Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-7/2024 28.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC BOKT-nin Cavabdeh1 və qeyrisinə qarşı kredit borcunun qaytarılması tələbinə dair kommersiya işi üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi X8 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, iddiaçının nümayəndələri Nümayəndə3 və Nümayəndə4 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının (QSC BOKTnin) Cavabdeh1 və qeyrisinə qarşı kredit borcunun qaytarılması tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, e-2-2(121)-12/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı – iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 86 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 5464,35 manat, faiz borcu üzrə 9758,18 manat, cəmi 15222,53 manat, xx.xx.2014-cü il tarixli, 85 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 13660,88 manat, faiz borcu üzrə 7902,77 manat, cəmi 21563,65 manat və xx.xx.2014-cü il tarixli, 101 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 11839,43 manat, faiz borcu üzrə 8151,76 manat, cəmi 19991,19 manat, ümumilikdə hər 3 müqavilə üzrə 56777,37 manat borc məbləğinin tutularaq iddiaçının xeyrinə ödənilməsi; borc tələbinin Cavabdeh1 məxsus, ipoteka qoyulmuş Saatlı rayonu, Azadkənd kəndində yerləşən fərdi yaşayış evinə, 0,61 ha torpaq sahəsi ilə birlikdə, Sabirabad rayonu, Qalağayın kəndində yerləşən fərdi yaşayış evinə, 0,19 ha torpaq sahəsi ilə birlikdə, habelə Cavabdeh2 məxsus, ipoteka qoyulmuş Saatlı rayonu, Azadkənd kəndində yerləşən fərdi yaşayış evinə, 0,59 ha torpaq sahəsi ilə birlikdə yönəltməklə həmin əmlakların açıq hərraca çıxarılaraq satılması hesabına cəmi 56777,37 manat borcun və ödənilmiş 400 manat mediasiya xərcinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının İmişli filialı ilə Cavabdeh1 arasında bağlanmış 86 saylı, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 heyvandarlığın inkişafı məqsədi ilə 24 ay müddətinə illik 21%-lə 20000 manat, 85 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən heyvandarlığın inkişafı məqsədi ilə 36 ay müddətinə illik 6%-lə 15000 manat və 101 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən heyvandarlığın inkişafı məqsədi ilə 36 ay müddətinə illik 6%-lə 15000 manat, cəmi 50000 manat məbləğində kredit verilmişdir. 86 saylı, xx.xx.2013-cü il tarixli və 85 saylı, xx.xx.2014-cü il tarixli kredit müqavilələri üzrə öhdəliklərin icrasının təminatı kimi ipoteka qoyan Cavabdeh1 məxsus Saatlı rayonu, Azadkənd kəndində yerləşən fərdi yaşayış evi, 0,61 ha torpaq sahəsi ilə birlikdə və Sabirabad rayonu, Qalağayın kəndində yerləşən fərdi yaşayış evi, 0,19 ha torpaq sahəsi ilə birlikdə ipoteka qoyulmuş və bununla bağlı İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının İmişli filialı ilə ipotekaqoyan arasında 86 saylı, xx.xx.2013-cü il tarixli, 89 saylı, xx.xx.2013-cü il tarixli və 85 və 85/1 saylı, xx.xx.2014-cü il tarixli ipoteka müqavilələri, eləcədə 101 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi ipotekaqoyan Cavabdeh2 məxsus Saatlı rayonu, Azadkənd kəndində yerləşən fərdi yaşayış evi, 0,59 ha torpaq sahəsi ilə birlikdə ipoteka qoyulmuş və bununla bağlı İddiaçı QSC BOKT-nun İmişli filialı ilə ipotekaqoyan arasında 101 saylı, xx.xx.2014cü il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqavilələri notarial qaydada təsdiqlənmiş və İddiaçı SKT-nın İmişli filialının girovu kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmışdır. Cavabdeh1 ilə bağlanmış kredit müqavilələrin 6.5-ci və 7.2-ci bəndinə əsasən, borcalan krediti və ona hesablanmış faizləri həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini öhdəsinə götürmüşdür. Cavabdeh1 86 saylı, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə əsas borcu 5464,35 manat, faiz borcu 9758,18 manat, cəmi borcu 15222,53 manat, 85 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borcu 13660,88 manat, faiz borcu 7902,77 manat, cəmi borcu 21563,65 manat və 101 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borcu 11839,43 manat, faiz borcu 8151,76 manat, cəmi borcu 19991,19 manat, ümumilikdə hər 3 müqavilə üzrə borcu 56777,37 manat təşkil edir. Borcun ödənilməsi barədə cavabdehlərə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamış, borc ödənilməmiş qalmışdır. Cavabdeh tərəfindən hər üç kredit müqaviləsi üzrə son ödənişlər 2019-cu ilin aprel ayında aparılmışdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq İddiaçı QSC tərəfindən Mediasiya Şurasına ərizə ilə müraciət olunmuşdur. X1 tərəfindən verilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 2021-09058 nömrəli, xx.xx.2021- ci il tarixli arayış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə4 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh1 nümayəndəsi və vəkili X7 məhkəmə iclasında iddiaya etiraz edərək, iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, e-2-2(121)-12/2023 saylı qətnaməsi ilə İddiaçı QSC BOKT-un Cavabdeh1 və Cavabdeh2 qarşı – iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 86 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 5464,35 manat, faiz borcu üzrə 9758,18 manat, cəmi 15222,53 manat, xx.xx.2014-cü il tarixli 85 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 13660,88 manat, faiz borcu üzrə 7902,77 manat, cəmi 21563,65 manat və xx.xx.2014-cü il tarixli 101 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 11839,43 manat, faiz borcu üzrə 8151,76 manat, cəmi 19991,19 manat, ümumilikdə hər 3 müqavilə üzrə 56777,37 manat borc məbləğinin tutularaq iddiaçının xeyrinə ödənilməsi; borc tələbinin Cavabdeh1 məxsus, ipoteka qoyulmuş Saatlı rayonu, Azadkənd kəndində yerləşən fərdi yaşayış evinə, 0,61 ha torpaq sahəsi ilə birlikdə, Sabirabad rayonu, Qalağayın kəndində yerləşən fərdi yaşayış evinə, 0,19 ha torpaq sahəsi ilə birlikdə, habelə Cavabdeh2 məxsus, ipoteka qoyulmuş Saatlı rayonu, Azadkənd kəndində yerləşən fərdi yaşayış evinə, 0,59 ha torpaq sahəsi ilə birlikdə yönəltməklə həmin əmlakların açıq hərraca çıxarılaraq satılması hesabına cəmi 56777,37 manat borcun və ödənilmiş 400 manat mediasiya xərcinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barəsində iddiasının rədd edilməsi, ekspertiza tədqiqatlarının dəyəri olaraq 200 manat məbləğində pul vəsaiti İddiaçı QSC BOKT-dan alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsi qətnaməsinin tam ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, qətnamədən göründüyü kimi birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci, 377.2-ci maddələrinə istinad edərək müqavilə tələbləri üzrə iddia müddətinin keçdiyini əsas tutaraq iddianı rədd etmişdir. Halbuki Cavabdeh1 kredit borcundan 22 aprel 2019-cu il tarixində 3035,34 manat ödəniş olmuşdur ki, bu ödənişlər də borclunun gecikdirilmiş kredit borclarının ödənilməsinə yönəldilmişdir. Məhkəmə həmin ödənişə qiymət verərkən, bu ödənişi əsassız olaraq borcun ödənişi kimi deyil, səhvən borcun silinməsi kimi nəzərə almışdır. Birinci instansiya məhkəməsi qətnamədə göstərir ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixdə kredit müqavilələri üzrə öhdəliklərindən 5000 manat məbləğində ödəniş etmiş, bu kredit müiqaviləsi üzrə icra müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. Cavabdehin borcundan xx.xx.2019-cu il tarixdə silinmiş 3035,34 manat məbləğində pul vəsaiti isə kompensasiya hesabına silinmişdir. Yəni həmin tarixdə cavabdeh tərəfindən hər hansı ödəniş edilməmişdir. Birinci instansiya məhkəməsinin yanaşması düzgün deyildir. Belə ki, borclu Cavabdeh1 Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanın icrası ilə əlaqədar kompensasiya kimi ona ödənilməli olan 3035,34 manat məbləğin onun kredit borcundan azaldılmasına Cavabdeh1 tərəfindən heç bir etiraz edilməmişdir. Şübhəsiz ki, Cavabdeh1 ona ödənilməli olan 3035,34 manat məbləğin onuin "Aqrarkredit” QSC-yə olan Kredit borcundan xəbərdar idisə onun cari hesabıa daxil olan vəsaitin onun kredit borcuna yönəldilməsi ilə bağlı iddiaçıya bu barədə hər hansı bir narazılıq bildirilməmişdir. Yəni yuxarda göstərilən vəsait cavabdehə ödənilməli vəsait olmuşdur. Cavabdeh xx.xx.2019-cu il tarixdə 3035,34 manat məbləğin onun vaxtı keçmiş kredit borcundan azaldılmasına razı olaraq, buna etiraz etməməklə öz iradə ifadəsini aşikaranə nümayiş etdirmişdir. Həmçinin, məhkəmə MPM-in müvafiq maddələrinə riayət etməmiş, iş materiallarında olan sübutlara obyektiv qiymət verməmişdir. Cavabdeh tərəflər 2022-ci ilin dekabr və 2023-cü ilin yanvar ayında məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə və teleqram ünvanlayaraq iddia müddətinin tətbiq edilməsini və bununla bağlı iddianın rədd edilməsini məhkəmədən xahiş etmişlər. Birinci instansiya məhkəməsi mövcud mübahisə ilə bağlı iddia müddətini tətbiq edərək İddiaçı QSC-nin iddia ərizəsini rədd etmişdir. -qeyd edildiyi kimi cavabdehlər tərəfindən məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizələr elektron informasiya sistemi vasitəsilə göndərilməmiş və sözügedən qanunun tələblərinə cavabdehlər tərəfindən əməl edilməmişdir. Məhkəmə isə qanunvericiliyin bu tələblərinin cavabdehlər tərəfindən pozulmasına yol vermişdir. -buradan da göründüyü kimi məhkəmə işi icraata qəbul edib ağlabatan müddətdə baxıb qərar qəbul etməmişdir. İşə məhkəmə tərəfindən 10 ay müddətinə baxılmışdır ki, bu da kobud prosessual pozuntudur. ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının nümayəndələri Nümayəndə3 və Nümayəndə4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, vermiş olduqları apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər apellyasiya baxışında iştirak etməmişlər. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən kommersiya işi üzrə cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin həmin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. İşə tətbiq olunan hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanılır. Həmin Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan "Yelo Bank” ASC ilə cavabdeh X4 arasında bağlanmış 31 yanvar 2020-ci il tarixli, 24-MZ2-2-0-53-20 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcluya illik 25 faiz dərəcəsi olmaqla, 24 ay müddətinə 20.000 manat məbləğində kredit verilmiş, borcalan verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, İddiaçı Səhmdar Kredit Təşkilatı ilə Cavabdeh1 arasında 86 saylı, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə illik 21 faiz ödəmək şərti ilə 24 ay müddətinə 20000 manat məbləğində kredit verilmişdir. İşdən görünür ki, İddiaçı Səhmdar Kredit Təşkilatı ilə Cavabdeh1 arasında 85 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə illik 6 faiz ödəmək şərti ilə 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, İddiaçı Səhmdar Kredit Təşkilatı ilə Cavabdeh1 arasında 101 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə illik 6 faiz ödəmək şərti ilə 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. İşin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı Səhmdar Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 86 saylı, xx.xx.2013-cü il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən, Sabirabad rayonu, Qalağayın kəndində yerləşən fərdi yaşayış evi həyətyanı sahəsi ilə birlikdə kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı Səhmdar Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 85 saylı, xx.xx.2014-cü il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən, Saatlı rayonu, Azadkənd kəndində yerləşən fərdi yaşayış evi həyətyanı sahəsi ilə birlikdə kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İşin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı Səhmdar Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış 101 saylı, xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinin təminatı olaraq, Cavabdeh2 məxsus Saatlı rayonu, Azadkənd kəndində yerləşən fərdi yaşayış evi həyətyanı sahəsi ilə birlikdə kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İşə əlavə edilən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Sabirabad rayonu, Qalağayın kəndində 0,19 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı SKT İmişli filalının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşə əlavə olunan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2014cü il tarixdə verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Saatlı rayonu, Azadkənd kəndində 0,61 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı SKT İmişli filalının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Saatlı rayonu, Azadkənd kəndində 0,59 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı SKT İmişli filalının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarından görünür ki, iddiaçı Cavabdeh1 ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xx.xx.2020-ci il tarixli bildiriş(lər) göndərilmişdir. İşdən görünür ki, iddiaçı cavabdeh Kərimov X2 ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xx.xx.2020-ci il tarixli bildiriş göndərilmişdir. İş materiallarından görünür ki, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş(lər)in qeydə alınmasına dair ərizə(lər) ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. İşin materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışlarının surətlərindən görünür ki, cavabdehin xx.xx.2013-cü il tarixli 86 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 5464,35 manat, faiz borcu üzrə 9758,18 manat, cəmi 15222,53 manat, xx.xx.2014-cü il tarixli 85 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 13660,88 manat, faiz borcu üzrə 7902,77 manat, cəmi 21563,65 manat və xx.xx.2014-cü il tarixli 101 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 11839,43 manat, faiz borcu üzrə 8151,76 manat, cəmi 19991,19 manat məbləğində kredit borcu vardır. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/3253 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 86 saylı saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2015-ci il tarixə əsas borc üzrə 9894,88 manat, faiz borcu üzrə 2031,75 manat, xx.xx.2021-ci il tarixə əsas borc üzrə 9894,88 manat, faiz borcu 7589,91 manat borcunun olması müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində təşkil edir. İş materiallarından görünür ki, məhkəmənin qərardadı ilə göstərilən daşınmaz əmlak(lar)ın likvid qiyməti ilə qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş, lakin cavabdehlər tərəfindən qərardadın icrasına şəriat yaradılmadığından qərardad icra olunmadığından geri qaytarılmışdır. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş təkrar məhkəməmühasibatlıq ekspertizasının 9/7123 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 86 saylı saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2015-ci il tarixə əsas borc üzrə 9894,88 manat, faiz borcu üzrə 2031,75 manat, xx.xx.2021-ci il tarixə əsas borc üzrə 9894,88 manat, faiz borcu 7589,91 manat, xx.xx.2021-ci il tarixinədək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli plenum qərarına əsasən 5% hesablandığı halda əsas borc üzrə 7973,12 manat, faiz borcu üzrə 795,1 manat, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 85 saylı saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2017-ci il tarixə əsas borc üzrə 15000 manat, faiz borcu üzrə 1897,5 manat, xx.xx.2021-ci il tarixə əsas borc üzrə 13660,88 manat, faiz borcu 4809,75 manat, xx.xx.2021-ci il tarixinədək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli plenum qərarına əsasən 5% hesablandığı halda əsas borc üzrə 13660,88 manat, faiz borcu üzrə 4324,38 manat, tərəflər arasında bağlanmış xx.xx.2014cü il tarixli, 101 saylı saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2017-ci il tarixə əsas borc üzrə 13632,5 manat, faiz borcu üzrə 1231,47 manat, xx.xx.2021-ci il tarixə əsas borc üzrə 12471,5 manat, faiz borcu 3805,4 manat, xx.xx.2021-ci il tarixinədək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli plenum qərarına əsasən 5% hesablandığı halda əsas borc üzrə 12471,5 manat, faiz borcu üzrə 3376,42 manat, borcunun olması müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində təşkil edir. İş materiallarına əlavə edilən “nağd pul mədaxil üçün” 15 saylı qəbzin surətindən görünür ki, Cavabdeh1 tərəfindən İddiaçı QSC-nin İmişli filialının hesabına xx.xx.2018-ci il tarixdə 5000 manat məbləğində ödəniş edilmişdir. İşin materiallarına əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 tərəfindən İddiaçı QSC BOKT-a xx.xx.2018-ci il tarixdə (sonuncu ödəniş) 5000 manat məbləğində ödəniş edilmişdir. Hesabdan çıxarışdan həmçinin aydın olur ki, İdarə Heyətinin 45 saylı, xx.xx.2019-cu il tarixli qərarına əsasən cavabdehin borcundan 3035,34 manat məbləğində pul vəsaiti xx.xx.2019-cu il tarixdə kompensasiya hesabına silinmişdir.Göründüyü kimi birinci instansiya məhkəməsi iş üzrə ekspertiza təyin etmiş və ekspert rəyinə əsasən də, iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Eyni zamanda apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Belə olan halda da, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi doğru qənaətə gələrək iddia müddətini tətbiq etmişdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçının mövcud iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə verilmiş və iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edənədək, göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Göründüyü kimi iddiaçı müqavilə öhdəlikləri üzrə qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüş, bu vaxt ərzində hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməmişdir. Kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Belə ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 ilə "Aqrarkredit” QSC BOKT arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə icra müddəti xx.xx.2015-ci il tarixdə, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə icra müddəti xx.xx.2017-ci il tarixdə və xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə icra müddəti xx.xx.2017-ci il tarixdə bitmişdir. Lakin Cavabdeh1 xx.xx.2018-ci il tarixdə kredit müqavilələri üzrə öhdəliklərindən 5000 manat məbləğində ödəniş etmiş, bununla da, kredit müqaviləsi üzrə icra müddəti xx.xx.2018-ci il tarixdə bitərək, iddia müddətinin axımı xx.xx.2018-ci il tarixdən başladığından, iddia müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. Cavabdehin borcundan xx.xx.2019-cu il tarixdə silinmiş 3035,34 manat məbləğində pul vəsaiti isə kompensasiya hesabına silinmişdir. Yəni, həmin tarixdə cavabdeh(lər) tərəfindən iddiaçı təşkilata hər hansı ödəniş edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəlmiş olduğu nəticə ilə razılaşır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsinin ümumi məbləği 10000 manatdan çox olduğundan, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilər. Eyni zamanda müstəqil qiymətləndiricinin rəyinin alınması ilə əlaqədar xərclər iddiaçıdan tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qət etdi: İddiaçı “Aqrarkredit QSC BOKT-nin apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, e-2-2(121)-12/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-7/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-7/2024
28.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver