Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-53/2023 04.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlu və Kərimov Tale Sulddin oğlundan ibarət tərkibdə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin (İddiaçı BOKT ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 08 fevral 2023-cü il tarixli 2- 2(121)-83/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılmasına dair Şirvan Kommersiya Məhkəməsinin 31 mart 2023-cü il tarixli 2-2(121)- 83/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq müəyyənetdi: Şirvan Kommersiya Məhkəməsinin 08 fevral 2023-cü il tarixli 2-2(121)-83/2023 saylı qətnaməsi ilə iddiaçı İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair iddiası rədd edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin 08 fevral 2023-cü il tarixli 2-2(121)-83/2023 saylı qətnaməsindən narazı qalan iddiaçı İddiaçı BOKT ASC tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Kommersiya Məhkəməsinin 16 mart 2022-ci il tarixli 2-2(121)-83/2023 saylı qərardadına əsasən apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Qərardadda göstərilmişdir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş apellyasiya şikayətinin məzmununa uyğun deyildir. Belə ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə və birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillərə münasibət bildirilməmişdir. Halbuki, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair şikayət edənin mövqeyini aydın şəkildə ifadə edən izah verilməlidir. Şirvan Kommersiya Məhkəməsinin 08 fevral 2023-cü il tarixli 2-2(121)-83/2023 saylı qətnaməsindən İddiaçı BOKT ASC tərəfindən təkrarən apellyasiya şikayəti verilmiş, Şirvan Kommersiya Məhkəməsinin 31 mart 2022-ci il tarixli 2-2(121)-83/2023 saylı qərardadına əsasən apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Qərardadda göstərilmişdir ki, Şirvan Kommersiya Məhkəməsinin 16 mart 2023-cü il tarixli 2- 2(121)-533/2023 saylı apellyasiya şikayətinin geri qaytarılması qərardadına qeyd olunan nöqsanlar aradan qaldırılmadan apellyasiya şikayəti yenidən məhkəməyə təqdim edilmişdir. İddiaçı BOKT ASC Şirvan Kommersiya Məhkəməsinin 31 mart 2022-ci il tarixli 2-2(121)- 83/2023 saylı qərardadından şikayət verərək, onun ləğv olunmasını apellyasiya şikayətinin mümkün hesab edilərək baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 10 aprel 2023-cü il tarixli 2(121)-83/2023 saylı qərardadına əsasən İddiaçı BOKT ASC tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. MPM-in 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri üzrə nəzərdən keçirib hesab edir ki, Şirvan Kommersiya Məhkəməsinin 31 mart 2022-ci il tarixli 2-2(121)-83/2023 saylı qərardadından İddiaçı Bank Olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət əsaslıdır. Belə ki, MPM-in 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada (Məcəlləyə əlavə forma 2) verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti;https://www.e-qanun.az/framework/46945 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. Birinci instansiya məhkəməsi apellyasiya şikayətini MPM-in 361-ci maddəsinin tələblərinə uyğun tərtib edilmədiyi üçün geri qaytarmışdır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və İddiaçı BOKT ASC tərəfindən Şirvan Kommersiya Məhkəməsinin 08 fevral 2023-cü il tarixli 2-2(0121)-83/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətini tədqiq edərək, şikayətin Məcəllə ilə müəyyən olunan forma və məzmuna uyğun tərtib edilməməsindən ibarət birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, hazırkı apellyasiya şikayəti Məcəllə ilə müəyyən olunan formada tərtib olunması ilə yanaşı, məzmun etibarı ilə də Məcəllənin tələblərinə uyğundur. MPM-in 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı BOKT ASC-nin şikayəti əsaslı olduğundan təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin 31 mart 2022-ci il tarixli 2- 2(121)-83/2023 saylı qərardadı ləğv edilməli, qətnamədən verilmiş apellyasiya şikayəti prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilərək, baxılmasından ötrü sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Şərh olunanlara əsasən və MPM-in 397.2, 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı BOKT ASC tərəfindən verilmiş şikayət təmin edilsin. İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 31 mart 2022-ci il tarixli 2-2(121)-83/2023 saylı qərardadı ləğv edilsin. Şirvan Kommersiya Məhkəməsinin 08 fevral 2023-cü il tarixli 2-2(121)-83/2023 saylı qətnaməsindən İddiaçı BOKT ASC tərəfindən verilmiş apellyasiya şikayəti prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilsin və apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(106)-53/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-53/2023
04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver