Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-64/2024 17.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X8 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X1 və cavabdehlər X3 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Ağaməmməd qızına qarşı kredit müqavilələri üzrə yaranmış borcun qaytarılması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi və s. tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 09 fevral 2024-cü il, e-2-2(121)-27/2023 saylı qərardadından (hakim Elşən Abdullayev) Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Ağaməmməd qızına qarşı kredit müqavilələri üzrə yaranmış borcun qaytarılması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi və.s tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 15 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. İşə Cavabdeh2 tərəfindən verilmiş, apellyasiya şikayəti əsasında baxılmış, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 14 iyun 2023-cü il tarixli qətnaməsi ilə şikayət təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin 15 mart 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə Cavabdeh2 kassasiya şikayəti əsasında baxılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 14 iyun 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Kommersiya Məhkəməsinin 15 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti vermiş, Şirvan Kommersiya Məhkəməsinin 09 fevral 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti müddətin ötürülməsi ilə verildiyindən və şikayətə prosessual müddətin bərpasına dair ərizə əlavə edilmədiyindən geri qaytarılmışdır. Qərardaddan Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil şikayət vermiş, şikayətində qərardadın ləğv edilməsini, apellyasiya şikayətinin işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, qətnaməni rəsmi qaydada, poçt vasitəsilə xx.xx.2024-cü il tarixdə almış və qanunla müəyyən edilmiş və məhkəmə tərəfindən müəyyən edilmiş apellyasiya şikayəti vermə müddətini keçirmədən 05 fevral 2024-cü il tarixdə elektron-məhkəmə informasiya sistemi vasitəsilə apellyasiya şikayəti vermişdir. X4 Məhkəməsinin qətnaməsindən də xəbəri olmamışdır. Şirvan Kommersiya Məhkəməsinin gəldiyi nəticə ilə razı deyil. Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsindən xəbərinin olmağı onun Şirvan Kommersiya Məhkəməsinin qətnaməsini öz hissəsində mübahisələndirməsinə mane ola bilməz. Şirvan Kommersiya Məhkəməsinin mövqeyindən belə qənaətə gəlmək olar ki, digər Cavabdeh2 öz hissəsində mübahisələndirdiyi Şirvan Kommersiya Məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətinə dair qəbul edilmiş Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsindən xəbəri olduğu üçün o, kassasiya şikayəti verə bilərdi. Şirvan Kommersiya Məhkəməsinin gəldiyi nəticə qanunvericiliyin tələblərinə zidd mövqedir və qəbul edilmiş qərardad qanunsuz və ədalətsizdir. Sonuncu qərardaddan Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə baxılmış, Şirvan Kommersiya Məhkəməsinin 16 fevral 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin 09 fevral 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış və şikayətin işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 16 aprel 2024-cü il tarixli qərardadı ilə Şirvan Kommersiya Məhkəməsinin 09 fevral 2024-cü il, e-2-2(121)- 27/2023 saylı qərardadından Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə məhkəmə iclasında baxılması qərara alınmışdır. Apellyasiya baxışında iştirak edən cavabdeh X3 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil şikayət dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir. O, əlavə olaraq göstərmişdir ki, Zaburə İlkinin anası, Samirə isə onun arvadıdır. Zaburə və Samirə də Masallı rayonundandırlar. Bildirmişdir ki, bəhsi keçən kommersiya işinə Şirvan Kommersiya Məhkəməsində, həmçinin Cavabdeh2 apellyasiya və kassasiya şikayəti əsasında uyğun olaraq Şirvan Apellyasiya Məhkəməsində və Ali Məhkəmədə baxılsa da Cavabdeh1 və Cavabdeh3 qeyd edilən məhkəmə proseslərindən xəbərləri olmamışdır. Belə ki, bütün məhkəmə bildirişlərini Cavabdeh2 özü almış və bu barədə Zaburə və Samirəyə məlumat verməmişdir. İddiaçının nümayəndəsi X5 şikayətin dəlillərinə qarşı etirazlarını bildirərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Qeyd etmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Ağaməmməd qızına qarşı kredit müqavilələri üzrə yaranmış borcun qaytarılması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi və.s tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 15 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. İşə Cavabdeh2 tərəfindən verilmiş, apellyasiya şikayəti əsasında baxılmış, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 14 iyun 2023-cü il tarixli qətnaməsi ilə şikayət təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin 15 mart 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin işə Cavabdeh2 kassasiya şikayəti əsasında baxılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 noyabr 2023cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 14 iyun 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Bildirmişdir ki, kommersiya işinə hər üç instansiya məhkəməsində baılmış və bütün məhkəmələr tərəfindən Cavabdeh3 və Cavabdeh1 Ağaməmməd qızına iclasların yeri və vaxtı barədə məlumat verilmiş və məhkəmə qətnamələri onlara göndərilmişdir. Bir sözlə cavabdehlər məhkəmə qətnaməsini almışlar. Qeyd etmişdir ki, cavabdehlər tərəfindən verilmiş şikayət qətnamənin icrasının gecikdirilməsinə yönəlmişdir. Qətnamə icraya yönəldilmiş, lakin cavabdehlər tərəfindən hər hansı ödəniş edilməmişdir. Digər Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş, Məhkəmə Kollegiyası onun iştirakı olmadan şikayət əsasında işə baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri üzrə nəzərdən keçirib hesab edir ki, şikayət əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinin tələbinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsinin tələbinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. İş materiallarından aşağıdakılar müəyyən edilir: Şirvan Kommersiya Məhkəməsinin 15 mart 2023-cü il tarixli, e-2-2(121)-27/2023 saylı qətnaməsi 07 aprel 2023-cü il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin, Cavabdeh2 “Elektron məhkəmə” informasiya sistemində olan elektron kabinetlərinə yerləşdirilmiş, digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qeydiyyatda olduqları yer üzrə ünvanlarına 07 aprel 2023-cü il tarixdə poçt vasitəsi ilə rəsmi qaydada göndərilmişdir. İş materiallarında olan poçt göndərişlərinin izlənilməsi barədə məlumatdan görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 2-2(106)-62/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi iş üzrə Cavabdeh1 xx.xx.2023-cü il tarixdə çatdırılmışdır. İşdən görünür ki Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)563/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi 07 dekabr 2023cü il tarixində Cavabdeh1 qeydiyyatda olduğu yer üzrə ünvanına sifarişli poçt göndərişi ilə göndərilmişdir. İş materiallarından görünür ki, Şirvan Kommersiya Məhkəməsinin 15 mart 2023-cü il tarixli, e-2-2(121)-27/2023 saylı qətnaməsi qanuni qüvvəyə mindiyindən icra edilməsi üçün Masallı rayonu üzrə İcra və Probasiya şöbəsinə və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Cavabdeh tərəfin şikayətinin əsas dəlili ondan ibarətdir ki, onun şikayət vermə hüququ məhdudlaşdırılmışdır. O, qətnaməni rəsmi qaydada, poçt vasitəsilə xx.xx.2024-cü il tarixdə almış və qanunla müəyyən edilmiş və məhkəmə tərəfindən müəyyən edilmiş apellyasiya şikayəti vermə müddəgtini keçirmədən 05 fevral 2024-cü il tarixdə elektronməhkəmə informasiya sistemi vasitəsilə apellyasiya şikayəti vermişdir. Məhkəmə Kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsaslı deyil və buna görə də, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək, qeyd edir ki, cavabdeh tərəf istər apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən, istərsə də kassasiya instansiyası məhkəməsinin qətnaməsindən məlumatlı olmuşdur. O, həmin qətnamələrdən məlumatı əldə etdikdən sonra bununla bağlı məhkəməyə rəsmi qaydada müraciət edərək onların surətlərini ala bilərdi, eyni zamanda apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kassasiya qaydasında mübahisələndirə bilərdi. Cavabdeh isə məhkəmə proseslərindən məlumatlı olmasına baxmayaraq bununla bağlı hər hansı prosessual hərəkət etməmiş, işə baxılmasından uzun müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 397.2, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 09 fevral 2024-cü il, e-2-2(121)-27/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(106)-64/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-64/2024
17.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver