Məhkəmə qərarları › İş №2-2(106)-39/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-39/2024

13.02.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-39/2024 13.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), X4 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, X6 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sənədlərin təqdim edilməsi tələbinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 10 avqust 2023-cü il tarixli e-2-2(121)-1006/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cəmiyyətin səhmdarlarının xx.xx.2022-ci il tarixli növbədənkənar ümumi yığıncağının protokolunun və yığıncağının kimin təşəbbüsü ilə çağırıldığını təsdiq edən sənədlərin cəmiyyətin idarə heyətinin sədrinin imzası və möhürü ilə təsdiq edilmiş surətinin, ASC-nin nizamnaməsinin, ASC-nin nizamnaməsinə əlavə və dəyişikliklərin layihəsinin Cəmiyyətin idarə heyətinin sədrinin imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş surətinin, yeni yaranmış MMC-nin Nizamnaməsinin, bölünmə balansının, təhvil aktının Cəmiyyətin idarə heyətinin sədrinin imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş surətinin, cəmiyyətin özəlləşdirilməsi zamanı tərtib olunan Emissiya Prospektində Cəmiyyətin balansında olan əsas vəsaitlərin, o cümlədən digər aktivlərin (debitor borcların, hesabalşma hesabında olan vəsait, kassada olan pul vəsaiti, anbarda olan materiallar və s.) və passivlərin tərkibi əks olunan hissəsinin Cəmiyyətin idarə heyətinin sədrinin imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş surətinin, 2019, 2020 və 2021-ci illər üzrə Cəmiyyətin maliyyə hesabatlarının, ona əlavələrinin və auditor aktlarının, debitor və kreditor borcları (tərkibi göstərilməklə) haqqında hesabatların, bu illər üzrə cəmiyyətin illik balanslarının surətlərinin cəmiyyətin idarə heyətinin sədrinin imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş surətinin, 2019, 2020 və 2021-ci illər üzrə cəmiyyətin aktivlərinin və öhdəliklərinin inventarizasiya aktlarının, cəmiyyətin balansında olan, o cümlədən ayrılan hüquqi şəxsə verilən əsas vəsaitlərin (əmlakın) siyahısının (balans, köhnəlmə, qalıq dəyəri göstərilməklə) idarə heyətinin sədrinin imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş surətinin, cəmiyyətin yerləşdiyi sahənin plan cizgisinin (texniki pasport), cəmiyyətin mülkiyyətində olan torpaq sahəsinin və qeyri-yaşayış sahələrinin daşınmaz əmlakın reyestrindən çıxarışların idarə heyətinin sədrinin imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş surətinin, cəmiyyətin 2022-ci il üzrə qiymətli kağız mülkiyyətçilərinin reyestrinin surətinin iddiaçıya təqdim edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, "xxxx" ASC-nin səhmdarıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 106-1-ci maddəsinə əsasən səhmdarlar aşağıda hüquqlara malikdirlər: cəmiyyətin idarə edilməsində Mülki Məcəllə, digər qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək; qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq; cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək; cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək; cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və onun protokolunun surətini tələb etmək; cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək; cəmiyyətin xalis mənfəətindən dividend almaq; cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq; icra orqanının və direktorlar şurasının (müşahidə şurasının) üzvlərinin səhlənkarlığına və səhmdar cəmiyyətə qəsdən vurduğu zərərə görə məsuliyyətə cəlb edilməsini tələb etmək; cəmiyyətin səhmlərinin satışı prosesində iştirak etmək; bağlanmış əqd nəticəsində cəmiyyətə və ya səhmdarlara dəyən zərərin və bununla bağlı məsrəflərin ödənilməsi barədə məhkəməyə və ya digər səlahiyyətli quruma müraciət etmək; bağlanacaq əqdlərin (aidiyyəti şəxslərlə əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin) əlavələri ilə tanış olmaq. Sadalanan hüquqların icra olunması Cəmiyyətin rəhbərliyinin vəzifələrinin sui-istifadəsi nəticəsində mümkünsüz olmuş və adıçəkilən şəxs onun hüquqlarını tam məhdudlaşdırmışdır. Şirvan Kommersiya Məhkəməsinin 10 avqust 2023-cü il tarixli 2-2(121)-1006/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ASC-nin səhmdarlarının 12 iyul 2022-ci il tarixli növbədənkənar ümumi yığıncağının protokolunun və yığıncağın kimin təşəbbüsü ilə çağırıldığını təsdiq edən sənədlərin, ASC-nin nizamnaməsinin, ASC-nin nizamnaməsinə edilmiş əlavə və dəyişikliklərin layihəsi, ASC-nin özəlləşdirilməsi zamanı tərtib olunan emissiya prospektində ASC-nin balansında olan əsas vəsaitlərin, o cümlədən digər aktivlər və passivlər barədə məlumatların, 2019-cu, 2020-ci və 2021-ci illər üzrə ASC-nin maliyyə hesabatlarının, ona edilmiş əlavələr və auditor aktlarının, debitor və kreditor borclar (tərkibi göstərilməklə) haqqında hesabatların, bu illər üzrə ASC-nin illik balanslarının surətlərinin, 2019-cu, 2020-ci və 2021-ci illər üzrə ASC-nin aktivlərinin və öhdəliklərinin inventarizasiya aktlarının, ASC-nin balansında olan əsas vəsaitlərin (əmlakın) siyahısının (balans, köhnəlmə, qalıq dəyəri göstərilməklə), ASC-yə məxsus daşınmaz əmlakların dövlət reyestrindən verilmiş çıxarışların və ASC-nin 2022-ci il üzrə qiymətli kağız mülkiyyətçilərinin reyestrinin təsdiq edilmiş surətlərinin İddiaçı təqdim edilməsi, 100 manat məbləğdə dövlət rüsumunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 apellyasiya şikayəti verərək Şirvan Kommersiya Məhkəməsinin qeyd edilən qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə öz qətnaməsində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının xx.xx.2022-ci il tarixli növbədənkənar ümumi yığıncağının keçirildiyi barədə qənaətə gəlsə də, iddiaçının bu barədə heç bir təsdiqedici sənəd təqdim etməməsini nəzərə almamış, qətnamədə ümumi yığıncağın keçirilməsi ilə əlaqədar heç bir sübutetmə vasitəsinə istinad etməmişdir. Əksinə, məhkəmə belə bir qənaətə gələrkən yalnız iddiaçının cavabdehə təqdim etdiyi kimi göstərilmiş sorğuya, xəbərdarlıq və ilkin mediasiya sessiyasına dəvət məktubuna istinad etmişdir. Cəmiyyətinin səhmdarlarının xx.xx.2022-ci il tarixli növbədənkənar ümumi yığıncağının keçirildiyi barədə heç bir təsdiqedici sənəd təqdim etməsə də, məhkəmə qeyd edilən hüquq normasını iddiaçıya münasibətdə pozitiv olaraq tətbiq etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməməsi barədə heç bir məlumat verəməmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq xəstə olduğu üçün baxış iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli AA00019029 nömrəli depo hesabından çıxarışın surətindən görünür ki, İddiaçı nominal dəyəri 2 manat olan 208 ədəd adi adlı səhmin mülkiyyətçisi olmaqla "xxxx" ASC-nin səhmdarıdır. İş materiallarında olan İddiaçı "xxxx" ASC-nin idarə heyətinin sədrinə xx.xx.2022-ci il tarixdə ünvanladığı sorğudan görünür ki, cəmiyyətin səhmdarlarının xx.xx.2022-ci il tarixli növbədənkənar ümumi yığıncağının protokolunun və yığıncağının kimin təşəbbüsü ilə çağırıldığını təsdiq edən sənədlərin cəmiyyətin idarə heyətinin sədrinin imzası və möhürü ilə təsdiq edilmiş surətinin; ASC-nin nizamnaməsinin, ASC-nin nizamnaməsinə əlavə və dəyişikliklərin layihəsinin Cəmiyyətin idarə heyətinin sədrinin imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş surətinin; Yeni yaranmış MMC-nin Nizamnaməsinin, bölünmə balansının, təhvil aktının Cəmiyyətin idarə heyətinin sədrinin imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş surətinin; Cəmiyyətin özəlləşdirilməsi zamanı tərtib olunan Emissiya Prospektində Cəmiyyətin balansında olan əsas vəsaitlərin, o cümlədən digər aktivlərin (debitor borcların, hesabalşma hesabında olan vəsait, kassada olan pul vəsaiti, anbarda olan materiallar və s.) və passivlərin tərkibi əks olunan hissəsinin Cəmiyyətin idarə heyətinin sədrinin imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş surətinin; 2019, 2020, 2021-ci illər üzrə Cəmiyyətin maliyyə hesabatlarını, ona əlavələrinin və auditor aktlarının, debitor və kreditor borclar (tərkibi göstərilməklə) haqqında hesabatların, bu illər üzrə cəmiyyətin illik balanslarının surətlərinin cəmiyyətin idarə heyəti sədrinin imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş surətinin; 2019,2020, 2021-ci illər üzrə cəmiyyətin aktivlərinin və öhdəliklərinin inventarizasiya aktlarının, cəmiyyətin balansında olan, o cümlədən ayrılan hüquqi şəxsə verilən əsas vəsaitlərin (əmlakın) siyahısının (balans, köhnəlmə, qalıq dəyəri göstərilməklə) idarə heyətinin sədrinin imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş surətinin; Cəmiyyətin yerləşdiyi sahənin plan cizgisinin (texniki pasport), Cəmiyyətin mülkiyyətində olan torpaq sahəsinin və qeyri-yaşayış sahələrinin daşınmaz əmlakın reyestrindən çıxarışların idarə heyətinin sədrinin imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş surətinin; Cəmiyyətin 2022-ci il üzrə qiymətli kağız mülkiyyətçilərinin reyestrinin surətinin ona təqdim olunmasını xahiş etmiş və sorğu xx.xx.2022-ci il tarixdə "xxxx" ASC tərəfindən qəbul edilmişdir. İş materiallarında olan İddiaçı "xxxx" ASC-yə ünvanladığı 11 aprel 2023-cü il tarixli pretenziya məktubundan görünür ki, 12 iyul 2022-ci il tarixli sorğuda tələb olunan sənədlərin 5 gün ərzində təqdim edilmədiyi halda müvafiq məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 000926 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranı olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İş materiallarında olan İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 15 noyabr 2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı ilkin mediasiya sessiyasıda iştirak etmiş və 20 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini iş üzrə iddianın təmin edilən hissəsində yoxlanılmasını düzgün hesab edir. Birinci instansiya məhkəməsində işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı cavabdeh "xxxx" ASC-nin səhmdarıdır. İddiaçının həmin ASC-də ümumilikdə 208 ədəd adi adlı səhmi vardır. Hazırkı işdə də iddiaçı ASC-nin səhmdarı kimi iddia ərizəsində adları sadalanan və ASC-nin fəaliyyətinə dair sənədlərin ona təqdim edilməsini xahiş etmiş, lakin həmin sənədlər onlara təqdim edilməmişdir. Bu baxımdan, iddiaçı iddia ərizəsində qeyd olunan yalnız ASC-nin səhmdarlarının 12 iyul 2022-ci il tarixli növbədənkənar ümumi yığıncağının protokolunun və yığıncağın kimin təşəbbüsü ilə çağırıldığını təsdiq edən sənədlərin, ASC-nin nizamnaməsinin, ASC-nin nizamnaməsinə edilmiş əlavə və dəyişikliklərin layihəsinin, ASC-nin özəlləşdirilməsi zamanı tərtib olunan emissiya prospektində ASC-nin balansında olan əsas vəsaitlərin, o cümlədən digər aktivlər (debitor borcların, hesablaşma hesabında olan vəsait, kassada olan pul vəsaiti, anbarda olan materiallar və s.) və passivlər barədə məlumatların, 2019-cu, 2020-ci və 2021-ci illər üzrə ASC-nin maliyyə hesabatlarının, ona edilmiş əlavələr və auditor aktlarının, debitor və kreditor borclar (tərkibi göstərilməklə) haqqında hesabatların, bu illər üzrə ASC-nin illik balanslarının surətlərinin, 2019-cu, 2020-ci və 2021-ci illər üzrə ASC-nin aktivlərinin və öhdəliklərinin inventarizasiya aktlarının, ASC-nin balansında olan əsas vəsaitlərin (əmlakın) siyahısının (balans, köhnəlmə, qalıq dəyəri göstərilməklə), ASC-yə məxsus daşınmaz əmlakların dövlət reyestrindən verilmiş çıxarışların və ASC-nin 2022-ci il üzrə qiymətli kağız mülkiyyətçilərinin reyestrinin təsdiq edilmiş surətlərinin ona təqdim edilməsini tələb etməkdə haqlıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, "xxxx" ASC-nin səhmdarlarının 12 iyul 2022-ci il tarixli növbədənkənar ümumi yığıncağının protokolunun və yığıncağın kimin təşəbbüsü ilə çağırıldığını təsdiq edən sənədlərin, ASC-nin nizamnaməsinin, ASC-nin nizamnaməsinə edilmiş əlavə və dəyişikliklərin layihəsinin, ASC-nin özəlləşdirilməsi zamanı tərtib olunan emissiya prospektində ASC-nin balansında olan əsas vəsaitlərin, o cümlədən digər aktivlər (debitor borcların, hesablaşma hesabında olan vəsait, kassada olan pul vəsaiti, anbarda olan materiallar və s.) və passivlər barədə məlumatların, 2019-cu, 2020-ci və 2021-ci illər üzrə ASC-nin maliyyə hesabatlarının, ona edilmiş əlavələr və auditor aktlarının, debitor və kreditor borclar (tərkibi göstərilməklə) haqqında hesabatların, bu illər üzrə ASC-nin illik balanslarının surətlərinin, 2019-cu, 2020ci və 2021-ci illər üzrə ASC-nin aktivlərinin və öhdəliklərinin inventarizasiya aktlarının, ASC-nin balansında olan əsas vəsaitlərin (əmlakın) siyahısının (balans, köhnəlmə, qalıq dəyəri göstərilməklə), ASC-yə məxsus daşınmaz əmlakların daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların və ASC-nin 2022-ci il üzrə qiymətli kağız mülkiyyətçilərinin reyestrinin təsdiq edilmiş surətlərinin iddiaçıya verilməsi mülki qanunvericiliyin tələblərinə uyğun olmaqla, tam əsaslıdır. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normalarına müvafiq hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 98.1-ci maddəsinə görə nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyəti sayılır. MM-in 98.7-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin hüquqi vəziyyəti və səhmdarların hüquq və vəzifələri, müvafiq olaraq, bu Məcəlləyə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq müəyyənləşdirilir. MM-in 99.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər. MM-in 99.2-ci maddəsinə əsasən açıq səhmdar cəmiyyəti illik hesabatını və maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə hesabat dövrü üzrə maliyyə göstəricilərini, aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdləri, cəlb edilmiş maliyyə vəsaitlərini, idarəetmə orqanları və vəzifəli şəxslər, onların əsas və əlavə iş yerləri, idarəetmə strukturu, inkişaf siyasəti, səhmdar kapitalının gəlirliyi və dividend siyasəti, idarəetmə orqanlarının hər bir üzvünə verilən ödənişlər, investisiyaların həcmi və mənbəyi, cəmiyyətin qiymətli kağızlarının dövriyyəsi və gəlirliyi və ictimai layihələr barədə məlumatları hamının tanış olması üçün hər il dərc etməyə borcludur. MM-in 99.3-cü maddəsinə əsasən açıq səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağında qəbul edilir və bu barədə məlumat açıqlanır. Bu məlumatın açıqlanması qaydası səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmalıdır. Bu maddənin tələbləri banklara və xarici bankların yerli filiallarına şamil edilmir. MM-in 106-1.3-cü maddəsinə əsasən səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin qanunvericiliklə müəyyən edilmiş qaydada qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq, cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49- 1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və onun protokolunun surətini tələb etmək, bağlanacaq əqdlərin (aidiyyəti şəxslərlə əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin) əlavələri ilə tanış olmaq hüquqları vardır. MM-in 106-2.3-cü maddəsinə əsasən səhmdar ildə bir dəfə cəmiyyətin icra orqanından səhmdarların reyestrinin ona təqdim edilməsini tələb edə bilər. Bu halda səhmdar cəmiyyətinin icra orqanı səhmdarların reyestrini beş gün ərzində həmin səhmdara təqdim etməlidir. MM-in 107-5.3-cü maddəsinə əsasən səhmdarların ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərarlar on beş təqvim günündən gec olmayaraq səhmdarlara elan edilməlidir. MM-in 107-6.3-cü maddəsinə əsasən səhmdarın tələbi ilə protokolun surəti ona təqdim edilməlidir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, apellyasiya şikayətinin təmin edilərək hazırkı qətnamənin ləğvi yaxud dəyişdirilməsinə heç bir əsas yoxdur. Belə ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmış, təqdim olunmuş sübutlara obyektiv qiymət verilmişdir. Beləliklə, kollegiya birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə qənaətə gəlməsini işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı hesab edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MM-in 14.2, 77.1 və 217.4-cü maddələri). Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan Kommersiya Məhkəməsinin 10 avqust 2023cü il tarixli e-2-2(121)-1006/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Kollegiya məhkəmə xərclərinə dair hesab edir ki, hazırkı iş üzrə qətnamədən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.1.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 10 avqust 2023-cü il tarixli e-2-2(121)-1006/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, o, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar