Məhkəmə qərarları › İş №2-2(106)-54/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-54/2025

27.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-54/2025 27.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı – pul tələbi barəsində iddiasına dair mülki iş üzrə Q Ə T N A M Ə S İ İş № 2-2(106)-54/2025 Açar sözlər: pul tələbi X17 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı – pul tələbi barəsində iddiasına dair mülki iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, e-2-2(121)-2700/2024 saylı qətnaməsindən (hakim N.Misirzadə) İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı 1.200.000 manat pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini 500.000 manat qarşılığında cavabdehə verilmişdir. Lakin həmin pulu cavabdeh iddiaçıya ödəməmişdir. İddiaçı tərəfindən ünvan 2 ünvanında yerləşən 106 saylı mənzili 200.000 manat qarşılığında cavabdehə verilmişdir. Lakin həmin pulu cavabdeh iddiaçıya ödəməmişdir. İddiaçı tərəfindən "xxxx" MMC-də olan payından öz ərizəsi ilə imtina edilmişdir və cavabdeh "xxxx" MMC-də payçı olmuşdur. Bunun müqabilində cavabdeh iddiaçıya 500.000 manat pul ödəməli idi. Lakin həmin pulu cavabdeh iddiaçıya ödəməmişdir. Ümumi olaraq 3 iş üzrə cavabdehin iddiaçıya 1.200.000 manat borcu vardır. Dəfələrlə cavabdehlə əlaqə saxlanılmış və borcun ödənilməsi bildirilmişdir. Lakin borcun ödənilməsi istiqamətində heç bir real addım atılmamışdır. Sonradan iddiaçı “iddianın dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 500.000 manat pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Dəqiqləşdirilmə barədə ərizə onunla əsaslandırılmışdır ki, iddia tələbini azaldaraq İddiaçı MMC yalnız "xxxx" MMC-də olan payından öz ərizəsi ilə imtina edildiyi və cavabdehin "xxxx" MMC-də payçı olması müqabilində cavabdehin iddiaçıya ödəməli olduğu 500.000 manat pul vəsaitini ondan tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Cavabdeh məhkəmə iclasında işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını təkid edərək, iddiaya etiraz etmiş, məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdeh işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını təkid etdiyindən, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, e-2-2(121)-2700/2024 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən apellyasiya şikayəti verilərək, Şirvan Kommersiya Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, e-2-2(121)-2700/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə qətnaməsində iddianın rədd edilməsinin əsası kimi iddiaçının "xxxx" MMC-də təsisçi olmaması səbəbindən mövcud iddianı qaldırmaq hüququnun olmadığını qeyd etmişdir. Məhkəmənin bu qənaətə gəlməsini onun işə səthi yanaşması, obyektiv araşdırılmada maraqlı olmadığı kimi qəbul edirik. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 306 nömrəli 26.112021-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, S.Cəfərov küçəsi ilə Mərkəzi küçəsinin kəsişməsində yerləşən 0,4658 ha torpaq sahəsi yeni yaşayış binasının tikintisi üçün İddiaçı MTK-nin (əvvəlki İddiaçıMMC) adına sənədləşdirilmişdir. "xxxx" MTKnin (əvvəlki İddiaçı MMC) razılığı əsasında və Bakı şəhərİcra Hakimiyyəti Başçısının 25 nömrəli 03.022022-ci il tarixli sərəncamı ilə sözügedən torpaq sahəsi "xxxx" MMC-nin adına rəsmiləşdirilmişdir. Həmin sərəncam məhkəməyə təqdim olunsa da, məhkəmə bu sənədə hüquqi qiymət verməmişdir. Bundan sonra İddiaçı MTK-nin (əvvəlki İddiaçı MMC) və Cavabdeh arasında razılıq əldə olunmuş və 500000 manat müqabilində iddiaçı "xxxx" MMC-də olan payından öz ərizəsi ilə imtina etmiş və cavabdeh "xxxx" MMC-də payçı olmuşdur. Razılaşdırılmış 500000 manat pul vəsaiti Cavabdeh "xxxx" MMC-də payçı olması və payçı olaraq da iddiaçının razılığı əsasında "xxxx" MMC-ninadına rəsmiləşdirilmiş Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, S.Cəfərov küçəsi ilə Mərkəzi küçəsinin kəsişməsində yerləşən 0,4658 ha torpaq sahəsinə görə onun üzərinə düşən ödənişdir. Belə ki, həmin torpaq sahəsinin real bazar dəyəri ******* manatdır və "xxxx" MMC-nin 25 faiz payçısı olaraq onun üzərinə düşən məbləğ tələb etdiyimiz 500000 manatdır. Məhkəmə bu real halları araşdırsa idi, iddiaçının bu iddianı qaldırmaq üçün kifayət qədər əsasının olduğunu müəyyən edə bilərdi. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Tərəflər Kollegiyanın iclasında iştirak etməmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və şikayətlərinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh də məhkəməyə ərizə ünvanlayara işə onun iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı apellasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etməklə o qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 87.1-ci maddəsinə əsasən, bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Həmin Məcəllənin 87.4-cü maddəsinə əsasən, cəmiyyətin yaradılması zamanı təsis yığıncağı cəmiyyətin nizamnamə kapitalı təsisçilər tərəfindən tamamilə formalaşdırıldıqdan sonra (cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının müəyyən müddətə ödənilməsi nəzərdə tutulmayıbsa) keçirilir. Təsis yığıncağı bütün təsisçilər və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətlidir (yetərsay var). Yetərsay olmadıqda yığıncaq təkrarən keçirilir. Yetərsay təkrarən keçirilən təsis yığıncağında da olmadıqda, cəmiyyətin yaradılması iclasda iştirak edən təsisçilər və ya onların nümayəndələri tərəfindən baş tutmamış hesab edilir və bu qərar bütün təsisçilərin nəzərinə yeddi gün müddətində çatdırılır. Həmin Məcəllənin 90.1 və 90.2-ci maddələrinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olunur. Cəmiyyətin nizamnamə kapitalı onun kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. Cəmiyyətin nizamnamə kapitalının miqdarı onun kreditorlarının mənafelərinə təminat verən məbləğdən az ola bilməz. Məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının müəyyən müddətə ödənilməsi nəzərdə tutulmayıbsa, cəmiyyət dövlət qeydiyyatına alınanadək təsisçilər nizamnamə kapitalını tamamilə ödəməyə borcludurlar. Məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının ödənilməsi müddətlə şərtləndirildiyi halda, bu müddət üç aydan çox ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər atasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 90.4-cü maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı yalnız onun tam ödənilməsindən sonra bu Məcəllədə və cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin əmlakı hesabına iştirakçıların nizamnamə kapitalındakı mayalarının dəyərinə mütənasib şəkildə artırılması və (və ya) iştirakçılar tərəfindən əlavə mayaların qoyulması vasitəsi ilə və (və ya) cəmiyyətə qəbul edilən yeni iştirakçıların mayaları hesabına artırıla bilər. Həmin Məcəllənin tərəflər atasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 90.5-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının cəmiyyətin əmlakı hesabına artırılması cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin ümumi yığıncağının qərarı ilə həyata keçirilir. Belə qərar yalnız cəmiyyətin ötən il üçün mühasibat hesabatının göstəriciləri əsasında qəbul edilə bilər. Nizamnamə kapitalının cəmiyyətin əmlakı hesabına artırılan miqdarı cəmiyyətin xalis aktivlərinin dəyəri, nizamnamə kapitalının miqdarı və cəmiyyətin ehtiyat fondu arasındakı fərqi keçməməlidir. Cəmiyyətin nizamnamə kapitalı bu maddədə müəyyən edilmiş qaydada artırıldıqda iştirakçıların mayalarının məbləği dəyişmədən bütün iştirakçıların mayalarının nominal dəyəri proporsional surətdə artır. Həmin Məcəllənin 90.6-cı maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının iştirakçıların əlavə payları hesabına artırılması cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin ümumi yığıncağının qərarı ilə həyata keçirilir. Bu qərarla əlavə payların ümumi dəyəri, həmçinin iştirakçının əlavə payının dəyəri və onun payının nominal dəyərinin artırıldığı məbləğ arasındakı nisbət müəyyən edilməlidir. Həmin nisbət iştirakçının payının nominal dəyərinin onun əlavə payına bərabər və ya ondan az məbləğdə arta biləcəyi nəzərə alınmaqla müəyyən edilir. Hər bir iştirakçı əlavə payların ümumi dəyərindən artıq olmayan, həmin iştirakçının nizamnamə kapitalında olan mayasının məbləğinə proporsional olaraq əlavə pay qoymaq hüququna malikdir. İştirakçılar tərəfindən əlavə paylar, bu barədə ümumi yığıncağın qərarı qəbul edildikdən sonra nizamnamədə və ya ümumi yığıncağın qərarında müəyyən edilmiş müddətdə qoyulmalıdır. Əlavə pay qoymaq üçün müəyyən edilmiş müddətin ötürülməsi nizamnamə kapitalının qeyd edilən üsulla artırılmasının baş tutmamasına səbəb olur. Göstərilən Məcəllənin 90.7-ci maddəsinə əsasən, bu Məcəllənin 90.6-cı maddəsində nəzərdə tutulmuş qaydada cəmiyyətin ümumi yığıncağının cəmiyyətin nizamnamə kapitalının artırılması haqqında qərarı iştirakçının (iştirakçıların) əlavə maya qoyulması haqqında ərizəsi və (və ya) əgər nizamnamədə qadağan edilməmişdirsə, üçüncü şəxsin (şəxslərin) onun (onların) cəmiyyətə iştirakçı kimi qəbul edilməsi və maya qoyması haqqında ərizəsi əsasında qəbul edilir. Ərizədə mayaların məbləği və tərkibi, onların qoyulma qaydası və müddəti, iştirakçının və ya üçüncü şəxsin nizamnamə kapitalında malik olmaq istədikləri mayaların məbləği göstərilir. Ərizədə mayaların qoyulmasının və cəmiyyətə daxil olmanın digər şərtləri də göstərilə bilər. Cəmiyyətin ümumi yığıncağı iştirakçıların ərizəsi əsasında nizamnamə kapitalının artırılması haqqında qərarın qəbul edilməsi ilə eyni zamanda nizamnamə kapitalının məbləğinin və ərizə vermiş iştirakçının mayasının nominal dəyərinin artırılması ilə əlaqədar nizamnaməyə edilən dəyişikliklər haqqında da qərar qəbul edir. Ümumi yığıncaq üçüncü şəxsin ərizəsi əsasında nizamnamə kapitalının artırılması haqqında qərarla yanaşı üçüncü şəxsin cəmiyyətə qəbul edilməsi, onun mayasının nominal dəyərinin müəyyən edilməsi və iştirakçıların mayalarının məbləğlərinin dəyişməsi ilə əlaqədar nizamnaməyə edilən dəyişikliklər haqqında qərar qəbul edir. Cəmiyyətə qəbul edilən üçüncü şəxsin mayasının nominal dəyəri onun payının dəyərinin məbləğinə bərabər və ya ondan az olmalıdır. Əgər nizamnamə kapitalının artırılması baş tutmamışdırsa, cəmiyyət ağlabatan müddətdə iştirakçıların əlavə mayalarını və üçüncü şəxslərin mayalarını müvafiq olaraq geri qaytarmalıdır. Həmin Məcəllənin 90.8-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının azaldılması bütün iştirakçıların mayalarının nominal dəyərinin azaldılması yolu ilə həyata keçirilə bilər. Bütün iştirakçıların mayalarının nominal dəyərinin azaldılması yolu ilə nizamnamə kapitalının azaldılması bütün iştirakçıların mayalarının nisbəti saxlanılmaqla həyata keçirilir. Cəmiyyətin nizamnamə kapitalının azaldılması cəmiyyətin ümumi yığıncağının qərarı əsasında həyata keçirilir. Nizamnamə kapitalının azaldılması haqqında ümumi yığıncağın qərarı qəbul edildikdən sonra nizamnamədə və ya cəmiyyətin ümumi yığıncağının qərarında müəyyən edilmiş müddətdə cəmiyyət özünün bütün kreditorlarına bu barədə yazılı məlumat göndərməlidir. Məlumat alındığı gündən bir ay müddətində cəmiyyətin kreditorlarının cəmiyyətin müvafiq öhdəliklərinin vaxtından əvvəl yerinə yetirilməsini və ya xitamını, düşdükləri zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 93.1-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı cəmiyyətin nizamnamə kapitalındakı payını və ya onun bir hissəsini həmin cəmiyyətin bir və ya bir neçə iştirakçısına sata bilər və ya başqa qaydada güzəşt edə bilər. Həmin Məcəllənin 93.2-ci maddəsinə əsasən, cəmiyyət iştirakçısının öz payını (onun bir hissəsini) üçüncü şəxslərə özgəninkiləşdirilməsinə yol verilir. Qeyd edilən Məcəllənin 93.3-cü maddəsinə əsasən, cəmiyyətin iştirakçıları iştirakçının payını (onun bir hissəsini) öz paylarının miqdarına mütənasib surətdə satın almaqda üstünlük hüququna malikdirlər. Cəmiyyətin iştirakçısı öz payını (onun bir hissəsini) özgəninkiləşdirmək istədikdə həmin payın (onun bir hissəsinin) satın alınmasını ilkin olaraq cəmiyyətin digər iştirakçılarına təklif etməlidir. Əgər cəmiyyətin iştirakçıları xəbərdar edildikləri gündən bir ay ərzində və ya cəmiyyətin nizamnaməsində və ya onun iştirakçılarının razılaşmasında nəzərdə tutulan başqa müddətdə öz üstünlük hüququndan istifadə etməzlərsə, iştirakçının payı üçüncü şəxsə özgəninkiləşdirilə bilər. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respubikası Qanununun 9.1 və 9.2-ci maddələrin əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. Həmin Qanunun 9.2-1-ci maddəsinə əsasən, bu Qanunun 9.2-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş hərəkətlərin edilməsi tələb olunmadan kommersiya qurumları və publik hüquqi şəxslər üzrə aşağıdakı məlumatlar birbaşa müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə edilərək qeydiyyata alınır: 9.2-1.1 müvafiq icra hakimiyyəti orqanının aktları ilə təsis sənədlərində və qeydə alınmış faktlarda edilmiş dəyişikliklər; 9.2-1.2. qeydə alınmış faktlarda şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlarda dəyişikliklər. Qeyd edilən Qanunun 9.3-cü maddəsinə əsasən, bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 651-ci maddəsinə əsasən, tələblərin və digər hüquqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Rəsmi reyestrlərdə qeydə alınmış daşınmaz əşyalara və obyektlərə hüquqların satıldığı hallarda bu Məcəllənin 646 - 650-ci maddələri müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Göstərilən Məcəllənin 646.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Qeyd edilən Məcəllənin 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, hüquqi şəxslərin dövlət reyestri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli 48 nömrəli Fərmanının 2.4 və 2.4.2-ci maddəsinə əsasən, 2.4. həmin Qanunun 2.0.3-cü, 4.6-cı və 5.1-ci maddələrində, 5.6-cı maddəsinin ikinci cümləsində (birinci və ikinci halda), 8.2-ci maddəsinin birinci cümləsində, 8.3-cü maddəsinin birinci cümləsində, 8.4-cü maddəsində, 8.5-ci maddəsinin ikinci cümləsində, 9.2-ci maddəsinin birinci və üçüncü cümlələrində, 11.3.1-ci və 11.3.4-cü maddələrində, 11.4-1-ci maddəsinin birinci və ikinci cümlələrində, 12.1-ci, 13.1-ci və 15.2-ci maddələrində, 15.5-ci maddəsinin birinci və ikinci cümlələrində, 16.1-ci maddəsində, 16.2ci maddəsinin birinci abzasında, 16.4-cü maddəsinin ikinci cümləsində (birinci və ikinci halda), 16.5-ci maddəsində, 16.7-ci maddəsinin birinci cümləsində, 18.1-ci maddəsinin ikinci cümləsində, 20.3-cü maddəsinin birinci cümləsində və 20.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər və həmin Qanunun 17.1- ci maddəsində birinci halda “orqan (qurum)” dedikdə aşağıdakılar nəzərdə tutulur: 2.4.2. kommersiya hüquqi şəxslərinə, xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə, publik hüquqi şəxslərə münasibətdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, habelə Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Qeyd edilən Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Göstərilən Məcəllənin 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edə tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri iddiaçıya münasibətdə qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düz tətbiq etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş çıxarışın surətindən görünür ki, "xxxx" MMC xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Çıxarışın surətindən həmçinin görünür ki, nizamnamə kapitalında Cavabdeh payı 25%, X3 payı 25% və X2 payı 50% olmaqla hazırki təsisçilər kimi qeydiyyata alınmışlar. Əvvəlki təsisçilər kimi isə Cavabdeh payı 30%, X3 payı 20% və X2 payı 50% olmaqla qeydiyyatda alınmışlar. Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında xx.xx.2023-cü il tarixli portaldan çıxarışdan və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.2022- ci il tarixdə verilmiş çıxarışın surətindən görünür ki, İddiaçı MMC (VÖEN **********) xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış və qanuni təmsilçisi X8r. Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında xx.xx.2024-cü il tarixli portaldan çıxarışdan və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.2022- ci il tarixdə verilmiş çıxarışın surətindən görünür ki, İddiaçı (VÖEN **********) xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış və qanuni təmsilçisi X8r. İşdən görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2470/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh İddiaçı MMCdən 220.000 manat borcun tutularaq iddiaçı Cavabdeh ödənilməsi, ödənilmiş 533 manat məbləğində dövlət rüsumunun 483,06 manat məbləği cavabdeh İddiaçı MMC-dən tutularaq iddiaçı Cavabdeh ödənilməsi, qalan 49,94 manat məbləği iddiaçı Cavabdeh aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İş materiallarından görünür ki, Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Nizami Məhərrəmovun xx.xx.2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarı ilə HK-1/468 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh, X12 və X4 mülki qaydada məhkəməyə müraciətetmək hüquqlarının olması izah edilmişdir. Həmin qərardan görünür ki, material üzrə izahatı alınmış Cavabdeh göstərmişdir ki, 2021-ci ilin noyabr ayının ortalarında X12 ilə aralarında olan razılaşmaya əsasən çoxmərtəbəli yaşayış binasının tikintisində pay sahibi olmağı üçün Rafiq Qocayevə hissəhissə olmaqla, ümumilikdə 1.000.000 manat pul verməli olmuşdur. Onların aralarında olan bu sövdələşmədə X5 şəriki X10 da iştirak etmişdir. Həmin çoxmərtəbəli yaşayış binası Bakı Metropoliteninin "Neftçilər" stansiyasının yaxınlığında inşa edilməli olmuşdur. Onların aralarında qeyd etdiyi sövdələşmə olarkən artıq binanın inşa ediləcəyi torpaq sahəsi də alınmışdır. Bu məqsədlə o, 2021-ci ilin noyabr ayı ərzində Bakı şəhərində müxtəlif ünvanlarda X12 və sonuncunun oğlu, həmin binanı inşa edəcək "xxxx" MMC-nin direktoru Rüfət Qocayevə ümumilikdə 635.300 manat məbləğində pulu nağd şəkildə vermişdir. Qeyd etdiyi çoxmərtəbəli yaşayış binası "xxxx" MMC şirkəti tərəfindən inşa edilməyə başlamışdır. Həmin MMC-də X10 da pay sahibi olmuşdur. Onu da həmin MMC-də pay sahibi edəcəklərini bildirsələr də, yalnız 220.000 manat məbləğində pulu ondan almaları barədə protokol tərtib edib onun iştirakı ilə təsdiq etmişlər. Lakin rəsmi olaraq onu pay sahibi etməmişlər və bina inşa edilib mənzillər satıldıqdan sonra əldə olunan gəlirdən onun payına düşən pulu verəcəklərini bildirmişlər. O da həmin şəxsləri uzun illərdən bəri tanıdığından, aralarında etibar olduğundan rəsmiləşmə olmadan sözlərinə etibar etmişdir. 2022-ci ilin əvvəllərində X10 "xxxx" MMC şirkətini təsis etdiklərini, onu da həmin MMC-də pay sahibi edəcəyini, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, S.Cəfərov küçəsi ilə mərkəzi küçənin kəsişməsində başqa bir çoxmənzilli yaşayış binasının inşasına başlayacaqlarını bildirmişdir. Həmin MMC-nin faktiki rəhbəri Xalid Məmmədov olsa da, təsisçi kimi X2 adı qeyd olunmuşdur. O da Xalidin bu təklifi ilə razılaşmışdır. Bundan sonra qeyd olunan MMC-dən həmtəsisçi kimi ona 30 faiz pay verilmiş, daha sonra başqa bir şəxs də payçı olduğundan onun payı 25 faiz olmuşdur. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, S.Cəfərov küçəsi ilə mərkəzi küçənin kəsişməsində binanın tikintisinə 2022-ci ilin təxminən yay aylarında başlanılmışdır. O, həmin binanın inşa edildiyi torpaq sahəsinin alınması və binanın tikintisinə pay sahibi kimi 2022-ci ilin avqust ayından etibarən hissə- hissə olmaqla Bakı şəhərində müxtəlif ünvanlarda nağd şəkildə, eləcə də bank hesabına köçürməklə ümumilikdə 793.035 manat məbləğində pulu X4 və mühasibi X6 vermişdir. Həmin ərəfələrdə artıq Bakı Metropoliteninin "Neftçilər" stansiyasının yaxınlığında inşa edilən çoxmənzilli yaşayış binasında mənzillərin satışına başlanılmışdır. O, özünə düşən paydan pul tələb etdikdə hər dəfə Rafiq Qocayev, oğlu Rüfət Qocayev, şərikləri Xalid Məmmədov narahat olmamağını, bina tam inşa edildikdən sonra ona çatmalı olam pulun tam şəkildə ödəniləcəyini bildirmişlər. 2023-cü ilin sonlarında artıq qeyd olunan çoxmərtəbəli yaşayış binası inşa edilərək istifadəyə verilmişdir. Orada olan mənzillər demək olar, tam şəkildə satılmışdır. Həmtəsisçisi olduğu "xxxx" MMC tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, S.Cəfərov küçəsi ilə mərkəzi küçənin kəsişməsində inşa edilən çoxmənzilli yaşayış binasında da mənzillərin əksəriyyəti artıq satılmışdır. Həmin binada da artıq bir neçə aylıq tamamla işləri qalmışdır. Həmin binada o, 25 faizlik paya sahib olsa da, ona hər hansı əmlak verməmişlər və ona çatmalı olan əmlak da digər payçılar tərəfindən satılaraq əldə olunmuş pul vəsaiti ələ keçirilmişdir. Rafiq Qocayev, oğlu Rüfət Qocayev, şərikləri Xalid Məmmədov yuxarıda qeyd etdiyi məbləğlərdə ondan pul alsalar da, əldə olunmuş gəlirdən ona hər hansı məbləğdə pul ödəməmişlər, eləcə də ona verilməli əmlak ələ keçirilmişdir. O, özü payına düşən əmlakı tələb etdikdə artıq onu hədələməyə başlamışlar. Hətta özü və ailəsi barəsində sosial şəbəkələrdə şər və böhtan dolu rüsvayedici məlumatlar yayacaqlarını da bildirmişlər. Bundan sonra onun üzərinə başqa şəxsləri göndərərək təhdid etməyə başlamışlar. O, təhdidlərə fikir vermədən əmlakını tələb etdiyindən artıq sosial şəbəkələrdə oğlu və ailə üzvləri barəsində şəkillər, videolar paylaşmağa başlamışlar. O, artıq təhdid və hədəqorxularına dözmədiyindən onun etibarından sui-istifadə edərək aldatma yolu ilə pul vəsaitini və əmlakını ələ keçirmələri barədə şikayət etmək qərarına gəlmişdir. Qərardan görünür ki, material üzrə izahatı alınmış X12 bildirmişdir ki, rəsmi olaraq işsiz olsa da, faktiki olaraq "xxxx" MMC-nin sahibidir. Həmin MMC-nin direktoru oğlu Rüfət Qocayevdir. Lakin MMC-yə rəhbərliyi o, özü həyata keçirir. "xxxx" MMC müxtəlif layihələr əsasında çoxmənzilli yaşayış binalarının tikintisini həyata keçirir. Layihələr əsasında "xxxx" MMC tərəfindən Bakı Metropoliteninin "Neftçilər" stansiyasının yaxınlığında, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, S.Cəfərov küçəsi ilə mərkəzi küçəsinin kəsişdiyi ərazidə və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində çoxmənzilli yaşayış binasının tikintisini həyata keçirməli olmuşdur. Həmin layihələrdə əvvəlcə onun şəriki X10 olmuşdur. Onların hər biri 50 faiz pay sahibi olmuşdur. Lakin layihələrin icrasına xeyli miqdarda pul tələb olunduğundan əlavə şərik də lazım olmuşdur. 2021-ci ilin təxminən iyul-avqust aylarında əvvəlcədən tanıdığı Cavabdeh layihələrə vəsait qoya biləcəyini bildirmişdir. Bu məqsədlə Cavabdeh 1.000.000 ABŞ dolları məbləğində vəsait verəcəyi təqdirdə "xxxx" MMC-də 25 faiz pay sahibi olacağı barədə aralarında şifahi razılaşma olmuşdur. Cavabdeh həmin məbləği hissəhissə verə biləcəyini, bu məqsədlə Bakı şəhərində müxtəlif ünvanlarda olan qeyri-yaşayış obyektlərini satışa çıxardığını demişdir. Aralarında əvvəlcədən münasibət olduğundan və həmin obyektlərin sənədlərinin şəkillərini ona təqdim etdiyindən o da Elşadın sözlərinə inanmışdır. Həmin ərəfədə onlar Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, S.Cəfərov küçəsi ilə mərkəzi küçəsinin kəsişdiyi ərazidə olan layihədə tikinti işlərini həyata keçirmək üçün podratçı şirkət axtarmışlar. Elşad yaxın tanışının olduğunu, həmin tanışının şirkəti vasitəsilə tikinti işlərini həyata keçirə biləcəklərini bildirmişdir. X7 adlı şəxsi onlarla tanış edərək "xxxx" MMC-nin rəhbəri olduğunu, həmin şəxsə özünün cavabdeh olduğunu, 500.000 manat pul müqabilində Korkmaz Mustafanın qeyd olunan tikinti işlərini icra edəcəyini bildirmişdir. Qeyd olunan dövrdə onun nağd şəkildə 500.000 manat məbləğində pulu olmadığından həmin dəyərdə Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən 220.6 kv.metr sahəsi olan qeyriyaşayış obyektini Cavabdeh vermək barədə razılaşmışlar. Cavabdeh qeyd olunan qeyriyaşayış obyektini Mustafa Korkmaza verəcəyini bildirmişdir. Bu məqsədlə həmin qeyriyaşayış obyekti oğlu Rüfət Qocayev tərəfindən etibarnamə əsasında Cavabdeh bildirdiyi şəxsin adına keçirilmişdir. Daha sonra Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr, 20 Yanvar küçəsi 21B nömrəli binanın qarşısında tanışının torpaq sahəsi olduğunu, həmin torpağı şərikli alıb gələcəkdə oradan da tikinti məqsədilə istifadə edə biləcəklərini, ilkin olaraq torpaq sahəsinə beh kimi pul verməli olduqlarını söylədikdə, o, nağd şəkildə pulu olmadığını, pul əvəzinə mənzil verə biləcəyini demişdir. Elşad da razılaşmış və ünvan 5 ünvanında yerləşən 106 saylı mənzil Cavabdeh tərəfindən verilmişdir. Elşad da həmin mənzili X9 vermişdir. O, həmin dövrdə Natiq Abbasovu ümumiyyətlə tanımamışdır. Bütün bunlardan sonra Elşada artıq tikinti işlərinə başlamalı olduqlarını və hər hansı vəsait sərf etmədiyini bildirdikdə, 23 noyabr 2021-ci il tarixdə Elşad 220.000 manat məbləğində pulu nağd şəkildə onun iştirakı ilə "xxxx" MMC-yə ödəmiş, bu da onların iştirakı ilə protokollaşdırılmışdır. Həmin protokolda da qeyd olunan məbləği gələcəkdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün verdiyi qeyd olunmuşdur. Cavabdeh yaxın vaxtlarda 1.000.000 ABŞ dollarından qalan məbləği də ödəyəcəyini bildirmişdir. O da həmin məbləği tam ödədikdən sonra "Sabah Tikinti” MMC-də 25 faiz pay sahibi ola biləcəyini Elşada demişdir. Lakin bir neçə ay keçsə də, Elşad hər hansı məbləğdə pul ödəmədiyindən o, artıq Elşadla şərik olmaq fikrindən daşınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 306 saylı xx.xx.2021-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, S.Cəfərov küçəsi ilə mərkəzi küçəsinin kəsişdiyi ərazidə yaşayış binasının tikintisi üzrə layihə "xxxx" MMC-nin balansında olsa da, o, artıq həmin layihədən çıxmaq qərarına gəlmişdir. Halbuki həmin layihənin ərsəyə gəlməsi üçün "xxxx" MMC-nin hesabından ümumilikdə 892.660 manat məbləğində rəsmi olaraq ödənişlər olunmuşdur. Ödənişlər torpağın alınması, Fövqəladə Hallar Nazirliyindən müvafiq icazələrin alınması və s. qurumlardan lazımi icazələrin alınmasına sərf olunmuşdur. Xalid Məmmədov və Cavabdeh yeni şirkət yaratmalarını və qeyd olunan layihəni həmin şirkətin adına keçirdəcəyini, özünün isə şəriklikdən ayrılmaq istədiyini, yalnız Bakı Metropoliteninin "Neftçilər" stansiyasının yaxınlığında olan layihəni başqa şəxslərlə icra edəcəyini bildirmişdir. Xalid Məmmədov və Cavabdeh onunla razılığa gəlmişlər. Aralarında olan razılığa əsasən Xalid Məmmədov Bakı Metropoliteninin "Neftçilər" stansiyasının yaxınlığında olan layihədəki payından imtina etmiş, o isə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, S.Cəfərov küçəsi ilə mərkəzi küçəsinin kəsişdiyi ərazidəki layihədəki payından imtina etmişdir. Cavabdeh isə onun Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, S.Cəfərov küçəsi ilə mərkəzi küçəsinin kəsişdiyi ərazidəki layihədəki payından imtina etməyi, özünün isə həmin layihədə 25 faiz payçı olması müqabilində ona 500.000 manat məbləğində pul verməli olmuşdur. X1 tərəfindən qeyd olunan layihədə tikinti işləri icra olunduqdan sonra sonuncuya verməsi üçün Cavabdeh verdiyi 500.000 manat dəyərində obyektə görə həmin vəsait də ona ödənilməli olmuşdur. Bundan sonra 2022-ci ilin yanvar ayının sonlarında "xxxx" MMC təsis olunmuş, daha sonra Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 25 saylı xx.xx.2022-ci il tarixli sərəncamı ilə həmin layihə onun icazəsi ilə "xxxx" MMC-nin xeyrinə sənədləşdirilmişdir. Xalid Məmmədovla aralarında olan razılıq hər ikisi tərəfindən icra olunsa da, Cavabdeh vədinə əməl etməyərək ona verməli olduğu 500.000 manat məbləğində pulu verməmişdir. X1 tərəfindən qeyd olunan layihədə tikinti işləri də icra olunmamışdır. Bundan sonra o, Mustafa ilə görüşüb sonuncuya 500.000 manat dəyərində obyekt verdiyini, hansı səbəbdən söz verdiyi işləri icra etmədiyini soruşmuşdur. Mustafa isə həmin obyekti Elşad ilə birlikdə başqa şəxsə satdıqlarını, həmin pulun 170.000 manat məbləğində olan hissəsini Elşadın guya ona vermək adı ilə götürdüyünü, qalan pulun isə özündə olduğunu, özünə çatan pulun müqabilində isə Elşadgilin xeyrinə işlər görmək barədə razılaşdıqlarını, hətta Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, S.Cəfərov küçəsi ilə mərkəzi küçəsinin kəsişdiyi ərazidəki tikintiyə 100.000 manat dəyərində mal-material apardığını bildirmişdir. Bundan sonra o, Elşaddan Bakı şəhəri, Nəsimi rayonu, 4- cü mkr, 20 Yanvar küçəsi 21B nömrəli binanın qarşısındakı torpaq sahəsinə görə verdiyi mənzilin pulunu tələb etmişdir. Elşad da həmin mənzili beh kimi X9 verdiyini bildirmişdir. O, Natiq Abbasovla görüşdükdə sonuncu Elşadla birlikdə başqa şəxsə borcları olduğundan həmin mənzili borcları olan şəxsə borc qarşılığında verdiklərini, əlavə qalan məbləğdən isə 60.000 manat məbləğində olan hissəsini Elşadın qazanc kimi özünə götürdüyünü, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr, 20 Yanvar küçəsi 21B nömrəli binanın qarşısındakı torpaq sahəsinin isə Elşad tərəfindən başqa-başqa şəxslərə satılması barədə razılıq aldığını, həmin torpaq sahəsini Elşadın ona satmaq fikrində olmadığını bildirmişdir. O, Elşaddan aldığı obyekt və mənzilin, eləcə də öz payından imtina etməyi üçün şifahi şəkildə razılaşdıqları 500.000 manat məbləğində pulu tələb etməyə başlamışdır. Elşad isə bütün bunları danaraq onun 220.000 manat məbləğində pul verməli olduğunu söyləmişdir. Elşadın layihələrə cəmi 220.000 manat pul verməsi protokolla rəsmiləşdiyindən sonuncu mülki qaydada məhkəməyə müraciət edərək onlardan həmin pulu tələb etmiş və məhkəmə də Elşadın xeyrinə qərar qəbul etmişdir. Bundan sonra o, ümumilikdə Elşadın ona 1.200.000 manat məbləğində ziyan vurması barədə mülki qaydada məhkəməyə müraciət etmişdir. Hazırda iddia ərizəsi əsasında məhkəmədə mülki qaydada işə baxılır. İşdən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 6(010)-26/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə şikayətin təmin edilərək, Cavabdeh müraciəti əsasında toplanılmış material üzrə Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Nizami Məhərrəmovun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2024cü il tarixli qərarının qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi, Cavabdeh şikayətində göstərdiyi və hazırkı qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılması, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun diqqətinin Azərbaycan Respublikası CPM-in 207, 209 və 210cu maddələrinin tələblərinin pozulmasına cəlb edilməsi və bu tələblərin yerinə yetirilməsinin təmin edilməsi, qərarın surətinin araşdırmanın davam etdirilməsi üçün Bakı şəhəri Suraxanı rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, İddiaçı MMC ilə "xxxx" QSC arasında xx.xx.2021-ci il tarixdə AA-1-186 saylı müqavilə bağlanmışdır. İş materiallarına əlavə olunan xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin məktubunun surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, S.Cəfərov və Mərkəzi küçələrinin kəsişməsində hündürmərtəbəli yaşayış binasının tikintisi məqsədilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə 0.51 ha torpaq sahəsinin ayrılmasına dair rəy bildirilməsi barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinın xx.xx.2021-cı il tarixli DO-01-2021-04782 nömrəli dərkənarı ilə daxıl olmuş Bakı Şəhər İcra Hakimiyyətinin 11.06 2021-cı il tarixli 7-873/7 nömrəli məktubuna Ərazi Tıkıntı-Planlaşdırma Mərkəzində baxıldığı və qeyd olunan ünvanda yaşayış binasının tikintisi məqsədilə torpaq sahəsinin ayrılmasına dair rəy bildirilməsi ilə əlaqədar Ərazi Tikinti Planlaşdırma Mərkəzı tərəfindən göstərilən xidmətlərə görə müəyyən edilmiş xidmət haqqı Mərkəzin bank hesabına ödənildikdən sonra müsbət rəyin verilməsinin müvafiq qaydada təmin ediləcəyi bildirilmişdir. İşdən görünür ki, İddiaçı MMC ilə Azərbaycan Respublikası FHN TTNDA “Azərdövlətlayihə” DBLİ arasında xx.xx.2021-ci il tarixli “mühəndis axtarış işlərinin nəticəsinə dair hesabata rəyin verilməsi” barədə GR-189/21 saylı müqavilə bağlanmışdır. İş materiallarından görünür ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli “mühəndisi geoloji işlərin yerinə yetirilməsi” barədə BAKİ/MG-010 saylı müqavilə bağlanmışdır. İş materiallarında olan ünvan 6 ünvanladığı xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, pulu veran: İddiaçı MMC-nin qanuni təmsilçisi ünvan 7 ünvanında qeydiyyatda olan X13 tərəfindən notarial qaydasında təsdiq ediləcək pulun verilməsi müqaviləsi üzrə verilən 572000 manat məbləğində pulu müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra pulu alan: ünvan 8 ünvanında qeydiyyatda olan X14 əvəzindən xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 35 saylı notariat ofisində 7E/3509 reyest nömrəsi ilə rəsmiləşdirilmiş etibarnamə əsasında çıxış edən ünvan 9 ünvanında qeydiyyatda olan X15 verilməsi üçün bankda olan AZ76MUGA**********04920AZM18 No-lı depozit hesabına qəbul olunmasını xahiş etmişlər. İşə əlavə olan ünvan 6 ünvanladığı xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, pulu veran: İddiaçı MMC-nin qanuni təmsilçisi ünvan 7 ünvanında qeydiyyatda olan X13 tərəfindən notarial qaydasında təsdiq ediləcək pulun verilməsi müqaviləsi üzrə verilən 95.000 manat məbləğində pulu müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra pulu alan: ünvan 8 ünvanında qeydiyyatda olan X14 əvəzindən xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 35 saylı notariat ofisində 7E/3509 reyest nömrəsi ilə rəsmiləşdirilmiş etibarnamə əsasında çıxış edən ünvan 9 ünvanında qeydiyyatda olan X15 verilməsi üçün bankda olan AZ66MUGA**********00007AZM18 No-lı depozit hesabına qəbul olunmasını xahiş etmişlər. İş materiallarından görünür ki, "xxxx" MMC ilə İddiaçı MMC və Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə “müqavilə üzrə öhdəliklərin icrasına dair” razılaşma bağlanmışdır. Qeyd edilən razılaşmadan aydın olur ki, razılaşma Cavabdeh tərəfindən imzalanmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Cavabdeh nümayəndəsi Vəkil iddiaya etirazının məzmunundan görünür ki, borc öhdəliyi üçün məbləğ 3000 manatdan yuxarı olduğu halda və ya tərəfin birinin hüquqi şəxs olduğu halda müqavilənin mütləq qaydada yazılı bağlanmasını qanun tələb edir. İddiaçının 1.200.000 manatlıq əmlakını heç bir müqavilə olmadan, daşınmaz əmlak üçün tələb olunan notarial sənədləşmə olmadan cavabdehə verməsi ağlabatan versiya deyildir və bu halın sübut edilməsi üçün heç bir şahid ifadələrinə istinad edilə bilməz. İddia verən tərəf öz istinad etdiyi halları sübut etməli və sübutlar da yalnız qanunun yol verdiyi sübutlar olmaqla bilavasitə iddiaya aid olmalıdır, çünki qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Əlavə olaraq, tərəflər arasında bundan əvvəl Bakı Kommersiya Məhkəməsində iddiaçı (hazırda cavabdeh) Cavabdeh (hazırda iddiaçı) İddiaçı MMC-yə qarşı iddia ərizəsinə baxılmış və məhkəmənin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2470/2023 saylı qətnaməsi ilə Cavabdeh iddia tələbi qismən təmin edilmiş, İddiaçı MMC-dən 220.000 manat borc və ödənilmiş 483 manat məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı Cavabdeh ödənilməsi qət edilmiş, həmin qətnamə Ali Məhkəmədə də qüvvədə saxlanılmış və nəhayət xx.xx.2024-cü ildə e- 2- 2(113)- 2470/2023 saylı xx.xx.2023 il tarixli icra sənədi ilə icraya yönəldilmişdir. Bu halın məhkəmənin diqqətinə çatdırılmasında məqsəd ondan ibarətdir ki, əgər həqiqətən də iddiaçının iddia ərizəsində göstərdiyi hallar mövcud olsa idi, Bakı Kommersiya Məhkəməsində bu hallarla bağlı qarşılıqlı iddia verib hüquqlarını tələb edə bilərdi, lakin iddiaçının bu hüququndan o zaman istifadə etməməsi onun qaldırdığı iddianın əsaslılığına bir daha şübhələr yaradır. Göstərilənləri nəzərə alaraq, İddiaçı MMC-nin Cavabdeh qarşı iddia tələbi olan 1.200.000 manat pulun tutulub ona ödənilməsi haqqında iddia tələbinin əsassız və qanunsuz olması səbəbindən rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış izahatın məzmunundan görünür ki, iddiaçı ilk gündən heç bir əsasa söykənməyən, heç bir sübutu olmayan iddia ilə, yəni 1.200.000. manat pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmənin heç bir hazırlıq iclasında iştirak etməyən cavabdeh məhkəməyə müraciət edərək iddia tələbini azaltmış, yekun olaraq 500.000 manatın tutulub ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində məhkəməyə əlavə sənədlər təqdim etmiş, bu sənədlərdə iddiaçı ilə Korkmaz Group MMC arasındakı razılaşmanı və mediasiya prosesinin tətbiqi barədə sənədi təqdim etmişdir. Bu sənədlərdin nə üçün məhkəməyə təqdim olunduğu, hansı halı sübut etdiyi göstərilməmişdir. Bu sənədlərin iddiaçının cavabdehdən tələb etdiyi 500.000 manata hansı aidiyyəti olduğu məlum deyildir. Əksinə, bu sənədlərdən məlum olur ki, iddiaçının özünün cavabdehə məhkəmə qətnaməsi ilə təsdiq edilən 220.000 manat borcu vardır. Belə olan halda iddiaçının məhkəməyə nə səbəbə müraciət etməsi məlum deyildir. Göründüyü kimi iddiaçının tələbini əsaslandırdığı heç bir sübut məhkəməyə təqdim edilməmişdir, ona görə də iddia rədd edilməlidir. İşdən görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli pretenziya məktubları göndərmişdir. Qətnamədən iddiaçı narazı qalmış və apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, İddiaçı MTK-nin (əvvəlki İddiaçı MMC) və Cavabdeh arasında razılıq əldə olunmuş və 500000 manat müqabilində iddiaçı "xxxx" MMC-də olan payından öz ərizəsi ilə imtina etmiş və cavabdeh "xxxx" MMCdə payçı olmuşdur. Razılaşdırılmış 500000 manat pul vəsaiti Cavabdeh "xxxx" MMC-də payçı olması və payçı olaraq da iddiaçının razılığı əsasında "xxxx" MMC-ninadına rəsmiləşdirilmiş Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, S.Cəfərov küçəsi ilə Mərkəzi küçəsinin kəsişməsində yerləşən 0,4658 ha torpaq sahəsinə görə onun üzərinə düşən ödənişdir. Belə ki, həmin torpaq sahəsinin real bazar dəyəri ******* manatdır və "xxxx" MMC-nin 25 faiz payçısı olaraq onun üzərinə düşən məbləğ tələb etdiyimiz 500000 manatdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, "xxxx" MMC xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Nizamnamə kapitalında Cavabdeh payı 25%, X3 payı 25% və X2 payı 50% olmaqla hazırki təsisçilər kimi qeydiyyata alınmışlar. Əvvəlki təsisçilər kimi isə Cavabdeh payı 30%, X3 payı 20% və X2 payı 50% olmaqla qeydiyyatda alınmışlar. Lakin, iş materiallarında olan sənədlər əsasında hazırki iş üzrə iddiaçı olan İddiaçı (və ya İddiaçı MMC-nin) "xxxx" MMC-də təsisçi olması və nizamnamə kapitalında payının olması müəyyən olunmur. Həmçinin iddiaçı Sabah Tikinti” Mənzil-Tikinti Kooperativi ilə Cavabdeh arasında iddiaçının "xxxx" MMC-də təsisçi olması və nizamnamə kapitalında 500.000 manat miqdarında payının olması, o cümlədən iddiaçının "xxxx" MMC-də olan payından öz ərizəsi ilə imtina etməsi və cavabdehin "xxxx" MMC-də payçı olması müqabilində cavabdehin iddiaçıya 500.000 manat pul vəsaiti ödəməli olmasına dair də hər hansı bir razılaşmanın (müqavilənin) olması müəyyən edilməmişdir. Buna görə də Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Apellyasiya baxışı üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, e-2-2(121)-2700/2024 saylı qətnaməsi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən iddiaçıya münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar