Məhkəmə qərarları › İş №2-2(106)-58/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-58/2025

20.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-58/2025 20.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2-2(121)-565/2024 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(121)-565/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilərək, Cavabdeh 10901 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 126 (bir yüz iyirmi altı) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamə xx.xx.2024-cü il tarixdə rəsmi qaydada tərəflərə təqdim olunmuşdur. Cavabdeh nümayəndəsi Vəkil1 xx.xx.2024-cü il tarixdə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 2(121)-565/2024 nömrəli qətnaməsindən elektron qaydada apellyasiya şikayəti vermişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(121)-565/2024 nömrəli qərardadı ilə apellyasiya şikayətinə vəkil orderi əlavə edilmədiyindən, həmçinin apellyasiya şikayətinə şikayətin verilməsi üçün nəzərdə tutulmuş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən şikayət Azərbaycan Respublikası MPM-nin 363.1.2 və 363.1.5-ci maddələrinə əsasən geri qaytarılmışdır. Qərardad xx.xx.2024-cü il tarixdə rəsmi qaydada tərəflərə təqdim olunmuşdur. Cavabdeh nümayəndəsi Vəkil1 xx.xx.2024-cü il tarixdə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 2(121)-565/2024 nömrəli qərardadından elektron qaydada şikayət vermişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(121)-565/2024 nömrəli qərardadı ilə şikayətin qismən təmin edilməsi, Şirvan Kommersiya Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2-2(121)-565/2024 nömrəli qərardadının dövlət rüsumu ilə bağlı hissədə ləğv edilməsi, qərardadın qalan hissədə dəyişdirilmədən saxlanılması və həmin qərardaddan Cavabdeh nümayəndəsi Vəkil1 tərəfindən verilmiş şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(106)-140/2024 nömrəli qərardadı ilə Cavabdeh nümayəndəsi Vəkil1 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Şirvan Kommersiya Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2-2(121)-565/2024 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı xx.xx.2024-cü il tarixdə rəsmi qaydada tərəflərə təqdim olunmuşdur. Cavabdeh nümayəndəsi Vəkil1 xx.xx.2024-cü il tarixdə elektron qaydada Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(121)-565/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermiş, həmçinin şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barəsində ərizə ilə məhkəməyə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(121)-565/2024 nömrəli qərardadı ilə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(121)- 565/2024 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair Cavabdeh nümayəndəsi Vəkil1 tərəfindən verilmiş ərizənin təmin edilməməsi, apellyasiya şikayəti və şikayətin verilməsi üçün ödənilmiş 15 manat məbləğində dövlət rüsumunun (qəbz № **********) geri qaytarılması qərara alınmışdır. Cavabdeh nümayəndəsi Vəkil1 xx.xx.2024-cü il tarixdə elektron qaydada şikayət verərək Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(121)-565/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(121)-565/2024 nömrəli qərardadı ilə Vəkil1 tərəfindən verilmiş şikayət qismən təmin edilərək Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(121)- 565/2024 nömrəli qərardadının qismən – dövlət rüsumunun qaytarılması hissəsində ləğv edilməsi, həmin hissədə yeni qərar qəbul edilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat (qəbz № **********) və 46,35 manat (qəbz № **********) məbləğlərində dövlət rüsumunun Vəkil1 geri qaytarılması, qərardadın qalan hissədə dəyişdirilmədən saxlanılması və həmin hissədə şikayətin işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron qaydada apellyasiya şikayəti təqdim edərək, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(121)- 565/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(121)-565/2024 saylı qərardadına əsasən, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(121)- 565/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(106)-191/2024 saylı qərardadı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli 2-2(121)-565/2024 saylı qərardadından cavabdehin nümayəndəsi Vəkil1 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Şirvan Kommersiya Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli, 2-2(121)- 565/2024 saylı qərardadı ləğv edilmiş, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)-565/2024 nömrəli qətnaməsindən cavabdeh (və ya nümayəndəsi) tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi məsələsinə yenidən baxılması üçün mülki iş Şirvan Kommersiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Həmin qərardadında apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, “Bununla yanaşı, kollegiya qeyd edir ki, hazırkı iş üzrə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)-565/2024 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətləri üzrə MPM-in 363-cü maddəsində nəzərdə tutulmuş hallar məcmu şəkildə yoxlanılmalı, müvafiq qərarın qəbul edilməsi zəruridir. Nəzərə alınmalıdır ki, MPM-in 363cü maddəsində ehtiva edilmiş tələblərə bütövlükdə lazımi hüquqi qiymət verilməlidir. Diqqətə çatdırılmalıdır ki, iş materiallarına görə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)-565/2024 nömrəli qətnaməsindən Cavabdeh və onun nümayəndəsi Vəkil1 tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Kommersiya Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli qərardadla onun geri qaytarılması qərara alınmışdır. Bu zaman verilən apellyasiya şikayətlərinin 22 iyun 2024-cü il tarixli olduqları və nöqsanların aradan qaldırılıb-qaldırılmaması halları da araşdırılmalıdır.” Ərizəyə baxılması üçün xx.xx.2024-cü il tarixə saat 16.00-a təyin edilmiş məhkəmə iclasında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər iştirak etməmişlər. Məhkəmə, iclasın tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)-565/2024 saylı qərardadı ilə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)- 565/2024 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair Cavabdehun nümayəndəsinin ərizəsi təmin edilməmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)-565/2024 saylı qərardadından Cavabdeh tərəfindən şikayət verilmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(121)-565/2024 saylı qərardadı ilə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(121)-565\2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmış və şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Kommersiya Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli 2-2(121)-565\2024 qərardadından Cavabdeh və Cavabdeh vəkili Vəkil1 tərəfindən şikayətlər verilmiş, şikayətlərdə birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və apellyasiya şikayətinin Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Cavabdeh şikayəti onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, məhkəmənin qətnaməsindən verilmiş ilk şikayət vəkil orderi və rüsum səbəbindən geri qaytarılsa da, həmin qərardaddan verilmiş şikayət qismən təmin edilmiş, digər hissədə apellyasiya məhkəməsinə göndərilmişdir. Vəkil orderinə münasibətdə apellyasiya məhkəməsi qərardadı dəyişmədiyindən tərəfin özü tərəfindən şikayət verilmiş və müddətin bərpası barədə ərizə verilmiş, ərizə təmin edilmədiyindən şikayət apellyasiya məhkəməsinə göndərilmiş və əsaslı olduğundan təmin edilsə də, yenidən geri qaytarma barədə qanunsuz qərardad qəbul edilmiş və yuxarı instansiya məhkəməsinin qərardadında göstərilən hallara əhəmiyyət verilmədən formal mülahizələrlə qərardad qəbul edilərək ərizə təmin edilməmiş, şikayət geri qaytarılmışdır. Şirvan Apellyasiya məhkəməsinin məcburi göstərişi olmasına baxmayaraq məhkəmə o halları belə araşdırmadan, əsalslandırmadan qanunsuz qərardad qəbul etmişdir. Halbuki Apellyasiya məhkəməsi qərardadın əsaslandırıcı hissəsində "qeyd edir ki, hazırkı iş üzrə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)- 565/2024 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətləri üzrə MPM-in 363-cü maddəsində nəzərdə tutulmuş hallar məcmu şəkildə yoxlanılmalı, müvafiq qərarın qərarın qəbul edilməsi zəruridir. Nəzərə alınmalıdır ki, MPM-in 363-cü maddəsində ehtiva edilmiş tələblərə bütövlükdə lazımi hüquqi qiymət verilməlidir. Diqqətə çatdırılmalıdır ki, iş materiallarına görə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)- 565/2024 nömrəli qətnaməsindən Cavabdeh və onun nümayəndəsi Vəkil1 tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Kommersiya Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli qərardadla onun geri qaytarılması qərara alınmışdır. Bu zaman verilən apellyasiya şikayətlərinin 22 iyun 2024-cü il tarixli olduqları və nöqsanların aradan qaldırılıbqaldırılmaması halları da araşdırılmalıdır. Həmçinin məhkəmə onu da qeyd etmişdir ki, cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli 2- 2(121)-565/2024 saylı qərardadı ləğv edilərək Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)-565/2024 nömrəli qətnaməsindən cavabdeh (və ya nümayəndəsi) tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi məsələsinə yenidən baxılması üçün mülki iş Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Bu isə o əsasla qəbul edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il qərarında göstərilmişdir ki, ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Lakin məhkəmə müddəti bərpa etməməkdə hansı əsası tutduğunu da aydın, ətraflı qeyd etməmişdir. Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2-2(121)-565/2024 saylı qərardadı ləğv edilməli və Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(121)-565/2024 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti üzrə müddət ötürülməmiş hesab edilməli və kommersiya işi üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. Belə ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(121)-565/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilərək, Cavabdeh 10901 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamə xx.xx.2024-cü il tarixdə rəsmi qaydada tərəflərə təqdim olunmuşdur. Cavabdeh nümayəndəsi Vəkil1 xx.xx.2024-cü il tarixdə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 2(121)-565/2024 nömrəli qətnaməsindən elektron qaydada apellyasiya şikayəti vermişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 2(121)-565/2024 nömrəli qərardadı ilə apellyasiya şikayətinə vəkil orderi əlavə edilmədiyindən, həmçinin apellyasiya şikayətinə şikayətin verilməsi üçün nəzərdə tutulmuş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən şikayət Azərbaycan Respublikası MPM-nin 363.1.2 və 363.1.5-ci maddələrinə əsasən geri qaytarılmışdır. Sonradan cavabdeh tərəfindən müvafiq dövlət rüsumu ödənilmişdir. Müəyyən edilir ki, cavabdeh tərəf Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(121)-565/2024 nömrəli qətnaməsindən vaxtında yəni, qanunla müəyyən edilmiş 1 ay müddət keçmədən xx.xx.2024-cü il tarixdə elektron qaydada apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmişdir. Həmçinin müəyyən edilir ki, Vəkil1 birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi və vəkili olmuş və ona verilmiş etibarnamənin müddəti 5 il olmaqla xx.xx.2027-ci il tarixindək olmuşdur. Bu isə onu deməyə əsas verir ki, cavabdehin nümayəndəsi (vəkili) birinci instansiya məhkəməsində iştirak etdiyindən onun məhkəmə tərəfindən qəbul edilən qətnamədən şikayət etmək hüququ vardır. Bundan əvvəl cavabdeh tərəfin çoxsaylı şikayətləri məhkəmələr tərəfindən müsbət qiymətləndirilməsə də Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən çıxış edərək kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpası barədə ərizə təmin edilməli, prosessual müddət cavabdehə münasibətdə ötürülməmiş hesab edilməlidir. Beləliklə, məhkəmə kollegiyası bildirir ki, şikayət təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2-2(121)-565/2024 saylı qərardadı ləğv edilməli və Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(121)-565/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpası barədə ərizə təmin edilməli, prosessual müddət cavabdehə münasibətdə ötürülməmiş hesab edilməli və iş üzrə üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 361, 363, 385.1, 397, 398.0.3 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2-2(121)-565/2024 saylı qərardadı ləğv edilsin. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(121)-565/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə müddət ötürülməmiş hesab edilsin və iş üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar