Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-60/2025 06.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X7 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Şirvan Kommesiya Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, e-2-2(121)-1011/2025 saylı qərardadından iddiaçı "xxxx" QSC BOKT-un nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı – kredit müqaviləsi üzrə borcun ödənilməsi barəsində kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan Kommesiya Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, e-2-2(121)-1011/2025 saylı qərardadı ilə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı – kredit müqaviləsi üzrə borcun ödənilməsi barəsində kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı "xxxx" QSC BOKT-un nümayəndəsi Nümayəndə şikayət ərizəsi ilə Şirvan Kommesiya Məhkəməsinə müraciət edərək, Şirvan Kommersiya Məhkəməsinin 27 yanvar 2025-cü il tarixli, e-2-2(121)-1011/2025 saylı qərardadının ləğv edilməsini, əks təqdirdə şikayətin baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına göndərilməsinə dair müvafiq qərardad qəbul edilməsini xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh əsas borc 1982,44 manat, faiz borcu 976,14 manat olmaqla, cəmi borcu 2958,58 (iki min doqquz yüz əlli səkkiz manat əlli səkkiz qəpik) manat məbləğin və ödənilmiş 49,58 manat dövlət rüsumunun tutulmasına dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, məhkəmədən İddiaçı QSC-nin xeyrinə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə elektron qaydada məhkəmə portalı vasitəsi ilə verilmişdir. İddia ərizəsi icraata qəbul edilmişdir. Daha sonra Şirvan Kommersiya Məhkəməsinin hakimi iddia ərizəsini və ona əlavə olunmuş sənədlərin iddia ərizəsi üzrə icraatının mümkünlüyünü yoxlayaraq iddia ərizəsinin geri qaytarılması üçün əsasların mövcud olması qənaətinə gəlmiş və İddiaçı QSC-nin iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin iddiaçıya qaytarılması barədə xx.xx.2025-ci il tarixli e-2-2(121)-1011/2025 saylı Qərardad qəbul etmişdir. Şirvan Kommersiya Məhkəməsinin hakimi hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 150.2.-ci maddəsində nəzərdə tutula qaydada iddia ərizəsinin surətinin və əlavə edilmiş sənədlərin Cavabdeh tərəfindən alınmasını, eləcə də, cavabdehə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddiaçı tərəfindən hazırkı iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim olunmamışdır. Məhkəmə həmçinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.2-ci maddəsinə istinad edərək qərardadda göstərir ki, iddiaçı tərəfindən pretenziyanın Cavabdeh qarşı mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədlər “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində qeydiyyatdan keçməmişdir. Şirvan Kommersiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1-6-cı maddəsinə istinad olunaraq İddiaçı QSC-nin iddia ərizənin geri qaytarılması barədə qərardad qəbul edilmişdir. Həmin qərardad xx.xx.2025-ci il tarixdə İddiaçı QSC tərəfindən alınmışdır. Məhkəmənin gəldiyi qənaətlə razılaşmayaraq hesab etmişlər ki, İddiaçı QSC tərəfindən yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə yol verilməmiş, iddiaçı tərəfindən verilmiş pretenziya Cavabdeh tərəfindən alınmış və bununla bağlı xəbərnamə müvafiq qaydada iddia ərizəsinə əlavə olunaraq elektron kabinetdə yerləşdirilmişdir. Eyni qaydada iddia ərizəsi də cavabdehə poçt vasitəsi ilə göndərilmiş və ərizənin cavabdeh tərəfindən alınmasına dair xəbərnamə iddia ərizəsinə əlavə olunaraq elektron məhkəmə kabinetində yerləşdirilmişdir. Eyni zamanada Azərbaycan Respublikası MPM-nin 150.2-ci maddəsinin tələblərinə uyğun olaraq Kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilmiş və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılmışdır. Cavabdehə göndərilmiş iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərimiş və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılmışdır. Yəni cavabdehlərə göndərilmiş iddia ərizəsi və ona əlavə olunan sənəd fərdi sahibkar olan cavabdehin vergi orqanında olan elektron kabinetinə göndərilmiş və qeydiyyata alınmışdır. Bununla bağlı sənədlər iddia ərizəsinə əlavə olunmuşdur. Yəni pretenziya və iddia ərizəsinin cavabdehlərə müvafiq qaydada çatdırılmasına dair işdə kifayət qədər sübutlar olduğu halda, bu sübutlar məhkəmə tərəfindən nəzərə alınmamış və özünün subyektiv mövqeynə əsaslanaraq iddia ərizəsinin geri qaytarılmasına dair qərardad qəbul etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(121)-1011/2025 saylı Qərardadı ilə razı olmadıqlarını bildirmiş və hesab etmişlər ki, həmin qərardad əsasızdır ləğv olunmalıdır. Şirvan Kommesiya Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, e-2-2(121)-1011/2025 saylı qərardadı ilə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin 27 yanvar 2025-cü il tarixli, e-2-2(121)-1011/2025 saylı qərardadının dəyişdirilmədən saxlanılması və həmin qərardaddan İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materillarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməli, Şirvan Kommesiya Məhkəməsinin 27 yanvar 2025-cü il tarixli, e-2- 2(121)-1011/2025 saylı qərardadı ləğv edilməli, iş Şirvan Kommersiya Məhkəməsinin icraatına qaytarılmalıdır. Belə ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu da ehtiva edir. Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulan məhkəmə müdafiəsi təminatı ilə bağlı rəhbər müddəa yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini ehtiva edir. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Bu hüquq demokratik cəmiyyətdə mövcud olmaqla dövlətin konstitusiyası və qanunlarında öz əksini tapır. Sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 359-cu maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə, 26cı maddəsinə, 60-cı maddəsinin İ hissəsinə və 71-ci maddəsinin İ və İİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2003-cü il 25 fevral və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli Qərarları). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də məsələyə dair oxşar mövqelər ifadə etmişdir. Belə ki, X3rşı iş üzrə 1975-ci il 21 fevral tarixli Qərarda qeyd olunmuşdur ki, məhkəmə araşdırması hüququnun bir aspektini təşkil edən məhkəməyə müraciət etmək hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan hüququn ayrılmaz elementidir (§36). Məhkəməyə müraciət etmək hüququ mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər, çünki müraciət etmək hüququ öz təbiətinə görə dövlət tərəfindən tənzimləməni tələb edir və həmin tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına uyğun olaraq müxtəlif vaxtlarda və müxtəlif yerlərdə dəyişə bilər (X1rşı iş üzrə 1985-ci il 28 may tarixli Qərar §57). Lakin qoyulan məhdudiyyətlər bu hüququn mahiyyətinə xələl gətirəcək dərəcədə şəxsin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmamalıdır. Onlar legitim məqsəd güdməli və istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (X4rşı iş üzrə 1994-cü il 21 sentyabr §65; Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli §31 Qərarlar). Konstitusiya Məhkəməsinin Plenumu “E.Axundovun məhkəməyə müraciət hüququnun pozulması barədə şikayətinə dair” 2023-cü il 6 oktyabr tarixli Qərarında göstərmişdir ki, məhkəməyə əlçatanlıq müdafiəyə ehtiyacı olan şəxs üçün ədalət mühakiməsinin təmin edilməsinin zəruriliyini nəzərdə tutmaqla, həmin şəxsin yaranmış vəziyyətlə bağlı məhkəmənin simasında dövlətin mövqeyini bilmək hüququnu da ehtiva edir. Konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqları ilə bağlı digər qanunvericilik aktlarında əks olunmuş tənzimləyici normalar müvafiq konstitusiya normalarının tətbiqini mümkünsüz etməməli, əksinə məhkəmə tərəfindən konstitusion hüquqların realizəsinə, təməl prinsiplərin rəhbər tutulmasına imkan yaratmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, məhkəməyə müraciət hüququnun həyata keçirilməsinin qanunvericiliklə müəyyən olunmuş prosessual tələblərlə şərtləndirilməsi qəbuledilən olsa da, həmin normalar şəxsi məhkəməyə müraciət etmək hüququndan məhrum edəcək dərəcədə hədsiz formallıqdan uzaq olmalıdır. Məhkəmə müdafiəsi hüququnun realizəsi qaydalarını müəyyən edən Mülki Prosesual Məcəllənin 10-1.1 və 10-1.2-ci maddələrinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azırbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2024 saylı qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ilə ədalət mühakiməsinin əlçatanlığını və şəffaflığını daha da artırmaq məqsədilə “elektron məhkəmə” informasiya sisteminin tətbiqinin təmin edilməsi, fiziki və hüquqi şəxslərin “elektron məhkəmə” informasiya sistemindən istifadəsinin təşviq edilməsi üçün tədbirlərin görülməsi müəyyən olunmuşdur. Nəzərə alınmalıdır ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi vətəndaşların məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi, icraatın effektivliyinin yüksəldilməsi məqsədini daşıyır ki, bu da yeni, elektron müraciət vasitələrinin şəxslərin məhkəməyə müraciətinə maneə yaratmaq, məhkəmə əlçatanlığını çətinləşdirmək vasitəsi kimi nəzərdən keçirilməsini istisna edir.” MPM-nin 150.1.6-ci maddəsinə görə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir). MPM-nin 150.2-ci maddəsinə görə Kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. İşdən müəyyən edilir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər xx.xx.2024-cü il tarixində Cavabdeh poçt vasitəsilə təqdim edilmişdir. (səh-20). Həmçinin xx.xx.2024-cü il tarixli pretenziya məktubu xx.xx.2024-cü il tarixdə Cavabdeh göndərilmiş, xx.xx.2024-cü ildə cavabdehə çatdırılmışdır. (səh-12). Bundan sonra həmin pretenziya məktubu Cavabdeh İnternet Vergi İdarəsi üzərindən həmin İdarənin informasiya sistemində yaradılmış elektron kabinetinə (elektron kabinetdən çıxarılaraq işə əlavə edilmişdir- səh-21) göndərilmişdir. Göründüyü kimi iddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, həmçinin pretenziya məktubunu cavabdehə göndərməsi iş materialları ilə qismən də olsa sübut olunur və bütün bunlar iddianın icraata götürülməsi üçün kifayət hesab edilməlidir. Kollegiya yuxarıda şərh edilənlərə, həmçinin “Elektron məhkəmə” informasiya sisteminin tətbiqinin vətəndaşların məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi, icraatın effektivliyinin yüksəldilməsi məqsədini daşımasını, elektron müraciət vasitələrinin şəxslərin məhkəməyə müraciətinə maneə yaratmaq, məhkəmə əlçatanlığını çətinləşdirmək vasitəsi kimi nəzərdən keçirilməsini istisna edən hal kimi qəbul edərək hesab etmişdir ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməli, Şirvan Kommesiya Məhkəməsinin 27 yanvar 2025-cü il tarixli, e-2-2(121)-1011/2025 saylı qərardadı ləğv edilməli, iş Şirvan Kommersiya Məhkəməsinin icraatına qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. MPM-nin 399-cu maddəsində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.2 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının şikayəti təmin edilsin. Şirvan Kommesiya Məhkəməsinin 27 yanvar 2025-cü il tarixli, e-2-2(121)-1011/2025 saylı qərardadı ləğv edilsin. Kommersiya işi Şirvan Kommersiya Məhkəməsinin icraatına qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(106)-60/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-60/2025
06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver