Məhkəmə qərarları › İş №2-2(106)-39/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-39/2023

17.05.2023 · Torpaq mübahisələri - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-39/2023 17.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 Cavabdeh qarşı “cavabdehin zəbt etdiyi bələdiyyəyə məxsus torpaq sahəsindən çıxarılması və s.” tələbi ilə bağlı mülki iş üzrə Açar sözlər : torpaq sahəsindən çıxarma X6 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi İddiaçı2, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı1 Cavabdeh qarşı cavabdehin zəbt etdiyi bələdiyyəyə məxsus torpaq sahəsindən çıxarılması və s. tələbinə dair mülki işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2-2(121)-112/2022 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı İmişli rayonu, Məzrəli Bələdiyyəsi Cavabdeh qarşı iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin zəbt etdiyi İddiaçı1nə məxsus torpaq sahəsindən çıxarılması, həmin ərazidə inşa etdiyi quyunun öz hesabına ləğv edilməsi və torpaq sahəsi ilə bağlı qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı1nə məxsus Xubyarlı kəndi ərazisində Biləsuvar döngəsinin sağ hissəsində Aranlı kənd sakini Cavabdeh işlətdiyi "Qardaşlar" yeməkxanası fəaliyyət göstərir. Yeməkxananın sol tərəfində cavabdeh tərəfindən Məzrəli bələdiyyəsinə məxsus boş sahə zəbt edilmiş, orada dərin quyu qazılmış, üzərinə beton plitə qoyularaq yeməkxananın mətbəxinin suyu və yağış suları həmin quyuya axıdılır. Həmin sahə Cavabdeh tərəfindən qeyri-qanuni tutulmuş, zəbt olunmuş torpaq sahəsinin bələdiyyəyə qaytarılması, quyunun doldurulması tələb edilsə də o, bundan imtina etmişdir. Cavabdeh həmin torpaq sahəsindən qanunsuz olaraq istifadə edir. Cavabdeh dəfələrlə zəbt etdiyi İddiaçı1nə məxsus torpaq sahəsindən çıxarılması, həmin ərazidə inşa etdiyi quyunun öz hesabına ləğv edilməsi və torpaq sahəsi ilə bağlı qanunsuz hərəkətlərinə son qoyulması tələb edilsə də buna məhəl qoymamışdır. Ona görə də məhkəməyə müraciət edilmişdir. İmişli Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(036)-104/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh İddiaçı1nə məxsus İmişli rayonunun Xubyarlı kəndi ərazisində, İmişli-Biləsuvar döngəsinin sağ hissəsində yerləşən 0.22 ha torpaq sahəsi üzərində inşa edilmiş qeyri- yaşayış binasının sol tərəfində üzəri beton örtüklə örtülmüş, çirkab suları axıdılan quyunun yerləşdiyi torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində yerləşən üzəri beton örtüklə örtülmüş, çirkab suları axıdılan quyunun doldurularaq torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatına sərf edilmiş 50 (əlli) manat ekspertiza xərcinin iddiaçı İmişli rayonu, Məzrəli Bələdiyyəsi və Cavabdeh bərabər qaydada tutulub X1 hesabına ödənilməsi, iş üzrə mütəxəssis rəyinin təqdim olunmasına görə hesablanmış 70,60 (yetmiş manat altmış qəpik) manat məbləğində xərc iddiaçı İmişli rayonu, Məzrəli Bələdiyyəsi və Cavabdeh bərabər qaydada tutulub Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına (Benefisiarın bankı: KapitalBank ASC-nin Xətai filialı,Filialın kodu: 200071, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, müxbir hesabı: AZ37NABZ********************,Benefisiarınhesabı:AZ23AİİB********************, VÖEN: **********) ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2021-ci il tarixli, 2(106)-2418/2021 saylı qərardadı ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, İmişli Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(036)-104/2021 saylı qətnaməsi ləğv edilmiş, iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı İmişli rayonu, Məzrəli Bələdiyyəsinin nümayəndəsi İddiaçı2 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iştirak etməmişdir. Şirvan Kommersiya Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2-2(121)-112/2022 saylı qətnaməsi ilə iddia təmin olunaraq, Cavabdeh İddiaçı1nə məxsus İmişli rayonunun Xubyarlı kəndi ərazisində, İmişli-Biləsuvar döngəsinin sağ hissəsində yerləşən 0.22 ha torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış binasının sol tərəfində üzəri beton örtüklə örtülmüş, çirkab suları axıdılan quyunun yerləşdiyi torpaq sahəsindən çıxarılması, Cavabdeh tərəfindən İddiaçı1nə məxsus İmişli rayonunun Xubyarlı kəndi ərazisində, İmişli-Biləsuvar döngəsinin sağ hissəsində yerləşən 0.22 ha torpaq sahəsində yerləşən üzəri beton örtüklə örtülmüş, çirkab suları axıdılan quyu doldurularaq torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi və İddiaçı1nə qaytarılması, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizalarının keçirilməsinə görə ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X3, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ

22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülməsi, iş üzrə təqdim olunmuş mütəxəssis rəyinə görə hesablanmış 70,60 (yetmiş manat altmış qəpik) manat məbləğində xərc Cavabdeh tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına (Benefisiarın bankı: KapitalBank ASC-nin Xətai filialı,Filialın kodu: 200071, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, müxbir hesabı:AZ37NABZ********************,Benefisiarınhesabı:AZ23AİİB********************, VÖEN: **********) ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsi qətnaməsinin ləğv olunmasını, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin onun mülkiyyətində olmasına dair hər hansı sənəd təqdim etmədən, birinci instansiya məhkəməsi də iddiaçinin sübyektiv hüququnun olub-olmamasını araşdırmayaraq iddia tələbini təmin etmişdir. İkincisi, Azərbaycan Respublikasi MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İddiaçının iddia tələbinə əsasən Cavabdeh zəbt etdiyi İddiaçı1nə məxsus torpaq sahəsindən çıxarilması, həmin ərazidə inşa etdiyi quyunun öz hesabina ləğv edilməsi və torpaq sahəsi ilə bağlı qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin məhkəmə iddia tələbindən kənar çixaraq Cavabdeh zəbt etdiyi İmişli rayonunun Xubyarlı kəndi, İmişli-Biləsuvar döngəsinin sağ hissəsində yerləşən 0.22 ha torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış binasının sol tərəfində üzəri beton örtüklə örtülmüş, çirkab suları axıdılan quyunun yerləşdiyi torpaq sahəsindən cixarilması, həmin torpaq sahəsində yerləşən üzəri beton örtüklə örtülmüş, çirkab sulari axıdılan quyunun Cavabdeh tərəfindən doldurularaq torpaq sahəsinin əvvəlki vəziyyətinə bərpa edilməsi və İddiaçı1nə geri qaytarması qət edilmişdir. Məhkəmə iddia tələbini təmin edərək yalnız iş üzrə ekspert rəyini əsas götürmüşdür. Belə ki, 25 oktyabr 2022-ci il tarixli, 10/5568 sayli ekspert rəyinə əsasən qeyri yaşayış binasının sol tərəfində üzəri beton örtüklə örtülmüş, çirkab suları axıdılan quyunun yerləşdiyi ərazi Məzrəli bələdiyyəsinin (keçmiş Xubyarlı bələdiyyəsi) mülkiyyətinə aid torpaq sahəsidir. Lakin həmin rəydə qeyd olunur ki, mülki iş materiallarında torpaq sahəsinə dair baza məlumatlari olmadığından, ekspert tərəfindən mütəxəssis rəyində yazılan məlumatların, baza məlumatları ilə müqayisəli tədqiqatının aparılması mümkün olmamışdır. Yəni rəy, torpaq sahəsinin kordinatlarıni nəzərə alınmadan verilmişdir. Belə olan təqdirdə həmin rəyin mötəbər sübut qismində çıxış etməsi şübhə doğurur. Məhkəmə isə həmin rəyi əsas götürərək iddia tələbini təmin etmişdir. Bundan başqa ekspertiza kecirilən zaman cavabdehin iştiraki ekspertiza zamani təmin olunmayıb. Ümumiyyətlə ekspert düzgün əraziyə baxiş kecirməmişdir. Bu səbəbdən də onun tərəfindən verilmiş rəy həqiqəti əks etdirmir və sübut qismində çıxış edə bilməz. Alternativ ekpsertiza mərkəzinin rəyinə əsasən İmişli rayon Xubyarlı kəndi ərazisində Biləsuvar döngəsinin sağ hissəsində “Qardaşlar” yeməkxanasi sol tərəfində qazılmış quyu və üzərinə beton plitə qoyulmuş ərazi Cavabdeh İsam oğlunun mülkiyyətində olan va Dövlət Reyestrində qeyd alınmış ******* saylı çıxarışda göstərilən ərazinin hüdudlari daxilindədir. Göründüyü kimi, məhkəmə tərəfindən kecirilmiş ekspertiza rəyi ilə alternatif ekspertiza tərəfindən verilmiş rəylə ziddiyyətlər mövcuddur. Halbuki, eyni üsulla və eyni qaydada ekspertiza keçirilmişdir. Belə olan təqdirdə, birinci instansiya məhkəməsi tərəfindən yeganə və mötəbər sübut qismində qəbul olunan ekspert rəyi şübhə doğurur, belə olan halda isə həmin sənəd sübut qismində qəbul oluna bilməz. Çünki, Azərbaycan Respublikasi MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlaratətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heçbir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərmişdir ki, hər bir şəxsin qanunla müəyyan edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmak hüququ özündə iddiani təqdim etmə və iddianin təmin olunmasi hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmak hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadiğini araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tarafindan pozulmasi fakti müayyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəməicraatinda olan hər bir iddia tələbi üzrəqabaqcadan iddiacirun müvafiq subyektiv hüquqamalik olub-olmamasi, subyektiv hüququn pozulub-pozulmamasi, cavabdehin bu pozuntunu edib-etmamasi məsələlari arasdirlmalidir. Yuxarda qeyd olunan halla bağli bildirmişlər ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, İmisli rayonu Xubyarli kəndi ərazisində Biləsuvar döngəsinin sağ hissəsində Aranlı kənd sakini Cavabdeh işlətdiyi "Qardaşlar' yeməkxanasinin sol tərəfindən cavabdeh tərəfindən Məzrəli balədiyyəsinə məxsus boş sahə zəbt edilmişdir. Lakin həmin torpaq sahəsinin İmişli rayonu Məzrəli kənd bələdiyyəsinə məxsus olması barədə hər hansi hüquqmüəyyənedici sənəd təqdim etmir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində və yuxarıda şərh olunanların məzmunu ilə oxşar məzmunda izahat verərək şikayətinin təmin olunmasını xahiş etmişdir. İddiaçı1 nümayəndəsi İddiaçı2 apellyasiya şikayətini əsassız hesab edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir.

Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələrinin üzərində hüquqlar torpaq sahələrinin, sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Torpaq Məcəlləsinin 84-cü maddəsinə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq, əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı lazımi şəhərsalma və yerquruluşu sənədlərini tərtib edərək, bələdiyyələrin əraziləri və mülkiyyətlərinə verilən torpaq sahələri ilə birlikdə onların hüdudlarını, torpaq növlərini və ölçülərini göstərməklə bələdiyyə orqanlarına təhvil verirlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ-hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçüln əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixində dövlət qeydiyyatına alınmış RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatına alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Cavabdeh xüsusi mülkiyyətində İmişli rayonunun Xubyarlı kəndi, İmişli-Biləsuvar döngəsinin sağ hissəsində 0.22 ha torpaq sahəsi vardır. Qeyd olunan torpaq sahəsi üzərində ümumi sahəsi 134.4 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binası inşa edilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixində dövlət qeydiyyatına alınmış RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatına alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Cavabdeh xüsusi mülkiyyətində İmişli rayonunun Xubyarlı kəndində yerləşən 0.10 ha torpaq sahəsi vardır. İş materiallarında olan Cavabdeh xüsusi mülkiyyətində olan İmişli rayonu, Xubyarlı kəndi, İmişli-Biləsuvar döngəsinin sağ hissəsində yerləşən 0.22 ha torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 134.4 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binasının texniki pasportunun surətindən görünür ki, həmin qeyri-yaşayış binasının konstruktiv elementlərində zibil borusu və kanalizasiya quyusu mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 dekabr 2020-ci il tarixli, 10/1798 saylı rəyində qeyd olunmuşdur ki, İmişli rayonunun Xubyarlı kəndi, İmişli-Biləsuvar döngəsinin sağ hissəsində yerləşən 0.22 ha torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış binasının sol tərəfində üzəri beton örtüklə örtülmüş, çirkab suları axıdılan quyunun yerləşdiyi ərazi Məzrəli Bələdiyyəsinin (keçmiş Xubyarlı bələdiyyəsi) mülkiyyətinə aid torpaq sahəsidir. İş materiallarında olan X2 21 may 2021-ci il tarixli, 167 saylı ekspert rəyində qeyd olunmuşdur ki, İmişli rayonu, Xubyarlı kəndi ərazisində Biləsuvar döngəsinin sağ hissəsində “Qardaşlar” yeməkxanasının (301 inventar nömrəli, **********52-06301 reyestr nömrəli, 21 yanvar 2015-ci il tarixli texniki pasport üzrə A tikilisidir) sol tərəfində qazılmış quyu və üzərinə beton plitə qoyulmuş ərazinin Cavabdeh mqlkiyyətində olan və Dövlət Reyestrində qeydə alınmış ******* saylı çıxarışda göstərilən ərazinin hüdudları daxilində olduğu müəyyən edilir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, **********81 saylı məktubuna əlavə edilmiş mütəxəssis rəyində, həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 oktyabr 2022-ci il tarixli, 10/5568 saylı rəyində qeyd olunmuşdur ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********81 mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan 0,22 ha torpaq sahəsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan 0,10 ha torpaq sahəsinin hüdudlarının koordinatları müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh tərəfindən istifadə olunan 0,10 ha torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinə (yerquruluşu planına) əsasən, hüdudlarının da koordinatları müəyyən olunmuşdur. Torpaq sahələrinin koordinatları mütəəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********81 mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan 0,22 ha torpaq sahəsinin hüdudları, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan 0,10 ha torpaq sahəsi ilə deyil, Cavabdeh tərəfindən istifadə olunan 0,10 ha torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinə (yerquruluşu planına) əsasən hüdudları müəyyən olunmuş torpaq sahələri ilə qonşu sahə olduğu müəyyən edilir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********81 mütəxəssis rəyinə əsasən, 1-ci sualda qeyd olunan torpaq sahələrinin İmişli rayonu Mərzəli bələdiyyəsinin torpaq sahəsi ilə üst- üstə düşmədiyi müəyyən edilir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********81 mütəxəssis rəyinə əsasən, mübahisə olunan çirkab suları axıdılan quyunun 1-ci sualda qeyd olunan torpaq sahələrinin ərazilərində yerləşmədiyi müəyyən edilir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********81 mütəxəssis rəyinə əsasən, qeyri- yaşayış binasının sol tərəfində üzəri beton örtüklə örtülmüş, çirkab suları axıdılan quyunun yerləşdiyi ərazinin Mərzəli bələdiyyəsinin (keçmiş Xubyarlı bələdiyyəsinin) mülkiyyətinə aid torpaq sahəsi olduğu müəyyən edilir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********81 mütəxəssis rəyinə əsasən, 1ci sualda qeyd olunan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindəş verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan 0,22 ha torpaq sahəsi ilə İmişli rayonu Mərzəli bələdiyyəsinin bələdiyyə mülkiyyətinə aid olan həmsərhəd torpaq sahəsinin olduğu müəyyən edilir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********81 mütəxəssis rəyinə əsasən, qeyd olunan bələdiyyə torpağının (mübahisə olunan hissədə) yerquruluşu sənədlərinə (elektron baza məlumatlarına və xəritələrə) əsasən, koordinatları qeydə alınmdığı və İmişli rayonu Mərzəli bələdiyyəsinin mübahisəli ərazidə rəsmi reyestrdə mülkiyyət hüququ qeydə alınmış torpaq sahəsinin mövcud olmadığı müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh xüsusi mülkiyyətində İmişli rayonunun Xubyarlı kəndi, İmişli-Biləsuvar döngəsinin sağ hissəsində 0.22 ha və İmişli rayonunun Xubyarlı kəndində yerləşən 0.10 ha torpaq sahələri vardır. O da müəyyən edildi ki, Cavabdeh xüsusi mülkiyyətində olan İmişli rayonu, Xubyarlı kəndi, İmişli-Biləsuvar döngəsinin sağ hissəsində yerləşən 0.22 ha torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 134.4 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binasının texniki pasportunda həmin qeyri-yaşayış binasının konstruktiv elementlərində zibil borusu və çırkar sularının axıdıldığı kanalizasiya quyusu mövcud deyildir. Həmçinin işdə olan mütəxəssis və ekspert rəyləri ilə 0,22 ha torpaq sahəsinin hüdudları Cavabdeh mülkiyyətində olan 0,10 ha torpaq sahəsi ilə deyil, Cavabdeh tərəfindən istifadə olunan 0,10 ha torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinə (yerquruluşu planına) əsasən hüdudları müəyyən olunmuş torpaq sahələri ilə qonşu sahə olduğu müəyyən edilmişdir. Eyni zamanda, Cavabdeh mülkiyyətində olan 0,22 ha və 0,10 ha torpaq sahələrinin İmişli rayonu Mərzəli Bələdiyyəsinin torpaq sahəsi ilə üst-üstə düşmədiyi, mübahisə olunan çirkab suları axıdılan quyunun 0,22 ha və 0,10 ha torpaq sahələrinin ərazilərində yerləşmədiyi, o cümlədən, qeyri- yaşayış binasının sol tərəfində üzəri beton örtüklə örtülmüş, çirkab suları axıdılan quyunun yerləşdiyi ərazinin Mərzəli bələdiyyəsinin (keçmiş Xubyarlı bələdiyyəsinin) mülkiyyətinə aid torpaq sahəsi olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər apellyasiya baxışı zamanı öz təsdiqini tapmadığından, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2-2(121)-112/2022 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar