Məhkəmə qərarları › İş №2-2(106)-7/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-7/2025

04.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-7/2025 04.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X15 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Abşeron rayon İcra və Probasiya şöbəsi və X7) qiymətləndirmənin nəticələri haqqında hesabatın ləğv edilməsi, girov predmeti olan dövriyyədəki malların ilkin satış qiymətinin müəyyən edilməsi və sair tələbinə dair mülki iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli 2-2(121)-17/2023 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh MMC-yə qarşı qiymətləndirmənin nəticələri haqqında hesabatın ləğv edilməsi, girov predmeti olan dövriyyədəki malların ilkin satış qiymətinin müəyyən edilməsi və digər tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2014-cü il tarixli 132764-3-177 №-li “Dövriyyədəki malların girov müqaviləsi”nə əsasən müqavilənin 1 saylı Əlavəsində göstərilən girov predmeti olan X4 məxsus dövriyyədəki malların (ehtiyyat hissələrinin) real bazar dəyərlərinin müəyyən edilməsinə dair Cavabdeh MMC-nin 07 aprel 2021-ci il tarixli qiymətləndirmənin nəticələri haqqında hesabatının ləğv edilməsi, xx.xx.2014-cü il tarixli 132764-3-177 №-li “Dövriyyədəki malların girov müqaviləsi”nə əsasən müqavilənin 1 saylı Əlavəsində göstərilən girov predmeti olan Ə.K.Hacı Zadəyə məxsus dövriyyədəki malların (ehtiyyat hissələrinin) ilkin satış qiymətinin müəyyən edilməsi və mediasiya prosesi ilə bağlı ödənilmiş 400 manat məbləğində xərcin əvəzinin Cavabdeh MMC-dən tutularaq İddiaçı ASCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X7 arasında bağlanmış xx.xx.2014-cü il tarixli132764-1-12067 №-li “Baş kredit razılaşması”na əsasən “Bank” “Kredit alan”a 120 ay müddətinə 5.000.000 (beş milyon) ABŞ dolları və ya Azərbaycan manatı ekvivalenti məbləğində kredit xətti açmışdır. Tərəflər arasında bağlanmış “Baş kredit razılaşması”nın şərtlərinə uyğun olaraq Bank ilə Ə.K.Hacı Zadə arasında bağlanmış xx.xx.2014-cü il tarixli 132764-1-12067/1 №-li “Bərpa olunmayan kredit xətti müqaviləsi”nə əsasən Ə.K.Hacı Zadəyə illik 13 (faiz hesablanması şərti ilə 60 ay müddətinə 1.500.000 manat məbləğində və Bank ilə Ə.K.Hacı Zadə arasında bağlanmış xx.xx.2014-cü il tarixli 132764-1-12067/2 №-li “Kredit Müqaviləsi”nə əsasən Ə.K.Hacı Zadəyə illik 13 faiz hesablanması şərti ilə 60 ay müddətinə 1.912.289 (bir milyon doqquz yüz on iki min iki yüz səksən doqquz) ABŞ dolları məbləğində kredit verilmişdir. Bank tərəfindən verilmiş və Baş Kredit Razılaşmasına əsasən veriləcək kreditlərin təminatı kimi Ə.K.Hacı Zadə ilə Bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli 132764-3-177 №-li “Dövriyyədəki malların girov müqaviləsi”nə əsasən Ə.K.Hacı Zadənin mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu M.Cəlal küçəsi 9-cu mkr., 1D Bakı şəhəri Yasamal rayonu Xarici Dairəvi yolu 62 və ünvan 1 ünvanlarında yerləşən anbarlarda girov qoyanın birbaşa (vasitəsiz) sahibliyində saxlanılan, bu müqavilənin 1 saylı Əlavəsində göstərilən dövriyyədəki mallar Bankın xeyrinə girov qoyulmuşdur. Borclu Ə.K.Hacı Zadə üzərinə götürdüyü kredit öhdəliklərini lazımi qaydada icra etməmiş və bu səbəbdən Bank ona qarşı kredit müqavilələri üzrə borcun tutulması, tutmanın girov predmetinə yönəldilməsi və s. tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-126/2019 nömrəli 23 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2014-cü il tarixli 132764-1-12067/1 №-li “Bərpa olunmayan kredit xətti müqaviləsi”nə əsasən 1.249.018 manat 81 qəpik məbləğində əsas borc, 278.739 manat 36 qəpik məbləğində faiz, 1000 manat cərimə olmaqla, cəmi 1.528.758 manat 17 qəpik məbləğində borcun, xx.xx.2014-cü il tarixli 132764-1-12067/2 №-li “Kredit Müqaviləsi”nə əsasən Banka 1.664.738 ABŞ dolları 16 sent məbləğində əsas borc, 355.911 ABŞ dolları 65 sent məbləğində faiz, 1000 ABŞ dolları cərimə olmaqla, cəmi 2.021.649 ABŞ dolları 81 sent məbləğində borcun ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh X2 İddiaçı ASC-nin xeyrinə tutulması, tələb üzrə tutmanın X7 ilə Bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli 132764-3-177 №-li “Dövriyyədəki malların girov müqaviləsi”nə əsasən X3 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu M.Cəlal küçəsi 9-cu mikrorayon 1D, Bakı şəhəri Yasamal rayonu Xarici Dairəvi yolu 62 və ünvan 2 ünvanlarında yerləşən anbarlarda girov qoyanın birbaşa (vasitəsiz) sahibliyində saxlanılan, bu müqavilənin 1 saylı Əlavəsində göstərilən dövriyyədəki mallara yönəldilməsi, həmin malların açıq hərracdan satılması, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsaitin hesabına ümumi borc məbləğinin İddiaçı ASC-yə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 200 manatın X2 tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməsi və iddianın qalan hissəsi rədd edilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və iş üzrə icra vərəqəsi verilərək icra olunması üçün Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icra sənədi üzrə icraat başlanılmış və onun müvafiq qərarına əsasən əmlakın qiymətləndirilməsinə dair mütəxəssisin dəvət edilməsi qərara alınaraq qiymətləndirmənin həyata keçirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin 995- 183573/2020-5-1 saylı xx.xx.2021-ci il tarixli sifariş məktubuna əsasən girov predmeti olan Ə.K.Hacı Zadəyə məxsus dövriyyədəki malların real bazar dəyərinin müəyyən edilməsi məqsədi ilə Cavabdeh MMC tərəfindən qiymətlənirmə işi həyata keçirilmiş və xx.xx.2021- ci il tarixli qiymətləndirmənin nəticələri haqqında hesabat verilmişdir. Cavabdeh MMC-nin 07 aprel 2021-ci il tarixli qiymətləndirmənin nəticələri haqqında hesabatına əsasən Ə.K.Hacı Zadəyə məxsus dövriyyədəki malların (ehtiyyat hissələrinin) ümumi real bazar dəyəri ******* manat məbləğində qiymətləndirilmişdir. Hesab edirik ki, Cavabdeh MMC-nin 07 aprel 2021-ci il tarixli qiymətləndirmənin nəticələri haqqında hesabatı əsassız və qanunsuz olmaqla girov predmeti olan dövriyyədəki malların real qiymətini əks etdirmir, ümumiyyətlə, həmin qiymətlər həqiqətə uyğun ola bilməz və ağlabatan deyil. Belə ki, sözügedən qiymətləndirmənin nəticələri haqqında hesabatda da qeyd edilmişdir ki, “Nəqliyyatın ehtiyyat hissələrinə baxış zamanı təqdim olunan ehtiyyat hissələrinin texniki vəziyyəti işlənmiş olduğundan texniki cəhətdən dəqiqləşdirmək mümkün olmamışdır. Bir çox ehtiyyat hissələri dövriyyədə olduğundan onların da texniki vəziyyəti müəyyən olunmamışdır. Bu detalları nəzərə alaraq, siyahı üzrə təqdim olunmuş ehtiyyat hissələrinin qiyməti işlənmiş halda bazar qiymətinə uyğun hesablanmışdır”. Girov predmeti olan Ə.K.Hacı Zadəyə məxsus dövriyyədəki mallar (ehtiyyat hissələri) siyahı üzrə müəyyən edilməli, onlara baxış keçirilməli, texniki göstəriciləri və yararlılıq vəziyyəti nəzərə alınaraq həmin malların həqiqi vəziyyətinə uyğun qiymətləndirilməlidir. Şirvan Kommersiya Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli 2-2(121)-17/2023 saylı qətnaməsi ilə (hakim Elşən Abdullayev) iddia təmin edilərək, "xxxx" MMC-nin 07 aprel 2021-ci il tarixli qiymətləndirmənin nəticələri haqqında hesabatının ləğv edilməsi, 12 sentyabr 2014-cü il tarixli 132764-3-177 saylı “Dövriyyədəki malların girov müqaviləsi”nə əsasən müqavilənin 1 saylı Əlavəsində göstərilən girov predmeti olan dövriyyədəki malların (ehtiyyat hissələrinin) ilkin satış qiyməti 507400 manat məbləğində müəyyən edilməsi, 400 manat məbləğində mediasiya xərcinin əvəzinin Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi, iş üzrə girov predmetinin (ehtiyyat hissələrinin) qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 1000 manat məbləğində pul vəsaitinin 500 manatının cavabdeh “Sərraf-M" MMC-dən, 500 manatının isə İddiaçı ASCdən alınaraq "xxxx" MMC-nin hesabına ödənilməsi, iş üzrə girov predmetinin (ehtiyyat hissələrinin) qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 1500 manat məbləğində pul vəsaitinin 750 manatının Cavabdeh MMC-dən, 750 manatının isə İddiaçı ASC-dən alınaraq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. İddiaçı ASC Şirvan Kommersiya Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli 2- 2(121)-17/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə "xxxx" MMC-nin dövriyyədəki malların (ehtiyat hissələrinin) likvid dəyərinin 507400 manat təşkil etməsinə dair qiymətləndirmə rəyinə münasibətdə qeyd edir ki, ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Odur ki, məhkəmə həmin ekspert rəyini mötəbər sübüt növü kimi qəbul edir". Belə ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, “Nəqliyyatın ehtiyyat hissələrinə baxış zamanı təqdim olunan ehtiyyat hissələrinin texniki vəziyyəti işlənmiş olduğundan texniki cəhətdən dəqiqləşdirmək mümkün olmamışdır. Bir çox ehtiyyat hissələri dövriyyədə olduğundan onların da texniki vəziyyəti müəyyən olunmamışdır. Bu detalları nəzərə alaraq, siyahı üzrə təqdim olunmuş ehtiyyat hissələrinin qiyməti işlənmiş halda bazar qiymətinə uyğun hesablanmışdır”. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması üçün mötəbər sübut kimi qəbul oluna bilməz. Girov predmeti olan Ə.K.Hacı Zadəyə məxsus dövriyyədəki mallar (ehtiyyat hissələri) siyahı üzrə müəyyən edilməli, onlara baxış keçirilməli, texniki göstəriciləri və yararlılıq vəziyyəti nəzərə alınaraq həmin malların həqiqi vəziyyətinə uyğun qiymətləndirilməlidir. Abşeron Rayon İcra və Probasiya şöbəsinin icra məmurları X23 və X17, tələbkar İddiaçı ASC-nin nümayəndəsi X14, borclu X7, borclu X3 nümayəndəsi X9, hal şahidləri X18 və X19 tərəfindən təsdiq edilmişxx.xx.2021-ci il tarixli aktda qeyd edilmişdir ki, “Abşeron rayonu Xırdalan şəhəri 30cu məhəllə Beton Zavod yanı ünvanında yerləşən anbar ərazisində iki saxlanc yerinə baxış keçirilən zaman müxtəlif təyinatlar üçün istifadə olunan avtobus ehtiyyat hissələrinin olduğu müəyyən olunsa da, həmin ehtiyyat hissələrinin yararlılıq vəziyyətini müəyyən etmək mümkün olmadı”. Göründüyü kimi, girov predmeti olan dövriyyədəki malların bir hissəsinə anbarda olmadığından ümumiyyətlə baxış keçirilməmiş və real vəziyyətinə uyğun həqiqi qiymətlər müəyyən edilməmişdir, dövriyyədəki malların digər hissəsi isə anbarda müəyyən edilsə də, çəkilən fotoşəkillərdən və aparılmış qeyddən də göründüyü kimi, texniki vəziyyəti işlənmiş olduğundan onların yararlılıq vəziyyətinin və texniki göstəricilərinin müəyyən edilməsi mümkün olmamışdır. Bu halda, belə nəticəyə gəlmək olar ki, Cavabdeh MMC tərəfindən müəyyən edilmiş qiymətlər həqiqəti əks etdirmir və real qiymətlər deyil. Tərəflərə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflərin məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə araşdıraraq, qanunvericiliyin imperativ normalarını rəhbər tutaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarında olan: Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, X4 məxsus 62 adda ehtiyyat hissələrinin real bazar dəyəri ******* manat təşkil etmişdir. Eyni zamanda həmin hesabatda qeyd edilmişdir ki, nəqliyyatın ehtiyyat hissələrinə baxış zamanı təqdim olunan ehtiyyat hissələrinin texniki vəziyyəti işlənmiş olduğundan texniki cəhətdən dəqiqləşdirmək mümkün olmamışdır. Əlavə olaraq qeyd edək ki, bir çox ehtiyyat hissələri dövriyyədə olduğundan onların da texniki vəziyyəti müəyyən olunmamışdır. Bu detalları nəzərə alaraq, siyahı üzrə təqdim olunmuş ehtiyyat hissələrinin qiyməti işlənmiş halda bazar qiymətinə uyğun hesablanmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli 2(006)- 126/2019 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2014-cü il tarixli 132764-1-12067/1 №-li “Bərpa olunmayan kredit xətti müqaviləsi”nə əsasən 1.249.018 manat 81 qəpik məbləğində əsas borc, 278.739 manat 36 qəpik məbləğində faiz, 1000 manat cərimə olmaqla, cəmi 1.528.758 manat 17 qəpik məbləğində borcun, xx.xx.2014- cü il tarixli 132764-1-12067/2 №-li “Kredit Müqaviləsi”nə əsasən Banka 1.664.738 ABŞ dolları 16 sent məbləğində əsas borc, 355.911 ABŞ dolları 65 sent məbləğində faiz, 1000 ABŞ dolları cərimə olmaqla, cəmi 2.021.649 ABŞ dolları 81 sent məbləğində borcunödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh X2 İddiaçı ASC-nin xeyrinə tutulması, tələb üzrə tutmanın X7 ilə Bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli 132764-3- 177 №-li “Dövriyyədəki malların girov müqaviləsi”nə əsasən X3 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu M.Cəlal küçəsi 9-cu mikrorayon 1D, Bakı şəhəri Yasamal rayonu Xarici Dairəvi yolu 62 və ünvan 4 ünvanlarında yerləşən anbarlarda girov qoyanın birbaşa (vasitəsiz) sahibliyində saxlanılan, bu müqavilənin 1 saylı Əlavəsində göstərilən dövriyyədəki mallara yönəldilməsi, həmin malların açıq hərracdan satılması, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsaitin hesabına ümumi borc məbləğinin İddiaçı ASC-yə ödənilməsi, ekspertiza tədqiqatının (məhkəmə-mühasibatlıq) dəyəri olan 200 manatın cavabdeh X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməsi və iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamə əsasında 13 oktyabr 2020-ci il tarixdə icra vərəqəsi verilərək icra olunması üçün Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə göndərilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, X5 məxsus 48 ad altında dövriyyədəki malların (ehtiyat hissələrinin) xx.xx.2023-cü il vəziyyətinə standartın tələbləri həddində aparılmış hesablamalara əsaslanan bazar dəyəri 742563 manat, likvid dəyəri manat təşkil edir. Eyni zamanda həmin hesabatda qeyd edilmişdir ki, nəqliyyatın ehtiyyat hissələrinə baxış zamanı təqdim olunan ehtiyyat hissələrinin texniki vəziyyəti işlənmiş olduğu aşkar olunmuşdur. Bu səbəbdən dolayı olaraq da ehtiyyat hissələrinin texniki cəhətdən işlək olub-olmamasını dəqiqləşdirmək mümkün olmamışdır. Əlavə olaraq qeyd etmək lazımdır ki, bir çox ehtiyyat hissələri istifadədə olduğundan onların da texniki vəziyyəti müəyyən oluna bilməmişdir. Bu məsələləri nəzərə alaraq təqdim olunan ehtiyyat hissələrinin qiyməti işlənmiş halda olan ehtiyyat hissələrinin bazar dəyərinə uyğun olaraq hesablanmışdır. Qiymətləndirmə xərci 1000 manat təşkil etmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, X5 məxsus dövriyyədəki malların (ehtiyat hissələrinin) xx.xx.2023-cü il tarixinə olan bazar dəyəri 531250 manat, likvid dəyəri isə 507400 manat təşkil edir. Qiymətləndirmə xərci 1.500 manat təşkil etmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını təhlil edərək belə hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə icraata xitam verməli olduğu halda yanlış olaraq iddia ərizəsinə iddia icraatı qaydasında mahiyyəti üzrə baxmışdır. Hazırkı iddia tələbi mülki işin müəyyən edilmiş faktiki halları ilə müqayisəli şəkildə təhlil edildikdə müəyyən olunur ki, hazırkı iddianın əsası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli 2(006)-126/2019 saylı icra sənədinin icrası üzrə icra məmurunun hərəkəti ilə bağlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli (N 02/2021) qərardadının 28-ci bəndinə əsasən “İcra haqqında” Qanunun 61.1 və 61.2-ci maddələrinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Lakin “İpoteka haqqında” Qanundan fərqli olaraq, “İcra haqqında” Qanunda hərraca qoyulan əmlakın ilkin satış qiymətinin hansı meyarla müəyyən olunması qeyd olunmamışdır. Yalnız Qanunun 51.1- ci maddəsinin birinci cümləsində təsbit olunmuşdur ki, borclunun əmlakının “İpoteka haqqında” Qanuna əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanun) uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirildiyi qeyd edilir. Eyni zamanda, istinad edilən qanunda qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin müəyyən olunmasından bəhs edilir. Həmin Qərardadın 32-ci bəndinə görə borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində iddia icraatı qaydasında deyil, icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında mübahisələndirilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsində icra məmurunun müvafiq qiymətləndiricini dəvət etmək səlahiyyəti nəzərdə tutulmuşdur. Bu baxımdan dəvət edilmiş qiymətləndiricinin rəyindəki müvafiq (başlanğıc) qiymətlə əmlakın hərraca çıxarılmasına dair sifariş vermək hüququ da icra məmuruna aiddir. Belə olan halda, hərrac keçirilənədək həmin qiymət, onu öz sifarişində əsas götürən icra məmurunun hərəkətindən verilən şikayət qaydasında mübahisələndirilə bilər. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməlidir. “İcra haqqında” Qanunun 87.1-ci maddəsində göstərilir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 16 oktyabr 2012-ci il tarixli Qanunu ilə 87.1-ci maddəyə dəyişiklik edilmiş, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclunun icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilməsi müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 16 oktyabr 2012-ci il tarixli Qanununa əsasən həmin Qanunun 87.2-ci maddəsi çıxarılmış, icra sənədlərinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu tərəfindən icra məmurunun olduğu yer ürzə İnzibati-İqtisadi məhkəməyə şikayət verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 02 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 04 aprel 2012-ci il tarixli qərarında göstərmişdir ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibati- Prosessual Məcəllənin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibatiiqtisadi məhkəmələr tərəfindən baxılır. Qeyd edilməlidir ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə” 16 sentyabr 2010-cu il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin İ bəndinin tələblərini pozur. Məhkəməsinin digər – “Vasilesku Rumıniyaya qarşı iş üzrə” 22 may 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan “məhkəmə” anlayışının tələblərinə cavab vermiş olur. MPM-in 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli 2-2(121)-17/2023 saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, qanunda bu qaydada şikayət vermək imkanının nəzərdə tutulması mübahisəli məsələyə iddia icraatı qaydasında baxılmasını istisna edir. Kollegiya qeyd edir ki, MPM-in 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qanunvericilikdə nəzərdə tutulmuş şərtlərə əməl edilməklə aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə görə konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 5.1-ci maddəsinə görə hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici MPM-də məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X6rşı iş” üzrə 29 iyun 2000-ci il tarixli, “Annoni di Gussola və digərləri Fransaya qarşı iş” üzrə 14 fevral 2001-ci il tarixli və digər qərarlarında göstərmişdir ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi iştirakçı dövlətləri apellyasiya və ya kassasiya məhkəmələrini təsis etməyə məcbur etmir. Bununla belə, əgər həmin məhkəmələr yaradılıbsa, bu instansiyalarda proses 6-cı maddədə nəzərdə tutulmuş təminatları ehtiva etməli, həmçinin mübahisə edənlərə onların mülki hüquq və vəzifələrinə aid olan qərarlar üzrə məhkəməyə müraciət hüququ səmərəli dərəcədə təmin olunmalıdır. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Şərh olunanlara əsasən və MPM-in 261, 372, 384, 391 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli 2-2(121)-17/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Abşeron rayon İcra və Probasiya şöbəsi və X7) qiymətləndirmənin nəticələri haqqında hesabatın ləğv edilməsi, girov predmeti olan dövriyyədəki malların ilkin satış qiymətinin müəyyən edilməsi və sair tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçı ASC qanunvericilikdə nəzərdə tutulmuş şərtlərə əməl edilməklə aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət edilə bilər. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardadan həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar