Məhkəmə qərarları › İş №2-2(106)-55/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-55/2023

13.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-55/2023 13.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Ələkbərov Nicat Ələkbər oğlunun iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (İddiaçı QSC) cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 Fazil oğluna və Cavabdeh2 qarşı kredit razılaşmasının ləğv edilməsi, kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və digər tələbə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 15 fevral 2023-cü il tarixli e-2-2(121)-22/2023 saylı qətnaməsindən cavabdeh Qurbanov Nizami İnşalla oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı cavabdеh Cavabdeh4 ilə bağlanmış xx.xx.2019-cu il tarixli 008R********** saylı krеdit razılaşmasının ləğv edilməsi, cavabdеhlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 008R********** saylı krеdit razılaşması üzrə 14964.58 manat məbləğində krеdit bоrcu, 516.23 manat məbləğində faiz bоrcu və 5283.42 manat məbləğində cərimə borcu olmaqla, 008R********** saylı krеdit razılaşması üzrə 1341.51 manat məbləğində krеdit bоrcu, 251.69 manat məbləğində faiz bоrcu və 393.13 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 22750 manat 56 qəpik məbləğində bоrcun, mediasiya prosesilə bağlı ödənilmiş 210 manat xərcin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması; Cavabdeh4 mülkiyyətində olan Liman şəhəri Rəsul Rza küçəsində 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı 131 kv.m yaşayış 128.1 kv.m köməkçi sahədən ibarət 72a nömrəli fərdi yaşayış evinin açıq hərracdan satılması, 22750 manat 56 qəpik məbləğində borcun və mediasiya prosesi ilə bağlı ödənilmiş 210 manat xərcin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSCyə ödənilməsi; Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə qalan məbləğin Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 ümumi müştərək qaydada tutulması; Cavabdeh4 mülkiyyətində olan Liman şəhəri Rəsul Rza küçəsində 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı 131 kv.m yaşayış 128.1 kv.m köməkçi sahədən ibarət 72a nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4 və Cavabdeh2 Xaliq qızının həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və Alıcıya təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh4 "xxxx" QSC ilə bağladığı xx.xx.2017-ci il tarixli 008L**********43 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 100000 ABŞ Dolları məbləğdə krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 008R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə aylıq faiz dərəcəsi 0.4167 faiz оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 manat məbləğdə krеdit götürmüşdür. Cavabdeh4 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu vəfaiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh4 götürdüyü krеdit bоrcundan 35.42 manat ödəmiş, onun 14964.58 manat məbləğdə kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh4 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2021-ci il tarixə 327 gün üçün hesablanmış faiz borcu 516.23 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.1 faiz məbləğində cərimə ödəməlidir. xx.xx.2021-ci il tarixə 327 gün üçün hеsablanmış cərimə 5283.42 manat təşkil edir. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 008R********** saylı krеdit razılaşmasıəsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667 faiz оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğdə krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2021-ci il tarixli 008R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh4 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2021-ciiltarixdən banka qaytarmamışdır. Cavabdeh4 götürdüyü krеdit bоrcundan 3658.49 manat ödəmiş, onun 1341.51 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh4 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2021-ciiltarixə 292 gün üçün hesablanmış faiz borcu 251.69 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.1 faiz məbləğində cərimə ödəməlidir. xx.xx.2021-ci il tarixə 292 gün üçün hеsablanmış cərimə 393.13 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə, kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh3, Cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh4 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəlikləriniicraеtməlidirlər. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh - ipoteka verən Cavabdeh4 ilə bank arasında bağlanılmış xx.xx.2017-ci tarixli ipoteka müqaviləsi əsasında Liman şəhəri Rəsul Rza küçəsində 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı 131 kv.m yaşayış 128.1 kv.m köməkçi sahədən ibarət 72a nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli çıxarışla Liman şəhəri Rəsul Rza küçəsində 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı 131 kv.m yaşayış, 128.1 kv.m köməkçi sahədən ibarət 72a nömrəli fərdi yaşayış evi Cavabdeh4 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Şirvan Kommersiya Məhkəməsinin 15 fevral 2023-cü il tarixli e-2-2(121)-22/2023 saylı qətnaməsi (hakim Elşən Abdullayev) ilə iddia qismən təmin edilmiş, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 008R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 müştərək qaydada 008R********** saylı krеdit razılaşması üzrə 14.964,58 manat əsas borc, 516,23 manat faiz borcu, 530 manat cərimə borcu, 008R********** saylı krеdit razılaşması üzrə 1.341,51 manat əsas borc, 251,69 manat faiz borcu, 40 manat cərimə borcu, 210 manat mediasiya xərci və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu olmaqla, ümumilikdə 17894,01 (on yeddi min səkkiz yüz doxsan dörd manat, bir qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin Cavabdeh4 mülkiyyətində olan Liman şəhəri Rəsul Rza küçəsində 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı 72a saylı fərdi yaşayış evinə yönəldilməsi, Cavabdeh4 məxsus Liman şəhəri Rəsul Rza küçəsində 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı 72a saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 79200 manat məbləğində olmaqla açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan borcun ödənilməsi, əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsinin Cavabdeh4 qaytarılması, Liman şəhəri Rəsul Rza küçəsində 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı 72a saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və açıq hərracda satıldıqdan 1 ay sonra Cavabdeh4 və Cavabdeh2 Xaliq qızının həmin fərdi yaşayış evindən çıxarılması və həmin fərdi yaşayış evinin boşaldılması, iddianın qalan hissədə rədd edilməsi, iş üzrə təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın 50 (əlli) manatının Cavabdeh4, 50 (əlli) manatının isə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 600 (altı yüz) manat məbləğində pul vəsaitinin 400 (dörd yüz) manatının Cavabdeh4, 200 (iki yüz) manatının isə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən alınaraq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Şirvan Kommersiya Məhkəməsinin 15 fevral 2023-cü il tarixli e-2-2(121)-22/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, qətnaməni qismən - ipoteka predmetinin ilkin satış qiyməti hissəsində ləğv edilib, həmin hissədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışlar ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizas Mərkəzinin rəyi o zaman əsaslı sayıla bilərdi ki, digər sübutlarla ziddiyət təşkil etməsin, həmin ərazidə oxşar əmlakların ilkin satış qiymətləri ilə müqayisəli rəy verilmiş olsun. Şablon sözlərdən istifadə etməklə uzun-uzadı rəyin tərtib olunması həmin rəyin əsaslı olmasına dəlalət etmir. Rəyi qısa və konkret, müqayisəli şəkildə tərtib etmək olardı. Yaxın ərazidə oxşar əmlakların rəsmi satış qiymətləri müqayisə olunmaqla, obyektin fərdi xüsusiyyətləri, vizual görünüşü, təmirliliyi, material sərfi və s. nəzərə alınmaqla ətraflı, şübhədənkənar rəy verilməli idi. Cavabdeh4 ilə Bank arasında bağlanılmış 24 noyabr 2017-ci tarixli ipoteka müqaviləsi ilə Liman şəhəri Rəsul Rza küçəsində 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı 131 kv.m yaşayış, 128.1 kv.m 1; öməkçi sahədən ibarət 72a nömrəli fərdi yaşayış evini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 22500 manat müəyyən edilmişdir. Bundan əlavə, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyi ilə Cavabdeh4 mülkiyyətində olan Liman şəhəri Rəsul Rza küçəsində 0.06 ha torpaq sahəsi və Himin torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı 131 kv m yaşayış, 128.1 kv.m köməkçi sahədən ibarət 72a nömrəli fərdi yaşayış evinin likvid qiyməti 32000 manat məbləğ edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyindəki qeyd etdiyi qiymət ipoteka müqavilələri bağlanarkən tərəflərin razılığa gəldikləri qiymətlərdən əhəmiyyətli dərəcədə çoxdur. Evin qiyməti 3 dəfədən çox olduğundan və hal-hazırda ölkədə olan iqtisadi vəziyyət, daşınar-daşınmaz əmlakların qiymətində kəskin azalma olduğundan həmin qiymət reallığı əks etdirmir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Ali Məhkəmənin 20 iyul 2020-ci il tarixli qərarında ifadə olunmuş hüquq mövqeyi işə baxan məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir. İlkin satış qiyməti olaraq əmlakın likvid dəyəri deyil, bazar dəyəri əsas götürülmüşdür. İddiaçı QSC-nin nümayəndəsi Nicat Ələkbərov məhkəmədə iddia ərizəsinin məzmununa və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 Fazil oğluna və Cavabdeh2 qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan apelyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından görünür ki, iddiaçı "xxxx" QSC və Cavabdeh4 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış 008L**********43 saylı uzunmüddətli kredit müqaviləsi əsasında 120 ay müddətinə 100.000 ABŞ dolları məbləği olmaqla kredit xətti açılmışdır. İş materiallarından görünür ki, "xxxx" QSC ilə Cavabdeh4 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 008R********** saylı kredit razılaşmasından görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh4 15.000 manat məbləğində kredit vəsaiti aylıq 0,4167 faiz olmaqla, 36 ay müddətinə verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli köçürmə sənədindən görünür ki, 15.000 manat məbləğində kredit vəsaiti Cavabdeh4 müvafiq bank hesabına köçürülmüşdür. İş materiallarından görünür ki, "xxxx" QSC ilə Cavabdeh4 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 008R********** saylı kredit razılaşmasından görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh4 5.000 manat məbləğində kredit vəsaiti aylıq 1,6667 faiz olmaqla, 12 ay müddətinə verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli köçürmə sənədindən görünür ki, 5.000 manat məbləğində kredit vəsaiti Cavabdeh4 müvafiq bank hesabına köçürülmüşdür. İş materiallarında olan "xxxx" QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 008R**********S saylı sazişin surətindən görünür ki, "xxxx" QSC ilə Cavabdeh4 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış 008L**********43 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdə bağlanmış 008R********** saylı kredit razılaşması əsasında kredit alan, götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişlərə əlavə olunan ödəniş planına uyğun olaraq banka ödəməlidir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh4 008R********** saylı, xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə İddiaçı QSC-yə xx.xx.2021-ci il tarixə olan əsas borcu 14964.58 manat, faiz borcu 516.23 manat, cərimə borcu 5283.42 manat olmaqla, ümumilikdə 20764.23 manat təşkil edir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh4 008R********** saylı, xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə İddiaçı QSC-yə xx.xx.2021-ci il tarixə olan əsas borcu 1341.51 manat, faiz borcu 251.69 manat, cərimə borcu 393.13 manat olmaqla, ümumilikdə 1986.33 manat təşkil edir. İşdən görünür ki, "xxxx" QSC ilə Cavabdeh4 arasında bağlanmış 008L**********43 saylı uzunmüddətli kredit müqaviləsi üzrə borclunun öhdəliklərini icra etmək məqsədi Cavabdeh1 ilə xx.xx.2019-cu il tarixdə, Cavabdeh3 ilə xx.xx.2017-ci il tarixdə zaminlik müqavilələri bağlanmışdır. İşin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2017-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən, Cavabdeh4 mülkiyyətində olan Liman şəhəri, Rəsul Rza küçəsində 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 72a saylı fərdi yaşayış evi kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh4 mülkiyyətində olan Liman şəhəri Rəsul Rza küçəsi 72a nömrəli fərdi yaşayış evi "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Habelə, işdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 17 avqust 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Cavabdeh4 məxsus Liman şəhəri Rəsul Rza küçəsi ev 72 ünvanında mülkiyyətdə olan 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 259,1 kv.m təşkil edən 2 mərtəbəli fərdi yaşayış evinin bazar dəyəri 80100 manat, likvid dəyəri 72100 manat təşkil edir. Bundan başqa, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/7410 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Cavabdeh4 mülkiyyətində olan və xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı QSC-nin Lənkəran filialının xeyrinə ipoteka ilə yüklü edilmiş Liman şəhəri Rəsul Rza küçəsində olan 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşə 2 mərtəbəli 6 otaqlı 131 kv.m. yaşayış, 128,1 kv.m köməkçi sahədən ibarət 72a nömrəli fərdi yaşayış evinin real bazar qiymətinin təqribən 88000 manat, hazırkı likvid dəyərinin təqribən 79200 manat məbləğində müəyyən edilmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Bundan başqa, MM-in 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. MM-in 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Habelə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-cü maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin qanunun 33-cü maddəsinə görə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Məhkəmə kollegiyası hazırkı mülki işin faktiki hallarına İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin apellyasiya şikayətinin ipoteka predmetinin ilkin satış qiymətinin dəyişdirilməsi barədə dəlilinə uyğun olaraq, hərtərəfli hüquqi qiymət verərək hesab edir ki, iş üzrə əldə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 17 avqust 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Cavabdeh4 məxsus və hazırkı mülki iş üzrə kredit borcunun təminatı qismində ipoteka predmeti Liman şəhəri Rəsul Rza küçəsi ev 72 ünvanında mülkiyyətdə olan 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 259,1 kv.m təşkil edən 2 mərtəbəli fərdi yaşayış evinin bazar dəyəri 80100 manat, likvid dəyəri 72100 manat məbləğ təşkil edir. Daha sonra təyin edilmiş ekspertiza üzrə əldə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/7410 saylı 24 yanvar 2023-cü il tarixli rəyinə görə qeyd edilən ipoteka predmetinin (fərdi yaşayış evinin) real bazar qiyməti təqribən 88000 manat, hazırkı likvid dəyəri təqribən 79200 manat məbləğ təşkil edir. Göründüyü kimi, ipoteka predmetinin ilkin satış qiyməti (likvid dəyəri) Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq rəyi ilə də müəyyən edilmişdir. Həmin rəy uyğun satışların müqayisəsi metodundan istifadə olunmaqla (rəsmi satış qiymətləri müqayisə edilməklə, fərdi yaşayış evinin fərdi xüsusiyyətləri, onun daxili və görünüşü, təmirliliyi və s. nəzərə alınmaqla) aparılmış qiymətləndirmə əsasında tərtib edilmişdir. Rəyə ilkin satış qiymətinin müəyyən olunması üçün əsas olmuş müvafiq təsdiqedici materiallar da əsaslandırılmış şəkildə izahlı formada əlavə edilmişdir. Bununla yanaşı, xüsusi diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/7410 saylı 24 yanvar 2023-cü il tarixli rəyinin verilməsi üçün əsas olmuş Şirvan Kommersiya Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli qərardadında ekspertə bilə-bilə yalan rəy verməyə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 297-ci maddəsi ilə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin apellyasiya şikayətində "xxxx" MMC-nin rəyinə istinad edilərək, həmin rəyin əsasında qətnamənin qismən - ipoteka predmetinin ilkin satış qiyməti hissəsində ləğv edilib, həmin hissədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Lakin kollegiya hesab edir ki, adıçəkilən rəy Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin əsaslandırılmış müvafiq rəyi ilə müqayisədə daha mötəbər sayıla və qətnamənin ləğvi üçün əsaslar yarada bilməz. Orada ipoteka predmetinin ilkin satış qiymətinə dair göstərilmiş 32000 manat likvid dəyər isə kəskin dərəcədə olmaqla, real vəziyyəti özündə əks etdirmir. Bütün qeyd edilənlərlə yanaşı, kollegiya nəzərə çatdırır ki, Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə tərəflər arasında bağlanılmış 24 noyabr 2017-ci tarixli ipoteka müqaviləsi əsasında iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş Liman şəhəri Rəsul Rza küçəsində 0.06 ha torpaq sahəsi və orada yerləşən 2 mərtəbəli 6 otaqlı 131 kv.m yaşayış 128.1 kv.m köməkçi sahədən ibarət 72a nömrəli fərdi yaşayış evinin - ipoteka predmetinin müqavilə bağlanan zaman tərəflərin qarşılıqlı razılığı ilə dəyərinin 22500 manat müəyyən edilməsi hazırda onun dəyərinin daha çox olmasını istisna etmir. Bütün bunlarla yanaşı, müqavilə bağlanan zaman ipoteka qoyanın əsas məqsədi kredit götürmək olduğundan mahiyyətinə varmadan ipoteka predmetinə istənilən qiymətin müəyyən edilməsi ilə razılaşması, habelə ipoteka predmeti təşkil edən torpaq sahəsi və ya orada yerləşən fərdi yaşayış evində aparılan yaxşılaşdırma, təmir və s. hallar da nəzərə alınmaldır. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin apellyasiya şikayətində ilkin satış qiyməti olaraq əmlakın likvid dəyərinin deyil, bazar dəyərinin əsas götürüldüyü qeyd edilmişdir. Qeyd edilməlidir ki, işdəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/7410 saylı 24 yanvar 2023-cü il tarixli rəyinə əsasən ipoteka predmeti olan Liman şəhəri Rəsul Rza küçəsində 0.06 ha torpaq sahəsi və orada yerləşən 2 mərtəbəli 6 otaqlı 131 kv.m yaşayış 128.1 kv.m köməkçi sahədən ibarət 72a nömrəli fərdi yaşayış evinin real bazar qiyməti təqribən 88000 manat, hazırkı likvid dəyəri isə təqribən 79200 manatdır. Qətnamədən də göründüyü kimi, həmin fərdi yaşayış evinin ilkin satış qiyməti onun likvid dəyəri olan 79200 manat müəyyən edilmişdir. Beləcə, apellyasiya şikayətinin hazırkı dəlili formal xarakter daşımaqla həqiqətə və reallığa uyğun gəlmir, eyni zamanda işdəki sübutlardan daha mötəbər sübutlarla təsdiq edilmir. Beləliklə, məhkəmə kollegiyası diqqətə çatdırır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin apellyasiya şikayətinin yuxarıdakı dəlili əsassız olmaqla, işin müəyyən edilmiş həqiqi faktiki hallarından da aydın göründüyü kimi, tutmanın ipotekaya yönəldilməsi üzrə keçirilmiş hərracın nəticəsi zamanı ipoteka predmetinin tezliklə satılması ilə yanaşı, mülkiyyətçinin mənafeyinə zidd olaraq daha ucuz qiymətə satılmasına xidmət edir ki, bu da mülkiyyətçinin hüquqlarının qorunması baxımından yolverilən sayıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli 01 saylı qərardadının 10 və 11-ci bəndlərində qeyd edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir. İlk öncə, likvid dəyərlə bağlı qeyd edilməlidir ki, “likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan, aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. Həmin qərardadın 13-cü bəndində göstərilmişdir ki, ipoteka predmetinin likvid qiymətlə satılması borc alanın və ipoteka qoyanın da qanuni maraqlarına zidd deyil. Belə ki, ipoteka predmetinin realizasiyasının likvid qiymət əsasında daha tez həyata keçirilməsi borcun vaxtında ödənilməməsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş əlavə ödənişlərin tutulmasının qarşısını da almaqla borcluları əlavə zərərdən qorumuş olacaqdır. Digər tərəfdən, likvid qiymət real bazar dəyərindən nisbətən aşağı olsa da, əhəmiyyətli qiymət fərqi olmadan dəyər itkisi yaratmayan həddə olduğundan və yalnız məcburi qaydada satışa tətbiq edildiyindən ipoteka qoyanın maraqlarına da zidd kimi qiymətləndirilməməlidir. Belə ki, Qanun ədalətli yanaşma müəyyən edərək, ipoteka qoyana ipoteka predmetini hərrac yekunlaşana qədər borcu ödəməklə ipotekadan azad etmək, habelə ipoteka saxlayanla qarşılıqlı razılıq əsasında ipoteka predmetini könüllü olaraq satmaq imkanı vermişdir. Bundan əlavə, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında müəyyən edilməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin, qeyd edilməlidir ki, ipoteka predmeti olan əmlakın likvid qiymətlə açıq hərraca çıxarılması ipoteka predmetinin ilkin hərracda daha tez realizə edilərək, hərrac qaydalarına əsasən növbəti hərracdan mülkiyyətçinin mənafeyinə zidd şəkildə ucuz qiymətə satılmasının qarşısını almaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının da vaxtında icra olunmasına yardım etmiş olacaqdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmışdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə hesab edir. Qeyd edilməlidir ki, cavabdehin apellyasiya şikayətində göstərilən formal xarakterli dəlil hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmədən, Şirvan Kommersiya Məhkəməsinin 15 fevral 2023-cü il tarixli e- 2-2(121)-22/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 77, 135, 217, 217, 372, 376, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 15 fevral 2023-cü il tarixli e-2-2(121)-22/2023 saylı qətnaməsi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar