Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-4/2025 04.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət məhkəmə tərkibində, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi vəkil X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 MMC-yə qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 05 may 2022-ci il tarixli 2-2(121)- 96/2022 saylı qətnaməsindən iddiaçı və cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh1 və Cavabdeh3 MMC-yə qarşı 177914,69 manat əsas, 14205,64 manat faiz, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 6276,34 manat faiz borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun Cavabdeh3 MMC-dən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən 103 nömrəli mənzilə yönəlməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh3 MMC-dən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, İddiaçı ASC-nin “Nərimanov” filialı və Cavabdeh3 MMC arasında bağlanmış 16 iyul 2019-cu il tarixli 018 NFFK saylı kredit müqaviləsinə əsasən Cavabdeh3 MMC-yə 12 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 180.000 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 may 2018-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 103 nömrəli mənzil potekaya qoyulmuşdur. Mənzilin ipoteka qoyulması barədə Bank ilə Cavabdeh1 arasında 16 iyul 2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə 21 saylı notariat ofisi tərəfindən təsdiq edildikdən sonra mənzilin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixli 267167 qeydiyyat nömrəli çıxarış verilmişdir. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olmasına, habelə **********288 saylı xx.xx.2021-ci il tarixli bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdehlər banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Şirvan Kommersiya Məhkəməsinin 05 may 2022-ci il tarixli 2-2(121)96/2022 saylı qətnaməsi ilə (hakim Elşən Abdullayev) iddianın qismən təmin edilməsi, Cavabdeh3 MMC-dən 171.970,27 manat məbləğində əsas borc, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5 faizlə hesablanmış 3.654,37 manat faiz borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 27 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsum olmaqla, ümumilikdə 175.691,64 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, tələbin Cavabdeh1 məxsus olan Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi ev 126 ünvanında yerləşən 210,5 kv.m ümumi sahədən ibarət 103 nömrəli mənziliə yönəldilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi ev 126 ünvanında yerləşən 210,5 kv.m. ümumi sahədən ibarət 103 nömrəli mənzilin ilkin satış qiymətinin 510000 manat məbləğində olmaqla açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 171970,27 manat məbləğində əsas borc, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5 faizlə hesablanmış 3654,37 manat faiz borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 27 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsum ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğdə pul vəsaitinin 150 manatının Cavabdeh3 MMCdən, 50 manatının isə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaitinin Cavabdeh1 alınaraq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, kredit müqaviləsinə əsasən Cavabdeh3 MMC-yə kredit verilmiş, ipoteka müqaviləsinə əsasən 103 nömrəli mənzil kredit müqaviləsinin təminatı kimi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh3 MMC həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli 9/9195 saylı ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, əsas, faiz və müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcları üzrə ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara, işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Cavabdeh3 MMC-nin kredit müqaviləsi üzrə əsas, faiz və müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcunun olması iş materialları ilə öz təsdiqini tapmışdır. Bununla yanaşı, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bundan əlavə, tərəflər arasında ipoteka müqaviləsi bağlanılmışdır. İddia tələbi borcun ipoteka predmetinə yönəldilərək, həmin əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi tələbi hissəsində əsaslıdır. İddia tələbinin “ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh3 MMC-dən tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsi əsassızdır. Satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Eyni zamanda, iddia tələbinin “ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılması” hissəsində iddia tələbi rədd edilməlidir. İpoteka müqaviləsi üzrə kredit götürmüş şəxs həmin ipoteka predmeti olan mənzildə qeydiyyatda olan şəxslərlə birlikdə ipoteka predmeti olan yaşayış sahəsindən çıxmaq öhdəliyini qəbul etmiş və bu öhdəliyin icrası üçün ayrıca məhkəmə qərarı tələb olunmur. 28. O cümlədən iddia ərizəsinin “ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin iddiaçıya təhvil verilməsi” tələbinə dair hissəsi əsassız olduğundan rədd edilməlidir. Mənzil satıldıqdan sonra, həmin mənzilin mülkiyyətçisi iddiaçı olmaya da bilər. İddiaçı ləğv prosesində olan İddiaçı ASC apellyasiya şikayəti verərək, qətnamənin qismən - ipoteka predmetinin ilkin satış qiyməti və cavabdehdən tutulmalı olan pul kredit borcunun məbləği hissəsində ləğv olunmasını və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən ipoteka predmeti artıq iki dəfə - xx.xx.2018-ci il tarixdə və xx.xx.2019-cu il tarixdə müstəqil qiymətləndirici olan "xxxx" MMC tərəfindən qiymətləndirilmiş və yuxarıda qeyd olunmuş əmlakın likvid qiyməti müvafiq olaraq 428500 manat və 421000 manat müəyyən olunmuşdur. Qeyd edilən rəylə həm kredit alan, həm də ipoteka qoyan tanış olmuş, həmin şərtlərlə razı olduqlarını bildirmiş və buna müvafiq olaraq müştəriyə kredit ayrılmışdır. İpoteka predmetinə müxtəlif zamanlarda qoyulmuş iki müxtəlif likvid dəyər arasında bu cür böyük fərqin olması "xxxx" MMC-nin ekspert rəyini şübhəaltına alır. Sözügədən mənzilin qiymətləndirilməsi barədə rəyin verilməsindən 2 ilə yaxın müddət keçməsinə baxmayaraq, əmlakda qiyməti bu cür əhəmiyyətli dərəcədə dəyişdirəcək yaxşılaşdırmalar aparılmamışdır. Qiymətləndirici şirkət ("xxxx" MMC) tərəfindən əmlaka qiymət qoyularkən “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun müddəaları kobud surətdə pozulmuşdur. Belə ki, rəydə əks olunmuş meyarların bir çoxuna ümumiyyətlə əməl olunmamışdır. Bura analoji əmlakların bazar dəyərinin təhlil olunması, xərc metodu və s. meyarlar daxildir "xxxx" MMC-nin xx.xx.2021-ci iltarixli 6- 11/21-598 nömrəli rəyi həm də ona görə əsaslı sayıla bilməz ki, ekspert cəmi iki il ərzində bu cür əhəmiyyətli qiymət dəyişməsini öz rəyində göstərə bilməmişdir. "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli rəylərindəki fotoşəkillərdə daşınmaz əmlak ətraflı təsvir olunmuşdur. Həm "xxxx" MMC-nin, həm də "xxxx" MMC-nin rəylərinə əlavə olunmuş fotoşəkillərdən əmlakın qiymətini bu cür əhəmiyyətli dərəcədə dəyişdirən yaxşılaşdırmaları görmək olmur. Göründüyü kimi, mənzilin təmiri 2019-cu ildə olduğu kimidir və mənzildə heç bir yaxşılaşdırılma aparılmamışdır. Eləcə də mənzilin daxili konstruksiyasına heç bir dəyişiklik edilməmişdir. Cavabdehlər apellyasiya şikayəti verərək, qətnamənin qismən - iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilərək yeni qətnamə qəbul edilməsini, apellyasiya instansiyasında əlavə məhkəmə mühasibatlıq və tikinti-texniki ekspertizasının keçirilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh3 MMC-nin tərəflər arasında bağlanmış 16 iyul 2019-cu il tarixli 018 NFFK saylı kredit müqaviləsi üzrə 171.970,27 manat əsas, 0,00 manat faiz və müqavilə müddəti bitdikdən sonra hesablanmış 3.654,37 manat faiz borcunun həqiqəti əks etdirmədiyindən təkrar mühasibatlıq ekspertizasının keçirilməsi, bundan əlavə, Cavabdeh1 məxsus olan Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi ev 126 ünvanında yerləşən 210,5 kv.m ümumi sahədən ibarət 103 nömrəli mənzilin ilkin satış qiyməti 510000 manat məbləğində qiymətləndirilməsi hazırkı bazar qiyməti ilə uyğunluq təşkil etmədiyindən tikinti-texniki ekspertizasının keçirilməsi zərurəti vardır. Bu səbəbdən də, apellyasiya instansiyasında əlavə məhkəmə mühasibatlıq və tikinti-texniki ekspertizasının keçirilməsi, həmçinin Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(121)-96/2022 saylı qətnaməsinin iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməlidir. İş üzrə keçirilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli 9/9195 saylı ekspert rəyinə görə əsas, faiz və müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcları üzrə ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğun deyil və kifayət qədər əsaslandırılmamışdır. İddiaçı ləğvprosesində olan İddiaçı ASC ilə Cavabdeh3 MMC-nin tərəflər arasında bağlanmış 16 iyul 2019-cu il tarixli, 018 NFFK saylı kredit müqaviləsi üzrə 171.970,27 manat əsas, 0,00 manat faiz və müqavilə müddəti bitdikdən sonra hesablanmış 3.654,37 manat faiz borcunun həqiqəti əks etdirmədiyindən təkrar mühasibatlıq ekspertizasının keçirilməsinə zərurət vardır. Şirvan Apellyasiya Məhkəməsinin 26 iyul 2022-ci il tarixli 2-2 (106)-98/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim T.Heydərov, hakimlər Z.Zeynalov və Z.Allahyarov) ləğv prosesində olan İddiaçı ASC, Cavabdeh1 və Cavabdeh3 MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin 05 may 2022ci il tarixli qətnaməsi ləğv prosesində olan İddiaçı ASC, Cavabdeh1 və Cavabdeh3 MMCnin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi birinci (həmin dəlillərdə ipoteka predmetinin ilkin satış qiyməti və cavabdehdən tutulmalı olan pul kredit borcunun məbləğinin düzgün müəyyən edilmədiyi mübahisələndirilir) ilə bağlı qeyd etmişdir ki, iddiaçının nümayəndəsi birinci instansiya məhkəmə baxışı iclasında iştirak etmiş və ekspert və qiymətləndirici tərəfindən verilmiş rəylərlə razılaşaraq, məhkəmədə tədqiq olunmuş sübutlara dair vəsatətinin olmadığnı bildirmişdir. Göründüyü kimi, iddiaçının birinci instansiya məhkəməsində sübutlar təqdim etmək və vəsatət vermək üçün kifayət qədər prosessual baxımdan imkanı olmuş və o, bu imkanından istifadə etməmişdir. İddiaçının apellyasiya instansiyası məhkəməsindən birinci instansiya məhkəməsində verilməli olan vəsatətin təmin edilərək hüquqi qiymət verilməsi barədə xahişi, apellyasiya icraatı mərhələsində əlavə sübut toplamağa yönəldiyindən və bu apellyasiya icraatının mahiyyətinə zidd olduğundan əsaslı hesab edilərək təmin edilə bilməz. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsasssız hesab edilməklə, iş üçün subut əhəmiyyəti daşımayan formal mülahizə hesab edilir. Cavabdehlərin apellyasiya şikayətinin dəlilləri (apellyasiya şikayətinin dəlillərində kredit müqaviləsi üzrə əsas və faiz borcu hissəsində həmçinin ipotekanın ilkin satış qiymətinin məbləği hissəsində mübahisələdirir) ilə bağlı qeyd edilmişdir ki, cavabdehlər birinci instansiya məhkəmə baxışı iclasından məlumatlı olmuş, ekspert və qiymətləndirici tərəfindən verilmiş rəylərlə razılaşaraq onu mübahisələndirməmişlər. Göründüyü kimi, cavabdehlərin birinci instansiya məhkəməsində sübutlar təqdim etmək üçün kifayət qədər prosessual baxımdan imkanı olmuş və onlar bu imkanından istifadə etməmişlər. Odur ki, cavabdehlərin apellyasiya şikayətinin dəlilləri də əsasssız və iş üçün sübut əhəmiyyəti daşımayan formal mülahizə hesab edilir İddiaçı ləğv prosesində olan İddiaçı ASC və cavabdehlər Cavabdeh1 və Cavabdeh3 MMC kassasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 18 yanvar 2023-cü il tarixli 2-2(102)-30/2023 saylı qərarı ilə cavabdehlərin kassasiya şikayəti qismən təmin edilmiş, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 26 iyul 2022ci il tarixli 2-2(106)-98/2022 saylı qətnaməsi qismən - ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmış, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hər iki kassasiya şikayətinin dəlilləri mahiyyət etibarilə, kredit müqaviləsi üzrə tutulmalı borcun həcminin və ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsinə dair verilmiş ekspertiza və mütəxəssis rəylərinin nəticələrinin mübahisələndirilməsi ilə bağlıdır. İddiaçı və cavabdehlərin eyni məzmunlu dəlilləri apellyasiya icraatında da bildirilmiş, bununla əlaqədar apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilmişdir ki, iddiaçının nümayəndəsi birinci instansiya məhkəmə baxışı iclasında iştirak etmiş, ekspert və qiymətləndirici tərəfindən verilmiş rəylərlə razılaşaraq, məhkəmədə tədqiq olunmuş sübutlara dair vəsatətinin olmadığnı bildirmiş, cavabdehlər birinci instansiya məhkəmə baxışı iclasından məlumatlı olmuş, ekspert və qiymətləndirici tərəfindən verilmiş rəylərlə razılaşaraq onu mübahisələndirməmişdir. Göründüyü kimi, tərəflərin birinci instansiya məhkəməsində sübutlar təqdim etmək üçün kifayət qədər prosessual baxımdan imkanı olmuş, lakin onlar bu imkanından istifadə etməmişlər. Cavabdehlərə münasibətdə apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi tamamilə qanuni və əsaslı olmuşdur. İş materiallarından məlum olur ki, Cavabdeh1 digər Cavabdeh3 MMC-nin direktoru, qanuni təmsilçisi, həm də təsisçisidir. Cavabdeh1 kommersiya məhkəməsinə vurduğu teleqramdan məlum olur ki, Cavabdeh1 hazırkı məhkəmə icraata barədə məlumatlı olmuşdur. Eyni zamanda, iş materiallarından görünür ki, məhkəmənin hazırlıq iclasının yeri və vaxtı barədə Şirvan Kommersiya Məhkəməsinin qərardadı, prosessual hüquq və vəzifələr haqqında bildiriş və iddia ərizəsinin surəti 09 avqust 2021-ci il tarixində Cavabdeh1 şəxsən təqdim olunmuş, lakin cavabdehlər həmin iclasa gəlməmişlər. Bundan başqa, növbəti məhkəmə iclası barədə Cavabdeh1 iki mobil telefon nömrəsinə ayrıayrılıqda “SMS bildiriş”lər göndərilmiş, lakin cavabdehlər həmin iclasda da iştirak etməmişlər. Bundan başqa, məhkəmənin 27 oktyabr 2021-ci il tarixinə təyin edilmiş iclası barədə bildiriş də Cavabdeh1 şəxsən təqdim olunmuş, lakin cavabdehlər həmin iclasa da gəlməmişlər. Nəhayət, iş üzrə məhkəmə-mühasibatlıq və əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizalarının təyin edilməsi barədə qərardad 17 noyabr 2021-ci il tarixində Cavabdeh1 şəxsən təqdim edilmiş, ekspert rəyiləri məhkəməyə daxil olunduqdan sonra növbəti məhkəmə iclasının 05 may 2022-ci il tarixinə təyin edilməsi barədə Cavabdeh1 mobil telefon nömrəsinə SMS bildiriş göndərilmiş, lakin cavabdehlər həmin iclasa da gəlməmiş, eləcə də ekspert rəyləri barədə özlərinin yazılı mülahizələrini məhkəməyə çatdırmamışlar. Göründüyü kimi, Cavabdeh1, deməli, həm də Cavabdeh1 direktoru, qanuni təmsilçisi, həm də təsisçisi olduğu digər Cavabdeh3 MMC istər onlara qarşı qaldırılmış iddia üzrə aparılan məhkəmə icraatından, istərsə də özlərinin apellyasiya və kassasiya şikayətlərində mübahisələndirdikləri ekspertizalardan hələ iş birinci instansiya məhkəməsinin icraatında olarkən tam məlumatlı olmuş, buna baxmayaraq hər hansı üzrlü səbəb gətirmədən heç bir məhkəmə iclasında iştirak etməmiş, hazırda mübahisələndirdikləri ekspertizanın nəticələri barədə öz narazılıqlarını birinci instansiya məhkəməsinə bildirməmiş, bir sözlə, birinci instansiya məhkəməsində sübutlar təqdim etmək üçün kifayət qədər prosessual baxımdan imkanları olsa da, onlar bu imkanından istifadə etməmişlər. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə cavabdehlərin kassasiya şikayətində sözügedən dəlillərə istinad olunması MPM-in 407.2-ci maddəsinin tələbləri baxımından yolverilməzdir. Ona görə də, həmin dəlillər üzrə kassasiya məhkəməsi tərəfindən hüquqi dəyərlndirmə aparılması üçün əsaslar mövcud deyildir. İddiaçının məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsi ilə faktiki olaraq razılaşdığına dair apellyasiya instansiyası məhkəməsinin nəticəsi də tamamilə qanuni və əsaslı hesab edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəf birinci instansiya məhkəməsinin müvafiq iclasında iştirak etsə də, məhkəmə-mühasibatlıq ekspertizasının rəyini mübahisələndirməmiş, mühasibatlıq üzrə əlavə və ya təkrar ekspertiza keçirilməsi barədə vəsatət verməmişdir. Odur ki, iddiaçının da kassasiya şikayətinin əlavə və ya təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə dəlili MPM-in 407.2-ci maddəsinin tələbləri baxımından əsaslı hesab edilə bilməz. Bununla belə, iddiaçının məhkəmə-əmtəəşünaslıq ekspertizasının nəticəsi ilə də faktiki olaraq razılaşdığına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı, eləcə də işin hallarına uyğun hesab oluna bilməz. Belə ki, iş materiallarından görünür ki, iddiaçı məhkəməyə yazılı vəsatət verərək təkrar əmtəəşünaslıq ekspertizasının təyin olunmasını xahiş etmiş, bununla əlaqədar istinad etdiyi dəlilləri konkret şəkildə əsaslandırmış, eyni zamanda 05 may 2022-ci il tarixində keçirilmiş məhkəmə iclasında da həmin vəsatətini səsləndirmiş, lakin məhkəmə həmin vəsatəti təmin etməmişdir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsinin iddiaçının apellyasiya şikayətinin müvafiq dəlilləri üzrə mövqeyi ondan ibarət olmuşdur ki, müvafiq məhkəmə iclasında iştirak edən iddiaçı tərəf sözügedən rəylə razılaşaraq, vəsatətinin olmadığnı bildirmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilk növbədə həqiqətin təhrif olunması kimi qiymətləndirilməlidir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfin həmin dəlilləri üzrə düzgün və konkret hüquqi əsaslandırma aparmamaqla hüquqi müəyyənlik prinsipini də pozmuşdur. Çünki məhkəmə kollegiyasının mövqeyinə görə, apellyasiya şikayətinin dəlillərinə məhkəmə tərəfindən müfəssəl və düzgün qiymət verilməməsi iş üzrə əsassız nəticəyə gəlinməsinə səbəb olmaqla yanaşı, həm də hüquqi müəyyənlik prinsipinə, bununla bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun, eləcə də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdıqları hüquqi mövqelərə ziddir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə qanunun aliliyinin əsas elementlərindən biri kimi, hüquqi müəyyənlik prinsipi ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmə qərarlarında həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalı, işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun mövqeyinə görə qətnamədə iş üçün əhəmiyyətli olan, işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmədikdə, məhkəmənin qəti nəticəsi şərh edilmədikdə, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olmadıqda, qətnamə əsaslı hesab edilə bilməz; kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin də mövqeyi ondan ibarətdir ki, məhkəmənin vəzifəsi öz qərarına aid olub-olmamasına dair qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaqdır. Məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir, ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir. Bu tələblərdən irəli gələrək, qətnamədə işin məhkəmə tərəfindən müəyyən edilən halları, məhkəmənin həmin halları əsaslandırdığı sübutlar, bu və ya digər sübutları, işdə iştirak edən şəxslərin istinad etdiyi hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə qətnamə çıxararkən rəhbər tutduğu hüquq normaları göstərilməlidir. Bununla yanaşı, məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, qəbul etdiyi hər bir sübutun məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir. MPM-in 392.2-ci maddəsinin də tələbi ondan ibarətdir ki, apellyasiya şikayəti təmin edilmədikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini göstərməyə borcludur. Belə olan halda isə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfin apellyasiya şikayətinin müvafiq dəlilləri müfəssəl və düzgün cavablandırılmadığından hazırkı iş üzrə ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi ilə əlaqədar birinci instansiya məhkəməsinin düzgün qərar qəbul edib-etməməsi barədə birmənalı nəticəyə gəlmək qeyri-mümkündür. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsinə münasibətdə MPM-in 217.1-ci maddəsinə zidd olaraq əsassız qətnamə qəbul etmişdir. Odur ki, qətnamə həmin hissədə ləğv edilməlidir. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, iddiaçı tərəfin apellyasiya şikayətinin müvafiq dəlillərini müfəssəl və düzgün cavablandırmaqla, ipoteka predmeti olan mənzilin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş ilkin satış qiymətinin əsaslılığına hüquqi qiymət verməli, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir. İddiaçının nümayəndəsi vəkil X3 verdikləri apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan apellyasiya şikayətlərinə əsasən kommersiya işinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə araşdıraraq belə hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Şirvan Kommersiya Məhkəməsinin 05 may 2022-ci il tarixli 2-2(121)-96/2022 saylı qətnaməsi apellyasiyanın baxışının predmeti - ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan: İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 16 iyul 2019- cu il tarixli 018 NFFK saylı kredit müqaviləsinə əsasən Cavabdeh3 MMC-yə illik 18 faiz dərəcəsi ilə 12 ay müddətinə dövriyyə vəsaitlərinin artırılması və cari kredit borcunun bağlanması məqsədilə 180000 manat məbləğdə kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 16 iyul 2019-cu il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən 16 iyul 2019-cu il tarixli 018 NFFK saylı kredit müqaviləsin təminatı kimi Cavabdeh1 məxsus, ünvan 2 ünvanında yerləşən 210,5 kv.m ümumi sahədən ibarət 103 nömrəli mənzil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanda yerləşən mənzil Cavabdeh1 tam mülkiyyətindədir. xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 məxsus ünvan 4 ünvanında yerləşən mənzil İddiaçı ASC-nin Nərimanov filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin xx.xx.2021-ci il tarixli **********187 saylı arayışından görünür ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 16 iyul 2019-cu il tarixli 018 NFFK saylı kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2021-ci il tarixə banka 177.914,69 manat əsas, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 14.205,64 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 0,00 manat, həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 6.276,34 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 198.396,67 manat təşkil edir. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh3 MMC ünvanlanmış xx.xx.2021-ci il tarixli pretenziyadan görünür ki, tərəflər arasında bağlanılmış 16 iyul 2019cu il tarixli 018 NFFK saylı kredit müqaviləsi üzrə borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə ünvanlanmış 19 aprel 2021-ci il tarixli **********280 saylı ərizədən görünür ki, ləğv prosesində olan İddiaçı ASC ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə müraciət edərək, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınmasını xahiş etmişdir. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2021-ci il tarixli “ipoteka predmetinə tutmanının yönəldilməsi barədə” bildirişdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanılmış 16 iyul 2019-cu il tarixli 018 NFFK saylı kredit müqaviləsi borcunun olması və qeyd olunan borc ödənilmədiyi halda ipoteka predmetinə tutmanın yönəldilməsi üçün məhkəməyə müraciət olunacağı barədə Cavabdeh1 məlumatlandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli 9/9195 saylı ekspert rəyində qeyd olunur ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 018 NFFK saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, Cavabdeh3 MMC-nin xx.xx.2020-ci il tarixə əsas borc üzrə 177.906,35 manat, illik 18 %-lə hesablanmış faiz borcu üzrə 13.520,88 manat, xx.xx.2021-ci il tarixə əsas borc üzrə 171.970,27 manat, illik 18 %-lə hesablanmış faiz borcu üzrə 0,00 manat, illik 5 %-lə hesablanmış faiz borcu üzrə 3.654,37 manat müəyyən edilir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. MPM-in 420-ci maddəsinin tələbinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. MM-in 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. MM-in 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. MM-in 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci və 34.1.3-cü maddələrinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Adıçəkilən Qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun tələblərinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ilkin satış qiymətini göstərməli və ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndircinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Qanunun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli 01 saylı qərardadında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 05 may 2022-ci il tarixli 2-2(121)-96/2022 saylı qərarındakı göstərişləri rəhbər tutub işdə olan bütün mötəbər sübutları müqayisə edərək birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissədə qətnamənin dəyişdirilməsi üçün əsasların olmaması qənaətinə gəlir. Belə ki, işdə olan "xxxx" MMC-nin 17 noyabr 2021-ci il tarixli 439/ATB/21 saylı mənzilin qiymətləndirilməsi rəyindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 16 iyul 2019-cu il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən, ünvan 7 ünvanında 17 mərtəbəli binanın 13-cü mərtəbəsində yerləşən 4 otaqlı 103 nömrəli mənzilin real bazar dəyəri 540000 manat, likvid dəyəri isə 510000 manat məbləğ təşkil edir. "xxxx" MMC tərəfindən təqdim olunmuş 325 saylı hesab fakturaya əsasən qiymətləndirmə haqqı 300 manat məbləğ təşkil etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 05 may 2022ci il tarixli 2-2(121)-96/2022 saylı qərarındakı göstərişlərə uyğun olaraq Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 18 aprel 2023-cü il tarixli qərardadı ilə iş üzrə əlavə qiymətləndirmə ekspertizası təyin edilmiş və onun aparılması "xxxx" MMC-yə həvalə edilmişdir (qərardadla ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: - İpoteka predmeti olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən 103 nömrəli mənzilin yerləşdiyi ərazi, təmiri və sair kimi hallar nəzərə alınmaqla hazırkı şəraitdə real likvid qiyməti nə qədər təşkil edir?). Əldə edilmiş "xxxx" MMC-nin 26 may 2023-cü il tarixli rəyinə əsasən ipoteka prerdmeti olan mənzilin həmin dövrə bazar dəyəri 778900 manat, likvid dəyəri isə 701000 manat məbləğ təşkil edir. Daha sonra kollegiya ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilmiş məbləğləri arasında kəskin fərq olduğundan 12 iyul 2023-cü il tarixli qərardadla iş üzrə əlavə qiymətləndirmə ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və ekspert qarşısında eyni suallar qoyulmuşdur. 22 iyul 2024-cü il tarixdə ekspertizanın keçirilməsindən imtina barədə məktub məhkəməyə daxil olmuşdur. İmtina onunla əsaslandırılmışdır ki, ipoteka predmetinin yerləşdiyi yaşayış binasında, habelə eyni küçədə sözügedən mənzilə analoji olan hər hansı mənzil satışda olmadığından qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Məhkəmə kollegiyası qeyd edilənlərə rəğmən ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi üçün yenidən qiymətləndirmə keçirilməsini zəruri hesab etmişdir. Bu məqsədlə məhkəmənin 16 oktyabr 2024-cü il tarixli qərardadı ilə əlavə qiymətləndirmə ekspertizası təyin edilərək ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmiş və ekspert qarşısında eyni suallar qoyulmuşdur. "xxxx" MMC-nin 23 dekabr 2024-cü il tarixli rəyinə əsasən ipoteka prerdmeti olan mənzilin həmin dövrə bazar dəyəri 884100 manat, likvid dəyəri isə 839895 manat məbləğ təşkil edir. Bu baxımdan, kollegiya diqqətə çatdırır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 05 may 2022-ci il tarixli 2-2(121)-96/2022 saylı qərarında göstərilmişdir ki, iddiaçı tərəfin apellyasiya şikayətinin müvafiq dəlilləri müfəssəl və düzgün cavablandırılmadığından hazırkı iş üzrə ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi ilə əlaqədar birinci instansiya məhkəməsinin düzgün qərar qəbul edib-etməməsi barədə birmənalı nəticəyə gəlmək qeyri-mümkündür. Göründüyü kimi, həmin göstərişin icrası üzrə ipoteka predmetinin ilkin satış qiymətinin dəqiq müəyyən edilməsi istiqamətində dəfələrlə qiymətləndirmə ekspertizaları təyin edilmiş, eyni suallar əsasında tədqiqat aparılmış, nəticədə "xxxx" MMC (likvid dəyər 701000 manat) və "xxxx" MMC (likvid dəyər 839895 manat) tərəfindən ipoteka predmetinə daha yüksək likvid dəyər qoyulmuşdur. Kollegiya qeyd edir ki, ipoteka predmeti xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə müstəqil qiymətləndirici olan "xxxx" MMC tərəfindən qiymətləndirilərək, onun likvid qiyməti müvafiq olaraq 428500 manat və 421000 manat müəyyən olunmuşdur. Ancaq hər hansı yaxşılaşdırma olub-olmamasına baxmayaraq, hazırda bazar iqtisadiyyatı şəraitində qiymətlərin artımı realdır və ötən 5-6 il ərzində adıçəkilən əmlakın dəyərinin artması mümkündür və təbiidir. Məhkəmə kollegiyası dispozitivlik prinsipini əsas tutaraq diqqətə çatdırır ki, birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlillərini üzrə çəkişmə prinsipinin tələblərini gözlənilməklə mübahisələndirilən hissədə yoxlayarkən qətnamənin ləğvi üçün əsaslar müəyyən etmir. Belə ki, kollegiya apellyasiya şikayətlərinin dəlillərinə uyğun olaraq ipoteka predmetinin ilkin satış qiymətinin yenidən müəyyən edilməsi üçün ekspertizalar təyin etmiş və bu barədə daha mötəbər rəy əldə etmişdir. Kollegiya Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 05 may 2022-ci il tarixli 2-2(121)-96/2022 saylı qərarında göstərilənlərə, habelə dispozitivlik prinsipinə əsasən hesab edir ki, yuxarıda qeyd edilən ipoteka predmetinin ilkin satış qiyməti birinci instansiya məhkəməsində icraat zamanı əldə edilmiş "xxxx" MMC-nin 17 noyabr 2021-ci il tarixli 439/ATB/21 saylı rəyi ilə müəyyən edilmiş 510000 manat məbləğ müəyyən edilməlidir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, apellyasiya şikayətləri təmin edilmədən, Şirvan Kommersiya Məhkəməsinin 05 may 2022-ci il tarixli 2-2(121)-96/2022 saylı qətnaməsi apellyasiyanın baxışının predmeti - ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 217.2, 372, 385.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 05 may 2022-ci il tarixli 2-2(121)-96/2022 saylı qətnaməsi apellyasiyanın baxışının predmeti - ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-4/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-4/2025
04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver