Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-5/2025 22.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X1 ibarət məhkəmə tərkibində, Hüseynova Gülnarə Süleyman qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və. s tələbinə dair mülki iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 12 aprel 2023-cü il tarixli 2-2(121)-7/2023 saylı qətnaməsindən Cavabdeh2 nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı 126.678,13 (bir yüz iyirmi altı min altı yüz yetmiş səkkiz manat 13 qəpik) manat əsas, 15.591,61 (on beş min beş yüz doxsan bir manat 61 qəpik) manat faiz, 8.062,53 (səkkiz min altmış iki manat 53 qəpik) manat cərimə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 17.519,64 (on yeddi min beş yüz on doqquz min 64 qəpik) manat faiz borcu, ipoteka predmetlərinə tutmaların qeydiyyata alınması üçün istifadə olunan 200 (iki yüz) manat və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh2 Cəlal oğlundan tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh5 məxsus Cəlilabad şəhəri Heydər Əliyev prospektində 0,1496 ha topraq sahəsində yerləşən 6 otaqlı 74 saylı fərdi yaşayış evinə, Cavabdeh4 məxsus Cəlilabad şəhəri Heydər Əliyev prospektində yerləşən 184 saylı evin 1 otaqlı 13 nömrəli mənzilə, Cavabdeh3 məxsus Cəlilabad rayonu Maşlıq kəndində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinə və Cavabdeh1məxsus Cəlilabad şəhəri Habil Məmmədov küçəsində yerləşən 75 nömrəli fərdi yaşayış evinə yönəlməsi, əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı 126.678,13 (bir yüz iyirmi altı min altı yüz yetmiş səkkiz manat 13 qəpik) manat əsas, 15.591,61 (on beş min beş yüz doxsan bir manat 61 qəpik) manat faiz, 8.062,53 (səkkiz min altmış iki manat 53 qəpik) manat cərimə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 17.519,64 (on yeddi min beş yüz on doqquz min 64 qəpik) manat faiz borcu, ipoteka predmetlərinə tutmaların qeydiyyata alınması üçün istifadə olunan 200 (iki yüz) manat və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh2 Cəlal oğlundan tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh5 məxsus Cəlilabad şəhəri Heydər Əliyev prospektində 0,1496 ha topraq sahəsində yerləşən 6 otaqlı 74 saylı fərdi yaşayış evinə, Cavabdeh4 məxsus Cəlilabad şəhəri Heydər Əliyev prospektində yerləşən 184 saylı evin 1 otaqlı 13 nömrəli mənzilə, Cavabdeh3 məxsus Cəlilabad rayonu Maşlıq kəndində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinə və Cavabdeh1 məxsus Cəlilabad şəhəri Habil Məmmədov küçəsində yerləşən 75 nömrəli fərdi yaşayış evinə yönəlməsi, əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 Cəlal oğlundan tutulması, ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin fərdi yaşayış evlərin və mənzillərin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Cəlilabad filialı ilə Cavabdeh2 Cəlal oğlu arasında bağlanmış xx.xx.2013-cü il tarixli 3225 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 Cəlal oğluna 60 (altmış) ay müddətinə illik 6 (altı) faiz dərəcəsi ilə 200.000 (iki yüz min) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2012-ci il tarixli MA seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh5 məxsus Cəlilabad şəhəri Heydər Əliyev prospektində 0,1496 ha topraq sahəsində yerləşən 6 otaqlı 74 saylı fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2012-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh4 məxsus Cəlilabad şəhəri Heydər Əliyev prospektində yerləşən 184 saylı evin 1 otaqlı 13 nömrəli mənzil ipotekaya qoyulmuşdur. Həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2012-ci il tarixli MA seriyalı 00256635 nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus Cəlilabad rayonu Maşlıq kəndində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2008-ci il tarixli MA seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Cəlilabad şəhəri Habil Məmmədov küçəsində yerləşən 75 nömrəli fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Fərdi yaşayış evin ipoteka qoyulması barədə Bank ilə Cavabdeh5 arasında 29 avqust 2013-ci il tarixli 3225 saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra fərdi yaşayı evinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı Çıxarış verilmişdir. Fərdi yaşayış evin ipoteka qoyulması barədə Bank ilə Cavabdeh4 arasında 29 avqust 2013-ci il tarixli 3225 saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra fərdi yaşayı evinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı Çıxarış verilmişdir. Fərdi yaşayış evin ipoteka qoyulması barədə Bank ilə Cavabdeh3arasında 29 avqust 2013-cü il il tarixli 3225 saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra fərdi yaşayı evinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı Çıxarış verilmişdir. Fərdi yaşayış evin ipoteka qoyulması barədə Bank ilə Cavabdeh1 arasında 29 avqust 2013-ci il tarixli 3225 saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra fərdi yaşayı evinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı Çıxarış verilmişdir. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********693 saylı xx.xx.2020-ci il tarixli, **********694 saylı xx.xx.2020-ci il tarixli bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 131.433,08 manat əsas, 15.591,61 manat faiz, 14.146,48 manat cərimə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 25.235,32 manat faiz borcu, ipoteka predmetlərinə tutmaların qeydiyyata alınması üçün istifadə olunan 200 manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh2 Cəlal oğlundan tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh5 məxsus Cəlilabad şəhəri Heydər Əliyev prospektində 0,1496 ha topraq sahəsində yerləşən 6 otaqlı 74 saylı fərdi yaşayış evinə, Cavabdeh4 məxsus Cəlilabad şəhəri Heydər Əliyev prospektində yerləşən 184 saylı evin 1 otaqlı 13 nömrəli mənzilə, Cavabdeh3 məxsus Cəlilabad rayonu Maşlıq kəndində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinə, Cavabdeh1 məxsus Cəlilabad şəhəri Habil Məmmədov küçəsində yerləşən 75 nömrəli fərdi yaşayış evinə və Cavabdeh6 məxsus Cəlilabad şəhəri Azərbaycan küçəsində yerləşən 28 saylı binanın 3 otaqlı, 34 saylı mənzilinə yönəlməsi, əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 Cəlal oğlundan tutulması, ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin fərdi yaşayış evlərin və mənzillərin boşaldılaraq, alıcıya təhvil verilməsini xahiş etmişdir. İşin halları: 09 saylı 29 avqust 2013-cü il tarixli məxaric orderindən görünür ki, Cavabdeh2 200.000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 29 avqust 2013-cü il tarixli, 3235 saylı sonrakı ipoteka müqaviləsinə əsasən, 29 avqust 2013-cü il tarixli 3235 saylı kredit müqaviləsin təminatı kimi Cavabdeh1 məxsus Cəlilabad şəhəri Habil Məmmədov küçəsində yerləşən 75 nömrəli fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 məxsus Cəlilabad şəhəri Habil Məmmədov küçəsində yerləşən 75 nömrəli fərdi yaşayış evi, mülkiyyətində olan 0.035 ha torpaq sahəsi ilə birlikdə İddiaçı ASC-nin “Cəlilabad” filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişdən görünür ki, Cavabdeh1 məxsus Cəlilabad şəhəri Habil Məmmədov küçəsində yerləşən 75 nömrəli fərdi yaşayış evi qeydiyyata alınmışdır. İddiaçı ASC ilə Cavabdeh5 arasında bağlanmış 29 avqust 2013-cü il tarixli 3225 saylı sonrakı ipoteka müqaviləsinə əsasən 29 avqust 2013-cü il tarixli 3235 saylı kredit müqaviləsin təminatı kimi Cavabdeh5 məxsus Cəlilabad şəhəri Heydər Əliyev prospektində yerləşən 74 nömrəli fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh5 məxsus Cəlilabad şəhəri Heydər Əliyev prospektində yerləşən 74 nömrəli fərdi yaşayış evi, mülkiyyətində olan 0.1496 ha torpaq sahəsi ilə birlikdə İddiaçı ASC-nin “Cəlilabad” filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişindən görünür ki, Cavabdeh5 məxsus Cəlilabad şəhəri Heydər Əliyev prospektində yerləşən 74 nömrəli fərdi yaşayış evi qeydiyyata alınmışdır. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 29 avqust 2013-cü il tarixli 3225 saylı sonrakı ipoteka müqaviləsinə əsasən, 29 avqust 2013-cü il tarixli 3235 saylı kredit müqaviləsin təminatı kimi Cavabdeh3 məxsus Cəlilabad rayonu Maşlıq kəndində 0.12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 80.4 kv.m yaşayış, 60.7 kv.m yardımçı və 141.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh3 məxsus Cəlilabad rayonu, Maşlıq kəndində fərdi yaşayış evi, mülkiyyətində olan 0.12 ha torpaq sahəsi ilə birlikdə İddiaçı ASC-nin “Cəlilabad” filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişindən görünür ki, Cavabdeh3 məxsus Cəlilabad rayonu Maşlıq kəndində 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi qeydiyyata alınmışdır. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 29 avqust 2013-cü il tarixli, 3225 saylı sonrakı ipoteka müqaviləsinə əsasən, 29 avqust 2013-cü il tarixli, 3235 saylı kredit müqaviləsin təminatı kimi Cavabdeh3 məxsus Cəlilabad rayonu Maşlıq kəndində 0.12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 80.4 kv.m yaşayış, 60.7 kv.m yardımçı və 141.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2020-ci il tarixli “ipoteka predmetinə tutmanının yönəldilməsi barədə” bildirişdən görünür ki, İddiaçı ASC və Cavabdeh2 arasında bağlanılmış 29 avqust 2013-cü il tarixli 3235 saylı kredit müqaviləsinə əsasən 161.536,31 manat bornun olması və qeyd olunan borc ödənilmədiyi halda ipoteka predmetlərinə tutmanın yönəldilməsi üçün məhkəməyə müraciət olunacağı barədə Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh1 məlumatlandırılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə edilən müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişlərindən görünür ki, ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydiyyata alınması üçün ümumilikdə 200 manat məbləğində xidmət haqqı ödənilmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli **********318 saylı arayışından görünür ki, İddiaçı ASC və Cavabdeh2 arasında bağlanmış 29 avqust 2013cü il tarixli kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2022-ci il tarixə banka 131.433,08 manat əsas, 15.591 manat faiz borcu, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 14.146 manat, həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 25.235 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 186.406,49 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 mart 2022-ci il tarixli 9/9196 saylı ekspert rəyində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş iş materiallarında olan maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış 29 avqust 2013-cü il tarixli 3225 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınaraq Cavabdeh2 Cəlal oğlunun İddiaçı ASC-yə borcu xx.xx.2018-ci il tarixə əsas borc üzrə 142.749,79 manat, faiz borcu üzrə 375,41 manat, maliyyə arayışı tərtib olunan tarixə, yəni xx.xx.2021-ci il tarixə əsas borc üzrə 131.433,08 manat, illik beş faizlə hesablanmış faiz borcu üzrə 12.997,27 manat müəyyən edilir. "xxxx" MMC-nin 30 dekabr 2022-ci il tarixli daşınmaz əmlakların qiymətləndirilməsi rəyindən görünür ki, Cavabdeh5 məxsus Cəlilabad şəhəri, Heydər Əliyev prospektində yerləşən 74 nömrəli fərdi yaşayış evinin orta bazar dəyəri 90.000 manat, likvid dəyəri 76000 manat təşkil edir. "xxxx" MMC-nin 30 dekabr 2022-ci il tarixli daşınmaz əmlakların qiymətləndirilməsi rəyindən görünür ki, Cavabdeh3 məxsus Cəlilabad rayonu Maşlıq kəndində 0.12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 80.4 kv.m yaşayış, 60.7 kv.m yardımçı və 141.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin orta bazar dəyəri 55000 manat, likvid dəyəri 44.000 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin 30 dekabr 2022-ci il tarixli daşınmaz əmlakların qiymətləndirilməsi rəyindən görünür ki, Cavabdeh1 məxsus Cəlilabad şəhəri Habil Məmmədov küçəsində yerləşən 75 nömrəli fərdi yaşayış evinin orta bazar dəyəri 50.000 manat, likvid dəyəri 42000 manat məbləğ təşkil edir. Ləğv prosesində olan İddiaçı ASC-nin məhkəməyə ünvanladığı məktubdan görünür ki, cavabdehin borcu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının təsirinə düşmür. Şirvan Kommersiya Məhkəməsinin 15 mart 2023-cü il tarixli qərardadı ilə Cavabdeh4 və Cavabdeh6 öldüyündən və onların vərəsələri müəyyən edilmədiyindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair iş üzrə icraata cavabdehlər Cavabdeh4 və Cavabdeh6 aid hissədə xitam verilmişdir. Şirvan Kommersiya Məhkəməsinin 12 aprel 2023-cü il tarixli 2-2(121)-7/2023 saylı qətnaməsi ilə (hakim Elşən Abdullayev) iddianın qismən təmin edilməsi, Cavabdeh2 131.433,08 manat əsas borc, 375,41 manat faiz borcu, 1.415 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 12.997,27 manat faiz borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 200 manat rüsum olmaqla, ümumilikdə 146.435,76 manat məbləğində pulun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, tələbin Cavabdeh5 məxsus Cəlilabad şəhəri Heydər Əliyev prospektində yerləşən, 0.1496 ha torpaq sahəsində yerləşən 74 saylı fərdi yaşayış evinə, Cavabdeh3 məxsus Cəlilabad rayonu Maşlıq kəndində, 0.12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə və Cavabdeh1 məxsus Cəlilabad şəhəri Habil Məmmədov küçəsində, 0.035 ha torpaq sahəsində yerləşən 75 saylı fərdi yaşayış evinə yönəldilməsi, Cavabdeh5 məxsus Cəlilabad şəhəri Heydər Əliyev prospektində, 0.1496 ha torpaq sahəsində yerləşən 74 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 76.000 manat məbləğində, Cavabdeh3 məxsus Cəlilabad rayonu Maşlıq kəndində, 0.12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin ilkin satış qiymətinin 44.000 manat məbləğində və Cavabdeh1 məxsus Cəlilabad şəhəri Habil Məmmədov küçəsində 0.035 ha torpaq sahəsində yerləşən 75 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 42.000 manat məbləğində olmaqla açıq hərracda satılmasın və həmin əmlakların satılmasından əldə edilən vəsaitdən ləğv prosesində olan İddiaçı ASCyə olan borc ödənilməsi, əmlakların açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsinin müvafiq olaraq cavabdehlər Cavabdeh5, Cavabdeh3 və Cavabdeh1 qaytarılması, Cəlilabad şəhəri Heydər Əliyev prospektində, 0.1496 ha torpaq sahəsində yerləşən 74 saylı fərdi yaşayış evi, Cəlilabad rayonu Maşlıq kəndində, 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi və Cəlilabad şəhəri Habil Məmmədov küçəsində, 0.035 ha torpaq sahəsində yerləşən 75 saylı fərdi yaşayış evinin açıq hərracdan satıldıqdan sonra həmin daşınmaz əmlaklar 1 ay ərzində boşaldılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı işdə iddiaçının kredit müqaviləsi üzrə Cavabdeh2 200.000 manat məbləğində kredit verməsi və sonuncunun həmin krediti alması işin mübahisəsiz halını təşkil edir. Belə ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında 29 avqust 2013-cü il tarixli, 3235 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 illik 7 faiz dərəcəsi ilə, 60 ay müddətinə 200.000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 29 avqust 2013-cü il tarixli, 3235 saylı sonrakı ipoteka müqaviləsinə əsasən, Cavabdeh1 məxsus Cəlilabad şəhəri, Habil Məmmədov küçəsində yerləşən 75 nömrəli fərdi yaşayış evi, İddiaçı ASC ilə Cavabdeh5 arasında bağlanmış 29 avqust 2013-cü il tarixli, 3225 saylı sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh5 məxsus Cəlilabad şəhəri, Heydər Əliyev prospektində yerləşən 74 nömrəli fərdi yaşayış evi və İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 29 avqust 2013-cü il tarixli, 3225 saylı sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh3 məxsus Cəlilabad rayonu Maşlıq kəndində 0.12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 80.4 kv.m yaşayış, 60.7 kv.m yardımçı və 141.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi 29 avqust 2013-cü il tarixli, 3235 saylı kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli 9/9196 saylı ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, kredit müqaviləsinə əsasən əsas və faiz borcları üzrə ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Həmçinin məhkəmə borcun ipoteka predmetlərinə yönəldilərək, həmin əmlakların açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi tələbinə münasibətdə bildirib ki, yuxarıda sadalanan hüquq normalarına əsasən iddia tələbi həmin hissədə əsaslıdır. Odur ki, iddia həmin hissədə təmin edilməli, ipoteka predmetlərinin, yəni Cavabdeh1 məxsus, İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Cəlilabad şəhəri, Habil Məmmədov küçəsində yerləşən 75 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 42.000 manat, Cavabdeh5 məxsus, İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Cəlilabad şəhəri Heydər Əliyev prospektində yerləşən 74 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 76.000 manat və Cavabdeh3 məxsus, İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Cəlilabad rayonu Maşlıq kəndində 0.12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 80.4 kv.m yaşayış, 60.7 kv.m yardımçı və 141.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 44.000 manat müəyyən edilməklə, həmin əmlaklar açıq hərracda satılmalı və satışdan əldə ediləcək vəsait hesabına iddiaçının borc tələbi ödənilməlidir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 nümayəndəsi Vəkil tərəfindən apellyasiya şikayəti verilmiş, qətnamənin tam ləğv olunması və iddianın təmin edilməməsi, həmçinin apellyasiya instansiyasında əlavə məhkəmə qiymətləndirmə və əmtəəşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi Vəkil apellyasiya şikayətində bildirmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Müstəqil Ekspertiza Mərkəzi tərəfindən təqdim olunmuş 18 mart 2022-ci il tarixli 9/9196 saylı Ekspertiza rəydə ekspert qarşısına qoyulmuş suallardan 2-nə, xx.xx.2013-cü il tarixli 3225 saylı kredit müqaviləsi üzrə iddiaçının tələb etdiyi faiz borcu hansı qaydada hesablanmış olması və xx.xx.2023-cü il tarixli 3225 saylı kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixl plenum qərarına əsasən hesablanmış faiz borcunun hansı qaydada hesablanmış olması ilə bağlı suallara çıxarış materialları kifayət etmədiyindən cavab verilməsinin mümkün olmadığı qeyd olunmuşdur. İş üzrə qanuni və obyektiv qərarın qəbul edilməsi üçün qeyd olunan hər iki sualın mütəxəssis tərəfindən cavablandırılmasını zəruri hesab etdiyindən yenidən məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə dair onlar tərəfindən vəsatət verilmiş, həmçinin ipoteka predmeti olan mənzillərə münasibətdə keçirilmiş əmlakların qiymətləndirilməsinə dair rəylərə münasibətdə də hesab edir ki, qiymətləndirilmə düzgün aparılmamış, əmlaklara qoyulan qiymətlər obyektiv təyin olunmamışdır. İşlə bağlı iki rəylə bağlı etiraz birinci instansiya məhkəməsində bildirilsə də, bu etirazlara da heç bir münasibət bildirilməmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli plenum qərarına əsasən hesablanmış faiz borcunun müəyyənləşdirilməsi məqsədilə yenidən məhkəmə-mühasibatlıq ekspertizası keçirilməlidir. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-2(106)-81/2023 saylı qərardadı ilə işi üzrə əlavə qiymətləndirmə ekspertizası təyin edilmiş və ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. xx.xx.2024-cü il tarixdə ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və. s tələbinə dair kommersiya işi üzrə müvafiq rəy Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Həmin rəydə Cavabdeh1 mülkiyyətində olan və xx.xx.2013-cü il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən İddiaçı ASC-nin Cəlilabad filialının xeyrinə ipoteka ilə yüklü edilmiş Cəlilabad şəhəri Habil Məmmədov küçəsində 0,035 ha torpaq sahəsində yerləşən yerləşən 75 saylı fərdi yaşayış evinin yerləşdiyi ərazi, təmiri və sair kimi hallar nəzərə alınmaqla hazırkı likvid dəyərinin 48000 manat təşkil etməsi, Cavabdeh5 mülkiyyətində olan və xx.xx.2013-cü il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən İddiaçı ASC-nin Cəlilabad filialının xeyrinə ipoteka ilə yüklü edilmiş Cəlilabad şəhəri Heydər Əliyev prospektində 0,1496 ha torpaq sahəsində yerləşən 74 saylı fərdi yaşayış evinin yerləşdiyi ərazi, təmiri və sair kimi hallar nəzərə alınmaqla hazırkı likvid dəyəri 162000 manat təşkil etməsi və Cavabdeh3 mülkiyyətində olan və xx.xx.2013cü il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən İddiaçı ASC-nin Cəlilabad filialının xeyrinə ipoteka ilə yüklü edilmiş Cəlilabad rayonu Maşlıq kəndində yerləşən 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin yerləşdiyi ərazi, təmiri və sair kimi hallar nəzərə alınmaqla hazırkı likvid dəyərinin 67000 manat təşkil etməsi qeyd edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin 12 aprel 2023-cü il tarixli 2- 2(121)-7/2023 saylı qətnaməsi kredit borcunun tutulması hissəsində dəyişdirilməli, qalan hissədə dəyişdirilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 399.3-cü maddəsinə görə Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. MM-in 399.4-cü maddəsinə görə Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. MM-in 445.2 və 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi halı borclunun icranı gecikdirməsi sayılır. MM-in 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. MM-in 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi müəyyən etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə kollegiyası Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə hazırkı mülki işin müəyyən edilmiş faktiki hallarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli plenum qərarına əsasən hesablanmış faiz borcunun müəyyənləşdirilməsi üçün yenidən məhkəmə-mühasibatlıq ekspertizası keçirilməsinə zərurət duyulmur. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 mart 2022-ci il tarixli 9/9196 saylı ekspert rəyində illik beş faizlə hesablanmış borcu üzrə 12997,27 manat müəyyən edilir. Bu mübahisəli məbləğ eyni zamanda Maliyyə arayışı ilə təsdiq edilərək sübuta yetirilmişdir. Habelə MM-in 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. MM-in 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-cü maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin qanunun 33-cü maddəsinə görə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 apellyasiya şikayətində əlavə qiymətləndirmə və əmtəəşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Həmin dəlil üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-2(106)-81/2023 saylı qərardadı ilə iş üzrə əlavə qiymətləndirmə təyin edilmiş və onun aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. xx.xx.2024-cü il tarixdə ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və. s tələbinə dair kommersiya işi üzrə müvafiq rəy Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Həmin rəydə Cavabdeh1 mülkiyyətində olan və xx.xx.2013-cü il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən İddiaçı ASC-nin Cəlilabad filialının xeyrinə ipoteka ilə yüklü edilmiş Cəlilabad şəhəri Habil Məmmədov küçəsində 0,035 ha torpaq sahəsində yerləşən yerləşən 75 saylı fərdi yaşayış evinin yerləşdiyi ərazi, təmiri və sair kimi hallar nəzərə alınmaqla hazırkı likvid dəyərinin 48000 manat təşkil etməsi, Cavabdeh5 mülkiyyətində olan və xx.xx.2013-cü il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən İddiaçı ASC-nin Cəlilabad filialının xeyrinə ipoteka ilə yüklü edilmiş Cəlilabad şəhəri Heydər Əliyev prospektində 0,1496 ha torpaq sahəsində yerləşən 74 saylı fərdi yaşayış evinin yerləşdiyi ərazi, təmiri və sair kimi hallar nəzərə alınmaqla hazırkı likvid dəyəri 162000 manat təşkil etməsi və Cavabdeh3 mülkiyyətində olan və xx.xx.2013-cü il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən İddiaçı ASC-nin Cəlilabad filialının xeyrinə ipoteka ilə yüklü edilmiş Cəlilabad rayonu Maşlıq kəndində yerləşən 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin yerləşdiyi ərazi, təmiri və sair kimi hallar nəzərə alınmaqla hazırkı likvid dəyərinin 67000 manat təşkil etməsi qeyd edilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli 01 saylı qərardadının 10 və 11-ci bəndlərində qeyd edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir. İlk öncə, likvid dəyərlə bağlı qeyd edilməlidir ki, “likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan, aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. Qeyd edilən qərardadın 13-cü bəndində göstərilmişdir ki, ipoteka predmetinin likvid qiymətlə satılması borc alanın və ipoteka qoyanın da qanuni maraqlarına zidd deyil. Belə ki, ipoteka predmetinin realizasiyasının likvid qiymət əsasında daha tez həyata keçirilməsi borcun vaxtında ödənilməməsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş əlavə ödənişlərin tutulmasının qarşısını da almaqla borcluları əlavə zərərdən qorumuş olacaqdır. Digər tərəfdən, likvid qiymət real bazar dəyərindən nisbətən aşağı olsa da, əhəmiyyətli qiymət fərqi olmadan dəyər itkisi yaratmayan həddə olduğundan və yalnız məcburi qaydada satışa tətbiq edildiyindən ipoteka qoyanın maraqlarına da zidd kimi qiymətləndirilməməlidir. Belə ki, Qanun ədalətli yanaşma müəyyən edərək, ipoteka qoyana ipoteka predmetini hərrac yekunlaşana qədər borcu ödəməklə ipotekadan azad etmək, habelə ipoteka saxlayanla qarşılıqlı razılıq əsasında ipoteka predmetini könüllü olaraq satmaq imkanı vermişdir. Məhkəmə kollegiyası işdə olan sübutlara əsasən hesab edir ki, Şirvan Kommersiya Məhkəməsinin 12 aprel 2023-cü il tarixli 2-2(121)-7/2023 saylı qətnaməsi qismən - ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissədə "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli rəyinə uyğun olaraq dəyişdirilməlidir. Belə ki, Cavabdeh5 məxsus Cəlilabad şəhəri Heydər Əliyev prospektində 0.1496 ha torpaq sahəsində yerləşən 74 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 162000 manat, Cavabdeh3 məxsus Cəlilabad rayonu Maşlıq kəndində 0.12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 67000 manat və Cavabdeh1 məxsus Cəlilabad şəhəri Habil Məmmədov küçəsində 0.035 ha torpaq sahəsində yerləşən 75 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 48000 manat müəyyən edilməlidir. İş materiallarına əsasən 01 aprel 2025-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi ipoteka predmetlərindən yalnız Cavabdeh5 məxsus Cəlilabad şəhəri Heydər Əliyev prospektində 0.1496 ha torpaq sahəsində yerləşən 74 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin mütəxəssis rəyi ilə 162000 manat müəyyən edilməsinə etiraz etmişdir. Ancaq kollegiya həmin ipoteka predmetinin dəyərləndirilməsi üzrə diqqətə çatdırır ki, tərəflər arasında Fərdi yaşayış evin ipoteka qoyulması barədə 29 avqust 2013-ci il tarixli 3225 saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilədə (İ cild, səh. 29) ipoteka predmeti tərəflərin qarşılıqlı razılığı ilə 95000 manat məbləğində dəyərləndirilmişdir. Göründüyü kimi, hələ 2013-cü ildə, yəni 12 il öncə adıçəkilən ipoteka predmetinin üzərinə 95000 manat məbləğ qoyulmuşdur. Həmin dövrdən hazırkı vaxta kimi Cəlilabad şəhəri Heydər Əliyev prospektində olan daşınmaz əmlakın dəyərinin 162000 manata kimi artması normal və ağlabatandır. Kollegiya qeyd edir ki, o da nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlanarkən reallıq və təcrübə baxımından banklar pul götürməyə ehtiyacı olan tərəfə nisbətən üstün mövqedə olduğundan adətən ipoteka predmetini daha aşağı qiymətə dəyərləndirirlər. Borcalan isə həmin şərtlərə tabe olur. Bu fakt müqavilənin bağlanma tarixindən asılı olmayaraq məhkəmə mübahisələrində ipoteka predmetinin qiymətləndirilməsi zamanı müəyyən edilmiş kəskin fərqdə ehtiva olunan məbləğlərdə öz təsdiqini tapır. MPM-in 384.0.3-cü maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, Cavabdeh2 nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən - ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissədə dəyişdirilməli, Cavabdeh5 məxsus Cəlilabad şəhəri Heydər Əliyev prospektində 0.1496 ha torpaq sahəsində yerləşən 74 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 162000 manat, Cavabdeh3 məxsus Cəlilabad rayonu Maşlıq kəndində 0.12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 67000 manat və Cavabdeh1 məxsus Cəlilabad şəhəri Habil Məmmədov küçəsində 0.035 ha torpaq sahəsində yerləşən 75 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 48000 manat müəyyən edilməli və qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Kollegiya eləcə də, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi hesab edir ki, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli rəyinin verilməsinə görə 600 manat xərcin 200 manatı iddiaçıdan, 400 manatı isə cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" MMC-yə ödənilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 76, 89.1, 217.2, 372, 384, 385.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 12 aprel 2023-cü il tarixli 2-2(121)-7/2023 saylı qətnaməsi qismən - ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissədə dəyişdirilsin. Cavabdeh5 məxsus Cəlilabad şəhəri Heydər Əliyev prospektində 0.1496 ha torpaq sahəsində yerləşən 74 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 162000 manat, Cavabdeh3 məxsus Cəlilabad rayonu Maşlıq kəndində 0.12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 67000 manat və Cavabdeh1 məxsus Cəlilabad şəhəri Habil Məmmədov küçəsində 0.035 ha torpaq sahəsində yerləşən 75 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 48000 manat müəyyən edilsin. Qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilməsin. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli rəyinin verilməsinə görə 600 (altı yüz) manat xərcin 200 (iki yüz) manatı iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən, 400 (dörd yüz) manatı isə cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 müştərək qaydada tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-5/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-5/2025
22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver