Məhkəmə qərarları › İş №2-2(106)-59/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-59/2025

26.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-59/2025 26.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X5 ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 4 fevral 2025-ci il tarixli e-2-2(121)-1124/2025 saylı qərardadından (hakim R.Nəbiyev) iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə, məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı (bundan sonra mətndə İddiaçı QSC BOKT) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, əsas borc 2640.38 manat, faiz borcu 239.94 manat olmaqla, cəmi 2880.32 (iki min səkkiz yüz səksən manat otuz iki qəpik) manat məbləğində borcun və 48.8 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 4 fevral 2025-ci il tarixli e-2-2(121)-1124/2025 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, iş materiallarından mübahisənin pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədin elektron qaydada Cavabdeh1 və Cavabdeh2 göndərilməsi müəyyən edilməməsi əsası ilə geri qaytarılmışdır. İddiaçı QSC BOKT-un nümayəndəsi Nümayəndə qərardaddan şikayət verərək ləğv edilməsini, əks təqdirdə şikayətin baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına göndərilməsinə dair müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehlər X4 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmişlər. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə elektron qaydada məhkəmə portalı vasitəsi ilə verilmişdir. Şirvan Kommersiya Məhkəməsi iddia ərizəsi üzrə icraatının mümkünlüyünü yoxlayaraq iddia ərizəsinin geri qaytarılması üçün əsasların mövcud olması qənaətinə gəlmiş və iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin iddiaçıya qaytarılması barədə xx.xx.2025-ci il tarixli e-2-2(121)-1124/2025 saylı qərardad qəbul etmişdir. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.2.-ci maddəsində nəzərdə tutula qaydada iddia ərizəsinin surətinin və əlavə edilmiş sənədlərin cavabdehlər X4 və Cavabdeh1 tərəfindən alınmasını, eləcə də, həmin cavabdehlərə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddiaçı tərəfindən hazırkı iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim olunmamışdır. Məhkəmə həmçinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.2.-ci maddəsinə istinad edərək qərardadda göstərir ki, iddiaçı tərəfindən pretenziyanın cavabdehlərə X2 və Cavabdeh1 qarşı mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədlər “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində qeydiyyatdan keçməmişdir. Şirvan Kommersiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1-6-cı maddəsinə istinad olunaraq İddiaçı QSC-nin iddia ərizənin geri qaytarılması barədə qərardad qəbul edilmişdir. Məhkəmənin gəldiyi qənaətlə razı deyildirlər və hesab edirlər ki, tərəflərindən yuxarıda qeyd olunan qanunvericiliyin tələblərində pozuntuya yol verilməmiş, pretenziya cavabdehlər tərəfindən alınmış və bununla bağlı xəbərnamə müvafiq qaydada iddia ərizəsinə əlavə olunaraq elektron kabinetdə yerləşdirilmişdir. Eyni qaydada iddia ərizəsi də cavabdehlərə poçt vasitəsi ilə göndərilmiş və ərizənin cavabdehlər tərəfindən alınmasına dair xəbərnamə iddia ərizəsinə əlavə olunaraq elektron məhkəmə kabinetində yerləşdirilmişdir. Eyni zamanada Azərbaycan Respublikası MPM-nin 150.2.-ci maddəsinin tələblərinə uyğun olaraq Kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilmiş və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılmışdır. Cavabdehlərə göndərilmiş iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərimiş və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılmışdır. Yəni cavabdehlərə göndərilmiş iddia ərizəsi və ona əlavə olunan sənəd fərdi sahibkar olan cavabdehin vergi orqanında olan elektron kabinetinə göndərilmiş və qeydiyyata alınmışdır. Bununla bağlı sənədlər iddia ərizəsinə əlavə olunmuşdur. Yəni pretenziya və iddia ərizəsinin cavabdehlərə müvafiq qaydada çatdırılmasına dair işdə kifayət qədər sübutlar olduğu halda, bu sübutlar məhkəmə tərəfindən nəzərə alınmamış və özünün subyektiv mövqeynə əsaslanaraq iddia ərizəsinin geri qaytarılmasına dair qərardad qəbul etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(121)-1124/2025 saylı Qərardadı ilə razı deyil və hesab edilir ki, həmin qərardad əsasızdır ləğv olunmalıdır. Mülki Məcəllənin 17.1-ci maddəsinə əsasən bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Hesab edilir ki, İddiaçı QSC-nin iddia ərizəsinin məhkəmə tərəfindən əsassız olaraq geri qaytarılması səhmlərinin 100%-i dövlət məxsus olan İddiaçı QSC BOKT-un məhkəmə müdafiə hüququnun pozulmasına gətirib çıxarmışdır ki, bu da yolverilməzdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.1.4-cü, 150.1.6-cı və 150.2-ci maddələrinin tələblərinə riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.4-cü maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Hesab edilir ki, İddiaçı QSC tərəfindən məhkəməyə iddia verilərkən qeyd edilən normanın tələblərinə riayət edilmiş, hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.1.4.-cü maddəsinə əsasən bu Məcəlləsinin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd təqdim etməlidir. İddia ərizəsinə əlavə olunmuş sənədlərdə həm iddia ərizəsinin və həm də pretenziyanın cavabdehlər tərəfindən alınmasına dair sübutlar mövcuddur və həmin sənədlər iddia ərizəsinə əlavə olunaraq elektron məhkəmə portalında yerləşdirilmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1 maddəsinə əsasən Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Şirvan Kommesiya Məhkəməsinin 6 fevral 2025-ci il tarixli e-2-2(121)-1124/2025 saylı qərardadı ilə İddiaçı QSC BOKT-un nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri üzrə nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməli, Şirvan Kommesiya Məhkəməsinin 4 fevral 2025-cü il tarixli e-2-2(121)- 1124/2025 saylı qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlər edilməsindən ötrü Şirvan Kommersiya Məhkəməsinin icraatına qaytarılmalıdır. Belə ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu da ehtiva edir. Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulan məhkəmə müdafiəsi təminatı ilə bağlı rəhbər müddəa yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini ehtiva edir. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Bu hüquq demokratik cəmiyyətdə mövcud olmaqla dövlətin konstitusiyası və qanunlarında öz əksini tapır. Sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 359-cu maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25ci maddəsinin İ hissəsinə, 26-cı maddəsinə, 60-cı maddəsinin İ hissəsinə və 71-ci maddəsinin İ və İİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2003-cü il 25 fevral və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli Qərarları). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də məsələyə dair oxşar mövqelər ifadə etmişdir. Belə ki, X6rşı iş üzrə 1975-ci il 21 fevral tarixli Qərarda qeyd olunmuşdur ki, məhkəmə araşdırması hüququnun bir aspektini təşkil edən məhkəməyə müraciət etmək hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan hüququn ayrılmaz elementidir (§36). Məhkəməyə müraciət etmək hüququ mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər, çünki müraciət etmək hüququ öz təbiətinə görə dövlət tərəfindən tənzimləməni tələb edir və həmin tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına uyğun olaraq müxtəlif vaxtlarda və müxtəlif yerlərdə dəyişə bilər (X1rşı iş üzrə 1985-ci il 28 may tarixli Qərar §57). Lakin qoyulan məhdudiyyətlər bu hüququn mahiyyətinə xələl gətirəcək dərəcədə şəxsin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmamalıdır. Onlar legitim məqsəd güdməli və istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (X7rşı iş üzrə 1994-cü il 21 sentyabr §65; Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli §31 Qərarlar). Konstitusiya Məhkəməsinin Plenumu “E.Axundovun məhkəməyə müraciət hüququnun pozulması barədə şikayətinə dair” 2023-cü il 6 oktyabr tarixli Qərarında göstərmişdir ki, məhkəməyə əlçatanlıq müdafiəyə ehtiyacı olan şəxs üçün ədalət mühakiməsinin təmin edilməsinin zəruriliyini nəzərdə tutmaqla, həmin şəxsin yaranmış vəziyyətlə bağlı məhkəmənin simasında dövlətin mövqeyini bilmək hüququnu da ehtiva edir. Konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqları ilə bağlı digər qanunvericilik aktlarında əks olunmuş tənzimləyici normalar müvafiq konstitusiya normalarının tətbiqini mümkünsüz etməməli, əksinə məhkəmə tərəfindən konstitusion hüquqların realizəsinə, təməl prinsiplərin rəhbər tutulmasına imkan yaratmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, məhkəməyə müraciət hüququnun həyata keçirilməsinin qanunvericiliklə müəyyən olunmuş prosessual tələblərlə şərtləndirilməsi qəbuledilən olsa da, həmin normalar şəxsi məhkəməyə müraciət etmək hüququndan məhrum edəcək dərəcədə hədsiz formallıqdan uzaq olmalıdır. Məhkəmə müdafiəsi hüququnun realizəsi qaydalarını müəyyən edən Mülki Prosesual Məcəllənin 10-1.1 və 10-1.2-ci maddələrinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azırbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2024 saylı qərarında qeyd etmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ilə ədalət mühakiməsinin əlçatanlığını və şəffaflığını daha da artırmaq məqsədilə “elektron məhkəmə” informasiya sisteminin tətbiqinin təmin edilməsi, fiziki və hüquqi şəxslərin “elektron məhkəmə” informasiya sistemindən istifadəsinin təşviq edilməsi üçün tədbirlərin görülməsi müəyyən olunmuşdur. Nəzərə alınmalıdır ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi vətəndaşların məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi, icraatın effektivliyinin yüksəldilməsi məqsədini daşıyır ki, bu da yeni, elektron müraciət vasitələrinin şəxslərin məhkəməyə müraciətinə maneə yaratmaq, məhkəmə əlçatanlığını çətinləşdirmək vasitəsi kimi nəzərdən keçirilməsini istisna edir.” MPM-in 150.1.6-ci maddəsinə görə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. MPM-in 150.2-ci maddəsinə görə Kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. İşdən müəyyən edilir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər xx.xx.2024-cü il tarixlərində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 poçt vasitəsilə təqdim edilmişdir. (səh-09). Həmçinin xx.xx.2024-cü il tarixli pretenziya xx.xx.2024-cü il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 göndərilmiş, iş materiallarında olan xəbərnamələrə əsasən məktublar xx.xx.2024cü il tarixində cavabdhelər tərəfindən təhvil alınmışdır. (səh-19-21). Bundan sonra həmin pretenziya məktubu İnternet Vergi İdarəsi informasiya sistemi üzərindən Cavabdeh2 həmin sistemdə yaradılmış elektron kabinetinə (elektron kabinetdən çıxarılaraq işə əlavə edilmişdir-səh-25) göndərilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, həmçinin pretenziyanın cavabdehlərə göndərməsi iş materialları ilə sübut olunur və bütün bunlar iddianın həmin əsaslarla icraata qəbul edilmədən qaytarılmasının əsassız olduğunu təsdiqləyir. Kollegiya yuxarıda şərh edilənlərə, həmçinin “Elektron məhkəmə” informasiya sisteminin tətbiqinin vətəndaşların məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi, icraatın effektivliyinin yüksəldilməsi məqsədini daşımasını, elektron müraciət vasitələrinin şəxslərin məhkəməyə müraciətinə maneə yaratmaq, məhkəmə əlçatanlığını çətinləşdirmək vasitəsi kimi nəzərdən keçirilməsini istisna edən hal kimi qəbul edərək hesab etmişdir ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməli, Şirvan Kommesiya Məhkəməsinin 4 fevral 2025-cü il tarixli e-2- 2(121)-1124/2025 saylı qərardadı ləğv edilməli, iş Şirvan Kommersiya Məhkəməsinin icraatına qaytarılmalıdır. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. MPM-in 399-cu maddəsində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. MPM-in 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.2 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı QSC BOKT-un nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilsin. Şirvan Kommesiya Məhkəməsinin 4 fevral 2025-cü il tarixli e-2-2(121)-1124/2025 saylı qərardadı ləğv edilsin. Kommersiya işi sonrakı prosessual hərəkətlər edilməsindən Şirvan Kommersiya Məhkəməsinin icraatına qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar