Məhkəmə qərarları › İş №2-2(106)-62/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-62/2023

14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-62/2023 14.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Ağaməmməd qızına qarşı “kredit müqavilələri üzrə yaranmış borcun qaytarılması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Şirvan Kommersiya Məhkəməsinin 15 mart 2023-cü il tarixli e-2-2(121)- 27/2023 saylı qətnaməsindən (hakim E.Abdullayev) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Ağaməmməd qızına qarşı “kredit müqavilələri üzrə yaranmış borcun qaytarılması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci il tarixli 020CRLN16000042-27 saylı kredit müqaviləsinə əsasən 42891.88 manat əsas, 7776.76 manat faiz, 1908.95 manat cərimə, xx.xx.2020-ci il tarixli 020CRLN16000042-28 saylı kredit müqaviləsinə əsasən 54910.6 manat əsas, 9994.25 manat faiz, 2470.15 manat cərimə, xx.xx.2020-ci il tarixli 020CRLN16000042-29 saylı kredit müqaviləsinə əsasən 108012.63 manat əsas, 19583.41 manat faiz, 4806.26 manat cərimə, xx.xx.2020-ci il tarixli 020CRLN16000042-26 saylı kredit müqaviləsinə əsasən 45708.38 manat əsas, 6832.42 manat faiz, 2053.38 manat cərimə, xx.xx.2020-ci il tarixli 020CRLN16000042-25 saylı kredit müqaviləsinə əsasən 917542.77 manat əsas, 148211.38 manat faiz, 41211.34 manat cərimə, xx.xx.2020-ci il tarixli 020CRLN16000042-30 saylı kredit müqaviləsinə əsasən 187240.98 ABŞ dolları əsas, 14029.08 ABŞ dolları faiz, 8589.04 ABŞ dolları cərimə, xx.xx.2020-ci il tarixli 020CRLN16000042-31 saylı kredit müqaviləsinə əsasən 85694.91 ABŞ dolları əsas, 6420.94 ABŞ dolları faiz, 3932.11 ABŞ dolları cərimə, xx.xx.2021-ci il tarixli 020CRLN16000042-32 saylı kredit müqaviləsinə əsasən 21552.46 ABŞ dolları əsas, 1581.43 ABŞ dolları faiz, 818.6 ABŞ dolları cərimə, xx.xx.2021-ci il tarixli 020CRLN16000042-33 saylı kredit müqaviləsinə əsasən 16000 ABŞ dolları əsas, 1171.74 ABŞ dolları faiz, 580.37 ABŞ dolları cərimə olmaqla cəmi 1413914.56 manat və 347611.66 ABŞ dolları borcun, 1795.69 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaklara tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumunun və 345 manat xidmət haqqının, həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat mediasiya xərcinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xeyrinə tutulması, tutmanın ipoteka predmetləri olan Cavabdeh2 məxsus Masallı rayonu, Bala Təklə kəndində yerləşən 24.9248 ha torpaq sahəsinə, Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən mənzilə və Cavabdeh1 məxsus Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsinə yönəldilməsi, həmin ipoteka predmetlərinin hərracdan satılması, borcun ipoteka predmetlərinin hərracdan satışından əldə olunan vəsait hesabına ödənilməsi, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması, tutma ipoteka predmetlərinə yönəldikdə və həmin əmlaklar satıldıqda, ən geci 1 ay ərzində Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 və digər şəxslərin həmin əmlaklardan çıxarılmaları, əmlakların boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə aralarında 22 sentyabr 2016-cı il tarixli, 020CRLN16000042 nömrəli Baş kredit müqaviləsi bağlanmış və həmin müqavilə çərçivəsində cavabdehə illik 30% dərəcəsi ilə 60 aylıq müddətə 500000 manat kredit limiti ayrılmışdır. 22 sentyabr 2016-cı il tarixli, 020CRLN16000042 nömrəli Baş kredit müqaviləsinə 19 sentyabr 2019-cu il tarixli, 5 nömrəli Əlavə Razılaşma əsasında cavabdehə illik 30% dərəcəsi ilə 18 sentyabr 2019-cu il tarixindən 60 ay müddətinə ******* manat (USD və ya EUR qarşılığı) kredit limiti ayrılmışdır. 01 iyul 2020-ci tarixində 22 sentyabr 2016-cı il tarixli, 020CRLN16000042 nömrəli Baş kredit müqaviləsinə 6 nömrəli Əlavə Razılaşma edilərək, tərəflər arası müqavilə şərtləri üzrə hüquq və vəzifələr müəyyən edilməklə, limit ******* manat (USD və ya EUR ekvivalenti) təyin edilmişdir. Cavabdeh2 ilə bağlanılmış 12 mart 2020-ci il tarixli, 020CRLN16000042-25 nömrəli Kredit müqaviləsinə əsasən cavabdehə illik 14% dərəcəsi ilə 24 ay müddətinə ********* manat, 19 mart 2020-ci il tarixli, 020CRLN16000042-26 nömrəli Kredit müqaviləsinə əsasən illik 14% dərəcəsi ilə 24 ay müddətinə 50000 manat, 07 aprel 2020-ci il tarixli, 020CRLN16000042-27 nömrəli Kredit müqaviləsinə əsasən illik 17% dərəcəsi ilə 24 ay müddətinə 50000 manat, 30 aprel 2020-ci il tarixli, 020CRLN16000042-28 nömrəli Kredit müqaviləsinə əsasən illik 17% dərəcəsi ilə 24 ay müddətinə 60000 manat, 01 iyul 2020-ci il tarixli, 020CRLN16000042-29 nömrəli Kredit müqaviləsinə əsasən illik 17% dərəcəsi ilə 24 ay müddətinə 115000 manat, 06 avqust 2020-ci il tarixli, 020CRLN16000042-30 nömrəli Kredit müqaviləsinə əsasən illik 7% dərəcəsi ilə 24 ay müddətinə 200000 ABŞ dolları, 28 avqust 2020-ci il tarixli, 020CRLN16000042-31 nömrəli Kredit müqaviləsinə əsasən illik 7% dərəcəsi ilə 24 ay müddətinə 94000 ABŞ dolları, 01 mart 2021-ci il tarixli, 020CRLN16000042-32 nömrəli Kredit müqaviləsinə əsasən illik 7% dərəcəsi ilə 24 ay müddətinə 25000 ABŞ dolları, 30 aprel 2021-ci il tarixli, 020CRLN16000042-33 nömrəli Kredit müqaviləsinə əsasən illik 7% dərəcəsi ilə 24 ay müddətinə 16000 ABŞ dolları kredit verilmişdir. 22 sentyabr 2016-cı il tarixli, 020CRLN16000042 nömrəli Baş kredit müqaviləsi üzrə borcun təminatı olaraq Cavabdeh3 ilə 23 sentyabr 2016-cı il tarixli 002REAL16000108 nömrəli, Cavabdeh1 ilə 21 avqust 2017-ci il tarixli 003REAL17000028 nömrəli, Cavabdeh2 ilə 06 avqust 2020-cı il tarixli 003REAL20000093 nömrəli ipoteka müqavilələri bağlanmış və həmin müqavilələrdə göstərilən əmlaklar iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqavilələri notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Bağlanmış ipoteka müqavilələri üzrə aşağıda göstərilən əmlaklar Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir:

1. ünvan 1 ünvanında yerləşən mənzil, 2. Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsi, 3. ünvan 4 24.9248 ha torpaq sahəsi. Bundan əlavə, borcun təminatı olaraq Cavabdeh3 ilə 22 sentyabr 2016-cı il tarixli 002GRNT16000107 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış Baş kredit müqaviləsinə əsasən həmin müqavilənin predmetini kreditorun borcalana həmin müqavilədə müəyyən edilmiş şərtlərlə kredit limitinin ayrılması, borcalanın isə bu müqavilədə və bu müqaviləyə əsasən bağlanacaq müqavilələrdə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə kreditin və kreditə hesablanmış faizlərin kreditora ödənilməsinə dair pul öhdəliyidir. Baş kredit müqaviləsi çərçivəsində cavabdehlə yuxarıda göstərilən kredit müqavilələri rəsmiləşdirilmişdir. Zaminlik müqaviləsinin 1.2-ci bəndinə əsasən zamin və ya zaminlər kredit müqaviləsinə əsasən bağlanan və onun tərkib hissəsini təşkil edən digər müqavilələr üzrə öhdəlik daşıyır. Bundan əlavə, zaminlik müqaviləsinin 4.2-ci bəndinə görə faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Lakin zaminlər də müqavilə şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırırlar. xx.xx.2022-ci il tarixinə borcalan Cavabdeh2 xx.xx.2020-ci il tarixli 020CRLN16000042-27 saylı kredit müqaviləsinə əsasən 42891.88 manat əsas, 7776.76 manat faiz, 1908.95 manat cərimə, xx.xx.2020-cu il tarixli 020CRLN16000042-28 saylı kredit müqaviləsinə əsasən 54910.6 manat əsas, 9994.25 manat faiz, 2470.15 manat cərimə, xx.xx.2020-ci il tarixli 020CRLN16000042-29 saylı kredit müqaviləsinə əsasən 108012.63 manat əsas, 19583.41 manat faiz, 4806.26 manat cərimə, xx.xx.2020-ci il tarixli 020CRLN16000042-26 saylı kredit müqaviləsinə əsasən 45708.38 manat əsas, 6832.42 manat faiz, 2053.38 manat cərimə, xx.xx.2020-ci il tarixli 020CRLN16000042-25 saylı kredit müqaviləsinə əsasən 917542.77 manat əsas, 148211.38 manat faiz, 41211.34 manat cərimə, xx.xx.2020-ci il tarixli 020CRLN16000042- 30 saylı kredit müqaviləsinə əsasən 187240.98 ABŞ dolları əsas, 14029.08 ABŞ dolları faiz, 8589.04 ABŞ dolları cərimə, xx.xx.2020-ci il tarixli 020CRLN16000042-31 saylı kredit müqaviləsinə əsasən 85694.91 ABŞ dolları əsas, 6420.94 ABŞ dolları faiz, 3932.11 ABŞ dolları cərimə, xx.xx.2021-ci il tarixli 020CRLN16000042-32 saylı kredit müqaviləsinə əsasən 21552.46 ABŞ dolları əsas, 1581.43 ABŞ dolları faiz, 818.6 ABŞ dolları cərimə, xx.xx.2021-ci il tarixli 020CRLN16000042-33 saylı kredit müqaviləsinə əsasən 16000 ABŞ dolları əsas, 1171.74 ABŞ dolları faiz, 580.37 ABŞ dolları cərimə olmaqla cəmi 1413914.56 manat və 347611.66 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar. Tərəflər arasında mübahisənin həllini təmin etmək məqsədi ilə Mediasiya Şurasına müraciət olunmuş və müraciət əsasında X7 iş üzrə mediator təyin olunmuşdur. 22 iyun 2022-ci il tarixində ilkin mediasiya sessiyası keçirilmiş və cavabdehlər lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, sessiyada iştirak etmədiyi üçün mediator tərəfindən iddiaçıya ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim olunmuşdur. Bundan əlavə, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına bildirişin qeydiyyatı üçün ərizə verilmiş və ərizə bu orqanda qeydə alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 15 mart 2023-cü il tarixli e-2-2(121)-27/2023 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, xx.xx.2020-ci il tarixli 020CRLN16000042-27 saylı kredit müqaviləsinə əsasən 42672.89 manat əsas borc, 5360.19 manat faiz borcu, 195 manat cərimə, xx.xx.2020-ci il tarixli 020CRLN16000042-28 saylı kredit müqaviləsinə əsasən 54555.45 manat əsas borc, 7393.78 manat faiz borcu, 250 manat cərimə, xx.xx.2020-ci il tarixli 020CRLN16000042-29 saylı kredit müqaviləsinə əsasən 107483 manat əsas borc, 17663.04 manat faiz borcu, 485 manat cərimə, xx.xx.2020-ci il tarixli 020CRLN16000042-26 saylı kredit müqaviləsinə əsasən 45411.90 manat əsas borc, 4344.41 manat faiz borcu, 210 manat cərimə, xx.xx.2020-ci il tarixli 020CRLN16000042- 25 saylı kredit müqaviləsinə əsasən 915652.89 manat əsas borc, 87094.14 manat faiz borcu, 4125 manat cərimə, xx.xx.2020-ci il tarixli 020CRLN16000042-30 saylı kredit müqaviləsinə əsasən 186539.73 ABŞ dolları əsas borc, 13892.03 ABŞ dolları faiz borcu, 860 ABŞ dolları cərimə, xx.xx.2020-ci il tarixli 020CRLN16000042-31 saylı kredit müqaviləsinə əsasən 85258.38 ABŞ dolları əsas borc, 6420.94 ABŞ dolları faiz borcu, 395 ABŞ dolları cərimə, xx.xx.2021-ci il tarixli 020CRLN16000042-32 saylı kredit müqaviləsinə əsasən 21511.64 ABŞ dolları əsas borc, 1422.16 ABŞ dolları faiz borcu, 85 ABŞ dolları cərimə, xx.xx.2021-ci il tarixli 020CRLN16000042-33 saylı kredit müqaviləsinə əsasən 15986.35 ABŞ dolları əsas borc, 1056.88 ABŞ dolları faiz borcu, 60 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 1292896.69 manat və 333488.11 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc, 1642 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaklara tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumu, 345 manat xidmət haqqı və mediasiya xərcinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın Cavabdeh2 məxsus olmaqla Masallı rayonu, Bala Təklə kəndində yerləşən 24.9248 ha torpaq sahəsinə ilkin satış qiyməti 114000 manat müəyyən edilməklə, Cavabdeh3 məxsus ünvan 5 ünvanında yerləşən mənzilə ilkin satış qiyməti 270750 manat müəyyən edilməklə, Cavabdeh1 məxsus olan Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə ilkin satış qiyməti 366282 manat müəyyən edilməklə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitdən İddiaçı ASC-yə olan borcun ödənilməsi, Cavabdeh2 məxsus Masallı rayonu, Bala Təklə kəndində yerləşən 24.9248 ha torpaq sahəsinin açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsinin Cavabdeh2, Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən mənzilin açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsinin Cavabdeh3, Cavabdeh1 məxsus Bakı şəhəri, ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsinin Cavabdeh1 qaytarılması, ipoteka predmetləri açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və digər şəxslərin həmin əmlaklardan çıxarılması, həmin əmlakların boşaldılması, iddia tələbinin qalan hissələrdə təmin olunmaması qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehlərdən Cavabdeh2 apellyasiya şikayəti verərək ləğv olunmasını, təkrar ekspertizalar təyin olunaraq borcun və ipoteka predmetinin dəyərinin təkrar hesablanmaqla yeni rəylər əsasında qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən öhdəliklə və borcla bağlı maddi hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, kredit müqavilələrinə əsasən bankdan kredit götürmüş və bank qarşısında həmin öhdəliklərini müəyyən olunmuş müddət ərzində icra etmişdir. Lakin sonradan maddi vəziyyətinin kəskin dəyişməsi nəticəsində öhdəliklərini tam olaraq icra edə bilməmişdir. Lakin məhkəmə işin hallarını dəqiq araşdırmamış, ödəmiş olduğum ödənişlər tam olaraq nəzərə alınmamış və nəticədə götürmüş olduğu öhdəlikdən artıq pul ondan tələb olunmuşdur. Həmçinin, ipoteka predmetlərinin dəyəri düzgün hesablanmamış, həddindən artıq aşağı məbləğ qeyd olunmuşdur. Kredit götürərkən ondan sığortaya görə pul tutulmuşdur, öhdəliklərini icra edə bilməməyinin səbəbi maddi vəziyyətinin kəskin dəyişməsi və həbs olunması olmuşdur. Barəsində bir neçə il istintaq və məhkəmə prosesləri keçirilmiş, nəticədə bütün işləri dayandırılmışdır. Yəni iradəsindən asılı olmayan səbəblərdən müqaviləni tam olaraq icra edə bilməmişdir. Lakin müqavilə bağlanan zaman olunan sığorta həmin halları qarşılamalı və öhdəliklərinin icrasına möhlət verilməlidir. İşin hallarından görünür ki, iş üzrə keçirilmiş mühasibatlıq və qiymətləndirmə ekspertiza tədqiqatları düzgün aparılmamışdır. Belə ki, məhkəməyə təqdim olunmuş ekspert rəyini nəzərdən keçirərkən aydın olur ki, bankın tələb etdiyi borc məbləği ekspert rəyi ilə demək olarki, eynilik təşkil edir. Halbuki, ümumi praktikadan görünür ki, ekspert rəyində borc məbləği bankın tələbindən daha aşağı olur. Çünki, banklar hər zaman borc məbləğini yüksək qeyd edir və faizlər müqavilə şərtlərindən artıq hesablanır. Hazırkı mübahisədə ekspertin rəyinin əsassız olması aydın görünür, lakin məhkəmə bunu görməli olduğu halda, iş üzrə təkrar ekspertiza təyin etməmişdir. Həmçinin, iş üzrə keçirilmiş ipoteka predmetlərinin qiymətləndirməsi ekspert rəyləri ilə razı deyildir, belə ki, əmlaklara qoyulan qiymət çox aşağıdır, bank tərəfindən ******* manat kredit limiti ayrılmış və bunun müqabilində qeyd olunan əmlaklar ipoteka ilə yüklü edilmişdir. Buradan belə çıxır ki, yüklü olunan əmlakların dəyəri borc məbləğinə mütənasib olmalıdır, yəni bank vermiş olduğu pulun dəyərində girov saxlamalıdır. Hazırkı rəyə baxdıqda isə görünür ki, əmlakların ümumi dəyəri təxminən 700000 manat təşkil edir. Buda həmin rəyin əsassız olmasını təsdiq edir. Həbsdə olduğu üçün təkrar ekspertiza tələb edə bilməmişdir, lakin məhkəmə rəyin açıq əsassızlığına görə ekspertiza təyin edə bilərdi. Hesab edirə ki, təkrar ekspertizalar təyin olunmalı və ekspertizanın aparılması başqa ekspertlərə və başqa qiymətləndirmə təşkilatına həvalə edilməlidir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək təmin olunmamasını, birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etaraz belə əsaslandırılmışdır ki, apellyasiya şikayəti əsassız və işin süni şəkildə uzadılmasına hesablanmış qərəzli bir hərəkət kimi qiymətləndirilməlidir. Cavabdeh özü şikayətində kredit müqavilələri üzrə öhdəliklərini icra etmədiyini etiraf edir. Bununla bağlı müxtəlif bəhanələr gətirsə də, bu onun kredit öhdəliklərini icra etməməsinə əsas ola bilməz. Cavabdehin ödənişləri ilə bağlı məhkəməyə təqdim edilmiş maliyyə arayışlarında və hesabdan çıxarış sənədlərində edilən ödənişlərin məbləği, tarixi dəqiq olaraq göstərilmişdir. Bununla bağlı birinci instansiya məhkəməsində araşdırmalar aparılmış, habelə həmin maliyyə sənədləri və digər sənədlərlə birlikdə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası tərəfindən tədqiq edilmiş, edilmiş ödənişlərin nəzərə alınmaması ilə bağlı pozuntu halları aşkar edilməmişdir. Hətta birinci instansiya məhkəməsi cavabdehin əmlak və sahibkarlıq mənafelərini nəzərə alaraq cərimə məbləğlərini azaltmışdır. Bundan başqa ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin müəyyən olunması üçün birinci instansiya məhkəməsi tərəfindən məhkəmə əmtəəşünaslıq ekspertizası keçirilmiş və qiymətləndirici şirkət "xxxx" MMC tərəfindən əmlaklar bazar dəyərinə uyğun qiymətləndirilmişdir. Həmçinin bildirilir ki, kredit götürərkən cavabdehdən sığortaya görə pul tutulmamışdır. Yalnız əmlakların sığorta etdirilməsinə görə sığorta haqqı ödənilməsi nəzərdə tutulmuşdur.

d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinin əsassız olduğunu bildirib, apellyasiya şikayətinə qarşı verilən yazılı etirazın yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmamasını, birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış cavabdehlər məhkəmədə üzürlü səbəblər olmadan iştirak etməmişlər, kollegiya Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin dəlilləri üzrə işə cavadehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdehlərdən Cavabdeh2 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin həmin cavabdehə münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-ci il tarixli, 020CRLN16000042 saylı baş kredit müqaviləsinə əsasən, Cavabdeh2 illik 30 faiz dərəcəsi ilə 60 ay müddətinə 500000 manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-ci il tarixli, 020CRLN16000042 saylı baş kredit müqaviləsinə xx.xx.2019-cu il tarixli, 5 nömrəli Əlavə Razılaşma əsasında cavabdehə illik 30% dərəcəsi ilə 18 sentyabr 2019-cu il tarixindən 60 ay müddətinə ******* manat (USD və ya EUR qarşılığı) kredit limiti ayrılmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 020CRLN16000042-25 saylı kredit müqaviləsinə əsasən, cavabdehə illik 14% dərəcəsi ilə 24 ay müddətinə ********* manat kredit verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 020CRLN16000042-26 saylı kredit müqaviləsinə əsasən, cavabdehə illik 14% dərəcəsi ilə 24 ay müddətinə 50000 manat kredit verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 020CRLN16000042-27 saylı kredit müqaviləsinə əsasən, cavabdehə illik 17% dərəcəsi ilə 24 ay müddətinə 50000 manat kredit verilmişdir. İş materiallarında İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 020CRLN16000042-28 saylı kredit müqaviləsinə əsasən, cavabdehə illik 17% dərəcəsi ilə 24 ay müddətinə 60000 manat kredit verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 020CRLN16000042-29 saylı kredit müqaviləsinə əsasən, cavabdehə illik 17% dərəcəsi ilə 24 ay müddətinə 115000 manat kredit verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 020CRLN16000042-30 saylı kredit müqaviləsinə əsasən, cavabdehə illik 7% dərəcəsi ilə 24 ay müddətinə 200000 ABŞ dolları kredit verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 020CRLN16000042-31 saylı kredit müqaviləsinə əsasən, cavabdehə illik 7% dərəcəsi ilə 24 ay müddətinə 94000 ABŞ dolları kredit verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 020CRLN16000042-32 saylıkredit müqaviləsinə əsasən, cavabdehə illik 7% dərəcəsi ilə 24 ay müddətinə 25000 ABŞ dolları kredit verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 020CRLN16000042-33 saylı kredit müqaviləsinə əsasən, cavabdehə illik 7% dərəcəsi ilə 24 ay müddətinə 16000 ABŞ dolları kredit verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 002GRNT16000107 saylı zaminlik müqaviləsindən və həmin zaminlik müqaviləsinə edilmiş əlavə razılaşmalardan görünür ki, o, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 002REAL16000108 saylı ipoteka müqaviləsinə əsasən, 22 sentyabr 2016-cı il tarixli, 020CRLN16000042 saylı baş kredit müqaviləsinin təminatı kimi Cavabdeh3 məxsus, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 003REAL17000028 saylı ipoteka müqaviləsinə əsasən, 22 sentyabr 2016-cı il tarixli, 020CRLN16000042 saylı baş kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 məxsus, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 məxsus, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı ASC-in xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 003REAL20000093 saylı ipoteka müqaviləsinə əsasən, 22 sentyabr 2016-cı il tarixli, 020CRLN16000042 saylı baş kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 məxsus, ünvan 4 24.9248 ha torpaq sahəsi İddiaçı ASC-in xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh2 məxsus, ünvan 4 torpaq sahəsi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli, ZB-7904 saylı arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 020CRLN16000042-25 saylı kredit müqaviləsi üzrə cavabdehin banka borcu 917542.77 manat əsas, 148211.38 manat faiz, 41211.34 manat cərimə təşkil edir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli, ZB-7903 saylı arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 020CRLN16000042-26 saylı kredit müqaviləsi üzrə cavabdehin banka olan borcu 45708.38 manat əsas, 6832.42 manat faiz, 2053.38 manat cərimə təşkil edir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli, ZB-7902 saylı arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 020CRLN16000042-27 saylı kredit müqaviləsi üzrə cavabdehin banka olan borcu 42891.88 manat əsas, 7776.76 manat faiz, 1908.95 manat cərimə təşkil edir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli, ZB-7901 saylı arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 020CRLN16000042-28 saylı kredit müqaviləsi üzrə cavabdehin banka olan borcu 54910.6 manat əsas, 9994.25 manat faiz, 2470.15 manat cərimə təşkil edir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli, ZB-7900 saylı arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 020CRLN16000042-29 saylı kredit müqaviləsi üzrə cavabdehin banka olan borcu 108012.63 manat əsas, 19583.41 manat faiz, 4806.26 manat cərimə təşkil edir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli, ZB-7899 saylı arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 020CRLN16000042-30 saylı kredit müqaviləsi üzrə cavabdehin banka olan borcu 187240.98 manat əsas, 14029.08 manat faiz, 8589.04 manat cərimə təşkil edir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli, ZB-7898 saylı arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 020CRLN16000042-31 saylı kredit müqaviləsi üzrə cavabdehin banka olan borcu 85694.91 manat əsas, 6420.94 manat faiz, 3932.11 manat cərimə təşkil edir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli, ZB-7897 saylı arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 020CRLN16000042-32 saylı kredit müqaviləsi üzrə cavabdehin banka olan borcu 21552.46 ABŞ dolları əsas, 1581.43 ABŞ dolları faiz, 818.6 ABŞ dolları cərimə təşkil edir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli, ZB-7896 saylı arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 020CRLN16000042-33 saylı kredit müqaviləsi üzrə cavabdehin banka olan borcu 16000 ABŞ dolları əsas, 1171.74 ABŞ dolları faiz, 580.37 ABŞ dolları cərimə təşkil edir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC tərəfindən Cavabdeh2 ünvanlanmış xəbərdarlıqdan (pretenziyadan) görünür ki, tərəflər arasında bağlanılmış kredit müqavilələri üzrə borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC tərəfindən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Ağaməmməd qızına ünvanlanmış “ipoteka predmetinə tutmanının yönəldilməsi barədə” bildirişdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanılmış kredit müqavilələri əsasında aldığı kredit üzrə cəmi borcunun olması və qeyd olunan borc ödənilmədiyi halda ipoteka predmetinə tutmanın yönəldilməsi üçün məhkəməyə müraciət olunacağı barədə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Ağaməmməd qızı məlumatlandırılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanmış müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişlərindən görünür ki, 45 manat məbləğində dövlət rüsumu və 345 manat məbləğində xidmət haqqı ödənilmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə müstəqil qiymətləndirici "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 23 noyabr 2022-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 003REAL20000093 saylı ipoteka müqaviləsinə əsasən, Masallı rayonu, Bala Təklə kəndində yerləşən 24.9248 ha torpaq sahəsinin likvid dəyəri 114000 manat, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 003REAL17000028 saylı ipoteka müqaviləsinə əsasən, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin likvid dəyəri 366282 manat, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 002REAL16000108 saylı ipoteka müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən mənzilin likvid dəyəri 270750 manat təşkil edir. "xxxx" MMC tərəfindən təqdim olunmuş hesab fakturaya əsasən qiymətləndirmə haqqı 1500 manat təşkil etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 noyabr 2022-ci il tarixli, 9/7877 saylı ekspert rəyində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim edilmiş maliyyə arayışı, hesabdan çıxarış məlumatları xx.xx.2020-ci il tarixli 020CRLN16000042-25 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2022-ci il tarixə Cavabdeh2 əsas kredit borcu 915652.89 manat, faiz borcu 87094.14 manat, xx.xx.2022-ci il tarixə əsas kredit borcu 915652.89 manat, faiz borcu 123058.95 manat; xx.xx.2020-ci il tarixli 020CRLN16000042- 26 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2022-ci il tarixə Cavabdeh2 əsas kredit borcu 45411.90 manat, faiz borcu 4344.41 manat, xx.xx.2022-ci il tarixə əsas kredit borcu 45411.90 manat, faiz borcu 6004.46 manat; xx.xx.2020-ci il tarixli 020CRLN16000042-27 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2022-ci il tarixə Cavabdeh2 əsas kredit borcu 42672.89 manat, faiz borcu 5360.19 manat, xx.xx.2022-ci il tarixə əsas kredit borcu 42672.89 manat, faiz borcu 6891.67 manat; xx.xx.2020-ci il tarixli 020CRLN16000042-28 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2022-ci il tarixə Cavabdeh2 əsas kredit borcu 54555.45 manat, faiz borcu 7393.78 manat, xx.xx.2022-ci il tarixə əsas kredit borcu 54555.45 manat, faiz borcu 8759.18 manat; xx.xx.2020-ci il tarixli 020CRLN16000042-29 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2022-ci il tarixə Cavabdeh2 əsas kredit borcu 107483 manat, faiz borcu 17663.04 manat, xx.xx.2022-ci il tarixə əsas kredit borcu 107483 manat, faiz borcu 17256.99 manat; xx.xx.2020-ci il tarixli 020CRLN16000042-30 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2022-ci il tarixə Cavabdeh2 əsas kredit borcu 186539.73 ABŞ dolları, faiz borcu 13892.03 ABŞ dolları, xx.xx.2022-ci il tarixə əsas kredit borcu 186539.73 ABŞ dolları, faiz borcu 12332.35 ABŞ dolları; xx.xx.2020-ci il tarixli 020CRLN16000042-31 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2022-ci il tarixə Cavabdeh2 əsas kredit borcu 85258.38 ABŞ dolları, faiz borcu 6714.10 ABŞ dolları, xx.xx.2022-ci il tarixə əsas kredit borcu 85258.38 ABŞ dolları, faiz borcu 5636.53 ABŞ dolları; xx.xx.2021ci il tarixli 020CRLN16000042-32 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2022-ci il tarixə əsas kredit borcu 21511.64 ABŞ dolları, faiz borcu 1422.16 ABŞ dolları; xx.xx.2021-ci il tarixli 020CRLN16000042-32 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2022-ci il tarixə əsas kredit borcu 15986.35 ABŞ dolları, faiz borcu 1056.88 ABŞ dolları müəyyən edilir.

Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki,Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər, 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir, 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür, 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir, 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Sadalanan qanunvericilik aktı normaları tələbin hüquqi əsasını təşkil etməklə mübahisə predmeti üzrə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsasə verir ki, borc alan kreditorla bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmədiyindən, kreditorun borc alana qarşı irəli südüyü borc tələbi müqavilə müddəti ərzində müqavilədə nəzərdə tutulan qaydada hesablanan əsas borc və faiz borcu məbəlğləri hissədə qanuni və əsaslı olmuşdur. İşə baxan birinci instansiya məhkəməsi də məhz təyin etmiş olduğu məhkəmə mühasibatlıq ekspertizası qarşısında hər bir kredit müqaviləsi üzrə müqavilə müddətini nəzərə alaraq suallar qoymuş və verilən ekspert rəyinə uyğun əsas borc və faiz borc məbləğlərini müəyyən etmişdir. Hər bir kredit müqaviləsi üzrə hesablanan cərimə məbləğlərinə gəlincə isə birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 467-ci maddəsinə müvafiq olaraq cərimə məbləğləri azaldılmışdır. Kollegiya həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh apellyasiya şikayətində qətnamə ilə müəyyən olunan borc məbləğlərini mübahisələndirərək, yenidən ekspertizanın keçirilməsini xahiş etsə də, işdəki ekspert rəyinin həqiqiliyini şübhə altına ala biləcək real bir əsaslandırma gətirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 269.2-ci maddəsinə əsasən girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir, 307.1-ci maddəsinə əsasən “İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir, 307.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilməlidir, 307.4-cü maddəsinə əsasən əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir, 307.5-ci maddəsinə əsasən əgər ipoteka ilə təmin edilən öhdəlik hissə-hissə icra olunmalıdırsa, ipoteka müqaviləsində müvafiq ödənişlərin müddətləri və ya dövriliyi, onların məbləğləri və ya bu məbləğləri müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir, 307.6-ci maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır, 307.7-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir, 317.1-ci maddəsində isə təsbit edilmişdir ki, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər, 317.2-ci maddəsinə əsasən satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir, 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun: 9.1-ci maddəsinə əsasən Qanunla və ya əvvəlki ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka qoyan digər öhdəliklərini təmin etmək üçün əvvəldən ipoteka qoyulmuş əşyanı yenidən girov qoya bilər (sonrakı ipoteka), 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur, 10.4-cü maddəsinə əsasən İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir, 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır, 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur, 11.3-cü maddəsinə əsasən ipoteka müqaviləsinin dövlət qeydiyyatı zamanı ipotekanın predmeti, əsas öhdəliyin mahiyyəti, ölçüsü, icra müddəti və ipoteka saxlayan barədə məlumat qeyd edilir, 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər, 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır, 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqvaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar, 39.3-cu maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini (39.3.3-cü maddə) göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir, 1.0.9-cu maddəsinə əasasən ilkin satış qiyməti Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Kollegiya iş materiallarını sadalanan qanunvericilik aktı normaları və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqe baxımından tədqiq edərək belə nəticəyə gəlir ki, tutmanın ipoteka predmetinə yönəldilməsini istisna edən hər hansı bir hal iş materialları ilə müəyyən olunmur. Tərəflər arasında bağlanmış ipoteka müqavilələrində bütün mühüm zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmiş, ipoteka müqaviləsi notariat qaydada təsdiq olunmuş və müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Sonrakı mərhələdə isə tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildiriş daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, cavabdehlərə də bununla bağlı müvafiq bildirişlər verilmişdir. Apellyasiya şikayətinin dəlillərini ipoteka predmetlərinin ilkin satış qiymətinin yenidən ekspertizanın keçirilməsi yolu ilə müəyyən olunması hissədə tədqiq edən kollegiya qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə edilmiş qiymətləndirmə rəylərinə nəzər yetirsək, qiymətləndiricinin həmin rəyləri bilavasitə əmlaklara baxış keçirməklə, təmir vəziyyəti (fotoşəkillər əlavə olunmuşdur) və sair hallar nəzərə alınmaqla verilmişdir. Cavabdeh yenidən qiymətləndirmə ekspertizasının keçirilməsini xahiş etsədə, işdəki ekspert rəyinin həqiqiliyini şübhə altına ala biləcək bir əsaslandırma gətirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğv olunması üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki tələb üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 10000 manatdan artıq təşkil etdiyindən, prosessual qanunvericiliyə əsasən hazırki qətnamədən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 15 mart 2023-cü il tarixli e-2-2(121)-27/2023 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Tale Kərimov Hakimlər: Samir Həsənov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar