Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-70/2023 07.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin X2 Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və X4 ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Müəsissəsinin nümayəndəsi Vəkil2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli 2-2(121)-805/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 360000 manat dəymiş ziyan və 10000 manat xidmət haqqı olmaqla, ümumilikdə 370000 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiası onunla əsaslandırılmışdır ki, o, ailəsini maddi cəhətdən saxlamaq məqsədi ilə sarımsaq bitkisi əkib-becərməklə məşğul olur. O, sarımsaq bitkisi əkərək, 80 ton miqdarında sarımsaq məhsulu yığmış və dekabr-yanvar ayında yığılmış məhsulu satmaq məqsədilə 25 sentyabr 2019-cu il tarixdə “X3 və təchizatı” ASC-nin Ağcabədi rayonunda yerləşən regional idarəsinə təhvil vermişdir. Məhsulu ərzaq saxlama kamerasına yerləşdirən zaman, məhsulun orada saxlanması üçün 10000 manat xidmət haqqı vermişdir. 10 dekabr 2019-cu il tarixdə “X3 və təchizatı” ASC-nin Ağcabədi rayonunda yerləşən regional idarəsinə təhvil verdiyi 80 ton sarımsaq məhsulunu götürmək üçün getdikdə soyuducudan axan su səbəbindən məhsulun tam yararsız olduğunu görmüşdür. Bundan sonra 360000 manat dəyərində olan istifadəyə yararlı sarımsaq məhsulunu yararsız hala salan saxlama kamerasının rəhbəri ilə əlaqə yaradıb danışıqlar aparsa da, onun bu məsələyə heç bir aidiyyətinin olmadığını və zəmanət vermədiyini bildirmişdir. Bundan sonra, ona dəymiş ziyanın və çəkdiyi xərclərin geri ödənilməsi üçün cavabdeh barəsində Ağcabədi rayon prokurorluğuna şikayət etmişdir. Prokurorluqdan ona yazılı olaraq bildirilmişdir ki, şikayəti mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməlidir. Şirvan Kommersiya Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli 2-2(121)-805/2020 saylı qətnaməsi ilə (hakim Rafiq İsmayılov) İddiaçı Cavabdehnə qarşı 360000 manat dəymiş ziyan və 10000 manat xidmət haqqı olmaqla, cəmi 370000 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı tərəfindən Şirvan Kommersiya Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli 2- 2(121)-805/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin müəyyən edilmiş faktiki hallarına maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verməmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən hesab etmişdir ki, iddiaçı Cavabdeh ilə birbaşa heç bir münasibətə girməmiş, ona saxlanca mal və ya xidmət haqqı ödəməmiş, bu münasibətlərin həyata keçirildiyi fiziki şəxs olan X10 isə qeyd olunan müəssisəni təmsil etməməklə onun adından pul almaq və saxlanca məhsul qəbul etmək səlahiyyəti olmamışdır. İddiaçı ilə cavabdehin arasında heç bir müqavilə münasibətinin olmaması, iddiaçının məhsulun saxlanması barədə yalnız X10 ilə razılaşmasının olması və sonuncunun cavabdehin nümayəndəsi olsa da, verilmiş etibarnamədə belə səlahiyyəti nəzərdə tutulmamısdır. Bütün bunlar ona əsas verir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun aydınlaşdırmamış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 05 oktyabr 2021-ci il tarixli 2-2(106)-94/2021 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş, iddiaçının iddia tələbi qismən təmin edilərək, cavabdehdən 277414,80 manat tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir (sədrlik edən Tofiq Heydərov, hakimlər Tale Kərimov və İsmayıl Əhmədov). Apellyasiya instansiyası məhkəməsi işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına istinad edərək bildirmişdir ki, X10 cavabdeh müəssisənin müvafiq əmri ilə 2018-ci ilin yanvar ayından təchizat üzrə menecer vəzifəsinə təyin olunmuş və 2019-cu il 10 yanvar tarixli etibarnamə ilə ona cavabdeh müəssisənin adından “müqavilələrin bağlanması” və “etibarnamədə nəzərdə tutulmuş tapşırıqların yerinə yetirilməsi ilə bağlı bütün hərəkətlərin edilməsi” səlahiyyətləri həvalə olunmuşdur. Məhsulun saxlanca qəbul edilməsi və saxlanması məsələlərində X10 cavabdeh tərəfindən ona verilmiş etibarnamədən istifadə etdiyindən, cavabdehin iddiaçının məhsulunun ona məxsus soyuducuda saxlanmasına etirazı olmadığından, həmçinin məhsulun saxlandığı soyuduculara nəzarət cavabdehin səlahiyyəti daxilində olmaqla onun vəzifəsi olduğundan, X10 öz adından deyil, cavabdehin adından çıxış etmişdir ki, iddia tələbinə də məhz cavabdeh müəssisə cavab verməlidir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası bildirmişdir ki, iddiaçıya məxsus sarımsaq məhsulu cavabdehə məxsus soyuducuda saxlanca qəbul edilmiş, lakin lazımi şəraitdə saxlanmaması nəticəsində yararsız hala düşərək iddiaçıya ziyan dəymişdir. Qanunvericiliyin tələbinə əsasən cavabdeh iddiaçıdan məhsulu saxlanca qəbul etdiyindən həmin məhsulun lazımi keyfiyyətdə saxlanması və təhvil verilməsi üçün məsuliyyət daşıyır. Cavabdeh tərəf cəmi 60 ton məhsulu saxlanca qəbul etməsini bildirmiş, iddiaçı isə saxlanca verilmiş məhsulun 360000 manat dəyərində və 80 ton olmasına dair heç bir sübut təqdim edə bilməmişdir. Ekspert rəyi və digər sübutlarla isə saxlanca verilmiş məhsulun 60 ton olmaqla, 2019-cu ilin dekabr ayına dəyərinin 277414 manat olması müəyyən edilmişdir. Həmin qətnamədən iddiaçı və cavabdeh tərəfindən kassasiya şikayətləri verilmişdir. İddiaçı kassasiya şikayətində qətnaməni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edərək, iddia tələbinin tam həcmdə təmin edilməsini, cavabdeh isə qətnamənin ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 05 may 2022-ci il tarixli 2-2(102)-261/2022 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Cavabdeh kassasiya şikayəti təmin edilmiş və Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 05 oktyabr 2021-ci il tarixli 2-2(106)-94/2021 saylı qətnaməsi qismən – iddianın təmin edildiyi hissədə ləğv edilərək, iş həmin hissədə yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmışdır (məruzəçi hakim B.Məmmədli, hakimlər B.Qəribov və İ.Dadaşov). Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 05 may 2022-ci il tarixli 2-2(102)-261/2022 saylı qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarına, o cümlədən ekspert rəyi ilə məhkəməyə təqdim edilmiş 24 sentyabr və 02 oktyabr 2019-cu il tarixli telefon danışıqlarının səsyazma mətninə istinad edərək göstərmişdir ki, 2019-cu ilin dekabr ayınadək R.Əsədov məhsulu keyfiyyətli saxlamaqla təhvil verilməsini öhdəsinə götürdüyünü bildirmişdir. İddiaçıya məxsus sarımsaq məhsulu cavabdehə məxsus soyuducuda saxlanca qəbul edilmiş, lakin lazımi şəraitdə saxlanmaması nəticəsində yararsız hala düşərək iddiaçıya ziyan dəymişdir. Bununla bağlı ilkin olaraq R.Əsədovun məhsulu anbara saxlanca qəbul edərkən müvafiq səlahiyyətə malik olub-olmaması məsələsinə məhkəmə tərəfindən düzgün qiymət verilibverilmədiyi aydınlaşdırılmalıdır. Kassatorun dəlillərinə görə R.Əsədov sözügedən səlahiyyətə malik deyildir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən görünür ki, cavabdeh tərəfindən R.Əsədova verilmiş 2019-cu il 10 yanvar tarixli FM/Y-01-19 saylı etibarnamə ilə cavabdehin adından notariat kontorlarında, ƏMDK DƏDRX-nin Ərazi İdarələrində, məhkəmə orqanlarında və digər dövlət idarə və təşkilatlarına sənədlər təqdim etmək, alqı-satqı əməliyyatlarını həyata keçirmək və bu sənədlərdə imza etmək, arayışlar almaq, müqavilələr bağlamaq, hazır olan sənədləri götürmək, tələb olunan zəruri sənədləri təqdim etmək və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etmək 10 yanvar 2021-ci il tarixinədək R.Əsədova etibar edilmişdir. Bununla əlaqədar məhkəmə hesab etmişdir ki, R.Əsədovun təmsil etdiyi cavabdehin adından müqavilə bağlamaq səlahiyyəti olmuşdur. R.Əsədovun adına etibarnamənin olması və cavabdehin rəhbərliyinin iddiaçının məhsulunun ona məxsus soyuducuda saxlanması üçün qəbul edilməsinə, orada saxlanılmasına etiraz etməməsi onun həmin xüsusatla, yəni R.Əsədovun cavabdehin nümayəndəsi kimi məhsulu saxlanca qəbul etməsi ilə razılaşmasını göstərir. Məhkəmə kollegiyasının qənaətinə görə isə MM-in 404-cü maddəsinin tələbləri baxımından etibarnamənin mətninə bütöv bir tam kimi nəzər saldıqda, R.Əsədovun təmsil etdiyi cavabdehin adından müqavilə bağlamaq səlahiyyətinin bütün subyektlərə münasibətdə ona verildiyi, yaxud yalnız müvafiq dövlət qurumlarında həyata keçirilməsinin nəzərdə tutulduğu, daha doğrusu, etibarnamənin maddi və ya prosessual hüquqi xarakter daşıması barədə birmənalı nəticəyə gəlmək olmur. Həmin məsələyə tam aydınlıq gətirilməsi məqsədilə R.Əsədovun onunla bağlanmış əmək müqaviləsində, cavabdehin təsdiq etdiyi xidməti təlimat və digər daxili sənədlərdə əks olunmuş funksiyaları, səlahiyyətləri, habelə R.Əsədov tərəfindən digər hallarda analoji müqavilələr bağlanılıb-bağlanılmaması kimi mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən hallara qiymət verilməsi zəruridir. Lakin həmin xüsusatlar apellyasiya instansiyası məhkəməsinin diqqətindən kənarda qalmışdır. Halbuki, MPM-in 14.1-ci maddəsinin tələbidir ki, məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaq üçün işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməlidir. Göründüyü kimi, mülki məhkəmə icraatının çəkişmə prinsipi əsasında aparılması heç də məhkəmənin bütün hallarda passiv seyrçi mövqeyi tutmasını şərtləndirmir. Qeyd olunmalıdır ki, cavabdehin mübahisə predmeti olan məhsulun saxlanca qəbul edilməsindən xəbərdar olması, R.Əsədovun iddiaçıdan aldığı bildirilən vəsaiti tam və ya qismən cavabdehə və onun rəhbərliyinə təqdim etməsi iş materialları ilə öz təsdiqini tapmır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin rəhbərliyinin iddiaçının məhsulunun ona məxsus soyuducuda saxlanması üçün qəbul edilməsinə, orada saxlanılmasına etiraz etməməsinə və bunun cavabdehin məhsulun saxlanca qəbul edilməsi ilə razılaşmasını göstərdiyinə dair apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə mötəbər sübutlara söykənməyən subyektiv mülahizə xarakteri daşıyır, ona görə də əsaslı hesab edilə bilməz. Mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən digər məsələ iddiaçıya cavabdeh tərəfin zərər vurub-vurmaması məsələsinə məhkəmə tərəfindən düzgün qiymət verilib-verilməməsinin aydınlaşdırılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəyə görə 2019-cu ilin dekabr ayınadək R.Əsədov məhsulu keyfiyyətli saxlamaqla təhvil verilməsini öhdəsinə götürmüş, məhsul soyuducuda saxlanca qəbul edilmiş, lakin lazımi şəraitdə saxlanmaması nəticəsində yararsız hala düşərək iddiaçıya ziyan dəymişdir. Kassatorun dəlillərinə görə məhkəmənin həmin nəticəsi qanunsuz və əsassız olmuşdur. İş materiallarından görünür ki, mübahisə predmeti olan sarımsaq soyuducuda saxlanca 25 sentyabr 2019-cu ilin tarixində təhvil verilmişdir. Birinci instansiya məhkəməsinin 07 sentyabr 2020-ci il tarixində keçirilən iclasında mütəxəssis qismində dindirilmiş X7 izahatından məlum olur ki, sarımsaq iyul ayının axırı-avqust ayının əvvəllərində anbara təhvil verilməlidir. Əgər məhsul sentyabr ayında anbara təhvil verilirsə, mütləq şəkildə cücərmiş, çürümüş hissələr təmizlənməlidir. Əgər cücərmiş və çürümüş hissələr seçilib təmizlənməsə, qalan məhsulun cücərməsinə səbəb olar. Göründüyü kimi, məhsul mütəxəssisin göstərdiyi tarixdən təxminən 1 ay yarım sonra saxlanca verilmişdir. Belə olan halda, həmin məhsulun tərkibindəki sarımsaqlarda məhsul saxlanca verilməmişdən əvvəl və ya sonra cücərmə hallarının baş verməsi istisna oluna bilməz. Eyni zamanda, təhvil verilmiş məhsula lazımi qaydada aqrotexniki xidmətlərin göstərilməsi, habelə onun tərkibindəki cücərmiş sarımsaqların seçilərək kənarlaşdırılması iş materialları ilə təsdiq olunmadığından, mütəxəssisin izahatında göstərildiyi kimi, cücərmiş sarımsaqlar məhsulun digər hissəsinin də cücərməsinə və çürüməsinə səbəb ola bilməsi də tamamilə mümkün idi. Bundan başqa, iş materiallarında olan 24 sentyabr və 02 oktyabr 2019-cu il tarixli telefon danışıqlarının səsyazma mətnindən görünür ki, R.Əsədov dəfələrlə iddiaçıya malının cücərməsini bildirmiş, sonuncu da malını tezliklə aparacağını demişdir. Buna baxmayaraq iddia ərizəsindən də məlum olur ki, iddiaçı sonuncu telefon danışığındakı xəbərdarlıqdan yalnız 2 aydan artıq müddət keçdikdən sonra –10 dekabr2019-cu il tarixində öz malını götürmək üçün anbara gəlmiş, beləliklə MM-in 21.3 və 425-ci maddələrinin tələblərinə uyğun olaraq, zərərin baş verməsinin və ya artmasının qarşısının alınması üçün edə biləcəyi bütün hərəkətləri etməmiş, zəruri tədbirlər görməmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən həmin mübahisənin düzgün və ədalətli həlli üçün mühüm əhəmiyyət kəsb edən həmin məsələləri nəzərə almamış, işdə olan sübutları düzgün qiymətləndirməmişdir. Nəhayət, hazırkı halda aydınlaşdırılması vacib olan digər məsələ zərərin dəyəri müəyyən edilərkən apellyasiya instansiya məhkəməsi tərəfindən hüquq pozuntusuna yol verilib-verilməməsinin aydınlaşdırılmasıdır. Kassatorun dəlillərinə görə qətnamə bu mənada da qanunsuz və əsassızdır. Apellyasiya instansiyası məhkəməsi işdə olan ekspert rəyi və digər sübutlara istinad edərək belə nəticəyə gəlmişdir ki, saxlanca cəmi 60 ton məhsul verilməklə həmin məhsulun 2019-cu ilin dekabr ayına dəyərinin 277414 manat olması müəyyən edilir. Məhkəmə kollegiyası cavabdeh tərəfin dəlilləri ilə razılaşaraq apellyasiya instansiyası məhkəməsinin bu mövqeyini də əsassız hesab edir. Belə ki, cavabdeh tərəfin qanunsuz hərəkətləri nəticəsində yararsız hala düşdüyü bildirilən 80 ton sarımsağın dəyəri 16 yanvar 2020-ci il tarixində məhkəməyə daxil olmuş iddia ərizəsində 360000 min manat göstərilsə də, bundan cəmi 25 gün əvvəl – 20 dekabr 2019-cu ilin tarixində iddiaçının Ağcabədi rayon prokurorluğuna, Kənd Təsərrüfatı Nazirliyinə verdiyi ərizələrdə (i/v 7, 143) 100000 manat qeyd olunmuşdur. X8 Məhkəməsinin 23 iyul 2020-ci il tarixli iclasının protokolundan görünür ki, iclasda iştirak edən iddiaçı bildirmişdir ki, məhsul anbara təhvil verilməmişdən əvvəl, yəni 2019-cu ilin iyun-iyul aylarında məhsulun 1 kiloqramının qiyməti 1,40 manat olmuş, o, 80 ton məhsula 100000 manat xərc çəkmişdir (i/v 105, 106). Eləcə də, iş materiallarında olan Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2019-cu ilin dekabr ayında yerli istehsal olan sarımsağın bir kiloqramının orta pərakəndə satış qiyməti 1,31 manat təşkil edir (i/v 140). Həmin qiymətlə hesabladıqda 80 ton sarımsağa 104800 manat xərc çəkildiyi məlum olur ki, bu da əslində iddiaçının 20 dekabr 2019-cu il tarixdə Ağcabədi rayon prokurorluğuna, Kənd Təsərrüfatı Nazirliyinə verdiyi ərizələrdə göstərilmiş qiymətlə təxminən üst-üstə düşür. Bundan başqa, iş materiallarından məlum olur ki, mübahisə predmeti olan sarımsağın qiyməti həmin sarımsağın Ağdam sarımsağı olması əsas götürülərək müəyyən edilmişdir. Halbuki, həmin sarımsağın məhz Ağdam sarımsağı olması da iş materiallarından görünmür. Həmçinin qiymət müəyyən edilərkən iddiaçının saxlanca təqdim etdiyi məhsulun faktiki vəziyyəti, onun saf və ya çürük olması, yararlı və yararsızlığı, habelə məhsulun qiymətinə təsir edən digər mühüm amillərin nəzərə alınması da əsaslandırılmamışdır. Apellyasiya instansiyası məhkəməsi mübahisə predmeti olan sarımsağın qiyməti barədə nəticəyə gələrkən müvafiq ekspert rəyinə istinad etsə də, həmin ekspert rəyinin mötəbərliyi yuxarıda qeyd olunanlar baxımından ciddi şübhələr doğurur. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsi MPM-in 88 və 103.1-ci maddələrini pozaraq, iş üzrə toplanmış sübutları düzgün qiymətləndirməmiş, nəticədə MPM-in 217.1-ci maddəsində nəzərdə tutulmuş qanunilik və əsaslılıq meyarlarına uyğun gəlməyən qətnamə qəbul etmişdir. Ona görə də, cavabdeh tərəfin kassasiya şikayəti təmin edilərək qətnamə iddia tələbinin təmin edildiyi hissədə ləğv edilməli və həmin hissədə işə yenidən baxılmalıdır. Yeni apellyasiya baxışında məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq R.Əsədovun məhsulu anbara saxlanca qəbul edərkən müvafiq səlahiyyətə malik olubolmamasını 2019-cu il 10 yanvar tarixli FM/Y-01-19 saylı etibarnamə, R.Əsədovla bağlanmış əmək müqaviləsi, cavabdehin təsdiq etdiyi xidməti təlimat və digər daxili sənədlərdə əks olunmuş funksiyaları, səlahiyyətləri əlaqəli şəkildə təhlil olunmaqla aydınlaşdırılmalı, bu zaman R.Əsədov tərəfindən digər hallarda analoji müqavilələr bağlanılıb-bağlanılmaması nəzərə alınmalı, mübahisə predmeti olan sarımsağın soyuducuda saxlanca normativ tələblərə uyğun şəkildə vaxtında və tərkibindəki cücərmiş sarımsaqlar seçilərək kənarlaşdırılmaqla təhvil verilib-verilməməsi müəyyənləşdirilməli, bu zaman iş üzrə mütəxəssis qismində dindirilmiş X7 izahatında, eləcə də 2019-cu il 24 sentyabr və 2 oktyabr tarixli telefon danışıqlarında deyilənlər nəzərə alınmalı, həmçinin R.Əsədovun xəbərdarlıqlarına baxmayaraq, iddiaçının sonuncu telefon danışığından yalnız 2 aydan artıq müddət keçdikdən sonra öz malını götürmək üçün anbara gəlməsinə MM-in 21.3 və 425-ci maddələrinin tələbləri baxımından qiymət verilməlidir. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 16 sentyabr 2022-ci il tarixli 2-2(106)-94/2022 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla iddia tələbi qismən - cavabdehdən 277414,80 manat vəsaitin alınaraq iddiaçıya ödənilməsi hissəsində təmin edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 16 sentyabr 2022-ci il tarixli 2-2(106)-94/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 29 mart 2023-cü il tarixli 2-2(102)-261/2022 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 16 sentyabr 2022-ci il tarixli 2-2(106)-94/2022 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır (məruzəçi hakim K.Abıyeva, hakimlər V.Həsənov və E.Şamayev). Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 29 mart 2023-cü il tarixli 2-2(102)-261/2022 saylı qərarında ehtiva olunmuşdur ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olubolmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunubolunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir Cavabdehin hazırkı kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə eyni olmaqla, əvvəlki kassasiya baxışı zamanı təmin edilmiş, yol verilmiş maddi və prosessual hüquq pozuntularının aradan qaldırılması ilə bağlı məcburi göstərişlər verilərək, iş yeni apellyasiya baxışına göndərilmişdir. Bununla belə, baxılan iş üzrə kassasiya instansiyası məhkəməsində birinci icraat zamanı qəbul edilmiş qərarda göstərilən, iş üzrə qanuni və əsaslı qərarın qəbul edilməsi üçün əhəmiyyətli olan göstərişlər üzrə hər hansı hüquqi dəyərləndirmə aparılmamış, nəticədə MPM-in 420-ci maddəsinin tələbləri pozulmuşdır. “…qanunvericilikdə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəmə aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası həmçinin qeyd edilməsini zəruri hesab edir ki, hazırkı iş üzrə kassasiya instansiası məhkəməsinin 05 may 2022-ci il tarixli 2-2(102)-261/2022 saylı qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən - iddianın təmin olunduğu hissədə ləğv edilmiş, iş yalnız həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Buna baxmayaraq, işin yeni apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi, kassasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aktının dəyişdirilmədən saxlanılan hissəsini də (iddianın təmin edilməyən hissəsi) təkrar yoxlamış və MPM-in 372-ci maddəsinin tələblərini pozmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İddiaçı apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək Şirvan Kommersiya Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli 2-2(121)-805/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi Vəkil2 izahatında apelyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, ona görə də apellyasiya şikayətinin təmin edilmədən, Şirvan Kommersiya Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli 2-2(121)-805/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, xx.xx.2019-cu ildə saxlanca qəbul edilmiş sarımsaqla bağlı tərəflər arasında hər hansı müqavilə olmamış, soyuducuda eyni anda iddiaçıya aid soğan da saxlanılmışb və həmin məhsulda heç bir çürümə olmamışdır. Ümumiyyətlə, Rizvan Əsədov Cavabdeh MMC-də menecer vəzifəsində işləmiş və onun mal qəbul etmək səlahiyyəti olmamışdır. Buna görə də, onun hər hansı məsuliyyəti olduğu təqdirdə belə, buna görə məsuliyyəti Cavabdeh daşıya bilməz. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 izahatında apelyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, ona görə də apelyasiya şikayətinin təmin edilmədən, Şirvan Kommersiya Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli 2-2(121)-805/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, o Cavabdeh MMC-də menecer vəzifəsində işləmişdir. İddiaçıdan malı qəbul edib soyuducunun kamerasına yerləşdirmiş və bu barədə Cavabdeh MMC-nin rəhbərliyinə nə məlumat vermiş, nə də hər hansı vəsait vermişdir. Lakin onun soyuducuya hər hansı məhsul qəbul etmə barədə səlahiyyəti olmamışdır. Məhkəmə kollegiyası iddiaçının, cavabdehin nümayəndəsinin, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şirvan Kommersiya Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli 2-2(121)-805/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan İddiaçı tərəfindən Ağcabədi Rayon Prokurorluğuna ünvanlanmış ərizədən görünür ki, İddiaçı “X3 və təchizatı” ASC-nin Ağcabədi rayonunda yerləşən regional idarəsinin rəhbəri X10 barəsində Ağcabədi Rayon Prokurorluğuna müraciət edərək, ona dəymiş 100.000 manat ziyanın ödənilməsinə köməklik edilməsini xahiş etmişdir. İşdə olan Ağcabədi Rayon Prokurorluğu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019cu il tarixli, 553Ş-19 saylı məktubdan görünür ki, İddiaçı dəymiş ziyanın əvəzinin ödənilməsinə dair tələblərlə aidiyyəti üzrə Ağcabədi Rayon Məhkəməsinə müraciət edilməsi tövsiyə olunmuşdur. İşdə olan X10 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli AZ0400/********** saylı teleqramın surətində qeyd olunur ki, 25 sentyabr 2019-cu il tarixdə İddiaçı müraciəti əsasında, təxminən 40-50 ton sarımsaq və 50 ton soğanı dekabr 2019-cu il tarixədək soyuducu kamerada saxlanılması üçün qəbul etmişdir. Malı qəbul edərkən, onun içərisində müəyyən qədər keyfiyyəti aşağı, cücərməmiş formada sarımsaq olmuş və bu barədə İddiaçı məlumatı olmuşdur. Bundan başqa, iş otağında olan danışığa birtərəfli qaydada gələcəkdə baş verə biləcək hər hansı bir problemə görə öhdəliyi İddiaçı öz üzərinə götürmüşdür. Ötən müddət ərzində həmin malların saxlanılmasına müntəzəm olaraq nəzarət olunmuş, elektrik və digər avadanlıqlar normal surətdə işləmişdir. İddiaçı dəfələrlə müraciət olunaraq kameraya qoymuş olduğu malları götürməsi bildirilsə də, həmin mallar geri götürülməmişdir. Aralarında olan danışığa əsasən 25 dekabr 2019-cu il tarixdə İddiaçı götürdüyü kameranın aylıq kirayə haqqının vaxtı olduğu üçün kirayə haqqının ödənilməsi ondan tələb olunmuş, 3 gün müddətinə həmin malları təhvil götürmədiyi təqdirdə, gələcəkdə baş verən hər hansı bir neqativ vəziyyətə görə məsuliyyət şəxsən özü daşıması barədə İddiaçı məlumatlandırılmışdır. İşdə olan Bərdə şəhər "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bərdə rayon Vəkil Bürosunun vəkili Müşfiq Mehdiyevə ünvanlanmış 10 yanvar 2020-ci il tarixli 08 saylı məktubda qeyd olunur ki, Bərdə şəhəri "xxxx" MMC-nin bazarında 2019-cu il üçün 80 ton sarımsaq bitkisinin real bazar qiyməti 360000 manat təşkil edir. İşdə olan Cavabdeh 10 fevral 2020-ci il tarixli FM/F-02-20 saylı arayışında qeyd olunur ki, X10 həqiqətən də Cavabdehndə 2018-ci ilin yanvar ayından təchizat üzrə menecer vəzifəsinə təyin olunmuşdur. İşdə olan Cavabdeh 10 yanvar 2019-cu il tarixli FM/Y-01-19 saylı etibarnaməsindən görünür ki, həmin etibarnamə ilə Cavabdeh adından Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən notariat kontorlarında, ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarələrində, məhkəmə orqanlarında və digər dövlət idarə və təşkilatlarına sənədlər təqdim etməyi, alqı-satqı əməliyyatlarını həyata keçirməyi və bu sənədlərdə imza etməyi, arayışların alınması, müqavilələrin bağlanılması, hazır olan sənədləri götürməyi, tələb olunan zəruri sənədləri təqdim etməyi və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi xx.xx.2021-ci il tarixədək X9 etibar edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış 11 avqust 2020-ci il tarixli 04/1-47 saylı və 07 oktyabr 2020-ci il tarixli 04/1-64 saylı məktublarda qeyd olunur ki, 2019-cu ilin dekabr ayında yerli istehsal olan sarımsağın bir kiloqramın ölkə üzrə orta pərakəndə satış qiyməti 1,31 manat təşkil edir. Beynəlxalq təcrübədə mövcud olmadığı üçün Dövlət Statistika Komitəsi məhsulların topdansatış qiymətlərinin statistik müşahidəsini aparmır. İşdə olan Ağcabədi rayon prokurorluğunun xx.xx.2020-ci il tarixli 686 xid-20 saylı məktubu ilə məhkəməyə təqdim olunmuş İddiaçı Ağcabədi rayon prokurorluğuna verdiyi xx.xx.2019-cu il tarixli izahatında qeyd olunur ki, Ağdam rayonu Ergi qəsəbəsində təsərrüfatla - sarımsaq əkini ilə məşğul olur. 2019-cu ilin iyun ayında sahədən 80 ton sarımsaq yığıb məhsulu Ergi qəsəbəsində təsərrüfatının olduğu yerdə çardağın altında saxlamışdır. Sonradan məhsulun soyuducu şəraitində saxlanılmasını qərara almışdır və xx.xx.2019-cu il tarixdə həmin 80 ton sarımsağı Ağcabədi rayonu, Hüsülü kəndində yerləşən “X3 və təchizatı” ASC-nin Ağcabədi Regional İdarəsinə vermişdir. Bu məqsədlə həmin müəssisənin nümayəndəsi Rizvan adlı şəxslə məhsulun 3 ay müddətinə saxlanılması üçün 12 min manat xidmət haqqına razılaşmışdır. Həmin xidmət haqqının 10 min manatını hissə-hissə 2 dəfə 4 min manat, bir dəfə isə 2 min manat olmaqla Rizvana ödəmişdir. Şərtlərinə əsasən mal soyuducu kameralarda 2 dərəcə temperaturda saxlanmalı idi. Malı “X3 və təchizatı” ASC-nin Ağcabədi Regional İdarəsinə təhvil verdikdən təxminən 20 gün sonra Rizvan malda yüngülvari göyərmə olduğunu bildirmişdir. O, gedib məhsula baxanda 80 ton sarımsağın təxminən 2 faizinin göyərdiyini görmüşdür. Məhsulda az miqdarda göyərmə olmasını normal hesab etdiyindən o malı soyuducudan çıxarmamışdır. Lakin bir müddətdən sonra Rizvan mütəmadi olaraq gəlib malını anbardan çıxarmağı bildirmişdir. xx.xx.2019-cu il tarixdə o, “X3 və Təchizatı” ASC-nin Ağcabədi Regional İdarəsinə gedib mala baxdıqda anbara yerləşdirdiyi 80 ton sarımsağın tamamilə göyərib yararsız vəziyyətə düşdüyünü, malın da onun xəbəri olmadan başqa kameraya yığıldığını öyrənmişdir. Yəqin ki, əvvəlki kamera uzun müddət işləmədiyindən məhsul xarab olmuş, Rizvan da sonradan malı başqa kameraya yığmışdır. Bunun nəticəsində ona ziyan dəymişdir. Lakin bunun pulla dəyərini deyə bilmir, bunun üçün ekspertiza təyin olunub qiymət qoyulmalıdır. Həmin məhsulun yetişdirilməsi üçün 50-60 ailədən adamlar işləmiş, onlara pul ödənilmişdir. O, “X3 və Təchizatı” ASC-nin Ağcabədi Regional idarəsində onun malının yığıldığı soyuducu kameranın monitorunun şəklini çəkmişdir, soyuducu 2 dərəcə işləməli olduğu halda 7,4 dərəcədə işləmişdir. Bununla bağlı Rizvana bildirdikdə heç nəyə zəmanət vermədiyini bildirmişdir. Rizvan söhbəti bağlamaq üçün ona ödədiyi 10 min manatı təklif edir, o isə bununla razılaşmır. O 80 ton sarımsağı “X3 və Təchizatı” ASC-nin Ağcabədi Regional idarəsinə rəsmi yazılı şəkildə təhvil verməmişdir, yalnız müəssisənin müdiri Rizvan adlı şəxslə şifahi razılaşması olmuşdur. Hətta xidmət haqqı kimi ödədiyi 10 min manat üçün də, ona heç bir qəbz təqdim olunmamışdır. O, sahədən yığılmış sarımsağı qurutmaq məqsədilə bir neçə ay müddətində çardaq altında soyuducu şəraitində olmadan saxlamışdır. Həmin müddətdə məhsul xarab ola bilməzdi. Sarımsağı əkdiyi müddətdə məhsula lazımi qaydada aqrotexniki qulluq olunmuş, xəstəliklərə qarşı bütün dərmanlar verilmişdir. Məsələ ilə bağlı məhkəməyə müraciət etməmişdir. Həmçinin İddiaçı prokurorluğa verdiyi xx.xx.2019-cu il tarixli izahatında qeyd olunur ki, malın hissə-hissə gətirilməsinin məhsulun keyfiyyətinə heç bir dəxli yoxdur. 80 ton məhsulu o, 10 gün ərzində daşıyaraq soyuducuya yığmışdır. Onun malların soyuducuda saxlanması şəraiti barədə heç bir məlumatı yoxdur. Malın saxlanma qaydasını Rizvan yaxşı bilir, o da ona inanıb malı təhvil vermişdir. Hansı şərait yaxşı idisə, Rizvan malı həmin şəraitdə saxlamalı idi. Onun malı anbara yerləşdirilən zaman malda təxminən hər kisədə bir sarımsaq göyərə bilərdi. Bu isə normal haldır. O, bunu nəzərə alaraq malını anbardan götürməmişdir. Rizvan onunla telefon danışığı zamanı sonradan gətirəcəyi malı götürməyəcəyi barədə xəbərdarlıq etmişdir, həmin vaxt o sonradan anbara yenə mal gətirməyi planlaşdırmışdır. Lakin mümkün olmadığından daha mal gətirə bilməmişdir. Rizvan onun malını xarab edəndən sonra, ona zəng edərək malı anbardan çıxarmağını bildirmişdir. Rizvan onu 19 dekabr 2019-cu il tarixdə anbara dəvət etmiş, anbarın yuxarısında havanın temperaturunu yoxlamış və hava soyuq olmuşdur. Rizvan 18 dekabr 2019-cu il tarixdə malın yerini dəyişmiş, usta çağırıb soyuducunu təmin etdirmiş, sonradan onu dəvət etmişdir. Əgər o haqlıdırsa, soyuducunu çağırmamış onu çağırmalı idi. Onun malın təhvil-təslimindən başı çıxmır. Rizvan malı qəbul edən şəxsdir, malı qəbul edəndə sənəd imzalamağı ona təklif etməmişdir. O, onun xidmət haqqını hər ayın əvvəlində ödəyib malını soyuducuda saxlamışdır. Rizvan onun malını meyvə üçün nəzərdə tutulmuş müsbət temperaturlu kamerada saxlamışdır, əslində isə sarımsaq mənfi dərəcəli temperaturda saxlanılmalı idi. İşdə olan Ağcabədi rayon prokurorluğunun xx.xx.2020-ci il tarixli 686 xid-20 saylı məktubu ilə məhkəməyə təqdim olunmuş X6 Ağcabədi rayon prokurorluğuna verdiyi xx.xx.2020-ci il tarixli izahatında qeyd olunur ki, İddiaçı əvvəllər tanımamışdır. Cavabdeh MMC-də menecer vəzifəsində işləyir. Həmin müəssisənin Ağcabədi rayonu Rəncbərlər kəndi ərazisində beş min tonluq soyuducu anbarı vardır. Anbarda xidmət haqqı müqabilində ərzaq məhsullarının saxlanılması nəzərdə tutulmuşdur. İddiaçı xx.xx.2019- cu il tarixdən başlayaraq təxminən 10-15 gün müddətində hissə-hissə təxminən 50-60 ton çəkidə sarımsaq gətirərək anbara yerləşdirmiş, malın 2019-cu ilin dekabr ayına qədər saxlanılması üçün xidmət haqqı kimi on min manatı ödəmiş, iki min manat da borclu qalmışdır. Malın hissə-hissə gətirilərək yerləşdirilməsinin məhsula ziyan olduğunu, daha əvvəl yerləşdirilmiş məhsulun artıq müəyyən temperaturda soyumasını, sonradan gələn malın həmin temperaturu götürməsinin müəyyən vaxt tələb etdiyini, bunun isə eyni yerdə saxlanılan məhsul üçün mənfi nəticə verə biləcəyini İddiaçı izah etmiş, malın bütöv halda soyuducuya yerləşdirməsini məsləhət görmüşdür. Lakin Mütəllim “daha ondan keçib” deyərək malı eyni qaydada soyuducuya yerləşdirmişdir. Hətta, o Mütəllimə malı anbarın arxa tərəfində adi temperaturlu şərait olduğunu, malın hissə-hissə həmin yerdə toplanmasını, axırda cəm halında soyuducuya vurulmasını da məsləhət görmüş, lakin Mütəllim buna da razı olmamış, hər dəfə ona deyəndə işinin alınmadığını, ona görə ləngidiyini demişdir. Bundan başqa, İddiaçı ilk gündən malı anbara gətirən zaman onun məhsulunda cücərmə müşahidə olunmuşdur. O, bununla bağlı aqronomla da məsləhətləşmişdir, aqronom həmin malın soyuducuya yerləşdirilməsini məsləhət görməmiş, məhsulun zay olacağını bildirmişdir. Bu barədə də, o, Mütəllimə bildirmiş, malın sonrakı aqibəti üçün cavabdeh olmadığını, ondan xidmət haqqını tam istəmədiyini, həmin pulu fəhləyə və maşına verib malını daşımağı bildirmişdir. Mütəllim tezliklə malını soyuducudan çıxaracağını deyərək vaxtı yubatmışdır. Bundan başqa, Mütəllim 2019-cu ilin may ayında məhsulu sahədən yığmış, isti açıq şəraitdə uzun müddət saxlamış, sonradan cücərdiyini görüb soyuducuya yerləşdirməyi qərara almışdır. Halbuki, soyuducu şəraiti çıxış yolu deyil, soyuducu məhsulu müəyyən müddət saxlamaq imkanındadır. Lakin Mütəllim kimdənsə əsassız sözlər eşidib guya malın mənfi 2 dərəcə temperaturda saxlanılmalı olduğunu iddia edir. Halbuki, məhsul mənfi 2 dərəcədə saxlanılsaydı, donub sonradan havaya çıxarılanda tamamilə məhv olacaqdı. O, Mütəllimlə aralarında olan telefon danışıqlarının əks olunduğu diski və Mütəllimin malının anbara yığılarkən ilkin görüntülərini könüllü olaraq izahatına əlavə edir. Həmin danışıqlarda onun Mütəllimə malının əvvəlcədən cücərməsini bildirməyi, Mütəllimin də malına tez-tez nəzarət götürüb aparacağını deməsi təsdiq olunur. Lakin Mütəllim vaxtında malını anbardan çıxarmamış, vədlərinə əməl etməmiş, sonda onu şantaj etmişdir. Mütəllimin malında əvvəlcədən cücərmə baş vermişdir. Məhsul isə 16 dekabr 2019-cu il tarixdə başqa soyuducuya yığılmış, bunun səbəbi isə soyuducunun temperaturunun müsbət iki dərəcəyə enməsi idi. O, bununla bağlı usta da çağırmış, usta soyuducunun mühərrikində problem olmadığını, içəridəki məhsulda qızışma getdiyini, ona görə də, temperaturun nizamlanmadığını bildirmişdir. xx.xx.2019-cu il tarixdən əvvəl soyuducuda heç bir problem olmamışdır. Başqa soyuducuya yığıldıqdan sonra da məhsulda qızışma getdiyi, malın keyfiyyətini itirdiyi təsdiq olundu. O, həmin günlərdə Mütəllimlə birlikdə anbarın yuxarısına çıxıb ona soyuducunun radiatorundan çıxan havanın temperaturunu yoxlamağı bildirmiş, həqiqətən də soyuducunun buz kimi soyuq havanı vurduğu məlum olmuşdur. Həm də Mütəllim anbara 80 ton deyil, təxminən 50-60 ton sarımsaq yığmışdır. İddiaçıla sarımsağın soyuducuya təhvil verilməsi barədə heç bir rəsmi yazılı sənəd tərtib olunmamışdır. Malı yığmamışdan əvvəl Mütəllim tanışlıq verib uzaq qohumluqlarının olduğunu bildirmiş, o da el-oba olduğunu nəzərə alaraq ona inanmışdır. X1 Ağcabədi rayon prokurorluğuna verdiyi xx.xx.2020-ci il tarixli izahatında qeyd olunur ki, Cavabdeh MMC üç ildir ki, "xxxx" ASC və "xxxx" MMC ilə əməkdaşlıq edir, həmin təşkilatlar Cavabdeh MMC-yə məxsus soyuduculara xeylı mal yerləşdirmişlər. İndiyə qədər həmin təşkilatlara məxsus mallarda heç bir problem yaranmamış, heç bir şəxs onlardan şikayət etməmişdir. Bundan başqa, İddiaçı sarımsaqla bərabər xx.xx.2019-cu il tarixdə təxminən 50 ton çəkidə soğanı da Cavabdeh MMC-yə məxsus soyuducuya yerləşdirmiş, soğan indiyə qədər normal vəziyyətdə qalmışdır. İddiaçı soğanla bağlı heç bir şikayəti yoxdur. Necə ola bilər ki, eyni soyuducuda soğan yaxşı vəziyyətdə qalır, sarımsaq isə xarab olur. Bu da İddiaçı böhtançı olduğunu bir daha təsdiq edir. İddiaçı məxsus soğan və sarımsaq fərqli otaqlarda saxlanılır, lakin həmin otaqların soyuducu sistemi eyni mühərrikə və qurğuya malikdir. Yəni ümumi soyuducuda problem olsa idi, soğanda da problem yaşanardı. Mütəllimin anbara yığdığı soğan başqa adama, Mütəllimin şərikinə məxsusdur. Təxminən on gün əvvəl soğanın sahibləri anbara gələrək Mütəllimin onlara kələk gəldiyini, guya sarımsağı anbardan çıxardığını onlara dediyini bildirmişdirlər. İddiaçı yerləşdirdiyi soğan rəsmi yazılı şəkildə təhvil alınmamışdır. Rəsmi razılaşmanın olmamasının səbəbi Mütəllimlə uzaq qohumluq və tanışlıq münasibətlərinin olması, ona olan inamı olmuşdur. Onun Mütəllimlə qərəzi olsaydı ona məxsus soğana da ziyan vurardı. Əksinə o maraqlıdır ki, müştərinin malını keyfiyyətli saxlasın, o da daimi olaraq onun soyuducusundan istifadə etsin. İşdə olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Ağcabədi rayonu Rəncbər kəndində yerləşən ümumi sahəsi 7.309 m2 , torpaq sahəsi 1,4 hektardan ibarət olan ticarət təyinatlı əmlak kompleksi kimi müəssisəyə Cavabdeh mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. 07 sentyabr 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş X11 izahatında bildirmişdir ki, sarımsaq yığılandan sonra əgər əkinə gedəcəksə, onda onun kökləri təmizlənmir, başı 5 sm qədər kəsilir, sonra talvar altında qurudulur və əkin müddəti gələndə dişlərindən ayrılır və əkilir. Sarımsağın əkin müddəti sentyabr ayının 20-dən oktyabr ayının 25-nə qədərdir. Sarımsaq yığılır, düzgün sərilib qurudulur və bu zaman, sarımsaqda sentyabr ayının 15-nə qədər cücərmə olmur. Əgər sarımsaq nəm çəkirsə, o zaman ayılır və cücərməyə başlayır. Ona görə də, oktyabr ayının 25-nə qədər onu əkib qurtarmaq lazımdır. Əgər oktyabr ayının 25-dən sonra əkilərsə, o zaman sarımsağın cücərmiş hissəsi qırılır və əkindən yaxşı nəticə alınmır. Lakin satış məqsədilə, uzun müddət saxlamaqdan ötrü, mütləq sarımsağın həm başı 4 sm kəsilir, həm də kökü yəni aşağı hissəsi saçaqlardan təmizlənir, bəzi hallardada onu yandırırlar, bəzi hallarda isə onu oyuq şəklində kəsib çıxarırlar. Sonra da onu sərirlər, qurudurlar bir az sonra isə onu soyuducuya yığırlar. Soyuducuda bunun tempuraturu əgər konteynerə vurub saxlayırlarsa, mənfi 1-2 dərəcə arası olmalıdır. Həmin saxlama kamerasının, yəni otağın nəmliyi 75-80 faiz dərəcəsində olmalıdır. Bu, hər gün yoxlanılmalıdır. Sarımsağı soyuducuya qoymamışdan qabaq 8 saat ərzində 40 dərəcə tempuraturda onu qızdırmaq lazımdır. O zaman həmin sarımsaq uzun müddətli qala bilir. Kisə şəklində saxlanıldıqda sarımsaq 3-4 ay ərzində saxlanılır. Yəni 3-4 aydan sonra o cücərməyə başlayır və xarab olur. Sarımsaq əsasən iyun ayının axırı, iyul aylarında yığılır. Sentyabr ayına qədər sarımsağı sərib saxlamaq olar. Əgər sarımsaq satış üçün nəzərdə tutulursa, onu sentyabrın 25-nə kimi gözləmək lazım deyil. Sarımsağı yığılandan sonra elə sahənin özündə, yaxud da talvara sərib qurudulur. Sentyabrın 20-nə qədər sarımsaq demək olar ki, cücərmir. Əgər məhsul bir soyuducudan çıxarılıb digər soyuducuya qoyulursa tempuratur əgər eyni deyilsə oyanma baş verə bilər. 1 günə belə sarımsaqda oyanma baş verib cücərə bilər. Cücərmiş sarımsağı soyuducuya qoyduqdan sonra cücərmə prosesi dayanmır, əksinə çürümə baş verib xarab olur. Sarımsağı anbarda saxlamağa verən adam məhsulu soyuducuda saxlayacaq adamla əlaqə saxlamalıdır ki, siz hansı şəraitdə məhsulu saxlayırsız. Məsələn konteynerdəmi, açıq havadamı, yeşikdəmi, torbadamı. Ondan sonra məhsulu həmin şəxsə təhvil verməlidir. Həmin şəxs də tez-tez nəzarət etməlidir. Cücərmiş, zədələnmiş sarımsaqlar varsa, onları seçib çıxarmalıdır. Cücərmiş və zədələnmiş sarmısaq orada qalarsa, o biri sarımsaqları da zədələməyə başlayacaq. Sarımsaq +2 və -1 aralığında olan temperaturda saxlanılır. Sarımsağı soyuducuya qoymazdan əvvəl baxmaq lazımdır ki, cücərib ya yox, əgər cücərmiş sarımsaq vardırsa, onları seçib çıxarırsan, cücərməyənləri isə soyuducuda 3-4 ay saxlamaq olar. Anbarda məhsul olduğu müddətdə ora tez-tez məhsul yığılması anbarada saxlanılan məhsula ziyan vura bilər. Bunun üçün anbara nəzarət olunmalıdır. Cücərmiş məhsulu anbarda saxlamaq mümükün deyil. Sarımsaq iyul ayının axırı-avqust ayının əvvəllərində anbara təhvil verilməlidir. Əgər məhsul sentyabr ayında anbara təhvil verilirsə, mütləq şəkildə cücərmiş, çürümüş hissələr təmizlənməlidir. Əgər cücərmiş və çürümüş hissələr seçilib təmizlənməsə, qalan məhsulun cücərməsinə səbəb olar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. MPM-in 420-ci maddəsinin tələbinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir. Məhkəmə kollegiyası hazırkı mülki işin hallarına apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq hüquqi qiymət verərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 05 may 2022-ci il tarixli 2-2(102)-261/2022 saylı və Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 29 mart 2023-cü il tarixli 2-2(102)-261/2022 saylı qərarlarında inikasını tapan göstərişləri rəhbər tutaraq bildirir ki, qətnamənin əsaslılığı apellyasiya baxışının predmetini təşkil edən hisssədə yoxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 387.3-cü maddəsinə əsasən, öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. MM-in 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 397.1-ci maddəsinə əsasən, müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. MM-in 397.3-cü maddəsinə görə bu Məcəllədən, müqavilənin məzmunundan və ya mahiyyətindən ayrı hal irəli gəlmirsə, müqavilənin əvəzli olduğu ehtimal edilir. MM-in 404.1 və 404.2-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. MM-in 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. MM-in 405.2-ci maddəsinə görə müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. MM-in 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və iş üzrə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur. Hazırkı mülki işin faktiki hallarından aşkar olur ki, iddiaçı sarımsaq bitkisini becərərək, dekabr-yanvar aylarında yığılmış məhsulu satmaq məqsədilə 25 sentyabr 2019-cu il tarixdə X9 təhvil vermiş, bunun üçün 12000 manat xidmət haqqına razılaşmış, xidmət haqqının 10000 manatını ödəmişdir. Sarımsaq məhsulu Cavabdehnə məxsus anbarda saxlanılmış və 2019-cu ilin dekabr ayında məhsulun xarab olması aşkar olunmuşdur. Cavabdehnə məxsus anbara təhvil verilmiş sarımsaq məhsulunun həcmi və dəyəri, malın X9 fiziki şəxs kimi, yoxsa Cavabdeh işçisi kimi təhvil verilməsi, xidmət haqqının kimə ödənilməsi, mal təhvil verilərkən onun vəziyyəti, məhsulun zay olmasında X6 və (və ya) Cavabdeh təqsirinin olub-olmaması və s. iş üzrə mübahisəli hallardır. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddia əsassızdır. Belə ki, məhkəmə təhvil verilmiş sarımsağın həcminə münasibətdə bildirmişdir ki, iddiaçı X9 80 ton sarımsaq təhvil verdiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. X10 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli teleqramda ona 40-50 ton, Ağcabədi rayon prokurorluğuna verdiyi xx.xx.2020-ci il tarixli izahatında isə 50-60 ton sarımsaq təhvil verildiyi etiraf edilir. İddiaçı tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, X6 etirafı əsasında məhkəmə iddiaçı tərəfindən X9 orta hesabla 50 ton sarımsaq təhvil verildiyi qənaətinə gəlir. Təhvil verilmiş sarımsağın dəyəri ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı prokurorluğa etdiyi müraciətində ona 100000 manat ziyan dəydiyini qeyd edir, daha sonra Ağcabədi rayon prokurorluğuna verdiyi xx.xx.2019-cu il tarixli izahatında onadəymiş ziyanın məbləğini (həcmini) bilmədiyini qeyd edir. Daha sonra "xxxx" MMC-nin məktubuna əsasən 2019-cu il üçün 80 ton sarımsaq bitkisinin real bazar qiymətini 360000 manat müəyyən edərək, dəymiş ziyanı qeyd olunan həcmdə qiymətləndirir və həmin məbləği cavabdehdən tələb edir. Halbuki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış 11 avqust 2020-ci il tarixli 04/1-47 saylı və 07 oktyabr 2020-ci il tarixli 04/1-64 saylı məktublarda 2019-cu ilin dekabr ayında yerli istehsal olan sarımsağın bir kiloqramın ölkə üzrə orta pərakəndə satış qiymətinin 1,31 manat təşkil etdiyi, beynəlxalq təcrübədə mövcud olmadığı üçün məhsulların topdan satış qiymətlərinin statistik müşahidəsinin aparılmadığı bildirilmişdir. Dəymiş ziyan hesablanarkən məhsulun 2019-cu ilin dekabr ayında anbardan çıxarılacağı nəzərə alınmaqla, onun bütün il boyu olan qiyməti deyil, məhz həmin dövrdə (2019-cu ilin dekabr ayı) olan qiyməti nəzərə alınmalıdır. Malın iddiaçı tərəfindən X9 fiziki şəxs kimi yoxsa Cavabdeh işçisi kimi təhvil verilməsi və xidmət haqqının kimə ödənilməsi məsələsinə münasibətdə məhkəmə hesab etmişdir ki, sarımsaq məhsulu Cavabdeh işçisi kimi deyil, fiziki şəxs kimi X9 təhvil verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Məhkəmə qeyd etmişdir ki, İddiaçı ilə nə X10, nə də Cavabdeh arasında yazılı müqavilə bağlanılmışdır. Bu, işin mübahisəsiz halıdır. Hazırki mübahisə üzrə şifahi müqavilə bağlanmışdır ki, bu müqavilə İddiaçı ilə məhz fiziki şəxs kimi (yəni müəssisənin işçisi kimi deyil) X10 arasında bağlanmışdır. Belə ki, tərəflər arasında bağlanılmış şifahi müqaviləyə əsasən İddiaçı məxsus sarımsaq məhsulu 3 ay ərzində soyuducu anbarda saxlanılmalı, bunun müqabilində isə onun tərəfindən 12000 manat xidmət haqqı ödənilməli idi. Lakin iş materiallarından X6 Cavabdeh adından belə müqavilələrin bağlanılması və pul alınması səlahiyyətinin mövcud olması müəyyən olunmur. İş materiallarında Cavabdeh tərəfindən X9 verilmiş 10 yanvar 2019-cu il tarixli FM/Y-01-19 saylı etibarnamə mövcuddur ki, həmin etibarnamə ilə ona Cavabdeh adından Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Notariat Kontorlarında, ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarələrində, məhkəmə orqanlarında və digər dövlət idarə və təşkilatlarına sənədlər təqdim etməyi, alqısatqı əməliyyatlarını həyata keçirməyi və bu sənədlərdə imza etməyi, arayışların alınması, müqavilələrin bağlanılması, hazır olan sənədləri götürməyi, tələb olunan zəruri sənədləri təqdim etməyi və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etmək etibar edilmişdir. Göründüyü kimi həmin etibarnamədə harada (hansı orqanlarda) Cavabdeh təmsil edilməsi səlahiyyətlərinin verildiyi dəqiq qeyd edilmişdir ki, bu etibarnamədə Cavabdeh daxilində hüquqi və fiziki şəxslərlə saxlama müqavilələrinin bağlanılması və bunun müqabilində pulun alınması səlahiyyətləri mövcud deyildir. Bundan başqa, iddiaçı nə Ağcabədi rayon prokurorluğuna etdiyi müraciətində, nə prokurorluqda verdiyi izahatlarında, nə də iddia ərizəsində Cavabdeh haqqında nəsə qeyd etmişdir. Qeyd olunan sənədlərdə “X3 və təchizatı” ASC-nin və X6 adları çəkilir. Başqa sözlə, iddiaçı şifahi müqavilə bağlayarkən ümumiyyətlə Cavabdeh tanımamışdır və belə olan halda isə müqavilə Cavabdeh ilə bağlanıla bilməzdi. Digər tərəfdən, iş materiallarından müəyyən olunur ki, sarımsağın saxlanılması üçün 10000 manat xidmət haqqı da, iddiaçı tərəfindən Cavabdehnə deyil, məhz X9 verilmişdir. İddiaçı məhkəmə iclasında xidmət haqqının bir hissəsini Cavabdeh rəhbəri Elnur adlı şəxsə verdiyini qeyd etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin Cavabdeh nümayəndəsi və vəkili də məhkəmə iclasında iddiaçı ilə Cavabdeh arasında müqavilə bağlanmadığını və müəssisənin hesabına pul ödənilmədiyini bildirmişdir. İddiaçı tərəfindən isə qeyd olunan halları təkzib edəcək, o cümlədən məhz Cavabdehnə pulun ödənilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab etmişdir ki, Cavabdehnə xidmət haqqı ödənilmədiyindən və yuxarıda göstərilən digər əsaslara görə, sözügedən müqavilə Cavabdeh ilə deyil, müstəqil şəkildə X10 ilə bağlanmışdır. Belə olan halda isə həmin müqavilə üzrə Cavabdeh hər hansı öhdəliyi yaranmadığından, dəymiş ziyanın və ödənilmiş 10000 manat xidmət haqqının Cavabdehndən tutulmasına dair iddiaçının tələbi əsassızdır. Məhkəmə həmçinin hesab etmişdir ki, hətta sarımsaq məhsulunun X10 tərəfindən Cavabdeh işçisi (meneceri) qismində təhvil alındığı şərti olaraq qəbul edilsə belə, yenə də iddia təmin edilməməlidir. Belə ki, iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan və iş materiallarından göründüyü kimi, iddiaçı sarımsaq məhsulunu X9 xx.xx.2019-cu il tarixdə təhvil vermişdir. Məhsul təhvil verilərkən onun 1-2 faizi xarab olmuşdur. Mal təhvil verildikdən 20 gün sonra Rizvan Əsədov malda göyərmə olduğunu iddiaçıya bildirmişdir. İddiaçı gedib məhsula baxanda 80 ton sarımsağın təxminən 2 faizinin göyərdiyini görmüşdür. Məhsulda az miqdarda göyərmə olmasını normal hesab etdiyindən o malı soyuducudan çıxarmamışdır. Lakin bir müddətdən sonra Rizvan Əsədov mütəmadi olaraq gəlib malını anbardan çıxarmalı olduğunu iddiaçıya bildirmişdir. Məhkəmənin 07 sentyabr 2020-ci il tarixdə keçirilən iclasında mütəxəssis qismində dindirilmiş X11 izahatında bildirmişdir ki, satış məqsədilə uzun müddət saxlamaqdan ötrü mütləq sarımsağın həm başı 4 sm kəsilir, həm də kökü, yəni aşağı hissəsi saçaqlardan təmizlənir, bəzi hallardada onu yandırırlar, bəzi hallarda isə onu oyuq şəklində kəsib çıxarırlar. Əgər sarımsaq satış üçün nəzərdə tutulursa, onu sentyabrın 25-nə kimi gözləmək lazım deyil. Sarımsaq iyul ayının axırı-avqust ayının əvvəllərində anbara təhvil verilməlidir. Əgər məhsul sentyabr ayında anbara təhvil verilirsə, mütləq şəkildə cücərmiş, çürümüş hissələr təmizlənməlidir. Əgər cücərmiş və çürümüş hissələr seçilib təmizlənməsə, qalan məhsulun cücərməsinə səbəb olar. İş materiallarından göründüyü kimi, İddiaçı becərdiyi sarımsaq məhsulunu soyuducuda saxlanılması məqsədilə iyul ayının axırı-avqust ayının əvvəllərində anbara yerləşdirmək üçün təhvil verilməli olduğu halda bunu etməmiş, məhsul cücərməyə başladıqdan sonra - xx.xx.2019-cu il tarixdən etibarən 10 gün müddətində hissə-hissə təhvil vermiş və məhsul təhvil verilərkən onun 1-2 faizi cücərmiş şəkildə olmuşdur. Məhsul, kökü saçaqlardan təmizlənmədən və ümumiyyətlə cücərmiş sarımsaqlar seçilib təmizlənmədən soyuducu anbara yığılması üçün təhvil verilmişdir ki, bu da öz növbəsində digər sarımsaqlarların da xarab olması ilə nəticələnmişdir. Hətta bununla bağlı, yəni sarımsağın bir hissəsinin cücərdiyi və məhsulun xarab olacağı ilə bağlı X10 tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı hər hansı tədbir görməmiş, soyuducu anbara yerləşdirilmiş sarımsağı anbardan çıxarmamış, bununla da məhsulun xarab olmasına şərait yaratmış və buna rəvac vermişdir. İddiaçı məhsulun xarab olmasını X10 tərəfindən sarımsağın düzgün olmayan, yəni yüksək tempraturda saxladığı ilə əlaqələndirsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bununla bağlı iddiaçı tərəfindən sübut qismində üzərində saxlanma dərəcəsindən daha yüksək temperaturu özündə əks etdirən fotoşəkli təqdim etsə də, həmin fotoşəklin nə zaman çəkildiyi, hansı soyuducunun şəkli olduğu, həmin soyuducunun içərisində sarımsağın saxlanıb-saxlanmadığı və s. kimi mühüm əhəmiyyət kəsb edəcək halları müəyyən etmək mümkün deyildir. Digər tərəfdən, mütəxəssisin izahatından da göründüyü kimi, sarımsaq +2 və -1 aralığında olan temperaturda saxlanılır. Lakin cücərmiş sarımsağı soyuducuya qoyduqdan sonra cücərmə prosesi dayanmır, əksinə çürümə baş verib xarab olur. Göründüyü kimi, sarımsağın +2 və -1 aralığında olan temperaturda və ya iddiaçının iddia etdiyi kimi bundan daha yüksək tempraturda saxlanılmasından asılı olmayaraq, kökü saçaqlardan təmizlənmədən və ümumiyyətlə cücərmiş sarımsaqlar seçilib təmizlənmədən anbara yığıldığı üçün, məhsulun xarab olması qaçılmaz olmuşdur. Belə olan halda isə, soyuducu anbara təhvil verilmiş sarımsağın xarab olması X6 deyil, məhz İddiaçı təqsirindən baş vermişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 05 may 2022-ci il tarixli 2- 2(102)-261/2022 saylı qərarındakı göstərişlərə uyğun olaraq apellyasiya baxışının predmetini təşkil edən hisssəyə münasibətdə qeyd edir ki, X10 Cavabdehndə 2018-ci ilin yanvar ayından təchizat üzrə menecer vəzifəsinə təyin olunmuş, habelə Cavabdeh tərəfindən 10 yanvar 2019-cu il tarixli FM/Y-01-19 saylı etibarnamə ilə X9 Cavabdeh adından Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən notariat kontorlarında, ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarələrində, məhkəmə orqanlarında və digər dövlət idarə və təşkilatlarına sənədlər təqdim etməyi, alqı-satqı əməliyyatlarını həyata keçirməyi və bu sənədlərdə imza etməyi, arayışların alınması, müqavilələrin bağlanılması, hazır olan sənədləri götürməyi, tələb olunan zəruri sənədləri təqdim etməyi və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi 10 yanvar 2021-ci il tarixədək etibar edilmişdir. Adıçəkilən etibarnamədə X10 tərəfindən harada (hansı orqanlarda) Cavabdeh təmsil edilməsi səlahiyyətlərinin verildiyi dəqiq göstərilmiş və həmin etibarnamədə Cavabdeh daxilində hüquqi və fiziki şəxslərlə saxlama müqavilələrinin bağlanılması və bunun müqabilində pulun alınması səlahiyyətləri mövcud deyildir. Beləliklə, iş materiallarındakı sübutlara əsasən İddiaçı tərəfindən sarımsaq məhsulu X9 Cavabdeh işçisi kimi deyil, fiziki şəxs kimi təhvil verilmişdir. X9 Cavabdeh tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli etibarnamədə (səh. 33), cavabdehin təsdiq etdiyi vəzifə təlimatında əks olunmuş funksiyaları və səlahiyyətlərində (İİ cild, səh. 30) və digər işə əlavə edilmiş sənədlərdə X6 Cavabdeh adından müqavilələr bağlamaq səlahiyyəti nəzərdə tutulmamışdır. Beləcə , X6 hər hansı məhsulu anbara saxlanca qəbul etmək hər hansı səlahiyyətə malik olmamışdır. Habelə iş materiallarında olan nümunəvi müqavilələrdən onların digər müraciət edən şəxslərlə ancaq Cavabdeh arasında bağlanmışdır. Hətta, sarımsaq məhsulunu X6 qəbul etməsi təsdiqini tapsa və zərərlə onun əməli arasında səbəbli əlaqə mövcud olduğu təqdirdə belə, hazırkı iş üzrə Cavabdehlik və məsuliyyət daşımır. Beləliklə, kollegiyası işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətləri üzrə araşdıraraq və apellyasiya şikayətlərinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işi tam və hərtərəfli araşdırmış, təqdim olunmuş sübutları işin halları üzrə düzgün qiymətləndirmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Ona görə də, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan Kommersiya Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli 2-2(121)-805/2020 saylı qətnaməsi mübahisələndirilən - apellyasiya baxışının predmetini təşkil edən hisssədə dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı, “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 14.2, 76, 77.1, 89.1, 124.1, 217.2, 218.1, 372, 384.0.2, 385.1, 387.1, 392, 393 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq QƏTETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli 2-2(121)-805/2020 saylı qətnaməsi apellyasiya baxışının predmetini təşkil edən hisssədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-70/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-70/2023
07.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver