Məhkəmə qərarları › İş №2-2(106)-41/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-41/2023

16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-41/2023 16.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər X9 (sədrlik edən və məruzəçi), Mayılov Samir İlham oğlu və X6 ibarət məhkəmə tərkibində, məhkəmə iclasının katibi Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi Vəkil1, cavabdeh (eyni zamanda, digər cavabdeh "xxxx" müəssisəsinin qanuni təmsilçisi) X1, onun nümayəndə və vəkilləri X7 və Vəkil3 iştirakları ilə, iddiaçı ləğv prosesində olan "xxxx" X10 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh “Cavabdeh1”nə və X2 qarşı kredit borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi digər tələblərinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli e-2- 2(121)-1365/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ləğv prosesində olan "xxxx" X10 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh “Cavabdeh1”nə və X2 qarşı iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, bankla cavabdeh “Cavabdeh1” arasında 03 may 2013-cü il tarixdə bağlanmış 1xx/xx/2758/13 saylı kredit müqaviləsi üzrə 232119.57 manat əsas borc, 138515.31 manat cərimə, 30660.24 manat kredit müqaviləsi müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, ümumilikdə 401259.12 manat məbləğdə borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər “Cavabdeh1” və Cavabdeh2 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbinin həcmini artıraraq bankla cavabdeh “Cavabdeh1” arasında 03 may 2013-cü il tarixdə bağlanmış 1xx/xx/2758/13 saylı kredit müqaviləsi üzrə 232119.57 manat əsas borc, 138515.31 manat cərimə, 30660.24 manat kredit müqaviləsi müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, ümumilikdə 401259.12 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, 60 manat tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişlərin qeydə alınması üçün ödənilmiş rüsumun cavabdehlər “Cavabdeh1” və Cavabdeh2 xeyrinə tutulması, tutmanın Cavabdeh2 mülkiyyətində olmaqla bank qarşısında ipoteka ilə yüklü edilmiş Lənkəran şəhəri Bakı-Astara maqistralında yerləşən qeyri-yaşayış binasına (su doldurma sexi) yönəldilməklə açıq hərracdan ilkin satış qiyməti 212000 manat müəyyən edilməklə satılması, tutmanın Cavabdeh2 mülkiyyətində olmaqla bank qarşısında ipoteka ilə yüklü edilmiş Lənkəran şəhəri Tofiq İsmayılov (indiki H.Əliyev) küçəsi 0.0539 ha torpaq sahəsi ilə birlikdə 175 nömrəli fərdi yaşayış evinə yönəldilməklə açıq hərracdan ilkin satış qiyməti 178800 manat müəyyən edilməklə satılması, qeyri-yaşayış binasına və fərdi yaşayış evinə tutma yönəldikdən və onlar satıldıqdan sonra ipoteka qoyan Cavabdeh2 qeyri-yaşayış binasını və fərdi yaşayış evini ən geci bir ay ərzində tərk etmədikdə, qeyri-yaşayış binasından və fərdi yaşayış evindən məcburi qaydada çıxarılması, həmin qeyri-yaşayış binası və fərdi yaşayış evinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, "xxxx" X10 Səhmdar Cəmiyyətinin Lənkəran filialı ilə "xxxx" müəssisəsi arasında 03 may 2013-cü il tarixdə bağlanmış 1xx/xx/2758/13 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən müəssisəyə illik faiz dərəcəsi 18 faiz müəyyən edilməklə 36 ay müddətinə qaytarılması şərti ilə 250000 manat məbləğdə kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 mülkiyyətində olan Lənkəran şəhəri Bakı-Astara maqistralında qeyri-yaşayış binası (su doldurma sexi) 03 may 2013-cü il tarixli **********-1 saylı sonrakı ipoteka müqaviləsi əsasında və Lənkəran şəhəri Tofiq İsmayılov (indiki H.Əliyev) küçəsi 0.0539 ha torpaq sahəsi ilə birlikdə 175 nömrəli fərdi yaşayış evi 03 may 2013-cü il tarixli 1xx/xx/2758/13 saylı ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh şəxs öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində onun banka 232119.57 manat əsas borc, 138515.31 manat cərimə, 30660.24 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə 401259.12 manat məbləğdə borcu yaranmışdır. Lənkəran Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli 2(049)-120/2020 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, LPO QSC İddiaçı ilə cavabdeh “Cavabdeh1” arasında bağlanmış 03 may 2013-cü il tarixli 1xx/xx/2758/13 saylı kredit müqaviləsinə əsasən cavabdehlər “Cavabdeh1” və Cavabdeh2 232119.57 manat əsas borc, 13856.31 manat cərimə olmaqla, ümumilikdə 245975.88 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq LPO QSC İddiaçı-ya ödənilməsi, tutmanın ipoteka predmeti olmaqla Cavabdeh2 mülkiyyətində olan Lənkəran şəhəri Tofiq İsmayılov küçəsində 0.05573 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 8 girişli 454.4 kv.metr ümumi, 348.8 kv.metr əsas və 110.7 kv.metr yardımçı sahələrdən ibarət qeyri-yaşayış binasına ilkin satış qiyməti 220000 manat müəyyən edilməklə yönəldilməsi, açıq hərracdan satılması, tutmanın ipoteka predmeti olmaqla Cavabdeh2 mülkiyyətində olan Lənkəran şəhəri Tofiq İsmayılov küçəsində 0.0539 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli 4 otaqlı 365.5 kv.metr ümumi, 109.1 kv.metr yaşayış, 256.4 kv.metr yardımçı sahələrdən ibarət 175 nömrəli fərdi yaşayış evinə ilkin satış qiyməti 180000 manat müəyyən edilməklə yönəldilməsi, açıq hərracdan satılması, ipoteka predmetlərinin açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsait hesabına cavabdehlərin QSC İddiaçı-ya olan borcunun ödənilməsi və borc ödənildikdən sonra artıq qalan məbləğin müştərək qaydada cavabdehlər “Cavabdeh1”nə və Cavabdeh2 qaytarılması, iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Lənkəran Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi həm iddiaçı, həm də Cavabdeh2 tərəfindən apellyasiya qaydasında mübahisələndirilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 may 2021-ci il tarixli 2(106)-1346/2021 saylı qərardadı ilə hər iki apellyasiya şikayəti qismən təmin olunaraq, Lənkəran Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli 2(049)-120/2020 saylı qətnaməsi ləğv edilmiş, iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Şirvan Kommersiya Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli e-2-2(121)-1365/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədə iddia rədd edilərkən iddia müddətinin ötürülməsinə istinad edilmişdir. İddiaçı ləğv prosesində olan "xxxx" X10 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Şirvan Kommersiya Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli e-2-2(121)-1365/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində iddia ərizəsinin məzmununda qeyd edilənlərlə yanaşı göstərilmişdir ki, "xxxx" X10 Səhmdar Cəmiyyəti ilə cavabdehlər "Dostluq” müəssisəsi və Cavabdeh2 arasında bağlanmış 03 may 2013-cü il tarixli 1xx/xx/2758/13 saylı kredit müqaviləsinə əsasən 250000 manat məbləğində kredit verilmişdir. Bundan başqa, cavabdeh "xxxx" müəssisəsi ilə bank arasında 11 iyun 2014-cü il tarixində 171/06/29/14 saylı digər kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə borclu tərəfindən mütamədi ödənişlər edilmişdir. Borcu şəxsin hesabı bir olduğundan əməliyyatlar eyni hesabdan aparılmışdır. Eyni hesabda olan kredit ödənişlərinin hansı kreditə silinməsi isə kreditorun mülahizəsinə əsasən aparılır. Kreditor isə öz növbəsində öhdəliyi daha çox olan kreditə silinmələri aparır. Beləliklə, borclu tərəfindən aparılmış ödənişlərin kreditor tərəfindən silinməsi düzgün şəkildə aparılmışdır. Lakin cavabdeh bir hesabından ödənişlərin keçirilməsindən sui-istifadə edərək ödənişləri guya başqa kredit üçün ödənilməsini, bununla da, kredit öhdəliklərindən yayınmaq məqsədi ilə kredit müqaviləsi üzrə iddia müddətinin guya ötdüyünü bildirmişdir. Məhkəmə isə öz növbəsində işi hərtərəfli araşdırmamış, işə səthi yanaşaraq borclunun təqdim etdiyi əsassız ərizəyə istinad edərək Mülki Məcəllənin 372-ci maddəsinə əsaslanmışdır. Bundan başqa, bankla borclu arasında bağlanmış kredit müqaviləsinin müddəalarına əsasən müqavilə tərəflərin səlahiyyəti nümayəndələri tərəfindən imzalandıqdan sonra qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tam həcmdə yerinə yetirməsinə qədər qüvvədədir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamşdır. İddiaçı ləğv prosesində olan "xxxx" X10 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu verdiyi apellyasiya şikayətinə Etiraz daxil olmamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 28 sentyabr 2022-ci il tarixli 2-2(106)-29/2022 saylı qətnaməsi ilə iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin 22 oktyabr 2021ci il tarixli e-2-2(121)-1365/2021 saylı qətnaməsi dəişdirilmədən saxlanılmış və iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 145 manat ekspertiza xərcinin ləğv prosesində olan QSC “Bank Standard” KB-dən alınaraq dövlət büdcəsinə Az.MEM, VÖİN **********, X5, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına keçirilməsi qət edilmişdir. İddiaçı "xxxx" X10 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 13 dekabr 2022-ci il tarixdə kassasiya şikayəti və 16 yanvar 2023-cü il tarixində kassasiya şikayətinə əlavə verməklə, həmin qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, MM-in 373.2-ci maddəsi üzrə - Daşınmaz əşyalarla bağlı tələblər üzrə iddia müddəti 3 il deyil, 6 il nəzərdə tutulmuşdur. İpoteka qoyan tərəfindən daşınmaz əmlakla bağlı iddia müddətinin tətbiq olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmək hüququ yarana biləcəyi halda, hazırkı işlə bağlı 6 illik iddia müddəti iddiaçı tərəfindən ötürülmədiyindən iş üzrə iddia müddəti tətbiq oluna bilməz. Məhkəmə tərəfindən borcun tutulması barədə iddia rədd edilərkən iddiaçının hüquqlarının pozulması nəzərə alınmamışdır. MM-in 375.2-ci maddəsi üzrə apellyasiya instansiya məhkəməsi iddia ərizəsinin 03 may 2013-cü il tarixli kredit müqaviləsinin iddia müddəti ötürüldükdən sonra məhkəməyə müraciət olunduğu qeyd etmiş, iddiaçının mənafeyini və cavabdeh tərəfindən hüquqların pozulub-pozulmamasını nəzərə almamışdır. Kredit müqaviləsi üzrə borcalan tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmədiyi halda, ipoteka qoyan tərəfindən təqdim olunan ərizə əsasında kredit müqaviləsi üzrə 3 illik iddia müddəti tətbiq olunması qanunvericiliyin tələblərinə zidd olmuşdur. Belə ki, iddiaçı ilə ipoteka qoyan arasında 03 may 2013-cü il tarixli **********-1 saylı sonrakı ipoteka müqaviləsi 03 iyun 2016-cı il tarixinədək bağlanıldığından, iddiaçının mövcud iddia ərizəsi isə 26 aprel 2019-cu il tarixində məhkəməyə verildiyindən ipoteka qoyana münasibətdə iddia müddəti ötürülməmişdir. MM-in 377.2-ci maddəsi üzrə iddia ərizəsi 26 aprel 2019-cu il tarixində "xxxx" MMC ölkə daxili kuryer şirkətinə təqdim edilmiş, həmin iddia ərizəsi 29 aprel 2019-cu il tarixində Lənkəran Rayon Məhkəməsinə çatdırılmış və “Qasımzadə” soyadlı şəxs tərəfindən imzalanaraq qəbul edilmişdir. Həmin iddia ərizəsində yalnız borclu cavabdehdən borc məbləğlərinin tutulması nəzərdə tutulmuşdur. Apellyasiya instansiya məhkəməsi qətnaməsində iddiaçı tərəfindən iddia ərizəsinin 06 may 2019-cu il tarixində rabitə orqanına təhvil verməklə məhkəməyə müraciət edildiyi, Şirvan Kommersiya Məhkəməsi isə qətnaməsində iddia ərizəsinin 31 may 2019-cu il tarixində məhkəməyə müraciət edildiyini bildirmişdir. İddia tələbinin artırılması ərizəsi isə 2019-cu il 6 may tarixində göndərilmiş və 2019-cu il 10 may tarixində məhkəməyə çatdırılmışdır. Həmçinin cavabdeh tərəfindən iddia müddəti ərzində 07 avqust 2017-ci il tarixində ödəniş olunmuş, həmin ödəniş ekspert rəyində öz əksini tapmasına baxmayaraq məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bank ilə Müəssisə arasında bağlanmış hər iki kredit müqaviləsi (03 may 2013-cü il və 11 iyun 2014-cü il tarixli müqavilələr) üzrə bir bank hesabı açılmış və bütün əməliyyatlar həmin hesab üzərindən aparılmışdır. Eyni hesabda olan kredit ödənişlərinin hansı kredit müqaviləsi üzrə silinməsi hesabdan çıxarışda kreditlərin identifikasiya nömrəsi ilə (LD nömrə) açıq-aydın şəkildə göstərilmiş və ekspert rəyində də öz təsdiqini tapmışdır. Beləliklə, borclu tərəfindən aparılmış ödənişlərin kreditor tərəfindən silinməsi düzgün şəkildə həyata keçirilmiş, lakin cavabdeh ödənişlərin bir hesabdan aparılmasından sui-istifadə edərək ödənişləri digər krediti üçün ödənilməsini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Həmçinin, iş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli iclas protokolunda cavabdehin izahatı olaraq qeyd edilmişdir ki: “Cavabdeh1” tərəfindən 03 may 2013-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" QSC-dən 250000 manat məbləğində kredit götürmüşəm və mən 36 ay müddətinə illik 18 faiz olmaqla, krediti ödəməyi öhdəmə götürmüşəm. Lakin maddi vəziyyətimlə əlaqədar borcumu vaxtında qaytara bilməmişəm, bank da məhkəməyə müraciət etmişdir. İddiaçı tərəf məhkəmə iclasında iddia tələbində göstərilən cərimə borcunu 10 faizə qədər azaltmışdır. Maddi imkanım olan kimi borcumu ödəyəcəyimə, ona görə də, məhkəmədən qətnamə qəbul olunarkən cərimə borcunun azaldılmasını xahiş edirəm”. İş materiallarında olan Müəssisə tərəfindən Əmanətlərin Sığortalanması Fonduna ünvanlanan 22 aprel 2019-cu il tarixli 022 saylı ərizənin mətnindən də görünür ki, cavabdeh 03 may 2013-cü il tarixli kredit müqaviləsi üzrə ona güzəşt olunmasını xahiş etmişdir. Yəni, cavabdeh həmin kredit müqaviləsi üzrə 07 avqust 2017-ci il tarixində ödəniş edilməsindən məlumatı olmuş və nə iddiaçıya müraciət etdiyi ərizədə, nə də Lənkəran Rayon Məhkəməsində keçirilən iclaslarda həmin ödənişi mübahisələndirmişdir. Qeyd olunanlar, iş materiallarında olan sənədlərdə öz təsdiqini tapmış və iddiaçının nümayəndəsi tərəfindən sadalanan hallar məhkəməyə bildirildikdə, prosesə sədrlik edən deyil, tərkib üzvü olan hakim nümayəndənin çıxışına dəfələrlə müdaxilə etmiş və məhkəmə tərkibinin fikrini işin mahiyyətinin aydınlaşdırılmasından yayındırmışdır. MM-in 380.1-ci maddəsi üzrə apellyasiya instansiyası məhkəməsi qətnamədə qeyd etmişdir ki: 07 avqust 2017-ci il tarixində edilən ödəniş nəzərə alındığı halda belə, iddia müddəti ötürülmüşdür. Belə ki, Lənkəran Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli qətnaməsi Şirvan Apellyasiya Məhkəməsinin 20 may 2021-ci il tarixli qərardadı ilə ləğv edilərək, kommersiya işi olduğuna görə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmiş və 05 iyul 2021-ci il tarixində birinci instansiya məhkəməsinə daxil olmuşdur. Bu səbəbdən də, iddiaçı tərəfindən müəyyənləşdirilmiş qaydada məhkəməyə müraciət olunmadığına görə iddia müddəti 05 iyul 2021-ci il tarixindən hesablanmalıdır”. Bildirmək istəyirik ki, iddiaçı tərəfindən ilk dəfə 2019-cu il 26 aprel tarixində Lənkəran Rayon Məhkəməsinə müraciət edilmiş, məhkəmə tərəfindən iddia ərizəsi icraata qəbul edilmiş və mahiyyəti üzrə baxılaraq qətnamə qəbul olunmuşdur. Lənkəran Rayon Məhkəməsində cavabdehlər də iştirak etmiş və məhkəmə aidiyyətinin pozulması ilə bağlı hər hansı müraciətləri olmamışdır. Sonradan həmin qətnamədən verilən apellyasiya şikayətinə baxılarkən məhkəmə aidiyyətinin pozulduğu müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçı tərəfindən ilk dəfə edilən müraciət apellyasiya instansiyası tərəfindən nə baxılmamış saxlanılmış, nə də geri qaytarılmışdır ki, iddia müddətinin axımının hesablanması yenidən başlanılsın. Məhkəməyə 26 aprel 2019-cu il tarixindən verilən iddia tələbi məhkəmə tərəfindən icraata qəbul olunmuş, prosessual qanunvericiliyin tələblərinə əsasən baxılmış və yekun məhkəmə qərarı qəbul olunmuşdur. MPM-in 88, 217, 385.1-ci maddələri üzrə apellyasiya instansiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən təqdim olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. Apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Belə ki, məhkəmə qətnaməsinə münasibət bildirərkən prosessual baxımdan da, səhvə yol vermişdir. Məhkəmə tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. MPM-in 151.3-cü maddəsi üzrə iddia ərizəsinin 31 may 2019-cu il tarixində məhkəməyə daxil olunması qeyd olunsa da, birinci instansiya məhkəməsi 10 may 2019-cu il tarixində məhkəmə iclasının 24 may 2019-cu il tarixinə təyin olunması barədə məhkəmə bildirişini tərəflərə göndərmişdir. Məhkəmə tərəfindən qətnamə qəbul olunarkən Ali Məhkəmə Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarı, Konstitusiya Məhkəməsi Plenumunun “H.Həşimov və qeyrilərinin şikayəti üzrə” 30 iyun 2005-ci il tarixli, “R.Salamovun şikayəti üzrə” 30 oktyabr 2007-ci il tarixli, “X.Xəlilovun şikayəti üzrə” 16 yanvar 2009-cu il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” qərarlarının göstərişlərinə riayət olunmamışdır. İddiaçı ləğv prosesində olan "xxxx" X10 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayətinə əlavə olaraq bildirmişdir ki, yaranmış anlaşılmazlığın aydınlaşdırılması üçün iddiaçı tərəfindən Lənkəran Rayon Məhkəməsinə sorğu ilə müraciət edilərək sonuncu tərəfindən göndərilmiş 19 aprel 2019cu il tarixli iddia ərizəsinin və 30 aprel 2019-cu il tarixli iddia tələbinin artırılmasına dair ərizənin hansı tarixdə məhkəmənin dəftərxanasından qeydiyyatdan keçməsi və hakim Əliəjdər Ələkbərovun icraatına hansı tarixdə verilməsi barədə məlumat verilməsini xahiş etmişdir. Həmin sorğuya cavab olaraq Lənkəran Rayon Məhkəməsindən bildirilmişdir ki, tərəflər arasında Lənkəran Rayon Məhkəməsinin icraatında 2(049)-1652/2019 saylı və 2(049)-1852/2019 saylı mülki işlər olmuşdur. Lənkəran Rayon Məhkəməsinin “mülki işlərin qeydiyyat kitabına” əsasən 2(049)-1652/2019 saylı mülki iş 2019-cu il 10 may tarixində, 2(049)-1852/2019 saylı mülki iş isə 2019-cu il 31 may tarixində məhkəmənin dəftərxanasına qeydiyyata alınıb və eyni tarixdə baxılması üçün hakim Əliəjdər Əəkbərovun icraatına verilmişdir. Lakin 19 aprel 2019-cu il tarixli iddia ərizəsi 26 aprel 2019-cu il tarixində "xxxx" MMC ölkədaxili kuryer şirkətinə təqdim edilmiş, həmin iddia ərizəsi 29 aprel 2019-cu il tarixində Lənkəran Rayon Məhkəməsinə çatdırılmış və “Qasımzadə” soyadlı şəxs tərəfindən imzalanaraq qəbul edilmişdir. Həmin iddia ərizəsində yalnız Müəssisədən 03 may 2013-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin tutulması nəzərdə tutulmuşdur. Həmçinin, iddia ərizəsinin daxil olma ştampında tarix 31 may 2019-cu il tarixi göstərilmişdir. İddia tələbinin artırılması barədə ərizəyə vurulan daxil olma ştampında isə tarix 06 may 2019-cu il tarixi qeyd olunmuşdur. Qeyd olunan məlumatlar iş materiallarında öz əksini tapsa da, apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamış və nəticədə iddiaçının hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul olunmuşdur. İddiaçı "xxxx" X10 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 22 fevral 2023-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 28 sentyabr 2022-ci il tarixli 2- 2(106)-29/2022 saylı qətnaməsi ləğv edilərək iş yenidən baxılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin adıçəkilən qərarında qeyd edilmişdir ki, məhkəmə kollegiyası kassatorun daşınmaz əşyalarla bağlı tələblər üzrə iddia müddətinin 6 il olmasına, cavabdeh tərəfindən iddia müddəti ərzində 07 avqust 2017-ci il tarixində ödəniş edilməsinin məhkəmə tərəfindən nəzərə alınmamasına dair dəlilləri ilə razılaşmır, lakin apellyasiya instansiya məhkəməsinin eyni məsələlərlə əlaqədar qənaətini qanuni və əsaslı hesab etdiyindən, prosessual qənaət prinsipi baxımından bu dəlillər üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa lüzum görmür. Bununla belə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin hazırkı iş üzrə iddia müddətinin ötməsinə dair gəldiyi nəticə ilə aşağıdakı səbəblərdən razılaşmır. Belə ki, apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı üçün iddia müddətinin axımı 03 may 2016-cı il tarixindən başlayaraq 03 may 2019-cu il tarixində bitmiş, iddia ərizəsi isə 06 may 2019-cu il tarixində rabitə orqanına təhvil verməklə məhkəməyə müraciət edilmişdir. İş materiallarında olan cavabdeh Müəssisənin direktoru və hazırkı iş üzrə digər cavabdeh olan Cavabdeh2 ƏSFyə 2019-cu il 23 aprel tarixində daxil olmuş, üzərində həmin şəxsin imzası və Müəssisənin möhürü olan 2019-cu il 22 aprel tarixli 022 saylı məktubun surətindən görünür ki, həmin məktubda iddiaçıdan götürdüyü kreditin ödənilməyən 232.119,57 manat əsas, 138.515,31 manat cərimə borcu, 30.660 manat faiz borcu, ümumilikdə 401.295,12 manat borcu qaldığını, ticarət fəaliyyətinin həcminin aşağı düşməsi səbəbindən kreditin ödənilməsinin mümkün olmadığını bildirmiş, əsas borcun 1 il müddətində tam ödənilməklə hesablanmış faiz və cərimələrin güzəşt edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Göründüyü kimi, cavabdeh müəssisə və onun rəhbəri və hazırkı iş üzrə Cavabdeh2 sözügedən məktubda öz borcunu etiraf etmiş və bu məktubun tarixi məhz mübahisə predmeti olan kredit müqaviləsi üzrə 3 illik iddia müddətinin axımının davam etdiyi dövrə təsadüf etmişdir. Lakin işə baxan məhkəmələr MPM-in 80, 81 və 88-ci maddələrinin tələblərini pozaraq həmin məktubun aidliyinə, mümkünlüyünə və mötəbərliyinə ümumiyyətlə hüquqi qiymət verməmiş, eləcə də, MM-in 380.1-ci maddəsinin tələbləri baxımından bu məktubun hazırkı iş üzrə iddia müddətinin axımının kəsilməsinə təsiri imkanlarını dəyərləndirməmişlər. Belə ki, borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi MM-in 380.1-ci maddəsində iddia müddətinin axımının kəsilməsinin əsaslarından biri kimi müəyyən edilmişdir. Maddənin mənasına görə iddia müddətinin axımının kəsilməsi onu nəzərdə tutur ki, iddia müddəti hesablanmağa başlamış, müddətin axımı davam edir və müddət hələ bitməmişdir. İddia müddətinin axımının kəsilməsinə əsas verən hərəkət iddia müddətinin axımının davam etdiyi dövrdə baş verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə” 28 noyabr 2018-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə borclunun borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: 1) borcun qismən ödənilməsi; 2) əsas borc üzrə faizin köçürülməsi; 3) kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; 4) öhdəliyin icrası üçün möhlət istənməsi və 5) digər mühüm hallar aid edilə bilər). O da qeyd olunmalıdır ki, iş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 2020-ci il 14 sentyabr tarixli son iclas protokolundan da görünür ki, həmin iclasda iştirak edən Cavabdeh2 iddia tələbini qismən qəbul etdiyini, 03 may 2013-cü il tarixli kredit müqaviləsinə əsasən 250000 manat məbləğində kredit götürdüyünü, lakin maddi vəziyyəti ilə əlaqədar borcu vaxtında qaytara bilmədiyini, maddi imkanı olan kimi borcu ödəyəcəyini bir daha bildirmiş, məhkəmədən qətnamə qəbul olunarkən cərimə borcunun azaldılmasını xahiş etmişdir. Ümumiyyətlə, Lənkəran Rayon Məhkəməsinin qətnaməsi çıxarılanadək cavabdeh tərəfindən məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verilməsi iş materiallarından görünmür. Belə ki, Cavabdeh2 son məhkəmə iclasında iddia müddətinin tətbiqi barədə ərizə verdiyini və iddia tələblərini bu səbəbdən qəbul etmədiyini yalnız Lənkəran Rayon Məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində bildirmişdir. Eyni zamanda, Şirvan Kommersiya Məhkəməsinin qətnaməsindən məlum olur ki, Cavabdeh2 nümayəndəsi və vəkili iddia müddətinin tətbiq barədə ərizə ilə məhkəməyə 10 avqust 2021-ci il tarixində, yəni Lənkəran Rayon Məhkəməsinin qətnaməsi çıxarılandan 11 ay sonra müraciət etmişdir. Bundan başqa, apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə ilk dəfə iddia ərizəsi müəyyənləşdirilmiş aidiyyət qaydasında verilməmişdir. İddiaçının iddia ərizəsi 05 iyul 2021-ci il tarixində, yəni iddia müddəti bitdikdən sonra Şirvan Kommersiya Məhkəməsinə daxil olmuşdur. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin həmin mövqeyini də aşağıdakı səbəblərdən əsassız hesab edir. Hazırkı iş üzrə iddia ərizəsi Lənkəran Rayon Məhkəməsinə verilərkən MPM-də aidiyyət qaydalarının pozulmasına görə iddia ərizəsinin geri qaytarılmasına dair tələb mövcud deyildi. Həmin dövrdə aidiyyət məsələləri istisnasız qaydada kommersiya məhkəmələrinin və ümumi məhkəmələrin öz arasında həll olurdu. Odur ki, MPM-in 3.1-ci maddəsinin tələbləri baxımdan hazırkı iş üzrə məhkəmə mübahisəsi yaranan dövrdə iddia ərizəsinin istənilən məhkəmə tərəfindən icraata qəbul olunması iddianın lazımi qaydada verilməsi anlamına gəlirdi. Hazırkı halda, hətta Lənkəran Rayon Məhkəməsi işə mahiyyəti üzrə baxaraq qətnamə də çıxarmış, həmin zamanadək aidiyyət qaydalarının pozulması barədə hər hansı vəsatətin və ya mülahizənin olması iş materiallarından görünmür. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi MPM-in sübutların qiymətləndirilməsinə dair tələblərini pozaraq MPM-in 217.1-ci maddəsinə zidd olan əsassız qətnamə qəbul etmişdir İddiaçının nümayəndəsi Vəkil1 məhkəmədə apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-1365/2021 saylı 22 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməlidir. Belə ki, Ali Məhkəmənin göstərişlərindən və işin faktiki hallarından aşkar görünür ki, iddia müddəti ötürülməmişdir. Cavabdeh2 tərəfindən 23 aprel 2019-cu il tarixdə, yəni iddia müddətinin bitməsinə az bir müddət qalmış Əmanətlərin Sığortalanması Fonduna daxil olan və üzərində həmin şəxsin imzası və Müəssisənin möhürü olan və iddia müddətinin axımının kəsilməsinə əsas olan məktub olmuşdur. Qeyd edilməlidir ki, adıçəkilən məktubun əslinin deyil, surətinin məhkəməyə təqdim edilməsinə səbəb iddianın digər sübutlarla tam təsdiq edilməsi olmuşdur. Həmin məktubun əsli ləğv prosesində olan "xxxx" X10 Səhmdar Cəmiyyətinin arxivində saxlanılır ki, onun hazırda qısa müddət ərzində məhkəməyə təqdim edilməsi mümkün olmayacaqdır. Habelə, qeyd edilən məktubdakı imza və ya möhür həmni məktub məhkəməyə təqdim edildiyi zaman cavabdeh (və ya onun səlahiyyətli nümayəndələri – vəkillər) tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh (eyni zamanda, digər cavabdeh "xxxx" müəssisəsinin qanuni təmsilçisi) X1, onun nümayəndə və vəkilləri X7 və Vəkil3 məhkəmədə apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 izahatına əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəfindən 03 may 2013-cü il tarixli 1xx/xx/2758/13 saylı kredit müqaviləsinə əsasən ödəniş edilməmişdir. Etdiyi bütün ödənişlər, o cümlədən mübahisəsi aparılan 07 avqust 2017-ci il tarixdə edilmiş 19667.00 manat məbləğində ödəniş də, 11 iyun 2014-cü il tarixli 171/06/29/14 saylı kredit müqaviləsi üzrə edilmişdir. Həmin məbləğ müəssisənin bankda olan hesabına mədaxil edilmişdir və hesabdan silinməsi yalnız onun sərəncamı əsasında aparıla bilərdi ki, həmin məbləğin 03 may 2013-cü il tarixli 1xx/xx/2758/13 saylı kredit müqaviləsi üzrə silinməsinə dair banka cavabdeh tərəfindən hər hansı bir sərəncam verilməmişdir. Bank həmin kredit müqaviləsi üzrə ödənişlərin edilmədiyini görərək, gələcəkdə iddia müddətinin tətbiq edilməsi ehtimalını nəzərə alaraq, həmin ödənişi onun sərəncamı olmadan 03 may 2013-cü il tarixli kreditə aid etmişdir. İşə Lənkəran Rayon Məhkəməsində baxılarkən cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilsə də, lakin nə məhkəmənin qətnaməsində öz əksini tapmış, nə də iş materiallarına əlavə edilmişdir. Həmin ərizənin eyni bir surəti və ya nüsxəsi də tərəflərindən apellyasiya şikayətinə əlavə olunmuşdur. Cavabdeh2 məhkəmədə izahatına əlavə olaraq göstərmişdir ki, tərəfindən 23 aprel 2019-cu il tarixdə Əmanətlərin Sığortalanması Fonduna göndərilməsi iddia edilən məktubdakı imza və möhür solmuşdur ki, buna görə də, onun əsli olub-olmaması dəqiq müəyyən edilmir. O, Lənkəran Rayon Məhkəməsində işə baxılarkən ilk məhkəmə prosesində iştirak etmiş və iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmişdir. Həmin ərizənin eyni bir nüsxəsi də apellyasiya şikayətinə əlavə edilmişdir. Lənkəran Rayon Məhkəməsində bir məhkəmə iclasında iştirak etmiş, digər proseslərdə, eləcə də, son məhkəmə iclasında iştirak etməmişdir. Lənkəran Rayon Məhkəməsində iştirak edərkən iddianın etirafı barədə ərizə verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarına əlavə edilmiş iş materiallarında olan iddiaçı (kreditor) QSC İddiaçı ilə cavabdeh (borc alan) “Cavabdeh1” arasında 03 may 2013-cü il tarixində bağlanmış 1xx/xx/2758/13 saylı kredit müqaviləsindən görünür ki, kreditor tərəfindən borc alana dövriyyə vəsaitinin artırılması məqsədilə və illik 18 faiz ödəmək şərti ilə 36 ay müddətinə 250000 (iki yüz əlli min) manat məbləğində kreditin verilməsi, borc alan tərəfindən isə kreditdən məqsədli təyinatı üzrə istifadə edilərək müqavilədə nəzərdə tutulan qaydada və şərtlər daxilində qaytarılması müqavilənin predmetini və əsas şərtlərini təşkil etmişdir. Müqavilənin sonunda 12-ci qrafada tərəflərin ünvanları və digər rekvizitləri qeyd edilmiş, cavabdeh “Cavabdeh1”nin hesablaşma hesabı kimi ******************** hesabı göstərilmişdir. İş materiallarına əlavə edilmiş 13 dekabr 2018-ci il tarixli arayışdan görünür ki, iddiaçı (kreditor) QSC İddiaçı ilə cavabdeh (borc alan) “Cavabdeh1” arasında 03 may 2013-cü il tarixdə bağlanmış 1xx/xx/2758/13 saylı kredit müqaviləsi üzrə 10 dekabr 2018-ci il tarixinə yerinə yetirilməmiş kredit öhdəliyi 232119.57 manat əsas borc, 138515.31 manat cərimə, müqavilə müddəti bitəndən sonra gecikdirilmiş vaxt üçün hesablanmış 30660.24 manat faiz borcu olmaqla, ümumilikdə 401295.12 manat təşkil etmişdir. İş materiallarında olan iddiaçı (kreditor) QSC İddiaçı ilə cavabdeh (borc alan) “Cavabdeh1” arasında 11 iyun 2014-cü il tarixində bağlanmış 171/06/29/14 saylı digər kredit müqaviləsindən görünür ki, kreditor tərəfindən borc alana avadanlığın və xammalın alınması məqsədilə və illik 6 faiz ödəmək şərti ilə 72 ay müddətinə 600000 (altı yüz min) manat məbləğində kreditin verilməsi, borc alan tərəfindən isə kreditdən məqsədli təyinatı üzrə istifadə edilərək müqavilədə nəzərdə tutulan qaydada və şərtlər daxilində qaytarılması müqavilənin predmetini və əsas şərtlərini təşkil etmişdir. Müqavilənin sonunda 12-ci qrafada tərəflərin ünvanları və digər rekvizitləri qeyd edilmiş, cavabdeh “Cavabdeh1”nin hesablaşma hesabı kimi AZ85MOSZ******************** hesabı göstərilmişdir. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 22 may 2022-ci il tarixli rəyinə əsasən iddiaçı (kreditor) QSC İddiaçı ilə cavabdeh (borc alan) “Cavabdeh1” arasında 03 may 2013-cü il tarixdə bağlanmış 1xx/xx/2758/13 saylı kredit müqaviləsi üzrə müqavilə müddətinin bitdiyi 03 may 2016-cı il tarixə əsas borc 250462.51 manat, faiz borcu 3165.71 manat, 10 dekabr 2018-ci il tarixinə (müqavilə müddəti bitdikdən sonra 5%lə hesablanmaqla) isə əsas borc 233676.12 manat, faiz borcu isə 31365.79 manat müəyyən olunur. LD********** identifikasiya nömrəsi 03 may 2013-cü il tarixdə bağlanmış 1xx/xx/2758/13 saylı kredit müqaviləsinin identifikasiya nömrəsidir, 03 may 2013-cü il tarixdə bağlanmış 1xx/xx/2758/13 saylı və 11 iyun 2014-cü il tarixdə bağlanmış 171/06/29/14 saylı kredit müqavilələri üzrə ödənişlər vahid hesablaşma hesabı (********************) üzərindən aparıldığı müəyyən edilir. 03 may 2013-cü il tarixdə bağlanmış 1xx/xx/2758/13 saylı kredit müqaviləsi üzrə sonuncu ödəniş 07 avqust 2017-ci ildə 19667.00 manat məbləğində olmuş, həmin ödənişin 2880.61 manatı faiz borcundan, 16786.39 manatı isə əsas borcdan silindiyi müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil etmişdir. İş materiallarında olan ipoteka saxlayan QSC Standart” KB ilə ipoteka qoyan Cavabdeh2 arasında 03 may 2013-cü ildə bağlanmış 1xx/xx/2758/13 saylı ipoteka müqaviləsindən görünür ki, kreditor QSC İddiaçı ilə borc alan “Cavabdeh1” arasında 03 may 2013-cü ildə bağlanmış 1xx/xx/2758/13 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə ipoteka qoyan Cavabdeh2 ünvan 1 ünvanında mülkiyyətdə olan 0.0539 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 4 otaqdan ibarət, 365.5 kv.metr ümumi, 109.1 kv.metr yaşayış, 256.4 kv.metr yardımçı sahələrdən ibarət fərdi yaşayış evini və mülkiyyətində olan 0.0539 ha torpaq sahəsini kreditin təminatı olaraq ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlt reyestrindən 08 may 2013-cü ildə verilmiş RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Cavabdeh2 mülkiyyətində olan Lənkəran şəhəri, Tofiq İsmayılov küçəsində 0.0539 ha torpaq sahəsi ilə birlikdə 175 nömrəli fərdi yaşayış evinin 03 may 2013-cü il tarixli 1xx/xx/2758/13 saylı kredit müqaviləsi üzrə QSC İddiaçı-nin Lənkəran filialının xeyrinə ipoteka ilə yüklülüyü dövlət qeydiyyatına alnmışdır. İş materiallarına əlavə edilmiş ipoteka saxlayan LPO QSC İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə 17 aprel 2019-cu il tarixdə göndərilmiş və ünvan üzrə həmin tarixdə qeydiyyatdan keçmiş “tutmanın ipoteka predmetinə yönəldilməsinə dair” bildirişin qeydə alınması barədə ərizədən görünür ki, “İpoteka haqqında” Qanunun 36.3-cü maddəsinə müvafiq olaraq bildirişin qeydə alınması xahiş olunmuşdur. İş materiallarında olan ipoteka saxlayan QSC Standart” KB və ipoteka qoyan Cavabdeh2 arasında 03 may 2013-cü ildə bağlanmış **********-1 saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, kreditor QSC İddiaçı ilə borc alan “Cavabdeh1” arasında 03 may 2013-cü ildə bağlanmış 1xx/xx/2758/13 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə ipoteka qoyan Cavabdeh2 Lənkəran şəhəri Bakı-Astara magistralında mülkiyyətində olan 0.5573 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 8 girişli, 454.5 kv.metr ümumi sahədən, 343.8 kv.metr əsas sahədən və 110.7 kv.metr köməkçi sahədən ibarət qeyri-yaşayış binasını (su doldurma sexi) və mülkiyyətində olan 0.5573 ha torpaq sahəsi ilə birlikdə kreditin təminatı olaraq ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlt reyestrindən 10 may 2013-cü ildə verilmiş RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Cavabdeh2 mülkiyyətində olan Lənkəran şəhəri, Bakı-Astara magistralında qeyri-yaşayış binası (su doldurma sexi) 03 may 2013-cü il tarixli 1xx/xx/2758/13 saylı kredit müqaviləsi üzrə QSC İddiaçı-nin Lənkəran filialının xeyrinə əlavə ipoteka ilə yüklülüyü dövlət qeydiyyatına alnmışdır. İş materiallarına əlavə edilmiş ipoteka saxlayan LPO QSC İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə 17 aprel 2019-cu il tarixdə göndərilmiş və ünvan üzrə həmin tarixdə qeydiyyatdan keçmiş “tutmanın ipoteka predmetinə yönəldilməsinə dair” bildirişin qeydə alınması barədə ərizədən görünür ki, “İpoteka haqqında” Qanunun 36.3-cü maddəsinə müvafiq olaraq bildirişin qeydə alınması xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş ipoteka predmetlərinin qiymətləndirilməsinə dair "xxxx" MMC tərəfindən təqdim edilən qiymətləndirmə rəyləri (1-ci cild 167-194-cü vərəqlər) və sonradan onlara verilmiş əlvələrdən (3-cü cild 124-125-cı vərəqlər) müəyyən olunur ki, ipoteka predmeti olan Cavabdeh2 məxsus ünvan 1 ünvanında 0.0539 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqdan ibarət 365.5 kv.metr ümumi, 109.1 kv.metr yaşayış, 256.4 kv.metr yardımçı sahələrdən ibarət fərdi yaşayış evi və 0.0539 ha torpaq sahəsinin bazar qiyməti 180000 manat, likvid qiyməti isə 155000 manat, ipoteka predmeti olan Cavabdeh2 məxsus Lənkəran şəhəri, Bakı-Astara magistralında 0.5573 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 8 girişli, 454.5 kv.metr ümumi sahədən, 343.8 kv.metr əsas sahədən və 110.7 kv.metr köməkçi sahədən ibarət qeyri-yaşayış binası (su doldurma sexi) və 0.5573 ha torpaq sahəsinin bazar qiyməti 220000 manat, likvid qiyməti isə 180000 manat təşkil edir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. MPM-in 420-ci maddəsinin tələbinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hazırkı mülki işin faktiki hallarına və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında ehtiva olunan məcburi göstərişlərə uyğun olaraq hərtərəfli hüquqi qiymət verərək hesab edir ki, iş materiallarına əsasən iddiaçı ləğv prosesində olan "xxxx" X10 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla müəyyən edilmiş iddia müddətini ötürməmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını hərtərəfli və tam şəkildə aydınlaşdırmamış, iddia müddətinin keçməsi əsası ilə iddia tələbini rədd edərkən maddi hüquq normalarını səhv tətbiq edərək, qanunsuz qətnamə qəbul etməklə qətnamənin apellyasiya qaydasında ləğvi üçün kifayət qədər əsas yaratmışdır. Belə ki, Lənkəran Rayon Məhkəməsində işə baxılarkən tərtib edilmiş məhkəmə iclas protokolundan da görünür ki, iclasda iştirak edən Cavabdeh2 iddia tələbini qismən qəbul etmiş, 03 may 2013-cü il tarixli kredit müqaviləsinə əsasən 250000 manat məbləğində kredit götürmüş, maddi vəziyyəti ilə əlaqədar borcu vaxtında qaytara bilməmiş və maddi imkanı olan kimi borcu ödəyəcəyini bir daha bildirmişdir. Ancaq, Lənkəran Rayon Məhkəməsinin qətnaməsi çıxarılanadək cavabdeh tərəfindən məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verilməsi iş materiallarından görünmür. Hətta, o, hazırkı məhkəmə icraatı zamanı izahat verərkən göstərmişdir ki, Lənkəran Rayon Məhkəməsində işə baxılarkən ilk məhkəmə prosesində iştirak edərək iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmiş və həmin ərizənin bir nüsxəsi də apellyasiya şikayətinə əlavə edilmişdir. Lənkəran Rayon Məhkəməsində bir məhkəmə iclasında iştirak etmiş, digər proseslərdə, eləcə də, son məhkəmə iclasında iştirak etməmişdir. Kollegiya diqqətə çatdırır ki, apellyasiya şikayətinə əlavə olunan iddia müddətinin tətbiqi barədə ərizə 14 sentyabr 2020-ci il tarixlidir ki, həmin tarixdə son məhkəmə prosesi keçirilmiş və Cavabdeh2 isə izahatında qəti olaraq həmin məhkəmə iclasında iştirak etmədiyini bildirmişdir. Habelə, Şirvan Kommersiya Məhkəməsinin qətnaməsindən görünür ki, Cavabdeh2 nümayəndəsi və vəkili iddia müddətinin tətbiq barədə ərizə ilə məhkəməyə 10 avqust 2021-ci il tarixdə - Lənkəran Rayon Məhkəməsinin qətnaməsi çıxarılandan 11 ay sonra müraciət etmişdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, “L.İ.Binnətovanın şikayəti üzrə” 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. Barışıq sazişinin bağlanması, çıxarılmış məhkəmə aktı ilə razılaşılması və ya ondan şikayət verilməsi hər iki tərəfin iradəsi əsasında müəyyən olunur. İddianın etiraf edilməsi (qəbul edilib-edilməməsi), habelə iddia müddətinin tətbiq olunub-olunmaması isə cavabdehin mövqeyindən asılıdır. Tərəflər öz hüquqlarının müdafiəsi üsullarını müstəqil şəkildə özləri seçə bilərlər, məhkəmə isə mülki məhkəmə icraatının prinsiplərini, maddi və prosessual hüquq normalarını rəhbər tutaraq yalnız ədalət mühakiməsi funksiyasını həyata keçirir. Apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində tərəflərin hüquqlarının təmin olunmasına lazımi diqqət yetirməlidir. Lakin tərəflərdən hər hansı biri mülki məhkəmə prosesinin müxtəlif mərhələlərində ona aid olan hüquqlardan elə istifadə etməlidir ki, əks tərəfin hüquqları və qanunla müəyyən edilmiş məhkəmə icraatının qaydaları pozulmasın. Odur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir. Bundan başqa, Cavabdeh2 tərəfindən 23 aprel 2019-cu il tarixdə Əmanətlərin Sığortalanması Fonduna daxil olmuş və üzərində Cavabdeh2 imzası və "xxxx" Müəssisəsinin möhürü olan məktubdan görünür ki, Cavabdeh2 iddiaçıdan götürdüyü kreditin ödənilməyən 232.119,57 manat əsas, 138.515,31 manat cərimə borcu, 30.660 manat faiz borcu, ümumilikdə 401.295,12 manat borcu qaldığını, ticarət fəaliyyətinin həcminin aşağı düşməsi səbəbindən kreditin ödənilməsinin mümkün olmadığını bildirmiş, əsas borcun 1 il müddətində tam ödənilməklə hesablanmış faiz və cərimələrin güzəşt edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Belə, Cavabdeh2 kredit müqaviləsi üzrə 3 illik iddia müddətinin axımının davam etdiyi vaxtda həmin məktubla öz mövcud borcunu etiraf etmişdir. MM-in 380-ci maddəsinin tələbinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Habelə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər. Habelə, həmin qərarda göstərilmişdir ki, borclunun borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: 1) borcun qismən ödənilməsi; 2) əsas borc üzrə faizin köçürülməsi; 3) kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; 4) öhdəliyin icrası üçün möhlət istənməsi və 5) digər mühüm hallar aid edilə bilər. Beləliklə, məhkəmə kollegiyası diqqətə çatdırmağı zəruri hesab edir ki, mülki işin müəyyən edilmiş hallarından açıq-aşkar görünür ki, hazırkı iş üzrə tələbin irəli sürülməsindən öncə, iddia müddətinin sonuna az bir müddət qalmış kreditora borcun etirafını nəzərdə tutan məktub ünvanlanmaqla borcunu etirafını göstərən hərəkətlər edilmiş və nəticədə iddia müddətinin axımı kəsilmişdir. Bununla da, iddia müddətinin ötürülməsi faktı baş tutumamışdır. Habelə, birinci instansiya məhkəməsi qismində Lənkəran Rayon Məhkəməsində işə baxılarkən cavabdehlər tərəfindən iddia müddətinin ötürülməsinə dair müraciətin mövcudluğu müəyyən edilmir. O da nəzərə alınmalıdır ki, cavabdeh (digər cavabdeh "xxxx" müəssisəsinin qanuni təmsilçisi) X3 hətta, həmin məhkəmədə iştirak etmiş və borcu qismən qəbul etdiyini bildirmişdir. MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçını intizmalandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir: üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.” İddia müddətinin tətbiq edilməsi mülki hüquq münasibətlərinin tənzimlənməsində əhəmiyyətli rol oynayır və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquq müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, hazırkı iddianın təmin edilməsi üzrə iddiaçı tərəfindən məhkəməyə kifayət qədər mötəbər sübut təqdim edilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, müqavilə tərəflər arasında öhdəliyini əmələ gəlməsi əsaslarındandır. Mülki hüquqi öhdəliklərin mühüm yaranma əsası kimi müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Bağlanmış müqavilə üzrə tərəflər öz əmlak mənafeləri ilə yanaşı, həmçinin hüquq və vəzifələrini də müəyyən etməlidir. Müqavilə şərtləri həmişə mövcud qanunvericilikdə şərtləndirilmiş imperativ normalara uyğun olmalıdır. Belə ki, müqavilə anlayışı üç vacib elementdən ibarətdir ki, bunlara müqavilənin subyekt tərkibi, məzmunu və forması aiddir. Subyekt tərkibi müəyyən müqavilənin bağlanmasında və ya onun həyata keçirilməsində iştirak edən şəxsləri ehtiva edir. Müqavilədən yaranan qarşılıqlı hüquq və vəzifələrin daşıyıcıları olan şəxslər, yəni kreditor və borclu müqavilənin subyekt tərkibinə aiddir. Müqavilənin məzmunu dedikdə, müqavilə tərəflərinin hüquq və vəzifələri, onların barəsində razılıq əldə etdikləri şərtlərin məcmusu başa düşülür. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır. Beləcə, qanunla müəyyən edilmiş məcburi formaya riayət edilməklə bağlanmış müqavilə üzrə kreditor müqavilənin digər tərəfindən, yəni həmin hərəkətləri etməyə borclu olan şəxsdən öhdəliyin icrasını tələb etmək hüququna malikdir. Beləlikə, kollegiya diqqətə çatdırır ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları - fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər. Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Beləliklə, diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia tələbi əsaslı, əgər uzlaşmırsa iddia tələbi əsassız hesab edilir. Bundan əlavə, nəzərə alınmalıdır ki, MM-in 6.1.2-ci maddəsinin tələbinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi mülki qanunvericiliyin prinsiplərindəndir. Həmin prinsip mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir. Ancaq şəxsi və (və ya) ictimai mənafeyin təmin olunması baxımından zərurət olduqda bəzi müqavilələrin bağlanılması qanunvericilikdə məcburi forma şərtinə tabe tutulur. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Ancaq digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Qanunda bəzi əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi həmin əqdlərin mahiyyətindən irəli gəlir. Belə ki, bir qayda olaraq iqtisadi dəyəri daha yüksək olan, fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan (bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi) əqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin (daşınmaz əşyaların, avtomobil və s. əşyaların alqı-satqısı, ipoteka və s.) etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial qaydasında təsdiqlənməsi tələb olunur. Bununla mülki dövriyyə iştirakçılarına daha yaxşı düşünmək, bağlayacaqları əqd səbəbindən yaranacaq nəticələri əvvəlcədən müəyyən etmək və yekun qəti qərara gəlmək imkanı yaratmaq məqsədi güdülür. Məhz bu məqsədə nail olmaq, nəticədə mülki hüquq subyektlərinin mənafelərini qorumaq üçün qanunverici bir sıra əqdlər baxımından forma tələbini etibarlılıq şərti kimi müəyyən etmişdir. Beləliklə, məhkəmə kollegiyası tərəflər arasında bağlanmış müqavilələr və yuxarıda sadalanan qanunvericiliyin imperativ normaları üzrə hesab edir ki, "xxxx" X10 Səhmdar Cəmiyyəti və “Cavabdeh1” arasında bağlanmış 03 may 2013-cü il tarixli 1xx/xx/2758/13 saylı kredit müqaviləsinə əsasən cavabdehlər “Cavabdeh1” və Cavabdeh2 232119 manat 57 qəpik məbləğdə əsas borc, 138515 manat 31 qəpik məbləğdə cərimə borcu, 30660 manat 24 qəpik məbləğdə kredit müqaviləsi müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu məbləğdə kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumu, 60 manat tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişlərin qeydə alınması üçün ödənilmiş rüsumu cavabdehlər “Cavabdeh1” və Cavabdeh2 ləğv prosesində olan "xxxx" X10 Səhmdar Cəmiyyətinin xeyrinə tutulması tələbi əsaslıdır. Eyni zamanda, MM-in 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. MM-in 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. MM-in 467-ci maddəsinə görə məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd edilən normalara əsasən məhkəmə kollegiyası dəbbə pulu (cərimə) məbləğinin müəyyən edilməsi zamanı nəzərə alır ki, iddia tələbində hesablanmış və tələb edilən cərimə məbləği MM-in tələblərinə uyğun olaraq öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi səbəbindən meydana gəlmişdir. Qanunvericiliyin imkan verdiyi hədd daxilində kreditorun əmlak və əsaslı mənafeləri nəzərə alınmaqla, həmin 138515 manat 31 qəpik məbləğin 80000 manata qədər azaldılmasını kollegiya daha doğru hesab edir. Cərimə məbləğinin həddi baxımından, eyni zamanda, kreditorun mənafeləri nəzərə alınarkən tərəflər arasında bağlanmış müqavilə üzrə kreditorun gələcəkdə əldə edə biləcəyi bütün gəlirlərindən məhrum olunmasına yönəlik hazırkı vaxta kimi cavabdeh tərəfindən edilmiş bütün hərəkət və ya hərəkətsizliklər də nəzərə alınmalıdır. Belə ki, cavabdeh tərəfindən borcun ödənilməsinin yubadılmasına xidmət edən və iş üzrə mötəbər sübutlarla açıq-aşkar təsdiqini tapan bütün addımlar özlüyündə kreditorun əmlak mənafeyinə ciddi təsir edən amillərdəndir. Bununla yanaşı, MM-in 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. MM-in 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Habelə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-cü maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin qanunun 33-cü maddəsinə görə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı qərardadının 10 və 11-ci bəndlərində qeyd edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir. İlk öncə, likvid dəyərlə bağlı qeyd edilməlidir ki, “likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan, aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. Həmin qərardadın 13-cü bəndində göstərilmişdir ki, ipoteka predmetinin likvid qiymətlə satılması borc alanın və ipoteka qoyanın da qanuni maraqlarına zidd deyil. Belə ki, ipoteka predmetinin realizasiyasının likvid qiymət əsasında daha tez həyata keçirilməsi borcun vaxtında ödənilməməsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş əlavə ödənişlərin tutulmasının qarşısını da almaqla borcluları əlavə zərərdən qorumuş olacaqdır. Digər tərəfdən, likvid qiymət real bazar dəyərindən nisbətən aşağı olsa da, əhəmiyyətli qiymət fərqi olmadan dəyər itkisi yaratmayan həddə olduğundan və yalnız məcburi qaydada satışa tətbiq edildiyindən ipoteka qoyanın maraqlarına da zidd kimi qiymətləndirilməməlidir. Belə ki, Qanun ədalətli yanaşma müəyyən edərək, ipoteka qoyana ipoteka predmetini hərrac yekunlaşana qədər borcu ödəməklə ipotekadan azad etmək, habelə ipoteka saxlayanla qarşılıqlı razılıq əsasında ipoteka predmetini könüllü olaraq satmaq imkanı vermişdir. Bundan əlavə, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında müəyyən edilməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin, qeyd edilməlidir ki, ipoteka predmeti olan əmlakın likvid qiymətlə açıq hərraca çıxarılması ipoteka predmetinin ilkin hərracda daha tez realizə edilərək, hərrac qaydalarına əsasən növbəti hərracdan mülkiyyətiçinin mənafeyinə zidd şəkildə ucuz qiymətə satılmasının qarşısını almaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının da vaxtında icra olunmasına yardım etmiş olacaqdır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, müqavilə üzrə tələb edilən və məhkəmə qərarı əsasında müəyyən edilən kredit borcu üzrə tutma Cavabdeh2 mülkiyyətində olmaqla bank qarşısında ipoteka ilə yüklü edilmiş Lənkəran şəhəri Tofiq İsmayılov (indiki H.Əliyev) küçəsi 0.0539 ha torpaq sahəsi ilə birlikdə 175 nömrəli fərdi yaşayış evinə və Cavabdeh2 mülkiyyətində olan Lənkəran şəhəri Bakı-Astara magistralında yerləşən qeyriyaşayış binasına (su doldurma sexi) yönəldilməli, ipoteka predmetləri olan Lənkəran şəhəri Tofiq İsmayılov (indiki H.Əliyev) küçəsi 0.0539 ha torpaq sahəsi ilə birlikdə 175 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 178800 manat və Lənkəran şəhəri Bakı- Astara magistralında yerləşən qeyri-yaşayış binasının ilkin satış qiyməti 212100 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılmalıdırlar. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin Qanunun 59-cu maddəsinin tələblərinə görə yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. İpoteka predmetləri olan qeyri-yaşayış binasına və fərdi yaşayış evinə tutma yönəldikdən və onlar satıldıqdan sonra ipoteka qoyan Cavabdeh2 qeyri-yaşayış binasını və fərdi yaşayış evini ən geci bir ay ərzində tərk etmədikdə, qeyri-yaşayış binasından və fərdi yaşayış evindən məcburi qaydada çıxarılmalı, həmin qeyri-yaşayış binası və fərdi yaşayış evi boşaldılmaldır. Qeyd edilməlidir ki, ilkin satış qiyməti tərəflər arasında mübahisələndirmədiyi üçün həmin hissə üzrə hər hansı araşdırma aparılmasına məhkəmə zərurət görmür. Belə ki, tərəflərin mübahisələndirmədiyi halda, bu dispozitivlik prinsipinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında, həmçinin göstərilir ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir. MPM-in 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Beləliklə, məhkəmə kollegiyası aparılmış məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi hərtərəfli araşdırma apararaq işin faktiki hallarına düzgün qiymət verməmiş və yekun olaraq yanlış nəticəyə gəlmişdir. Beləcə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmişdir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli e-2-2(121)-1365/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən təmin edilməli, "xxxx" X10 Səhmdar Cəmiyyəti və “Cavabdeh1” arasında bağlanmış 03 may 2013-cü il tarixli 1xx/xx/2758/13 saylı kredit müqaviləsinə əsasən cavabdehlər “Cavabdeh1” və Cavabdeh2 232119 manat 57 qəpik məbləğdə əsas borc, 80000 manat məbləğdə cərimə borcu, 30660 manat 24 qəpik məbləğdə kredit müqaviləsi müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, ümumilikdə 342779 manat 81 qəpik məbləğdə borc və 30 manat ödənilmiş dövlət rüsumu, 60 manat tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişlərin qeydə alınması üçün ödənilmiş rüsum cavabdehlər “Cavabdeh1” və Cavabdeh2 ləğv prosesində olan "xxxx" X10 Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, tutma Cavabdeh2 mülkiyyətində olmaqla bank qarşısında ipoteka ilə yüklü edilmiş Lənkəran şəhəri Tofiq İsmayılov (indiki H.Əliyev) küçəsi 0.0539 ha torpaq sahəsi ilə birlikdə 175 nömrəli fərdi yaşayış evinə və Cavabdeh2 mülkiyyətində olan Lənkəran şəhəri Bakı-Astara magistralında yerləşən qeyri-yaşayış binasına (su doldurma sexi) yönəldilməli, ipoteka predmetləri olan Lənkəran şəhəri Tofiq İsmayılov (indiki H.Əliyev) küçəsi 0.0539 ha torpaq sahəsi ilə birlikdə 175 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 178800 manat və Lənkəran şəhəri Bakı-Astara magistralında yerləşən qeyri-yaşayış binasının ilkin satış qiyməti 212100 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılmalı, ipoteka predmetləri olan qeyriyaşayış binasına və fərdi yaşayış evinə tutma yönəldikdən və onlar satıldıqdan sonra ipoteka qoyan Cavabdeh2 qeyri-yaşayış binasını və fərdi yaşayış evini ən geci bir ay ərzində tərk etmədikdə, qeyri-yaşayış binasından və fərdi yaşayış evindən məcburi qaydada çıxarılmalı, həmin qeyri-yaşayış binası və fərdi yaşayış evi boşaldılmalı, iddia tələbləri qalan hissədə təmin edilməməlidir. “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Bundan əlavə, nəzərə alınmalıdır ki, MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. MPM-in 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlmir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmamış, təqdim olunmuş sübutlara obyektiv qiymət verilməmişdir. MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 14.2, 76, 77, 89, 124, 217.2, 218.1, 372, 384, 385, 387, 392, 393 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq Q Ə T E T D İ: İddiaçı ləğv prosesində olan "xxxx" X10 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli e-2-2(121)-1365/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. "xxxx" X10 Səhmdar Cəmiyyəti və “Cavabdeh1” arasında bağlanmış 03 may 2013-cü il tarixli 1xx/xx/2758/13 saylı kredit müqaviləsinə əsasən cavabdehlər “Cavabdeh1” və Cavabdeh2 232119 manat 57 qəpik məbləğdə əsas borc, 80000 manat məbləğdə cərimə borcu, 30660 manat 24 qəpik məbləğdə kredit müqaviləsi müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, ümumilikdə 342779 (üç yüz qırx iki min yeddi yüz yetmiş doqquz) manat 81 (səksən bir) qəpik məbləğdə kredit borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, 60 (altmış) manat tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişlərin qeydə alınması üçün ödənilmiş rüsumu cavabdehlər “Cavabdeh1” və Cavabdeh2 ləğv prosesində olan "xxxx" X10 Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma Cavabdeh2 mülkiyyətində olmaqla bank qarşısında ipoteka ilə yüklü edilmiş Lənkəran şəhəri Tofiq İsmayılov (indiki H.Əliyev) küçəsi 0.0539 ha torpaq sahəsi ilə birlikdə 175 nömrəli fərdi yaşayış evinə və Cavabdeh2 mülkiyyətində olan Lənkəran şəhəri Bakı-Astara magistralında yerləşən qeyri-yaşayış binasına (su doldurma sexi) yönəldilsin. İpoteka predmetləri olan Lənkəran şəhəri Tofiq İsmayılov (indiki H.Əliyev) küçəsi 0.0539 ha torpaq sahəsi ilə birlikdə 175 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 178800 (yüz yetmiş səkkiz min səkkiz yüz) manat və Lənkəran şəhəri Bakı-Astara magistralında yerləşən qeyri-yaşayış binasının ilkin satış qiyməti 212100 (iki yüz on iki min yüz) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılsınlar. İpoteka predmetləri olan həmin qeyri-yaşayış binasına və fərdi yaşayış evinə tutma yönəldikdən və onlar satıldıqdan sonra ipoteka qoyan Cavabdeh2 qeyri-yaşayış binasını və fərdi yaşayış evini ən geci bir ay ərzində tərk etmədikdə, qeyri-yaşayış binasından və fərdi yaşayış evindən məcburi qaydada çıxarılsın, həmin qeyri-yaşayış binası və fərdi yaşayış evi boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar