bazarlarında İşləyən Zaur adlı əl çantası satan şəxsə 80000 ABŞ dolları pulu ala bilməmişdir. Həmin pullar hələ də Nəriman və Zaur adlı şəxslər tərəfindən qaytarılmamışdır. O, həmin şəxslərdən pulunu dəfələrlə tələb etmiş, lakin hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Çünki bazar sistemində hər kəsin hər kəsə borcu olur. Onlar da borclarını işləyib verəcəklərini demişlər. Çünki onlar vaxtında verdiyi pulların faizlərini mənə vermişlər, o da, İmrana ödəmişdir. Qazancını da özünə xərcləmişdir. O, fikirləşmişdir ki, onlardan şikayət etsə onlara verdiyi borc pulun üzərindən xətt çəkəcəklər. Bilmişdir ki, onlar da alverdə iflasa uğramışlar. İmrandan aldığı pullardan başqa özünün şəxsi pulları da olmuşdur. Ümumilikdə əlində 300000 ABŞ dollar pul olmuşdur. O, Nəriman və Zaurdan başqa “Binə” bazarında işləyən Hacı Samir və Vüqar adlı şəxslərə də pul vermiş, onlar da işlədiyi müddətdə həmişə verdiyi pulun müqabilində faizlərini ödəmişlər. Sonradan əsas pulu da qaytarmışlar. Hazırda ona heç bir borcları yoxdur. İşlədiyi müddətdə ayrı-ayrı şəxslərdə xırda-xırda məbləğlərdə pulları batmışdır. Alacaqları təkcə Nəriman və Zaurda qalmışdır. Həmin şəxslər də pulunu qaytarsalar, İmrana olan borcunu qaytara bilər. Əlavə suallara cavab olaraq bildirmişdir ki, İddiaçı aldığı 240000 ABŞ dollarının əsas hissəsindən İmrana ödəməmiş, İmrana ancaq 155000 ABŞ dolları faiz ödəmişdir. Əsas pulunu hələ də borcludur. Faizə pul verdiyini bazarda çox adam bilmişdir. Konkret olaraq İmrandan faizə vermək məqəsdilə pul aldığını heç kim bilməmişdir. İmran özü də kiməsə bildirməyini istəməmişdir. Pulu ona verəndə elə vermişdir ki, ailə üzvlərindən başqa heç kim bilməsin. Elə vaxtlar olub ki, ona 20000 və ya 30000 ABŞ dolları pul lazım olduqda bir aylıq İmrandan götürüb, sonra aparıb faizi ilə birlikdə qaytarmışdır. İddiaçı ifadəsində pul göndərmək lazım olanda pulunu Türkiyəyə göndərərkən faiz almadığı üçün ona 240000 ABŞ dolları məbləğində pul verdiyini, heç vaxt əldə etdiyi qazancdan İmrana vermədiyi barədə bildirməsinə cavab olaraq qeyd etmişdir ki, İmran onun vasitəsi ilə 2-3 dəfə pul göndərmişdir. 50000 ABŞ dolları pul göndərəndə 500 ABŞ dolları faiz alınmışdır. Həmişə də İmrandan göndərdiyi pulun faizini almışdır. İmran ticarətçidir, xeyiri olmasa, ondan aldığı borc pulu və ya gəlir əldə etmək üçün verdiyi puldan qazancı olmasa ona heç vaxt bir manat da verməzdi. O, İmranın verdiyi 100000 ABŞ dolları məbləğində pulun qarşılığında xeyir verməsə, İmran ona yenidən heç vaxt pul verməyi təklif etməzdi və verməzdi. Hətta qazancının yaxşı olduğunu görüb, mənzilini də satıb ona verməzdi. İddiaçı ona verdiyi 8.000 ABŞ dolları pulun bacısına məxsus olduğunu deməmişdir. İmranın imkanı çox yaxşı olmuşdur. Ona vermək üçün bacısının evini satmağa ehtiyacı olmamışdır. O, İmrana xeyir vermirdisə, nəyə görə bacısının evinin pulunu ona verirdi. O, İmranla təkbətək söhbət edəndə həmişə etiraf edib ki, o, İmrana 155000 ABŞ dolları xeyir vermişdir. Onlar bir dəfə Yeni Günəşli qəsəbəsində olan restoranda görüşən zaman da İmran onun 155000 ABŞ dolları xeyir verdiyini etiraf etmişdir. İmran onu da qeyd etmişdir ki, “Onun bura nə dəxli var. Mənim əsas pulumu qaytarsın. Həmin görüş zamanı onun qaynatası Ərgüşad da yanlarında olmuşdur. İmran da qardaşı Elxan ilə gəlmişdir. O da, İmrandan vaxt istəmişdir ki, ona borclu olan şəxslərdən alıb və özü də işləyib İmranın pulunu qaytarsın. İmran da pulun ona hissəhissə lazım olmadığını, pulunu bütöv verməsini demişdir. Həmin vaxt İmran açıq edib getmiş və ona hədə qorxu gələrək “Gör mən sənə nə edəcəm” demişdir. İmran ifadəsində yalan demişdir. Belə ki, heç vaxt İmran ona pul verəndə nə Rəşad, nə də Esmira onun yanında olmamışdır. İmran onun qaynı Rəşad, qaynatası Ərgüşadın adını hallandıraraq onun İmrana olan borcunu ödəmələrini istəyir. Lakin hazırda ailə problemi yarandığından onun İmrana olan borcunu ödəməyə kömək etmək belə fikirləri yoxdur. Həm də buna maddi imkanları yoxdur. İmran vaxtında onların imkanlı olduğunu bilmişdir. Qərardan həmçinin görünür ki, istintaq materiallarından göründüyü kimi, Cavabdeh Bakı şəhəri Qaradağ rayonu “Binə” Ticarət Mərkəzində ticarətlə məşğul olan şəxslərə biznesə yatırmaq üçün müxtəlif məbləğlərdə pul verərək əldə olunmuş gəlirin bir hissəsini götürmüşdür. Həmin ticarət mərkəzində 6-cı sıra, 1-ci korpus, 60 nömrəli mağazada qadın paltarları satışı ilə məşğul olan İddiaçı da Cavabdeh qeyd olunan biznesə yatırması və gəlir əldə etmək məqsədi ilə 2018-ci ilin iyun ayından başlayaraq xx.xx.2019-cu il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə olmaqla ümumilikdə 240000 ABŞ dolları, yəni 408000 Azərbaycan manatı ekvivalentində pul vermişdir. Cavabdeh İddiaçı ona verdiyi pulları da dövriyyəyə buraxaraq hər ay müxtəlif məbləğlərdə olmaqla ümumilikdə İddiaçı 155000 ABŞ dolları gəlir vermiş, lakin pandemiya ilə əlaqədar ticarətdə yaranmış çətinliklər səbəbindən İddiaçı ona verdiyi 240000 ABŞ dollarını qaytara bilmədiyindən tərəflər arasında narazılıq yaranmışdır. Cavabdeh ilə İddiaçı arasında birgə kommersiya fəaliyyəti nəticəsində yaranmış narazılıq mülki xarakterlidir və dələduzluq kimi qiymətləndirilə bilməz. Cavabdeh vəkili Vəkil2 məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək bildirmişdir ki, hazırki iş üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, iddiaçı həm iddia ərizəsində, həm də məhkəmə iclasında qeyd etmişdir ki, cavabdehlə aralarındakı razılaşmaya əsasən iddiaçının tələb etdiyi anda cavabdeh ondan aldığı pulu qaytarmalı idi. İddiaçı yenə həm iddia ərizəsində, həm də məhkəmə iclasında qeyd etmişdir ki, o cavabdehdən 2020-ci ilin yanvar ayında pulun qaytarılmasını tələb etmişdir. Cavabdeh ondan 2021-ci ilin mart ayına qədər möhlət istəmiş, həmin tarixədək pulu qaytaracağını bildirmişdir. Göründüyü kimi tərəflər öhdəliyin icrası anını tələb etmə anı kimi müəyyənləşdirsələr də, sonradan hər ikisinin razılığı ilə öhdəliyin icra edilməsi üçün cavabdehə müddət verilmişdir. MM-in 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Göründüyü kimi hazırki iş üzrə iddia müddəti məhz 2021-ci ilin mart ayında başlamışdır. İddiaçı isə xx.xx.2024-cü ildə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, hazırkİ iş üzrə iddiaçı iddia tələbini irəli sürmək üçün 3 illik iddia müddətini ötürmüşdür. Qeyd edilənlərə əsasən iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri həddində qətnamənin mübahisələndirilən hissədə qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı üçün iddia müddəti cavabdehə verdiyi pulun qaytarılmasını tələb etdiyi tarixdən, yəni 2020-ci ilin yanvar ayından başlamışdır. İşin materiallarından da görünür ki, iddiaçının mövcud iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə verilmişdir. Buna görə də, iddiaçı mövcud iddia ərizəsi tələbi ilə məhkəməyə müraciət edənədək göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. ayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Odur ki, bu xarakterli mübahisələrə baxılarkən tərəflərin söykəndikləri əqdin hüquqi nəticə yaradıbyaratmaması müəyyən edilməlidir. Əqdin hüquqi nəticə doğurması onun etibarlı olmasından asılıdır. Əqd etibarsız olduqda isə tərəflər üçün hüquq və öhdəlik əmələ gətirmir (Mülki Məcəllə, maddə 337.4). Göründüyü kimi, iddiaçı 240000 ABŞ dolları məbləğində pulun cavabdehə borc olaraq verilməsinə dair yazılı formada müqavilə bağlanmamışdır. Məhkəmə araşdırılması zamanı qeyd edilən iddiaçı tərəfindən 240000 ABŞ dolları məbləğində pulun cavabdehə verilməsi ilə bağlı bağlanmış göstərilən şifahi borc müqaviləsinin qanunvericiliyin göstərişlərinə zidd olaraq bağlandığı müəyyən edildiyindən həmin müqavilə əhəmiyyətsiz əqddir. Buna görə də, qeyd edilən şifahi müqavilə mübahisələndirilmədən, məhkəmə qərarından və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan əqddir. Belə olan halda, tərəflər arasında müqavilə münasibətləri mövcud olmamışdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən cavabdeh 240000 ABŞ dolları məbləğində pulu iddiaçıdan hər hansı bir qanuni əsas və müqavilə əsası olmadan aldığından cavabdeh əsassız varlanmışdır. Göründüyü kimi, tərəflər arasında müqavilə münasibətləri olmadığından iddia tələbi əsassız varlanma ilə bağlıdır, yəni qeyd edilən hissədə iddia tələbi müqavilə tələbləri üzrə deyildir. Buna görə də, bu münasibətlərə müqavilə tələbləri üzrə olan 3 illik iddia müddəti şamil edilə bilməz. Odur ki, hazırkı mübahisə üzrə əsassız varlanma ilə əlaqədar müddət şamil edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia müddəti keçdiyindən iddia müddətinin axımının kəsilməsi halları müəyyən edilmədiyindən, iddia müddətinin bərpası üçün əsas olmadığından və cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən iddia rədd olunmalıdır. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Beləliklə, iddiaçının apellyasiya şikayətində göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Nəzərə alınmalıdır ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Məhkəmə tərkibi qeyd edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal və əsassız dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumu iddia müddətinin tətbiq edilməsi barədə iradəsinin ifadə olunması üçün tərəfin məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişinin mövcud olmasını tələb edir. Hazırkı işdə də cavabdehin hazırkı iddia tələbinin rədd edilməsi barədə iradə ifadəsini özündə əks edirən iddia müddətinin tətbiqinə dair ərizəsi vardır. Orada hazırkı tələbə əsassız varlanma deyil, müqavilə tələbləri üzrə iddia müddətinin tətbiqini göstərməsi heç də həmin ərizənin nəzərə alınmaması barədə düşümnməyə əsas verə bilməz. Bu zaman məhkəmə tərkibi onu da qeyd etməyi zəruri hesab edir ki, hüquq tətbiqetmə səlahiyyətinin məhkəməyə məxsus olduğu halda qeyd edilən ərizənin tətbiq edilməməsi adıçəkilən prinsipin mahiyyətinə də xələl gətirərdi. Bundan başqa, qeyd edilməlidir ki, iddiaçının məhkəməyədək müxtəlif orqanlara müraciət etməsi hazırkı tələb üzrə iddia müddətinin dayanması və kəsilməsinə səbəb ola bilməz. Beləliklə, məhkəmə tərkibi iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, şikayətin təmin edilməsi və Şirvan Kommersiya Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli 2-2(121)-2416/2024 saylı qətnaməsinin ləğv edilməsi üçün konkret əsaslar müəyyən edilmir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 386, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli 2-2(121)-2416/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, o, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-36/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-36/2025
11.03.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver