Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-42/2025 22.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 5 oktyabr 2011-ci il tarixli 2-2(86)-1126/2011 nömrəli qiyab qətnaməsinin ləğvinə dair Cavabdeh ərizəsi üzrə Şirvan Kommersiya Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli 2-2(121)-1/2011 saylı qərardadından (hakim Z.Abbasov) cavabdeh tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “icarə hüququna xitam verilməsi və torpaq icarəsi müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Biləsuvar rayonu Səmədabad kənd sakini Cavabdeh oğlşuna İddiaçı Başçısının 16 oktyabr 2000-ci il tarixli 2285 saylı sərəncamı ilə dövlət ehtiyat fondu torpaqlarından icarəyə verilmiş 100 ha torpaq sahəsi üzərində müvəqqəti istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 5 oktyabr 2011-ci il tarixli 2-2(86)-1126/2011 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin olunaraq, İddiaçı Başçısının 16 oktyabr 2000-ci il tarixli 2285 saylı sərəncamı ilə Cavabdeh dövlət ehtiyat fondu torpaqlarından icarəyə verilmiş 100 ha torpaq sahəsi üzərində icarə hüququna xitam verilmiş, Cavabdeh 3 manat məbləğində dövlət rüsumunun dövlət gəlirinə tutulması qət edilmişdir. İş materiallarına əsasən qanunla müəyyən olunan müddət ərzində qiyabi qətnamənin ləğvinə dair ərizə, yaxud qətnamədən apellyasiya şikayəti verilməmiş, 28 noyabr 2011-ci ildə qətnamə icraya yönəldilmiş və Biləsuvar rayon icra şöbəsi tərəfindən 15 dekabr 2011ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İddiaçı Başçısı Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 5 oktyabr 2011-ci il tarixli 2- 2(86)-1126/2011 nömrəli qiyabi qətnaməsinə əsaslanaraq 4 noyabr 2011-ci il tarixli 224 saylı sərəncamı ilə İddiaçı Başçısının 16 oktyabr 2000-ci il tarixli 2285 saylı sərəncamı ilə Cavabdeh dövlət ehtiyat fondu torpaqlarından icarəyə verilmiş 100 ha torpaq sahəsi üzərində icarə hüququna xitam vermiş, Cavabdeh vergi ödəyicisi kimi qeydiyyatdan çıxarılmasını 6 saylı ərazi vergilər idarəsinə tapşırmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 12 mart 2012-ci il tarixli qərardadı ilə qiyabi qətnamə əsasında verilmiş “icra sənədinin icraatına xitam verilməsi” haqqında Biləsuvar rayon icra qrupunun böyük icra məmuru Əvəz Bədəlovun təqdimatı təmin edilmiş və 28 noyabr 2011-ci il tarixli icra sənədinin icraatına tam olaraq icra olunması əsası ilə xitam verimişdir. Cavabdeh Nəsrət oğlu 9 oktyabr 2024-cü il tarixdə qiyabi qətnamənin ləğv edilməsi barədə ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək ləğv edilməsi və işin iddia icraatı qaydasında yenidən baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin təsviri hissəsində göstərilənlərə əsasən iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Həmin mülki işə 05 oktyabr 2011-ci il tarixdə baxılaraq 2- 2(86)-1126/2011 saylı qiyabi qətnamə qəbul olunmuş və iddia təmin olunaraq ona dövlət ehtiyat fondu torpaqlarından icarəyə verilmiş 100 hektar torpaq sahəsinin üzərində icarə hüququna xitam verilməsi barədə qiyabi qətnamə qəbul olunmuşdur. İşə baxan məhkəmə iştirakı olmadan yalnız iddiaçının izahatını əsas tutaraq, yanlış nəticəyə gələrək iddia tələbini təmin etmişdir. Yaşadığı ünvana məhkəmə bildirişləri gəlmədiyi üçün məhkəmə iclaslarında iştirak edə bilməmişdir və mülki iş üzrə qəbul edilmiş qiyabi qətnamədən məlulmatı olmamışdır. Sözügedən qətnamədən yalnız müvqavilələri olan şirkətlə aralarında yaranmış mübahisə zamanı xəbəri olmuşdur. Qətnaməni Biləsuvar rayon Dövlət Arxiv İdarəsindən xx.xx.2024-cü il tarixdə əldə etmişdir. Hal-hazırda Şirvan İnzibati Məhkəməsinin 05 oktyabr 2011-ci il tarixli 2-2(86)-1126/2011 saylı qiyabi qətnaməsinin ləğv edilməsini, mülki işin iddia icraatı qaydasında yenidən baxılmasını istəyir. Şirvan Kommersiya Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli 2-2(121)-1/2011 nömrəli qərardadı ilə Şirvan İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2-2(86)- 1126/2011 nömrəli qiyabi qətnaməsinin ləğvinə dair Cavabdeh ərizəsi təmin edilməmişdir. Cavabdeh şikayət verərək Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(121)-1/2011 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin 15 noyabr 2024- cü il tarixli, 2-2(121)-1/2011 saylı qərardadı qanuna zidd olaraq qəbul edilmişdir. Çünki qəbul edilmiş qərar ilə şikayətçinin qanunla qorunan hüquqları pozulmuşdur. Belə ki, şikayətçi 29 oktyabr 2024-cü il tarixdə ərizə ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 5 oktyabr 2011-ci il tarixli, 2-2(86)-1126/2011 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsini və mülki işin iddia icraatı qaydasında yenidən baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakim mülki işə baxan hakim qanunsuzıuq edərək ərizəni araşdırmadan, sadəcə iddiaçının xeyrinə qərar qəbul edərək ərizəni rədd etmişdir. Səbəb də onu göstərmişdir ki, guya ki şikayətçi 5 oktyabr 2011-ci il tarixli, 2-2(86)-1126/2011 nömrəli qiyabi qətnaməni 8 oktyabr 2024-cü il tarixdə almış və qətnamədən şikayəti 10 gün müddətinə verməli olduğu halda, qiyabi qətnamənin ləğvinə dair ərizəni 29 oktyabr 2024-cü il tarixdə Şirvan İnzibati Məhkəməsinə təqdim etmişdir. Şikayətçi qətnaməni rəsmi olaraq götürdüyü zaman məlumat almışdır ki, qətnamədən şikayət verilmə müddəti 1 aydır. Bunun üçündə 1 ay tamam olmamış ərizə ilə məhkəməyə müraciət etmişdir. Şikayətçi hüquq təhsili olmayan bir şəxs olduğu üçün qətnaməni götürdükdən 10 gün müddət ərzində ərizə ilə müraciət edəcəyini bilməmişdir. Qətnamənin qət etdi hissəsinin ən son bəndində qətnamədən 1 ay müddətinə şikayət verilə bilər yazısını oxuduğu üçün düşünmüşdür ki, qətnamədən şikayət verilmə müddəti 1 aydır. Bunun üçün də 10 gün keçdikdən sonra müraciət etmişdir. Hakim onun hüquq təhsili olmayan bir şəxs olduğunu nəzərə alaraqdan ərizəni təmin edərək mülki işə yenidən baxa bilərdi. Halbuki hakim qanunsuzluq edərək ərizəni təmin etməmişdir. Bunun üçün də qəbul edilmiş qərardad ləğv edilməlidir. Şirvan Kommersiya Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli 2-2(121)-1/2011 saylı qərərdadı ilə şikayət təmin edilməyərək iş materialları ilə birlikdə baxılmasından ötrü Şirvan Apelyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət əsassız olduğundan təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 128.2-ci maddəsinə əsasən prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir; 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır; 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur; 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur; 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; 130.3-cü maddəsinə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. İş materiallarından görünür ki, Biləsuvar rayon Dövlət Arxiv İdarəsi tərəfindən Cavabdeh təqdim olunmuş sənədlərdən görünür ki, Şirvan İnzibati-İqtisad Məhkəməsinin 05 oktyabr 2011-ci il tarixli 2-2(86)-1126/2011 nömrəli qiyabi qətnaməsi 8 oktyabr 2024-cü il tarixdə Cavabdeh rəsmi qaydada verilmişdir. Həmçinin, işdə olan sənədlərdən müəyyən olunur ki, Cavabdeh qiyabi qətnamənin ləğvinə dair ərizəni 29 oktyabr 2024-cü il tarixdə Şirvan İnzibati Məhkəməsinə təqdim etmişdir. Bundan başqa məhkəmənin qanuni qüvvəyə minmiş 12 mart 2012-ci il tarixli qərardadı ilə tam olaraq icrasının təmin olunması əsası ilə icraatına xitam verilmiş qətnamədən 12 il sonra verilən şikayətə baxılması Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqe ilə birbaşa zidd olardı. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qiyabi qətnamənin ləğv edilməsi barədə ərizəni təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadını dəyişdirmədən saxlayaraq şikayəti təmin etməmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli e-2-2(121)-1/2024 saylı qərərdadı dəyişdirilməsin. Qərardad dərhal qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Qasım Əlityev Hakimlər: Tale Kərimov Cahid İmanov
Məhkəmə qərarları › İş №2-2(106)-42/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-42/2025
22.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver