Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-67/2023 09.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X21 və Həsənov Müşfiq Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, iddiaçı və cavabdeh İddiaçı, onun vəkili Nümayəndə2, iddiaçı və Cavabdeh3 MMC-nin vəkili və eyni zamanda nümayəndəsi Nümayəndə1 Şıxsafa oğlu, qarşılıqlı iddia üzrə cavabdehlər Biləsuvar rayon Səmədabad kənd bələdiyyəsinin sədri X9 və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsi X3, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş X14 iştirakları ilə, ilk iddia üzrə İddiaçı Cavabdeh3 MMC-yə qarşı “torpaqdan çıxarma və torpaqdan istifadəyə yaratdığı maneələrin aradan qaldırılması”, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 MMC-nin cavabdehlər İddiaçı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi və Biləsuvar rayon Səmədabad bələdiyyəsinə qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi” tələblərinə dair kommersiya mübahisəsi üzrə Şirvan Kommersiya Məhkəməsinin 15 mart 2023-cü il tarixli 2-2(121)-14/2023 saylı qətnaməsindən (hakim E.Abdullayev) iddiaçı və Cavabdeh3 MMC-nin vəkili və eyni zamanda nümayəndəsi Nümayəndə1 Şıxsafa oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İlkin olaraq İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə, Biləsuvar rayon Səmədabad kənd bələdiyyəsinə və Cavabdeh3 MMC-yə qarşı “bələdiyyə ilə bağlanan müqavilənin bərpa edilməsi, Seriya RX ******* nömrəli Çıxarışın ləğv edilməsi, cavabdehin torpaq sahəsindən çıxarılması və materialların prokurorluğa göndərilməsi” tələbinə dair iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Biləsuvar rayon Səmədabad bələdiyyəsi ilə arasında 33 illik müddətə 15 sentyabr 2014-cü ildə bağlanan 2 saylı bələdiyyə torpaqlarının icarə müqaviləsinin, Səmədabad bələdiyyəsinin 25 fevral 2014-cü il tarixli 2 nömrəli qərarı ilə ona ayrılan 6 hektar torpaq sahəsi üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət X16 24 fevral 2014-cü il tarixli 1249 nömrə ilə uçota alınan A498674 nömrəli torpaq sahəsinin planı və ölçüsünün bərpa edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh3 MMC-yə verilmiş 72.73 hektar torpaq sahəsinin bundan əvvəl ona verilən 6 hektar torpaq sahəsi ilə üst-üstə düşdüyünə görə 21 may 2018-ci il tarixli, seriya RX ******* nömrəli çıxarışın ləğv edilməsi, ona verilmiş 6 hektar torpaq sahəsindən Cavabdeh3 MMC-nin çıxarılması, Biləsuvar rayon Səmədabad bələdiyyəsinin sədri Cavabdeh2 vəzifə səlahiyyətini aşmaqla, vəzifəsindən sui-istifadə edərək icarəyə verilmiş torpaq sənədlərinin saxtalaşdırılması hallarının mülki iş materiallarından ayrılaraq prokurorluğa göndərilməsi, 6 hektar torpaq sahəsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 03 iyul 2014-cü il tarixdə verilmiş seriya RX ******* və seriya RX ******* nömrəli çıxarışların saxta olub-olmamasının və ya hansı hüquqi nəticəyə səbəb olub-olmamasının müəyyənləşdirilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracın təşkili üzrə Auksion Mərkəzinin 15 saylı Cəlilabad ərazi torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqəsinin nəticələri barədə 05 aprel 2018-ci il tarixli 135 nömrəli iclas protokolunun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Biləsuvar rayon İcra Hakimiyyəti başçısının 09 noyabr 1999-cu il tarixli 1883 nömrəli sərəncamı ilə atası X18 H.Z.Tağıyev sovxozu ərazisində yerləşən Dövlət ehtiyat fondundan 4 ha torpaq sahəsi icarəyə verilmişdir. Bundan sonra, X22 ilə Biləsuvar rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini A.Kazımov arasında torpaq icarə müqaviləsi bağlanaraq, kənd təsərüfatı məhsullarının istehsalı üçün 4 ha yararsız torpaq sahəsi icarəyə verilmiş və həmin müqavilənin şərtlərinə atası X22 tərəfindən tam əməl olunmuşdur. 17 yanvar 2003-cü il tarixdə atası X22 ilə X8 sədri X7 arasında 54 nömrəli Torpaq icarəsi müqaviləsi bağlanaraq, heyvandarlığın inkişafı üçün 15 il müddətinə - 2018-ci ilədək 6 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin yerquruluşu planı tərtib edilərək, təsdiq edilmişdir. Bu müqavilənin də şərtlərinə əməl olunmuş, hətta əvvəlki müqavilədə göstərilən 4 ha torpaq sahəsinin yanında olan, vaxtı ilə kollektor kimi qazılaraq yararsız hala salınmış 2 ha torpaq sahəsi də atası X18 verilərək, 6 ha torpaq sahəsinin olması müəyyən edilmişdir. Atası sonrakı 2 ha sahəsini yararlı hala salaraq, ümumilikdə 6 ha torpaq sahəsindən istifadə etmişdir. Bundan sonra Səmədabad kənd bələdiyyəsi 01 may 2007-ci il tarixdə atası X22 ilə təkrar müqavilə bağlayaraq, həmin 6 ha torpaq sahəsini kənd təsərüfatı məhsulunun istehsalı üçün 11 il müddətinə, yəni 01 may 2018-ci ilədək icarəyə vermiş, yenə də atası X22 icarə şərtlərinə tam əməl etmişdir. Həmin torpaq sahəsi Torpaq Komitəsindən alınıb Bələdiyyəyə verilmiş və 03 iyul 2014-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən ******* saylı çıxarış alınmışdır. Həmin torpaq sahəsi atası X14 icarəsində olduğu dövrdə, yəni 05 sentyabr 2014-cü il tarixdə o, keçirilmiş torpaq müsabiqəsinin qalibi olmuş və həmin tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Biləsuvar Rayon Torpaq hərrac və müsabiqə komissiyasının 128 nömrəli protokolu vardır. Protokol səlahiyyətli Dövlət orqanları tərəfindən imzalanmış, təsdiq olunmuş və ona Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 08 sentyabr 2014-cü il tarixli 63 nömrə ilə qeydə alınmaqla 15 il müddətinə Şəhadətnamə verilmişdir. 15 sentyabr 2014-cü il tarixdə Səmədabad bələdiyyəsi onunla 2 nömrəli icarə müqaviləsi bağlayaraq, həmin torpaq sahəsini 33 il müddətinə, 15 sentyabr 2014-cü ildən 15 sentyabr 2047-ci ilədək ona vermiş və həmin müqavilə notariat qaydasında təsdiq olunmuşdur. Torpaq Komitəsindən həmin torpaq sahəsi üçün rəsmi qaydada təsdiq olunmuş **********0011 saylı Torpaq sahəsinin planı və ölçüsünü almışdır. Ümumiyyətlə, həmin torpaq sahəsinə atası X22 və özü aqrotexniki qaydada qulluq etmişlər. 6 ha torpaq sahəsinin sərhədləri boyunca qovaq, tut, çinar, iydə, söyüd ağaclarını əkib və orada tarlaqoruyucu zolaq salmışlar. 1999-cu ildə əkdikləri ağacların hündürlüyü 5-10 metrdən də çoxdur. 21 ildən artıq müddətdir ki, həmin torpaqdan istifadə edirlər. Bu yaxınlarda orada qazıntı işləri aparılaraq, ağacların 35 ədədinin kökləri kəsilmiş, 1 qovaq ağacı isə kök və gövdəsindən yıxılmışdır. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional ETS İdarəsinə məlumat vermiş və nazirlikdən gələn nümayəndələr tərəfindən sahəyə baxış keçirilmiş, çəkiliş aparılmış, göstərdiyi faktlar təsdiq olunmuş, 6 ha yonca sahəsinin 4 hektarını şumlayaraq, məhv etmiş Rəşid Həsənov barəsində akt və protokol tərtib edilmiş, inzibati qaydada cərimə tətbiq olunmuşdur. Hazırda yonca sahəsinin 2 hektarı susuzluqdan yanıb məhv olmuşdur. Göründüyü kimi, Bələdiyyə sədri həm Ekologiyaya ziyan vuraraq 20 illik ağacları kəsdirmiş, ona da ziyan vuraraq, 4 ha yonca sahəsini şumlamış, 2 ha hissəni isə susuzluqdan yandırmışdır. Bələdiyyə sədri bunu onunla izah etmişdir ki, guya onunla bağlanan müqaviləni 17 iyun 2017-ci il tarixli qərarı ilə ləğv etmiş, onun 6 ha torpaq sahəsi də daxil olmaqla, ətrafdakı sahələri də birləşdirərək, 72.73 ha sahəni Cavabdeh3 MMC-yə 50 illiyə icarəyə vermiş və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 8 saylı Ərazi İdarəsindən 21 may 2018-ci il tarixli ******* nömrəli Çıxarış almışdır. Halbuki, 2017, 2018, 2019 və 2020-ci ilin əvvəllərinə qədər o, öz yerini becərmiş, qulluq etmiş, məhsul götürmüş, icarə haqqı vermişdir. Torpaq sahəsinin icarə müqaviləsinin bitməsinə hələ 30 il qaldığı təqdirdə, torpağının onun xəbəri və razılığı olmadan başqasına verilməsini qanunsuz hesab edir. Bələdiyyə sədri vəzifə səlahiyyətlərini aşaraq vəzifəsindən sui-istifadə edərək, onun torpaq sahəsini Cavabdeh3 MMC-yə satmışdır. Hazırda o, öz qanuni torpaq sahəsinə gedə bilmir, çünki həmin sahə saxtakarlıq edilərək, başqasına verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etmiş, müraciəti araşdırılmış və qanunsuzluğa yol verilmə halları müəyyən edilmişdir. Müəyyən olunmuşdur ki, ona verilmiş 6 ha torpaq sahəsinin planı və ölçüsü ilə "xxxx" MMC-nin adına qeydə alınmış 72.73 ha torpaq sahəsi ilə üst-üstə düşür. Bundan əlavə, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunan ziddiyyətlərə görə, torpaq sahəsinin dövlət qeydiyyatına alınması göstərilən Qanunun 15-ci maddəsinə əsasən mümkün deyildir. "xxxx" MMC rəhbərliyi isə torpaq sahəsini ələ keçirməklə, onun hüquqlarını kobud şəkildə pozmuşdur. O, Qarabağ müharibəsi veteranıdır və himayəsində 5 nəfər ailə üzvü vardır. Uşaqları 2, 11, 15 və 16 yaşın içindədir, ailədə yeganə qazanc gətirən özüdür və bütün dolanışıqları məhz elə həmin 6 ha torpaq sahəsi ilə bağlıdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 MMC cavabdehlər İddiaçı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi və Biləsuvar rayon Səmədabad kənd bələdiyyəsinə qarşı “Torpaq hərrac və müsabiqə komissiyasının protokolunun və şəhadətnamənin, torpaq icarə müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsinin planı və ölçüsü sənədinin, çıxarışların ləğv edilməsi” lələbinə dair iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2015-ci il tarixli Fərmanı ilə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Biləsuvar Rayon Torpaq hərrac və müsabiqə komissiyasının torpaq müsabiqəsinin keçirilməsi barədə 05 sentyabr 2014-cü il tarixli 128 saylı iclas protokolunun və bununla bağlı verilmiş 08 sentyabr 2014-cü il tarixli şəhadətnamənin etibarsız hesab edilməsi, Biləsuvar rayon Səmədabad kənd bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 15 sentyabr 2014-cü il tarixli 02 nömrəli Bələdiyyə torpaqlarının icarəsi müqaviləsinin etibarsız hesab edilməsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Biləsuvar rayon torpaq şöbəsi tərəfindən tərtib edilmiş 24 aprel 2014-cü il tarixdə 1243 nömrə ilə uçota alınmış A 498674 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 03 iyul 2014-cü il tarixdə verilmiş RX ******* və RX ******* nomrəli çıxarışların əsassız və qanunsuz olduqlarına görə ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı tələb onunla əsaslandırılmışdır ki, iddaçı tərəfindən məhkəməyə əvvəllər mövcud olmuş və müvafiq qaydada ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Biləsuvar Rayon Torpaq hərrac və müsabiqə komissiyasının torpaq müsabiqəsinin keçirilməsi barədə 05 sentyabr 2014-cü il tarixli 128 saylı iclas protokolu və bununla bağlı verilmiş 08 sentyabr 2014-cü il tarixli şəhadətnamə təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 384s saylı 02 iyun 2017-ci il tarixli sərəncamı ilə mübahisəsi gedən 6 ha torpaq sahəsi daxil olmaqla, Səmədabad bələdiyyəsinin mülkiyyətində olan 1186.8 ha örüş torpaq sahəsinin təyinatı dəyişdirilərək, əkin dövriyyəsinə cəlb olunmuşdur. Məhkəməyə Səmədabad bələdiyyəsi ilə İddiaçı arasında 15 sentyabr 2014-cü il tarixli 02 nömrəli bələdiyyə torpaqlarının icarəsi müqaviləsinin kserosurəti təqdim edilmişdir. Həmin müqavilə tam şəkildə qanunvericiliyin tələblərinə zidd olaraq bağlanmışdır. Belə ki, bu müqavilə qanunvericiliyin tələblərinə müvafiq qaydada qeydiyyatdan keçirilməmişdir. Həmçinin müqavilə 33 il müddətinə bağlandığı qeyd olunmuşdur. Müsabiqənin keçirilməsi haqqında 05 sentyabr 2014-cü il tarixli hərrac şəhadətnaməsində icarə müqaviləsinin 15 il müddətinə bağlanması nəzərdə tutulmuşdur. Mübahisə edilən həmin torpaq sahəsinin təyinatı “örüş” sahəsi olmuş və 02 iyul 2017-ci ildə Nazirlər Kabinetinin sərəncamı ilə təyinatı “əkin” sahəsinə dəyişdirilmişdir. Bələdiyyə torpaqlarının icarəyə verilməsi ilə bağlı bütün hüquqların müvafiq icra orqanında qanunamüvafiq qaydada qeydiyyata alınmasının vacibliyini göstərən qanunvericilik aktlarının tələblərinin mövcud olmasına və həmin tələblərin yerinə yetirilməsinin mütləq olmasına baxmayaraq, mübahisəli torpaq sahəsi üzərində iddiaçının hüquqları qanunamüvafiq qaydada qeydiyyata alınmamışdır. Bu onu göstərir ki, həmin sənədlər qanunsuzdur. Həmçinin, əgər onların təqdim etdiyi bu sənədlər qanunamüvafiq olsaydı, həmin torpağın icarəyə verilməsi barədə ikinci dəfə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzi tərəfindən 05 aprel 2018-ci il tarixdə yenidən müsabiqə keçirilməzdi. Həmin auksion mərkəzi tərəfindən keçirilən müsabiqə qanununvericiliyin tələblərinə əməl olunmaqla keçirilmiş və qanunamüvafiq 12733898 nömrəli 21 may 2018-ci il tarixli çıxarış alınmışdır. Həmin torpaq sahəsi hazırda Cavabdeh3 MMC tərəfindən təyinatına uyğun istifadə edilir. Bu səbəbdən, həmin çıxarışın ləğvi barədə iddiaçının tələbi təmin oluna bilməz. İddia ərizəsinə əlavə edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsü sənədində Səmədabad bələdiyyəsinin 25 fevral 2014-cü il tarixli qərarı ilə icarəyə ayrılan 6 ha torpaq sahəsinin planı göstərilir. Həmin sənədin iddiaçıya heç bir aiddiyəti yoxdur, çünki iddiaçı və bələdiyyə arasında icarə müqaviləsi 15 sentyabr 2014-cü il tarixdə bağlanmışdır. Həmçinin qeyd olunan kadastr sənədi qanunamüvafiq qaydada dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Odur ki, İddiaçı bu tələbi də təmin oluna bilməz və həmin kadastr planı qanunamüvafiq qaydada ləğv edilməlidir. İddiaçı tərəfindən məhkəməyə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 03 iyul 2014-cü il tarixdə verilmiş RX ******* və RX ******* nomrəli çıxarışların saxta olub-olmaması və hansı hüquqi nəticəyə səbəb olubolmamasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəfindən təqdim olunan çıxarışların surətlərinə nəzər yetirildikdə, Səmədabad bələdiyyəsinin mülkiyyətində 6.0 ha torpaq sahəsinin olmasını göstərən ******* nömrəli çıxarışda həmin torpaq sahəsinin “örüş” sahəsi olduğu bildirilir. Eyni tarixli ******* nömrəli çıxarışda isə 6.0 ha torpağın əkin sahəsi olduğu göstərilir ki, təqdim olunan hər iki çıxarış etibarsız hesab edilməlidir. Çünki nəzərdə tutulmuş torpaq sahəsinin təyinatının 02 iyun 2017-ci ildə Nazirlər Kabineti tərəfindən dəyişdirilməsini nəzərə aldıqda, həmin sənədlərin heç bir hüquqi qüvvəsi yoxdur. Həmin sənədlərin İddiaçı iddia predmetinə də heç bir aidiyyəti yoxdur. Mübahisə predmeti olan 6.0 ha torpaq sahəsi Cavabdeh3 MMC tərəfindən qanunamüvafiq şəkildə Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilmiş 05 aprel 2018-cü il tarixli müsabiqənin yekun protokolu əsasında verilmiş 005006 nömrəli şəhadətnamə üzrə daşınmaz Əmlakın Reyestr Xidmətinin RX seriyalı ******* nömrəli reyestrdən çıxarışı əsasında icarəyə götürülmüş və hazırkı vaxta kimi qaydalara və torpağın təyinatına uyğun istifadə edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Biləsuvar Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(022)-12/2021 saylı qətnaməsi (hakim P.Əhmədov) ilə ilk iddia qismən təmin olunaraq, Biləsuvar rayonu Səmədabad kəndi ərazisində yerləşən 72.73 hektar torpaq sahəsinin icarə hüququnun qismən, 6.0 hektar hissədə Cavabdeh3 MMC-nə satılması hissəsində Cavabdeh3 MMC ilə "xxxx" MMC arasında bağlanmış 10 may 2018-ci il tarixli torpaqdan icarə hüququnun alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, Cavabdeh3 MMC və "xxxx" MMC arasında bağlanmış 10 may 2018-ci il tarixli torpaqdan icarə hüququnun alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 MMC-nin icarə hüququna dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qismən, 6.0 hektar hissədə ləğv edilmiş, Cavabdeh3 MMC İddiaçı və Biləsuvar rayonu Səmədabad bələdiyyəsi arasında 33 illik müddətə bağlanan 15 sentyabr 2014-cü il tarixli 2 saylı Bələdiyyə torpaqlarının icarə müqaviləsinə əsasən İddiaçı məxsus olan 6.0 ha torpaq sahəsindən çıxarılmış, ilk iddia qalan hissədə və qarşılıqlı iddia tam şəkildə rədd edilmişdir. Qeyd olunan qətnamə iddiaçı və Cavabdeh3 MMC tərəfindən apellyasiya qaydasında mübahisələndirilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 yanvar 2022-ci il tarixli 2(106)-363/2022 saylı qərardadı (hakimələr M.Həsənov, Z.Allahyarov, O.İsmayılov) ilə apellyasiya şikayəti qismən təmin olunaraq, Biləsuvar Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(022)-12/2021 saylı qətnaməsi ləğv edilmiş və işin məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərardadı iddiaçı və cavabdeh İddiaçı tərəfindən kassasiya qaydasında mübahisələndirilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki, kommersiya və inzibati kollegiyasının hakimlərindən (Ə.Əliyev, B.Qəribov, İ.Hüseynov) ibarət qarışıq tərkibinin 15 mart 2022-ci il tarixli 2(102)-2311/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin olunaraq, Şirvan Apellyasiya Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli qərardadı qismən, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə, Biləsuvar rayon Səmədabad bələdiyyəsinə və Cavabdeh3 MMC-yə qarşı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh3 MMC-yə verilmiş 72.73 hektar torpaq sahəsinə dair 21 may 2018-ci il tarixli, seriya RX ******* nömrəli çıxarışın ləğv edilməsi və Aərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzinin 15 saylı Cəlilabad ərazi torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqəsinin nəticələri barədə 05 aprel 2018-ci il tarixli 135 nömrəli iclas protokolunun ləğv edilməsi barədə ilk, Cavabdeh3 MMC-nin İddiaçı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə və Biləsuvar rayon Səmədabad bələdiyyəsinə qarşı, Dövlət Torpaq və Xəritçəkmə Komitəsinin Biləsuvar rayon Torpaq Hərrac və Müsabiqə komissiyasının torpaq müsabiqəsinin keçirilməsi barədə 05 sentyabr 2014-cü il tarixli 128 nömrəli iclas protokolunun və bununla bağlı verilmiş 08 sentyabr 2014-cü il tarixli şəhadətnamənin etibarsız hesab edilməsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Biləsuvar rayon torpaq şöbəsi tərəfindən tərtib edilmiş 24 aprel 2014-cü il tarixdə 1243 nömrə ilə uçota alınmış A 498674 nömrəli torpaq sahəsinin planı və ölçüsünün, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 03 iyul 2014-cü il tarixdə verilmiş RX ******* və RX ******* nömrəli çıxarışların ləğv edilməsi barədə qarşılıqlı iddia tələblərinə məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsində baxılmalı olması hissələrində ləğv edilmiş, həmin hissələrdə iş üzrə icraata xitam verilmiş, qərardad qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Mübahisə Ali Məhkəmənin yuxarıda qeyd olunan qərarındakı hissələrdə mahiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsində araşdırılarkən ilk iddia üzrə İddiaçı “iddianın dəyişdirilməsi barədə” ərizə ilə müraciət edərək, Cavabdeh3 MMC-nin 6.0 hektar torpaq sahəsindən çıxarılması və Cavabdeh3 MMC-nin topraqdan istifadəyə dair yaratdığı manelərin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Şirvan Kommersiya Məhkəməsinin 15 mart 2023-cü il tarixli 2-2(121)-14/2023 saylı qətnaməsi ilə ilk iddia təmin olunaraq, Cavabdeh3 MMC-nin İddiaçı ilə Biləsuvar rayonu Səmədabad bələdiyyəsi arasında bağlanılmış 15 sentyabr 2014-cü il tarixli 02 saylı icarə müqaviləsinə əsasən İddiaçı istifadəsində olan 6.0 ha torpaq sahəsindən çıxarılması, Cavabdeh3 MMC-nin İddiaçı 6.0 ha torpaqdan istifadəyə yaratdığı maneələrin aradan qaldırılması, qarşılıqlı iddianın təmin olunmaması qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, Cavabdeh3 MMC öz qanunsuz hərəkətləri ilə iddiaçının icarə (istifadə) hüquqlarına qəsd etmiş və iddiaçının icarəyə götürdüyü torpaq sahəsindən sərbəst istifadə etməsinə maneələr yaratmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı və Cavabdeh3 MMC-nin vəkili və eyni zamanda nümayəndəsi Nümayəndə1 Şıxsafa oğlu apellyasiya şikayəti verərək ləğv olunmasını, ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti qarşılıqlı iddianın yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, ilk iddia üzrə iddiaçı 14 mart 2023-cü il tarixdə və 15 mart 2023-cü il tarixdə (qətnamənin qəbul olunduğu məhkəmə iclasında) iddianın dəyşdiirlməsi barədə müxtəlif ərizələrlə məhkəməyə müraciət etmişdir. Birinci ərizə iddiaçı tərəfindən əvvəl verilmiş iddia tələbi ilə eyni məzmunlu olmuş, 15 mart 2023-cü il tarixdə (elektron məhkəmə kabinetinə məhkəmə qətnaməsindən sonra salınmışdır) təqdim edilmiş iddia ərizəsində iddianın predmeti dəyişdirilmiş və Cavabdeh3 MMC-nin 6.0 ha torpaq sahəsindən çıxarılması və Cavabdeh3 MMC-nin onun torpaqdan istifadəsinə dair yaratdığı maneələrin aradan qaldırılması tələbi qoyulmuşdur. Məhkəmə isə Azərbaycan Respublikasının MPM-in 149-156-cı maddələrinin tələblərinə əməl etmədən həmin ərizəni dərhal icraata qəbul edərək, ilkin iddia üzrə cavabdehin və iş üzrə digər cavabdehlərin müdafiə hüququnun həyata keçirilməsinə imkan yaratmayaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7934 nömrəli ekspertiza rəyindən də görünür ki, İddiaçı iddiasını etdiyi 6.0 ha torpaq sahəsinin təyinatı Nazirlər Kabinetinin qərarına əsasən dəyişdirilərək əkin sahəsinə çevrilmişdir. Həmin ərazi Səmədabad bələdiyyətinin mülkiyyətindədir və bağlanmış icarə müqaviləsinə əsasən Cavabdeh3 MMC-nin faktiki istifadədsindədir. Eyni zamanda həmin ərazi Cavabdeh3 MMC-nin icarəsində olan 72.73 ha torpaq sahəsinin hüdudları daxilindədir. Torpaqğın icarəsi ilə bağlı Cavabdeh3 MMC -nin adına verilmiş "çıxarış" inzibati orqanın qərarı hesab edilir. Həmin qərarın mövcudluğu barədə iddiaçının elə qərar verildiyi vaxtdan məlumatı olmuşdur. İPM-in tələblərinə əsasən inzibati orqanın qərarından bir ay müddətinə şikayət verilə bilər. İddiaçı tərəfindən isə həmin müddət dəfələrlə üzürsüz səbəbdən buraxılmışdır. Ən əsası da odur ki, qətnamə qəbul edən məhkəmə bu işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)- 2311/2022 nömrəli qərraının mahiyyətinə fikir verməmiş və ya həmin qərarı başa düşməmişdir. Belə ki, Ali Məhkəmə həmin qərarla Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadını qismən ləğv edərək, İddiaçı iş üzrə cavabdehlərə qarşı Dövlət Resyestri tərəfindən Cavabdeh3 MMC-yə verilmiş 72.73 ha torpaq sahəsinə dair xx.xx.2018-ci il tarixli, seriya RX ******* nömrəli çıxarışın ləğv edilməsi və Hərəacın təşkili üzrə Auksion Mərkəzinin 15 saylı Cəlilabad Ərazi torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqəsinin nəticələri barədə xx.xx.2018-ci il tarixli, 135 nömrəli iclas protokolunun ləğv edilməsi barədə ilk, Cavabdeh3 MMC-nin Ənvər Yolçuyevə və digərlərinə qarşı Torpaq Hərrac və Müsabiqə komissiyasının torpaq müsabiqəsinin keçirilməsi barədə xx.xx.2014-cü il tarixli, 128 nömrəli iclas protokolunun və bununla bağlı verilmiş xx.xx.2014-cü il tarixli şəhadətnamənin etibarsız hesab edilməsi, Torpaq və Xəritəçəkmə Komitəsinin Biləsuvar rayon torpaq sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixdə 1243 nömrə ilə uçota alınmış A 498674 nömrəli sahənin planı və ölçüsünün, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixdə verilmiş RX ******* və RX ******* nömrəli çıxarışların ləğv edilmssi barədə qarşılıqlı iddia tələblərinə məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsində baxılmalı olması hissəsində ləğv etmiş və bu hissədə icraata xitam vermişdir. Lakin Ali Məhkəmənin bu qərarında Biləsuvar rayon Səmədabad Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 02 nömrəli Bələdiyyə torpaqlarının icarəsi müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbi barədə fikir bildirməmiş və qarşılıqlı iddianın bu hissədə Şirvan Kommersiya Məhkəməsində baxılması barədə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılşmışdır. Belə olan halda qarşılıqlı iddianın göstərilən bu hissəsinə Şirvan Kommersiya Məhkəməsində baxılmalı və qanuni qərar qəbul edilməli idi. Lakin məhkəmə qarşılıqlı iddianın bu hissəsini heç araşdırma aparmadan və heç bir hüquqi əsas götirmədən rədd etmişdir. Birinci instansiya məhkəməsi maddi hüquq normaları olaraq Mülki Məcəllənin 139-1.1.2, 153.3-cü, Torpaq Məcəlləsinin 51, 66, 67, 68, “Torpaq bazarı haqqında” Qanunun 19 və 21-ci maddələrinin, prosessual hüquq norması olaraq Mülki Prosessual Məcəllənin 149-cu maddəsinin pozuntusuna yol vermişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı və cavabdeh İddiaçı apellyasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim edərək təmin olunmamasını xahiş etmişdir. Etirazda işin yuxarıda sadalanan hallarına istinad olunmuş, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya şikayəti əsasızdır. İşdə olan sənədlərdəen görünür ki, mübahisənin predmeti olan 6 ha. torpaq sahəsi artıq 25 ilə yaxındır ki, aləsinin, yəni əvvəl atasının, sonra isə onun icarəsindədir. Beləki, həmin torpaq sahəsi Biləsuvar rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 1883 saylı sərəncamı ilə bağlanmış torpaq icarə müqaviləsi əsasında atası X18 50 il müddətinə icarəyə verilmişdi. Bələdiyyələr yarandıqdan sonra həmin torpaq sahəsi Səmədabad bələdiyyəsinin mülkiyyətinə verildiyindən, bələdiyyə ilə atası arasında 17 yanvar 2003-cü ildə 54 saylı torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi haqda müqavilə bağlanmışdır. Daha sonra isə həmin torpaq sahəsi müsabiqəyə çıxarılmış və Dövlət Torpaq və Xəritçəkmə Komitəsinin Biləsuvar rayon Torpaq hərrac və müsabiqə komissiyasının xx.xx.2014-cü il tarixli torpaq hərrac müsabiqəsinin nəticələri barədə protokoluna əsasən müsabiqənin qalibi olmuşdur. Bundan sonra bələdiyyə ilə 6 ha torpaq sahəsinin 33 il müddətinə icarəyə verilməsi haqda xx.xx.2014-cü il tarixli müqavilə bağlanmışdır. Səmədabad bələdiyyəsi ilə bağlanmış xx.xx.2014-cü il tarixli torpaq icarə müqaviləsi icarəyəverən tərəfindən ləğv edilməmişdir və hazırda qüvvədədir. İcarəsində olan torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritçəkmə Komitəsinin Biləsuvar rayon şöbəsi tərəfindən kadastr verilmişdir. Lakin qarşılıqlı iddia ərizəsindən və eləcədə apellyasiya şikayətindən görünür ki, Cavabdeh3 MMC əvvəllər mövcud olmuş Dövlət Torpaq və Xəritçəkmə Komitəsini və onun şöbələri tərəfindən verilmiş hüquqmüəyyənedici sənədləri qəbul etmir və ancaq çıxarışları hüquqi sənəd kimi qəbul edir. Bütün sübutlar təsdiq edir ki, mübahisəli 6 ha torpaq sahəsi üzərində icarə hüququ qanunidir. Lakin torpaq sahəsi onun icarəsində olduğu bir halda, sonradan cavabdehin 2018-ci ildə bağlamış olduğu torpaq icarə müqaviləsi üzrə icarəsinə verilmiş 72.76 ha torpaq sahəsi ilə üst-üstə düşməsi, həmin müqavilənin qanuni əsaslarla bağlanmasına əsaslı şübhələr yaradır. Digər məsələ ondan ibarətdir ki, cavabdeh tərəf torpaq icarəsi müqaviləsi bağladıqdan sonra həmin ərazinin koordinatları müəyyən edilərkən oraya gəlmiş, mütəxəsislər məgər görmədilər ki, ərazidə yaşı 20-yə çatan müxtəlif növ ağaclar, təsərrüfat tikililəri vardır. Tərəfindən onlara torpaq sahəsinin icarəsində olmasına dair sənədlər təqdim edilmişdir. Lakin bütün bunlar nəzərə alınmamışdır. Qarşılıqlı iddiaçı bələdiyyə ilə onun arasında bağlanmış icarə müqaviləsinin ləğvini tələb edir. Bu tamamilə əsassızdır. Beləki, torpaq sahəsi bələdiyyə mülkiyyətidir, cavabdeh də onun kimi sonradan icarədardır. Bir icarədar digərinin müqaviləsinin ləğvini tələb edə bilməz. Torpaq icarə müqaviləsinə xitam verilməsinin, vaxtından əvvəl ləğv edilməsinin əsası kimi ardıcıl olaraq icarə haqqının ödənilməməsi çıxış edir. Hazırki vaxta onun torpaq icarəsi müqaviləsinə əsasən borcu yoxdur. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçı və cavabdeh "xxxx" MMC-nin vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə1 Şıxsafa oğlu apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etd. Məhkəmədə iddiaçı və cavabdeh İddiaçı, vəkili Nümayəndə2 apellyasiya şikayətinin əsassız olduğunu bildirib, ilk iddia ərizəsinin və apellyasiya şikayətinə qarşı təqdim edilmiş yazılı etirazın yuxarıda şərh olunan məzmunları ilə oxşar məzmunda izahatlar verərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əlavə olaraq bildirdilər ki, iddiaları təmin olunduğundan, mübahisəli torpaq sahəsi barədə hərrac müsabiqə komissiyasının "xxxx" MMC-nin hərracın qalibi elan edilməsinə dair protokolunun, şəhadətnamənin, icarə müqaviləsinin, dövlət reyestrində aparılmış qeydiyyatın, sonrakı dövrdə isə hüqunqların alqı-satqısının və Cavabdeh3 MMC-nin adına aparılmış sonrakı qeydiyyatın mübahisələndirilməsinə lüzum görmürlər. Məhkəmədə qarşılıqlı iddia üzrə cavabdeh Biləsuvar rayon Səmədabad kənd bələdiyyəsinin sədri X1 Ənvər Yolçu oğlu ilə bağlanmış torpaq icarəsi müqaviləsinin ləğv olunmadığını bildirib apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmədə qarşılıqlı iddia üzrə digər cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsi X4 apellyasiya şikayətinə münasibət bildirməyi məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmədə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş X22 apellyasiya şitkayətinin əsassız olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı və Cavabdeh3 MMC apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, ilk iddianın rədd, qarşılıqlı iddiasının isə təmin olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görədə məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin və üçüncü şəxsin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçı və Cavabdeh3 MMC-nin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan mübahisə predmetinə aid torpaq sahəsinə aid sənədlərdən aşağıdakılar müəyyən olunur : İşdə olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Biləsuvar rayon şöbəsinin 24 fevral 2014-cü il tarixli 715 saylı rəyindən görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Biləsuvar rayon şöbəsi Biləsuvar rayonu Səmədabad bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən otlaq məqsədi ilə icarəyə verilməsi nəzərdə tutulan 6 hektar torpaq sahəsinin müsabiqəyə çıxarılmasına etiraz edilməmiş və həmin torpaq sahəsi üzrə müvafiq sənədləşmə aparılması məqsədəuyğun hesab edilmişdir; Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 24 aprel 2014-cü il tarixdə 1249 nömrə ilə qeydə alınmış A N 498674 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinədən görünür ki, həmin sənəd Səmədabad bələdiyyəsinin 25 fevral 2014-cü il tarixli 02 saylı qərarı ilə heyvandarlıq məqsədilə icarəyə ayrılan 6 hektar torpaq sahəsi barədə tərtib edilmişdir; Biləsuvar rayonu Səmədabad bələdiyyə üzvlərinin yığıncağına dair 05 iyul 2014-cü il tarixli 08 saylı protokoldan görünür ki, Səmədabad bələdiyyəsinin icarə predmeti olan 6 hektar kənd təsərrüfatı təyinatlı torpaqlardan örüş otlaq sahəsi kimi icarəyə verilməsi məqsədilə açıq hərrac və müsabiqə keçirilməsi üçün Səmədabad bələdiyyəsi ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Biləsuvar rayon Torpaq hərrac və müsabiqə komissiyası arasında müqavilə bağlanmışdır; Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Biləsuvar rayon Torpaq hərrac və müsabiqə Komissiyasının torpaq hərrac və ya müsabiqənin nəticələri barədə 05 sentyabr 2014-cü il tarixli 128 saylı protokolundan görünür ki, komissiya tərəfindən Biləsuvar rayonu ərazisində yerləşən Səmədabad bələdiyyəsinin mülkiyyətinə aid olan 6 hektar torpaq sahəsinin icarəyə verilməsi məqsədilə xx.xx.2014-cü il tarixdə keçirilən müsabiqədə iştirak edən 3 nəfər şəxsin, İddiaçı, X11 və X2 iştirakları ilə keçirilən müsabiqədə İddiaçı keçirilmiş müsabiqənin qalibi hesab olunmuşdur; Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş ********* saylı şəhadətnamədən görünür ki, İddiaçı Biləsuvar rayonu ərazisində yerləşən Səmədabad bələdiyyəsinin mülkiyyətində olan 6 hektar torpaq sahəsinin mülkiyyətə verilməsi və ya icarə qaydasında əldə edilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Biləsuvar rayon Torpaq hərrac və müsabiqə Komissiyası tərəfindən xx.xx.2014-cü il tarixdə keçirilmiş müsabiqənin qalibi hesab olunmuşdur; Biləsuvar rayonu Səmədabad kənb bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 02 saylı Bələdiyyə torpaqlarının icarəsi müqaviləsindən görünür ki, İddiaçı 6 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 15 sentyabr 2047-ci il tarixə kimi icarəyə verilmişdir; Biləsuvar rayonu Səmədabad kənb bələdiyyəsinin 17 iyun 2017-ci il tarixli 10 saylı iclasının prokolundan görünür ki, gündəlikdə duran məsələ Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 384s saylı sərəncamı ilə Səmədabad bələdiyyəsinin örüş sahəsindən əkin sahəsinə təyinatı dəyişdirilmiş 1186.08 ha torpaq sahəsinin ilkin qeydiyyata alınması ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestrinə müraciət edilməsi məsələsinin müzakirəsi olmuş və bələdiyyə üzvləri tərəfindən belə müraciətin edilməsi qərarı qəbul edilmişdir, Biləsuvar rayonu Səmədabad kənb bələdiyyəsinin 28 oktyabr 2017-ci il tarixli 19 saylı iclas prokolunun qərarından çıxarışdan görünür ki, bələdiyyə üzvləri bələdiyyənin icarə predmeti olan 72.73 ha, 1024.84 ha torpaq sahələrini əkinçilik məqsədilə icarəyə verilməsi üçün hərrac keçirilməsi barədə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması prosedurunun başa çatdığını nəzərə alaraq, keçiriləcək hərracda icarə haqqının ilkin qiymətinin Dövlət Reyestr Xidmətində ******* qeydiyyatı ilə 72.73 ha torpaq sahəsi üçün 3637 manat, ******* qeydiyyatlı 1024.84 ha torpaq sahəsi üçün 51242 manat, icarə müddətinin isə hər iki torpaq sahəsi üçün 49 il müəyyən edilməsini qərara almışlar; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə hərraca çıxarılmış 72.73 ha torpaq sahəsinə dair verilmiş arayışa əsasən, arayış verilən tarixə olan məlumata əsasən torpaq sahəsi üzərində yüklülük qeydə alınmamışdır; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2018-ci il tarixli 181 saylı sərəncamından görünür ki, Azərbaycan Respublikası Prezidentinin 06 dekabr 2016-cı il tarixli, 1138 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalının və emalına dair X24” nə uyğun olaraq, kənd təsərrüfatı məhsullarının istehsalının və ixrac potensialının artırılması məqsədi ilə mütərəqqi irriqasiya sistemləri və suvarma şəbəkəsi yaradılmaqla, qabaqcıl aqrotexniki tədbirlər həyata keçirilməklə, pambıqçılıq, taxılçılıq və digər bitkiçilik sahələrinin inkişafı ilə əlaqədar təqdim edilmiş yerquruluşu planına əsasən, Biləsuvar rayonu Səmədabad bələdiyyəsinin mülkiyyətində olan ehtiyyat fondu torpaqlarından 582 hektar sahənin (örüş) əkin dövriyyəsinə cəlb edilməsi üçün kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına keçirilməsi barədə həmin bələdiyyənin vəsaiti və Biləsuvar rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müsbət rəyləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin əsaslandırılmış təklifi qəbul edilmiş, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Biləsuvar rayon İcra Hakimiyyətinə və Səmədabad Bələdiyyəsinə bu sərəncamdan irəli gələn məsələlərin həll edilməsi tapşırılmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 15 saylı Cəlilabad ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqə və hərracının nəticələri barədə 05 aprel 2018-ci il tarixli 135 saylı protokolundan görünür ki, komissiya tərəfindən Biləsuvar rayonu ərazisində yerləşən Səmədabad bələdiyyəsinin mülkiyyətinə aid olan 72.73 hektar torpaq sahəsinin icarəyə verilməsi məqsədilə xx.xx.2018-ci il tarixdə keçirilən müsabiqədə iştirak edən 3 nəfər şəxsin, X19, X15 və "xxxx" MMC-nin nümayəndəsi X12 iştirakları ilə keçirilən müsabiqədə "xxxx" MMC keçirilmiş müsabiqənin qalibi hesab olunmuşdur; Biləsuvar rayonu Səmədabad kənb bələdiyyəsinin 06 aprel 2018-ci il tarixli 04 saylı iclas prokolunun qərarından görünür ki, gündəlikdə duran məsələ 05 aprel 2018-ci ildə Əmlak Məsələləri Dövlət Komitəsinin 15 saylı Cəlilabad ərazi şöbəsində keçirilən torpaq müsabiqəsi zamanı qalib gəlmiş hüquqi şəxslərlə icarə müqaviləsinin bağlanması məsələsinin müzakirəsi təşkil etmişdir. Müzakirənin nəticəsi olaraq bələdiyyə üzvləri bələdiyyənin icarə predmeti olan kənd təsərrüfatı təyinatlı torpaqlarından 1097.57 (72.73+1024.84) ha torpaq sahəsinə görə illik icarə haqqı 24683 (1636+23047) manat olmaqla "xxxx" MMC ilə icarə müqaviləsi bağlanmasını qərara almışlar; Satıcı "xxxx" MMC ilə alıcı "xxxx" MMC arasında 10 may 2018-ci il tarixdə bağlanaraq notariat qaydada təsdiq olunmuş "Torpaqdan icarə hüququnun alqı-satqı" müqaviləsinə əsasən, satıcı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 12 aprel 2018-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən icarə hüququ əsasında ona məxsus olmaqla Biləuvar rayonu Səmədabad kəndi ərazisində yerləşən 72.73 ha torpaq sahəsinin icarə hüququnu alıcıya 4000 manata satmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 21 may 2018-ci il tarixdə verilmiş **********09 reyestr, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Biləsuvar rayonu Səmədabad bələdiyyəsinə məxsus olmaqla Səmədabad kənd ərazisində yerləşən 72.73 ha ehtiyat fondu torpaqları (əkin) təyinatlı torpaq sahəsi üzərində "xxxx" MMC-nin 10 may 2018-ci ildən 05 aprel 2067-ci ilədək icarə hüququ Dövlət qeydiyyatına alınmışdır; Birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2021-ci il tarixli 10/227 saylı rəyinə əsasən, mülki işdə olan 15 sentyabr 2014-cü il tarixli 02 saylı bələdiyyə torpaqlarının icarə müqaviləsinə əsasən İddiaçı istifadəsinə verilmiş, lakin iddiaçının adına dövlət qeydiyyatına alınmamış 6.0 ha örüş təyinatlı bələdiyyə torpaq sahəsi "xxxx" MMC-yə **********09 reyestr nömrəli Çıxarışın Torpaq sahəsinin planı və ölçüsünə görə icarəyə verilmiş 72.73 ha əkin təyinatlı bələdiyyə torpaq sahəsinin hüdudları daxilində yerləşir. İcarə müqaviləsinə əsasən İddiaçı istifadəsinə verilmiş, lakin iddiaçının adına dövlət qeydiyyatına alınmamış 6.0 ha örüş təyinatlı bələdiyyə torpaq sahəsi ilə Cavabdeh3 MMC-nin icarəsində olan **********09 reyestr nömrəli torpaq sahəsi cənub-şərq istiqamətində üst-üstə düşür; Birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2023-cü il tarixli 10/7934 saylı rəyinə əsasən, Biləsuvar rayon Səmədabad bələdiyyəsi ilə İddiaçı arasında bağlanılmış xx.xx.2014-cü il tarixli icarə müqaviləsinə, Torpaq sahəsinin planı və ölçüsünün baza məlumatına əsasən Səmədabad bələdiyyəsinin adına qeydiyyat tarixi xx.xx.2014-cü il olan **********98 reyestr nömrəli Çıxarışla rəsmiləşdirilmiş 6.0 ha örüş təyinatlı torpaq sahəsinin sənəd üzrə və İddiaçı iddia etdiyi, mübahisələndirilən ərazi kimi plana alınmış 6.46 hektaradək (çəpər daxilində) torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Biləsuvar rayon Səmədabad bələdiyyəsi ilə İddiaçı arasında bağlanılmış xx.xx.2014-cü il tarixli icarə müqaviləsi ilə İddiaçı istifadəsinə ayrılmış torpaq sahəsinin ayrıldığı zaman kateqoriyası-kənd təsərrüfatı, məqsədli təyinatı-örüş, hüquqi rejimi-heyvandarlığın inkişaf etdirilməsi, hüquqi statusubələdiyyə mülkiyyəti olduğu, həmin 6.0 ha torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatlarına görə hazırkı kateqoriyası-kənd təsərrüfatı, məqsədli təyinatı - əkin, hüquqi rejimi-kənd təsərrüfatı məhsu larinin istehsalı, hüquqi statusu bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olduğu müəyyən edilmişdir. İddiaçı iddia etdiyi, mübahisələndirilən ərazi kimi plana alınmış 6.46 hektaradək torpaq sahəsinin naturada yeri ilə sənəd üzrə yerinin üstüstə düşdüyü müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********07 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatlarına görə Biləsuvar rayon Səmədabad bələdiyyəsi ilə İddiaçı arasında bağlanılmış xx.xx.2014-cü il tarixli icarə müqaviləsinə əsasən İddiaçı istifadəsində olmuş kimi iddia olunan 6.0 hektar örüş təyinatlı torpaq sahəsi Biləsuvar rayon Səmədabad bələdiyyəsinin balansında olan, bələdiyyə mülkiyyətinə aid əkin təyinatlı kənd təsərrüfatı torpaq sahəsi olduğu və hal-hazırda **********09 reyestr nömrəli Çıxarışa görə Cavabdeh3 MMC-nin icarəsinə verilmiş ərazinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir.Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi-şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********07 saylı mütəxəssis rəyinə əsasən, Səmədabad kəndi ərazisində **********09 reyestr nömrəli Çıxarışla icarə əsasında “Astara Çay" MMC-nin faktiki istifadəsinə verilmiş kateqoriyas kənd təsərrüfatı, məqsədli təyihatı-əkin, hüquqi rejimi-kənd təsərrüfatı məhsullarının istehsalı, hüquqi statusu isə bələdiyyə mülkiyyətinə aid olan 72.73 ha torpaq sahəsinin sənəd üzrə və naturada faktiki istifadə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Naturada faktiki istifadə kimi plana alınmış torpaq sahəsinin **********09 reyestr nömrəli Çıxarışla "xxxx" MMC-nin icarəsinə verilmiş 72.73 ha torpaq sahəsinin hüdudları daxilində (üst-üstə düşmə) yerləşdiyi müəyyən olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi-şəxsi 8 saylı Cəlilabad Ərazi idarəsinin xx.xx.2022-ci il tarixli **********07 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatlarına görə **********09 reyestr nömrəli Çıxarışla "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilmiş 72.73 ha torpaq sahəsi Biləsuvar rayon Səmədabad bələdiyyəsinin balansında olan, bələdiyyə mülkiyyətinə aid əkin təyinatlı kənd təsərrüfatı torpaq sahəsidir. Halhazırda **********09 reyestr nömrəli Çıxarışa görə “Astara Çay" MMC-nin icarə əsasında faktiki istifadəsində olduğu müəyyən edildi; Biləsuvar rayonu Səmədabad bələdiyyəsinin 24 iyun 2020-ci il tarixli 59 saylı arayışına əsasən, Biləsuvar rayonu Səmədabad bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 15 sentyabr 2014-cü il tarixli 02 saylı icarə müqaviləsi hal-hazırda qüvvədədir. Həmin müqaviləyə əsasən İddiaçı verilmiş 6 ha bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin icarə haqqını İddiaçı hər il mütəmadi olaraq bələdiyyənin hesabına ödəmişdir. Səmədabad bələdiyyəsi həmin torpaq sahəsinin müharibə veteranı olan İddiaçı istifadəsində qalmasına etiraz etmir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ; 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir, 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir, 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, 80-ci maddəsinə əsasənməhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən : 6.2-ci maddə - fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.1. və 14.2.1.-ci maddələr - mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 238.1-ci maddə - daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir; 241.1-ci maddə - torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər; 241.2-ci maddə - Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir; 700.1-ci maddə - icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddə - icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər; 706.1-ci maddə - torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər; 706.2-ci maddə - torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Torpaq Məcəlləsinə əsasən : 51-ci maddə 1-ci hissə - torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir; 51-ci maddə 2-ci hissə - icarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir; 51-ci maddə 6-cı hissə - Dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinəqanunvericiliklə müəyyən edilmiş qaydadaicarə əsasında verilir; 55-ci maddə - hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında yaranır; 56-cı maddə 3-cü hissə - bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçünicarəyə verilə bilər; 56-cı maddə 4-cü hissə - bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə, bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə üstünlük verilir; 56-cı maddə 5-ci hissə - bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir; 56-cı maddə 6-cı hissə -bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı(müqavilə)ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı(müqavilə)ilə verilir; 66-cı maddə 2-ci hissə - torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir; 67-ci maddə 1-ci hissə - torpaq üzərində hüquqların(müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla)dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 67-ci maddə 3-cü hissə - Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir; 67-ci maddə 4-cü hissə - torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. "Torpaq İcarəsi haqqında" Qanunun preambulasında qeyd olunur ki, bu Qanun Azərbaycan Respublikasında dövlət, bələdiyyəvəxüsusi mülkiyyətdəolan torpaqların icarəyəverilməsinin vəicarəmünasibətlərinin hüquqiəsaslarınımüəyyən edir. Həmin Qanunun 31-ci maddəsinə əsasən torpaqların icarəyəverilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtındanəvvəl ləğv edilməsi vəxitamıiləəlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinəuyğun olaraq məhkəməqaydasında həll olunur. "Torpaq bazarı haqqında" Qanunun 6-cı maddəsi torpaq əqdlərinin və torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının dövlət qeydiyyatının məcburiliyini torpaq bazarının təşkili sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Həmin Qanunun 9-cu maddəsinə əsasən bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə, bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə üstünlük verilir. Həmin Qanunun 19-cu maddəsinə əsasən torpaq üzərində bütün hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Dövlət qeydiyyatından keçməmiş torpaq üzərindəki hüquqların müdafiəsinə və toxunulmazlığına təminat verilmir. İşin müəyyən olunan faktiki hallarına əsasən mübahisəli torpaq sahəsi əvvəl 4 ha ölçüdə Biləsuvar Rayon İcra Hakimiyyəti ilə iddiaçının atası X22 arasında 1999-cu ildə bağlanmış torpaq icarəsi müqaviləsi əsasında sonuncuya icarəyə verilmişdir. Sonradan həmin torpaq sahəsinə dair sonuncu ilə Biləsuvar rayonu Səmədabad kənd bələdiyyəsi arasında 17 yanvar 2003-cü ildə bağlanmış icarə müqaviləsi əsasında torpaq sahəsi 15 il müddətinə icarəyə verilmişdir. Səmədabad bələdiyyəsi ilə X22 arasında 01 may 2007-ci ildə bağlanmış icarə müqaviləsinə əsasən 6 ha torpaq sahəsi 01 may 2018-ci il tarixinədək icarəyə verilmişdir. 05 iyul 2014-cü ildə Biləsuvar rayonu Səmədabad Bələdiyyəsi icarə predmeti olan 6 ha kənd təsərrüfatı təyinatlı torpağı örüş kimi icarəyə verilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Biləsuvar rayon Torpaq hərrac və müsabiqə komissiyasına müraciət edərək, açıq hərrac və müsabiqə keçirilməsini xahiş etmiş, komissiyasının torpaq hərrac və ya müsabiqənin nəticələri barədə 05 sentyabr 2014-cü il tarixli, 128 saylı protokoluna əsasən İddiaçı müsabiqənin qalibi elan edilmişdir. 15 sentyabr 2014-cü il tarixli, 02 saylı Bələdiyyə torpaqlarının icarəsi müqaviləsinə əsasən İddiaçı 6 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 15 sentyabr 2047-ci il tarixə kimi icarəyə verilmişdir. İddiaçı mübahisənin predmetini təşkil edən 6 ha torpaq sahəsi üzərində hüquqları Dövlət qeydiyyatına alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 384s saylı 2 iyun 2017-ci il tarixli və 181s saylı 15 mart 2017-ci il tarixli sərəncamlarına əsasən Səmədabad bələdiyyəsinin mülkiyyətində olan 1187.08 ha örüş torpaq sahəsi məqsədli şəkildə əkin dövriyyətinə cəlb edilmişdir. Torpaq sahəsinin təyinatı dəyişdirildikdən sonra əkin dövriyyəsinə cəlb edilmiş torpaq sahələrinin, o cümlədən örüş otlaq sahəsi kimi iddiaçının icarəsində olan 6 ha torpaq sahəsinin daxil olduğu 72.73 ha torpaq sahəsinin əkinçilik məqsədilə icarəyə verilməsi üçün bələdiyyə tərəfindən hərrac keçirilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 15 saylı Cəlilabad ərazi Torpaq müsabiqə və hərrac komissiyasına müraciət edilmişdir. Komissiyanın torpaq müsabiqə və hərracının nəticələri barədə 05 aprel 2018-ci il tarixli 135 saylı protokoluna əsasən "xxxx" MMC keçirilmiş müsabiqənin qalibi hesab olunmuş və sonuncu ilə bələdiyyə arasında 06 aprel 2018-ci il tarixli icarə müqaviləsi bağlanaraq, torpaq sahəsi 49 il müddətinə, 05 aprel 2067-ci ilədək icarəyə verilmiş, icarə hüququ Dövlət qeydiyyatına alınmışdır. Sonrakı mərhələdə hüquqların alqı-satqısı qaydasında "xxxx" MMC 72.73 ha torpaq sahəsi üzərində icarə hüququnu cavabdeh "xxxx" MMC-nə satmış, sonuncunun hüquqları daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. Mövcud durumda mübahisəli 6 ha torpaq sahəsinin təyinatının dəyişməsi, üzərində olan hüquqların birbaşa xitamına səbəb olmasada, həmin torpaq sahəsinə dair icarə hüququnun artıq təyinatı dəyişmiş formada hərracdan əldə edilməsində əvvəlki istifadəçinin üstünlük hüququnu qanunverici tanımışdır. İş materiallarından əvvəlki istifadəçi olaraq iddiaçının hərracın keçirilməsi barədə məlumatlı olması görünmür. Bununla belə iddiaçı mübahisəli torpaq sahəsi üzərində huquqlarını dövlət qeydiyyatına aldırmış olsaydı, bələdiyyənin hərrac komissiyasına təqdim edəcəyi reyestrdən yüklülük barədə arayışda hökmən həmin hal əksini tapar və sonuncunun hərracın keçirilməsində bərabər təkliflər vermiş şəxslər sırasında üstünlük hüququna malik olması nəzərdən qaçmazdı. Qanunverici torpaq sahəsi üzərində icarə hüquqlarına vaxtından əvvəl xitam verilməsi ilə bağlı mübahisələrin yalnız məhkəmə müstəvisində həll olunmasını müəyyən etmişdir. Səmədabad kənd bələdiyyəsinin birinci instansiya məhkəməsinə rəsmi qaydada təqdim etdiyi arayışa əsasən bələdiyyə ilə İddiaçı arasında mübahisəli torpaq sahəsinə dair 15 sentyabr 2014-cü ildə bağlanmış müqavilə ləğv edilməmişdir. Digər tərəfdən mübahisəli torpaq sahəsi daxil olmaqla əkin dövriyyəsinə cəlb olunan 72.73 ha torpaq sahəsinə dair hərracın qalibi "xxxx" MMC hesab edilmiş, torpaq sahəsinə dair bələdiyyə ilə arasında 49 il müddətinə, 05 aprel 2067-ci ilədək icarə müqaviləsi bağlanmış və icarə hüququ Dövlət qeydiyyatına alınmışdır. Daha sonra isə həmin torpaq sahəsi hüquqların alqı-satqısı qaydasında iş üzrə cavabdeh qismində cəlb edilmiş vicdanlı alıcı olan "xxxx" MMC-nə satılmış, sonuncunun da hüquqları Dövlət qeydiyyatına alınmışdır. Göründyü kimi hər iki halda icarə müqavilələri qüvvədədir, lakin iddiaçının icarə hüququ Dövlət qeydiyyatına alınmamış, cavabdehin hüquqları isə Dövlət qeydiyyatına alınmışdır. Kollegiya torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyini, Dövlət tərəfindən qeydiyyatından keçməmiş torpaq üzərindəki hüquqların müdafiəsinə və toxunulmazlığına təminat verilməməsini, hərracın nəticələrinin yalnız məhkəmə qaydasında ləğv oluna bilməsini, bunla bağlı iddiaçı tərəfindən mübahisə açılmamasını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı ilə icarə müqaviləsinin daha öncədən bağlanmasını əsas götürərək ilk iddianı təmin etməkdə səhv nəticəyə gəlmiş, yuxarıda sadalanan maddi hüquq normalarının pozuntusuna yol vermişdir. Apellyasiya şikayətinin dələllərini qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 MMC-nin İddiaçı, Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə və Biləsuvar rayon Səmədabad bələdiyyəsinə qarşı "Biləsuvar rayon Səmədabad bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 15 sentyabr 2014-cü il tarixli, 02 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsi" tələbinin təmin olunmaması hissədə araşdıran kollegiya, həmin hissədə qətnamənin əsaslandırılmaması ilə bağlı apellyatorun mövqeyi ilə razılaşır. Bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı qeyd olunan hissədə iddiasını İddiaçı hüquqlarının Dövlət qeydiyyatına alınmaması ilə əsaslandırmağa çalışmışdır. Halbuki hüquqların Dövlət qeydiyyatına alınmaması həmin hüquqların mövcud olmaması, ümumiyyətlə etibarsızlığa dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Qeyd olunan halın mövcudluğu yalnız hüquqların müdafiəsi ilə bağlı yuxarıda bildirilən fəsadlara gətirib çıxara bilər. "M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali MəhkəməsininMülki Kollegiyasının 18 iyul 2022-ci il tarixliqərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 aprel 2023-cü il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə mülki qanunvericilikdə mülki münasibətlərin tənzimlənməsinin hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı prinsiplərinə əsaslandığı müəyyən olunmuşdur (Mülki Məcəllənin 6-cı maddəsi). Mülki Məcəllənin müqavilə azadlığı adlanan 390.1-ci maddəsi ilə təsbit olunmuşdur ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 324-cü maddəsinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Əqdin etibarlı olması (arzu olunan hüquqi nəticəni yaratması) üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə, əqdin məzmununa, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarı). Hazırki işin hallarından qarşılıqlı iddia üzrə etibarsız hesab olunması istənilən əqdin subyekt tərkibinə, əqdin məzmununa, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair şərtlər pozulmamışdır. Qarşılıqlı iddianın təmin olunması üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dələllərini birinci instansiya məhkəməsi tərəfindən ilk iddia üzrə iddiaçı tərəfindən 15 mart 2023-cü il tarixdə verilmiş iddianın dəyişdirilməsi ilə bağlı ərizəni icraata qəbul etməklə, məhkəmənin prosessual hüquq normalarını pozması hissədə araşdıran kollegiya, şikayətin dəlilləri ilə razılaşmır. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, ilk iddia üzrə iddiaçı 07 aprel 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Qüvvədə olan Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin qeyd olunan mətni 9 iyul 2021-ci il tarixli 363-VİQDnömrəli qanunla yuxarıdakı redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi : İddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı 07 aprel 2020-ci il tarixində müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən, prosessual qanunvericilikdə dəyişiklik olunana kimi iş baxış mərhələsində olduğundan, 15 mart 2023-cü il tarixdə iddiaçı tərəfindən iddianın predmetinin dəyişdirilməsi bağlı verilmiş ərizəni icraata qəbul etməkdə birinci instansiya məhkəməsi prosessual pozuntuya yol verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəməaktınınapellyasiya qaydasında ləğv edilməsinin əsaslarıdır. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri məhkəmə araşdırmasının nəticəsi olaraq öz təsdiqini qismən tapdığından qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iş üzrə hər iki iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməli, keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyərini təşkil edən 100 manatın 50 manatı İddiaçı, 50 manatı isə "xxxx" MMC-dən tutularaq dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı və Cavabdeh3 MMC-nin vəkili və eyni zamanda nümayəndəsi Nümayəndə1 Şıxsafa oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 15 mart 2023-cü il tarixli 2-2(121)-14/2023 saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İlk iddia üzrə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “torpaqdan çıxarma və torpaqdan istifadəyə yaratdığı maneələrin aradan qaldırılması” tələbinə dair iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 MMC-nin cavabdehlər İddiaçı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi və Biləsuvar rayon Səmədabad bələdiyyəsinə qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyərini təşkil edən 100 manatın 50 manatı İddiaçı, 50 manatı isə Cavabdeh3 MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X6, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə,qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyigündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Müşfiq Həsənov Cahid İmanov
Məhkəmə qərarları › İş №2-2(106)-67/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-67/2023
09.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver