Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-52/2025 01.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X7 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı icarə müqaviləsinin ləğv edilməsi və icarə haqqının ödənilməsi tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 2-2(121)-1987/2024 saylı qətnaməsindən (hakim Z.Abbasov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, kollegiya müəyyənetdi: İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi və icarə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Neftçala rayon X5 ilə Cavabdeh arasında bağlanmış 10 noyabr 2022-ci il tarixli 3M-69 nömrəli icarə müqaviləsinin ləğvi və 2000 manat icarə haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Neftçala rayonu Dördlər kənd sakini Cavabdeh İddiaçı mülkiyyətində olan əkin təyinatlı 4.0 hektar torpaq sahəsini keçirilən hərrac və müsabiqənin qalibi olmaqla bunun əsasında Torpaq və Müsabiqə komissiyasının AM 012222 nömrəli şəhadətnaməsini almışdır. Bələdiyyə ilə icarə müqaviləsi bağlanması nəzərdə tutulmuş 20 gün müddəti ötürdüyü üçün ötürülmüş müddətin bərpasına dair Neftçala Rayon Məhkəməsində iddia qaldırmışdır. Neftçala Rayon Məhkəməsi xx.xx.2021ci il tarixdə işə baxaraq ötürülmüş müddətin bərpasına dair qətnamə çıxarmışdır. Həmin qətnaməyə əsasən 10 noyabr 2022-ci tarixdə Neftçala rayon Notariat ofisində bələdiyyə ilə Cavabdeh arasında icarə müqaviləsi bağlanılmış və müqavilənin müddəti xx.xx.2057-ci il tarixədək müəyyən edilmişdir. İcarə müqaviləsinin 5-ci bəndində “İcarəyə götürən” Cavabdeh “İcarəyə verǝn” İddiaçınə illik hər ilin noyabr ayının 18-nə kimi 2000 (iki min) manat icarə haqqının ödənilməsini öhdəsinə götürmüşdür. İcarə müqaviləsindən göründüyü kimi müqvilədə göstərilən müddət 18 noyabr 2023-cü il tarixdə başa çatmış, lakin Cavabdeh 2000 (iki min) manat icarə haqqını ödəməməklə icarə müqaviləsinin şərtini pozmuşdur. Neftçala rayon X5 20 noyabr 2023-cü il tarixdə Cavabdeh xəbərdarlıq məktubu göndərilərək bildirilmişdir ki, 10 noyabr 2022-ci il tarixdə Neftçala rayon Notariat ofisində bələdiyyənin 4.0 hektar ǝkin təyinatlı torpaq sahəsi üzrə bələdiyyə ilə bağlanılmış 3M-69 nömrəli icarə müqaviləsinin 5-ci bəndinə əsasən 2000 manat illik icarə haqqı noyabr ayının 18-nə kimi ödənilməlidir. Lakin illik icarə haqqı ödənilməmişdir. Bu da həmin icarə müqaviləsinin şərtlərinin pozulduğunu göstərir. Tələb olunur ki, ümümilikdə illik 2000 manat icarə haqqı 30 noyabr 2023-cü il tarixinədək ödənilsin. Əks halda bələdiyyə ilə bağlanılmış 3M-69 nömrəli icarə müqaviləsinin 12 və 13 bəndlərinə əsasən icarə müqaviləsinin və qalıq icarə haqqının məcburi qaydada ödənilməsi təmin edilsin. Birinci instansiya məhkəməsində İddiaçı nümayəndəsi X6 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia tələbinə qarşı yazılı etirazında və məhkəmə iclasında verdiyi şifahi izahatında iddia tələbini əsassız hesab etdiyini, iddiaçının nümayəndəsi qismində məhkəmə iclasında iştirak edən İddiaçı sədri vəzifəsində işləyən X3 ona və digər icarəçilərə qarşı qərəzli davrandığını, torpaq sahəsinin icarə haqqını əsassız olaraq yüksək məbləğdə hesabladığını, öz yaxın adamlarından isə icarə haqqını dəfələrlə aşağı qiymətə aldığını, bundan başqa ona icarəsində olan torpaq sahəsindən sərbəst istifadə etməsinə süni maneələr yaratdığını, icarə haqqından əlavə ondan 4000 manat məbləğində pul tələb etdiyini, hazırda X6 barəsində cinayət işi üzrə qüvvəyə minmiş məhkəmə hökmünün olduğunu, əlavə olaraq onun vəzifəsindən kənarlaşdırılması barədə hal-hazırda inzibati icraat qaydasında məhkəmədə iddia qaldırıldığını, göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini bildirmişdir. Şirvan Kommersiya Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 2-2(121)-1987/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Neftçala Rayonu Xolqarabucaq Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 3 M-69 nömrəli icarə müqaviləsinin ləğv edilməsi və 2000 manat məbləğində icarə haqqı borcu Cavabdeh tutularaq İddiaçınə ödənilməsi, iddia ərizəsinin verilməsinə görə nəzərdə tutulmuş 40 manat dövlət rüsumu cavabdehə aid edilməsi və Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-1987/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı olduğundan məhkəmə faktiki halları ilk növbədə tələbin qarşı tərəfin təqsirli hərəkətlərindən irəli gəlməsi və iddiaçı tərəfin müqavilə şərtlərini vicdanla icra etməsi xüsusatlarının araşdırılması nəticəsində müəyyən etməli idi. Lakin göründüyü kimi, məhkəmə işə formal mülahizələr əsasında yanaşmış, göstərilən xüsusatları araşdırmamış və bu istiqamətdə gəlinən nəticəişin faktiki hallarına uyğun olmamışdır. İşə apellyasiya qaydasında baxılarkən, iddiaçı məhkəməyə ərizə təqdim edərək, ərizəsində qeyd etmişdir ki, mübahisələndirilən müqavilənin məzmununa qarşılıqlı etimad göstərilir və mövcüd problemlərin həlli üzrə danışıqlar aparılır. Buna görə də, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Kollegiyanın iclasında iştirak edən Cavabdeh iddiaçının iddiadan imtinasının qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə gəlməyən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və kommersiya işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 47-ci və 52.1-ci. maddələrinə əsasən iddiaçının iddiadan imtina etmək hüququ vardır. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.5-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. 261.0.4-cü maddəsinə görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul edilmişsə, iş üzrə icraata xitam verilir. Beləliklə sadalanan mülki prosessual qanunvericilik normalarından bu nəticəyə gəlmək olur ki, mülki məhkəmə icraatında tərəflər dispozitivlik prinsipindən çıxış edərək öz pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edirlər. Tərəflərin öz maddi hüquqları üzərində sərəncam vermək imkanları saxlanılır. Prosesin gedişində tərəflər mübahisə predmetinə dair öz mövqelərini müəyyən dərəcədə dəqiqləşdirə və ya ümumiyyətlə mübahisədən imtina edə bilərlər. Mülki Prosessual Məcəllənin 52-ci maddəsində iddiaçının iddiadan imtina etməsi dedikdə, iddiaçının cavabdehə olan öz maddi-hüquqi tələblərindən və deməli, məhkəmə prosesini davam etdirməkdən şərtsiz imtina etməsi başa düşülür. İddiadan imtina iddiaçının birtərəfli sərəncamverici hərəkətidir və yazılı formada ifadə edilməlidir. Məhkəmə iddiadan imtinanın motivlərini qiymətləndirmir, lakin o, imtinanın qanuniliyini qiymətləndirməli və bu zaman imtinanın azad iradə ifadəsi nəticəsində baş vermədiyini (məsələn, iddiaçı bunu cavabdeh tərəfindən hədələndiyinə görə etdikdə və s.) aşkar etdikdə imtinanı qəbul etməməlidir. Bununla belə, iddiaçı iddiadan imtina barəsində ərizəsində imtinanın səbəblərini, motivlərini göstərməyə borclu deyildir. Məhkəmə iddiaçının etdiyi hərəkətlərin əhəmiyyətini və mənasını ona izah etməli və belə imtinanın könüllü olmasını müəyyənləşdirməlidir. İddiadan imtina edilməsinin məhkləmə tərəfindən təsdiq edilməsi barədə qərardad çıxarılır və eyni zamanda bu qərardadla iş üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtinası qanunvericiliyin tələbinə uyğundur, eləcə də iddiadan imtina digər şəxslərin qanunla qorunan hüquq və mənafelərinə toxunmur. Belə olduğu təqdirdə iddiadan imtina qəbul edilməli, Şirvan Kommersiya Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 2-2(121)- 1987/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261.0.4, 263, 264, 267, 268, 370, 402, 405.0.2 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: İddiaçı iddiadan imtinası qəbul edilsin və Şirvan Kommersiya Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 2-2(121)-1987/2024 saylı qətnaməsi ləğv edilsin. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı icarə müqaviləsinin ləğv edilməsi və icarə haqqının ödənilməsi tələbinə dair kommersiya işi üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qərardad “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-52/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-52/2025
01.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver