Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-48/2023 03.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Şirvan Kommesiya Məhkəməsinin 22 mart 2023-cü il tarixli, e-2-2(121)-342/2023 saylı qərardadından İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası, müəyyənetdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 026R********** saylı krеdit razılaşmasının ləğv edilməsi, cavabdеhlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 026R********** saylı krеdit razılaşması üzrə 4.219,07 manat məbləğində krеdit bоrcu, 365,80 manat məbləğində faiz bоrcu və 1.396,41 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 5.981,28 manat məbləğində bоrcun, tərəflərindən ödənilmiş 100 manat məbləğində mediasiya xərcinin tutulması tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, e-2-2(121)-342/2023 nömrəli qərardadı ilə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiklərinə görə iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti şikayətlə məhkəməyə müraciət edərək, 22 fevral 2023-cü il tarixli, e-2-2(121)-342/2023 nömrəli qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023cü tarixli, e-2-2(121)-342/2023 nömrəli qərardadında işin baxılmamiş saxlanılmasının səbəbi olaraq, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflərin məhkəmə iclasına gəlməməsi göstərilmiş və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 259.0.6-cı maddəsinə istinad edilmişdir. Həmçinin məhkəmə öz qərardadında qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 24 dekabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Həmin qərarda göstərilən maddələrə nəzər yetirildikdə (Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13) həmin maddələrin tərəflərin məhkəmə hazırlıq iclasına gəlmədiyinə görə mülki işin baxılmamış saxlanılması ilə heç bir əlaqəsinin olmadığı görünür. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 170-ci maddəsində işin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılması barədə qərardadın çıxarılması qeyd olunmuşdur. Bundan başqa həmin maddənin 170.1 bəndində qeyd olunmuşdur ki, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göründüyü kimi qanunda işin məhkəmə baxışına hazırlanması zamanı mülki işin baxılmamış saxlanılması barədə qərardad çıxarıla biləcəyi qeyd olunmamışdır. Bunlardan əlavə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Lakin iş materiallarına nəzər salsaq görərik ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(121)-342/2023 nömrəli qərardadı ilə İddiaçı QSC cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş və məhkəmə hazırlıq iclası 22 fevral 2023-cü il tarixə saat 10:00-a təyin olunmuşdur. Tərəflərin məhkəmənin hazırlıq iclasına, birinci iclasına gəlmədikləri səbəbindən isə iddia baxılmamış saxlanılmışdır. Göründüyü kimi işin faktiki halı ilə qanunun hüquqi norması arasında ziddiyyət yaratmaqla məhkəmə tərəfindən mülki işin baxılmamış saxlanması barədə qərardad çıxarılmışdır. Şirvan Kommersiya Məhkəməsinin 01 mart 2023-cü il tarixli, e-2-2(121)-342/2023 nömrəli qərardadı ilə Şirvan Kommersiya Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, e-2- 2(121)-342/2023 nömrəli qərardadından İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından geri qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi şikayəti və mülki işi nəzərdən keçirərək hesab etmişdir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarının 75 və 76-cı vərəqəsində olan məhkəmə sənədlərinin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, iddiaçının və onun nümayəndəsinin 22 fevral 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasının tarixi və yeri barəsində məlumatı olmuşdur. Buna baxmayaraq iddiaçının nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən 22 fevral 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasına gəlməmiş və məhkəmə də haqlı olaraq MPM-nin 259.0.6-cı maddəsinə istinad etməklə iddia ərizəsini baxılmamış saxlamışdır. Şirvan Kommesiya Məhkəməsinin 06 mart 2023-cü il tarixli, e-2-2(121)-342/2023 saylı qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Şirvan Kommersiya Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, e-2-2(121)-342/2023 saylı qərardadın ləğvinə dair şikayəti təmin edilməmiş və şikayət e-2-2(121)-342/2023 saylı mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materillarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilmədən, Şirvan Kommesiya Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, e-2-2(121)-342/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir etməklə qəbul edildiyindən qəradad qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-265-ci, 157-159-cu, 397.2-ci, 398.0.1-ci, 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin şikayəti təmin edilməsin. Şirvan Kommesiya Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, e-2-2(121)-342/2023 saylı qərardadı dəyişdirilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(106)-48/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-48/2023
03.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver